Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2-2(3-9)-200/2026 11.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(*-**)-****/**** saylı qərardadından verilmiş şikayətə yazılı icraat qaydasında baxıb MÜƏYYƏN ETDİ: “xxxx” MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin ## #### 2026-cı il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmış, iddiaçıya nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, təqdim edilmiş hazırkı iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 149-cu maddəsində nəzərdə tutulmuş tələblərə uyğun tərtib olunmamış və prosedur qaydalarına tam riayət edilməmişdir. Belə ki, “xxxx” MMC iddia ərizəsinin forması və məzmununa dair tələbləri pozmuşdur. Bundan başqa, hazırkı iddia verilərkən iddiaçı məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə qaytarılan dövlət rüsumunun iddiaya dair ********** nömrəli qəbzindən istifadə etmiş dövlət rüsumunun ödənilməsini təsdiq edən sübut kimi həmin qəbzi qoşma olaraq iddia ərizəsinə əlavə etmişdir. “xxxx” MMC qərardaddan şikayət verərək, onun ləğv edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-nin 152.1-ci maddəsinin tələblərinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, habelə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Avropa Insan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə və “Luordo Italiyaya qarşı” iş üzrə qərarlarında qeyd edilmişdir: “yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsi yolveriləndir. Məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. “ Beləliklə, məhkəmə kollegiyası iddia ərizəsinin forma və məzmununa riayət edilməməsi, qanunla müəyyən olunan qayda və məbləğdə dövlət rüsumunun ödənilməməsi əsasları ilə iddia ərizəsini qaytaran birinci instansiya məhkəməsinin hazırkı mövqeyi ilə tam razılaşır və hesab edir ki, qərardadın ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Odur ki, kollegiya göstərilənlərə əsaslanıb, MPM-in 263, 264 və 402-ci maddələrini rəhbər tutub QƏRAR VERDİ: Şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(*-**)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2-2(3-9)-200/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-9)-200/2026
11.09.2026 · İcarə müqaviləsi üzrə mübahisələr - digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver