Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2-2(3-10)-89/2026 07.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı (açar sözlər: Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr, subroqasiya) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Sadiqov Zülfüqar Əhməd oğlu və Mehdiyev Elçin Məhəmməd oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, Cavabdeh - Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “borc tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan Xətai Rayon Polis İdarəsinin ##.##.2024-cü il tarixli HK*-*** nömrəli “cinayət işinin rədd edilməsi” barədə qərarından görünür ki, Cavabdeh idarə etdiyi “Renault” Megane markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin yol-nəqliyyat hadisəsinin təfərrüatı və hadisədə iştirak edən şəxlərin izahatları alınmışdır. Toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd olunmuş, lakin yol-nəqliyyat hadisəsini törətmiş Cavabdeh Azarbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə həvalə edilmişdir. Cavabdeh izahatında bildirmişdir ki, ##.##.2024-cü il tarixdə saat 23 radələrində idarə etdiyi Renault Megane markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobili 8 Noyabr prospketində hərəkətini davam etdirib A.Cəlilov küçəsinə daxil olub. Həmin vaxt avtomobilində sərnişin yox idi. A.Cəlilov küçəsində hərəkətini davam etdirib X1 yanından sol tərəfə dönüb 8 Noyabr prospektinə daxil olmaq üçün sol tərəfə dönən zaman arxa tərəfində hərekətdə olan Mercedes markalı avtomobil ilə toqquşdu. Zərbənin təsirindən Mercedes markalı avtomobil sürüşüb yolun sol kənarında səki üzərində dayanmış avtomobillərə dəyib dayandı. İsgəndərova Lalə Məmməd qızı izahatında bildirmişdir ki, ##.##.2024-cü il tarixdə axşam saatlarında idarə etdiyi Volvo S40 markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə qohumlarının yaşadığı “Azure” Biznes Mərkəzində yerləşən evinə qonaq getmişdi. Avtomobilini qohumlarının yaşadığı evin yaxınlığında A.Cəlilov küçəsində yolun sol kənarında səki üzərində saxlayıb evə getdi. Həmin günü saat 23 radələrində ona məlumat verildi ki, Renault və Mercedes markalı avtomobillərin toqquşması nəticəsində Mercedes markalı avtomobil sürüşərək onun avtomobilinə dəyərək zədələnmişdir.
2. İş materiallarında olan Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalarla bağlı ##.##.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azarbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir.
3. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin ##.##.2024cü il tarixli, ************ nömrəli “fiziki şəxlərin sahibliyində olan minik avtomobillərinin tam sığortası şəhadətnaməsindən” görünür ki, Volvo XC 40 markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi sığorta olunan qismində X3 İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən 42000 manat həddində sığortalanmışdır.
4. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş ****** nömrəli sığorta aktından görünür ki, yol nəqliyyat hədisəsi zamanı ziyan dəymiş Volvo XC 40 markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərcləri 21035,58 manat təşkil etmiş və həmin xərcin təmir edən şirkət “xxxx” MMC-yə ödənilməsi qərara alınmışdır.
5. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli hesabfaktura və təhvil təslim aktından görünür ki, Volvo XC 40 markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobil qeyd olunan şirkət tərəfindən təmir edilərək, sahibinə təhvil verilmişdir. Həmin akt və fakturada avtomobilə dəyən ziyanın (detallar və təmir xərcləri göstərilməklə) həcmi 21035,58 manat təşkil etmişdir.
6. İş materiallarında olan “xxxx” ASC-nin ##.##.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, “xxxx” ASC tərəfindən “xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə məxsus bank hesabına **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə sığorta xərci qismində 2952,51 manat pul ödənilmişdir.
7. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC-nin ##.##.2025-ci il tarixli ** nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən “xxxx” MMC şirkətinin bank hesabına ****** nömrəli sığorta aktına əsasən 21035,58 manat pul köçürülmüşdür.
8. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilən halın təfərrüatları barədə arayışda Cavabdeh idarə etdiyi “Renault” Megane markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobillə törədilən yol-nəqliyyat hadisəsi nəticəsində ziyan dəymiş avtomobillər və zərərçəkmiş şəxlər göstərilmişdir.
9. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilən halın təfərrüfatı barədə arayış * nömrəli əlavə olan məlumatda Volvo XC 40 markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərin xüsusiyyəti göstərilmişdir.
II. İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh "Volvo XC" markalı, **-UD- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 17983.06 manat ödənişin, iddianın qaldırılması üçün ödənilmiş 143.95 manat dövlət rüsumunun iddiaçı İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzre sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən ##.##.2024-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Renault” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "Volkswagen Touareg" markalı, **-SD-***, "Mercedes Benz S550" markalı, **-EL-*** və "Volvo XC" markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş ************ nömrəli sığorta şəhadətnaməsindən çıxarışdan və ****** saylı sığorta aktından görünür ki, baş vermiş yolnəqliyyat hadisəsi zamanı "Volvo XC" markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da ##.##.2024-cü ildə ##.##.2025-ci ilə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır. Azadolma (franşiza) məbləği 100 manat, sığorta məbləği 42000 manat olaraq müəyyən edilmişdir. Rəsmi servis "xxxx" MMC (Volvo servis) tərəfindən nəqliyyat vasitəsinə baxış keçirilmiş və təmir edilərək zərərçəkən sığortalıya təqdim edilmişdir. Təhvil-təslim aktına və iş kartına əsasən, sığortalanmış "Volvo XC" markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görülmüş işlər, ehtiyat hissələri və ədv olmaqla cəmi 21035.58 manat zərər dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli ödəniş tapşırığına əsasən, 21035.58 manat sığorta ödənişini təmirlə əlaqədar rəsmi servisi "xxxx" MMC-nin (Volvo servis) bank hesabına köçürmüşdür. 5. İş materiallarında olan İSB (İcbari Sığorta Bürosu) çıxarışına əsasən, hadisə baş verən tarixdə cavabdehin idarə etdiyi "Renault" markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari avtoməsuliyyət sığortası "xxxx" Sığorta Şirkəti ASC-də sığortalı olduğundan digər zərərçəkənlərə mütənasib olaraq məbləğin 2952.52 manat hissəsi sonuncu tərəfindən ödənilmişdir. ##.##.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində cavabdeh Cavabdeh təqsirli bilindiyi üçün ona qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, ##.##.2024-cü il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərara əsasən, Cavabdeh hadisənin baş verməsində təqsirli olduğu üçün barəsində toplamış material İXM-nin 327.1-ci maddəsi ilə tədbir görülməsi üçün Xətai RPİ-nin DYPŞ-yə həvalə edilmişdir. Həmçinin, iş materiallarında olan tərəflərin polis orqanına verdikləri izahatlardan, forma 4 arayışından, hadisə sxemindən görünür ki, həqiqətən yol-nəqliyyat hadisəsi cavabdehin təqsirli hərəkətləri nəticəsində baş vermişdir. Cavabdehə pretenziya göndərilmiş, pretenziya poçt qəbzinə imza edilməklə qəbul edilmişdir. Cavabdehlə canlı ünsiyyət yaradılmış iş barədə, güzəşt barəde məlumat verilsə də imkanı olmadığını bildirmiş və heç bir ödəniş etməmişdir. Buna görə də məhkəməyə müraciət edilmişdir. Hesab edir ki, iş materiallarında olan sənədlərlə sığorta hadisəsinin olması, vurulan zərərin Cavabdeh təqsirli hərəkətləri nəticəsinde vurulması, habelə dəymiş zərərin İddiaçı SŞ ASC tərəfindən qarşılandığı sübuta yetirilir. Buna görə də, 100 manat azadolma məbləği, 2952.52 manat icbari sığorta ödənişi çıxılmaqla geri qalan 17983.06 manat pul Cavabdeh iddiaçı İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır.
12. Birinci instansiya məhkəməsin iclasında cavabdeh Cavabdeh izahatında bildirmişdir ki, həmin qəza zamanı məcburiyyətdən ikinci xəttə çıxıb. Başqa bir avtomobil gəlib onun avtomobilini vurmuşdur. Heç bir avtomobili vurmayıb. Həmin nəqliyyat vasitəsi onun avtomobilini vurumuş sonra özü də avto-parkinqə girmiş və orada da 4 dənə avtomobilə xəsarət yetirmişdir. 21035 manat məbləğində cərimədən 2952 manatı onun avtomobilinin sığortası olduğundan həmin sığortadan çıxılmışdır. Qalan 17983 manat məbləğində cərimə borcudur. Avtomobilin buferinə və qapısına xəsarət yetirilmişdir. Bufer və qapının təmiri üçün hesablanmış 21035 manat məbləğində pulu qəbul etmir.
13. Şəki Kommersiya Məhkəməsinin (hakim Elnarə Hüseynova) ## ##### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh Cavabdeh “Volvo XC” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə ödənilmiş 17700 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumuna görə 143,1 manat pul tutularaq iddiaçı İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi, aparılmış tədqiqatın dəyəri olan 300 manat pul cavabdeh Cavabdeh dan tutularaq “xxxx” MMC-nin müvafiq hesabına ödənilməsi qət edilmişdir.
14. Məhkəmə qeyd etmişdir ki, subroqasiya tələbin güzəştinin elə bir formasıdır ki, buna görə zərərin əvəzinin üçüncü şəxs (təqsirkar şəxs) tərəfindən ödənilməsini tələb etmək hüququ sığortalıdan sığorta ödənişi məbləğində bu ödənişi vermiş sığortaçıya keçir. Subroqasiya institutu yalnız qeyri-həyat sığortasında, yəni zərərdən sığorta və mülki məsuliyyətin sığortasında istifadə olunur.
15. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməlidir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1, 21.1, 21.2, 21.3, 386.1, 1096.1, 1096.2, 1097.1, 1097.3, 1108.1, 883.1, 884.1, 884.2, 885.1, 936.1, 936.2, 936.3, 936.4, 936.5-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
17. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikаyəti vermişdir.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədən narazıdır. Belə ki, qətnamə hüquqlarını pozmuşdur. Ona görə də sözügedən qətnamədən apellyasiya şikayəti verir və hesab edir ki, həmin qətnamə əsassız olduğundan ləğv olunmalıdır. Bildirir ki, “Volvo XC” markalı maşının təmiri ilə bağlı “xxxx” MMC tərəfindən təqdim edilmiş təhvil-təslim aktından görünürki, qeyd edilən avtomobilin təmiri üçün 21.035 manat vəsaitin ödənilməsi qeyd edilmişdir. Qeyd edilən sənəddən görünürki, “Volvo XC” markalı maşının 2 qapısının əzilməsi nəticəsində təmir xərci 16.000 manatdan yuxarı hesablanmışdır. Qeyd edilən “Volvo XC” markalı maşının yenisinin qiyməti 40-45 min manat arası olduğu halda 2 qapının dəyişdirilməsi 16.000 manatdan yəni, yeni maşının dəyərinin 40 %-ni təşkil edir. Bu qeyd edilən rəqəmlərdə heç bir halda həqiqəti əks etdirmir, sığorta şirkəti ilə “xxxx” MMC arasında olan maliyyə sövdələşməsi olmasına əsaslı şübhələr yaradır. Ona görədə işə apellyasiya baxışı zamanı ekspertiza təyin edilməklə vurulmuş ziyanın dəqiq məbləği, dəqiqləşdirilməli və ekspertiza nəticəsində müəyyən edilmiş vəsaitin ondan tutulması barədə qərar qəbul edilməlidir. Məhkəmə iş üzrə olan sübutları düzgün tədqiq etməmişdir. Çünki məhkəmə ərizəçi tərəfin sübutlarını qəbul etsə də tam olmadığını bildirməmiş natam sübutlarla işə baxaraq əsassız qətnamə çıxarmışdır. Ümumiyyətlə hər hansı bir mötəbər sübuta istinad etməmişdir. İddiaçının təqdim etdiyi sübutlar mötəbər sübut hesab edilə bilməz. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*- *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı iddiaçı İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən yazılı etiraz verilmiş, həmin etirazda qeyd edilmişdir ki, iş birinci instansiya məhkəməsində baxılarkən cavabdehin təşəbbüsü ilə müstəqil ekspertiza fəaliyyəti ilə məşğul olan qurum tərəfindən ekspertiza keçirilmişdir. İddia tələbi isə həmin rəyə əsasən təmin edilmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və rəydən narazı olduğunu, təkrar ekspertiza keçirilməsini xahiş etməmişdir. Həmçinin, iddiaçı tərəfindən məhkəməyə təqdim olunan qüsur aktı da iddiaçı tərəfindən deyil məhz zərərçəkmiş nəqliyyat vasitəsinə dəymiş zərəri birbaşa görmüş, təmir etmiş, zərərçəkənə təhvil vermişdir. Cavabdeh dəymiş zərərin məbləği ilə narazı olsa da, bunu əsaslandıran heç bir sübutu nə birinci instansiya məhkəməsində, nə də hazırkı iş üzrə təqdim etmişdir. Cavabdehin apellyasiya şikayəti formal mülahizələrə əsaslandığı üçün qətnamənin dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Bütün bunları nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər.
20. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi.
21. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
24. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
25. İş üzrə cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini tam ləğv edilməsini xahiş edərək sığorta ödənişi məbləğinin (vurulmuş zərərin) yüksək hesablandığını bəyan etdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
26. Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
27. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
28. Maddə 21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
29. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
30. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
31. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
32. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
33. Maddə 884.1.Sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır.
34. Maddə 884.2.Sığorta və ya təkrarsığorta müqaviləsinin tərəfi olan, yaxud belə müqavilənin həyata keçirilməsi üzrə hüquqlara və (və ya) vəzifələrə malik olan şəxslər sığorta münasibətlərinin subyektləridir.
35. Maddə 885.1. Sığorta sığortaçıların fəaliyyət istiqamətləri baxımından həyat sığortası və qeyrihəyat sığortası (ümumi sığorta) sahələrinə, sığorta obyekti baxımından şəxsi sığorta və əmlak sığortası sahələrinə bölünür.
36. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6- cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
37. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
38. Maddə 936.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir.
39. Maddə 936.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir.
40. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
41. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
42. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
43. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
44. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
45. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu
46. Maddə 1.1.1. sığorta – sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemi
47. Maddə 1.1.19. sığorta hadisəsi – icbari sığorta üzrə icbari sığorta qanunlarına, könüllü sığorta üzrə sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digərfaydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
48. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
52. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
53. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
54. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
55. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
56. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*- *(***)-****/**** saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
58. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
59. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
60. Müəyyən edilmişdir ki, “Volvo XC” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3 İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən 42000 manat dəyərində sığortalanmışdır. ##.##.2024-cü il tarixdə fərdi sahibkar (taksi fəaliyyəti, VÖEN: **********) Cavabdeh tərəfindən idarə olunan "Renault" markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Volkswagen Touareg” markalı, **-SD-***, “Mercedes Benz S550” markalı, **-EL-*** və “Volvo XC” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Sığortalı “Volvo XC” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilə cavabdeh Cavabdeh təqsiri nəticəsində ziyan dəymişdir. Həmin ziyanın məbləği sığortaçı (İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti) tərəfindən sığortalıya (X3) ödənilmişdir. Belə olduğu halda sığortaçı İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı subroqasiya qaydasında tələb hüququ yaranmışdır.
61. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, işə mahiyyəti üzrə baxan Şəki Kommersiya Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir.
62. Subroqasiya hüququ bir növ tələb hüququnun ötürülməsidir. Belə ki, zərər çəkmiş şəxsin ziyan vuran tərəf qarşısında ona dəyən zərər məbləğində tələb hüququ vardır. Sığortaçı zərəçəkmişə dəyən zərərin məbləğini ödədikdən sonra ziyan vuran şəxs qarşısındakı tələb hüququ avtomatik olaraq sığortaçıya keçir.
63. Hazırkı mübahisənin predmetini məhz delikt, yəni yol hərəkəti qaydaları qaydalarının nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1096 və 1097-ci maddələrinin mənasına görə, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması; zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması; zərər vuran şəxsin təqsirli olması. Belə ki, hüquqpozanın davranışının hüquqazidliyi mülki-hüquqi məsuliyyətin məcburi şərtidir. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.
64. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir.
65. Mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Beləliklə, müqavilədən kənar (delikt) məsuliyyət odur ki, bu məsuliyyət bir-biri ilə müqavilə münasibətlərində olmayan zərərvuranla (borcu ilə) zərərçəkən (kreditor) arasında əmələ gəlir. Bu cür məsuliyyət fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və işgüzar nüfuzuna ziyan vurulması nəticəsində əmələ gəlir.
66. Yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdehin iddiaçıya qarşı delikt-mülki hüquq pozuntusu törətməsi işin mübahisəsiz halıdır. Eyni zamanda iddiaçının cavabdehə qarşı mövcud tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüququ da yaranmışdır. Bu baxımdan məhkəmə prosessual qənaət prinsipindən istifadə edərək həmin məsələlərlə bağlı hüquqi dəyərləndirmə aparılmasını lazım bilmir.
67. İddiaçı cavabdehə qarşı birinci instansiya məhkəməsində subroqasiya qaydasında hazırkı iddianı qaldırmış, məhkəmə iddianı əsaslı sayaraq qismən təmin etmişdir.
68. Apellyasiya şikayətinin başlıca dəlili hesablanmış zərərin yüksək olması ilə bağlıdır.
69. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, apellyasiya baxışı zamanı ekspertiza təyin edilməklə vurulmuş ziyanın dəqiq məbləği, dəqiqləşdirilməli və ekspertiza nəticəsində müəyyən edilmiş vəsaitin ondan tutulması barədə qərar qəbul edilməlidir.
70. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində işin araşdırması zamanı əldə edilmiş “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, **/* nömrəli qiymətləndirmə rəyinə əsasən cavabdeh Cavabdeh tərəfindən idarə olunan “Renault” markalı **-EY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Volkswagen Touareg” markalı **-SD-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz S550” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı və “Volvo XC” markalı **-UD- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşması nəticəsində “Volvo XC” markalı **-UD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyan 17700 manat təşkil edir.
71. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.2-ci maddəsinə əsasən, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
72. Məhkəmə kollegiyası vurğulayır ki, iş materiallarında mövcud olan “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, **/* nömrəli mütəxəssis rəyinin aydın, tam olmamasına və əsassızlığına dair heç bir şübhə yoxdur.
73. Təkrar məhkəmə əmtəşünaslıq (qiymətləndirmə) ekspertizasının təyin edilməsinə dair MPM-in 102-ci maddəsində göstərilmiş əsaslar hazırkı işdə mövcud olmamışdır.
74. Eyni zamanda, cavabdeh apellyasiya şikayətində ekspertizanın keçirilməsi barədə vəsatətini əsaslandırmamış və hansı halların müəyyən edilməsinin vacibliyini aydınlıq göstərməmişdir.
75. Belə olan təqdirdə hazırkı iş üzrə təkrar məhkəmə ekspertizasının keçirilməsinə lüzum yoxdur.
76. Kollegiya onu da qeyd etməyi zəruri sayır ki, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh vurlan zərərin məbləği ilə razılaşmadığından müstəqil ekspertiza fəaliyyəti ilə məşğul olan qurum tərəfindən ekspertiza keçirilmişdir. İddia tələbi isə həmin rəyə əsasən təmin edilmişdir.
77. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iştirak etsə də, təkrar ekspertiza keçirilməsini xahiş etməmişdir. Əksinə, iddiaçı tərəf ekspert (qiymətləndirmə) rəyi ilə razılaşmadığını (zərərin az hesablandığına görə) bildirərək təkrar ekspertiza keçirilməsi barədə vəsatət vermiş, məhkəmə həmin vəsatəti təmin etməmişdir .
78. Apellyasiya şikayətində göstərilmişdir ki, “xxxx MMC“ tərəfindən təqdim edilmiş təhvil-təslim aktından “Volvo XC “ markalı maşının 2 qapısının əzilməsi görünür.
79. Kollegiya həmin dəlillə bağlı qeyd edir ki, “xxxx MMC“-ni təqdim etdiyi ##.##.2024-cü il tarixli VV**-****** nömrəli iş kartında “Volvo XC “ markal **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol nəqliyyat hadısəsi nəticəsində ön sol qapı, orta sol dirək, arxa sol qapı, arza panel, arxa sağ qanadına zərər dəyməklə yanaşı 38 adda ehtiyat hissələrinin və sərfiyyat materiallarının quraşdırıldığı müəyyən olunur.
80. ##.##.2025-ci il tarixli, ****/*** nömrəli təhvil-təslim aktında da “Volvo XC “ markal **- UD-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün göstərilən xidmətlərin (malların) siyahısı (adı, sayı və qiyməti) əks olunmuşdur.
81. Ona görə də, apellyasiya şikayətinnin 2 qapının dəyişdirilməsinin 16.000 manat təşkil edərək həqiqəti əks etdirməməsi barədə dəlili əsassızdır.
82. Avtomobilə dəymiş zərərin şişirdilməsinin sığorta şirkəti ilə “xxxx” MMC arasında olan maliyyə sövdələşməsi olmasına əsaslı şübhələr yaratması barədə dəlili də əsassızdır.
83. Belə ki, İddiaçı Sığorta Şirkəti ASC-nin ##.##.2025-ci il tarixli ** nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən “xxxx” MMC şirkətinin bank hesabına ****** nömrəli sığorta aktına əsasən 21035,58 manat pul köçürülmüşdür.
84. Həmin ödəniş X3 tərəfindən sığorta olunmuş “Volvo XC” markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir edən “xxxx” MMC-yə ödənilmişdir.
85. Kollegiya qeyd edir ki, həmin sığorta ödənişi kifayət qədər böyük məbləğdir və sığorta təşkilatı sonradan subraqosiya qaydasında üçüncü şəxsdən alınmasında problem yaşayacağını bildiyi halda, nağd şəkildə “şişirdilmiş” şığorta məbləğini ödəməsi inandırıcı və məntiqli olmamaqla yanaşı, həm də ağlabatan deyildir.
86. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
87. Məhkəmə kollegiyası tərəfindən apellyasiya baxışı zamanı apellyasiya şikayətində qoyulmuş dəlillərlə qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas verən hallar müəyyən edilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslı, həmin qətnamədən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir.
88. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
89. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı” iş üzrə ## #### 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir.
90. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur.
91. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli ** nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
92. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnаməsi baxılmış apellyasiyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov