Məhkəmə qərarları › İş №e-2-2(3-6)-752/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-752/2026

28.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-752/2026 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə QƏTNAMƏ (ac̈ar̈sözlər:̈əsassız̈hesablanmış̈borcun̈silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakim Elşən Uğur oğlu Abdullayevin sədrliyi və məruzəsi ilə, hakimlər X3 və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə Elmixan oğlunun iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)- ****/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları:

1. Enerjitəchizatı müəssisəsi qismində Cavabdeh ASC ilə abonent qismində İddiaçı arasında imzalanmış ****** nömrəli enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqısatqısının birtipli müqaviləsinə əsasən tərəflər arasında elektrik enerjisinin alqı-satqısı və istehlakı ilə əlaqədar münasibətlər yaranmışdır. Həmin müqavilənin 10-cu bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar istehlakçı qrupu üçün müyyən edilmiş 1 kVts aktiv elektrik enerjisi 0,11 manat + (ƏDV) manat tarif üzrə aparılır. Tarif qiymətləri tənzimləndikdə bu müqavilədə müvafiq dəyişikliklər edilir. Müqavilə Cavabdeh ASC-nin imzası və möhürü ilə təsdiq edilmişdir.

2. Enerjitəchizatı müəssisəsi qismində Cavabdeh ASC ilə abonent qismində İddiaçı arasında imzalanmış ****** nömrəli enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqısatqısının birtipli müqaviləsinə əsasən tərəflər arasında elektrik enerjisinin alqı-satqısı və istehlakı ilə əlaqədar münasibətlər yaranmışdır. Həmin müqavilənin 10-cu bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar istehlakçı qrupu üçün müyyən edilmiş 1 kVts aktiv elektrik enerjisi 0,11 manat + (ƏDV) manat tarif üzrə aparılır. Tarif qiymətləri tənzimləndikdə bu müqavilədə müvafiq dəyişikliklər edilir. Müqavilə Cavabdeh ASC-nin imzası və möhürü ilə təsdiq edilmişdir.

3. Enerjitəchizatı müəssisəsi qismində Cavabdeh ASC ilə abonent qismində İddiaçı arasında imzalanmış ****** nömrəli enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqısatqısının birtipli müqaviləsinə əsasən tərəflər arasında elektrik enerjisinin alqı-satqısı və istehlakı ilə əlaqədar münasibətlər yaranmışdır. Həmin müqavilənin 10-cu bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar istehlakçı qrupu üçün müyyən edilmiş 1 kVts aktiv elektrik enerjisi 0,11 manat + (ƏDV) manat tarif üzrə aparılır. Tarif qiymətləri tənzimləndikdə bu müqavilədə müvafiq dəyişikliklər edilir. Müqavilə Cavabdeh ASC-nin imzası və möhürü ilə təsdiq edilmişdir.

4. Enerjitəchizatı müəssisəsi qismində Cavabdeh ASC ilə abonent qismində İddiaçı arasında imzalanmış ****** nömrəli enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqısatqısının birtipli müqaviləsinə əsasən tərəflər arasında elektrik enerjisinin alqı-satqısı və istehlakı ilə əlaqədar münasibətlər yaranmışdır. Həmin müqavilənin 10-cu bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar istehlakçı qrupu üçün müyyən edilmiş 1 kVts aktiv elektrik enerjisi 0,11 manat + (ƏDV) manat tarif üzrə aparılır. Tarif qiymətləri tənzimləndikdə bu müqavilədə müvafiq dəyişikliklər edilir. Müqavilə tərəflərin imzası və Cavabdeh ASC-nin möhürü ilə təsdiq edilmişdir.

5. Cavabdeh ASC tərəfindən tərtib edilmiş abunə haqqında məlumata əsasən *********** nömrəli abonentin (ərzaq-çayxana-kafe (“Elşən”)) cari tarixə borcu 4863,28 manat (sayğac oxunması: 15744,58 manat + aktlar: 5824,4 manat – ödəmələr: 16705,7 manat = 4863,28 manat), *************** nömrəli abonentin (çayxana-kafe) cari tarixə olan borcu 1932,56 manat (sayğac oxunması: 10114,3 manat + aktlar: 2912,2 manat – ödəmələr: 11093,94 manat = 1932,56 manat), *************** nömrəli abonentin (çayxana-kafe) cari tarixə olan borcu 2930,72 manat (sayğac oxunması: 5630,28 manat + aktlar: 2912,2 manat – ödəmələr: 5611,75 manat = 2930,72 manat) təşkil edir.

6. ##.##.2014-cü il tarixli, ********* saylı mədaxil qəbzinə əsasən qeydiyyat kodu 31001504976 olan Müşfiqabad qəsəbəsi, B: X141, m0 ünvanında yerləşən çayxana-kafe tərəfindən Cavabdeh ASC-yə 210 manat məbləğində elektrik enerjisi haqqı ödənilmişdir.

7. ##.##.2014-cü il tarixli, ********* saylı mədaxil qəbzinə əsasən qeydiyyat kodu 31001504976 olan Müşfiqabad qəsəbəsi, B: X141, m0 ünvanında yerləşən çayxana-kafe tərəfindən Cavabdeh ASC-yə 190,88 manat məbləğində elektrik enerjisi haqqı ödənilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

8. İddiaçı İddiaçı cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (Cavabdeh ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin *********** nömrəli kod nömrəsi üzrə Müşfiqabad qəsəbəsində yerləşən “Çayxana-Kafe” obyektinə hesabladığı (VÖEN:**********) 5967,29 manat borcun silinməsi vəzifəsinin Cavabdeh ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı rəsmi dövlət qeydiyyatından keçməklə Müşfiqabad qəsəbəsində yerləşən “Çayxan - Kafe” işlədir. Cavabdehlə *********** nömrəli abunə haqqında müqavilə bağlanmış, hər ay istifadə edilmiş elektrik haqqını qaydalara uyğun olaraq ödəyir. Lakin son bir neçə ildir ki, istifadə etmədiyi elektrik enerjisinin sərfiyyatına görə borc yazaraq ödənilməsi tələb edilir. Sonuncu dəfə ##.##.2024- cü il tarixdə cavabdehə rəsmi müraciət edərək, əsasız hesablamış borcun silinməsini xahiş etmişdir. Lakin cavabdeh ##.##.2024-cü ildə **-**/*-*/**-H-*****-*/**** nömrəli məktubla bildirmişdir ki, ”*********** nömrəli kod üzrə obyektin elektrik eneji hesabatı haqqında Abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, ##.##.2024-cü il tarixinə yaranmış 5967,29 manat borc sayğac sərfiyyatından yaranmış obyektdə istehlak edilmiş və ödənişi təmin edilməmiş elektrik enerjisinin dəyəridir.” Cavab məktubundan belə məlum olur ki, borcu fiziki şəxs yox, sayğac özü hesablayıbdır. Bununla belə, cavabdeh heç bir borc olmadığı halda 2014-cü ildə 5967,29 manat borc hesablamışdır. “Sahibkarlıq sahəsində aprılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyesterində qeydə alnmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamalarının gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin ##.##.2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyesterinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən “Azərbaycan Respublikası Qanunverciliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra -yoxlayıcı orqanlar) sahibkarlıq subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xoronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər”. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən “sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər”. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən “yoxlamanın keçrilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir”. Cavabdeh yoxlama aparılacağı və s. barədə heç bir sənəd və borcun yaranmasını təsdiq edən heç bir sənəd təqdim etməmişdir.

10. İddia tələbinin maddi əsası kimi “Elektrik enerjisindən istifadə Qaydaları” haqqında Azərbaycan Respublikası Qanununun 7.6, 9.10-cu, “Sahibkarlıq sahəsində aparılan yoxlamarın tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci bəndinə istinad edilmişdir.

11. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının tələbi olan 2014-cü il tarixə 5967,29 manat borcun silinməsi qəbul edilmir və bütün sübutlar məhkəməyə təqdim edilmişdir. İddiaçı (abunə kodu 31001504976) hər ay istifadə olunmuş elektrik enerjisindən istifadəyə görə yaranmış borcu haqqında məlumat təqdim edilmişdir. Bundan əlavə, həmin qəbzdə ay ərzində isifadə olunmuş elektrik enerjinin hesabı və ümumi borc qeyd olunmuşdır. 2014-cü il tarixə hesablanmış borc hər ay üzrə hesab-qəbzdə qöstərilmişdir. Lakin iddiaçı göstərilən illər ərzində borcdan xəbərdar olsa da, məhkəməyə yalnız 2025-ci ilin noyabr ayında müraciət etmişdir. İddiaçı tərəfindən iddia ərizəsi qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti (12 ilə yaxın) ötdükdən sonra məhkəməyə verilmişdir. İddiaçı Cavabdeh ASC-yə qarşı 5967,29 manat “borcun silinməsi” tələbinə dair iddia ərizəsi iddia müddəti keçdiyindən verildiyindən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

12. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Zeynəb Axundova) iddianın qismən təmin edilməsi, İddiaçı hesablanmış 4843,76 manat (1932,56+2911,20) məbləğində borc ona məxsus hesablardan cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinməsi qət edilmişdir (Məhkəmənin ## ### 2026-cı il tarixli düzəliş qərardadı nəzərə alınmaqla).

13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, abunə haqqında məlumatda qeyd olunsa da, göstərilən borcun necə, hansı əsaslarla yaranmasına dair sübutlar məhkəməyə təqdim olunmamışdır.

14. Həmçinin həmin borc bağlanan aktlar hissəsində yer almışdır, yəni belə görünür ki, borc iddiaçıya akt əsasında yazılmışdır, lakin həmin akt məhkəməyə təqdim edilməmişdir. Ona görə borcun hansı əsaslarla hesablandığı müəyyən deyil. Belə olan halda hesab olunur ki, əsassız hesablanmış borc silinməlidir. İddiaçının hazırkı vaxta borcu ümumilikdə 4863,28 manat təşkil edir. Ona görə də belə nəticəyə gəlinir ki, iddia qismən təmin edilməli, hər iki hesab üzrə mübahisəli akt üzrə qalan borc məbləği silinməli, qalan hissədə isə əsassız olduğundan təmin edilməməlidir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, 1 kodun üzərində 2 sayğac mövcuddur. İş materiallarına əlavə edilmiş Cavabdeh ASC tərəfindən tərtib edilmiş abunə haqqında məlumata əsasən *********** nömrəli abonentin (ərzaqçayxana-kafe

15. (“Elşən”)) cari tarixə borcu 4863,28 manat (sayğac oxunması: 15744,58 manat + aktlar: 5824,4 manat – ödəmələr: 16705,7 manat = 4863,28 manat) təşkil edir. Müəyyən olunmuşdur ki, qeyd edilən məbləğ 2 sayğac üzrə ümumi qalıq borc məbləğidir. Ayrı-ayrılıqda sayğaclar üzrə borc: *************** nömrəli sayğac üzrə 1932,56 manat, *************** nömrəli sayğac üzrə 2911,20 manat təşkil edir. Həmçinin *************** nömrəli sayğac üzrə akt əsasında hesablanan məbləğ 2911,20 manat olmuşdur. Ona görə hesab olunur ki, *************** nömrəli sayğac üzrə həmin məbləğ abonent hesabından silinməlidir

16. Cavabdeh ASC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli ## #### 2026-cı il tarixli qətnaməsinin qismən – iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ddiaçıİddiaçı məxsus Müşfiqabad qəsəbəsində yerləşən “Çayxana-Kafe” obyektinə (abunə kodu: 31001504976) istifadə olunmuş elektrik enerjisinə olan borcu 5.967.29 manat məbləğində hesablanmışdır. Həmin borc 2007-ci ildən 2024-cü ilə qədər yaranmışdır. 2015-ci il tarixə qədər iddiaçıİddiaçı məxsus Müşfiqabad qəsəbəsində yerləşən “Çayxana-Kafe” obyektinin (abunə kodu: 31001504976) istifadə olunmuş elektrik enerjisinin elektrik sayğacı göstəricisi əsasında borcu (inteqrasiya dövr borcu) 5.827,40 manat təşkil edirdi. İddiaçıİddiaçı (abunə kodu: 31001504976) hər ay istifadə olunmuş elektrik enerjisinin hesabatı ilə bağlı qəbz təqdim edilmiş və həmin qəbzlərdə hər ay ərzində isifadə olunmuş elektrik enerjisinin dəyəri və müvafiq olaraq ümumi borc qeyd olunmuşdur. İddiaçı göstərilən illər ərzində borcdan xəbərdar olsa da, yalnız 2025-ci ilin noyabr ayında həmin borcla bağlıməhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən verilən iddia ərizəsi qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti (12 ilə yaxın) ötmüşdür. İddiaçı İddiaçı həmin borcdan ödəniş etmişdir və ##.##.2026-ci il tarixində isə 4774,14 manat borcu qalmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. İddiaçı tərəfindən apellyasiya şikayətinə yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, ona uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. O, əlavə olaraq bildmişdir ki, əvvəlki illərə aid borc məbləği “xxxx” ASC tərəfindən hesablanmış, sonradan mübahisəli ünvan cavabdehin sərəncamına verilmişdir. Bu səbəbdən də tərtib edilmiş aktları təqdim etmək mümkün olmamışdır.

20. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

Maddə 375. İddia müddətinin tətbiqi

375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

21. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunu - 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. - Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.

22. Azərbaycan Respublikası Nazirlər Kabinentinin “Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında ## ###### 2005-ci il tarixli ** nömrəli Qərarı - 7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. - 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə, habelə sabit tarifə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya elektrik enerjisinin sayğacla müəyyənləşən dəyəri və sabit tarif barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 8.4. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə və sabit tarifə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ... Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. ...

Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. ...

Apellyasiya baxışının hədləri:

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. İş materiallarından müəyyən olunur ki, iddiaçı İddiaçı Müşfiqabad qəsəbəsində yerləşən “Çayxana-Kafe” obyektinə aid *********** nömrəli abonent kodu üzrə hesablanmış 5.967,29 manat borcun əsassız olduğunu bildirərək həmin borcun silinməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 4.843,76 manat məbləğində hesablanmış borcun silinməsi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə rədd edilmişdir.

29. Cavabdeh apellyasiya şikayətində, əsasən, mübahisəli borcun faktiki istehlak edilmiş elektrik enerjisinin dəyərindən yarandığını, borcun elektrik sayğacının göstəricilərinə əsasən hesablandığını, iddiaçıya hər ay istifadə edilmiş elektrik enerjisinin hesabatı barədə qəbz təqdim edildiyini, həmin qəbzlərdə cari sərfiyyatla yanaşı ümumi borcun da göstərildiyini, iddiaçının uzun illər borcdan xəbərdar olduğunu və onun bir hissəsini ödədiyini bildirmişdir. Həmçinin cavabdeh Mülki Məcəllənin 373.2, 375.2 və 377.1-ci maddələrinə istinad etməklə iddia müddətinin tətbiqini tələb etmişdir.

30. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, mübahisəli məbləğin abunə haqqında saldosunda borc kimi əks olunması həmin borcun maddi-hüquqi əsasının mövcudluğunu və hesablamanın düzgünlüyünü təsdiq etmir.

31. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarına görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də cavabdeh mübahisəli məbləğin faktiki istehlak edilmiş elektrik enerjisinin dəyəri olduğunu bildirirsə, məhz həmin məbləğin hansı dövrə, hansı sayğac göstəricilərinə, hansı sərfiyyat həcminə və hansı tarifə əsasən formalaşdığını mötəbər və yoxlanıla bilən sübutlarla təsdiq etməlidir.

32. Cavabdehin təqdim etdiyi abonentin saldosunda müxtəlif dövrlər üzrə inteqrasiya borcu əks olunsa da, həmin məlumatların mövcudluğu mübahisələndirilən borcun konkret yaranma əsasını özlüyündə müəyyən etməyə imkan vermir. Başqa sözlə, uçot sistemində borcun mövcudluğu ilə həmin borcun hüquqi və faktiki əsasının sübuta yetirilməsi eyniləşdirilə bilməz.

33. İddiaçı apellyasiya instansiyası məhkəməsində verdiyi izahatında mübahisəli borcun əvvəlki enerji təchizatı qurumu olan “xxxx”dən keçdiyini bildirmişdir.

34. Kollegiya hesab edir ki, iddiaçının bu izahatı mübahisəli borcun əsaslılığını təsdiq edən sübut kimi qəbul edilə bilməz. İddiaçının borcun əvvəlki enerji təchizatı qurumundan ötürüldüyünü bildirməsi həmin borcun məbləğinin və hesablanmasının düzgünlüyünü müəyyən etmir. Bu izahat borcun cavabdehin uçotunda yaranmasının deyil, əvvəlki uçot məlumatlarından keçirilməsinin mümkünlüyünə dəlalət edir.

35. Eyni zamanda, borcun əvvəlki enerji təchizatı qurumundan ötürülməsi barədə iddiaçının təsdiqedici sənəd təqdim etməməsi də cavabdehi öz etirazının əsası olan halları sübut etmək vəzifəsindən azad etmir. Mübahisəli məbləği abonentdən tələb edən və onu abonentin şəxsi hesabında borc kimi saxlayan tərəf həmin məbləğin yaranmasının ilkin uçot və hesablaşma əsaslarını təqdim etməlidir.

36. Bu baxımdan, cavabdehin apellyasiya şikayətində mübahisəli məbləğin faktiki istehlak edilmiş elektrik enerjisinin dəyəri olması barədə irəli sürdüyü dəlil birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib edən yetərli əsas kimi qiymətləndirilə bilməz.

37. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək iddiaçının mübahisəli borcdan uzun illər ərzində xəbərdar olduğunu, borcun 2014-cü ildən etibarən hesabqəbzlərdə əks etdirildiyini və iddianın təxminən 12 il sonra qaldırıldığını göstərməklə Mülki Məcəllənin 373.2, 375.2 və 377.1-ci maddələrinə əsasən iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.

38. Məhkəmə kollegiyası həmin dəlillə razılaşmır.

39. Mülki Məcəllənin 372.1-ci maddəsinin məzmununa görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. İddia müddətinin tətbiqinin ilkin şərti, beləliklə, müddətin şamil oluna biləcəyi maddi-hüquqi tələb hüququnun mövcud olmasıdır.

40. Hazırkı işdə isə iddiaçı cavabdehdən müqavilə öhdəliyinin icrasını, pulun ödənilməsini, əmlakın verilməsini və ya başqa icra hərəkətinin həyata keçirilməsini tələb etmir. İddianın mahiyyəti cavabdehin hesabında iddiaçıya aid edilmiş borcun mövcud olmadığının müəyyən edilməsinə və bunun nəticəsi olaraq həmin borcun silinməsinə yönəlmişdir.

41. Ali Məhkəmənin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən məhkəmə aktında formalaşdırdığı hüquqi mövqeyə görə də kommunal xidmətlərlə bağlı borcun olmadığı, o cümlədən borcun silinməsi barədə tələblər Mülki Məcəllənin 372.1-ci maddəsində nəzərdə tutulan başqa şəxsdən müəyyən hərəkətin yerinə yetirilməsini və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququ ilə bağlı deyildir. Bu cür tələbin müqavilə münasibətindən irəli gələn tələb kimi qiymətləndirilməsi və ona iddia müddətinin tətbiq edilməsi düzgün hesab edilməmişdir. Ali Məhkəmə təsbit xarakterli iddialara iddia müddətinin tətbiq edilməsinin yolverilməz olduğunu xüsusi olaraq vurğulamışdır.

42. Buna görə cavabdehin iddiaçının 2014-cü ildən borcdan xəbərdar olması, borcun hər ay hesab-qəbzlərdə göstərilməsi və məhkəməyə yalnız 2025-ci ildə müraciət etməsi barədə dəlilləri iddianın rədd edilməsi üçün hüquqi əsas təşkil etmir.

43. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi təmin edilməməlidir.

44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli halları kifayət qədər araşdırmış, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yaratmır.

45. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

46. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

47. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan aşağı olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

48. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar