Məhkəmə qərarları › İş №e-2-2(3-6)-988/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-988/2026

16.09.2026 · İcarə müqaviləsi üzrə mübahisələr - digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-988/2026 16.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: icarə müqaviləsi, müqavilə azadlığı prinsipi, torpaq icarəsi üzrə hüquq münasibətlərinə xitam) hakimlər Mahmudova Təranə Nəriman qızından (sədrlik edən və məruzəçi), Abdullayev Elşən Uğur oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2-2(4- **)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları

1. Iddiaçı (icarəçi) ilə cavabdeh (icarəyəverən) arasında imzalanmış ##.##.2022-ci il tarixli, **** nömrəli hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə müqaviləyə əsasən icarəyəverənin icarəyə verdiyi Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ** saylı binanın yaxınlığı ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 505.0 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. Müqavilənin: 4.1-ci bəndinə əsasən bu müqavilə icarə müddəti ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək müəyyən edilir. 4.2-ci bəndinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilə nəzərdə tutulmuş eyni müddət üçün uzadılmış hesab edilir. 7.1-ci bəndinə əsasən müqavilənin müddəti başa çatdıqda ona xitam verilə bilər.

2. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən ##.##.2022-ci il tarixində verilmiş ********** nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ** saylı binanın yaxınlığında yerləşən, ************ reyestr nömrəli və 0.0505 ha ölçülü yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsi, ##.##.2022-ci il tarixli **** saylı müqaviləyə uyğun olaraq, ##.##.2022–##.##.2024-cü illər müddətinə dövlət tərəfindən İddiaçı Əbdüləzim qızının icarəsinə verilmişdir.

3. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən ##.##.2023-cü il tarixində verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 32 (yeni qaydalarla: AZ 1027, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 555) ünvanında yerləşən, ************- ***** reyestr nömrəli, 612.40 kv.m ümumi sahəli qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ (tam payla) İddiaçı Əbdüləzim qızına məxsusdur; binanın yerləşdiyi 0.049510 ha ölçülü yaşayış məntəqələrinin torpaq sahəsi isə dövlət mülkiyyətində olmaqla, adıçəkilən şəxsin icarəsindədir.

4. Daşınmaz dövlət əmlakı haqqında dövlət registrindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ** saylı binanın yaxınlığı ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 505.0 kv.m torpaq sahəsi dövlət mülkiyyətindədir.

5. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş ##.##.2025-ci il tarixli məktubun məzmunundan görünür ki, vətəndaş İddiaçı Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ** saylı binanın yaxınlığında yerləşən, icarənizdə olan dövlət mülkiyyətinə aid 505,0 kv.m torpaq sahəsinə dair bağlanılmış icarə müqaviləsinin müddətinin uzadılmamasına köməklik göstərilməsi barədə ##.##.2025-ci il tarixli müraciətinə baxılmış, vətəndaşın nəzərinə çatdırılmışdır ki, icarəsində olan torpaq sahəsi özəlləşdirildikdən və ya üzərindəki tikililər sökülməklə, əvvəlki vəziyyətə qaytarılaraq, dövlətə təhvil verildikdən sonra həmin torpaq sahəsinə dair bağlanılmış icarə müqaviləsi ləğv edilə bilər.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

6. Iddiaçı İddiaçı (bundan sonra-iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra-cavabdeh) qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış ##.##.2022-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Abdüləzim qızı və cavabdeh AR Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında ##.##.2022-ci il tarixli hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahələrinin icarəyə verilməsi barədə **** saylı müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ** saylı binanın yaxınlığında olan dövlət mülkiyyətinə aid 505.0 kv.m torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmışdır. Iddiaçıya həmin torpaq sahəsi üzərində icarə hüququ Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən ##.##.2022-ci il tarixində qeydiyyata alınmış və çıxarış verilmişdir. Həmçinin həmin torpaq sahəsi üzərində Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 32 (Yeni qaydalarla: AZ1027, Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, 555) ünvanında iddiaçının xüsusi mülkiyyətində olan qeyri-yaşayış binası olan, 612.40 kv.m ümumi sahəsi olan daşınmaz əmlak mövcuddur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən daşınmaz əmlak ##.##.2023-cü il tarixində iddiaçının tam mülkiyyətinə verilərək qeydiyyata alınmış və ona çıxarış verilmişdir. Lakin iddiaçı tərəfindən artıq icarə müqaviləsinin ləğv edilməsi tələbi yaranmışdır. Iddiaçı tərəfindən icarə müqaviləsinin müddətinin uzaldılmaması məqsədilə cavabdehə müraciət etmiş, lakin iddiaçıya bildirilmişdir ki, icarənizdə olan torpaq sahəsi özəlləşdirildikdən və ya üzərindəki tikililər sökülməklə, əvvəlki vəziyyətə qaytarılaraq, dövlətə təhvil verildikdən sonra həmin topraq sahəsinə dair bağlanmış icarə müqaviləsi ləğv edilə bilər. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə iddiaçı İddiaçı Abdüləzim qızının cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “müqavilənin ləğvi” tələbinə dair e-*(***)-****/**** nömrəli mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir.

9. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə İddiaçı cavabdeh Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə e-*(***)-****/**** nömrəli iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə hazırkı iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir.

11. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

 Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında ##.##.2022-ci il tarixdə dövlət mülkiyyətində olan torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilə bağlanmış, həmin müqavilənin qüvvədə olma müddəti tərəflərin razılığı ilə 2 il müəyyən edilmiş, müqavilənin 4.2-ci bəndinə əsasən müqavilə müddətinin uzadılmaması ilə bağlı tərəflərin birinin digərinə müraciəti olmadığı üçün müqavilə müddəti yenidən eyni müddətə (##.##.2024-cü ildən ##.##.2026-cı il) uzadılmışdır.  Daha sonra iddiaçı tərəf müqavilə müddətinin yenidən uzadılmasına razı olmaması barədə cavabdehə ##.##.2025-ci il tarixdə müraciət ünvanlamışdır.  Məhkəmə hesab edir ki, icarə müqaviləsinin müddətinin yenidən uzadılmasına razı olmaması ilə bağlı iddiaçı tərəf cavabdehə iradə ifadəsini bəyan etdiyindən və müqavilənin 4.1-ci bəndinə əsasən belə olan halda müqavilə müddəti ##.##.2026cı ildə tarixdə bitdiyindən iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, tərəflər arasında bağlanmış ##.##.2022-ci il tarixli icarə müqaviləsi ləğv edilmiş hesab edilməlidir.  Məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

13. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 421.1, 424.3, 706.1, 719.1-ci madddələri, Torpaq Məcəlləsinin 73 və 75.1-ci maddələrinə istinad etmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın rədd olunmasını xahiş etmiş, birinci instansiya məhkəməsinin işin faktiki hallarını tam araşdırmadığını bildirmiş və şikayətində qeyd etmişdir ki, mübahisəli 505 kv.m dövlət torpaq sahəsində cavabdehin xüsusi mülkiyyətində və dövlət qeydiyyatında olan 612,4 kv.m qeyriyaşayış 14.binası yerləşir, buna görə torpaqdan istifadə münasibətlərinə tikilinin hüquqi rejimi nəzərə alınmadan xitam verilə bilməz.

Apellyasiya şikayətinə qarşı etiraz

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahat

16. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır:.... 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.5. müqavilələr azadlığı.... .

18. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

19. Maddə 386. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

20. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər

21. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

22. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. Maddə 719.1. Torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

24. Maddə 73.1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: .... torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda;.... .

Azərbaycan Respublikası Prezidentinin ## ###### 1997-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamə

25. 3-cü bəndinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması həmin Fərmanla müəyyən edilmiş qaydada həyata keçirilir, bir şərtlə ki, dövlət mülkiyyətində olan həmin torpaq sahələri belə fiziki və hüquqi şəxslərin qanuni istifadəsində və ya icarəsində olsun.

26. 11-ci bəndinə əsasən əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin satın alınması üçün həmin sahənin üstündə yerləşən müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir.

Azərbaycan Respublikası Prezidentinin ##.##.2000-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”

27. 9.2-ci bəndinə əsasən əmlak Məsələləri Dövlət Xidməti fiziki və hüquqi şəxslərin müraciəti əsasında onlara məxsus torpaq sahələrinin satışını həyata keçirə bilər. Üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaq sahələri satın alınması üçün ilk növbədə həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə təklif edilir. Mülkiyyətçilər təklifdən imtina etdikdə həmin torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada onların icarəsinə verilməlidir.

“Icarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.1997-ci il tarixli *** nömrəli Fərmanı

28. 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində dövlətin adından daşınmaz dövlət əmlakını icarəyəvermə səlahiyyəti, müstəsna olaraq, dövlət əmlakının sərəncamçısına - Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilsin.

Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci il tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”

29. 3.0.48-ci bəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqları (sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna edilməklə) icarəyə və istifadəyə vermək Xidmətin səlahiyyətləri sırasına daxildir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

34. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının həddi

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

37. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

39. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

40. Torpaqla bağlı münasibətlər, torpaq qanunvericiliyi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Mülki Məcəllənin 2-ci maddəsinə əmək münasibətləri kontekstində şərh verən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, bu cür hallarda mülki qanunvericilik digər sahəvi qanunvericiliyə yalnız subsidiar olaraq tətbiq edilə bilər (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2023-cü il tarixli Qərarı).

41. Göründüyü kimi torpaqla bağlı münasibətlər təhlil edilərkən, mülki qanunvericiliyin tətbiqi istisna edilməmişdir və mülki qanunvericliyin normaları torpaq qanunvericiliyinin normaları ilə birgə tətbiq edilməlidir.

42. Iş materiallarından müəyyən olunur ki, tərəflər arasında ##.##.2022-ci il tarixdə bağlanmış **** saylı icarə müqaviləsinin ilkin qüvvədə olma müddəti ##.##.2024-cü il tarixədək müəyyən edilmiş, müqavilənin 4.2-ci bəndinə əsasən həmin müddət başa çatdıqdan sonra tərəflərdən birinin ərizəsi olmadığından müqavilə eyni müddətə, yəni ##.##.2026-cı il tarixədək uzadılmışdır.

43. Iddiaçı ##.##.2025-ci il tarixli müraciəti ilə müqavilənin növbəti müddətə uzadılmasına razı olmadığını cavabdehə bildirmişdir. Buna görə həmin müraciət müqavilənin ##.##.2026-cı il tarixdən sonrakı dövr üçün yenidən uzadılmasına etiraz edən iradə ifadəsi kimi qiymətləndirilməlidir. Belə iradənin mövcudluğu müqavilənin 4.2-ci bəndində nəzərdə tutulmuş müqavilə müddətinin yenidən uzadılma şərtini istisna etdiyindən, müqavilə ##.##.2026-cı il tarixdə müddətinin başa çatması ilə ləğv edilmiş hesab edilməlidir.

44. Kollegiya qeyd edir ki, mülki qanunvericiliyin təməl prinsiplərindən biri müqavilə azadlığıdır. Bu prinsip tərəflərə müqavilə bağlamaqla yanaşı, qanun və müqavilə şərtləri daxilində müqavilə münasibətlərini davam etdirib-etdirməmək barədə sərbəst iradə ifadə etmək hüququ verir. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəfin iradəsinin əksinə olaraq onu müqavilə münasibətlərini davam etdirməyə və ya müddəti başa çatmış müqaviləni yenidən bağlamağa məcbur etmək yolverilməzdir.

45. Bu baxımdan, cavabdehin icarəyə götürülmüş torpaq sahəsində onun xüsusi mülkiyyətində olan daşınmaz əmlakın yerləşməsinə istinad etməsi də müqavilənin məcburi qaydada növbəti müddətə uzadılması üçün hüquqi əsas yaratmır. Həmin daşınmaz əmlaka mülkiyyət hüququnun mövcudluğu özlüyündə dövlət mülkiyyətində olan torpaq sahəsinə dair müddətli icarə münasibətlərinin icarəyə verənin iradəsinin əksinə davam etdirilməsini şərtləndirmir. Torpaq sahəsindən sonrakı istifadənin hansı hüquqi əsasla həyata keçirilməsi ayrıca torpaq münasibətlərinin predmetidir.

46. Beləliklə, iddiaçının müqavilənin növbəti müddətə uzadılmasına razı olmadığını əvvəlcədən bildirməsi, müqavilənin ##.##.2026-cı il tarixdə müddətinin başa çatması və müqavilə azadlığı prinsipi birlikdə qiymətləndirildikdə, birinci instansiya məhkəməsinin müqavilənin ləğv edilməsi barədə gəldiyi nəticə işin hallarına və tərəflər arasındakı müqavilə münasibətlərinin mahiyyətinə uyğundur.

47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası. QƏT ETDI:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar