Məhkəmə qərarları › İş №e-2(3-6)-3156/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3156/2026

14.07.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3156/2026 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X2 və X4 ibarət tərkibdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsindən qarşılıqlı iddiaçı ilkin iddia üzrə cavabdeh “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi X1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq Müəyyən etdi: İlk iddia üzrə iddiaçı İddiaçı Yaşlılara Dəstək İctimai Birliyi (dəqiqləşdirmədən sonra) cavabdeh “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi X1rşı “icarə müqaviləsi üzrə hüquqların tam bərpası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı İddiaçı Yaşlılara Dəstək İctimai Birliyi iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə “İçəri şəhər” Qoruq İdarəsinin Elmi Mədəni Mərkəzinin direktoru tərəfindən imzalanmış ##.##.2024-cü il tarixli, ##.##.2027-ci ilə qədər qüvvədə olan icarə müqaviləsinin və icarə münasibətlərinin ##.##.2027-ci il tarixədək qüvvədə saxlanması, icarəyə verilmiş sahədə - Bakı şəhəri, İçəri şəhər Böyük Qala küçəsi 13-15, mənzil 7 ünvanda yerləşən 2129 inventar nömrəsi olan yaşayış evinin sahəsi 182,67 kv.m olan qeyri-yaşayış hissəsində icarəçinin hüquqlarının tam formada bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi X1 cavabdeh İddiaçı Yaşlılara Dəstək İctimai Birliyinə qarşı “icarə müqaviləsinin xitamı və s.” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2024-cü il tarixli TAİM №**/** saylı icarə müqaviləsinin cavabdeh tərəfindən birtərəfli qaydada xitamının tanınması, icarə obyekti boşaldılaraq cavabdehə təhvil verilməsi, iş üzrə məhkəmə xərcləri qarşı tərəfin üzərinə qoyulması, iddiaçının iddiası ilə başlanmış məhkəmə mübahisəli ilə bağlı cavabdehin ödədiyi digər məhkəmə rüsumları iddiaçıdan tutularaq cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilmiş, qarşılıqlı iddia isə rədd edilmişdir. Həmin qətnamədən qarşılıqlı iddiaçı ilkin iddia üzrə cavabdeh “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi X1 verdiyi apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, həmin apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və şikayət geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən apellyasiya və kassasiya şikayətləri verildikdə, eləcə də iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanılmasından, məhkəmə cərimələrinin qoyulmasından şikayət verildikdə.., dövlət rüsumu ödənilir (108.1-108.1.9). Apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir (361.3). Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (363.1.2). Hazırda qüvvədə olan “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə görə qiymətləndirilməyən iddia ərizəsinin, ......verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verildikdə, birinci instansiya məhkəməsinə müraciət edilərkən bu Qanunun 8.2-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. “Dövlət rüsumu haqqında” Qanunda bəhs olunan “iddianın qiyməti” anlayışı MPM-in 112-ci maddəsində izah edilmiş, habelə müxtəlif tələblər üzrə iddianın qiymətinin müəyyən olunmasının meyarları müəyyən edilmişdir. MPM-in 112.1.10-cu maddəsinə görə iddianın qiyməti bir neçə müstəqil tələbdən ibarət olan iddialarda, bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. Həmçinin 112.3-cü maddəyə əsasən qarşılıqlı iddia da əsas iddia qaydasında ödənilir. İşdən görünür ki, ilkin və qarşılıqlı iddia ərizələri qiymətləndirilməyən iddialara aiddirlər. Həmçinin apellyasiya şikayətindən görünür ki, qətnamə həm ilkin, həm də qarşılıqlı iddia tələblərinə aid hissələrdə mübahisələndirilmişdir. Odur ki, sözügedən qətnamədən apellyasiya şikayəti verilərkən dövlət rüsumu ilk və qarşılıqlı iddialara uyğun ödənilməlidir. (Oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qərardadında əks olunmuşdur) Belə olan halda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi X1 apellyasiya şikayəti üzrə ödəməli olduğu dövlət rüsumunun məbləği ilkin və qarşılıqlı iddia ərizələrinin verilməsi üçün qanunla nəzərdə tutulmuş dövlət rüsumlarının ümumi məbləğinin yarısı qədər- 100 manat təşkil etdiyi halda, həmin məbləğdə dövlət rüsumunun ödənmədiyi müəyyən olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından bu hal işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də qətnamədən hər iki tərəfin verdiyi apellyasiya şikayətləri qeyri-mümkün hesab edilərək, geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidirlər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 361, 363, 364 və 366, 400, 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsindən qarşılıqlı iddiaçı ilkin iddia üzrə cavabdeh “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi X1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Fuad Abdıyev Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar