Məhkəmə qərarları › İş №e-2-2(3-9)-149/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-9)-149/2026

28.07.2026 · Sığorta müqaviləsi üzrə sair mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2-2(3-9)-149/2026 28.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** saylı qərardadından (hakim Rəmzi Nəbiyev) cavabdeh tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdehdan baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş ziyana görə 9674,88 manat sığorta ödənişinin və ödənilmiş 117 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** saylı qətnaməsi ilə iddia təmin olunaraq, cavabdeh Cavabdeh 9674,88 manat sığorta ödənişi məbləği və ödənilmiş 117 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 9791,88 manat məbləğində pul tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** saylı qətnaməsi ##.##.2026-cı il tarixdə cavabdeh Cavabdeh məxsus elektron kabinetdə yerləşdirilməklə cavabdehə çatdırılmışdır. Qətnamədən cavabdeh Cavabdeh ## #### 2026-cı il tarixdə elektron qaydada apellyasiya şikayəti vermişdir. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** saylı qərardadı ilə Şirvan Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyi üçün geri qaytarılmışdır. Cavabdeh Cavabdeh tərəfindən ##.##.2026-cı il tarixdə qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə Şirvan Kommrrsiya Məhkəməsinə müraciət edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətinə əlavə olunan və cavabdeh Cavabdeh “Elektron məhkəmə” informasiya sistemindəki şəxsi kabinetindən əldə edilmiş məlumatdan görünür ki, Şirvan Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsinin elektron kabinetdə yerləşdirilməsi barədə bildiriş Fondun elektron kabinetində həmçinin ## #### 2026-cı il tarixdə saat 09:59-da əks olunmuş, həmin bildiriş ## #### 2026 cı il tarixdə saat 10:19-da oxunmuşdur. Bu hal məhkəmənin istinad etdiyi tarix ilə proses iştirakçısının elektron kabinetində əks olunan tarix arasında açıq uyğunsuzluğun mövcud olduğunu göstərir. Bundan əlavə, hamıya məlum olan və praktiki fəaliyyətdə də müşahidə edilən hal ondan ibarətdir ki, “Elektron məhkəmə” informasiya sistemində aparılmış yenilənmələr səbəbindən bildirişlərin göndərilməsi və məhkəmə sənədlərinin elektron kabinetlərdə əks olunması prosesində müxtəlif texniki ləngimələr və nasazlıqlar mövcud olmuşdur. Məhkəmə isə həmin halları nəzərə almadan və elektron kabinetdə faktiki əks olunan tarixlərin səbəblərini müəyyən etmədən apellyasiya şikayətini geri qaytarmışdır. Hesab edilir ki, təqdim edilmiş sübutlar apellyasiya şikayətinin verilməsi müddətinin ötürülmədiyini, ən azı isə müddətin hesablanmasının başlanğıc tarixi ilə bağlı əsaslı şübhələrin mövcud olduğunu təsdiq edir. Belə olan halda, elektron sistemdə yaranmış texniki uyğunsuzluqların və ya gecikmələrin mənfi nəticələri proses iştirakçısının üzərinə qoyula bilməz. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** saylı qərardadı ilə, cavabdeh Cavabdeh Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e- *-*(*-**)-***/**** saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizəsinin rədd edilməsi qərara alınmışdır. Cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixdə elektron qaydada şikayətlə məhkəməyə müraciət edərək, Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** saylı qərardadının ləğv edilməsini, 2026-cı il ## #### tarixli ərizənin təmin edilməsini, apellyasiya şikayətinin mümkün hesab edilərək icraata qəbul olunmasını və baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən Cavabdeh (bundan sonra – Fond) qarşı sığorta ödənişinin və digər ödənişlərin tutulması tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 2026-cı il ## ##### tarixli e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən Fond tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətində Şirvan Kommersiya Məhkəməsinin 2026-cı il ## ##### tarixli e-*-*(*-**)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. X3 Məhkəməsinin 2026-cı il ## #### tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, “Azemis” Elektron Məhkəmə Informasiya Sistemindən əldə edilmiş məlumata əsasən, Şirvan Məhkəməsinin 2026cı il ## ##### tarixli qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.5ci və 135.6-cı maddələrinin tələblərinə uyğun olaraq 2026-cı il # ### tarixdə Fondun elektron kabinetində yerləşdirilmiş və həmin tarixdə elektron qaydada çatdırılmış hesab edilməlidir. Bu səbəbdən məhkəmə apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddət ötürüldükdən sonra verildiyi qənaətinə gəlmişdir. Fond tərəfindən 2026-cı il ## #### tarixində Şirvan Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edilərək Şirvan Kommersiya Məhkəməsinin 2026cı il ## ##### tarixli e-*-*(*-**)-***/**** nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi və şikayətin Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin 2026-cı il ## #### tarixli e *-*(*-**)-***/**** nömrəli qərardadı ilə Fond tərəfindən verilmiş ərizə rədd edilmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə qərardadı ləğv edilməli və apellyasiya şikayəti icraata qəbul edilməldir. Belə ki, Mülki Prosessual Məcəllənin 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə işdə iştirak edən şəxslər həmin sistemdə qeydiyyatdan keçmiş olduqları halda, məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilir və bu barədə onlara elektron qaydada məlumat verilir. Apellyasiya şikayətinə əlavə olunan və Fondun “Elektron məhkəmə” informasiya sistemindəki şəxsi kabinetindən əldə edilmiş məlumatdan görünür ki, Şirvan Kommersiya Məhkəməsinin 2026 cı il 16 aprel tarixli qətnaməsinin elektron kabinetdə yerləşdirilməsi barədə bildiriş Fondun elektron kabinetində həmçinin 2026-cı il # #### tarixdə saat 09:59-da əks olunmuş, həmin bildiriş 2026-cı il # #### tarixdə saat 10:19- da oxunmuşdur. Bu hal məhkəmənin istinad etdiyi tarix ilə proses iştirakçısının elektron kabinetində əks olunan tarix arasında açıq uyğunsuzluğun mövcud olduğunu göstərir. Bundan əlavə, hamıya məlum olan və praktiki fəaliyyətdə də müşahidə edilən hal ondan ibarətdir ki, “Elektron məhkəmə” informasiya sistemində aparılmış yenilənmələr səbəbindən bildirişlərin göndərilməsi və məhkəmə sənədlərinin elektron kabinetlərdə əks olunması prosesində müxtəlif texniki ləngimələr və nasazlıqlar mövcud olmuşdur. Məhkəmə isə həmin halları nəzərə almadan və elektron kabinetdə faktiki əks olunan tarixlərin səbəblərini müəyyən etmədən apellyasiya şikayətini geri qaytarmışdır. Təqdim edilmiş sübutlar apellyasiya şikayətinin verilməsi müddətinin ötürülmədiyini, ən azı isə müddətin hesablanmasının başlanğıc tarixi ilə bağlı əsaslı şübhələrin mövcud olduğunu təsdiq edir. Belə olan halda, elektron sistemdə yaranmış texniki uyğunsuzluqların və ya gecikmələrin mənfi nəticələri proses iştirakçısının üzərinə qoyula bilməz. Şirvan Kommersiya Məhkəməsinin # #### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** saylı qərardadı ilə cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış və həmin qərardaddan verilmiş şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri üzrə nəzərdən keçirib hesab edir ki, şikayət əsassız olduğundan təmin oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2016-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.3-cü maddəsinə əssən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz; 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; 135.8-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 128.2-ci maddəsinə əsasən prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir; 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır; 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur; 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur; 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; 130.3-cü maddəsinə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Yuxarıda sadalanan prosessual normaların məzmunundan göründüyü kimi qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin axımı, qətnamənin rəsmi qaydada tərəfə verildiyi andan başlayır və yalnız qətnamənin rəsmi qaydada verildiyi andan keçən bir ay müddətində apellyasiya şikayəti verilmədiyi halda, prosessual müddət buraxılmış hesab olunur ki, bu halda qanunvericilik tərəfin üzərinə buraxılmış prosessual müddətin bərpasına dair vəsatət vermək vəzifəsi qoyur. Hazırki halda cavabdehə münasibətdə qətnamə # ### 2026-cı il tarixində cavabdehin elektron kabinetinə yerləşdirildiyi andan rəsmi qaydada verilmiş hesab edildiyindən, şikayət vermə müddətinin axımı da həmin gündən hesablanır. Hazırda cavabdeh Cavabdeh tərəfindən iş üzrə apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə verilmiş, lakin cavabdehin nümayəndəsi X2 məhkəmə qətnaməsinin elektron kabinetə iki dəfə, müxtəlif tarixlərdə yerləşdirildiyini, bu səbəbdən ərizə ilə tanış ola bilmədiklərini və ərizəni müdafiə etdiklərini bildirmiş, Şirvan Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** saylı qətnaməsinin cavabdehin elektron kabinetinə yerləşdirilməsi ilə bağlı bildirişin, həmçinin ##.##.2026-cı il tarixdə cavabdehin elektron kabinetində əks olunmasını “Elektron Məhkəmə” informasiya sistemində baş vermiş texniki səhvlə ələqəli olması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirmədən saxlayaraq şikayəti təmin etməmək səlahiyyəti vardır. Kollegiya birinci instansiya məhkəməsinin buraxılmış prosessual müddətin bərpası üçün üzürlü səbəblərin müəyyən olunmamasından ibarət mövqeyi ilə razılaşır. Belə ki, cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayətini vaxtında verilmədiyi üçün gətirilən arqumentlər üzrlü səbəb kimi qəbul oluna və qərardadın ləğv edilməsinin əsasını təşkil edə bilməz. Iş materiallarına əsasən qətnamə cavabdehin elektron kabinetinə # ### 2026-cı il tarixdə yerləşdirilmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə qətnaməsinin elektron kabinetə iki dəfə, müxtəlif tarixlərdə yerləşdirildiyini, bu səbəbdən ərizə ilə tanış ola bilmədiklərini və ərizəni müdafiə etdiklərini bildirmiş, Şirvan Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-*- *(*-**)-***/**** saylı qətnaməsinin cavabdehin elektron kabinetinə yerləşdirilməsi ilə bağlı bildirişin həmçinin ##.##.2026-cı il tarixdə əks olunmasını “Elektron Məhkəmə” informasiya sistemində baş vermiş texniki səhvlə ələqəli olması ilə əsaslandırmışdır. Deməli cavabdeh sözügedən qətnamənin elektron kabinetə yerləşdirilməsindən birinci dəfədən məlumatlı olmuşdur. Məhkəmə aktının elektron məhkəmə informasiya sistemində elektron kabinetə yerləşdirilməsi həmin qətnamnin rəsmi qaydada verilməsi hesab olunur və apellyasiya şikayəti vermə müddəti qeyd olunan qətnamənin rəsmi qaydada verildiyi gündən başlanmışdır. Prosessual müddətin axımı bildirişin təqdim olunması ilə deyil, müvafiq məhkəmə aktının rəsmi qaydada təqdim olunması ilə hesablanır. Belə olan halda cavabdehin irəli sürdüyü dəlillər üzrlü səbəb kimi qəbul oluna bilməz. Bu baxımdan kollegiya hesab edir ki, cavabdehin istinad etdiyi hallar prosessual müddətin buraxılmasının üzrlü səbəblərdən baş verdiyini təsdiq etmir. Buna görə də birinci instansiya məhkəməsi prosessual müddətin bərpasından imtina etməklə MPM-in tələblərini düzgün tətbiq etmiş və şikayətdə göstərilən dəlillər həmin qərardadın ləğv edilməsi üçün əsas yaratmır. Odur ki, birinci instansiya məhkəməsi şikayəti təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 397.2, 398.0.1, 400, 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Mahir Əsədli Cahid Imanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar