Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № e-2(3-1)-136/2026 04.08.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar söz: pul tələbi) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), X1 və Əliyev Mehdi Ədalət oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi ilə, İ. Işin halları
1. Iş materiallarında olan ##.##.2023-cü il tarixli “Anlaşma” adı ilə yazılmış borcun mövcudluğuna dair etirafda qeyd olunur ki, “ Mən Cavabdeh yazaraq bildirirəm ki, mənim İddiaçı Məhiyəddin oğluna 5600 (beş min altı yüz) manat borcum var. ##.##.2020-ci ildə Yeni Günəşli “Q” yaşayış massivi, ev 5-in qarşısında almışam. Söz verirəm sentyabr ayından başlayaraq hər ayın axırıncı günü 500 (beş yüz) manat qaytaracayam”. Qeyd olunan etiraf ərizəsinə tərəflər və iki nəfər şahid qismində imza etmişdir. II. Birinci instansiya məhkəməsində icraat
2. Iddiaçı İddiaçı Məhiyəddin oğlu vəkili və nümayəndəsi X4 vasitəsilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh 5600 (beş min altı yüz) manat pulun və 76 manat dövlət rüsumunun alınaraq İddiaçı Məhiyəddin oğluna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh əvvəlcədən tanımış, 2020-ci ildə Ibrahimə pul lazım olduğundan Müşfiqdən 5600 manat pul istəmiş və Müşfiq həmin məbləği Ibrahimə vermişdir. Aralarında münasibət yaxşı olduğu üçün bir müddət pulu şəxsən istəməmiş, sonra pulunu istəsə də, cavabdeh hərdən bir bəhanə gətirməklə pulu verməmişdir. Bundan sonra Cavabdeh ##.##.2023-cü il tarixdə öz şəxsiyyət vəsiqəsinin altından 5600 manat pulun alınması ilə bağlı etiraf ərizəsi yazmış və hər ay 500 manat ödəyəcəyini öz öhdəsinə götürsə də, bu günədək bir manat da ödəmə aparmamışdır. Cavabdeh 5600 manat pul vəsaitini əldə etməklə əsassız varlanmışdır.
4. Cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixdə Naxçıvan Şəhər Məhkəməsinə iddia tələbi üzrə etiraz və vəsatətlə müraciət edərək, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən ##.##.2023-cü il tarixli "etiraf ərizəsinin" tərəfindən könüllü deyil, həyat və sağlamlığa qarşı ağır hədə-qorxu altında imzalandığını, iddiaçının iddia ərizəsində pulun 2020-ci il tarixdə verildiyini rəsmi şəkildə bəyan etdiyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddətinin 3 il olduğunu, müddətin 2023-cü ildə tamamlandığını, iddia ərizəsinin məhkəməyə ## ###### 2026-cı il tarixdə, yəni qanuni müddətin bitməsindən təxminən 3 il sonra təqdim edildiyini, iddia müddətinin keçməsi barədə tərəfin müraciətinin iddianın rədd edilməsi üçün müstəqil əsas olduğunu, iddiaçının bu müddəti bərpa etmək üçün heç bir üzrlü səbəb göstərmədiyini, iddiaçının iddia müddətini süni şəkildə "yeniləmək" üçün istifadə etdiyi ##.##.2023-cü il tarixli ərizənin (etiraf ərizəsi) qanunsuz yollarla əldə edildiyini, həmin tarixdə iddiaçının ona və ailəsinə qarşı ağır psixoloji və fiziki təzyiq göstərdiyini, azyaşlı övladını öldürməklə və ailə üzvlərinin təhlükəsizliyinə zərər vurmaqla onu hədələdiyini, belə bir şəraitdə şəxsin iradə azadlığından söhbət gedə bilməyəcəyini, hədəqorxu təsiri altında bağlanmış əqdlərin (o cümlədən borc etirafı) etibarsız olduğunu, çünki bu sənədin tərəflərin həqiqi iradəsini deyil, cinayət tərkibli məcburiyyəti əks etdirdiyini, iddiaçının öz ərizəsində ondan "pul istədiyini" və onun "verdiyini" yazmaqla əslində borc münasibətini təsvir etdiyini, qeyd edilən məbləğdə ona pul verilmədiyini, borc münasibətləri üzrə iddia müddəti ötürüldüyü üçün, iddiaçının "əsassız varlanma" maddəsini qanunsuz olaraq bu boşluğu doldurmaq üçün istifadə etməyə çalışdığını, bunun hüquqi manipulyasiya olduğunu və məhkəmə tərəfindən rədd edilməli olduğunu, təyziq və hədə-qorxu faktının rəsmi təsdiqi üçün müvafiq polis şöbəsindən araşdırma materiallarının və ifadələrin tələb edilməsi barədə qərardad qəbul edilməsini, İddiaçı Məhiyəddin oğlunun qanunsuz, əsassız və hədə-qorxu ilə əldə edilmiş sənədlərə söykənən iddiasının tamamilə rədd edilməsini məhkəmədən xahiş etmişdir.
5. Naxçıvan Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. 6. III. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətinin dəlilləri
7. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan iddiaçı İddiaçı apellyasiya şikayəti verərək Naxçıvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə ilə razılaşmır ona görə ki, ##.##.2020-ci il tarixdə Cavabdeh 5600 manat pul vermişdir. ##.##.2023-cü il tarixində cavabdeh öz iradə ifadəsi olaraq 5600 manat borclu olduğuna və ödəmə aparacağına dair etiraf ərizəsi yazmışdır. Aralarındakı borcla bağlı tarixə baxdıqda ##.##.2020-ci il tarixdə borc vermiş, ##.##.2023-cü il tarixdə borclu olduğunu etiraf etmişdir. Bu baxımdan iddia müddəti keçməmişdir. Iddia müddətinin axımı ##.##.2023-cü il tarixdən başlayır və o, ##.##.2026-cı il tarixdə Naxçıvan Şəhər Məhkaməsinə müraciət etmişdir. Əlavə olaraq cavabdeh Cavabdeh ##.##.2023-cu il tarixində öz iradə ifadəsi olaraq 5600 manat borclu olduğunu göstərmiş, polis orqanında ifadə verərkən 5300 manat borclu olduğunu qeyd etmişdir. Bu da onu göstərir ki, tərəflər arasında razılaşma olduqdan sonra yəni, ##.##.2023-cü il tarixindən sonra ödəmə aparmışdır. Əgər yazılı ərizədə borclu aldığını və qaytarmalı olduğunu etiraf edirsə, bu iddia müddəti ##.##.2023-cü il tarixdən başlamışdır. Iddia tələbi əsaslı sayılaraq təmin edilməli idi. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı cavabdeh Cavabdeh tərəfindən etiraz ərizəsi daxil olmuş, ərizədə göstərilmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün qiymətləndirərək müəyyən etmişdir ki, tərəflər arasındakı münasibətlər 2020-ci il tarixdən yaranmış və iddiaçı öz hüququnun pozulduğunu məhz 2020-ci ildə bilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti 3 ildir və bu müddət 2023-cü ildə başa çatmışdır. Iddiaçı ##.##.2023-cü il tarixdə onun barəsində Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Suraxanı RPI-nin 33-cü Polis Bölməsinə müraciət etmiş, ##.##.2023-cü il tarixli cavabda ona mübahisənin mülki xarakter daşıdığı bildirilərək məhkəməyə müraciət hüququ izah edilmişdir. Bununla belə, iddiaçı bu tarixdən 2 ildən artıq müddət keçdikdən sonra, yəni 27-## ###### 2026-cı il tarixdə məhkəməyə müraciət etmişdir. Beləliklə, iddiaçı hətta özünün istinad etdiyi 2023-cü il hadisələrini əsas götürsə belə, iddia müddətini açıq şəkildə ötürmüşdür. Iddia müddətinin keçməsi barədə onun tərəfindən ##.##.2026-cı il tarixli etiraz və vəsatətlə məhkəməyə rəsmi müraciət edilmiş, bu tələb Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə uyğun olaraq irəli sürülmüşdür. Birinci instansiya məhkəməsi bu barədə qərarında əsaslı şəkildə qeyd etmişdir ki, iddiaçı iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair heç bir mötəbər sübut təqdim etməmişdir. Cavabdeh qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətində “##.##.2023-cü il tarixli sənədin hədə-qorxu altında əldə edildiyinə dair iddiaları əsassızdır və heç bir obyektiv sübutla təsdiqlənmir. Iddiaçı bu barədə nə birinci instansiya məhkəməsinə, nə də səlahiyyətli hüquqmühafizə orqanlarına vaxtında müraciət etməmişdir. Əksinə, iş materiallarından göründüyü kimi, 2023-cü ilin sonuna qədər tərəflər arasında borcun qaytarılması ilə bağlı danışıqlar davam etmiş, bu da tərəflər arasında iradə sərbəstliyinin mövcud olduğunu göstərir. Hədə-qorxu iddiası yalnız iddia müddətinin ötürülməsi aşkar olduqdan sonra, işin gedişində irəli sürülmüş, sonradan uydurulmuş bir arqumentdir və heç bir sübutla əsaslandırılmamışdır” kimi göstərmişdir. Bundan əlavə, iddiaçının özü iddia ərizəsində pulun 2020-ci ildə verildiyini rəsmi şəkildə bəyan etmiş, bununla da münasibətin əsl başlanğıc tarixini özü təsdiqləmişdir. Bu bəyanat iddia müddətinin 2020-ci ildən hesablanmasının düzgünlüyünü bir daha sübut edir. Həmçinin iddiaçının qeyd etdiyi etiraf ərizəsində də, pulu aldığı tarixin 2020-ci il olduğu göstərilmişdir. Etiraf ərizəsi müddətin yeni başlanma tarixi kimi deyil, həmin vaxt iddiaçıdan pul almağını yazılı sübut kimi həmin ərəfədə məhkəməyə verilməsi üçün təqdim edə biləcəyi bir sübut təqdim edilməli idi. Qanunvericilikdə müddətin başlanma tarixi yalnız borcun verildiyi və ya öhdəliyin ən son qismən icra edildiyi tarixdən hesablanması halı nəzərdə tutulmuşdur. Naxçıvan Şəhər Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 373, 375ci maddələrini, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq şərhedici qərarlarını rəhbər tutaraq işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmış və düzgün nəticəyə gəlmişdir ki, iddiaçının tələbi iddia müddətinin ötürülməsi ilə verildiyindən təmin edilməməlidir. Sonda iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi və Naxçıvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması xahiş olunmuşdur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı İddiaçı və cavabdeh Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməmələrinin üzrlü səbəbləri barədə hər hansı məlumat verməmişlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. VI. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikası Mülki Məcəlləsi
11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
13. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
14. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.
15. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
18. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
19. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
20. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
21. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
22. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
23. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
24. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
b) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2026-cı il tarixli "Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Qərarı
25. Mülki dövriyyədə ən çox müraciət edilən müqavilə növlərindən biri borc müqaviləsidir ki, bu müqaviləyə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür (Mülki Məcəllənin 739.1ci maddəsi). Mülki Məcəllənin 739.2-ci maddəsi ilə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsinin yazılı formada bağlanılmalı olduğu təsbit edilmişdir. Nəzərə alınmalıdır ki, bərabər hüquqlu subyektlər arasında yaranan münasibətləri tənzimləyən və əsasən dispozitivlik prinsipinə əsaslanan Mülki Məcəllənin 6.3-cü maddəsinə müvafiq olaraq ictimai mənafenin və şəxsiyyətin qorunması zərurəti olduğu halda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Odur ki, sırf yazılı formaya riayət edilməməsi səbəbindən tərəflər arasında faktiki yaranmış borc münasibətinin etibarsız hesab edilməsi və bununla da qanunvericilikdə müqavilə öhdəlikləri üçün nəzərdə tutulmuş hüquqi müdafiədən məhrum edilməsi müqavilə azadlığı, mülki dövriyyənin təmin edilməsi və mülkiyyət hüququnun müdafiəsi prinsipləri ilə uzlaşmır. Bu baxımdan əqdin (müqavilənin) forması ilə bağlı tələb yalnız qanunda imperativ qaydada, aşkar şəkildə müəyyən edildiyi təqdirdə müvafiq hüquqi nəticələrə səbəb ola bilər. Vurğulanmalıdır ki, Mülki Məcəllənin 329.1-ci maddəsində məhz qanunla başqa hal müəyyən edilmədiyi təqdirdə forma tələblərinə riayət etməməklə bağlanılmış əqdin etibarsızlığı təsbit edilmişdir. Məcəllənin 329.1-ci maddəsində nəzərdə tutulmuş “başqa hal”a hansı halların aid olduğu müəyyən edilmədiyi üçün borc müqaviləsi üzrə forma tələbinə riayət edilməməsinin hüquqi nəticələrinin də tənzimlənməsində boşluq yaranmışdır. Beləliklə, qanunvericilikdə müşahidə edilən bu boşluq 739.2-ci maddə üzrə borc müqaviləsi üçün müəyyən edilmiş forma şərtinin tərəflərin məhz yazılı sübutlar ilə tələblərini əsaslandırmalı olduqları məzmunda şərh edilməsi mülkiyyətin qorunması prinsipi baxımından yolverilən hesab edilməlidir. Belə yanaşmanın məqsədi fiziki şəxslər (tərəflər) arasında borc münasibətinin mövcudluğunun, onun məbləğinin və digər şərtlərinin məhkəmə mübahisələri zamanı mötəbər şəkildə sübuta yetirilməsini təmin etməkdən ibarətdir. Bu halda forma tələbi mövcud hüquq münasibətini inkar etməyə deyil, mübahisə zamanı sübutetmə prosesini asanlaşdırmağa və mötəbərliyini təmin etməyə xidmət edəcəkdir. O da nəzərə alınmalıdır ki, borc müqaviləsinin etibarlılığının yazılı forma tələbinə riayət olunması ilə şərtləndirmə halında faktiki olaraq verilmiş borc müqavilənin etibarsızlığı səbəbindən əsassız varlanma üzrə geri istənilə bilinir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il # ##### tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ həmin əqdin icra edildiyi gündən bir il ərzində irəli sürülə bilər. Göründüyü kimi, borc müqaviləsi üzrə öhdəliyin icrası (borcun geri qaytarılması) tələbi üzrə iddia müddəti geri qaytarma ilə bağlı öhdəliyin icra edilməli olduğu gündən etibarən üç il təşkil etdiyi halda (Mülki Məcəllənin 373, 377-ci maddələri), müqavilənin etibarsızlığı səbəbindən əsassız varlanma tələbi üzrə iddia müddəti icra (pulun qarşı tərəfə-əsassız varlanan şəxsə verildiyi) günündən etibarən bir il təşkil edir. Forma tələbinin etibarlılıq şərti kimi qəbul edildiyi halda, borc alanlar tərəfindən şifahi razılaşma üzrə borcun verilməsindən (müqavilənin icrasından) bir il sonra müqavilənin əhəmiyyətsizliyini irəli sürməklə borcun geri qaytarılmasından yayınmağa şərait yarana bilər. Belə yanaşma borcun verildiyi andan etibarən iddia müddətinin axımının da başlanıldığı nəticəsinə səbəb olmaqla, faktiki olaraq əldə edilmiş əşyanın geri qaytarılması öhdəliyindən yayınmaq məqsədilə hüquqi mexanizmdən istifadə olunması riskini yaradır. Borc alan üçün belə bir əsassız üstünlüyün tanınması, əqdin etibarsızlığı nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş qısa müddət nəticədə borc verənlərin mənafelərinə əhəmiyyətli dərəcədə zidd olmaqla, onların məhkəmə müdafiəsi hüququnu əsassız məhdudlaşdırmaqla hüququn yekun və əsas məqsədi olan ədalətlilik prinsipinin pozulmasına gətirib çıxarar. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Bu maddənin “sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı ... andan bağlanmış sayılır” müddəasının “müvafiq qaydada imzalanma” tələbi tərəflərin onu şəxsən, mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə imzalamasını nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il ## ###### tarixli Qərarı). Azərbaycan Respublikasının 2023-cü il ## ###### tarixli Qanunu ilə yeni məzmunda ikinci və üçüncü cümlələr əlavə edilmiş Mülki Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. Göründüyü kimi, artıq qanunvericilikdə əqdin tərəflərin imzaladığı bir sənədin tərtibi ilə, yəni şəxsən, bilavasitə imzalanması ilə (sadə yazılı forma) yanaşı, onun elektron və ya digər müasir texniki vasitələrlə bağlanması imkanları müəyyən edilmişdir. Beləliklə, fiziki şəxslər (tərəflər) arasında mövcud etimada əsaslanan münasibətlər və ya digər səbəblərdən borc müqaviləsi Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan sadə yazılı formada (kağız üzərində və ya həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən maddi daşıyıcıda əks olunan elektron və ya digər texniki vasitələrin köməyi ilə) bağlanılmasa belə, mübahisə zamanı yazılı və digər sübutların (telefon danışıqları, elektron yazışmalar, ödəniş qəbzi, köçürmə sənədi, borcalanın etirafı və s.) borca dair iddianın təsdiq edilməsi üçün təqdim olunması tərəflərin hüquqlarının qorunması baxımından istisna olunmamalıdır.
c) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
30. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. VII. Apellyasiya baxışının hədləri
32. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. VI. Məhkəmə kollegiyasının mövqeyi
35. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını yenidən və hərtərəfli araşdıraraq, həmçinin birinci instansiya məhkəməsinin hüquqi yanaşmasını qiymətləndirərək aşağıdakı nəticəyə gəlmişdir.
36. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
37. Iş materiallarından görünür ki, iddiaçı cavabdehdən 5600 manat pul vəsaitinin tutulmasını tələb etmiş və tələbini onunla əsaslandırmışdır ki, 2020-ci ildə cavabdehə həmin məbləğdə pul vermiş, lakin cavabdeh uzun müddət borcunu qaytarmamışdır. Iddiaçı göstərmişdir ki, sonradan cavabdeh ##.##.2023-cü il tarixdə öz əl yazısı ilə tərtib etdiyi sənəddə iddiaçıya 5600 manat borclu olduğunu etiraf etmiş, həmin məbləği 2023-cü ilin sentyabr ayından başlayaraq hər ay 500 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən iddiaçı məhkəməyə müraciət etmişdir.
38. Iş materiallarında olan ##.##.2023-cü il tarixli “Anlaşma” adı ilə yazılmış borcun etirafında qeyd olunmuşdur ki, “ Mən Cavabdeh yazaraq bildirirəm ki, mənim İddiaçı Məhiyəddin oğluna 5600 (beş min altı yüz) manat borcum var. ##.##.2020-ci ildə Yeni Günəşli “Q” yaşayış massivi, ev 5-in qarşısında almışam. Söz verirəm sentyabr ayından başlayaraq hər ayın axırıncı günü 500 (beş yüz) manat qaytaracayam”. Qeyd olunan borcun etirafına tərəflər və iki nəfər şahid qismində imza etmişdir.
39. Həmçinin iş materiallarında olan iddiaçı İddiaçı Məhiyəddin oğlu tərəfindən ##.##.2023-cü il tarixdə Suraxanı RPI-nə təqdim olunmuş ərizədə ##.##.2020-ci il tarixdə tanışı Cavabdeh 5.600 (beş min altı yüz) manat borc pul verdiyini, Cavabdeh hər ay 500 manat olmaqla pulunu geri qaytaracağına söz versə də, lakin bu günə kimi cəmi 300 manat pul qaytarmasını, qalan 5.300 manat pulunu qaytarmaqdan imtina etdiyini bildirmişdir.
40. Həmin borcun mövcudluğu, borcun etirafına dair ərizənin yazılması, onun məzmunu və cavabdeh tərəfindən tərtib edilərək imzalanması tərəflər arasında mübahisə predmeti olmamışdır.
41. Bununla yanaşı, cavabdeh iddia tələbini qəbul etməmiş, ##.##.2023-cü il tarixli sənədin sərbəst iradə ifadəsinin nəticəsi olmadığını, həyat və sağlamlığına, habelə ailə üzvlərinə qarşı hədə-qorxu altında yazıldığını bildirmişdir. Cavabdeh, həmçinin iddiaçının iddia ərizəsində pulun 2020-ci ildə verildiyini göstərdiyini əsas gətirərək iddia müddətinin ötürüldüyünü irəli sürmüş, iddia müddətinin tətbiq edilməsini xahiş etmiş, Naxçıvan Şəhər Məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə iddia müddətinin ötürülməsi əsası ilə tələbin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir (bax bənd 5).
42. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, mülki qanunvericiliyə müvafiq olaraq əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Hazırkı iş üzrə tərəflər arasında münasibətlər 2020-ci il tarixdən yaranmış, iddiaçı 2020-ci il tarixdə hüquqlarının pozulduğunu bilmişdir. Bu səbəbdən də iddia müddətinin axımı məhz 2020-ci il tarixdən başlamışdır. Hətta, iddiaçı ##.##.2023-cü il tarixdə cavabdeh barəsində Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Suraxanı RPI-nin 33-cü Polis Bölməsinə müaciət etmiş, həmin müraciətə ##.##.2023-cü il tarixdə cavab verilərək, qeyd edilən məsələnin mülki məsələ olduğu bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Iddiaçı isə qeyd edilən tarixdən 2 il keçidikdən sonra yəni, ##.##.2026-cı il tarixdə məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüş, iddia müddətinin üzrlü səbəbdən ötürülməsi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir (bax bənd 6).
43. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, cavabdehin etirazlarını və işdə olan sübutları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına və maddi hüquq normalarına uyğun olmadığından qətnamə tamamilə ləğv edilməli və iddia tələbi qismən təmin olunmalıdır.
44. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə hüquqi qiymət verilərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2026-cı il tarixli "Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Qərarında ifadə olunmuş hüquqi mövqelər nəzərə alınmalıdır.
45. Belə ki, Konstitusiya Məhkəməsi həmin Qərarında qeyd etmişdir ki, Konstitusion tənzimləmə şəxsin qanuni əsaslarla əldə etdiyi əmlaka sərbəst sahib olmaq, ondan istifadə etmək və üzərində sərəncam vermək imkanını hüquqi təminat altına alır. Bu hüququn mahiyyəti yalnız əmlaka faktiki sahibliklə məhdudlaşmır, eyni zamanda şəxsin pozulmuş əmlak hüquqlarının bərpasını tələb etmək və həmin hüququ məhkəmə vasitəsilə müdafiə etmək imkanını da əhatə edir. Başqa sözlə, Konstitusiya hüquqi dövlət prinsipindən irəli gələrək mülkiyyət hüququnun formal şəkildə tanınması ilə kifayətlənmir, həmin hüququn effektiv müdafiəsini dövlət hakimiyyəti orqanlarının, o cümlədən məhkəmələrin əsas vəzifələrindən biri kimi müəyyən edir. Bu baxımdan şəxsin ona məxsus əmlakın qaytarılmasını və ya vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ mülkiyyət hüququnun ayrılmaz elementi hesab olunur. Odur ki, mülki münasibətlərə tətbiq edilən hüquqi normalar da, ilk növbədə şəxsin mülkiyyət hüququnun real və səmərəli müdafiəsini təmin edən məzmunda şərh və tətbiq edilməlidir.
46. Qərarda Mülki Məcəllənin 329.1, 337.1 və 739.2-ci maddələrinin qarşılıqlı əlaqədə təhlili aparılaraq göstərilmişdir ki, borc müqaviləsinin predmeti 3000 manatdan artıq olduqda onun yazılı formada bağlanılması nəzərdə tutulsa da, qanunvericilikdə bu forma tələbinə əməl edilməməsinin həmin müqaviləni etibarsız edən hal kimi müəyyən edilməsinə dair birbaşa göstəriş mövcud deyildir. Məhz buna görə də Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan yazılı forma tələbi tərəflər arasında faktiki yaranmış borc münasibətlərini hüquqi müdafiədən məhrum edən etibarlılıq şərti kimi deyil, məhkəmə araşdırması zamanı borc münasibətlərinin və onların şərtlərinin sübuta yetirilməsinə xidmət edən sübutetmə qaydası kimi qiymətləndirilməlidir.
47. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, sırf yazılı formaya riayət edilməməsi səbəbindən tərəflər arasında faktiki yaranmış borc münasibətinin etibarsız hesab edilməsi və bununla da qanunvericilikdə müqavilə öhdəlikləri üçün nəzərdə tutulmuş hüquqi müdafiədən məhrum edilməsi müqavilə azadlığı, mülki dövriyyənin təmin edilməsi və mülkiyyət hüququnun müdafiəsi prinsipləri ilə uzlaşmır. Bu baxımdan əqdin (müqavilənin) forması ilə bağlı tələb yalnız qanunda imperativ qaydada, aşkar şəkildə müəyyən edildiyi təqdirdə müvafiq hüquqi nəticələrə səbəb ola bilər.
48. Plenum xüsusilə vurğulamışdır ki, Mülki Məcəllənin 329.1-ci maddəsində məhz qanunla başqa hal müəyyən edilmədiyi təqdirdə forma tələblərinə riayət etməməklə bağlanılmış əqdin etibarsızlığı təsbit edilmişdir. Məcəllənin 329.1-ci maddəsində nəzərdə tutulmuş “başqa hal”a hansı halların aid olduğu müəyyən edilmədiyi üçün borc müqaviləsi üzrə forma tələbinə riayət edilməməsinin hüquqi nəticələrinin də tənzimlənməsində boşluq yaranmışdır. Beləliklə, qanunvericilikdə müşahidə edilən bu boşluq 739.2-ci maddə üzrə borc müqaviləsi üçün müəyyən edilmiş forma şərtinin tərəflərin məhz yazılı sübutlar ilə tələblərini əsaslandırmalı olduqları məzmunda şərh edilməsi mülkiyyətin qorunması prinsipi baxımından yolverilən hesab edilməlidir.
49. Belə yanaşmanın məqsədi fiziki şəxslər (tərəflər) arasında borc münasibətinin mövcudluğunun, onun məbləğinin və digər şərtlərinin məhkəmə mübahisələri zamanı mötəbər şəkildə sübuta yetirilməsini təmin etməkdən ibarətdir. Bu halda forma tələbi mövcud hüquq münasibətini inkar etməyə deyil, mübahisə zamanı sübutetmə prosesini asanlaşdırmağa və mötəbərliyini təmin etməyə xidmət edəcəkdir.
50. O da nəzərə alınmalıdır ki, borc müqaviləsinin etibarlılığının yazılı forma tələbinə riayət olunması ilə şərtləndirmə halında faktiki olaraq verilmiş borc müqavilənin etibarsızlığı səbəbindən əsassız varlanma üzrə geri istənilə bilinir.
51. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, fiziki şəxslər (tərəflər) arasında mövcud etimada əsaslanan münasibətlər və ya digər səbəblərdən borc müqaviləsi Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan sadə yazılı formada (kağız üzərində və ya həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən maddi daşıyıcıda əks olunan elektron və ya digər texniki vasitələrin köməyi ilə) bağlanılmasa belə, mübahisə zamanı yazılı və digər sübutların (telefon danışıqları, elektron yazışmalar, ödəniş qəbzi, köçürmə sənədi, borcalanın etirafı və s.) borca dair iddianın təsdiq edilməsi üçün təqdim olunması tərəflərin hüquqlarının qorunması baxımından istisna olunmamalıdır.
52. Beləliklə Konstitusiya məhkəməsinin hüquqi mövqeyinə görə əgər iş üzrə təqdim olunan yazılı sübutda borclunun şəxsiyyəti, borcun məbləği, pulun alındığı fakt və onun qaytarılması öhdəliyi aydın ifadə olunubsa, məhkəmə bunu MM-in 739.2-ci maddəsinin tələb etdiyi sadə yazılı formanın şərtini yerinə yetirmiş sənəd (və ya müqaviləni əvəz edən sübut) kimi qəbul etməlidir.
53. Hazırkı iş materiallarında olan ##.##.2023-cü il tarixli əl yazısından isə görünür ki, iş üzrə cavabdeh Cavabdeh öz əli ilə yazdığı və imzaladığı sənəddə iddiaçı İddiaçı Məhiyəddin oğluna 5600 manat borclu olduğunu açıq şəkildə etiraf etmiş, həmin məbləğin 2023-cü ilin sentyabr ayından başlayaraq hər ay 500 manat olmaqla ödənilməsini öhdəsinə götürmüşdür. Həmin sənəddə borcun alınma faktı, məbləği, borcalanın şəxsiyyəti və öhdəliyin icra qaydası dəqiq göstərilmişdir. Məhkəmə prosesləri zamanı da cavabdeh həmin sənədi özünün yazdığını inkar etməmişdir.
54. Həmçinin iş materiallarında olan iddiaçı İddiaçı Məhiyəddin oğlu tərəfindən ##.##.2023-cü il tarixdə Suraxanı RPI-yə təqdim olunmuş ərizədən görünür ki, o verdiyi yazılı izahatında Cavabdeh bu günə kimi cəmi 300 manat pul qaytarmasını, qalan 5.300 manat pulunu qaytarmaqdan imtina etdiyini göstərmişdir.
55. Məhkəmə kollegiyası hesab edir ki, Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən hüquqi mövqeyi baxımından həmin sənəd tərəflər arasında borc münasibətlərinin mövcudluğunu təsdiq edən yazılı sübut kimi qiymətləndirilməlidir. Çünki cavabdeh yalnız müəyyən məbləğdə pul vəsaiti alma faktını deyil, eyni zamanda həmin vəsaiti geri qaytarmaq öhdəliyinin mövcudluğunu və şərtlərini də yazılı şəkildə qəbul etmişdir. Bu isə Konstitusiya Məhkəməsinin Plenumunun borcalanın yazılı etirafının borc münasibətlərini təsdiq edən sübut kimi qəbul edilməsinə dair hüquqi mövqeyi ilə tam uzlaşır.
56. Konstitusiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, yazılı forma tələbi faktiki iqtisadi münasibətləri inkar edən hüquqi mexanizmə çevrilməməli, əksinə, mübahisənin həlli zamanı mötəbər yazılı sübutların qiymətləndirilməsinə xidmət etməlidir. Hazırkı iş üzrə mövcud olan ##.##.2023-cü il tarixli yazılı etiraf (borcun mövcudluğuna dair etiraf) məhz belə xarakterli sübut olmaqla, tərəflər arasında mövcud hüquq münasibətinin məzmununu və cavabdehin öhdəliyini müəyyən etməyə imkan verir.
57. Konstitusiya Məhkəməsinin Plenumu qərarının nəticə hissəsinin 3-cü bəndində xüsusi olaraq göstərmişdir ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından qərarın hüquqi mövqeləri qərar qüvvəyə mindikdən sonra fiziki şəxslər arasında yaranacaq borc münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə də şamil edilir.
58. Hazırkı mübahisə apellyasiya instansiyası məhkəməsinin icraatında olduğundan Konstitusiya Məhkəməsinin qeyd edilən hüquqi mövqeləri bu iş üzrə də tətbiq edilməlidir.
59. Kollegiya hesab edir ki, iş materiallarında olan iddiaçı İddiaçı Məhiyəddin oğlu tərəfindən ##.##.2023-cü il tarixdə Suraxanı RPI-yə təqdim edilmiş ərizə də mübahisənin düzgün həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Həmin ərizədə iddiaçı ##.##.2020-ci il tarixdə cavabdeh Cavabdeh 5.600 (beş min altı yüz) manat borc pul verdiyini, cavabdehin həmin borcu hər ay 500 manat olmaqla qaytaracağına söz verdiyini, lakin həmin tarixədək cəmi 300 manat ödədiyini və qalan 5.300 manat borcunun qaytarılmadığını göstərmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf istinad etdiyi halları sübut etməlidir. Lakin iddiaçının özünün təqdim etdiyi bu ərizə ilə borcun 300 manat hissəsinin cavabdeh tərəfindən ödənildiyi etiraf olunduğundan, həmin hal əlavə sübut edilməsini tələb etmir və cavabdeh bu hissədə sübutetmə yükündən azad olunur. Digər tərəfdən iş materiallarında olan ##.##.2023-cü il tarixli əl yazısı ilə cavabdeh iddiaçıya borclu olduğunu yazılı qaydada etiraf etmiş, həmin borcu hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh qalan 5.300 manat məbləğində borcu ödədiyini təsdiq edən mötəbər və yol verilən sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də kollegiya hesab edir ki, cavabdehdən ödənilməmiş qalan 5.300 (beş min üç yüz) manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməlidir.
60. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin birinci instansiya məhkəməsində irəli sürdüyü iddia müddətinin tətbiqi barədə vəsatətinə də hüquqi qiymət verilməlidir. Birinci instansiya məhkəməsi hazırkı mübahisəni əsassız varlanma münasibəti kimi qiymətləndirərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsində nəzərdə tutulmuş 2 illik iddia müddətini tətbiq etmiş və həmin müddətin ötürüldüyü qənaətinə gəlmişdir. Lakin yuxarıda göstərildiyi kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2026-cı il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən, Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan yazılı forma tələbinə riayət edilməməsi borc müqaviləsini etibarsız etmir və belə münasibətlərə kifayət qədər yazılı sübutlar mövcud olduqda, borc müqaviləsindən irəli gələn öhdəliklərə dair normalar tətbiq edilməlidir. Hazırkı işdə isə ##.##.2023-cü il tarixdə imzalanmış borcun etirafı ilə cavabdeh iddiaçıya 5600 manat borclu olduğunu yazılı şəkildə etiraf etmiş, həmin borcu 2023-cü ilin sentyabr ayından başlayaraq hər ayın sonuncu günü 500 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Belə olan halda tərəflər arasında sadə yazılı formada bağlanmış borc münasibətlərinin mövcud olduğu nəticəsinə gəlinir və mübahisəyə əsassız varlanmaya dair deyil, borc müqaviləsindən irəli gələn öhdəliklərə dair iddia müddəti tətbiq edilməlidir.
61. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-373.3-cü maddələrinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, həmçinin vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 374.1-ci maddəsinə görə, müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyən edilir. Məcəllənin 377.2-ci maddəsinə əsasən isə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti başa çatdığı gündən başlanır.
62. Hazırkı iş üzrə tərəflərin razılaşmasına əsasən borcun hər ay 500 manat olmaqla ödənilməsi nəzərdə tutulmuş, beləliklə öhdəliyin tam icra müddəti 2024-cü ilin avqust ayının sonuna təsadüf etmişdir. Bu səbəbdən iddia müddətinin axımı həmin tarixdən başlamış hesab edilə bilər. Hətta iddia müddətinin hesablanmasına cavabdehin borcu yazılı qaydada etiraf etdiyi ##.##.2023-cü il başlanğıc kimi qəbul edilsə belə, iddia ərizəsinin 2026-cı ilin yanvar ayında məhkəməyə təqdim edildiyi nəzərə alındıqda, Mülki Məcəllənin 373.3-cü maddəsində müəyyən olunmuş üç illik iddia müddəti ötürülməmişdir. Buna görə də cavabdehin iddia müddətinin tətbiqi barədə vəsatəti əsassızdır və təmin edilə bilməz. Birinci instansiya məhkəməsinin mübahisəyə əsassız varlanmaya dair normaları tətbiq etməklə 2 illik iddia müddətinin ötürülməsi barədə gəldiyi nəticə işin müəyyən edilmiş faktiki hallarına, tətbiq edilməli maddi hüquq normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2026-cı il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olmadığından əsaslı hesab edilə bilməz.
63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1, 385.1.1 və 385.1.2-ci maddələrinin tələbinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, həmçinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
64. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alan kollegiya belə nəticəyə gəlir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qətnaməsindən iş üzrə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Naxçıvan Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul olunmaqla iddia tələbi qismən təmin edilməlidir.
65. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0-384.0.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
66. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
67. Kollegiya belə qənaətə gəlir ki, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edildiyindən, iddia ərizəsi verilməsi üçün “AsanPay” ödəniş portalı vasitəsilə ********** nömrəli qəbzlə ödənilmiş 76 (yetmiş altı) manat dövlət rüsumu, eyni zamanda apellyasiya şikayəti verilməsi üçün “AsanPay” ödəniş portalı vasitəsilə ********** nömrəli qəbzlə ödənilmiş 38 (otuz səkkiz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 114 (bir yüz on dörd) manat dövlət rüsumu cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı verilməlidir.
68. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0, 384.0.2, 392, 393, 402.1, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin. Iddia tələbi qismən təmin edilsin. Cavabdeh Cavabdeh 5300 (beş min üç yüz) manat pul alınaraq iddiaçı İddiaçı qaytarılsın. Iddia tələbi 300 (üç yüz) manata dair hissədə rədd edilsin. Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edildiyindən, iddia ərizəsi verilməsi üçün “AsanPay” ödəniş portalı vasitəsilə ********** nömrəli qəbzlə ödənilmiş 76 (yetmiş altı) manat dövlət rüsumu, eyni zamanda apellyasiya şikayəti verilməsi üçün “AsanPay” ödəniş portalı vasitəsilə ********** nömrəli qəbzlə ödənilmiş 38 (otuz səkkiz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 114 (bir yüz on dörd) manat dövlət rüsumu cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı qaytarılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.