Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2-2(3-7)-117/2026 24.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı iş üzrə Işin halları
1. ##.##.2025-ci il tarixli mədaxil qəbzinə əsasən, iddiaçı tərəfindən cavabdehin hesabına 105,07 manat ödənilmiş və ##.##.2025-ci il tarixli qaimə-fakturaya əsasən, GCZ ******* nömrəli sayğac 105,07 manat qarşılığında iddiaçıya təhvil verilmişdir.
2. ##.##.2025-ci il tarixli “qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında” ******* nömrəli aktdan görünür ki, istehlakçı İddiaçı adına olan G-4 markalı *********** nömrəli qaz sayğacı müvəqqəti sökülmüşdür.
3. ## ####### 2025-ci il tarixli müraciətə baxılması barədə məlumatdan görünür ki, keçirilən baxış zamanı Gəncə XS, qeyri əhali sektorunda qeydiyyatda olan Nəriman Nərimanov prospekti ünvanında yerləşən İddiaçı (abonent kodu: 292008000000080) məxsus mağazada quraşdırılan Zenner G-4T markalı, *********** nömrəli qaz sayğacının keçən qazı buraxması, amma keçən qazın həcmini qeyd etməməsi halı aşkar olunmuşdur. Odur ki, qaz sayğacının işləmədiyi dövr ərzində itirilmiş qazın bərpası olaraq 1587 m3 qaz sərfiyyatının normativ hesabatı aparılmışdır. Hesabat müəssisədə istifadə olunan 1 ədəd PQ-2 və 1 ədəd PQ-4 cihazları üzrə aparılmışdır. Hal hazırda müəssisənin ümumi borcu 456,89 manat təşkil edir.
4. Iddiaçıya məxsus abonent kodu 292008000000080 olan saldodan görünür ki, akt əsasında iddiaçıya 452,30 manat borc hesablanmışdır.
5. Iddiaçı 456,89 manat borcun silinməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehə müraciət olunmuş və mübahisə məhkəmədən kənar həllini tapmadığından iddiaçı borcun silinməsi tələbinə dair iddia vasitəsi ilə məhkəməyə müraciət etmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh IB-nın X1 Istismar Idarəsinin əməkdaşları tərəfindən hesablanmış qaz pulu kimi 456,89 manat pulun silinməsini xahiş etmişdir.
7. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh X3 X2 Idarəsi əməkdaşları tərəfindən ## ####### 2025-ci ildə ona məxsus Gəncə şəhəri, Nəriman Nərimanov küçəsi ilə Avtozavod qəsəbəsinin kəsişməsində yerləşən mağazada baxış keçirib, mağazada qazdan istifadə edilmədiyi halda akt yazıb onu cərimə etmişlər. Mağazada qaz istifadə edilməmişdir. Axırıncı dəfə ##.##.2025-ci ildə 18 manat pul ödənilmişdir. Qaza bir manat borcu olmadığı halda əsassız olaraq 456,89 manat cərimə ediblər. Ona görə də hesablanmış qaz borcu kimi 456,89 pul silinməmişdir.
8. Cavabdeh Cavabdeh IB-nin nümayəndəsi elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq başqa məhkəmədə işləri olduğu üçün hazırkı məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
9. Iddiaçı iddia ərizəsində yazılanlara uyğun izahat verərək və iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
10. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi (hakim – Əbülfəz Məmmədli) ilə, iddianın qismən təmin edilməsi, ##.##.2025-ci il tarixli “Qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* №-li akt əsasında hesablanmış 452,30 (dörd yüz əlli iki manat otuz qəpik) manat pul İddiaçı abonent hesabından (abonent kodu: 292008000000080) silinməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul cavabdeh Cavabdeh Istehsalat Birliyindən tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.
11. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən cavabdehdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”ın alınıb-alınmaması barədə məlumat verilməsi tələb olunsa da, cavabdeh tərəfindən məhkəmənin sorğusuna heç bir cavab verilməmiş, X4 Agentliyinin mütəxəssisi isə qeyd olunan Çıxarışın alınmadığını bildirmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, cavabdehin əməkdaşları tərəfindən akt tərtib olunarkən aktın 6-cı bəndindəki “digər qeydlər” bölməsində aktın çıxarılmasına əsas olan pozuntu barədə heç bir qeyd aparılmamış, həmçinin akt əsasında borcun yazılmasının hansı hesablama ilə aparılması barədə tələbnamə, icra sənədi və s. təqdim edilməmişdir.
13. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.10, 2.11-1, 4.9, 5.4 və 6.5-ci bəndlərinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” ##.##.2013-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 2.1, 2.3, 3.2, 4-2.1.6, 17.3 və 19.6-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin ##.##.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4 və 1.5-ci bəndlərinə və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 119.1, 216-220, 222, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.
14. Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
15. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddiaçının Gəncə şəhəri, Nəriman Nərimanov küşəsi ilə Avtozavod qəsəbəsinin kəsişməsində yerləşən qeyri-yaşayış ünvanında yerləşən obyektdə qaz sayğacı müəyyən dövr üçün olmamışdır. Buna görə də həmin dövr üzrə abonentə 452.30 manat dəyərində istifadə etdiyi təbii qaza görə pul hesablanmışdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Belə ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Belə ki, Gəncə şəhəri, Nəriman Nərimanov küşəsi ilə Avtozavod qəsəbəsinin kəsişməsində yerləşən obyekt qeyri-yaşayış fəaliyyəti ilə məşğul olur və həmin ünvanda qaz sayğacı müəyyən dövr üçün sökülmüşdür.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
18. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
19. Bənd 2.10. Sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir.
20. Bənd 2.11-1. Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
21. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
22. Bənd 4.9. Istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Istehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
23. Bənd 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.
24. Bənd 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” ##.##.2013-cü il tarixli Azərbaycan Respublikasının Qanunu
25. Maddə 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.
26. Maddə 2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2- ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.
27. Maddə 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
28. Maddə 4-2.1. Yoxlama zamanı yoxlayıcının vəzifələri aşağıdakılardır: 4-2.1.6. yoxlama başlamazdan əvvəl xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək, sahibkarın (onun səlahiyyətli nümayəndəsinin) yoxlamada iştirakına mane olmamaq, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat vermək və sahibkara (onun səlahiyyətli nümayəndəsinə) bu sənədlərlə tanış olmaq imkanı yaratmaq.
29. Maddə 17. Yoxlamanın aparılması haqqında qərarın qəbul edilməsi 17.3. Yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir və həmin məlumatların (sənədlərin) surəti yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış sahibkarlar üçün göndərildiyi andan açıq olmalıdır. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir.
30. Maddə 19.6. Yoxlama zamanı yalnız yoxlama suallarının siyahısına daxil edilmiş məcburi tələblərin icra vəziyyəti yoxlanılır. Yoxlama zamanı yoxlama suallarının siyahısına daxil edilməyən tələblərin pozulması faktı aşkar olunduğu halda həmin fakt üzrə məsuliyyət tədbiri tətbiq oluna bilməz.
Azərbaycan Respublikası Prezidentinin ##.##.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”
31. Bənd 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
32. Bənd 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
33. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
39. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
40. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
41. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
42. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
43. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.
45. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin dəlillərindən görünür ki, iddianın təmin edilmiş hissəsini mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını iddianın təmin edilmiş hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
47. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
49. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki halları ondan ibarətdir ki, Gəncə XS, qeyri əhali sektorunda qeydiyyatda olan Nəriman Nərimanov prospekti ünvanında yerləşən iddiaçıya məxsus mağazada quraşdırılan Zenner G-4T markalı, *********** nömrəli qaz sayğacının keçən qazı buraxması, amma keçən qazın həcmini qeyd etməməsi halı aşkar olunmuş və dəymiş ziyan 1587 m3 hesablanmışdır. Iddiaçıya məxsus abonent kodu 292008000000080 olan saldoya əsasən akt əsasında 452,30 manat borc qeyd edilmişdir.
50. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya məxsus sahibkarlıq obyektində keçirilmiş baxışın nəticəsi olaraq tərtib edilmiş akt əsasında iddiaçının abonent hesabına 452,30 manat məbləğində əlavə borc hesablanmışdır. Lakin, həmin hesablamanın hüquqi əsası kimi çıxış edən yoxlama tədbirinin qüvvədə olan qanunvericiliyin imperativ tələblərinə uyğun həyata keçirildiyi sübuta yetirilməmişdir.
51. Məhkəmə qeyd edir ki, “Qazdan istifadə Qaydaları”nın 2.10 və 2.11-1-ci bəndlərinin məzmunundan açıq şəkildə görünür ki, sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərdə qaz qurğularının müayinəsi və qaz paylayıcısının müqavilə şərtlərinin yerinə yetirilməsinin yoxlanılması “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinə uyğun həyata keçirilməlidir. Bu səbəbdən həmin Qanunda nəzərdə tutulmuş prosedur qaydalarına riayət olunması yalnız formal xarakter daşımır, yoxlamanın hüquqi qüvvəsinin yaranmasının zəruri şərti hesab edilir.
52. Məhkəmə vurğulayır ki, qeyd edilən Qanunun 3.2-ci maddəsinə əsasən, yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan keçirilən yoxlamaların hüquqi nəticəsi yoxdur və belə yoxlamalar nəticəsində aşkar edilmiş hallar əsasında sahibkara münasibətdə hər hansı hüquqi məsuliyyət və ya maliyyə öhdəliyi tətbiq edilə bilməz. Bu norma imperativ xarakter daşıdığından onun tətbiqi hər hansı əlavə şərtdən asılı deyildir.
53. Iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi cavabdehdən sahibkarlıq sahəsində aparılmış yoxlamanın Vahid Məlumat Reyestrində qeydiyyata alınmasına dair çıxarışın təqdim edilməsini tələb etmiş, lakin cavabdeh həmin sənədi nə məhkəməyə təqdim etmiş, nə də onun mövcudluğunu təsdiq edən hər hansı sübut irəli sürmüşdür. Əksinə, X4 Agentliyinin mütəxəssisinin izahatı ilə belə çıxarışın mövcud olmadığı müəyyən edilmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin yoxlamanın hüquqi nəticə doğurmadığı barədə gəldiyi nəticə tam qanuni və əsaslı olmuşdur.
54. Bundan başqa məhkəmə qeyd edir ki, X5 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
55. Bu isə onu deməyə əsas verir ki, fiziki şəxs olan iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanılması vəzifəsi məhz cavabdehə məxsusdur ki, cavabdeh öz məsuliyyətini iddiaçının üzərinə qoya bilməz.
56. Apellyasiya şikayətində cavabdeh əsasən iddiaçının obyektində qaz sayğacının müəyyən müddət sökülmüş vəziyyətdə olmasına istinad etmişdir. Lakin məhkəmə hesab edir ki, sayğacın sökülməsi faktının özü avtomatik olaraq əlavə borcun hesablanması üçün hüquqi əsas yaratmır. Əks yanaşma qanunvericilikdə nəzərdə tutulmuş məcburi prosedur təminatlarının əhəmiyyətini aradan qaldırmış olardı.
57. Bununla yanaşı, “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndində qaz sayğacının qaz paylayıcısı tərəfindən çıxarıldığı hallarda istifadə edilmiş qazın hesablanmasının konkret üsulu müəyyən edilmiş, həmin müddətdə qazın verilməsinin dayandırılmaması və hesablamanın əvvəlki ayın orta gündəlik sərfiyyatı əsasında aparılması nəzərdə tutulmuşdur. Lakin cavabdeh tərəfindən məhz hansı metodologiya əsasında 452,30 manat məbləğində hesablamanın aparıldığı, həmin hesablamanın hansı ilkin sənədlərə əsaslandığı və hansı göstəricilərdən istifadə edildiyi məhkəməyə təqdim edilməmişdir.
58. Məhkəmə hesab edir ki, aktın özündə də əlavə hesablamaya əsas olmuş konkret hüquqi və faktiki hallar tam şəkildə əks etdirilməmişdir. Belə ki, aktın “digər qeydlər” hissəsində pozuntunun mahiyyəti göstərilməmiş, hesablamanın aparılmasına imkan verən zəruri məlumatlar qeyd edilməmiş, bununla da həm aktın sübutetmə qabiliyyəti zəiflədilmiş, həm də sonradan aparılan məhkəmə araşdırması üçün zəruri məlumatlar təqdim edilməmişdir.
59. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, istinad etdiyi halları sübut etmək vəzifəsi həmin hallara əsaslanan tərəfin üzərinə düşür. Hazırkı iş üzrə əlavə borcun qanuni əsaslarla hesablandığını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşməsinə baxmayaraq, o, bu vəzifəni yerinə yetirməmiş, yalnız ümumi xarakterli izahatlarla kifayətlənmişdir.
60. Apellyasiya şikayətində göstərilən arqumentlər də birinci instansiya məhkəməsinin müəyyən etdiyi prosessual pozuntuları təkzib etmir. Şikayətdə nə yoxlamanın Vahid Məlumat Reyestrində qeydiyyata alındığını təsdiq edən sənəd təqdim edilmiş, nə aktın qanunvericiliyin tələblərinə uyğun tərtib olunması sübuta yetirilmiş, nə də hesablanmış məbləğin formalaşdırılması mexanizmini təsdiq edən maliyyə və texniki sənədlər məhkəməyə təqdim olunmuşdur.
61. Məhkəmə qeyd edir ki, apellyasiya instansiyasında da cavabdeh tərəfindən yeni sübutlar təqdim edilməmiş, birinci instansiya məhkəməsinin müəyyən etdiyi faktiki hallar təkzib edilməmiş, yalnız həmin halların hüquqi qiymətləndirilməsi ilə razılaşılmadığı bildirilmişdir. Halbuki apellyasiya şikayətinin təmin edilməsi üçün yalnız subyektiv narazılıq kifayət etmir, məhkəmənin gəldiyi nəticələrin səhv olduğunu təsdiq edən konkret və mötəbər sübutlar təqdim edilməlidir.
62. Nəticə etibarilə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə faktiki halları düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
63. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
64. Məhkəmə həmçinin qeyd edir ki, hazırki iddianın qiyməti 10.000 (on min) manatdan az (452,30 manat) olduğundan Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
65. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 372.1, 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
Cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirlən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.