Məhkəmə qərarları › İş №e-2-2(3-6)-710/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-710/2026

23.09.2026 · Sığorta müqaviləsi üzrə sair mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-710/2026 23.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI (Açar sözlər: sığorta müqaviləsi, sığorta hadisəsi, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Abdullayev Elşən Uğur oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçılar iddiaçı5, iddiaçı1, iddiaçı4, iddiaçı3 və onların nümayəndəsi (vəkili) Vəkil, cavabdeh Cavabdeh nümayəndəsi X3 iştirakları ilə iddiaçılar iddiaçı5, iddiaçı1, iddiaçı4, iddiaçı2, iddiaçı3 cavabdeh Cavabdeh qarşı pulun tutulması tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları

1. iddiaçı5 ilə “xxxx” ASC arasında, 03.05.24-cü ildən ##.##.2024-cü il tarixədək, sığorta məbləği 89.600 olmaqla iddiaçıya aid 28 ha pambıq bitkisi əkilmiş sahə sığorta edilmişdir.

2. Hadisə barədə ilkin məlumat vərəqindən görünür ki, sığortalı tərəfindən Fonda ##.##.2024-cü il tarixdə məlumat verilmişdir.

3. Iş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən verilmiş ##.##.2025-ci il tarixli imtina məktubundan görünür ki, ##.##.2024-cü il tarixdə edilmiş müraciətə əsasən Fond tərəfindən sahəyə baxış keçirilmiş və imtina səbəbi olaraq müstəqil ekespert tərəfindən təqdim edilmiş rəyə əsasən zərərin qiymətləndirilməsinin aparılmasının mümkün olmaması, sığortalanmış ərazidə bəyan edilmiş sığorta predmetinin yığıldığı təsbit edilərək təminat verilən risk nəticəsində zərər dəyməməsi göstərilmişdir.

4. iddiaçı4 ilə “xxxx” ASC arasında, 16.05.24-cü ildən ##.##.2024-cü il tarixədək, sığorta məbləği 115.200 olmaqla iddiaçıya aid 36 ha pambıq bitkisi əkilmiş sahə sığorta edilmişdir.

5. Hadisə barədə ilkin məlumat vərəqindən görünür ki, sığortalı tərəfindən Fonda ##.##.2024-cü il tarixdə məlumat verilmişdir.

6. Iş materiallarına əlavə edilmiş müstəqil ekspert tərəfindən verilmiş ##.##.2024-cü il tarixli və ##.##.2024-cü il tarixli yekun rəydən görünür ki, sahədə dərmanlama aparılmamışdır və bu səbəbdən pampıqda generativ orqan sayılan pambıq sovkasının zədələri müşahidə edilmişdir. Sığortalının zərərvericilərdən təminat paketi olmadığını nəzərə alındığında təminat daxili zərər halı müşahidə edilmir.

7. Iş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən verilmiş ##.##.2025-ci il tarixli imtina məktubundan görünür ki, Fond imtina verərkən, müstəqil ekspertin vermiş olduğu rəydəki hallara istinad etmişdir.

8. Məhkəmənin ##.##.2026-cı il tarixli iclasında iştirak edən mütəxəssis kimi işə cəlb edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Bitki Mühafizə və Texniki Bitkilərin seleksiyası şöbəsinin aparıcı elmi işçisi X7, pampıq sovkasının yaranma səbəbinin yağış deyil, dərmanlamanın vaxtında aparılmamasının olduğunu bildirmişdir.

9. iddiaçı3 ilə “xxxx” ASC arasında, 16.05.24-cü ildən ##.##.2024-cü il tarixədək, sığorta məbləği 169.600 manat olmaqla iddiaçıya aid 53 ha pambıq bitkisi əkilmiş sahə sığorta edilmişdir. Sığorta müqaviləsində leysan nəticəsində azadolma məbləği 10 faiz müəyyən edilmişdir.

10. Hadisə barədə ilkin məlumat vərəqindən görünür ki, sığortalı tərəfindən Fonda ##.##.2024-cü il tarixdə məlumat verilmişdir.

11. Müstəqil ekspert tərəfindən verilmiş ##.##.2024-cü il tarixli yekun rəydən görünür ki, ekspertiza anında məlum oldu ki, aramsız yağan uzun müddətli yağışlar və günəşli günlərin sayının az olma səbəbindən bitkilərin vegetativ orqanları generativ orqanlara nisbətən daha güclü inkişaf etmişdir. Dekabr ayının 14-ü olması nəzərə alınsa və temperaturun tədricən aşağı düşməsi qalan qozaların tam açılmasını mümkünsüz edir. Əsasən daha hündür və bitkilər arası və məsafənin sıx olduğu hissələrdə qozaların açılmaması daha çox müşahidə edildi. Normal şərtlərlə və zərərdən sonra, məhsuldarlıq təyin edildi və əlavə edilmiş cədvəllərdə göstərilmişdir. Hesablamalar açılmış qozalar üzərindən aparılmışdır. Yekun zərər faizi 19,18 faiz müəyyən edilmişdir.

12. Iş materiallarına əlavə edilmiş Cavabdeh ##.##.2025-ci il tarixli sığorta ödənişinin məbləğinin razılaşdırılması haqqında məktubundan görünür ki, müstəqil ekspert rəyinə əsasən baş vermiş sığorta hadisəsi ilə bağlı zərər məbləği 26.291,79 manat müəyyən edilmiş, müqavilə şərtlərinə görə şərtsiz azadolma məbləği 16.960 manat çıxıldıqdan sonra 9.331,79 manat sığorta ödənişi hesablanmışdır.

13. iddiaçı2 ilə “xxxx” ASC arasında, 16.05.24-cü ildən ##.##.2024-cü il tarixədək, iddiaçıya aid 58 ha pambıq bitkisi əkilmiş sahə sığorta edilmişdir.

14. Hadisə barədə ilkin məlumat vərəqindən görünür ki, sığortalı tərəfindən Fonda ##.##.2024-cü il tarixdə məlumat verilmişdir.

15. Müstəqil ekspert tərəfindən verilmiş ##.##.2024-cü il tarixli və ##.##.2024-cü il tarixli yekun rəydən görünür ki, sahədə dərmanlama aparılmamışdır və bu səbəbdən pampıqda generativ orqan sayılan pambıq sovkasının zədələri müşahidə edilmişdir. Sığortalının zərərvericilərdən təminat paketi olmadığını nəzərə alındığında təminat daxili zərər halı müşahidə edilmir.

16. Cavabdeh tərəfindən verilmiş ##.##.2025-ci il tarixli imtina məktubundan görünür ki, Fond imtina verərkən, müstəqil ekspertin vermiş olduğu rəydəki hallara istinad etmişdir.

17. iddiaçı1 ilə “xxxx” ASC arasında, 16.05.24-cü ildən ##.##.2024-cü il tarixədək, iddiaçıya aid 8 ha pambıq bitkisi əkilmiş sahə sığorta edilmişdir.

18. Hadisə barədə ilkin məlumat vərəqindən görünür ki, sığortalı tərəfindən Fonda ##.##.2024-cü il tarixdə məlumat verilmişdir.

19. Müstəqil ekspert tərəfindən verilmiş rəydən görünür ki, ##.##.2024-cü il tarixdə aparılan ekspertiza zamanı ərazidə pambıq bitkisinin yetişmə inkişaf fazasında olduğu məlum olmuşdur. Yağan leysan yağışlar səbəbindən qozalarda çürümə və qaralma halları, hava şəraitinin soyuq keçməsi səbəbindən qoza açılmalarında gecikmələrin olduğu müəyyən edilmişdir. Fermer tərəfindən ərazi üzrə yığım aparıldığı və 18 /ha məhsul əldə edildiyi bildirilmişdir. Nəticədə ərazidə 61,38 faiz zərər və 3,0159 s/ha məhsuldarlıq müəyyən edilmişdir.

20. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təqdim etmiş olduğu ##.##.2025-ci il tarixli məktubda məhsuldarlıq miqdarı 21,36 s/ha müyyən edilmişdir.

21. Fond tərəfindən verilmiş məktubdan görünür ki, məhsuldarlığın miqdarı ilə bağlı fərq olduğundan, əlavə sənədlər tələb edilmiş, sığortalı tərəfindən təqdim edilməmiş və nəticədə sığorta ödənişi verilməmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

22. Iddiaçı iddiaçı5 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 35 000 (otuz beş min) manat məbləğində dəymiş zərərin Cavabdeh tərəfindən iddiaçıya ödənilməsinə, iddiaçı5 tərəfindən ödənilmiş 197 (bir yüz doxsan yeddi) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı5 2024-cü ilin yazında Cavabdeh ilə kənd təsərrüfatı bitkilərinin – pambığın sığortalanması barədə müqavilə bağlayıb. Müqavilənin şərtinə görə hər hektardan 40 sent/ha məhsuldarlıq nəzərdə tutulmuş, ümumi sığorta məbləği iddiaçı5 üçün 89 600 (səksən doqquz min altı yüz) manat olmuşdur. ## ###### 2024-cü il tarixində Bərdə rayonunda 1 sutka ərzində müşahidə olunan güclü küləklə müşayiət olunan aramsız leysan yağışları nəticəsində əkin sahələri su altında qalmış, gölməçələr əmələ gəlmiş və küləklə birgə təsirlə sahələrdən keçən elektrik xətləri qırılaraq əraziyə düşmüşdür. MKT Bərdə filialının ## ###### 2024-cü il tarixli aktında əraziyə baxış keçirilmiş, baş vermiş hadisənin sığorta hadisəsi olduğu təsdiqlənmiş və nəticədə əkin sahələrinə ciddi ziyan dəydiyi, məhsuldarlığın əhəmiyyətli dərəcədə azaldığı qeydə alınmışdır. Həmin aktda, hər metr məsafədə 8–11 ədəd bar orqanının tökülməsinin müşahidə edildiyi, bunun nəticəsində isə hər hektar sahəyə orta hesabla 2–3 sentner həcmində məhsul itkisi dəydiyi təsbit olunmuşdur. Müqavilədə hər hektar üzrə 40 sent/ha məhsuldarlıq nəzərdə tutulduğu halda, faktiki məhsuldarlıq bəzi hallarda 12–24 sent/ha arasında olmuşdur. Nəticədə fermerlərin sahələrində kütləvi məhsul itkisi qeydə alınmışdır. Bu da müstəqil ekspert tərəfindən təsdiqlənmişdir. Fermerlər baş vermiş sığorta hadisəsi ilə əlaqədar Cavabdeh rəsmi qaydada müraciət etmiş, dəymiş zərərin müqavilə şərtlərinə uyğun olaraq ödənilməsini tələb etmişlər. Lakin Fond tərəfindən təqdim olunmuş cavab məktubunda müstəqil ekspertin rəyinə istinad edilərək, baş vermiş aramsız yağışlar nəticəsində pambıq bitkisində generativ orqanların (daraq, xırda qoza) tökülməsinin müşahidə olunduğu, habelə pambıq sovkasının zərəri səbəbindən məhsuldarlığın azalması qeyd edilmişdir. Bununla belə, ekspert rəyi əsasında bu hallar sığorta təminatı verilmiş risklərə aid edilməmiş və nəticədə fermerlərə məxsus sahələr üzrə dəymiş zərərin ödənilməsindən imtina olunmuşdur. Iddiaçı tərəfindən toxum, gübrə, dərman, texnika və digər istehsalat xərclərinə əhəmiyyətli maliyyə vəsaitləri sərf edilmişdir. Lakin baş vermiş sığorta hadisəsi nəticəsində sahələrdə məhsuldarlıq gözlənilən səviyyədə olmamış, bu isə çəkilmiş xərclərin qarşılığında adekvat gəlirin əldə edilməsini mümkünsüz etmişdir. Iddiaçı Cavabdeh arasında bağlanmış sığorta müqaviləsinə əsasən hər hektardan 40 sentner məhsuldarlıq nəzərdə tutulmuşdur. Lakin baş vermiş sığorta hadisəsi nəticəsində real məhsuldarlıq nəzərdə tutulandan xeyli az olmuş və nəticədə iddiaçıya ciddi maddi zərər dəymişdir. iddiaçı5 üzrə 23 hektar sahədə nəzərdə tutulan 40 sent/ha məhsuldarlıq faktiki olaraq 24,2 sent/ha olmuş və fərq 15,8 sent/ha təşkil etmiş, nəticədə dəymiş zərərin məbləği 35 000 manat olmuşdur.

24. Iddiaçı iddiaçı4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 32 000 (otuz iki min) manat məbləğində dəymiş zərərin Cavabdeh tərəfindən iddiaçıya ödənilməsinə, ödənilmiş 188 (bir yüz səksən səkkiz) manat dövlət rüsumunun və hüquqi xidmət üçün ödənilmiş 250 (iki yüz əlli) manat ödənişin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

25. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı4 2024-cü ilin yazında Cavabdeh ilə kənd təsərrüfatı bitkilərinin – pambığın sığortalanması barədə müqavilə bağlamışlar. Müqavilənin şərtlərinə görə hər hektardan 40 sent/ha məhsuldarlıq nəzərdə tutulmuş, ümumi sığorta məbləği iddiaçı4 üçün 115 200 (yüz on beş min iki yüz) manat olmuşdur. ## ###### 2024-cü il tarixində Bərdə rayonunda 1 sutka ərzində güclü küləklə müşayiət olunan aramsız leysan yağışları nəticəsində əkin sahələri su altında qalmış, gölməçələr əmələ gəlmiş və küləklə birgə təsirlə sahələrdən keçən elektrik xətləri qırılaraq əraziyə düşmüşdür. MKT Bərdə filialının ## ###### 2024-cü il tarixli aktında əraziyə baxış keçirilmiş, baş vermiş hadisənin sığorta hadisəsi olduğu təsdiqlənmiş və nəticədə əkin sahələrinə ciddi ziyan dəydiyi, məhsuldarlığın əhəmiyyətli dərəcədə azaldığı qeydə alınmışdır. Həmin aktda, hər metr məsafədə 8–11 ədəd bar orqanının tökülməsinin müşahidə edildiyi, bunun nəticəsində isə hər hektar sahəyə orta hesabla 2–3 sentner həcmində məhsul itkisi dəydiyi təsbit olunmuşdur. Müqavilədə hər hektar üzrə 40 sent/ha məhsuldarlıq nəzərdə tutulduğu halda, faktiki məhsuldarlıq bəzi hallarda 12–24 sent/ha arasında olmuşdur. Nəticədə fermerlərin sahələrində kütləvi məhsul itkisi qeydə alınmışdır. Bu da müstəqil ekspert tərəfindən təsdiqlənmişdir. Fermerlər baş vermiş sığorta hadisəsi ilə əlaqədar Cavabdeh rəsmi qaydada müraciət etmiş, dəymiş zərərin müqavilə şərtlərinə uyğun olaraq ödənilməsini tələb etmişlər. Lakin Fond tərəfindən təqdim olunmuş cavab məktubunda müstəqil ekspertin rəyinə istinad edilərək, baş vermiş aramsız yağışlar nəticəsində pambıq bitkisində generativ orqanların (daraq, xırda qoza) tökülməsinin müşahidə olunduğu, habelə pambıq sovkasının zərəri səbəbindən məhsuldarlığın azalması qeyd edilmişdir. Bununla belə, ekspert rəyi əsasında bu hallar sığorta təminatı verilmiş risklərə aid edilməmiş və nəticədə fermerlərə məxsus sahələr üzrə dəymiş zərərin ödənilməsindən imtina olunmuşdur. Iddiaçı ilə Cavabdeh arasında bağlanmış sığorta müqaviləsinə əsasən hər hektardan 40 sentner məhsuldarlıq nəzərdə tutulmuşdur. Lakin baş vermiş sığorta hadisəsi nəticəsində real məhsuldarlıq nəzərdə tutulandan xeyli az olmuş və nəticədə iddiaçıya ciddi maddi zərər dəymişdir. iddiaçı4 üzrə 36 hektar sahədə nəzərdə tutulan 40 sent/ha məhsuldarlıq faktiki olaraq 27,19 sent/ha olmuş və fərq 12,8 sent/ha təşkil etmiş, bu əsasda dəymiş zərərin məbləği 32 000 (otuz iki min) manat hesablanmışdır.

26. Iddiaçı iddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı3 83 000 (səksən üç min) manat məbləğində dəymiş zərərin Cavabdeh tərəfindən iddiaçıya ödənilməsinə, habelə iddiaçı3 tərəfindən ödənilmiş 356 (üç yüz əlli altı) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

27. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı3 2024-cü ilin yazında Cavabdeh ilə kənd təsərrüfatı bitkilərinin – pambığın sığortalanması barədə müqavilə bağlamışlar. Müqavilənin şərtlərinə görə hər hektardan 40 sent/ha məhsuldarlıq nəzərdə tutulmuş, ümumi sığorta məbləği iddiaçı3 üçün 169 600 (yüz altmış doqquz min altı yüz) manat olmuşdur. ## ###### 2024-cü il tarixində Bərdə rayonunda 1 sutka ərzində müşahidə olunan güclü küləklə müşayiət olunan aramsız leysan yağışları nəticəsində əkin sahələri su altında qalmış, gölməçələr əmələ gəlmiş və küləklə birgə təsirlə sahələrdən keçən elektrik xətləri qırılaraq əraziyə düşmüşdür. MKT Bərdə filialının ## ###### 2024-cü il tarixli aktında əraziyə baxış keçirilmiş, baş vermiş hadisənin sığorta hadisəsi olduğu təsdiqlənmiş və nəticədə əkin sahələrinə ciddi ziyan dəydiyi, məhsuldarlığın əhəmiyyətli dərəcədə azaldığı qeydə alınmışdır. Həmin aktda, hər metr məsafədə 8–11 ədəd bar orqanının tökülməsinin müşahidə edildiyi, bunun nəticəsində isə hər hektar sahəyə orta hesabla 2–3 sentner həcmində məhsul itkisi dəydiyi təsbit olunmuşdur. Müqavilədə hər hektar üzrə 40 sent/ha məhsuldarlıq nəzərdə tutulduğu halda, faktiki məhsuldarlıq bəzi hallarda 12–24 sent/ha arasında olmuşdur. Nəticədə fermerlərin sahələrində kütləvi məhsul itkisi qeydə alınmışdır. Bu da müstəqil ekspert tərəfindən təsdiqlənmişdir. Fermerlər baş vermiş sığorta hadisəsi ilə əlaqədar Cavabdeh rəsmi qaydada müraciət etmiş, dəymiş zərərin müqavilə şərtlərinə uyğun olaraq ödənilməsini tələb etmişlər. Lakin Fond tərəfindən təqdim olunmuş cavab məktubunda müstəqil ekspertin rəyinə istinad edilərək, baş vermiş aramsız yağışlar nəticəsində pambıq bitkisində generativ orqanların (daraq, xırda qoza) tökülməsinin müşahidə olunduğu, habelə pambıq sovkasının zərəri səbəbindən məhsuldarlığın azalması qeyd edilmişdir. Bununla belə, ekspert rəyi əsasında bu hallar sığorta təminatı verilmiş risklərə aid edilməmiş və nəticədə fermerlərə məxsus sahələr üzrə dəymiş zərərin ödənilməsindən imtina olunmuşdur. Yalnız iddiaçı3 sahəsinə dair müstəqil ekspert rəyi əsasında zərər məbləği 26 291,79 manat müəyyən edilmiş, lakin müqavilədə nəzərdə tutulmuş şərtsiz azadolma məbləği 16 960,00 manat çıxıldıqdan sonra cəmi 9 331,79 manat sığorta ödənişi hesablanmışdır ki, bu da real dəymiş zərərin həcmindən xeyli aşağıdır. Iddiaçı tərəfindən toxum, gübrə, dərman, texnika və digər istehsalat xərclərinə əhəmiyyətli maliyyə vəsaitləri sərf edilmişdir. Lakin baş vermiş sığorta hadisəsi nəticəsində sahələrdə məhsuldarlıq gözlənilən səviyyədə olmamış, bu isə çəkilmiş xərclərin qarşılığında adekvat gəlirin əldə edilməsini mümkünsüz etmişdir. Iddiaçı ilə Cavabdeh arasında bağlanmış sığorta müqaviləsinə əsasən hər hektardan 40 sentner məhsuldarlıq nəzərdə tutulmuşdur. Lakin baş vermiş sığorta hadisəsi nəticəsində real məhsuldarlıq nəzərdə tutulandan xeyli az olmuş və nəticədə iddiaçıya ciddi maddi zərər dəymişdir. iddiaçı3 üzrə 53,8 hektar sahədə nəzərdə tutulan 40 sent/ha məhsuldarlıq faktiki olaraq 12,26 sent/ha olmuş və fərq 27,74 sent/ha təşkil etmiş, nəticədə dəymiş zərərin ümumi məbləği 83 000 (səksən üç min) manat müəyyən edilmişdir.

28. Iddiaçı iddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı2 78 000 (yetmiş səkkiz min) manat məbləğində dəymiş zərərin Cavabdeh tərəfindən iddiaçıya ödənilməsinə, habelə iddiaçı iddiaçı2 tərəfindən ödənilmiş 328 (üç yüz iyirmi səkkiz) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

29. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı2 2024-cü ilin yazında Cavabdeh ilə kənd təsərrüfatı bitkilərinin – pambığın sığortalanması barədə müqavilə bağlamışlar. Müqavilənin şərtlərinə görə hər hektardan 40 sent/ha məhsuldarlıq nəzərdə tutulmuş, ümumi sığorta məbləği iddiaçı2 üçün 185 600 (yüz səksən beş min altı yüz) manat olmuşdur. ## ###### 2024-cü il tarixində Bərdə rayonunda 1 sutka ərzində güclü küləklə müşayiət olunan aramsız leysan yağışları nəticəsində əkin sahələri su altında qalmış, gölməçələr əmələ gəlmiş və küləklə birgə təsirlə sahələrdən keçən elektrik xətləri qırılaraq əraziyə düşmüşdür. MKT Bərdə filialının ## ###### 2024-cü il tarixli aktında əraziyə baxış keçirilmiş, baş vermiş hadisənin sığorta hadisəsi olduğu təsdiqlənmiş və nəticədə əkin sahələrinə ciddi ziyan dəydiyi, məhsuldarlığın əhəmiyyətli dərəcədə azaldığı qeydə alınmışdır. Həmin aktda, hər metr məsafədə 8–11 ədəd bar orqanının tökülməsinin müşahidə edildiyi, bunun nəticəsində isə hər hektar sahəyə orta hesabla 2–3 sentner həcmində məhsul itkisi dəydiyi təsbit olunmuşdur. Müqavilədə hər hektar üzrə 40 sent/ha məhsuldarlıq nəzərdə tutulduğu halda, faktiki məhsuldarlıq bəzi hallarda 12–24 sent/ha arasında olmuşdur. Nəticədə fermerlərin sahələrində kütləvi məhsul itkisi qeydə alınmışdır. Bu da müstəqil ekspert tərəfindən təsdiqlənmişdir. Fermerlər baş vermiş sığorta hadisəsi ilə əlaqədar Cavabdeh rəsmi qaydada müraciət etmiş, dəymiş zərərin müqavilə şərtlərinə uyğun olaraq ödənilməsini tələb etmişlər. Lakin Fond tərəfindən təqdim olunmuş cavab məktubunda müstəqil ekspertin rəyinə istinad edilərək, baş vermiş aramsız yağışlar nəticəsində pambıq bitkisində generativ orqanların (daraq, xırda qoza) tökülməsinin müşahidə olunduğu, habelə pambıq sovkasının zərəri səbəbindən məhsuldarlığın azalması qeyd edilmişdir. Bununla belə, ekspert rəyi əsasında bu hallar sığorta təminatı verilmiş risklərə aid edilməmiş və nəticədə fermerlərə məxsus sahələr üzrə dəymiş zərərin ödənilməsindən imtina olunmuşdur. Iddiaçı tərəfindən toxum, gübrə, dərman, texnika və digər istehsalat xərclərinə əhəmiyyətli maliyyə vəsaitləri sərf edilmişdir. Lakin baş vermiş sığorta hadisəsi nəticəsində sahələrdə məhsuldarlıq gözlənilən səviyyədə olmamış, bu isə çəkilmiş xərclərin qarşılığında adekvat gəlirin əldə edilməsini mümkünsüz etmişdir. Iddiaçı ilə Cavabdeh arasında bağlanmış sığorta müqaviləsinə əsasən hər hektardan 40 sentner məhsuldarlıq nəzərdə tutulmuşdur. Lakin baş vermiş sığorta hadisəsi nəticəsində real məhsuldarlıq nəzərdə tutulandan xeyli az olmuş və nəticədə iddiaçıya ciddi maddi zərər dəymişdir. iddiaçı2 üzrə 53 hektar sahədə məhsuldarlıq 40 sent/ha nəzərdə tutulduğu halda faktiki olaraq 22,9 sent/ha olmuş və 17,1 sent/ha həcmində məhsul itkisi qeydə alınmış, bu əsasda dəymiş zərərin ümumi məbləği 78 000 (yetmiş səkkiz min) manat müəyyən edilmişdir.

30. Iddiaçı iddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı1 6000 (altı min) manat məbləğində dəymiş zərərin cavabdeh Cavabdeh tərəfindən iddiaçıya ödənilməsinə, habelə ödənilmiş 91 (doxsan bir) manat dövlət rüsumunun və hüquqi xidmət üçün ödənilmiş 250 (iki yüz əlli) manat ödənişin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

31. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı1 2024-cü ilin yazında Cavabdeh ilə kənd təsərrüfatı bitkilərinin – pambığın sığortalanması barədə müqavilə bağlamışdır. ## ###### 2024-cü il tarixində Bərdə rayonunda 1 sutka ərzində güclü küləklə müşayiət olunan aramsız leysan yağışları nəticəsində əkin sahələri su altında qalmış, gölməçələr əmələ gəlmiş və küləklə birgə təsirlə sahələrdən keçən elektrik xətləri qırılaraq əraziyə düşmüşdür. MKT Bərdə filialının ## ###### 2024-cü il tarixli aktında əraziyə baxış keçirilmiş, baş vermiş hadisənin sığorta hadisəsi olduğu təsdiqlənmiş və nəticədə əkin sahələrinə ciddi ziyan dəydiyi, məhsuldarlığın əhəmiyyətli dərəcədə azaldığı qeydə alınmışdır. Həmin aktda, hər metr məsafədə 8–11 ədəd bar orqanının tökülməsinin müşahidə edildiyi, bunun nəticəsində isə hər hektar sahəyə orta hesabla 2–3 sentner həcmində məhsul itkisi dəydiyi təsbit olunmuşdur. Müqavilədə hər hektar üzrə 40 sent/ha məhsuldarlıq nəzərdə tutulduğu halda, faktiki məhsuldarlıq bəzi hallarda 12–24 sent/ha arasında olmuşdur. Nəticədə fermerlərin sahələrində kütləvi məhsul itkisi qeydə alınmışdır. Bu da müstəqil ekspert tərəfindən təsdiqlənmişdir. Fermerlər baş vermiş sığorta hadisəsi ilə əlaqədar Cavabdeh rəsmi qaydada müraciət etmiş, dəymiş zərərin müqavilə şərtlərinə uyğun olaraq ödənilməsini tələb etmişlər. Lakin Fond tərəfindən təqdim olunmuş cavab məktubunda müstəqil ekspertin rəyinə istinad edilərək, baş vermiş aramsız yağışlar nəticəsində pambıq bitkisində generativ orqanların (daraq, xırda qoza) tökülməsinin müşahidə olunduğu, habelə pambıq sovkasının zərəri səbəbindən məhsuldarlığın azalması qeyd edilmişdir. Bununla belə, ekspert rəyi əsasında bu hallar sığorta təminatı verilmiş risklərə aid edilməmiş və nəticədə fermerlərə məxsus sahələr üzrə dəymiş zərərin ödənilməsindən imtina olunmuşdur. Iddiaçı ilə Cavabdeh arasında bağlanmış sığorta müqaviləsinə əsasən hər hektardan 40 sentner məhsuldarlıq nəzərdə tutulmuşdur. Lakin baş vermiş sığorta hadisəsi nəticəsində real məhsuldarlıq nəzərdə tutulandan xeyli az olmuş və nəticədə iddiaçıya ciddi maddi zərər dəymişdir. iddiaçı1 üzrə 8 hektar sahədə nəzərdə tutulan 40 sent/ha məhsuldarlıq faktiki olaraq 21,06 sent/ha olmuş və fərq 18,4 sent/ha təşkiletmiş, bu fərq əsasında dəymiş zərərin məbləği 6 000 manat müəyyən edilmişdir.

32. Qeyd edilmiş işlər, bir icraatda birləşdirilmişdir.

33. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddialar rədd edilmişdir.

34. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır:

 Məhkəmə qeyd edir ki, göründüyü kimi, iddiaçı5 istinad etdiyi tarixlərdə və yaxud ona yaxın günlərdə deyil, istinad etdiyi tarixlərdən aylar sonra Fonda müraciət etmiş və bu zaman da, artıq pambıq məhsulunu yığmışdır. Belə olan halda isə, zərər dəymişdirmi, dəymişdirsə hansı səbəbdən dəyməsini, məbləğini müəyyən etmək mümkün olmamışdır.  Ona görə də, sığorta ödənişinin verilməsindən imtina əsaslı olmuşdur.  Məhkəmə iddiaçı4 iddiası ilə bağlı qeyd edir ki, sahəyə zərər dəymənin səbəbi leysan yağışı deyil, məhz dərmanlama aparılmadığından pambıq sovkasının yaranması olmuşdur, pampıq sovkası isə təminat dairəsinə aid olmadığından, Fondun vermiş olduğu imtina əsaslıdır.  Məhkəmə iddiaçı3 iddiası ilə bağlı qeyd edir ki, Cavabdeh ##.##.2025-ci il tarixli sığorta ödənişinin məbləğinin razılaşdırılması haqqında məktubundan görünür ki, müstəqil ekspert rəyinə əsasən baş vermiş sığorta hadisəsi ilə bağlı zərər məbləği 26.291,79 manat müəyyən edilmiş, müqavilə şərtlərinə görə şərtsiz azadolma məbləği 16.960 manat çıxıldıqdan sonra 9.331,79 manat sığorta ödənişi hesablanmışdır.  iddiaçı3 qeyd edilmiş məbləğlə razı olmamışdır.  Məhkəmə bu xüsusda qeyd edir ki, yuxarıda qeyd edilmiş qaydaların 7-2-ci bəndindən də, göründüyü kimi, leysan riski təminatı pambıq bitkisində qozanın açıldığı vaxtdan yığıma qədər olan dövrdə yağıntıların təsiri nəticəsində açılmış qozaların yerə düşməsi ilə bağlı yaranan zərərlərə görə verilir.  Bu baxımdan Məhkəmə hesab edir ki, zərər üzrə hesablamaların məhz açılmış qozalar üzərindən aparılması halı və hesablanmış olan sığorta ödənişi məbləği doğru olmuş, iddiaçı3 isə, zərərin daha artıq olması barədə hər hansı bir sübutu Məhkəməyə təqdim edə bilməmişdir.  Ona görə də, Məhkəmə hesab edir ki, iddiaçı3 iddiası təmin edilə bilməz.  Məhkəmə iddiaçı2 iddiası ilə bağlı qeyd edir ki, sahəyə zərər dəymənin səbəbi leysan yağışı deyil, məhz dərmanlama aparılmadığından pambıq sovkasının yaranması olmuşdur, pampıq sovkası isə təminat dairəsinə aid olmadığından, Fondun vermiş olduğu imtina əsaslıdır.  Məhkəmə iddiaçı1 iddiası ilə bağlı qeyd edir ki, sığortalı iddiaçı1 zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə idarəedici quruma və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməmiş, hətta istinad etdiyi tarixdən aylar sonra yəni, ##.##.2024-cü il tarixdə Fonda müraciət etmiş və bunun nəticəsində də, fondun zərərin olub-olmaması həcmini, səbəbini müəyyən etmək mümkün olmamışdır.  Ona görə də, Məhkəmə hesab edir ki, imtina əsaslı olmuşdur.

35. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 883.1, 885-1, 922.1, 922.2, 923.1-ci maddələrinə, “Aqrar sığorta haqqında” Qanununun 5.1, 5.2, 16.1, 17.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ####### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları” 1.5.1, 1.18.1, 1.19.1, 1.19.9, 1.22.1, 2.2.4, 7-2-ci bəndlərinə istinad etmişdir.

36. Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayəti iddia ərizələrinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara, o cümlədən təqdim edilmiş rəylərə düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, işin hallarına uyğun gəlməyən qərar çıxardığını irəli sürmüşdürlər.

Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)

37. Cavabdeh apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək şikayətin təmin olunmaması, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, etirazını belə əsaslandırmışdır ki: “iddiaçılara məxsus pambıq sahələri üzrə müraciətlər əsasında müstəqil ekspertlər təyin edilmiş və aparılmış baxışlar nəticəsində sığorta təminatına daxil olan risklərdən yaranmış zərərin mövcudluğu təsdiq edilməmişdir. Ayrı-ayrı sahələrdə məhsuldarlığın azalması, qozaların açılmasının gecikməsi, generativ orqanların tökülməsi, çürümə və zərərvericilərin təsiri müəyyən edilsə də, bunların sığorta müqaviləsi ilə təminat verilən risklər nəticəsində yaranması müəyyən olunmamışdır. iddiaçı1 sahəsi üzrə ekspert tərəfindən 61,38 faiz zərər və 3,0159 s/ha məhsuldarlıq müəyyən edilmiş, lakin Kənd Təsərrüfatı Nazirliyinin məlumatında məhsuldarlığın 21,36 s/ha göstərilməsi səbəbindən göstəricilər arasında uyğunsuzluğun aradan qaldırılması üçün əlavə sənədlərin təqdim edilməsinin tələb olunduğunu bildirmişdir. iddiaçı3 sahəsi üzrə isə ekspert rəyi əsasında zərərin 26.291,79 manat müəyyən edildiyini, 16.960 manat şərtsiz azadolma məbləği çıxıldıqdan sonra 9.331,79 manat sığorta ödənişi hesablanmış, lakin ödənişin həyata keçirilməsi üçün tələb olunan sığorta tələbi, razılıq ərizəsi və bank hesabı məlumatları təqdim edilməmişdir. Sığorta ödənişi yalnız müqavilə və Aqrar Sığorta Qaydaları ilə təminat verilmiş riskin baş verməsi nəticəsində sığortalanmış predmetə zərər dəydiyi halda ödənilə bilər.

Apellyasiya baxışı, izahatlar

38. Iddiaçıların məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

39. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

40. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

41. Maddə 885-1. Aqrar sığorta sistemi ilə əhatə olunan münasibətlər bu Məcəllə, “Sığorta fəaliyyəti haqqında” və “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir

42. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

43. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.

44. Maddə 923.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.

45. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

“Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu

46. Maddə 5.1. Kənd təsərrüfatı məhsullarının istehsalçıları aqrar sığorta predmetləri üzrə aşağıdakı risklərin bir və ya bir neçəsindən sığorta qaydalarına əsasən sığortalanır: 5.1.1. təbii fəlakətlər; 5.1.2. yanğınlar; 5.1.3. bitki xəstəlikləri və zərərvericilər; 5.1.4. yoluxucu xəstəliklər və zəhərlənmələr; umu; 5.1.6. üçüncü şəxslərin hərəkətləri.

47. Maddə 5.2. Aqrar sığortalının sığorta hadisəsinin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətləri aqrar sığortanın riski ola bilməz.

48. Maddə 10.2. Azərbaycan Respublikasının Mərkəzi Bankı kənd təsərrüfatı sığortasında riskləri və (və ya) zərərləri qiymətləndirən, habelə sığorta hadisələrini araşdıran xarici fiziki şəxslərin bu fəaliyyətə cəlb edilməsi üçün yararlılıq tələblərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırmaqla müəyyən edir. Tələblərə uyğunluğu müəyyən edilən şəxslər bu fəaliyyətə aqrar sığorta orqanının qərarı ilə cəlb edilir və bu zaman bu Qanunun 10.1-ci maddəsinin tələbləri tətbiq edilmir.

49. Maddə 10.3. Müstəqil ekspertlərin fəaliyyət istiqamətləri, hüquq və vəzifələri sığorta qaydalarında və idarəedici qurumla aralarında bağlanan müqavilədə təsbit olunur.

50. Maddə 10.6. Müstəqil ekspertlər tərəfindən göstərilən xidmətlərə görə haqq aqrar sığorta orqanının müəyyən etdiyi qaydada və onun vəsaiti hesabına ödənilir. Sığorta ödənişinin məbləği barədə sığorta müqaviləsinin tərəfləri arasında mübahisə yarandığı hallarda yeni müstəqil ekspert təyin edilə bilər.

51. Maddə 16.1. Aqrar sığortalı sığorta hadisəsinin baş verməsi ilə bağlı Idarəedici quruma müraciət edir və Idarəedici qurum bu Qanunun 10-cu maddəsinə əsasən müəyyən olunmuş müstəqil ekspert tərəfindən sığorta hadisəsinin araşdırılmasını və zərərin qiymətləndirilməsini təmin edir.

52. Maddə 17.1. Sığorta qaydalarına uyğun olaraq, sığorta ödənişinin verilməsi üçün tələb olunan bütün sənədlər təqdim edildikdən sonra aqrar sığorta orqanı 7 iş günü ərzində sığorta ödənişinin tam və ya qismən verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərar qəbul edir və bu barədə aqrar sığortalıya “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada rəsmi məlumat verir.

53. Maddə 19. Bu Qanunun tələblərinin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ####### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”

54. 1.5.1. Sığorta müqaviləsinə görə Fond tərəfindən sığorta ödənişinin birbaşa sığortalıya və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta müqaviləsi üzrə təminat verilən risklərin baş verməsi nəticəsində sığortalanmış predmetə zərər dəyməsi faktı sığorta hadisəsi sayılır.

55. 1.18.1. Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası ilə bağlı bağlanılmış sığorta müqavilələri üzrə sığortalı və ya faydalanan şəxs baş vermiş sığorta hadisəsi barədə hadisənin baş vermə tarixindən 10 gün, kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların və akvakultura məhsullarının sığortası ilə bağlı bağlanılmış sığorta müqavilələri üzrə isə 24 saat ərzində vasitəçi aqrar sığortaçıya və ya idarəedici quruma, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan dövlət orqanlarına (qurumlarına) məlumat verməlidir.

56. 1.19.1. Sığorta hadisəsi zamanı yaranan zərərin qiymətləndirilməsi idarəedici qurum tərəfindən təyin edilmiş müstəqil ekspert tərəfindən həyata keçirilir.

57. 1.19.9. Sığorta müqaviləsi üzrə sığortalı və ya faydalanan şəxs aşağıdakı hallar istisna olmaqla zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə idarəedici quruma və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir: 1. Zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanılması mümkün olmadıqda; 2. idarəedici qurum sığorta hadisəsi barədə bu Qaydalarda nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 gün müddətində müstəqil ekspert tərəfindən zərər dəymiş əmlaka baxış keçirilməsini təmin etmədikdə; 3. digər hallarda zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanılmamasına Fondun razılığı olduqda.

58. 1.22.1. Aşağıdakı hallarda Fond sığorta ödənişinin verilməsindən imtina edə bilər: 1. baş vermiş hadisə sığorta müqaviləsinə və bu Qaydalara əsasən sığorta hadisəsi hesab edilmədikdə; 2. bu Qaydaların 1.18.1-ci yarımbəndinin tələblərinə əməl edilməməsi nəticəsində hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olmasına dair idarəedici qurumun əsaslandırılmış təqdimatı olduqda; 3. hadisənin baş verməsi hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olduqda; 4. sığortalı sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görmədikdə (bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı); 5. zərər dəymiş əmlakın idarəedici quruma təqdim edilməsi ilə bağlı bu Qaydaların 1.19.9-cu yarımbəndinə riayət edilməməsi idarəedici qurumu zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etdikdə; 6. sığorta predmeti və (və ya) sığorta hadisəsi barəsində sığortalının idarəedici quruma qəsdən yanlış məlumat verməsi idarəedici qurumu sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etdikdə; .....

59. 2.2.4. Bu Qaydaların 2.2.1-ci, 2.2.2-ci və 2.2.3-cü yarımbəndlərində nəzərdə tutulan risklərdən təminatlar aşağıdakı hallar nəticəsində yaranan zərərləri əhatə edir: ..... 7-

2. leysan riski təminatı – damcılarının diametri 1,00 mm-dən çox, intensivliyi 1-3 mm/dəqiqə və daha çox olan lokal xarakterli yağıntıların təsiri nəticəsində dəyən zərərlər (bu təminat gilas və üzüm bitkilərində meyvə yetişməsi, məhsulun yığım dövrlərində yağıntıların təsiri ilə meyvənin qismən irilənməsi və irilənmə nəticəsində meyvənin üzərində (qabığında) çatların əmələ gəlməsi, pambıq bitkisində isə qozanın açıldığı vaxtdan yığıma qədər olan dövrdə yağıntıların təsiri nəticəsində açılmış qozaların yerə düşməsi ilə bağlı yaranan zərərlərə görə verilir);

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

62. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

63. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

64. Maddə 385.1 Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

65. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi

66. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

68. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir.

69. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin düzgün həlli üçün ilk növbədə sığorta hadisəsinin baş verib-verməməsi, həmin hadisənin sığorta müqaviləsi ilə əhatə olunan risklər dairəsinə daxil olub-olmaması, habelə sığorta ödənişinin verilməsindən imtinanın qanuni əsaslarının mövcudluğu qiymətləndirilməlidir.

70. Iş materiallarından müəyyən olunur ki, iddiaçılar iddiaçı5, iddiaçı4, iddiaçı3, iddiaçı2 və iddiaçı1 məxsus pambıq əkini sahələri müvafiq sığorta müqavilələri əsasında sığortalanmış, müqavilələrdə hər hektar üzrə 40 sentner məhsuldarlıq nəzərdə tutulmuşdur. Iddiaçılar 2024-cü ilin iyul-avqust aylarında müşahidə edilmiş leysan yağışları nəticəsində pambıq sahələrinə zərər dəydiyini bildirərək sığorta ödənişinin həyata keçirilməsini tələb etmişlər.

71. “Aqrar sığorta Qaydaları”nın 2.2.4-cü bəndinin 7-2-ci yarımbəndindən görünür ki, leysan riski üzrə pambıq bitkisində sığorta təminatı ümumiyyətlə yağışın məhsuldarlığa göstərdiyi bütün mənfi təsirləri deyil, qozanın açıldığı vaxtdan yığıma qədər olan dövrdə yağıntıların təsiri nəticəsində açılmış qozaların yerə düşməsi ilə bağlı yaranmış zərəri əhatə edir.

72. Bu baxımdan yalnız müvafiq dövrdə leysan yağışının baş verməsinin və sonradan məhsuldarlığın azalmasının müəyyən edilməsi sığorta ödənişinin tutulması üçün özlüyündə kifayət etmir. Iddiaçının tələb etdiyi zərərlə sığorta təminatına daxil olan risk arasında səbəbli əlaqə də mötəbər sübutlarla müəyyən edilməlidir.

73. Kollegiya iddiaçı5 tələbi üzrə qeyd edir ki, iş materialları ilə iddiaçı5 məxsus 28 hektar pambıq sahəsi ##.##.2024-cü ildən ##.##.2024-cü ilədək sığortalanmış, sığorta məbləği 89.600 manat müəyyən edilmişdir.

74. Iddiaçı zərərin ##.##.2024-cü il tarixdə baş vermiş güclü küləkli leysan yağışları nəticəsində yarandığını bildirsə də, hadisə barədə Fonda yalnız ##.##.2024-cü il tarixdə, yəni istinad etdiyi hadisədən təxminən dörd ay sonra məlumat vermişdir. Həmin vaxt pambıq məhsulunun artıq yığılması səbəbindən müstəqil ekspert tərəfindən sahəyə baxış keçirilməsi, leysan nəticəsində açılmış qozaların yerə düşübdüşməsinin,

75. belə itkinin həcminin və məhz sığorta riskindən yaranmış zərərin müəyyən edilməsi mümkün olmamışdır.

76. Apellyasiya şikayətində məhsulun yığılmasının zərərin mövcud olmadığını göstərmədiyi və məhsulun miqdarı, sahənin ölçüsü kimi məlumatların sonradan da müəyyən edilməsinin mümkün olduğu göstərilsə də, kollegiya hesab edir ki, mübahisə ümumi məhsuldarlığın müəyyənləşdirilməsindən deyil, məhsuldarlıq itkisinə səbəb olan konkret halın sığorta təminatına daxil olub-olmamasının müəyyən edilməsindən ibarətdir.

77. Başqa sözlə, sonradan faktiki məhsuldarlığın müqavilədə nəzərdə tutulmuş 40 sent/ha göstəricidən aşağı olmasının müəyyən edilməsi həmin fərqin məhz Qaydaların 2.2.4cü bəndinin 7-2-ci yarımbəndində nəzərdə tutulmuş leysan riski nəticəsində yaranmasını təsdiq etmir.

78. Iddiaçının hadisədən uzun müddət sonra müraciət etməsi və məhsulun həmin vaxtadək yığılması zərərin xarakterini, səbəbini və həcmini hadisədən dərhal sonrakı vəziyyət üzrə müəyyən etmək imkanını obyektiv olaraq aradan qaldırmışdır.

79. Buna görə iddiaçı5 35.000 manat sığorta ödənişinin tutulmasına dair tələbinin rədd edilməsi nəticə etibarilə əsaslıdır.

80. Kollegiya iddiaçı4 tələbi üzrə qeyd edir ki, iş materialları ilə sonuncuya məxsus 36 hektar pambıq sahəsinin ##.##.2024–##.##.2024-cü il tarixləri ərzində 115.200 manat məbləğində sığortalandığı müəyyən olunur.

81. Iddiaçı sahəyə leysan nəticəsində zərər dəydiyini bildirsə də, iş materiallarında olan müstəqil ekspertin ##.##.2024 və ##.##.2024-cü il tarixli yekun rəyində sahədə dərmanlama aparılmadığı və bunun nəticəsində pambıq bitkisinin generativ orqanı olan pambıq sovkasının zədələrinin müşahidə edildiyi göstərilmişdir.

82. Bundan əlavə, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli iclasında iştirak etmiş Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan müvafiq qurumun mütəxəssisi də pambıq sovkasının yaranmasının səbəbinin yağış deyil, dərmanlamanın vaxtında aparılmaması olduğunu bildirmişdir.

83. Beləliklə, iddiaçı4 sahəsində məhsuldarlığın azalması faktı özü-özlüyündə mübahisəli olmasa belə, həmin azalmanın sığorta təminatına daxil olan leysan riskindən irəli gəlməsi sübuta yetirilmir. Əksinə, işdə olan xüsusi bilik tələb edən sübutlar zərərin başqa səbəblə — zərərvericinin təsiri və vaxtında dərmanlama aparılmaması ilə əlaqədar olduğunu göstərir.

84. Bu səbəbdən iddiaçı4 32.000 manat tələbinin təmin edilməməsi nəticə etibarilə düzgündür.

85. Kollegiya iddiaçı2 tələbi üzrə qeyd edir ki, ona məxsus 58 hektar pambıq sahəsi ##.##.2024-cü ildən ##.##.2024-cü ilədək sığortalanmışdır.

86. Işdə olan ##.##.2024 və ##.##.2024-cü il tarixli ekspert rəylərindən görünür ki, həmin sahədə də dərmanlama aparılmamış və pambıq sovkasının zədələri müşahidə edilmişdir. Sığortalının zərərvericilərdən təminat paketinin olmadığı nəzərə alınmaqla bu zərər sığorta təminatına daxil edilməmişdir.

87. Bu halda da iddiaçının istinad etdiyi leysan yağışlarının müəyyən dövrdə baş verməsi ilə tələb olunan 78.000 manat zərərin həmin yağışların birbaşa nəticəsi olması eyni anlayışlar deyildir. Sığorta ödənişinin yaranması üçün sığorta hadisəsinin mövcudluğu ilə yanaşı, konkret zərərin məhz sığorta təminatına daxil edilmiş risk nəticəsində yaranması müəyyən olunmalıdır.

88. Işdə olan ekspert materialları isə iddiaçı2 sahəsində müşahidə olunan zərərin səbəbini dərmanlama aparılmaması nəticəsində pambıq sovkasının yaranması ilə əlaqələndirir. Apellyasiya şikayətində həmin nəticəni təkzib edən və zərərin məhz Qaydaların 2.2.4-cü bəndinin 7-2-ci yarımbəndində nəzərdə tutulmuş formada leysan nəticəsində yarandığını təsdiq edən mötəbər sübut göstərilməmişdir.

89. Odur ki, iddiaçı2 78.000 manat sığorta ödənişinin tutulması tələbinin rədd edilməsi də əsaslıdır.

90. Kollegiya iddiaçı3 tələbi üzrə qeyd edir ki, ona məxsus 53 hektar pambıq sahəsinin ##.##.2024-cü ildən ##.##.2024-cü ilədək sığortalandığı, ümumi sığorta məbləğinin 169.600 manat olduğu, müqavilədə leysan nəticəsində azadolma məbləğinin 10 faiz müəyyən edildiyi iş materiallarından görünür.

91. Müstəqil ekspertin ##.##.2024-cü il tarixli yekun rəyində uzunmüddətli yağışlar və günəşli günlərin az olması səbəbindən bitkilərin vegetativ orqanlarının generativ orqanlara nisbətən daha güclü inkişaf etdiyi, dekabr ayının 14-də temperaturun tədricən aşağı düşməsi nəzərə alınmaqla qozaların tam açılmasının mümkün olmadığı göstərilmiş, normal şəraitlə zərərdən sonrakı vəziyyət müqayisə edilməklə yekun zərər faizi 19,18 faiz müəyyən edilmişdir.

92. Fondun ##.##.2025-ci il tarixli məktubundan isə görünür ki, həmin ekspert rəyi əsasında zərərin məbləği 26.291,79 manat müəyyən edilmiş, müqavilə üzrə 16.960 manat şərtsiz azadolma məbləği çıxıldıqdan sonra 9.331,79 manat sığorta ödənişi hesablanmışdır.

93. Belə olan halda birinci instansiya məhkəməsinin iddiaçı3 tələbini bütövlükdə rədd etməsi iş materialları ilə uzlaşmır. Çünki cavabdehin özünün apardığı sığorta tənzimlənməsi nəticəsində sığorta ödənişinin yaranması və onun 9.331,79 manat məbləğində olması qəbul edilmişdir. Buna görə iddianın həmin hissədə rədd edilməsi üçün əsas mövcud deyil.

94. Bununla yanaşı, apellyasiya şikayətində ekspertin hesablama predmetini düzgün seçmədiyi, hesablamanın açılmış qozalar üzrə aparıldığı və Qaydaların 2.2.4-cü bəndinin 7-2-ci yarımbəndinin düzgün tətbiq edilmədiyi göstərilmişdir.

95. Kollegiya həmin dəlillə bağlı qeyd edir ki, sözügedən norma pambıq üzrə leysan təminatını konkret olaraq qozanın açıldığı vaxtdan yığıma qədər olan dövrdə yağıntıların təsiri nəticəsində açılmış qozaların yerə düşməsi ilə bağlı yaranmış zərərlə əlaqələndirir. Buna görə ümumi məhsuldarlıq azalması və ya qozaların açılmasının gecikməsi özlüyündə həmin normada nəzərdə tutulmuş sığorta zərəri kimi qəbul edilə bilməz.

96. Eyni zamanda iddiaçı3 tələb etdiyi 83.000 manatla Fondun müəyyən etdiyi 9.331,79 manat arasındakı fərqin məhz sığorta təminatına daxil olan risk nəticəsində yaranmış zərər olduğunu təsdiq edən kifayət qədər mötəbər sübut təqdim etməmişdir. Buna görə tələb 9.331,79 manat hissəsində təmin edilməli, qalan hissədə rədd edilməlidir.

97. Kollegiya iddiaçı1 tələbi üzrə qeyd edir ki, sonuncuya məxsus 8 hektar pambıq sahəsinin sığortalandığı, iddiaçının 6.000 manat sığorta ödənişi tələb etdiyi müəyyən olunur.

98. Işdə olan ekspert rəyində ##.##.2024-cü ildə aparılmış baxış zamanı pambığın yetişmə-inkişaf fazasında olduğu, leysan nəticəsində qozalarda çürümə və qaralma hallarının, soyuq hava şəraiti səbəbindən qozaların açılmasının gecikməsinin müəyyən edildiyi, iddiaçının 18 hektar üzrə yığım apardığını bildirdiyi, nəticədə 61,38 faiz zərər və 3,0159 s/ha məhsuldarlıq müəyyən edildiyi göstərilmişdir.

99. Digər tərəfdən, Kənd Təsərrüfatı Nazirliyinin ##.##.2025-ci il tarixli məktubunda məhsuldarlıq göstəricisi 21,36 s/ha göstərilmişdir.

100. Beləliklə, eyni təsərrüfat sahəsinə münasibətdə məhsuldarlığın miqdarı barədə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənən məlumatlar mövcud olmuşdur.

101. Lakin bu ziddiyyətin mövcudluğu özü-özlüyündə iddiaçı1 tələb etdiyi 6.000 manatın sübuta yetirilməsi nəticəsinə gətirmir. Əksinə, zərərin həcminə dair mühüm göstəricilərin bir-biri ilə uyğun gəlməməsi tələb olunan məbləğin mötəbər və dəqiq sübutlarla müəyyən edilmədiyini göstərir.

102. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı1 hadisə barədə Fonda ##.##.2024-cü il tarixdə məlumat vermişdir. Halbuki iddia ərizəsində zərərin ##.##.2024-cü ildə müşahidə edilən leysan yağışları nəticəsində yarandığı göstərilmişdir. Deməli, Fond hadisədən dərhal sonra sahənin vəziyyətini, zərərin səbəbini və həcmini araşdırmaq imkanına malik olmamışdır.

103. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin Qaydaların 1.15.1-ci bəndinin 6-cı abzasına istinadının düzgün olmadığı və Fondun ziddiyyətli məlumatları müvafiq dövlət orqanına sorğu göndərməklə aradan qaldıra biləcəyi göstərilmişdir.

104. Kollegiya bu dəlillə bağlı qeyd edir ki, Qaydalarda idarəedici quruma ziddiyyətli sənədlərlə əlaqədar sorğu göndərmək hüququnun verilməsi sığortalının sığorta hadisəsi barədə vaxtında məlumat vermək və zərərin müəyyənləşdirilməsi üçün tələb olunan məlumatları təqdim etmək vəzifəsini aradan qaldırmır. Xüsusilə hadisə ilə müraciət arasında bir neçə ay keçdikdən sonra sığortaçının sonradan sorğu göndərmək imkanının olması hadisədən dərhal sonrakı faktiki vəziyyətin yerində müəyyənləşdirilməsi imkanını əvəz etmir.

105. Bu səbəbdən iddiaçı1 6.000 manat tələbinin təmin olunması üçün zəruri sübutlar mövcud deyildir.

106. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tələb edir ki, məhkəmənin qərarının əsasını təşkil edə biləcək sübutlarla tərəflərin tanış olmaq, həmin sübutlara münasibət bildirmək və onları mübahisələndirmək üçün real imkanı olsun. Iş materiallarından görünür ki, ayrı-ayrılıqda verilmiş iddialar sonradan bir icraatda birləşdirilmiş, lakin elektron məhkəmə sistemində həmin işlər texniki olaraq əlaqələndirilmədiyindən sistemdə yalnız iddiaçı5 iddiası üzrə elektron iş görünmüşdür. Bununla belə, mübahisələndirilən ekspert rəylərinin və digər sənədlərin iş materiallarına əlavə edildiyi müəyyən olunur.

107. Beləliklə, sənədlərin elektron sistemdə görünməməsi texniki xarakter daşımış, tərəflərin iş materialları ilə tanış olmaq, orada olan sübutların surətlərini əldə etmək, onların məzmununa münasibət bildirmək və müvafiq etirazlarını təqdim etmək prosessual imkanları mövcud olmuşdur.

108. Bununla yanaşı, şikayətçilər apellyasiya icraatında həmin sübutların məzmunu ilə tanış olmaq və onlara münasibət bildirmək imkanına malik olmuş, lakin ekspert rəylərində müəyyən edilmiş halları və zərərin həcmini təkzib edən hər hansı mötəbər sübut təqdim etməmişlər.

109. Yuxarıda şərh edilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı3 iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir.

110. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorların özlərinə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

111. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən iddiaçı1 kassasiya şikayəti verə bilməz.

112. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDI:

Iddiaçılar iddiaçı5, iddiaçı1, iddiaçı4, iddiaçı2, iddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnaməsi “iddiaçı3 cavabdeh Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia tələbinin rədd edilməsi hissəsində” ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. iddiaçı3 cavabdeh Cavabdeh qarşı “sığorta ödənişinin tutulması” tələbinə dair iddia tələbi qismən təmin edilsin. Cavabdeh Cavabdeh 9.331,79 (doqquz min üç yüz otuz bir manat, yetmiş doqquz qəpik) manat iddiaçı3 ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorların özlərinə aid olunsun. Qətnamədən iddiaçı5, iddiaçı4, iddiaçı2, iddiaçı3 onun rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar