Məhkəmə qərarları › İş №e-2-2(3-7)-152/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-7)-152/2026

27.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2-2(3-7)-152/2026 27.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı X1 Müəssisısinin cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), X2 və Həsənov Islam Telman oğlundan ibarət tərkibdə, iddiaçı X1 Müəssisısinin (bundan sonra – iddiaçı) cavabdeh Cavabdeh Istehsalat Birliyinə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-**/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərardad qəbul etdi. Işin halları 1.

2. Gəncə Kommersiya Məhkəməsinin ## ### 2026-ci il tarixli, e-*-*(*-**)-**/**** nömrəli qətnaməsi Cavabdeh X5 Məhkəmə Informasiya sistemində mövcud olan elektron kabinetinə ##.##.2026-cı il tarixdə saat 16:01-də yerləşdirilməklə məhkəmə aktı sonuncuya çatdırılmışdır.

Birinci instansiya məhkəməsində icraat

3. Gəncə Kommersiya Məhkəməsinin ## ### 2026-ci il tarixli, e-*-*(*-**)-**/**** nömrəli qətnaməsi ilə razılaşmayan cavabdeh ##.##.2026-cı il tarixdə qətnamədən apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*- **)-**/**** nömrəli qərardadı ilə apellyasiya şikayətinin verilməsi müddətinin keçməsi əsası ilə geri qaytarılmışdır.

4. Qərardad ilə razılaşmayan cavabdeh ##.##.2026-cı il tarixdə qərardaddan şikayətlə məhkəməyə müraciət edərək Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*- **)-**/**** nömrəli qərardadının ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

5. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-**/**** nömrəli qərardadı ilə təmin edilməmiş və şilkayət baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.

6. Birinci istansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh öz şikayətində qətnamənin ## ### 2026-cı il tarixində cavabdehin “Elektron Məhkəmə Informasiya Sistemi”də yaradılmış şəxsi elektron kabinetində yerləşdirildiyini bildirsə də, bununla bağlı hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh bununla bağlı məhkəməyə çıxarış təqdim etsə də, iş materiallarında olan Məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMIS” Elektron Məhkəmə Informasiya Sistemindən Çıxarışdan görünür ki, Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)- **/**** nömrəli qətnaməsi ##.##.2026-cı il tarixdə saat 16:01-də cavabdeh Cavabdeh Istehsalat Birliyinə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir. Cavabdeh Cavabdeh X3 Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-**/**** nömrəli qətnaməsini ## ### 2026-cı il tarixdə almasına baxmayaraq apellyasiya şikayətini “Elektron Məhkəmə Informasiya Sistemi”də yaradılmış şəxsi elektron kabineti vasitəsilə ## #### 2026-cı il tarixdə vermiş, bununla da qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddəti 5 (beş) gün ötürməklə apellyasiya şikayəti vermişdir.

Qərardaddan şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Qərardaddan şikayətinin dəlilləri

7. Gəncə Kommersiya Məhkəməsinin ## ### 2026-ci il tarixli, e-2- *(*-**)-**/**** nömrəli qətnaməsi ## ### 2026-cı il tarixində cavabdehin “Elektron Məhkəmə Informasiya Sistemi”də yaradılmış şəxsi elektron kabinetində yerləşdirilmişdir. Belə ki, sözügedən qətnamədən apellyasiya şikayəti verilməsi üçün son müddət ## #### 2026-cı il tarixi olmuşdur və həmin tarixdə də şikayətin verilməsi təmin olunmuşdur. Hesab edirlər ki, məhkəmə apellyasiya şikayətini geri qaytarmaqda haqlı olmamış, səhv qənaətə gələrək hüquqlarının pozulması ilə nəticələnən qərardad qəbul etmişdir.

b) Qərardaddan şikayətə qarşı etirazın dəlilləri

8. Qərardaddan şikayətə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

9. Maddə 128.3. Illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

10. Maddə 129.1. Illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.

11. Maddə 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.

12. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

13. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır.

14. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

15. Maddə 134.1.5. Məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir.

16. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.

17. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

18. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

19. Maddə 266.3. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim müvəqqəti təminat tədbirləri haqqında qərardadı çıxardıqdan sonra dərhal, digər qərardadları isə 5 (beş) gün müddətində elektron imzası ilə təsdiq etməklə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir.

20. Maddə 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir.

“C.Ismayılzadənin şikayətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2007-ci il tarixli Qərarı

21. “Qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.”

Apellyasiya baxışının hədləri

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Qərardad və şikayətin dəlillərini araşdıran məhkəmə kollegiyası (bundan sonra – məhkəmə) hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır.

25. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, Gəncə Kommersiya Məhkəməsinin ## ### 2026-ci il tarixli, e-*-*(*-**)-**/**** nömrəli qətnaməsi Cavabdeh X5 Məhkəmə Informasiya sistemində mövcud olan elektron kabinetinə ##.##.2026-cı il tarixdə saat 16:01-də yerləşdirilməklə məhkəmə aktı sonuncuya çatdırılmışdır.

26. Gəncə Kommersiya Məhkəməsinin ## ### 2026-ci il tarixli, e-*-*(*-**)-**/**** nömrəli qətnaməsi ilə razılaşmayan cavabdeh ##.##.2026-cı il tarixdə qətnamədən apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*- **)-**/**** nömrəli qərardadı ilə apellyasiya şikayətinin verilməsi müddətinin keçməsi əsası ilə geri qaytarılmışdır. Qərardad ilə razılaşmayan cavabdeh ##.##.2026-cı il tarixdə qərardaddan şikayətlə məhkəməyə müraciət edərək Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-**/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etmiş və şikayət dəlili ondan ibarətdir ki, qətnamə onların elektron kabinetinə ## ### 2026-cı il tarixində yerləşdirilmişdir.

27. Cavabdehin şikayət dəlilləri ilə razılaşmayan məhkəmə təkrar qeyd edir ki, iş materiallarında olan Məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMIS” Elektron Məhkəmə Informasiya Sistemindən Çıxarışla müəyyən edilmişdir ki, Gəncə Kommersiya Məhkəməsinin ## ### 2026-ci il tarixli, e-*-*(*-**)-**/**** nömrəli qətnaməsi Cavabdeh X5 Məhkəmə Informasiya sistemində mövcud olan elektron kabinetinə ##.##.2026-cı il tarixdə saat 16:01-də yerləşdirilmişdir.

28. Belə olan halda məhkəmə aktından şikayət vermək üçün prosessual müddətin axımı ##.##.2026-cı il tarixdə başlamış və ##.##.2026-cı il tarixdə gecə 24:00-da bitmişdir. Cavabdeh ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti vermişdir ki, bununla prosessual qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddəti ötürmüş və prosessual müddətin bərpasına dair ərizə verməmişdir.

29. Beləliklə, məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsinin mövqeyi qanuni və əsaslı olduğundan şikayət təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır.

30. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir.

31. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.

32. Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

Cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar