Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № e-2(3-1)-87/2026 15.05.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki Kollegiyası Şahbuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qərardadından cavabdeh X2 tərəfindən verilmiş şikayət (Açar sözlər: buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizənin təmin edilməməsi qərardadından şikayət) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Əliyev Zamiq Xudaverdi oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, Şahbuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qərardadından cavabdeh X2 tərəfindən verilən şikayətə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat, məhkəmə aktı və şikayət
1. Iddiaçı İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh cavabdeh2 17000 (on yeddi min) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Iddiaçı İddiaçı elektron kabinet vasitəsilə məhkəməyə ərizə verərək MPM-nin 53cü maddəsinə əsasən iddia tələbinin həcmini azaltdığını, Sabunçu Rayon Məhkəməsinin hökmü ilə cavabdeh1 da cavabdeh cavabdeh2 epizodu üzrə məhkum olunduğunu, həmin məhkəmə hökmündən sonra cavabdeh1 atası tərəfindən ona 5000 manat ödənildiyini, ona görə də bu iş üzrə cavabdeh1 da cavabdeh kimi işə cəlb edilməsini xahiş etdiyini, cavabdeh cavabdeh1 və cavabdeh cavabdeh2 müştərək qaydada 12000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. Şahbuz Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə ərizə təmin olunaraq mülki işə iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada 12000 manat pulun tutularaq ona ödənilməsi tələbi çərçivəsində baxılması qərara alınmışdır.
4. Şahbuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh cavabdeh2 12000 (on iki min) manat məbləğində pulun alınaraq iddiaçı İddiaçı verilməsi, cavabdeh cavabdeh2 126 (bir yüz iyirmi altı) manat miqdarında dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək Şahbuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsinin tamamilə ləğv edilərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmiş, mülki iş apellyasiya şikayətinə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilmişdir.
6. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli qərardadı ilə cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilərək, şikayətin mülki işlə birlikdə Şahbuz Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
7. Şahbuz Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ## ##### 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmış, bundan sonra cavabdeh cavabdeh2 ##.##.2026-cı il tarixdə buraxılmış prosessual müddətin bərpası barədə vəsatətlə Şahbuz Rayon Məhkəməsinə müraciət etmişdir.
8. Şahbuz Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı ilə Şahbuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatət təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, iş materiallarında olan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ## ###### 2025-ci il tarixdə cavabdeh cavabdeh2 elektron kabinetinə yerləşdirilmiş, həmçinin poçt vasitəsilə cavabdehin ünvanı olan Bakı şəhəri, Xəzər rayonu, Yeni Qala qəsəbəsi, Yeni yaşayış massivinə göndərilmişdir. Poçt vasitəsilə göndərilən bildirişin cavabdehə çatdırıla bilmədən məhkəməyə geri qaytarılmasına baxmayaraq, ##.##.2025-ci il tarixli iddia tələbinə cavabdeh tərəfindən edilən etiraz məhkəmənin ünvanına ##.##.2025-ci il tarixdə daxil olmuşdur. Həmçinin iş materiallarında olan elektron kabinetlə bağlı ##.##.2025-ci il tarixli və ##.##.2026-cı il tarixli çıxarışda cavabdehin təsdiq edilmiş elektron ünvanı (e-mail) qrafasının qarşısı boş olsa da, ##.##.2026-cı il tarixli çıxarışda cavabdehin təsdiq edilmiş elektron ünvanı (e-mail) qrafasının qarşısında “elektron ünvan 1“ olaraq qeyd edilmişdir. Sözügedən çıxarışların yaradılma tarixi hər üçündə eyni “##.##.2021-ci il tarix”dir. Həmçinin cavabdeh tərəfindən göndərilmiş apellyasiya şikayəti, prosessual müddətin bərpası ilə bağlı ərizə də elektron kabinet vasitəsilə məhkəməyə ünvanlanmışdır. Cavabdehin ərizəsində qeyd etdiyi ““Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə ##.##.2026-cı il tarixdə onun elektron kabinetinə yerləşdirilmişdir, lakin məhkəmə həmin dövrdə “Elektron məhkəmə” informasiya sistemində tez-tez texniki nasazlıqların baş verməsini, telefonuna SMS-bildiriş göndərilmədiyindən ümumiyyətlə məhkəmə barədə məlumatlı olmadığı üçün gündəlik olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə elektron kabinetini izləmədiyini nəzərə almamışdır.” ifadəsinin düzgünlüyü şübhə altındadır. Cavabdeh tərəfindən məhkəməyə apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası ilə bağlı ərizə ünvanlana bilməsi cavabdehin elektron kabinetdən istifadə edə bilməsi anlamındadır. Beləliklə, məhkəmə qətnaməsinin cavabdehə rəsmi qaydada verildiyini, şikayətinin məhkəmə qətnaməsinin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə biləcəyini, belə olan halda qətnamədən şikayətinin verilməsi müddətinin buraxıldığını, bunun üzrlü səbəbdən baş verməsinin cavabdeh tərəfindən sübuta yetirilmədiyini nəzərə alan məhkəmə belə hesab etmişdir ki, buraxılmış müddət bərpa edilə bilməz.
10. Şahbuz Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadından narazı qalan cavabdeh cavabdeh2 məhkəmənin ünvanına ## ##### 2025-ci il tarixdə daxil olmuş şikayət ərizəsində Şahbuz Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. II. Apellyasiya şikayəti və ona etirazın dəlilləri a) Şikayətin dəlilləri
11. Cavabdeh cavabdeh2 şikayəti onunla əsaslandırmışdır ki, tərəfindən Şahbuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli iş üzrə qəbul edilmiş qətnaməsindən apellyasiya şikayəti verildiyi zaman Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsi ilə qətnamədən şikayət verilməsi üçün müəyyən edilmiş 1 (bir) aylıq prosessual müddət buraxılmışdır ki, bunun da səbəbi məhkəmə iclasında cavabdehin iştirakının təmin edilməməsi səbəbindən qətnamədən xəbərsiz olması və qətnaməni rəsmi qaydada vaxtında almaması ilə izah olunur. Belə ki, iş materialları ilə tanışlıq zamanı qeyd edilən qətnamənin cavabdehə yalnız ##.##.2026-cı il tarixdə məktub vasitəsi ilə təqdim olunması aşkar görünür. Bu səbəbdən də cavabdeh olaraq tərəfindən sözügedən qətnamədən şikayət vaxtında verilməmişdir. Belə ki, o, qətnaməni yalnız ##.##.2026-cı il tarixdə “xxxx” MMC vasitəsi ilə daxil olan rəsmi məktubla almış və ##.##.2026-cı il tarixdə, yəni qətnaməni rəsmi sürətdə aldığından hələ 1 ay müddəti ötürmədən apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət etmişdir. X1 Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** saylı qərardadı ilə apellyasiya şikayəti mülki prosessual qanunvericiliyinin müddətlə bağlı tələbləri pozulmaqla verildiyini və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün qeyri-mümkün sayaraq apellyasiya şikayətini geri qaytarmışdır. Düzdür, apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadda qeyd olunmuşdur ki, iş üzrə yekun məhkəmə qərarı “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə ##.##.2026-cı il tarixdə mənim elektron kabinetimə yerləşdirilmişdir, lakin məhkəmə həmin dövrdə “Elektron məhkəmə” informasiya sistemində tez-tez texniki nasazlıqların baş verməsini, telefonuna SMSbildiriş göndərilmədiyindən ümumiyyətlə məhkəmə barədə məlumatlı olmadığı üçün gündəlik olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə elektron kabinetini izləmədiyini nəzərə almamışdır. Bütün bunlarla yanaşı qeyd etmək istəyir ki, hər bir halda apellyasiya şikayətini “Elektron məhkəmə” informasiya sistemində qarşılaşdığı texniki nasazlıqlar səbəbindən qətnamənin üzərində qeyd olunan ##.##.2026-cı il tarixdən cəmi 4 gün gecikmə ilə vermişdir, ona görə də hesab edir ki, prosessual müddətin buraxılmasının səbəbi üzrlüdür və buna görə də məhkəmə tərəfindən AR MPM-nin 133.1-ci maddəsinə müvafiq olaraq bərpa edilməlidir. Azərbaycan Respublikası MPM-nin 133.1.-ci maddəsinin tələbinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
12. Şahbuz Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməyərək, işlə birlikdə baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi qərara alınmışdır.
13. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
14. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. III. Tətbiq edilən hüquq a) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
15. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.
16. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
17. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
18. Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. Işdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir.
19. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.)
20. Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır.
21. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.
22. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
23. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.
24. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
25. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. IV. Məhkəmə kollegiyasının mövqeyi
26. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
27. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinin tələblərinə əsasən, “Elektron məhkəmə” informasiya sistemi tətbiq olunan hallarda məhkəmə icraatı elektron qaydada həyata keçirilir və bu sistem vasitəsilə göndərilən sənədlər rəsmi qaydada təqdim edilmiş hesab olunur. Qanunun 10-1.3-cü maddəsinə uyğun olaraq, məhkəmə sənədləri elektron kabinetdə yerləşdirildiyi andan etibarən tərəflərə təqdim edilmiş sayılır və həmin sənədlərin əlavə olaraq digər üsullarla (məsələn, poçt vasitəsilə) göndərilməsi tələb edilə bilməz.
28. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 135.6-cı maddəsi ilə də açıq şəkildə müəyyən edilmişdir ki, elektron məhkəmə sistemində qeydiyyatdan keçmiş şəxslərə məhkəmə sənədləri onların elektron kabinetlərində yerləşdirilməklə təqdim edilir və bu barədə məlumatlandırma elektron vasitələrlə həyata keçirilir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən isə, bu qaydada təqdim edilən sənədlər rəsmi qaydada verilmiş hesab olunur.
29. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş materialları hərtərəfli, obyektiv və tam araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh cavabdeh2 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət buraxılmış və həmin müddətin bərpası üçün əsaslar mövcud olmamışdır.
30. Belə ki, iş materiallarından aydın olur ki, Şahbuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh cavabdeh2 12000 (on iki min) manat məbləğində pulun alınaraq iddiaçı İddiaçı verilməsi, cavabdeh cavabdeh2 126 (bir yüz iyirmi altı) manat miqdarında dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
31. Həmin qətnaməyə dair məhkəmə sənədləri ## ###### 2026-cı il tarixində cavabdehin həm elektron kabinetinə yerləşdirilmiş (bax səh.111), həmçinin poçt vasitəsilə də onun qeydiyyatda olduğu ünvana (bax səh.110) göndərilmişdir. Yəni cavabdeh ## ###### 2026-cı il tarixində cavabdehin elektron kabinetinə yerləşdirildiyi tarixdən etibarən qətnaməni rəsmi olaraq almış hesab olunmuş, apellyasiya şikayəti verilməsi üçün müddət axımı da həmin tarixdən başlanmışdır.
32. Belə ki, yuxarıda da qeyd olunduğu kimi Mülki Prosessual Məcəllənin 135.5 və 135.6-cı maddəsinin tələbləri baxımından “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəmə aktlarının cavabdehin elektron kabinetinə yerləşdirilməsi rəsmi çartırılma hesab olunur. Həmçinin MPM-nin 10-1.5-ci maddəsi müəyyən edir ki, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada(məhkəmə sənədlərinin proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir) təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.
33. Mülki iş materiallarından və “Elektron məhkəmə” informasiya sistemindən isə məlum olur ki, qətnamənin qəbul olunmasından 1 aydan artıq müddət keçdikdən sonra ##.##.2026-cı il tarixdə cavabdeh elektron kabineti vasitəsilə şikayət vermiş, belə olan halda qanunla nəzərdə tutulmuş müddət buraxılmışdır.
34. Xrononoji ardıcıllığa nəzər saldıqda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli qərardadı ilə cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilərək, şikayətin mülki işlə birlikdə Şahbuz Rayon Məhkəməsinə göndərilməsi qərara alınmış, Şahbuz Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ## ##### 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmış, bundan sonra cavabdeh cavabdeh2 ##.##.2026-cı il tarixdə buraxılmış prosessual müddətin bərpası barədə vəsatətlə Şahbuz Rayon Məhkəməsinə müraciət etmiş, Şahbuz Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı ilə Şahbuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)- ***/**** nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatət təmin edilməmişdir.
35. Şikayətdə qeyd olunan “tərəfindən Şahbuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli iş üzrə qəbul edilmiş qətnaməsindən apellyasiya şikayəti verildiyi zaman Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsi ilə qətnamədən şikayət verilməsi üçün müəyyən edilmiş 1 (bir) aylıq prosessual müddət buraxıldığını, bunun da səbəbinin məhkəmə iclasında cavabdehin iştirakının təmin edilməməsi səbəbindən qətnamədən xəbərsiz olması və qətnaməni rəsmi qaydada vaxtında almaması ilə izah olunduğuna, iş materialları ilə tanışlıq zamanı qeyd edilən qətnamənin cavabdehə yalnız ##.##.2026-cı il tarixdə məktub vasitəsi ilə təqdim olunmasının aşkar göründüyünə, bu səbəbdən də cavabdeh olaraq tərəfindən sözügedən qətnamədən şikayətin vaxtında verilmədiyinə” dair şikayətçinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, cavabdehin qeyd etdiyi dəlillər apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin buraxılmasının üzürlü səbəblərlə bağlı olmasını təsdiq etmir və hüquqi baxımdan əsaslı hesab edilə bilməz.
36. Belə ki, iş materiallarından görünür ki, Şahbuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehin elektron kabinetinə yerləşdirilmişdir və bu hal məhkəmə aktının rəsmi qaydada təqdim edilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq normalarına əsasən, məhkəmə aktının elektron informasiya sistemi vasitəsilə təqdim edildiyi hallarda, həmin aktın elektron kabinetə yerləşdirildiyi tarixdən etibarən prosessual müddətin axımı başlanır. Bu səbəbdən cavabdehin qətnamədən iddia etdiyi kimi yalnız ##.##.2026-cı il tarixdə poçt vasitəsilə xəbər tutması barədə dəlili hüquqi əhəmiyyət daşımır.
37. Bundan əlavə, cavabdehin məhkəmə iclasında iştirak etməməsi və ya iştirakının təmin olunmaması ilə bağlı arqumentləri də əsassızdır. Iş materialları ilə müəyyən olunur ki, cavabdeh məhkəmə icraatı barədə məlumatlı olmuş, hətta iddia ərizəsinə etiraz təqdim etmişdir. Bu isə onun prosesdən xəbərdar olduğunu və öz hüquqlarını müdafiə etmək imkanına malik olduğunu göstərir. Cavabdehin məhkəmə iclaslarında iştirak etməməsi onun öz iradəsindən və seçimindən asılı olan hal kimi qiymətləndirilməlidir və bu, prosessual müddətin bərpası üçün üzürlü səbəb sayıla bilməz.
38. Eyni zamanda, cavabdehin elektron kabinetdən istifadə edə bilməməsi və ya sistemdə texniki nasazlıqların olması barədə iddiaları da hər hansı mötəbər sübutlarla təsdiq edilməmişdir. Əksinə, cavabdehin apellyasiya şikayətini və digər ərizələri məhz elektron kabinet vasitəsilə təqdim etməsi onun həmin sistemdən istifadə imkanının mövcud olduğunu sübuta yetirir.
39. Beləliklə, məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş bir aylıq müddət üzürlü səbəblər olmadan buraxılmışdır və buna görə də həmin müddətin bərpası üçün hüquqi əsaslar mövcud deyildir.
40. Şikayətdə göstərilən “məhkəmənin həmin dövrdə “Elektron məhkəmə” informasiya sistemində tez-tez texniki nasazlıqların baş verməsinə, telefonuna SMS-bildiriş göndərilmədiyindən ümumiyyətlə məhkəmə barədə məlumatlı olmadığı üçün gündəlik olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə elektron kabinetini izləmədiyini nəzərə almamasını, bir halda apellyasiya şikayətini “Elektron məhkəmə” informasiya sistemində qarşılaşdığı texniki nasazlıqlar səbəbindən qətnamənin üzərində qeyd olunan ##.##.2026-cı il tarixdən cəmi 4 gün gecikmə ilə verdiyinə” dair dəlillərə münasibətdə kollegiya qeyd edir ki, cavabdehin “Elektron məhkəmə” informasiya sistemində texniki nasazlıqların baş verməsi və SMS-bildirişlərin alınmaması ilə bağlı istinad etdiyi hallar prosessual müddətin buraxılmasının üzürlü səbəbi kimi qəbul edilə bilməz və iş materialları ilə təsdiq olunmur.
41. Belə ki, məhkəmə aktlarının elektron kabinetə yerləşdirilməsi qüvvədə olan prosessual qanunvericiliyə uyğun olaraq tərəfin rəsmi qaydada məlumatlandırılması hesab edilir və həmin andan etibarən müvafiq prosessual müddətin axımı başlanır. Cavabdeh özü də etiraf edir ki, “Elektron məhkəmə” informasiya sistemindən istifadə imkanına malik olmuş, apellyasiya şikayətini və digər prosessual sənədləri məhz həmin sistem vasitəsilə məhkəməyə təqdim etmişdir. Bu hal onun sistemə çıxış imkanının və funksionallığından istifadə edə bilməsinin mövcudluğunu təsdiq edir.
42. Texniki nasazlıqların olması ilə bağlı iddialar isə konkret sübutlarla – rəsmi texniki nasazlıq barədə arayışlar, sistemə girişin mümkünsüzlüyünü təsdiq edən məlumatlar və ya digər obyektiv dəlillərlə təsdiqlənməmişdir. Eyni zamanda, SMS-bildirişlərin alınmaması tərəfin öz elektron kabinetini izləmək vəzifəsini aradan qaldırmır. Elektron kabinetdən istifadə edən şəxs həmin sistemdə yerləşdirilən məlumatları mütəmadi olaraq yoxlamaq öhdəliyi daşıyır və bu öhdəliyin yerinə yetirilməməsi şəxsin öz riskinə aid edilir.
43. Digər tərəfdən, cavabdehin apellyasiya şikayətini cəmi 4 gün gecikmə ilə təqdim etməsi faktı da prosessual müddətin bərpası üçün müstəqil əsas hesab edilə bilməz. Qanunvericilik müddətin az və ya çox buraxılmasından asılı olmayaraq, onun yalnız üzürlü səbəblər mövcud olduqda bərpasına yol verir. Mövcud halda isə belə üzürlü səbəblər müəyyən edilməmişdir.
44. Beləliklə, cavabdeh tərəfindən göstərilən hallar prosessual müddətin buraxılmasının obyektiv və qarşısıalınmaz səbəblərdən baş verdiyini təsdiq etmədiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinin tətbiqi üçün əsasların olmadığını müəyyən etmiş və müddətin bərpasından imtina etməkdə düzgün nəticəyə gəlmişdir.
46. “X4 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-ın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Beləliklə, üzrlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün47. edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzrlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Hazırki işin halları baxımından isə belə hallar mövcud deyildir.
48. Kollegiya hesb edir ki, birinci instansiya məhkəməsi iddiaçının ərizəsində göstərdiyi halları düzgün qiymətləndirmiş, prosessual müddətin üzrsüz səbəbdən buraxıldığı qənaətinə gəlmiş və müddətin bərpasından imtina etməklə prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Şikayətdə göstərilənlər birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadının ləğv edilməsi üçün hüquqi əsas yaratmır.
49. Məhkəmə kollegiyası iş üzrə tədqiq edilmiş halları yuxаrıdа şərh olunаn normаlаrla əlаqəli şəkildə qiymətləndirərək hesаb edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas ola bilməz. Bu səbəbdən şikayət təmin edilməməli, Şahbuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0 və 398.0.1-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
51. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0, 398.0.1, 400, 401 və 402-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı:
Şikayət təmin edilməsin. Şahbuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz