Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-1060/2026 16.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, İlkin iddia üzrə iddiaçı iddiaçı2 cavabdehlər cavabdeh3 Şirkətinin Azərbaycan Respublikasındakı filialı, cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti və cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “avtomobil icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh3 Şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdeh iddiaçı2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin Bakı Kommersiya Məhkəməsinin e- *-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadından cavabdeh cavabdeh3 Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı iddiaçı2 cavabdehlər cavabdeh3 Şirkətinin Azərbaycan Respublikasındakı filialı, cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti və cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh cavabdeh3 Şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında bağlanmış ##.##.2024-cü il tarixli icarə müqaviləsi üzrə 39244,12 manat cərimənin, 2025-ci ilin fevral – mart ayı üçün hesablanmış 6279,06 manat, 2025-ci ilin aprel və may (15 gün) ayları üçün hesablanmış 4709,28 manat icarə haqqı borcunun, nəqliyyat vasitəsinə dəymiş zərərin əvəzi olaraq 3775,65 manat məbləğində pulun cavabdehlər cavabdeh3 Şirkətinin Azərbaycan Respublikasındakı filialı və cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətindən, 5000 manat mənəvi və 2000 manat maddi ziyanın, ödənilmiş 278 manat dövlət rüsumunun cavabdeh3 Şirkətinin Azərbaycan Respublikasındakı filialı, cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti və cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətindən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı cavabdeh3 Şirkətinin Azərbaycan Respublikasındakı filialı cavabdeh iddiaçı2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış ## ### 2025-ci il tarixli NS***/** saylı avtomobil icarə müqaviləsinin etibarsız hesab edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, qarşılıqlı iddia təmin edilməmişdir. Həmin qətnamədən cavabdeh3 Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi və vəkili vəkil2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ##.##.2026cı il tarixdə apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı ilə "Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-2-2(113)- ****/**** nömrəli qətnaməsindən cavabdeh3 Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılması qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadından cavabdeh3 Şirkətinin Azərbaycan Respublikasındakı filialı elektron qaydada şikayət ünvanlayaraq Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli e-*-*(***)- ****/**** nömrəli qərardadını ləğv edərək apellyasiya şikayətini icraata qəbul edilməsini və ya iş materiallarının baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli və Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının ##.##.2026-cı il tarixli e-2-2(3- *)- ***/**** nömrəli qərardadları ilə Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli e- 2-2(113)- ****/**** nömrəli qərardadından cavabdeh3 Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh3 Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi və vəkili vəkil2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti vermiş, eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair cavabdeh3 Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Hazırda cavabdeh cavabdeh3 Şirkətinin Azərbaycan Respublikasındakı filialı Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadından şikayət verərək həmin qərdadın ləğv olunması, prosessual müddətin bərpa edilməsi və apellyasiya şikayətinin icraata qəbul edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Qərardaddan şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə sübutları tam araşdırmamış, onlara düzgün qiymət verməmişdir. Qeyd edilməlidir ki, prosessual şəxs qətnamədən apellyasiya şikayətini verərkən, dövət rüsumu ödəməlidir. Cavabdeh də öz növbəsində 77 manat məbləğində dövlət rüsumu ödəmişdir. Apellyasiya şikayəti qaytarıldığına görə də cavabdeh həmin rüsumun qəbzini texniki olaraq Elektron Məhkəmə Sistemində yenidən istifadə edə bilməzdi. Bu tipli məsələlərdə də aşağıdakı təcrübə formalaşmışdır. Apellyasiya şikayətini təqdim edən şəxs Elektron Məhkəmə Sisteminin qaynar xəttinə müraciət edərək, apellyasiya şikayətinin geri qaytarılmasına dair qərardadı təqdim edir və Elektron Məhkəmə Sisteminin əməkdaşları tərəfindən prosessual şəxsə yenidən həmin qəbzdən istifadə edilməsi üçün şərait yaradılır. Tərəfindən Bakı Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı alındıqdan sonra dəfələrlə Elektron Məhkəmə Sisteminə telefon vasitəsilə müraciətlər edilsə də, bütün müraciətlər cavabsız qalmışdır. Hətta, tərəfindən elektron məktub göndərilmiş və dəstək göstərilməsi xahiş edilmişdir. Lakin, elektron məktuba da hər hansı cavab verilməmişdir. Bu səbəbdən, tərəfindən əlavə olaraq 1 manat məbləğində dövlət rüsumu ödənilmiş və apellyasiya şikayəti yenidən Elektron Məhkəmə Sisteminə yerləşdirilmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş materialları əsasında müəyyən etmişdir ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi cavabdeh3 Şirkətinin Azərbaycan Respublikasındakı filialı, onun qanuni təmsilçisinin, nümayəndəsi və vəkilinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə ##.##.2026-cı il tarixdə, saat 16:31-də yerləşdirilmiş, həmin sistem vasitəsilə bu barədə cavabdeh3 Şirkətinin Azərbaycan Respublikasındakı filialının “daviqanuni nümayəndə2@amosgroup.com” elektron poçtuna, qanuni təmsilçisinin “daviqanuni nümayəndə2@amosgroup.com” elektron poçtuna, nümayəndəsi və vəkilinin “elektron ünvan 2” elektron poçtuna məlumat göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin adıçəkilən qətnaməsindən cavabdeh3 Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən apellyasiya şikayəti vermə müddəti ##.##.2026-cı il tarixdən hesablanmaqla ##.##.2026-cı il tarixdə başa çatmışdır. cavabdeh3 Şirkətinin Azərbaycan Respublikasındakı filialı isə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*- *(***)-****/**** nömrəli qətnaməsindən birinci dəfə ##.##.2026-cı il tarixdə şikayət vermişdir. Həmin şikayətin qaytarılmasının qanuniliyi üzrə Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının ##.##.2026-cı il tarixli e-2- *(*-*)-***/**** nömrəli qərardadı ##.##.2026-cı il tarixdə rəsmi qaydada təqdim edilmiş, növbəti apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə verilmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Həmin Məcəllənin 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiya qeyd edilənləri əsaslı sayaraq hesab edir ki, prosessual müddətin bərpa edilməsi barədə vəsatət haqlı olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh cavabdeh3 Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı ##.##.2026-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2-2(3-6)-1060/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-1060/2026
16.09.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver