Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2-2(3-9)-75/2026 04.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı – əmlakın qeyri-qanuni istismarına son qoyulması, cavabdehin həmin sahədən çıxarılması, əmlak üzərində sahiblik və istifadə hüquqlarının bərpa edilməsi barədə iddiasına dair iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: əmlakın qeyri-qanuni istismarına son qoyulması, cavabdehin həmin sahədən çıxarılması, əmlak üzərində sahiblik və istifadə hüquqlarının bərpa edilməsi. Şirvan şəhəri, # #### 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Murad İlham oğlunun katibliyi, İddiaçı İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı – əmlakın qeyri-qanuni istismarına son qoyulması, cavabdehin həmin sahədən çıxarılması, əmlak üzərində sahiblik və istifadə hüquqlarının bərpa edilməsi barədə iddiasına dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən (hakim N.Misirzadə) iddiaçı İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı – iddiaçıya məxsus Biləsuvar şəhərinin M.İbrahimov (keçmiş M.F.Axundov) küçəsində yerləşən mağaza binasının 50 kv.m-lik sahəsinin (əmlakın) cavabdeh tərəfindən qeyri-qanuni istimarına son qoyulması, cavabdehin həmin sahədən (əmlakdan) çıxarılması və əmlakın iddiaçının sahibliyinə və istifadəsinə qaytarılması barədə iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının balansında olan və Biləsuvar şəhərinin M.İbrahimov küçəsində yerləşən mağaza binasının 50 kv.m-lik sahəsi Biləsuvar şəhər sakini Cavabdeh tərəfindən zəbt edilmiş və hal-hazıra kimi bu sahə onun tərəfindən qeyri-qanuni istimar olunur. Cavabdeh mağazanın 50 kv.m-lik sahəsinin guya iddiaçı İdarə heyətinin ##.##.2005-ci il tarixli ** saylı qərarı ilə ona satıldığını bildirir. Lakin Azərittifaqın və Biləsuvar RKC-nin nizamnamələrinə görə Biləsuvar RKC idarə heyəti, Azərittifaq İdarə Heyətinin razılığı, qərarı olmadan kooperativin balansında olan Azərittifaq ilə müştərək əmlakı Kooperativin satmağa hüququ yoxdur. Biləsuvar RKC-nin nizamnaməsinin 8.3-cü maddəsinə görə kooperativin əmlakı onun payçılarına və üzvü olduğu Azərittifaqa məxsusdur. Müştərək əmlakda tərəflərin payı hər birinə 50% məxsus olmaqla nizamnamə əsasında müəyyənləşdirilmişdir. Həmin nizamnamənin 8.5-ci maddəsinə görə kooperativ öz əmlakı üzərində hüququnu üzvlərin (müvəkkillərin) ümumi yığıncağın qərarı və Azərittifaq idarə heyətinin qərarı əsasında həyata keçirir. Azərittifaqla müştərək olub bölünməz fondları təşkil edən əmlakın özgəninkiləşdirilməsi (satılması və s.) kooperativin idarəetmə orqanının müvafiq qaydada rəsmiləşdirilmiş qərarı Azərittifaq İdarə Heyətinin qərarı ilə təsdiq olunduqdan sonra həyata keçirilir. Azərittifaq İH-nin qərarı olmadan kooperativ balansındakı əmlakı sata bilməz. Azərittifaqın nizamnaməsinin 6.2.8-ci maddəsinə görə Azərittifaqın üzvləri (rayon kooperativ cəmiyyətləri) Azərittifaqla müştərək olan əmlak barədə sərəncam verməzdən əvvəl bu barədə Azərittifaqın İdarə Heyətinə bildirməli və İdarə Heyətinin razılıq qərarını almalıdırlar. Həmin nizamnamənin 15.3.11-ci maddəsinə görə Azərittifaqın özünün və üzvləri ilə müştərək olan əmlakın özgəninkiləşdirilməsi ilə bağlı sərəncam verilməsi Azərittifaqın səlahiyyətinə aiddir. Biləsuvar RKC idarə heyətinin adından nizamnaməyə zidd olaraq Azərittifaq İdarə Heyəti ilə razılaşdırılmadan Biləsuvar şəhərinin M.F.Axundov (indiki M.İbrahimov) küçəsində yerləşən mağaza binasının 50 kv.m-lik sahəsinin guya Biləsuvar şəhər sakini əslində payçı olmayan cavabdehə satılması barədə ##.##.2005-ci il tarixli ** saylı qərara istinad olunur. Bu qərar Nizamnaməyə zidd olduğundan, sonradan Biləsuvar RKC idarə heyətinin ##.##.2010-cu il tarixli (protokol № *) qərarı ilə ləğv edilmiş və bu barədə cavabdehə bildirilmişdir. Mağaza binasının 50 kv.m-lik sahəsinin cavabdehə satılması barədə Biləsuvar RKC idarə heyətinin ##.##.2005-ci il tarixli qərarı ləğv olunduğu üçün həmin qərar əsasında onunla RKC arasında bağlanılmış ##.##.2005-ci il tarixli alqı-satqı müqaviləsi və ##.##.2005-ci il tarixdə tərtib edilmiş təhvil-təslim aktı heç bir hüquqi qüvvəyə malik deyildir. Cavabdeh uzun müddətdir ki, iddiaçının əmlakını qeyri-qanuni istismar edir və bununla da iddiaçıya xeyli miqdarda ziyan vurur. Cavabdeh məhkəmələrə Kooperativin İdarə Heyətinin qərarının və alqı-satqı müqaviləsinin notarius tərəfindən təsdiqlənmiş surətini təqdim etməklə, guya sənədin notarial qaydada rəsmiləşdirildiyi görüntüsünü yaratmağa çalışır. Əslində isə belə bir rəsmiləşdirmə faktı mövcud deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh Cavabdeh iddia tələbini qəbul etməmiş, göstərmişdir ki, həmin obyekt ona 2005-ci ildə Mirzəyev Qəzənfər tərəfindən notariat qaydada satılmışdır. Lakin İddiaçı sonrakı sədri İbrahimova Minəxanım 2012-ci ildə sahənin onun adına olmasının qeyri-qanuni olduğunu qeyd etmiş və ona obyektdən çıxmağını bildirmişdir. Qeyd etmişdir ki, 2006-cı ilə kimi Azərittifaqdan sərbəst satış edilirdi. Həmin 50 kv.m-lıq sahə ona 1.500 min manata satılmışdır. Satışla bağlı keşmiş sədr Mirzəyev Qəzənfər müraciət etmişdir. Daha sonra üzvlər yığıncağının qərar ilə o alqı-satqı müqaviləsi ilə notariat qaydada almışam. Sənədləri saxta deyildir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı (“Azərittifaq”) məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Şirvan Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı – Biləsuvar Rayon Kooperativ Cəmiyyətinə məxsus Biləsuvar şəhərinin M.İbrahimov (keçmiş M.F.Axundov) küçəsində yerləşən mağaza binasının 50 kv.m-lik sahəsinin (əmlakın) Cavabdeh tərəfindən qeyriqanuni istimarına son qoyulması, cavabdehin həmin sahədən (əmlakdan) çıxarılması və əmlakın Biləsuvar Rayon Kooperativ Cəmiyyətinin sahibliyinə və istifadəsinə qaytarılması barədə iddiası rədd edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsi işin faktiki hallarını düzgün qiymətləndirməmiş, iş üzrə təqdim edilmiş sübutları tam və hərtərəfli araşdırmamış, nəticədə iddiaçının subyektiv hüququnun olmaması barədə əsassız nəticəyə gəlmişdir. Şikayətdə göstərilmişdir ki, Biləsuvar Rayon Kooperativ Cəmiyyətinin balansında olan və Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən mağaza binasının 50 kv.m-lik sahəsi cavabdeh Cavabdeh tərəfindən uzun illərdir zəbt edilmiş və qeyri-qanuni istifadə olunur. Cavabdeh həmin sahənin guya Biləsuvar Rayon Kooperativ Cəmiyyətinin ##.##.2005-ci il tarixli qərarı əsasında ona satıldığını bildirsə də, Azərittifaqın və Biləsuvar Rayon Kooperativ Cəmiyyətinin nizamnamələrinə əsasən Azərittifaq İdarə Heyətinin razılığı olmadan kooperativin balansında olan müştərək əmlakın özgəninkiləşdirilməsi mümkün olmamışdır. Buna baxmayaraq, mübahisəli əmlakın satılması barədə qərar Azərittifaqla razılaşdırılmadan qəbul edilmiş, həmin qərar sonradan Biləsuvar Rayon Kooperativ Cəmiyyətinin ##.##.2010-cu il tarixli qərarı ilə ləğv edilmişdir. Bu səbəbdən də həmin qərar əsasında bağlanmış ##.##.2005-ci il tarixli alqı-satqı müqaviləsinin və təhvil-təslim aktının hüquqi qüvvəsi qalmamışdır. Şikayətdə həmçinin göstərilmişdir ki, cavabdeh tərəfindən istinad olunan alqı-satqı müqaviləsinin notarial qaydada rəsmiləşdirilməsi faktı nə Notariat Kontorunun, nə də Dövlət Notariat Arxivinin məlumatları ilə təsdiq olunmuşdur. Əksinə, aidiyyəti qurumların məktublarında həmin müqavilənin arxiv sənədlərində aşkar edilmədiyi bildirilmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi həmin hallara lazımi hüquqi qiymət verməmişdir. Şikayətçi qeyd etmişdir ki, cavabdehin özü də mübahisəli əmlakı Biləsuvar Rayon Kooperativ Cəmiyyətindən aldığını bildirməklə əmlakın kooperativə məxsus olmasını etiraf etmiş, lakin məhkəmə bu etirafı və iş materiallarında olan digər sübutları nəzərə almamışdır. Bundan əlavə, Azərittifaqın ##.##.2025-ci il tarixli məktubu, əmlakın yerləşdiyi torpaq sahəsinə dair çıxarışlar, Azərittifaqın qərarları, mütəxəssis rəyi və digər sənədlər mübahisəli əmlakın Biləsuvar Rayon Kooperativ Cəmiyyətinin balansında və istifadəsində olduğunu təsdiq etsə də, məhkəmə həmin sübutları nəzərə almamış və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətini müdafiə etmiş, onun dəlillərinin məzmununa uyğun izahat verərək şikayətlərinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq məlumat üçün qeyd etmişdir ki, SSRİ dövründə iki qurum nisbətən özəl idi - bunlardan biri Vəkillər kollegiyası, digəri isə “Azərittifaq” və onun tipli qurumlar idi. Ümumiyyətlə Biləsuvar Rayon Kooperatiblər Cəmiyyəti rəsmi olraq vergi orqanı kimi qeydiyyatdan keçmişdir. 1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən proqram qəbul edilən zaman həmin proqramda da qeyd edilmişdir ki, Azərittifaqın əmlakı özəlləşdiirlmir. Cavabdeh tərəf birinci instansiya məhkəməsində də əmlakın Cəmiyyətdən aldığını, beləliklə də həmin əmlakın İddiaçı aid olduğunu etiraf etmişdir. Həmin alqı-satqı müqaviləsi də 2010-cu ildə RKC-nin İH qərarı ilə ləğv edilmiş və bu ləğv qərarı bu günədək cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Həmçinin həmin 50 kv/m-lik sahə Azərittifaq tərəfindən cavabdehə rəsmi olaraq satılmamaışdır. Qeyd etmişdir ki, iddiaçının balansında olan 217 kv/m sahənin 50 kv/m hissəsi Cavabdeh tərəfindən 2005-ci ildə alınsada yerdə qalan sahə rəsmi olaraq Azərittifaq tərəfindən satın alınmışdır. Azərittifaq öz əmlakını payçı olmayan şəxslərə satmır və Cavabdeh da İddiaçı payçısı olmamışdır. Tərəfin yeganə istinad etdiyi sənəd olan alqı-satqı müqaviləsi isə ümumiyyətlə notarial qaydada təsdiq edilməmişdir. 2010-cı ildə iddiaçı tərəf alqı-satqı müqaviləsini ləğv etsə də cavabdeh Cavabdeh həmin qərarı ləğv etmə hüququ olmasına baxmayaarq ləğv etməyə cəhd etməmişdir. Hal-hazırda cavabdeh tərəf həmin obyekti şəxsən özü istifadə etmir sadəcə icarəyə vermişdir. Azərittifaqın 1994,1998 və 2003-cü ildə Nizamnaməsində qeyd edilir ki, Azərittifaqın əmlakı Rayon Kooperativlər Cəmiyyətinin əmlakı ilə müştərəkdir. Bu müştərəklik isə əmlakın satılmasında Azərittifaqın qərarının zəruri olmasına gətirib çıxarır. Hazırda İddiaçı məxsus olana mağaza binasının altındakı torpaq sahəsi Kooperativlər Cəmiyyəti tərəfindən özəlləşdirilmişdir. Həmin mağazanın digər 167 kv/m hissəsi digər payçılar tərəfindən pulu ödənilərək alınıb amma hazırki iş üzrə cavabdeh hər hansı ödəniş etmədən mağazanın ¼ hissəini qanunsuz olaraq zəbt edərək icarəyə vermişdir. MM-ə əsasən kooperativin balansında olan əmlak onun xüsusui mülkiyyət hesab edilir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o apellyasiya baxışına gəlməmişdir. Lakin cavabdeh məhkəməyə teleqram göndərərək xəstəliyi ilə əlaqədar məhkəmə prosesində iştirak edə bilməyəcəyini və bunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinə əsasən qətnamənin əsaslılığını tam yoxlayır. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi; Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ servitutlar da əmlak hüquqları sayılır. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Ə.Ə.Axverdiyevin şikayəti üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin ## ###### 2015-ci il tarixli qərarının 73-cü paraqrafında qeyd edilmişdir ki, * saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından mülkiyyət hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 66-cı maddəsinin 2-ci hissəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67-ci maddəsinin 1-ci hissəsi və 67-ci maddəsinin 4-cü hissəsinə əsasən, torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 93-cü maddəsinin 2-ci hissəsinə əsasən, torpaq sahəsinə və ya onun üzərindəki daşınmaz əmlaka dair bağlanan əqd müqavilə ilə rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1 və 2.2-ci maddələrinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: İş materiallarının müqayisəli təhlili göstərir ki, Şirvan Kommersiya Məhkəməsi iddiaçı Biləsuvar Rayon İstehsal-İstehlak Kooperativinin subyektiv hüququnun mövcud olmaması və mübahisəli əmlak üzərində mülkiyyətçi kimi çıxış etməsinin sübuta yetirilməməsi barədə nəticəyə gəlməklə iş üzrə toplanmış sübutları tam, obyektiv və qarşılıqlı əlaqədə qiymətləndirməmiş, nəticədə işin faktiki hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Belə ki, iş materiallarından görünür ki, Biləsuvar RKC idarə heyətinin sədri Q.Mirzəyev və üzvləri F.Abasov, A.Mirili, Ə.Mirzəyev və Ş.Vahabovun iştirakları ilə keçirilmiş iclasın ##.##.2005-ci il tarixli ** saylı iclas protokolunun çıxarışının surətindən görünür ki, 1951-ci ildə tikilib istifadəyə verilmiş yararsız vəziyyətdə olan balans dəyəri 6.782,5 manat qalıq dəyəri olmayan və RKC-nin balansında olan Biləsuvar şəhər, M.F.Axundov küçəsində yerləşən mağaza binasının 50,0 km.m-lik sahəsi qiymətləndirilərək müraciət etmiş payçı Cavabdeh 1500 manata satılması, nəzərə alınsın ki, həmin obyektin satılmasına icazə verilməsi barədə Biləsuvar RKC-nin müvəkkillər yığınacağının ##.##.2002-ci il tarixli razılıq qərarı vardır. Qərarın icrasına nəzarətin RKC-nin idarə heyətinin üzvü baş mühasib Ş.Vahabova tapşırılması qərara alınmışdır. İşdə olan RKC heyətin üzvləri olan M.İbrahimova, M.Əliyev, F.Abbasov, A.Mirili və Q.Mirzəyevin iştirakları ilə keçirilmiş iclasın ##.##.2010-cu il tarixli * saylı protokolunun surətindən görünür ki, RKC idarə heyətinin əvvəlki qərarı ilə M.F.Axundov küçəsində yerləşən mağaza Cavabdeh satılmış ##.##.2005-ci il tarixli ** saylı sərəncam və ##.##.2005ci il tarixli ** saylı idarə heyətinin qərarının ləğv edilməsi, qərarın icrasına nəzarətin M.İbrahimovaya tapşırılması qərara alınmışdır. İşdən görünür ki, iddiaçı cavabdehə qeyri-qanuni istismara son qoyulması və iddiaçının balansında olan sahədən çıxması ilə bağlı ##.##.2025-ci il tarixli və ##.##.2025-ci il tarixli pretenziya məktubları göndərmişdir. İş materiallarına əlavə edilmiş Biləsuvar rayon İcra Hakimiyyətinin məhkəmənin sorğusuna ##.##.2025-ci il tarixli cavab məktubunun surətindən görünür ki, Biləsuvar şəhəri, M.İbrahimov (keçmiş M.F.Axundov) küçəsində yerləşən qeyri-yaşayış binasının balans sahibi və istifadəçisi barədə Rayon İcra Hakimiyyətində saxlanılan sənədlər içərisində hər hansı sənəd aşkar edilməmişdir. İş materiallarına əlavə edilən DƏDKR PHŞ * saylı Cəlilabad Ərazi İdarəsinin məhkəmənin sorğusuna ##.##.2025-ci il tarixli cavab məktubunun surətindən görünür ki, sorğuda qeyd olunan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası ##.##.2021-ci il tarixli, 2321010069 qeydiyyat nömrəsi ilə hüquqi qeydiyyata alınmışdır. Biləsuvar rayon Kooperativ Cəmiyyətinin adına Biləsuvar şəhəri, M.İbrahimov küçəsi, 226 ünvanında yerləşən yaşayış məntəqələrinin torpaqları sahibkarlıq torpaq sahəsi ##.##.2024-cü il tarixli, ********** icarə qeydiyyatına alınmışdır. Cavabdeh adına hal-hazırda hər hansı bir daşınmaz əmlak aşkar edilməmişdir. Biləsuvar şəhəri, M.İbrahimov (keçmiş M.F. Axundov) küçəsində yerləşən mağaza binasının Biləsuvar rayon Kooperativ Cəmiyyətinin və ya Cavabdeh adına qeydiyyatdan keçməsi barədə məlumat * saylı Cəlilabad Ərazi İdarəsin arxivində aşkar edilməmişdir. Biləsuvar şəhəri, M.İbrahimov (keçmiş M.F. Axundov) küçəsində yerləşən mağaza binasının kimin adına qeydiyyatdan keçməsi barədə məlumat * saylı Cəlilabad Ərazi İdarəsin arxivində aşkar edilməmişdir. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə İddiaçı idarə heyətinin sədri İbrahimova Minəxanım Haxı qızı (icarəçi) arasında bağlanmış ##.##.2024-cü il tarixli **** saylı icarə müqaviləsinin surətindən görünür ki, Biləsuvar şəhəri, M.İbrahimov küçəsi 226 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 261.7 kv.m torpaq sahəsi içarəçiyə müvəqqəti istifadəyə verilmişdir. Qeyd edilən məktuba əlavə edilən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ##.##.2024-cü il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların surətlərindən görünür ki, Biləsuvar şəhəri, M.İbrahimov küçəsi 226 ünvanında yerləşən 0.0262 ha torpaq sahəsi İbrahimova Minəxanım Haxı qızının xeyrinə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş Biləsuvar rayonu Biləsuvar Bələdiyyəsinin məhkəmənin sorğusuna ##.##.2025-ci il tarixli cavab məktubunun surətindən görünür ki, Biləsuvar şəhərində M.İbrahimov küçəsində yerləşən mağaza binasının kimin balasında olması və hazırda kimin istifadəsində olması barədə bələdiyyədə məlumat yoxdur və vergi ödəyicisi kimi uçota düşməmişdir. İşdə olan iddiaçının nümayəndəsi (vəkili) tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli ərizədən görünür ki, iş üzrə mübahisələndirilən obyektin dəqiq hüquqi ünvanı Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsi 226 ünvanıdır (keçmiş M.F.Axundov küçəsi). Mübahisələndirilən obyektin “Azərittifaqın Biləsuvar Rayon Kooperativ Cəmiyyəti” tərəfindən inşa edilərək onun balansında olmaqla, Mülki Məcəllənin 110.1-ci maddəsinə əsasən, “Əmlak kooperativin xüsusi mülkiyyətidir”. Kooperativin balansında olan əmlakın yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyəti olduğundan, obyektin yerləşdiyi torpaq sahəsi cəmi 0,0262 ha ölçüdə olmaqla icarə müqaviləsi əsasında Biləsuvar Kooperativ Cəmiyyətinə məxsusdur. Əmlak ##.##.2024-cü il tarixdən ********** qeydiyyat nömrəsi ilə reyestrdə qeydə alınmışdır. Əmlakın (obyektin) və onun yerləşdiyi torpaq sahəsinin Biləsuvar Rayon Kooperativ Cəmiyyətinə məxsus olmasına dair sənədlər sübut növü kimi məhkəməyə təqdim edilmişdir. Həmin ərizəyə əlavə edilmiş Azərittifaq İdarə Heyətinin müavininin məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, Biləsuvar şəhəri, M.İbrahimov küçəsi, 226 ünvanında yerləşən mağaza binası 1950-ci illərdə Azərittifaqın tabeliyində olan Biləsuvar Rayon Kooperativ Cəmiyyəti tərəfindən tikilib istifadəyə verilib, hal-hazırda Biləsuvar Rayon Kooperativ Cəmiyyətinin balansındadır, mühasibat uçotu kitabında qeydiyyatdadır və kooperativn üzvü X1 maddi məsuliyyətindədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ##.##.2024-cü il tarixli 8702 No-li icarə müqaviləsi əsasında mağaza binasının yerləşdiyi 0,0262 ha torpaq sahəsinin icarəsinə ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Biləsuvar Rayon Kooperativ Cəmiyyətinin adına ##.##.2024-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir (reyestr nömrəsi ************). Həmin məktuba əlavə edilən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ##.##.2024-cü il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Biləsuvar şəhəri, M.İbrahimov küçəsi 226 ünvanında yerləşən 0.0262 ha torpaq sahəsi Biləsuvar Rayon Kooperativ Cəmiyyətinin xeyrinə yüklü edilmişdir. İşə əlavə edilmiş Biləsuvar Rayon Kooperativ Cəmiyyətinin sədri Q.S.Mirzəyevin imzaladığı ##.##.2005-ci il tarixli, N-23, * saylı sərəncamın surətindən görünür ki, Biləsuvar RKC idarə heyətinin ##.##.2005-ci il tarixli ** saylı qərarına əsasən, RKC-nin Axundov küçəsində yerləşən mağaza binasının anbar hissəsinin 50 kv.m-lik sahəsi müraciət etmiş payçı Cavabdeh 1.500 manata satılması və RKC-nin baş mühasibinə satışdan daxil olan vəsaitin aidiyyatı üzrə köçürülməsinin təmin edilməsinin tapşırılması qərara alınmışdır. İşə əlavə edilmiş Biləsuvar Rayon Kooperativ Cəmiyyətinin sədri Q.S.Mirzəyev (satıcı) və Cavabdeh (alıcı) arasında bağlanmış ##.##.2005-ci il tarixli əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı satır, alıcı ilə bu müqavilədə göstərilən şərtlərlə Biləsuvar RKC-nın balansında və Axundov küçəsində yerləşən 50 kv.m-lik mağaza binasının bir hissəsini satın alır. İşə əlavə edilmiş ##.##.2005-ci il tarixli kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, Cavabdeh tərəfindən Biləsuvar Rayon Kooperativ Cəmiyyətinin ##.##.2005-ci il tarixli qərarı ilə əmlak satışına görə hesabına 1.500.000 manat (AZM) məbləğində pul köçürülmüşdür. İşə əlavə edilmiş Q.Mirzəyev, Ş.Vahabov və Cavabdeh tərəfindən tərtib edilmiş ##.##.2005-ci il tarixli aktın surətindən görünür ki, RKC idarə heyətinin ##.##.2005 tarixli ** saylı qərarı ilə Biləsuvar şəhər M.F.Axundov küçəsində yerləşən mağaza binasının anbar hissəsinin 50 kv.m-lik sahəsinin satılması ilə əlaqədar balans dəyəri 6782,5 manat olmaqla, satışdan sonra RKS-nin balansından çıxarıldıqdan sonra şəxsi mülkiyyət hüquqçusu Cavabdeh təhvil verildi. İş materiallarında olan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli ərizədən görünür ki, mübahisələndirilən obyektin ümumi 217,0 kv.m sahəsinin 167,0 kv.m-lik hissəsi payçı Ə.Z.Əliyevə satılmışdır. Obyektin çox hissəsinin payçıya satılmasına dair ##.##.2023-cü il tarixli qərardan çıxarış surəti məhkəməyə təqdim edilir. Qeyd olunanları məhkəmənin diqqətinə çatdırmaqla, obyektin bütövlükdə Biləsuvar Rayon Kooperativ Cəmiyyətinə məxsus olması faktını təsdiqləyən digər sübutlarla yanaşı, bu halın da nəzərə alınmasını xahiş edilmişdir. Bütövlükdə 217,0 kv.m olan obyektin 50,0 kv.m-lik hissəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş, obyektin ona satılmasına dair 2005-ci il tarixli “Alqı-satqı müqaviləsinin” notarial təsdiq olunmuş surəti tam əsassızdır. Qeyd olunan sənədin əsassız olduğunu sübut edən X5 ##.##.2025-ci il tarixli rəsmi cavab məktubu və Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinin ##.##.2025-ci il tarixli məktubunun surətləri sübut növü kimi məhkəməyə təqdim edilir. Həmin ərizəyə əlavə edilmiş Biləsuvar Rayon Notariat Ofisinin İddiaçı sədri İbrahimova Minəxanım Haxı qızına ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, 2014-cü ilə qədər olan notariat sənədləri mövcud qanunvericiliyin tələbinə əsasən Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinin mühafizəsinə verilmişdir. Təhvil verilmiş sənədlər içərisində Biləsuvar rayon Kooperativ Cəmiyyəti ilə Cavabdeh arasında Biləsuvar şəhəri Axundov küçəsində yerləşən 50.0 kv.m sahəsi olan qeyri-yaşayış obyektinin alqı-satqı müqaviləsi aşkar edilməmişdir. Bununla bağlı 1999-cu ildən 2011-ci ilədək olan dövr ərzindəki reyestr kitabları və eləcə də komputerdə yerləşdirilmiş rayon İstehlak Cəmiyyəti ilə vətəndaşlar arasında olan müqavilələr diqqətlə yoxlanılmışdır. Yuxarıda göstərilən dövrdə rayon Kooperativ Cəmiyyəti İdarə Heyətinin qərarı ilə vətəndaşlar arasında bir çox sayda alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Ehtimal olunur ki, Rayon Kooperativ Cəmiyyəti ilə vətəndaşlar arasında notarial alqı-satqı olmadan müqavilənin 1S-2415,1S-2416 və 1S-2417 reyestrdə öz əksini tapmışdır. Əlavə olaraq, alqı-satqı müqaviləsi Azərittifaq İdarə Heyətinin qərarı olmadan təsdiqləmək qanunvericiliyin tələblərinə ziddir. İşə əlavə edilmiş Dövlət Notariat Arxivinin “Azərittifaq” idarə heyətinin sədri Eldar Quliyevə ünvanlanmış ##.##.2025-ci il tarixli məktub surətindən görünür ki, Biləsuvar rayon dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2005-ci ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən qeyd olunan şəxslər arasında rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. Eyni zamanda, Dövlət notariat arxivində notariat qaydasında təsdiq edilmiş sənədlər və onların qeydə alındığı reyestr kitabları saxlanılır. Surət təsdiqinin qeydə alındığı 2010-cu ilə dair 1S indeksli notariat reyestrləri arxivə təhvil verilməmişdir. İş materiallarında olan iddiaçının nümayəndəsi (vəkili) tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli ərizədən görünür ki, ##.##.2024-cü il tarixli çıxarışda “xeyrinə hüquq yüklü edilən şəxs” qrafasında kooperativin sədri Minəxanım İbrahimovanın adı dövlət orqanının texniki səhvi nəticəsində qeyd olunmuş, lakin digər çıxarışlarda (##.##.2024-cü və ##.##.2021-ci il tarixli çıxarışlarda) isə müvafiq olaraq Biləsuvar Rayon Kooperativ Cəmiyyətinin adı göstərilmişdir. Daşınmaz əmlak faktiki olaraq Kooperativ Cəmiyyətinə məxsus olsa da, həmin əmlakın yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olduğundan, bütün əmlak mülkiyyətçiləri ilə dövlət orqanları icarə əsasları ilə müqavilə rəsmiləşdirilir. Eyni ünvanda, eyni dam altında yerləşən kooperativə məxsus binanın digər hissəsini istifadə edən payçı, həmin əmlakı Kooperativdən qanunvericiliyə uyğun şəkildə qərar əsasında satın alaraq, gələcəkdə onu özəlləşdirməklə istifadə etməyə razılıq vermişdir. Lakin cavabdeh eyni ünvanda yerləşən əmlakı qanunsuz şəkildə zəbt etmiş, bu müddət ərzində nə icarə haqqı, nə digər ödənişlər etmiş, nə də əmlakı satın almaq təşəbbüsü göstərməmişdir. Cavabdeh kooperativin əmlakını özbaşına zəbt etmişdir. İş materiallarında olan iddiaçının nümayəndəsi (vəkili) tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli ərizədən görünür ki, məhkəmə ##.##.2025-ci il tarixdə ƏMDX-yə sorğu ünvanlamış və ##.##.2024-cü il tarixli çıxarışda M.H.İbrahimovanın adına hüququn yüklü edilməsi ilə bağlı və digər məsələlərə aydınlıq gətirilməsinin zəruriliyini qeyd etmişdir. Qeyd olunan məsələyə aydınlıq gətirilməsi məqsədilə Kooperativ Cəmiyyətinin sədri M.İbrahimova tərəfindən * saylı Cəlilabad Ərazi İdarəsinə ərizə ilə müraciət edilmiş və məsələ ilə bağlı aydınlıq gətirilməsi xahiş olunmuşdur. * saylı Cəlilabad Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, hüquqmüəyyənedici sənəddəki texniki səhv aradan qaldırılmaqla, ##.##.2024-cü il tarixdə Kooperativ Cəmiyyətinin adına (düzəliş edildikdən sonra) çıxarış verilmişdir. Həmin ərizəyə əlavə edilmiş DƏDKR PHŞ * saylı Cəlilabad Ərazi İdarəsinin İddiaçı sədri İbrahimova Minəxanım Haxı qızına ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, ##.##.2024-cü il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə İbrahimova Minəxanım Haxı qızı 0.0262 ha torpaq sahəsi üzərində icarə müqaviləsinin qeydiyyata alınması istənilmiş və həmin müraciətə əsasən ##.##.2024-cü il tarixində icarə hüququ qeydiyyata alınaraq ************ reyestrdən çıxarışla rəsmiləşdirilmişdir. Sonradan həmin icarə müqaviləsinin İbrahimova Minəxanım Haxı qızının adına deyil, Biləsuvar rayonu Kooperativlər Cəmiyyətinin adına qeydiyyata alınmalı olması məlum olmuş və ərizəyə düzəliş edilərək Biləsuvar rayonu Kooperativlər Cəmiyyətinin adına ##.##.2024-cü il tarixində icarə hüququ qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilmişdir. İşə əlavə edilmiş Biləsuvar İddiaçı sədri M. İbrahimovanın məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli məktubdan görünür ki, Biləsuvar Rayon Kooperativ Cəmiyyəti İdarə Heyətinin ##.##.2010-cu il tarixli * №-li protokolunda heyət üzvü kimi göstərilən Q.Mirzəyev, Biləsuvar RKС idarə heyətinin ##.##.2005-ci il tarixli ** saylı protokolunda idarə heyətinin sədri kimi göstərilən Q.Mirzəyev eyni adamdır. RKC-nin idarə heyətinin ##.##.2010-cu il tarixli qərarında qeyd edilən heyət üzvlərindən iki nəfəri (F.Abasov və M.Əliyev) rəhmətə gedib, üç nəfəri isə (M.İbrahimova, A.Mirili və Q.Mirzəyev) sağdır. A.Mirili və Q.Mirzəyev RKC-də əmək fəaliyyəti göstərmirlər. İşə əlavə olunan DƏDKR PHŞ * saylı Cəlilabad Ərazi İdarəsinin məhkəmənin sorğusuna ##.##.2025-ci il tarixli cavab məktubunun surətindən görünür ki, Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsi 226 ünvanında yerləşən 0.0262 ha torpaq sahəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ##.##.2024cü il tarixli, **** nömrəli icarə müqaviləsinə əsasən ##.##.2024-cü il tarixdən ##.##.2026-cı il tarixədək İbrahimova Minəxanım Haxı qızına ********** qeydiyyat nömrəli çıxarışla icarəyə verilmişdir. Əlavə olaraq, Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsi 226 ünvanında yerləşən qeyri-yaşayış binası qeydiyyatdan keçməmişdir. İşə əlavə edilmiş DƏDKR PHŞ * saylı Cəlilabad Ərazi İdarəsinin məhkəmənin sorğusuna ##.##.2025-ci il tarixli cavab məktubunun surətindən görünür ki, Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsi 226 ünvanında yerləşən 0.0262 ha torpaq sahəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ##.##.2024cü il tarixli, **** nömrəli icarə müqaviləsinə əsasən ##.##.2024-cü il tarixdən ##.##.2026-cı il tarixədək Biləsuvar rayon Kooperativ Cəmiyyətinə ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla icarəyə verilmişdir. Əlavə olaraq, Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsi 226 ünvanında yerləşən qeyri-yaşayış binası qeydiyyatdan keçməmişdir. İşə əlavə edilmiş DƏDKR PHŞ * saylı Cəlilabad Ərazi İdarəsinin məhkəməyə ünvanladığı ##.##.2026-cı il tarixli iş üzrə mütəxəssis rəyinə əsasən, qərardadda qoyulmuş suallar iddiaçının və mütəxəssisin iştirakı ilə onun faktiki istifadəsində və iddia olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları naturadan plana alınaraq kameral şəraitdə torpaqların elektron kadastr uçot informasiya sistemi baza məlumatından və ortofoto materiallarından istifadə edilərək dəqiqləşdirilmişdir.
1. Biləsuvar şəhəri M.lbrahimov (keçmiş M.F.Axundov) küçəsində yerləşən, cavabdeh Cavabdeh faktiki istifadəsində olan, mübahisəli qeyri-yaşayış binasının 50 kv.metrlik sahəsi torpaqların elektron kadastr uçot informasiya sistemi baza məlumatında ************ reyestr nömrəli çıxarışa əsasən, Biləsuvar rayon Kooperativ Cəmiyyətinin icarəsinə verilmiş 261,7 kv.m torpaq sahəsinin (qeyri-yaşayış obyektinin tikilialtı torpaq sahəsinin) hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir.
2. Bu sualı cavablandırmaq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin * saylı Cəlilabad Ərazi idarəsinin səlahiyyətləri daxilində deyil. 3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin * saylı Cəlilabad Ərazi idarəsinin səlahiyyətləri daxilində deyil. İşə əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəmənin sorğusuna ##.##.2026-cı il tarixli cavab məktubunun surətindən görünür ki, Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsi, 226 ünvanında dövlət mülkiyyətində olan torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binasının balansda olması ilə bağlı heç bir dövlət qurumu tərəfindən Xidmətə sənəd və məlumat təqdim edilməmişdir. Göründüyü kimi, iddia təmin edilməmiş, qətnamədən iddiaçı narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 110.1-ci maddəsini, “Kooperasiya haqqında” Qanunun müddəalarını və mülki prosessual qanunvericiliyin sübutların qiymətləndirilməsi ilə bağlı normalarını düzgün tətbiq etməmişdir. Şikayətə görə, mübahisəli əmlakın kooperativə məxsus olması həm Azərittifaqın rəsmi sənədləri, həm də cavabdehin öz izahatları ilə təsdiqləndiyi halda, məhkəmə iddiaçının subyektiv hüququnun olmaması nəticəsinə gəlmişdir. Həmçinin məhkəmə cavabdehin istinad etdiyi alqı-satqı müqaviləsinin etibarlılığına, Azərittifaqın razılığının olub-olmamasına, 2010-cu ildə həmin satış qərarının ləğv edilməsinin hüquqi nəticələrinə və cavabdehin əmlakdan istifadəsinin hüquqi əsaslarına lazımi qiymət verməmişdir. Şikayətdə vurğulanmışdır ki, iş üzrə təqdim olunmuş sübutlar məhkəmə tərəfindən nəzərə alınmamış, mühüm əhəmiyyət kəsb edən hallar tam araşdırılmamış, nəticədə məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Buna görə də qətnamənin ləğv edilərək iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.
1. İddia tələbi Biləsuvar şəhəri M.İbrahimov küçəsində yerləşən mağaza binasının 50 kv.m hissəsinin cavabdeh Cavabdeh tərəfindən qeyri-qanuni istifadə edilməsinə son qoyulması, həmin sahənin boşaldılaraq kooperativə qaytarılması barədədir. Mübahisənin düzgün həlli üçün ilk növbədə həmin əmlakın iddiaçıya məxsus olub-olmaması və cavabdehin həmin əmlaka hansı hüquqi əsasla sahiblik etməsi müəyyən edilməli idi. İş materiallarından görünür ki, cavabdeh özü də mübahisəli sahənin əvvəllər Biləsuvar Rayon Kooperativ Cəmiyyətinin balansında olduğunu inkar etməmiş, əksinə, həmin əmlakı məhz kooperativdən aldığını bildirərək ##.##.2005-ci il tarixli idarə heyəti qərarına, ##.##.2005-ci il tarixli alqı-satqı müqaviləsinə, kassa mədaxil orderinə və təhvil-təslim aktına istinad etmişdir. Deməli, cavabdehin mövqeyinin özü belə mübahisəli əmlakın ilkin hüquq sahibinin məhz Biləsuvar Rayon Kooperativ Cəmiyyəti olduğunu təsdiq edir.
2. Bundan başqa işdə olan DƏDKR PHŞ * saylı Cəlilabad Ərazi İdarəsinin məhkəməyə ünvanladığı ##.##.2026-cı il tarixli iş üzrə mütəxəssis rəyi il müəyyən edilmişdir ki, Biləsuvar şəhəri M.lbrahimov (keçmiş M.F.Axundov) küçəsində yerləşən, cavabdeh Cavabdeh faktiki istifadəsində olan, mübahisəli qeyri-yaşayış binasının 50 kv.metrlik sahəsi torpaqların elektron kadastr uçot informasiya sistemi baza məlumatında ************ reyestr nömrəli çıxarışa əsasən, Biləsuvar rayon Kooperativ Cəmiyyətinin icarəsinə verilmiş 261,7 kv.m torpaq sahəsinin (qeyri-yaşayış obyektinin tikilialtı torpaq sahəsinin) hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir.
3. Göründüyü kimi cavabdehin faktiki istifadəsində olan, mübahisəli qeyri-yaşayış binasının 50 kv.metrlik hissəsi torpaqların elektron kadastr uçot informasiya sistemi baza məlumatında olan çıxarışa əsasən Biləsuvar rayon Kooperativ Cəmiyyətinin icarəsinə verilmiş 261,7 kv.m torpaq sahəsinin (qeyri-yaşayış obyektinin tikilialtı torpaq sahəsinin) hüdudları daxilində yerləşir.
4. Həmçinin işdə olan DƏDKR PHŞ * saylı Cəlilabad Ərazi İdarəsinin İddiaçı sədri İbrahimova Minəxanım Haxı qızına ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, ##.##.2024-cü il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə İbrahimova Minəxanım Haxı qızı 0.0262 ha torpaq sahəsi üzərində icarə müqaviləsinin qeydiyyata alınması istənilmiş və həmin müraciətə əsasən ##.##.2024-cü il tarixində icarə hüququ qeydiyyata alınaraq ************ reyestrdən çıxarışla rəsmiləşdirilmişdir. Sonradan həmin icarə müqaviləsinin İbrahimova Minəxanım Haxı qızının adına deyil, Biləsuvar rayonu Kooperativlər Cəmiyyətinin adına qeydiyyata alınmalı olması məlum olmuş və ərizəyə düzəliş edilərək Biləsuvar rayonu Kooperativlər Cəmiyyətinin adına ##.##.2024-cü il tarixində icarə hüququ qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilmişdir. Göründüyü kimi hazırda cavabdeh tərəfindən istifadə edilən 50 kv/m-lik sahə Biləsuvar rayonu Kooperativlər Cəmiyyətinin adına ##.##.2024-cü il tarixində icarə hüququ ilə ilə qeydə alınaraq rəsmləşdirilmiş 0.0262 ha torpaq sahəsi üzərində yerləşir.
5. Bununla yanaşı, işdə olan Azərittifaqın ##.##.2025-ci il tarixli məktubu, kooperativin balans sənədləri, mağazanın yerləşdiyi torpaq sahəsinə dair çıxarışlar, icarə müqaviləsi və digər yazılı sübutlar mübahisəli mağaza binasının uzun illərdən bəri Biləsuvar Rayon Kooperativ Cəmiyyətinin balansında olduğunu təsdiq edir. Məhkəmə həmin sübutların mötəbərliyini təkzib edən hər hansı sübut müəyyən etmədən, yalnız daşınmaz əmlakın dövlət qeydiyyatının olmamasına istinad etməklə iddiaçının subyektiv hüququnun mövcud olmadığını qəbul etmişdir. Halbuki, kooperativ əmlaklarının hüquqi rejimi nəzərə alındıqda, balans uçotu, kooperativ sənədləri və Azərittifaqın təsdiqləyici sənədləri həmin əmlak üzərində hüququn mövcudluğunu təsdiq edən mühüm sübutlardır.
6. Birinci instansiya məhkəməsi cavabdehin istinad etdiyi ##.##.2005-ci il tarixli qərarın və onun əsasında bağlanmış alqı-satqı müqaviləsinin etibarlılığını da lazımi qaydada qiymətləndirməmişdir. İş materiallarından görünür ki, Biləsuvar Rayon Kooperativ Cəmiyyətinin nizamnaməsinə əsasən Azərittifaqla müştərək hesab edilən əmlakın özgəninkiləşdirilməsi yalnız Azərittifaq İdarə Heyətinin razılığı ilə mümkün olmuşdur. Apellyasiya şikayətində ətraflı göstərildiyi kimi, mübahisəli əmlakın cavabdehə satılması barədə Azərittifaqın hər hansı razılığı və ya təsdiqedici qərarı mövcud olmamışdır. Əksinə, sonradan Kooperativin ##.##.2010-cu il tarixli qərarı ilə həmin satışa əsas olan qərar ləğv edilmiş, lakin həmin qərar bu günədək cavabdeh tərəfindən bu və ya digər şəkildə mübahisələndirilməmişdir. Bu hal cavabdehin sahibliyinin hüquqi əsasının ciddi şəkildə şübhə altına düşdüyünü göstərir.
7. Biləsuvar Rayon Notariat Ofisinin İddiaçı sədri İbrahimova Minəxanım Haxı qızına ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, 2014-cü ilə qədər olan notariat sənədləri mövcud qanunvericiliyin tələbinə əsasən Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinin mühafizəsinə verilmişdir. Təhvil verilmiş sənədlər içərisində Biləsuvar rayon Kooperativ Cəmiyyəti ilə Cavabdeh arasında Biləsuvar şəhəri Axundov küçəsində yerləşən 50.0 kv.m sahəsi olan qeyri-yaşayış obyektinin alqı-satqı müqaviləsi aşkar edilməmişdir. Bununla bağlı 1999-cu ildən 2011-ci ilədək olan dövr ərzindəki reyestr kitabları və eləcə də komputerdə yerləşdirilmiş rayon İstehlak Cəmiyyəti ilə vətəndaşlar arasında olan müqavilələr diqqətlə yoxlanılmışdır. Yuxarıda göstərilən dövrdə rayon Kooperativ Cəmiyyəti İdarə Heyətinin qərarı ilə vətəndaşlar arasında bir çox sayda alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Ehtimal olunur ki, Rayon Kooperativ Cəmiyyəti ilə vətəndaşlar arasında notarial alqı-satqı olmadan müqavilənin 1S-2415,1S-2416 və 1S-2417 reyestrdə öz əksini tapmışdır. Əlavə olaraq, alqı-satqı müqaviləsi Azərittifaq İdarə Heyətinin qərarı olmadan təsdiqləmək qanunvericiliyin tələblərinə ziddir.
8. Bundan başqa Dövlət Notariat Arxivinin “Azərittifaq” idarə heyətinin sədri Eldar Quliyevə ünvanlanmış ##.##.2025-ci il tarixli məktub surətindən görünür ki, Biləsuvar rayon dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2005-ci ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən qeyd olunan şəxslər arasında rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. Eyni zamanda, Dövlət notariat arxivində notariat qaydasında təsdiq edilmiş sənədlər və onların qeydə alındığı reyestr kitabları saxlanılır. Surət təsdiqinin qeydə alındığı 2010-cu ilə dair 1S indeksli notariat reyestrləri arxivə təhvil verilməmişdir.
9. Göründüyü kimi cavabdeh qeyd edilən iddiaçının balansında olan qeyri-yaşayış sahəsinin 50 kv/m-lik hissəsini alqı-satqı yolu ilə Cəmiyyətin İH-nin qərarı ilə aldığını iddia etsə də buna dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, nə Biləsuvar Rayon Notariat Ofisinin nə də Dövlət Notariat Arxivinin cavab məktublarında Bilə suvar RKC ilə cavabdeh Cavabdeh arasında iddiaçının balansında olan qeyri-yaşayış binasından 50 kv/m-lik sahənin alqı-satqısına dair etibarlı müqavilə aşkar edilməmişdir.
10. Digər tərəfdən, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin adına mübahisəli obyekt və ya onun hər hansı hissəsi üzərində dövlət qeydiyyatından keçmiş mülkiyyət hüququ mövcud deyildir. Eyni zamanda, torpaq sahəsi üzərində hüquq Biləsuvar Rayon Kooperativ Cəmiyyətinin xeyrinə qeydiyyata alınmışdır. Belə olan halda cavabdehin əmlakdan istifadəsinin hansı hüquqi əsasdan irəli gəldiyi sübuta yetirilməmiş qalır. Mülki qanunvericiliyin tələblərinə görə, əmlaka sahiblik edən şəxs həmin sahibliyin hüquqi əsaslarını sübut etməlidir. Cavabdeh isə bunu edə bilməmişdir.
11. Belə ki, DƏDKR PHŞ * saylı Cəlilabad Ərazi İdarəsinin məhkəmənin sorğusuna ##.##.2025-ci il tarixli cavab məktubunun surətindən görünür ki, sorğuda qeyd olunan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası ##.##.2021-ci il tarixli, 2321010069 qeydiyyat nömrəsi ilə hüquqi qeydiyyata alınmışdır. Biləsuvar rayon Kooperativ Cəmiyyətinin adına Biləsuvar şəhəri, M.İbrahimov küçəsi, 226 ünvanında yerləşən yaşayış məntəqələrinin torpaqları sahibkarlıq torpaq sahəsi ##.##.2024-cü il tarixli, ********** icarə qeydiyyatına alınmışdır. Cavabdeh adına hal-hazırda hər hansı bir daşınmaz əmlak aşkar edilməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi sübutetmə yükünü faktiki olaraq iddiaçının üzərinə qoyaraq cavabdehin hüquq yaradan sənədlərinin etibarlılığını araşdırmadan iddianı rədd etmişdir. Halbuki, iş üzrə müəyyən edilmiş hallar mübahisəli əmlakın kooperativin balansında olmasını, cavabdehin həmin əmlakdan istifadə etməsini, lakin bu istifadənin qanuni olmamasını təsdiq edir. Bu halda iddiaçının əmlak üzərində sahiblik və istifadə hüquqlarının müdafiəsi üçün vindikasiya xarakterli tələbi əsaslı hesab edilməlidir. Odur ki, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi işin faktiki hallarına uyğun olmadığından, sübutların natamam qiymətləndirilməsi və maddi hüquq normalarının düzgün tətbiq edilməməsi səbəbindən ləğv edilməli, Biləsuvar Rayon İstehsal-İstehlak Kooperativinin iddiası təmin edilməli, Biləsuvar şəhəri M.İbrahimov küçəsində yerləşən mağaza binasının 50 kv.m hissəsinin cavabdeh Cavabdeh qeyri-qanuni istifadəsindən çıxarılaraq iddiaçının sahibliyinə və istifadəsinə qaytarılması barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslardır. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş cəmi 150 manat dövlət rüsumu cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.2-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. İddiaçı məxsus Biləsuvar şəhərinin M.İbrahimov (keçmiş M.F.Axundov) küçəsində yerləşən mağaza binasının 50 kv.m-lik hissəsinin (əmlak) cavabdeh Cavabdeh tərəfindən qeyri-qanuni istimarına son qoyulsun, cavabdeh həmin sahədən (əmlakdan) çıxarılsın və 50 kv.m-lik əmlak iddiaçının sahibliyinə və istifadəsinə qaytarılsın. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş cəmi 150 manat dövlət rüsumu cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.