Məhkəmə qərarları › İş №e-2-2(3-6)-501/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-501/2026

21.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-501/2026 21.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı İddiaçı İstehsalat Birliyinin cavabdeh Cavabdeh MMC-yə “borcun ödənilməsi” tələbinə və birləşdirilmiş/qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMCnin cavabdeh İddiaçı İstehsalat Birliyinə qarşı "borcun silinməsi" tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin Halları

1. Cavabdeh MMC (istehlakçı) ilə İddiaçı İB (paylayıcı) arasında bağlanmış qaz paylaycısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə ##.##.2023- cü il tarixli, AMX-****/** saylı müqaviləyə görə paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəyir.

2. . Cavabdeh MMC-yə məxsus abonent saldosundan görünür ki, ümumilikdə sayğac oxunması üzrə 349523,60 manat, aktlar üzrə 4947208,51 manat olmaqla, ümumi ödəmələr üzrə 4758777,48 manat ödəniş çıxıldıqdan sonra cavabdehin iddiaçıya olan borcu 537954,63 manat təşkil edir.

3. Tərəflər arasında bağlanmış ## ####### 2023-cü il tarixli Razılaşma Protokoluna əsasən: 14. 1-ci bəndinə əsasən “İstehlakçı”:

4. 1.1-ci bəndinə əsasən təbii qazdan istifadəyə görə İddiaçı İstehsalat Birliyinə ##.##.2023-cü il tarixinə 160337,65 manat məbləğində debitor borcunun olmasını qəbul edir.

5. 1.2-ci bəndinə əsasən həmin borcdan ilkin olaraq 40 000 manat ödədikdən sonra, qalan 120337,65 manat borcu ##.##.2023-cü il tarixinə 30084 manat, ##.##.2023cü il tarixinə 30084 manat, ##.##.2024-cü il tarixinə 30084 manat, ##.##.2024-cü il tarixinə 30085,65 manat İddiaçı İstehsalat Birliyinə ödəməyi öhdəsinə götürür;

6. 1.3-cü bəndinə əsasən bu Razılaşma Protokolunun 1.2-ci bəndində göstərilən məbləğdən əlavə olaraq hər ay ərzində cari istifadə olunmuş təbii qaza görə yaranmış borcu “Qazdan istifadə Qaydalan"nın 5.5-ci və qazın alqı-satqısı müqaviləsinin 3.4-cü bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürür.

7. 1.4-cü bəndinə əsasən hər ay hesab faktura təqdim edildikdən sonra bu Razılaşma Protokolunun 1 2-ci və 1.3-cü yarımbəndlərinin tələblərinə uyğun olaraq götürdüyü öhdəlikləri icra və ya vaxtında icra etmədiyi təqdirdə təbii qazın verilməsinin dayandırılmasını qəbul edir və bununla bağlı “Azəriqaz" İstehsalat Birliyinə qarşı heç bır tələb irəli sürməyəcəyini bildirir.

8. 2-ci bəndinə əsasən bu Razılaşma Protokolu üzrə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir. 20. 3-cü bəndinə əsasən “İstehlakçı” bu Razılaşma Protokolu üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə İddiaçı İstehsalat Birliyi borcun tələb edilməsi üçün məhkəməyə müraciət etmək hüququnu öz üzərində saxlayır. 21. 4-cü bəndinə əsasən tərəflər bu razılaşma üzrə ona məlum olan, kommersiya və xidməti sirrini təşkil edən məlumatları üçünçü şəxslərə verməmək barədə öhdəlik götürür.

9. İddiaçı İB tərəfindən Cavabdeh MMC-yə təbii qazdan istifadəyə görə ##.##.2025-ci il tarixli MT************ saylı 172282,80 manat məbləğində, ##.##.2025-ci il tarixli MT************ saylı 144184,56 manat məbləğində, ##.##.2025-ci il tarixli MT************ saylı 112492,26 manat məbləğində, ##.##.2025-ci il tarixli MT************ saylı 195931,64 manat məbləğində, ##.##.2024-cü il tarixli MT************ saylı 136872,45 manat məbləğində, ##.##.2024-cü il tarixli MT************ saylı 39790,80 manat məbləğində, ##.##.2024-cü il tarixli MT************ saylı 44588,06 manat məbləğində, ##.##.2025-ci il tarixli MT25********** saylı 68607,39 manat məbləğində, ##.##.2024-cü il tarixli MT************ saylı 934,34 manat məbləğində e-qaimələr göndərilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

10. İlkin iddia üzrə iddiaçı Azəriqaz” İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh Salyan rayonu ərazisində yerləşən istixanada (*************** nömrəli abonent kodu üzrə) təbii qazdan istifadə etdiyinə görə yaranmış 537954,63 manat əsas borc məbləğinin, dövlət rüsumu olaraq ödənilmiş 827,96 manat, 1.24 manat bank xidmət haqqının alınaraq İddiaçı İstehsalat Birliyinin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı İstehsalat Birliyi ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli AMX ****/** nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı barədə” müqaviləyə əsasən İddiaçı İstehsalat Birliyi üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq cavabdeh həmin müqavilənin şərtlərini pozaraq Salyan rayonu ərazisində yerləşən istixanada istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmiş və ##.##.2025-ci il tarixinə İddiaçı İstehsalat Birliyinə 537954,63 manat məbləğində borcu yaranmışdır. Borcun yaranmasına səbəb cavabdeh tərəfindən 2024-cü ilin oktyabr ayından 2025-ci ilin iyun ayınadək istifadə edilmiş təbii qazın dəyərinin tam ödənilməməsi olmuşdur. İddiaçı İB tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmasına, hesab-faktura təqdim olunmasına və pretenziya göndərilməsinə baxmayaraq o, borcunu ödəməmişdir.

12. İddia tələbində Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və İqtisadiyyatının enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqında” *** saylı ## #### 2000-ci il tarixli Fərmanına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə, 425-ci maddəsinə, 443.1-ci maddəsinə, 442-ci maddəsinə istinad olunmuşdur.

13. Daha sonra ilkin iddia üzrə iddiaçının nümayəndəsi dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh Salyan rayonu ərazisində yerləşən istixanada (*************** nömrəli abonent kodu üzrə) təbii qazdan istifadə etdiyinə görə yaranmış 537954,63 manat əsas borc məbləğinin, dövlət rüsumu olaraq ödənilmiş 827,96 manat, 1.24 manat bank xidmət haqqının alınaraq İddiaçı İstehsalat Birliyinin hesabına köçürülməsi barədə iddia ərizəsinin icraatda olduğunu, hazırda iddia tələbinin həcminin azaldılmasına zərurətin yarandığını, AR MPM-nin 53-cü maddəsinin rəhbər tutaraq məhkəmədən 536973,75 manat borcun, dövlət rüsumu olaraq ödənilmiş 827,96 manat, 1.24 manat bank xidmət haqqının alınaraq İddiaçı İstehsalat Birliyinin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Birləşdirilmiş/qarşılıqlı iş üzrə iddiaçı Cavabdeh MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı İstehsalat Birliyi tərəfindən Cavabdeh MMC-yə məxsus Salyan rayonu Kürsəngi kəndində yerləşən istixananın qaz sərfiyyatına görə hesablanmış 215181 (iki yüz on beş min yüz səksən bir ) manat məbləğində pulun silinməsi və iddia qaldırılması üçün ödənilmiş 505,18 manat dövlət rüsumunun alınaraq hesabımıza köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Birləşdirilmiş/qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh MMC-yə məxsus Salyan rayonu Kürsəngi kəndində yerləşən istixana İddiaçı abonentidir (abonent kodu: 235207400000067) və cavabdeh tərəfindən verilən sayğac göstəricilərinə uyğun olaraq daimi istifadə etdiyi qaza görə ödənişlər həyata keçirir. Qaz sayğacı istixanadan 36 km aralı məsafədə, cavabdehə məxsus xüsusi qorunan ərazidə quraşdırılıb. İstifadə elədiyimiz qazın pulunu cavabdeh İddiaçı İstehsalat Birliyi əməkdaşları tərəfindən verilən hesab-faktura əsasında ödəyirik. Bizim sayğaca baxmaq, ona nəzarət etmək imkanımız yoxdur. Cavabdeh bizə qarşı 537954,63 maanat borcun və dövlət rüsumunun ödənilməsi tələbilə iddia qaldırıb. İddia ərizəsi və əlavə olunmuş sənədlərlə tanış olduqda bizə məlum oldu ki, bizim istixanaya sayğaca əsasən yox aktlarla borc hesablanıb. Cavabdeh tərəfindən məhkəmə sənədlərinə əlavə olunmuş “ABONENTİN SALDOSU” nda bizim hesabatımız 2018- ci ilin oktyabr ayına qədər sayğac göstəriciləri ilə aparılmış, 2018ci ilin noyabr ayından 2025- ci ilin may ayına qədər isə sayğac göstəriciləri yazılmamış, “Qalıq və Aktlar” hissəsində borclar yazılmışdır. Halbuki, istixananın qaz sayğacı var, qazın pulu sayğacla hesablanmalı idi. 2025-ci ilin yanvar ayından may ayına qədər bizə 304684,42 manat pul ödətdirsələrdə “Ayın sonuna borc” hissəsində 537954,63 manat borc olduğunu göstərirlər. Bizim 2024-cü ilin oktyabr ayınadək borcumuz olmayıb. Aktlarla 2024-cü ilin oktyabr ayında 44588,06 manat, noyabr ayında 136864,20 manat, dekabr ayında 144068,32 manat, 2025-ci ilin yanvar ayında 195860,11 manat, fevral ayında 172241,76 manat, mart ayında 112454,64 manat, aprel ayında 68550,96 manat, may ayında 12592,08 manat borclar hesablayıblar. Bu aktların hansı əsaslarla yazılması, hesabatın hansı əsaslarla aparılması barədə heç bir məlumatımız yoxdur. Biz həmin aktları əldə etməyə çalışsaqda nəticəsi olmadı. Bu səbəbdəndə həmin aktları və hesabatları məhkəməyə təqdim edə bilmirik. Biz 537954,63 manat borcun 322773,03 manat hissəsini qəbul edirik, 215151 manat hissəsini isə qəbul etmirik. Cavabdeh tərəfindən 215151 manat borc qanunsuz hesablanmışdır. Biz 215151 manat pulun silinməsini tələb etsəkdə onlar həmin borcu silmir, borcun hesablanmasına əsas olan sənədləri təqdim etmirlər. Qeyd edirik tərəfimizdən İddiaçı İB-nə pretenziya məktubu ilə müraciət edərək, qanunsuz hesablanmış borcun silinməsini xahiş etmişik. Lakin, cavabdeh pretenziyaya məhəl qoymamışdır və bugünədək həmin borcu silməmişdir. Bu səbəbdən cavabdeh İddiaçı İB tərəfindən Cavabdeh MMCyə məxsus istixananın qaz sərfiyyatına görə hesablanmış cəmi 215151 manat pul məbləğinin silinməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

16. İddia tələbinin “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə, 13-cü maddəsinə, 22-1-ci maddəsinə “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 3.4.2-ci bəndinə əsasən “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ## ### 1999-cu il tarixli Qərarına, Qazdan istifadə qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” na istinad etmişdir.

17. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərardadı ilə, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair e-*-*(***)-****/**** saylı iş Bakı Kommerisya Məhkəməsinin icraatında olan iddiaçı İddiaçı İstehsalat Birliyinin cavabdeh Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair e-*-*(***)-****/**** saylı kommersiya mübahisəsinə dair işlə bir icraatda birləşdirilmişdir.

18. . Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə ilkin iddia üzrə cavabdeh Cavabdeh MMC-nin nümayəndəsinin vəsatəti təmin edilmiş, Cavabdeh MMC-yə məxsus *************** nömrəli abonent kodu ilə qeydə alınmış istixanada quraşdırılmış qaz sayğacı işlək vəziyyətdədirmi və qaz sərfiyyatının hesabatı düzgün aparılırmı?, Cavabdeh MMC-yə məxsus *************** nömrəli abonent kodu ilə qeydə alınmış istixanada quraşdırılmış qaz sayğacının göstəriciləri ilə abonent haqqında məlumatda yanvar 2018 - oktyabr 2025-ci il tarixinə kimi qeyd edilən sərfiyyat göstəricilərində fərqlər varmi? Varsa fərqlər nədən ibarətdir? - Cavabdeh MMC-yə məxsus *************** nömrəli abonent kodu ilə qeydə alınmış istixanada quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən 2024-cü ilin oktybar ayından 2025-ci ilin iyun ayınadək istifadə edilmiş təbbi qazın həcmi nə gədər təşkil etməsinin müəyyən edilməsi məqsədi ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir.

19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- **/*-**/***/**** nömrəli, ## ###### 2026-cı il tarixli məktubu ilə ekspertizadan (qaz sayğaclarının pasport göstəricilərinə uyğunluğu, dövlət standartlarının tələblərinə cavab verməsi, sayğacda nasazlıq (qüsur) olub-olmamasının müəyyən edilməsi Məhkəmə ekspertizası mərkəzinin texniki təhlükəsizlik ekspertizası şöbəsində mövcud olan ekspertizaların həll etdiyi məsələlərin dairəsinə aid olmadığına görə) imtina edilmişdir.

20. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə ilkin iddia ərizəsi təmin edilməsi, cavabdeh Cavabdeh MMC-dən 536973,75 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 826,97 manat tutularaq iddiaçı İddiaçı İstehsalat Birliyinə ödənilməsi,qarşılıqlı/birləşdirilmiş iddia üzrə üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı İstehsalat Birliyinə qarşı "215181 manat borcun silinməsi" tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilməsi,qarşılıqlı iddia üzrə ödənilmiş məhkəmə xərcləri qarşılıqlı iddiaçının özünə aid edilməsi qət edilmişdir.

21. İsmayılov İbrahim Teymur oğlu apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı14.01.2026-cı il tarixli qətnaməsinin ləğv və birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı İsmayılov İbrahim Teymur oğlunun iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

a) Apelyasiya şikayətinin dəlilləri

22. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, İddiaçı İB-nin Cavabdeh MMCyə qarşı iddia ərizəsi və əlavə olunmuş sənədlərlə tanış olduqda məlum olmuşdur ki, istixanaya sayğaca əsasən yox aktlarla borc hesablanıb. Cavabdeh tərəfindən məhkəmə sənədlərinə əlavə olunmuş “abonentin saldosu” nda hesabatın 2018-ci ilin oktyabr ayına qədər sayğac göstəriciləri ilə aparılmış, 2018-ci ilin noyabr ayından 2025-ci ilin may ayına qədər isə sayğac göstəriciləri yazılmamış, “Qalıq və Aktlar” hissəsində borclar yazılmışdır. Halbuki, istixananın qaz sayğacı var, qazın pulu sayğacla hesablanmalı idi. 2025-ci ilin yanvar ayından may ayına qədər bizə 304684,42 manat pul ödətdirsələrdə “Ayın sonuna borc” hissəsində 537954,63 manat borc olduğunu göstərirlər. 2024-cü ilin oktyabr ayınadək borc olmayıb. Aktlarla 2024-cü ilin oktyabr ayında 44588,06 manat, noyabr ayında 136864,20 manat, dekabr ayında 144068,32 manat, 2025-ci ilin yanvar ayında 195860,11 manat, fevral ayında 172241,76 manat, mart ayında 112454,64 manat, aprel ayında 68550,96 manat, may ayında 12592,08 manat borclar hesablayıblar. Bu aktların hansı əsaslarla yazılması, hesabatın hansı əsaslarla aparılması barədə heç bir məlumat yoxdur. Aktları əldə etməyə çalışsaqda nəticəsi olmamşdır İddiaçı İB tərəfindən aktlar məhkəməyə təqdim olunmamışdır. Məhkəməyə ünvanladığı qarşılıqlı iddia ərizəsində 537954,63 manat borcun 322773,03 manat hissəsini qəbul etdiyi, 215151 manat hissəsini isə qəbul etmədiyiklərini bildirmişlər. Cavabdeh tərəfindən 215151 manat borc qanunsuz hesablanmışdır. İddiaçı İB tərəfindən borcun hesablanmasına əsas olan sənədləri təqdim etməmişlər. Biz yaranmış borcun düzgün hesablanıb-hesablanmamasını, sayğaca müdaxilə-olunub olunmamasını müəyyən etmək üçün müvafiq ekspertiza təyin edilməsi ilə bağlı məhkəməyə vəsatət vermişik. Məhkəmə işin obyektiv həlli üçün qaz sayğacının yoxlanılması və müvafiq rəy verilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsə müraciət edə bilərdi. Lakin məhkəmə belə bir müraciət etməmişdir. İşin hallarından göründüyü kimi borclar sayğac göstəricisi ilə deyil aktlara əsasən hesablanmışdır.

17.Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Cavabdehin nümayəndəsi vəkili ərizə üvanlayaraq məhkəmə iclasının təxirə salınması xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikası Mülki Məcəlləsi

25. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 20. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

27. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

28. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

29. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

30. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

31. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

32. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

33. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin:

34. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

35. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın:

38. - 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

39. - 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

“Qaz təchizatı haqqında” Qanunun:

40. 1-ci maddəsində müəyyən edilmişdir ki, istehlakçı – alğı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. 32. 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. 33. 13-cü maddəsinin 6-cı bəndinə əsasən paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər.

41. 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

43. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda qətnamənin əsaslılığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. İş materillarına əsasən müəyyən olunur ki, işdə olan materiallardan və işin faktiki hallarından görünür ki, tərəflər arasında ##.##.2023-cü il tarixli, AMX-****/** saylı təbii qazın alqı-satqısına dair müqavilə bağlanmış, həmin müqavilə üzrə iddiaçı cavabdehi təbii qazla təmin etmək cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq iddiaçının hesabına ödəmək öhdəliyini üzərinə götürmüşdür

46. Apellyator şikayətində müvafiq aktları əldə edə bilmədiyini və həmin sənədlərin İddiaçı İB tərəfindən məhkəməyə təqdim olunmadığını iddia etsə də, məhkəmə kollegiyası bu dəlillərlə razılaşmır. Belə ki, cavabdeh tərəfindən tələb olunan borc hər hansı kənar aktla deyil, bilavasitə sayğacın faktiki göstəricilərinə və iddiaçı tərəfindən qanunvericiliyə uyğun olaraq təqdim edilmiş qaimə-fakturalara əsasən hesablanmışdır.

47. Həmçinin apellyator MMC-nin ümumi borcun böyük bir qismini — 322.773,03 manat hissəsini qəbul etdiyi halda, eyni hesablama prinsipinə əsaslanan 215.151,00 manatlıq hissəni əsassız olaraq inkar edir. Vahid hesablama sistemindən irəli gələn borcun bir hissəsinin qəbul edilib, digər hissəsinin isə heç bir mötəbər sübut təqdim edilmədən mübahisələndirilməsi şikayətin tamamilə əsassız olduğunu göstərir.

48. Göründüyü kimi apellyator sayğacın texniki vəziyyəti, ölçmə mexanizminin düzgün işləməməsi və ya kənar müdaxilə olması ehtimala əsaslanır və qeyd etdiyi hallar isə hər hansı sənədlə təsdiqlənmir. Məhkəmə kolelgiyası apellyasiya şikayətinin qaz sayğacının düzgün işləyib-işləməməsinin müəyyən olunması üçün ekspertiza keçirilməsi dəlilinə münasibətdə qeyd edir ki, apellaytor qeyd edilən hallara dair konkret və mötəbər sübutlar təqdim etməmişdir.

49. Belə ki, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə məhz cavabdeh Cavabdeh MMC nümayəndəsinin vəsatəti təmin edilmiş və iş üzrə mühəndis-texniki ekspertiza təyin olunmuşdur. Məhkəmə ekspert qarşısında qaz sayğacının işlək vəziyyətdə olub-olmaması, qaz sərfiyyatının düzgün hesablanıb-hesablanmaması, sayğac göstəriciləri ilə abonent məlumat bazasındakı sərfiyyat göstəriciləri arasında fərqlərin olub-olmaması, habelə müəyyən dövr ərzində faktiki istifadə edilmiş təbii qazın həcminin müəyyən edilməsi ilə bağlı suallar qoymuşdur.

50. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2026-cı il tarixli *-**-**/*-**/***/**** nömrəli məktubu ilə bildirilmişdir ki, qaz sayğaclarının pasport göstəricilərinə uyğunluğu, dövlət standartlarının tələblərinə cavab verməsi və sayğacda nasazlığın (qüsurun) olub-olmamasının müəyyən edilməsi həmin qurumun texniki təhlükəsizlik ekspertizası şöbəsində aparılan ekspertizaların predmetinə aid deyildir. Bu səbəbdən ekspertiza keçirilməsi mümkün olmamışdır.

51. Kollegiya qeyd edir ki, ekspertiza təyin edilməməsi də prosessual pozuntu kimi qiymətləndirilə bilməz. Belə ki, məhkəmə ekspertizası yalnız iş üzrə xüsusi bilik tələb olunduqda və mövcud sübutlar mübahisənin həlli üçün kifayət etmədikdə təyin edilir. Hazırkı işdə isə qaz sərfiyyatı üzrə hesablamalar müvafiq sayğaç göstəricilərinə əsaslanmış, həmin məlumatların etibarlılığına şübhə yaradan əsaslı sübutlar təqdim olunmamışdır.

52. Odur ki, cavabdeh tərəfin məhkəmənin qaz sayğacının ekspertizadan keçirilməsini təmin etmədiyi barədə arqumenti əsassızdır. Çünki iş materialları ilə müəyyən olunur ki, məhkəmə ekspertiza təyin etmiş, lakin ekspert müəssisəsi obyektiv səbəbdən həmin ekspertizanı aparmaq imkanının olmadığını bildirmişdir. Bu hal məhkəmə qətnaməsinin qanuniliyinə və əsaslılığına təsir edən prosessual pozuntu hesab edilə bilməz.

53. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə tam əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

54. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i: Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ödənilmiş rüsum apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar