Məhkəmə qərarları › İş №e-2(3-1)-93/2026

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №e-2(3-1)-93/2026

14.08.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qətnamə Naxçıvan şәhәri İş № e-2(3-1)-93/2026 14.08.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki Kollegiya Iddiaçı Rüstәmov Xәlәddin Əşrәf oğlunun cavabdeh Naxçıvan MR Maliyyә Nazirliyinә qarşı pul tәlәbinә dair mülki iş üzrә (Açar söz: pul tələbi, iddia müddəti) Hakimlәr Allahverdiyev Mehman Dünyamalı oğlu (sәdrliyi vә mәruzәsi ilә), X1 vә Əliyev Mehdi Ədalәt oğlundan ibarәt tәrkibdә, X2 mәhkәmә iclas katibliyi, iddiaçının vәkilnümayәndәsi Rәhimov Şamxal Bahadur oğlunun vә cavabdeh Naxçıvan MR Maliyyә Nazirliyinin nümayәndәsi Mәmmәdova Aynur Azәr qızının iştirakları ilә, iddiaçı Rüstәmov Xәlәddin Əşrәf oğlunun cavabdeh Naxçıvan MR Maliyyә Nazirliyinә qarşı pul tәlәbinә dair mülki iş üzrә Naxçıvan Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrәli qәtnamәsindәn cavabdehin nümayәndәsi tәrәfindәn verilmiş apellyasiya şikayәti üzrә mülki işә Naxçıvan MR Ali Mәhkәmәsinin inzibati binasında açıq mәhkәmә iclasında baxaraq, müәyyәn etdi: İ. Işin halları

1. Iş materiallarında olan ## ###### 2022-ci il tarixli, 1 nömrәli ödәmә tapşırığında 135000.00 (bir yüz otuz beş min) manat, ## ###### 2022-ci il tarixli, 2 nömrәli ödәmә tapşırığında 67300.00 (altmış yeddi min üç yüz) manat, ## ###### 2023-cü il tarixli, 1 nömrәli ödәmә tapşırığında 200.00 (iki yüz) manat mәblәğindә ödәnişlәr Naxçıvan MR Maliyyә Nazirliyinin hesabına ödәnilmişdir.

2. Iş materiallarında olan Naxçıvan Şәhәr Mәhkәmәsinin *(***)-*/**** nömrәli, ##.##.2023- cü il tarixli qәrarında Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Istintaq şöbәsinin prokuroru, kiçik әdliyyә müşaviri Quliyev Əşrәf Cәmil oğlunun cinayәt işi üzrә icraata xitam verilmәsi haqqında qәrarından zәrәrçәkmiş şәxs Naxçıvan Muxtar Respublikası Maliyyә Nazirliyi tәrәfindәn verilmiş şikayәtin tәmin edilmәmәsi qәrara alınmışdır.

3. Iş materiallarında olan, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun ## ######## 2023-cü il tarixli qәrarı ilә Rüstәmov Xәlәddin Əşrәf oğlunun barәsindә cinayәt işi üzrә icraata xitam verilmiş vә aşağıdakılar qәrara alınmışdır: - Rüstәmov Xәlәddin Əşrәf oğlunun Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 179.3.2- ci maddәsi ilә tәqsirlәndirildiyi 220996001 nömrәli cinayәt işi üzrә icraata әmәldә cinayәt tәrkibi olmadığından Azәrbaycan Respublikası CPM-nin 39.1.2-ci maddәsinin tәlәbinә әsasәn xitam verilsin. - Rüstәmov Xәlәddin Əşrәf oğlunun vurulmuş ziyanın ödәnilmәsini tәlәb etmәk hüququ tanınsın vә cinayәt prosesini hәyata keçirәn orqanın sәhvi nәticәsindә ona vurulmuş maddi ziyan, yәni 202500 (iki yüz iki min beş yüz) manat pul vәsaitinin X.Ə.Rüstәmovun Azәrbaycan Beynәlxalq Bank ASC-nin Naxçıvan filialındakı AZ75IBAZ33801029443752688262 nömrәli hesaba köçürülmәsi Naxçıvan MR Maliyyә Nazirliyi tәrәfindәn tәmin edilsin.

4. Rüstәmov Xәlәddin Əşrәf oğlu ## #### 2024-cü il tarixdә Naxçıvan MR Maliyyә Nazirliyinә ünvanlandığı әrizәdә Naxçıvan MR Prokurorluğunun qәrarının Naxçıvan MR Maliyyә Nazirliyi tәrәfindәn icra olunmasına vә ona vurulmuş maddi ziyanın ödәnilmәsinә kömәklik göstәrilmәsini xahiş etmişdir. II. Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçının vәkili vә nümayәndәsi Rәhimov Şamxal Bahadur oğlu iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk Rüstәmov Xәlәddin Əşrәf oğlu barәsindә Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Istintaq Şöbәsinin çıxardığı vә qanuni qüvvәsini almış ##.##.2023-cü il tarixli, **/***Ç/X saylı qәrarının 2-ci bәndinә әsasәn (cinayәt işi üzrә icraata bәraәtverici әsaslarlarla xitam verilmәsi barәdә qәrar) 202.500 (iki yüz iki min beş yüz) AZN pul vәsaitinin cavabdeh Naxçıvan Muxtar Respublikası Maliyyә Nazirliyindәn alınaraq nümayәndәsi olduğu iddiaçı-Rüstәmov Xәlәddin Əşrәf oğluna qaytarılması barәdә qәtnamә qәbul edilmәsini xahiş etmişdir.

6. Iddiaçı әrizәsini onunla әsaslandırmışdır ki, X3 uzun illәr Naxçıvan Muxtar Respublikası Dövlәt Şәhәrsalma vә Arxitektura Komitәsinin tabeliyindә fәaliyyәt göstәrәn Naxçıvan Şәhәr Abadlıq vә Tәmir-Tikinti Idarәsinin rәisi vәzifәsindә çalışmış, vәzifә borclarını vicdanla yerinә yetirmişdir. ## #### 2022-ci il tarixdә onun barәsindә Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 179.3.2-ci maddәsi ilә cinayәt işi başlanılmış, hәmin tarixli Naxçıvan Şәhәr Mәhkәmәsinin qәrarı ilә barәsindә 4 ay müddәtinә hәbs qәtimkan tәdbiri seçilmişdir. Sonradan ibtidai istintaq vә hәbs müddәti uzadılmış, ## ####### 2022-ci il tarixdә isә hәbs qәtimkan tәdbiri ev dustaqlığı ilә әvәz edilmişdir. Iddiaçı bildirir ki, hәmin dövrdә ona qarşı irәli sürülmüş ittiham әsassız olmuş, lakin göstәrilәn tәzyiq vә hәdәlәr sәbәbindәn ittihamı qәbul etmәyә mәcbur qalmışdır. Cinayәt tәqibinә xitam verilmәsi üçün ## ###### 2022-ci il tarixdә Naxçıvan MR Prokurorluğunun depozit hesabına ümumilikdә 202.500 manat köçürmüş, bunun әsasında ## ###### 2022-ci il tarixli qәrarla Azәrbaycan Respublikası CM-in 73-1.3 vә CPM-in 40.2-ci maddәlәrinә әsasәn cinayәt tәqibinә bәraәtverici әsaslar olmadan xitam verilmişdir. Naxçıvanda baş vermiş rәhbәrlik dәyişikliklәrindәn sonra X3 ## ###### 2023-cü il tarixdә Naxçıvan MR Prokurorluğuna müraciәt edәrәk barәsindә aparılmış istintaqın yenilәnmәsini, bәraәtverici әsaslarla xitam verilmәsini vә ödәdiyi 202.500 manatın qaytarılmasını xahiş etmişdir. ## ###### 2023-cü il tarixdә Naxçıvan MR prokurorunun müavini tәrәfindәn ## ###### 2022-ci il tarixli xitam qәrarı lәğv edilmiş vә cinayәt işi üzrә icraat tәzәlәnmişdir. Yenidәn aparılmış istintaq zamanı müәyyәn edilmişdir ki, ittihamın әsasını tәşkil edәn ## #### 2022-ci il tarixli maliyyә yoxlaması qanunvericiliyin tәlәblәrinә uyğun aparılmamış, yoxlamanın keçirilmәsini tәsdiq edәn sәnәdlәr mövcud olmamış, arayış maliyyә orqanının әmәkdaşları tәrәfindәn tәrtib edilmәmiş, mәcburi rekvizitlәr әks etdirilmәmiş vә sәnәd imzalanmamışdır. Hәmçinin arayışda göstәrilәn mәnimsәmә faktlarını tәsdiq edәn mötәbәr sübutlar әldә edilmәmişdir. Bunun nәticәsindә ## ######## 2023-cü il tarixli qәrarla ********* nömrәli cinayәt işinә Azәrbaycan Respublikası CPM-in 39.1.2-ci maddәsinә әsasәn, әmәldә cinayәt tәrkibi olmadığından bәraәtverici әsaslarla xitam verilmişdir. Hәmin qәrarla X3 vurulmuş ziyanın ödәnilmәsini tәlәb etmәk hüququ tanınmış, әsassız olaraq ödәdiyi 202.500 manatın Naxçıvan MR Maliyyә Nazirliyi tәrәfindәn onun bank hesabına köçürülmәsi qәrara alınmışdır. Naxçıvan MR Maliyyә Nazirliyi hәmin qәrardan mәhkәmәyә şikayәt versә dә, Naxçıvan Şәhәr Mәhkәmәsinin ## ###### 2023-cü il tarixli, *(***)-*/**** saylı qәrarı ilә şikayәt tәmin edilmәmiş, qәrar qanuni qüvvәyә minmişdir. Buna baxmayaraq, iddiaçının dәfәlәrlә etdiyi müraciәtlәrә rәğmәn, Naxçıvan MR Maliyyә Nazirliyi qanuni qüvvәyә minmiş qәrarı icra etmәmiş, 202500 manat mәblәği qaytarmamışdır. Halbuki hәmin vәsait sonradan Naxçıvan MR Prokurorluğunun depozit hesabından Maliyyә Nazirliyinin hesabına köçürülmüşdür.

7. Cavabdeh Naxçıvan MR Maliyyә Nazirliyi iddia әrizәsinә etiraz göndәrmiş vә etiraz onunla әsaslandırılmışıdır ki, Naxçıvan Muxtar Respublikası Maliyyә Nazirliyinin hazırkı iş üzrә cavabdeh qismindә cәlb edilmәsini әsassız hesab edirlәr. Etirazda göstәrilmişdir ki, X5 tәrәfindәn ## ###### 2022-ci il tarixdә cinayәt işi üzrә dövlәtә vurulduğu iddia edilәn ziyanın ödәnilmәsi vә cinayәt mәsuliyyәtindәn azad olunması mәqsәdilә ümumilikdә 202.500 manat Naxçıvan MR Prokurorluğunun depozit hesabına ödәnilmiş, hәmin vәsait sonradan Prokurorluq tәrәfindәn müvafiq ödәniş tapşırıqları ilә Naxçıvan Muxtar Respublikasının büdcәsinә köçürülmüşdür. Hәmçinin qeyd olunmuşdur ki, iddiaçı әvvәllәr ## ######## 2023-cü il tarixli qәrarın icrasının Naxçıvan MR Maliyyә Nazirliyinin üzәrinә qoyulması tәlәbi ilә inzibati mәhkәmәyә müraciәt etmiş, lakin Naxçıvan MR Inzibati Mәhkәmәsinin ## ### 2024-cü il tarixli qәrardadı ilә iddia mümkün sayılmamışdır. Hәmin qәrardad apellyasiya vә kassasiya instansiyalarında da dәyişdirilmәdәn qüvvәdә saxlanılmışdır. Cavabdeh "Inzibati icraat haqqında" Qanunun 3.2.1-ci maddәsinә, Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 58 vә 63-cü maddәlәrinә, habelә "Tәhqiqat, ibtidai istintaq, prokurorluq vә mәhkәmә orqanlarının qanunsuz hәrәkәtlәri nәticәsindә fiziki şәxslәrә vurulmuş ziyanın ödәnilmәsi haqqında" Qanunun 7-ci maddәsinә istinad edәrәk bildirmişdir ki, cinayәt prosesini hәyata keçirәn orqanın qanunsuz hәrәkәtlәri nәticәsindә vurulmuş ziyanın ödәnilmәsi mülki mühakimә icraatı qaydasında hәll edilmәlidir. Bu әsasla cavabdeh hesab edir ki, mübahisә Maliyyә Nazirliyinin birbaşa hüquqi öhdәliyindәn irәli gәlmәdiyindәn onun hazırkı iş üzrә cavabdeh kimi tanınması mümkün deyildir vә iddianın cavabdehә münasibәtdә mümkün sayılmaması barәdә qәrardad qәbul edilmәlidir.

8. Naxçıvan Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrәli qәtnamәsi ilә (işә baxan hakim Aslan Heydarov) iddianın tәmin edilmәsi, 202500 (iki yüz iki min beş yüz) manat pul vәsaitinin cavabdeh Naxçıvan Muxtar Respublikası Maliyyә Nazirliyindәn alınaraq iddiaçı Rüstәmov Xәlәddin Əşrәf oğluna qaytarılması qәt edilmişdir.

9. Mәhkәmә gәldiyi nәticәni belә әsaslandırmışdır ki, Naxçıvan Muxtar Respublikasının Maliyyә Nazirliyi haqqında Əsasnamәnin 1.1- ci bәndinә әsasәn, Naxçıvan Muxtar Respublikasının Maliyyә Nazirliyi (bundan sonra - Nazirlik) Naxçıvan Muxtar Respublikasının maliyyә siyasәtini işlәyib hazırlayan vә hәyata keçirәn, dövlәt maliyyәsinin idarә olunmasını tәşkil edәn, Naxçıvan Muxtar Respublikasının büdcәsi (bundan sonra - dövlәt büdcәsi) layihәsini hazırlayan vә dövlәt büdcәsinin kassa icrasını tәmin edәn, mühasibat uçotunun tәşkili vә aparılması sahәlәrindә dövlәt tәnzimlәnmәsinin, dövlәt büdcәsi vәsaitindәn istifadә sahәlәrindә dövlәt nәzarәtinin hәyata keçirilmәsini tәmin edәn mәrkәzi icra hakimiyyәti orqanıdır. Hәmin Əsasnamәdәn göründüyü kimi Naxçıvan Muxtar Respublikasının Maliyyә Nazirliyi dövlәt büdcәsinin kassa icrasını tәmin edәn orqandır. Mәhkәmә qeyd etmişdir ki, iddiaçı qanunsuz şәkildә cinayәt tәqibinә mәruz qaldığından, onun tәrәfindәn qeyd edilәn mәblәğ Naxçıvan MR Prokurorluğunun depozit hesabına, hәmin hesabdan isә Naxçıvan Muxtar Respublikasının Maliyyә Nazirliyi tәrәfindәn dövlәt büdcәsinә köçürüldüyündәn, daha sonra iddiaçı barәsindә cinayәt tәqibinә bәraәtverici әsaslarla xitam verildiyindәn, iddiaçı hәmin mәblәği qaytarılmasını hazırki cavabdehdәn tәlәb etmәkdә haqlı olmuşdur. Mәhkәmә qeyd etmişdir ki, Naxçıvan MR Prokurorluğu büdcәnin icrasına nәzarәt edәn qurum deyildir vә bu sәbәbdәn dә, hәmin vәsait mәhz büdcәnin icrasına nәzarәt edәn qurum olan Naxçıvan Muxtar Respublikasının Maliyyә Nazirliyi tәrәfindәn qaytarılmalıdır. III. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətinin dəlilləri

10. Mәhkәmәnin hәmin qәtnamәsi ilә razılaşmayan cavabdehin nümayәndәsi Nümayәndә apellyasiya şikayәti verәrәk Naxçıvan Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-*(*-**)-**/**** nömrәli qәtnamәsinin iddianın tәmin olunan hissәsindә lәğv edilәrәk, iddianın tam rәdd edilmәsi barәdә yeni qәtnamә çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, irinci instansiya mәhkәmәsi işin faktiki hallarını vә maddi-prosessual hüquq normalarını düzgün tәtbiq etmәmişdir. Şikayәtdә göstәrilir ki, iddiaçının ## ###### 2022-ci il tarixdә Naxçıvan MR Prokurorluğunun depozit hesabına ödәdiyi 202500 manat sonradan Prokurorluq tәrәfindәn müvafiq ödәniş tapşırıqları ilә Naxçıvan Muxtar Respublikasının büdcәsinә köçürülmüşdür. Buna görә dә mәhkәmәnin xitam qәrarından sonra hәmin vәsaitin Prokurorluğun depozit hesabından Maliyyә Nazirliyinin hesabına köçürülmәsi barәdә qәnaәti iş materiallarına uyğun deyildir. Iddiaçı әvvәllәr hәmin qәrarın icrası ilә bağlı inzibati mәhkәmәyә müraciәt etsә dә, iddia mümkün sayılmamış, bu nәticә apellyasiya vә kassasiya instansiyaları tәrәfindәn dә qüvvәdә saxlanılmışdır. Mübahisә cinayәt prosesini hәyata keçirәn orqanın qanunsuz hәrәkәtlәri nәticәsindә vurulmuş ziyanın ödәnilmәsi ilә bağlı olduğundan, Naxçıvan MR Maliyyә Nazirliyi bu iş üzrә cavabdeh hesab edilә bilmәz. Mәhkәmә cavabdehin bu barәdә tәqdim etdiyi etirazı tam araşdırmamışdır. Mәhkәmә Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 1100-cü maddәsini düzgün tәtbiq etmәmişdir. Belә ki, Maliyyә Nazirliyinin hәr hansı qanunsuz aktı vә ya vәzifәli şәxslәrinin qanunsuz hәrәkәti müәyyәn edilmәdiyi halda, Nazirliyin mәsul tutulması qanuna uyğun deyildir. Bundan başqa, mәhkәmә Cinayәt-Prosessual Mәcәllәsinin 58.1, 63 vә 62-ci maddәlәrinin tәlәblәrini, elәcә dә "Tәhqiqat, ibtidai istintaq, prokurorluq vә mәhkәmә orqanlarının qanunsuz hәrәkәtlәri nәticәsindә fiziki şәxslәrә vurulmuş ziyanın ödәnilmәsi haqqında" Qanunun müddәalarını nәzәrә almamışdır. Şikayәtә görә, belә hallarda cavabdeh qismindә cinayәt prosesini hәyata keçirәn orqan çıxış etmәlidir. Hәmçinin qeyd olunur ki, mәhkәmә iddiaçıya münasibәtdә bәraәt hökmü çıxarılmadığı halda CPM-in 56.0.1-ci maddәsini tәtbiq etmiş, halbuki iş üzrә cinayәt tәqibinә CPM-in 39.1.2ci maddәsinә әsasәn bәraәtverici әsaslarla xitam verilmişdir vә tәtbiq edilmәli norma CPM-in 56.0.2-ci maddәsi olmuşdur. Şikayәtdә daha sonra bildirilir ki, dövlәt büdcәsinin icrasına nәzarәt funksiyasının Maliyyә Nazirliyi tәrәfindәn hәyata keçirilmәsi onun qanunsuz istintaq nәticәsindә vurulmuş zәrәrә görә cavabdeh hesab edilmәsinә әsas vermir. Maliyyә Nazirliyi iddiaçı ilә birbaşa hüquq münasibәtindә olmamış vә qanunvericilikdә belә mübahisәlәr üzrә Nazirliyin cavabdeh olmasını nәzәrdә tutan norma mövcud deyildir. Bundan әlavә, mәhkәmә cinayәt tәqibinә xitam verilmәsi haqqında qәrarı qәbul etmiş orqanın ziyanın ödәnilmәsi ilә bağlı qanunla müәyyәn edilmiş vәzifәlәrini, o cümlәdәn ziyanın ödәnilmәsi hüququnun izah edilmәsi vә müvafiq protokolun tәrtib olunub-olunmamasını araşdırmamışdır. Bu әsaslarla apellyasiya şikayәtindә birinci instansiya mәhkәmәsinin qәtnamәsinin qanunsuz vә әsassız olduğu, lәğv edilmәli olduğu göstәrilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayәtinә qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Apellyasiya şikayәtinә baxılması zamanı izahat verәn cavabdeh Naxçıvan MR Maliyyә Nazirliyinin nümayәndәsi Mәmmәdova Aynur Azәr qızı şikayәtini müdafiә edәrәk, Naxçıvan Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-*(*-**)-**/**** nömrәli qәtnamәsinin lәğv edilәrәk, iddianın tam rәdd edilmәsi barәdә yeni qәtnamә çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayәtinә baxılması zamanı izahat verәn iddiaçının vәkilnümayәndәsi

14. Rәhimov Şamxal Bahadur oğlu şikayәti qәbul etmәdiklәrini qeyd edәrәk Naxçıvan Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-*(*-**)-**/**** nömrәli qәtnamәsinin dәyişdirilmәdәn saxlanılması barәdә qәrar qәbul olunmasını xahiş etmişdir.

15. Mәhkәmә baxışı iclasının yeri vә vaxtı barәdә lazımi qaydada xәbәrdar edilmәsinә baxmayaraq iş üzrә iddiaçı Rüstәmov Xәlәddin Əşrәf oğlu vә cavabdeh tәrәfindәn mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxslәr Azәrbaycan Respublikası Maliyyә Nazirliyinin vә Naxçıvan MR Nazirlәr Kabinetinin nümayәndәlәri mәhkәmә baxışı iclasında iştirak etmәmiş, iştirak etmәmәlәrinin üzrlü sәbәblәri barәdә hәr hansı mәlumat vermәmişlәr. Kollegiya Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 376.2-ci maddәsinә әsasәn hәmin şәxslәrin iştirakı olmadan işә baxılmasını mümkün hesab etmişdir. Belә ki, bu maddәnin tәlәbinә әsasәn işә baxılmanın vaxtı vә yeri haqqında lazımi qaydada xәbәrdar edilmiş işdә iştirak edәn şәxslәrin gәlmәmәsi işә baxılmasına mane olmur. VI. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddә 1091.1. Əsassız varlanan o şәxs (varlanmış şәxs) sayılır ki, hüquqi әsas olmadan başqa şәxsin (mәhrum olanın) hesabına әmlak әldә etsin.

17. Maddә 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni әsas vә ya müqavilә әsası olmur. Hüquqi әsas olmadan varlanma hәmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma hәyata keçirilmәmiş әsasa vә ya sonralar aradan qalxmış əsasa söykənir.

18. Maddә 1092.1. Varlanmış şәxs әldә etdiklәrini mәhrum olanın tәlәbi ilә ona qaytarmalıdır.

19. Maddә 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ mәhrum olana öz hüququnun mәlum olduğu vaxtdan әn geci iki il sonra müddәtin keçmәsinә görә qüvvәdәn düşür. Qalan hallarda müddәtin keçmәsi ümumi göstәrişlәrә uyğun müәyyәnlәşdirilir.

b) Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında Azərbaycan respublikasının Qanunu. Maddə 5. Ödәnilәn ziyan Bu Qanunun 1-ci maddәsindә nәzәrdә tutulmuş hallarda hәr bir şәxsә: 1) mәhrum olduğu әmәk haqqı, pensiya, müavinәt vә başqa gәlirlәr; 2) müsadirә edilmәsi, dövlәt nәfinә keçirilmәsi, istintaq orqanları Tәrәfindәn götürülmәsi, üzәrinә hәbs qoyulması ilә vurulmuş әmlak ziyanı; 3) ödәnilmiş mәhkәmә xәrclәri, habelә hökmün icrası zamanı ödәnilmiş vә ya tutulmuş cәrimә; 4) hüquqi yardımın göstәrilmәsi ilә әlaqәdar ödәnilmiş mәblәğlәr; 5) vurulmuş fiziki vә mәnәvi ziyan ödәnilmәlidir. Maddə 6. Tәhqiqat, ibtidai istintaq, prokurorluq vә mәhkәmә orqanlarının qanunsuz hәrәkәtlәri nәticәsindә şәxsin әmlakına vurulmuş ziyanın ödәnilmәsi qaydası. Bu Qanunun 5-ci maddəsində nәzәrdә tutulmuş hallarda vurulmuş ziyanın ödәnilmәsi dövlәt büdcәsinin vәsaiti hesabına hәyata keçirilir. c) Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi Maddə 58.3. Bu Mәcәllәnin 56-cı maddәsindә göstәrilәn şәxslәrә aşağıdakılara görә kompensasiya verilir: 58.3.1. mәhrum olduğu әmәk haqqı, pensiya, müavinәt vә başqa gәlirlәr; 58.3.2. müsadirә edilmәsi, dövlәt nәfinә keçirilmәsi, istintaq orqanları tәrәfindәn götürülmәsi, üzәrinә hәbs qoyulması ilә vurulmuş әmlak ziyanı; 58.3.3. ödәnilmiş mәhkәmә xәrclәri; 58.3.4. müdafiәçiyә ödәnilmiş pul mәblәği; 58.3.5. hökmün icrası zamanı ödәnilmiş vә ya tutulmuş cәrimә.

d) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddә 14.1. Mәhkәmә hәqiqәtә nail olmaq üçün işin hәrtәrәfli, tam vә obyektiv tәdqiqinә lazımi şәrait yaradır. Bunun üçün mәhkәmә işdә iştirak edәn şәxslәrә onların prosessual hüquq vә vәzifәlәrini izah edir, görülәcәk yaxud görülmәyәcәk hәrәkәtlәrin nәticәlәri barәdә onları xәbәrdar edir, onların prosessual hüquqlarının hәyata keçmәsinә kömәk göstәrir.

21. Maddә 77.1. Hәr bir tәrәf öz tәlәblәrinin vә etirazlarının әsası kimi istinad etdiyi halları sübut etmәlidir.

22. Maddә 88. Mәhkәmә sübutlara obyektiv, qәrәzsiz, hәrtәrәfli vә tam baxdıqdan sonra hәmin sübutlara tәtbiq edilmәli hüquq normalarına müvafiq olaraq qiymәt verir. Heç bir sübutun mәhkәmә üçün qabaqcadan müәyyәn edilmiş qüvvәsi yoxdur.

23. Maddә 217.2. Qәtnamә mübahisәli hüquq münasibәtinin yarandığı zaman qüvvәdә olan maddi hüquq normalarına vә işin baxılması zamanı qüvvәdә olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

24. Maddә 217.3 Qәtnamә iş üzrә müәyyәn edilmiş hәqiqi hallara vә tәrәflәrin qarşılıqlı münasibәtinә uyğun әsaslandırılmalıdır.

25. Maddә 384.0.2. Apellyasiya instansiyası mәhkәmәsi qәtnamәni tamamilә vә ya qismәn lәğv edә bilәr vә birinci instansiya mәhkәmәsindә müәyyәn edilmiş hallar vә ya әlavә tәqdim olunmuş sübutlar әsasında yeni qәtnamә qәbul edә bilәr. VII. Apellyasiya baxışının hədləri

26. MPM-in 372.6-cı maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsinin qәtnamәsinin әsaslılığını onun düzünә vә ya dolayısı ilә mübahisәlәndirilәn hissәsindә, şikayәt qәrarın lәğv edilmәsinә yönәldikdә vә ya apellyasiya şikayәtindә vә ona etirazlarda ifadә olunmuş dәlillәrә әsasәn mübahisәnin predmeti bölünmәz olduqda isә tam yoxlayır.

27. Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun “Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 372-ci maddәsinin apellyasiya baxışının hәdlәri barәdә müddәalarının hәmin Mәcәllәnin 372.1 vә 372.7-ci maddәlәrinin tәlәblәri baxımından şәrh edilmәsinә dair” ## ### 2011-ci il tarixli qәrarında göstәrilmişdir ki, Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 372.1-ci maddәsinә uyğun olaraq apellyasiya instansiyası mәhkәmәsi hәmin Mәcәllәnin 372.6-cı maddәsindә nәzәrdә tutulduğu hallarda birinci instansiya mәhkәmәsinin qәtnamәsinin әsaslılığını mübahisәlәndirilәn hissәsindә apellyasiya şikayәtinin dәlillәri hәcmindә yoxlayır. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 372.1 vә 372.7-ci maddәlәrinә uyğun olaraq apellyasiya instansiyası mәhkәmәsi maddi hüquq normalarına riayәt edilmәsini birinci instansiya mәhkәmәsinin qәtnamәsinin mübahisәlәndirilәn hissәsindә yoxlayır. Bu hәdlәrdә apellyasiya instansiyası mәhkәmәsi şikayәtin hüquqi mövqeyinә aid dәlillәrdәn asılı deyil vә qәtnamәni maddi hüquq normasının pozulması ilә әlaqәdar apellyasiya şikayәtindә göstәrilmәyәn әsaslarla da lәğv edә vә dәyişdirә bilәr. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası mәhkәmәsi şikayәtin dәlillәrindәn asılı olmayaraq, mәhkәmәnin maddi vә prosessual hüquq normalarına riayәt etmәsini yoxlayır.

28. Apellyasiya şikayәtindә birinci instansiya mәhkәmәsinin qәtnamәsinin lәğv edilmәsi xahiş edildiyi üçün apellyasiya baxışının hәdlәrini qәtnamәnin qanuniliyinin vә әsaslılığının tam şәkildә yoxlanılması tәşkil edir. VI. Məhkəmə kollegiyasının mövqeyi

29. Apellyasiya instansiyası mәhkәmәsi iş materiallarını yenidәn vә tam hәcmdә araşdıraraq, hәmçinin birinci instansiya mәhkәmәsinin hüquqi yanaşmasını qiymәtlәndirәrәk aşağıdakı nәticәlәrә gәlmişdir.

30. Mәlum olduğu kimi, hәr hansı iddia tәlәbi üzrә hüquqi dәyәrlәndirmә prosesi ilk addım kimi iddiaçının tәlәbinә uyğun gәlәn qanuni әsasın tapılmasından vә mәhkәmәyә bildirdiyi faktiki halların hәmin әsasın dispozisiya şәrtlәrinә uyğun olmasının yoxlanılmasından ibarәtdir. Əgәr irәli sürülmüş iddia tәlәb(lәr)inin qanuni әsası tapılırsa vә faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şәrtlәri ilә uzlaşırsa (habelә cavabdehin etiraz vә müdafiә vasitәlәrinә görә aradan qalxmırsa) iddia tәmin olunur, uzlaşmırsa rәdd edilir. Ikinci halda hüquqi dәyәrlәndirmә mәhkәmә üçün artıq başa çatmış olur. Bu halda әlavә olaraq irәli sürülәn dәlillәrin araşdırılmasına ehtiyac qalmır, çünki işin hәlli üçün bunun әhәmiyyәti yoxdur.

31. Mülki işin tәdqiq olunmuş hallarından müәyyәn edilir ki, iddiaçı X3 barәsindә Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 179.3.2-ci maddәsi ilә başlanmış cinayәt işi üzrә ## ###### 2022-ci il tarixdә cinayәt tәqibinә xitam verilmәsi mәqsәdilә ## ###### 2022ci il tarixli, 1 nömrәli ödәmә tapşırığı әsasında 135000.00 (bir yüz otuz beş min) manat, ## ###### 2022-ci il tarixli, 2 nömrәli ödәmә tapşırığı әsasında 67300.00 (altmış yeddi min üç yüz) manat vә ## ###### 2023-cü il tarixli, 1 nömrәli ödәmә tapşırığı әsasında 200.00 (iki yüz) manat olmaqla ümumilikdә 202500 manat mәblәğindә ödәnişlәr (dәymiş ziyan vә onun 50 faizi) Naxçıvan Muxtar Respublikası Prokurorluğunun depozit hesabına ödәnilmişdir. Hәmin vәsait daha sonra Prokurorluq tәrәfindәn dövlәt büdcәsinә köçürülmüşdür.

32. X3 ## ###### 2023-cü il tarixdә Naxçıvan MR Prokurorluğuna müraciәt edәrәk barәsindә aparılmış istintaqın yenilәnmәsini vә bәraәtverici әsaslarla xitam verilmәsini, hәmçinin 202500 manatın qaytarılmasını xahiş etmiş, ## ###### 2023-cü il tarixdә Naxçıvan MR prokurorunun müavini tәrәfindәn ## ###### 2022-ci il tarixli xitam qәrarı lәğv edilmiş vә cinayәt işi üzrә icraat tәzәlәnmişdir.

33. ## ######## 2023-cü il tarixli qәrarla iddiaçı barәsindә cinayәt tәqibinә Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 39.1.2-ci maddәsinә әsasәn, әmәldә cinayәt tәrkibi olmadığı әsası ilә xitam verilmiş, eyni zamanda iddiaçının vurulmuş maddi ziyanın ödәnilmәsini tәlәb etmәk hüququ tanınmış vә 202500 manat mәblәğin Naxçıvan Muxtar Respublikası Maliyyә Nazirliyi tәrәfindәn iddiaçının bank hesabına köçürülmәsinin tәmin edilmәsi qәrara alınmışdır. Hәmin qәrardan verilmiş şikayәt tәmin edilmәmiş vә qәrar qanuni qüvvәyә minmişdir.

34. Belәliklә mülki işin müәyyәn edilәn hallarına әsasәn iş üzrә mübahisәsiz hallar ondan ibarәtdir ki, iddiaçı tәrәfindәn barәsindә olan cinayәt işi üzrә 202500 manat mәblәğindә vәsait ilkin istintaq çәrçivәsindә Naxçıvan MR Prokurorluğunun depozit hesabına ödәnilmiş, hәmin vәsait yuxarıda qeyd olunan ödәniş tapşırıqları әsasında Naxçıvan MR Maliyyә Nazirliyinin hesabına köçürülmüş, daha sonra ## ######## 2023-cü il tarixli qәrarla iddiaçının barәsindә cinayәt tәqibinә CPM-nin 39.1.2-ci maddәsi ilә xitam verilmiş vә iddiaçının ziyanın ödәnilmәsini tәlәb etmәk hüququ hәmin qәrarla tanınmışdır.

35. Iş üzrә mübahisәli hal isә hәmin mәblәğin qaytarılması tәlәbi üzrә hazırki halda hüquqi әsasların mövcudluğu vә iddia müddәtinin buraxılıb-buraxılmamaına aydınlıq gәtirilmәsidir.

36. Belә ki, mülki işin yuxarıda qeyd olunan vә tәdqiq edilәn halları ilә müәyyәn edilmişdir ki, iddiaçı İddiaçı barәsindә aparılan istintaq çәrçivәsindә ## ###### 2022-ci il tarixdә 202500 manat pul vәsaitini (dәymiş ziyan vә onun 50 faizi) Naxçıvan MR Prokurorluğunun depozit hesabına köçürmüş, belәliklә öz tәqsirini qәbul edәrәk cinayәt nәticәsindә dövlәtә vurduğu ziyanı ödәmiş, mәhz iddiaçının bu könüllü bәyanatı (seçimi) vә iradә ifadәsi әsasında onun barәsindә Azәrbaycan Respublikası CM-nin 73-1.3-cü vә CPMnin 40.2-ci maddәlәri tәtbiq edilmәklә bәraәtverici olmayan әsaslarla cinayәt işinә xitam verilmişdir.

37. Kollegiya bildirir ki, Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin 57.3-cü maddәsinә әsasәn, qanunsuz cinayәt tәqibinә mәruz qalmış şәxslәrin könüllü gәlmәsi vә ya sonradan yalan olduğu aşkar edilәrәk mәhkәmә qarşısında özlәrinin tәqsirli olduqları barәdә bәyanatları ilә özlәrinә qarşı cinayәt tәqibinin başlanmasına vә prosessual mәcburiyyәt tәdbirlәrinin tәtbiqinә şәrait yaratmaları müәyyәn edildikdә ziyan ödәnilmir.

38. Bundan әlavә, "Tәhqiqat, ibtidai istintaq, prokurorluq vә mәhkәmә orqanlarının qanunsuz hәrәkәtlәri nәticәsindә fiziki şәxslәrә vurulmuş ziyanın ödәnilmәsi haqqında" Azәrbaycan Respublikası Qanununun 5-ci maddәsindә ödәnilmәli olan ziyanın dairәsi qәti şәkildә müәyyәn edilmişdir. Hәmin normaya әsasәn, bu ziyan yalnız mәhrum olunan gәlirlәri (әmәk haqqı, pensiya, müavinәt), әmlakın müsadirә edilmәsi, dövlәt nәfinә keçirilmәsi, istintaq orqanları tәrәfindәn götürülmәsi, üzәrinә hәbs qoyulması ilә vurulmuş әmlak ziyanını, mәhkәmә xәrclәrini, hökmün icrası zamanı ödәnilmiş vә ya tutulmuş cәrimәni, hüquqi yardıma görә ödәnişlәri vә vurulmuş fiziki/mәnәvi ziyanı әhatә edir. Mәhkәmә kollegiyası bildirir ki, iddiaçının cinayәt mәsuliyyәtindәn azad olunmaq mәqsәdilә, ittihamı könüllü qәbul edәrәk öz iradәsi ilә Prokurorluğun depozit hesabına köçürdüyü 202.500 manat vәsait istinad olunan Qanunun 5-ci maddәsindә sadalanan vә ödәnilmәsi zәruri olan "ziyan" növlәrinin heç birinә aid deyildir.

39. Iddiaçının özünün tәqsirli olduğu barәdә verdiyi bәyanatla cinayәt tәqibinin bu şәkildә davam etmәsinә vә nәticәlәnmәsinә birbaşa şәrait yaratdığı mübahisәsizdir. Bu sәbәbdәn, iddiaçının ödәdiyi 202500 manat vәsait "Tәhqiqat, ibtidai istintaq, prokurorluq vә mәhkәmә orqanlarının qanunsuz hәrәkәtlәri nәticәsindә fiziki şәxslәrә vurulmuş ziyanın ödәnilmәsi haqqında" Azәrbaycan Respublikası Qanununun 5-ci maddәsinin vә Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin 58-ci maddәsinin әhatә dairәsinә düşmür vә qanunvericiliyin tәlәbinә görә bu mәblәğ "maddi ziyan" kimi qiymәtlәndirilә bilmәz.

40. Mәhkәmә kollegiyası qeyd edir ki, sözügedәn 202500 manat mәblәğindә vәsait qanunun mәnasında "maddi ziyan" sayılmadığından vә iddiaçı barәsindәki cinayәt işinә xitam verilmәsi ilә bu ödәnişin hәyata keçirilmәsinә haqq qazandıran hüquqi әsas sonradan aradan qalxdığından, hәmin vәsaitin cavabdeh Naxçıvan Muxtar Respublikası Maliyyә Nazirliyindә olmasının hüquqi әsasını mәhz әsassız varlanma tәşkil edir.

41. Bununla әlaqәdar olaraq, mәhkәmә kollegiyası hesab edir ki, sözügedәn vәsait iddiaçının ##.##.2023-cü il tarixli bәraәtverici әsasla olan xitam qәrarından sonra aradan qalxmış qanuni әsasa söykәnәn ödәnişdir. Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 1091.2-ci maddәsinә görә, hüquqi әsas olmadan varlanma hәmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma hәyata keçirilmәmiş әsasa vә ya sonralar aradan qalxmış әsasa söykәnir. Belә olan halda, tәrәflәr arasında yaranmış bu hüquq münasibәti zәrәrvurma (delikt) deyil, Mülki Mәcәllәnin 1091-ci maddәsi ilә tәnzimlәnәn "әsassız varlanma" institutunun predmetidir.

42. Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 1095-ci maddәsindә birmәnalı olaraq tәsbit edilmişdir ki, әsassız varlanma obyektini qaytarmaq hüququ mәhrum olana öz hüququnun mәlum olduğu vaxtdan әn geci iki il sonra müddәtin keçmәsinә görә qüvvәdәn düşür.

43. Apellyasiya baxışı zamanı iş üzrә cavabdeh tәşkilatın nümayәndәsi әrizә ilә kollegiyaya müraciәt edәrәk bildirmişdir ki, İddiaçı barәsindә olan cinayәt işinin istintaqı çәrçivәsindә 202500 manat mәblәği könüllü vә qanuni әsaslarla büdcәyә ödәmiş, lakin Naxçıvan MR Prokurorluğunun ## ######## 2023-cü il tarixdә qәbul etdiyi yeni qәrarla bu qanuni әsas ortadan qalxmışdır. Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 1095-ci maddәsinә әsasәn әsassız varlanma obyektini qaytarmaq hüququ mәhrum olana öz hüququnun mәlum olduğu vaxtdan әn geci iki il sonra müddәtin keçmәsinә görә qüvvәdәn düşür. Burada iki illik müddәtin keçmәsini qanunvericilik xüsusi norma kimi kәsici müddәt olaraq nәzәrdә tutmuşdur. Birinci instansiya mәhkәmәsindә işә baxılarkәn hәmin iki illik müddәtin kәsici müddәt olmasını nәzәrә alaraq müddәtin tәdbiqinә dair әrizәni mәhkәmәyә tәqdim etmәyә zәrurәt görmәmişlәr. Çünki hesab etmişdirlәr ki, qanunvericiliyin tәlәblәri vә Konstitusiya Mәhkәmәsinin qәbul etdiyi qәrarlarda olan hüquqi mövqelәrә uyğun olaraq mәhkәmә özü bu müddәtin kәsici müddәt olmasını nәzәrә alacaq vә iddianı bu konteksdәn qiymәtlәndirәcәk. Hansı ki, bunun üçün әrizә tәqdim edilmәsinә ehtiyac yoxdur. Lakin qәrar tәqdim olunduqdan sonra görmüşlәr ki, birinci instansiya mәhkәmәsi ümumiyyәtlә müddәt mәsәlәsinә hüquqi qiymәt vermәmişdir. Qeyd olunmuşdur ki, hazırki iş üzrә iddiaçı mәhkәmәyә iki illik müddәt bitdikdәn sonra müraciәt etmiş, belәliklә müddәtin keçmәsinә görә bu tәlәb hüququ qüvvәdәn düşmüşdür. Sonda tәlәb hüququnun qüvvәdәn düşmәsi vә müddәtin keçmәsi nәzәrә alınaraq iddianın rәdd edilmәsi barәdә qәrar qәbul edilmәsi xahiş olunmuşdur.

44. Kollegiya ilk olaraq qeyd etmәyi zәruri hesab edir ki, kәsici vә iddia müddәtlәri birbirindәn fәrqli anlayışlardır. Kәsici müddәt, şәxsin müәyyәn zaman әrzindә öz hüququndan istifadә etmәmәsi nәticәsindә hәmin hüquqa xitam verilmәsini nәzәrdә tutan müddәtdir. Belә hallarda hüquqa xitam verilmәsi zamanın keçmәsi ilә yanaşı, hәm dә müәyyәnlәşdirilmiş müddәt әrzindә hüquq sahibinin hәrәkәtsiz qalmasından irәli gәlir. Kәsici müddәt subyektiv hüququn hәyata keçirilmәmәsi vә ya lazımi qaydada hәyata keçirilmәmәsi halında bu hüququn vaxtından әvvәl xitamına sәbәb olur. Iddia müddәtlәri isә bir qayda olaraq, tәlәb hüquqları üçün xarakterikdir. Bu müddәtin keçmәsi tәlәb hüququnun özünü deyil, bu hüququn mәhkәmә vasitәsi ilә mәcburi qaydada hәyata keçirilmәsi imkanını aradan qaldırır. Iddia müddәti cavabdehin verdiyi әrizә әsasında tәtbiq edilir (Mülki Mәcәllә, maddә 375.2), kәsici müddәt isә mәhkәmәnin öz tәşәbbüsü ilә nәzәrә alınır. Iddia müddәti dayandırıla (Mülki Mәcәllә, maddә 379), kәsilә (Mülki Mәcәllә, maddә 380) vә müәyyәn hallarda bәrpa edilә (Mülki Mәcәllә, maddә 382) bilәr. Kәsici müddәtlәr isә qanunda birbaşa nәzәrdә tutulan hallar istisna olmaqla, dayandırıla vә kәsilә bilmәz.

45. Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 372.1-ci maddәsinә әsasәn başqa şәxsdәn hәr hansı hәrәkәti yerinә yetirmәyi vә ya yerinә yetirmәkdәn çәkinmәyi tәlәb etmәk hüququna müddәt şamil edilir. Hәmin Mәcәllәnin 375.1 vә 375.2 -ci maddәlәrinә görә hüququn müdafiәsi haqqında tәlәb iddia müddәtinin keçmәsindәn asılı olmayaraq mәhkәmә tәrәfindәn baxılmağa qәbul edilir. Mәhkәmә tәrәfindәn iddia müddәti yalnız mübahisә tәrәfinin mәhkәmә qәrarı çıxarılanadәk verdiyi әrizә әsasında tәtbiq edilir. Mübahisә tәrәfinin tәtbiq edilmәsi barәdә әrizә verdiyi iddia müddәtinin keçmәsi mәhkәmәnin iddiadan imtina barәsindә qәrar çıxarması üçün әsasdır. Bu Mәcәllәnin 377.1-ci maddәsinә әsasәn iddia müddәtinin axımı şәxsin öz hüququnun pozulduğunu bildiyi vә ya bilmәli olduğu gündәn başlanır.

46. Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin Plenumu MM-in 373-cü maddәsinin şәrh edilmәsinә dair ## ###### 2001-ci il tarixli qәrarında qeyd etmişdir ki, qanunda başqa qayda nәzәrdә tutulmayıbsa bütün tәlәblәr üzrә iddia müddәti şamil edilir. Iddia müddәtlәrinin müәyyәn edilmәmәsi yaranmış münasibәtlәrin daim mübahisәlәndirilmәsinә zәmin yaradardı. Iddia müddәtlәri iki növә bölünür-ümumi vә xüsusi. Ümumi iddia müddәti nә hüquq münasibәti subyektlәrinin hüquqi statusundan, nә dә mülkiyyәtin formasından vә növündәn asılı deyil. Iddia müddәtinin әhәmiyyәti aşağıdakılardan ibarәtdir: iddia müddәtinin әhәmiyyәti aşağıdakılardan ibarәtdir: birinci, o, hüquq münasibәtlәri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiә etmәyә mәcbur edir, müqavilә ilә maliyyә intizamının nizamlanmasına kömәk edir, ikinci, iddia müddәti institutu mülki hüquq münasibәtlәrindә qeyri-müәyyәnliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmәt göstәrir, üçüncü, iddia müddәti tәrәflәrә üzәrindәn çox vaxt ötmüş mötәbәrliyinin yoxlanılması çәtin vә ya qeyri-mümkün olan sübutlara istinad etmәsini aradan qaldıraraq әdalәt mühakimәsi orqanlarına mübahisәlәri obyektiv әsaslarla hәll etmәk imkanı yaradır.

47. Hәmçinin Konstitusiya Mәhkәmәsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyә әsasәn, iddia müddәti institutu mülki dövriyyәnin, hüquq münasibәtlәrinin müәyyәnliyini vә sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibәtlәrinin subyektlәrinin hüquq vә qanuni maraqlarının müddәt baxımından vaxtında müdafiәsini vә bәrpasını tәmin etmәk mәqsәdi daşıyır. Belә ki, pozulmuş hüquqların mәcburi müdafiәsi üçün ağlabatan müddәt mәhdudiyyәtlәrinin olmaması işin baxılması üçün әhәmiyyәt kәsb edәn sübutların toplanmasının vә saxlanmasının lazım olduğunu nәzәrә almayan cavabdehlәrin vә üçüncü şәxslәrin qanunla qorunan hüquq vә maraqlarının pozulmasına gәtirib çıxarardı. Mübahisә tәrәfinin әrizәsi әsasında mәhkәmә tәrәfindәn iddia müddәtinin tәtbiqi mülki mübahisә tәrәflәrini әsaslandırılmamış çәkişmәlәrdәn qoruyur vә eyni zamanda, onları öz hüquqlarını vaxtında hәyata keçirmәlәrinә vә müdafiәsinә mәcbur edir (“Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 373-cü maddәsinin şәrh edilmәsinә dair” 2001-ci il ## ###### tarixli vә “Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 373.2 vә 384.0.4-cü maddәlәrinin şәrh edilmәsinә dair” 2013-cü il # #### tarixli Qәrarlar).

48. Iş materiallarına әsasәn, iddiaçı İddiaçı barәsindә olan cinayәt işinә bәraәtverici әsaslarla xitam verilmәsi haqqında qәrar ## ######## 2023-cü il tarixdә qәbul edilmişdir. Naxçıvan Muxtar Respublikası Maliyyә Nazirliyi tәrәfindәn hәmin qәrardan verilmiş şikayәtә Naxçıvan Şәhәr Mәhkәmәsinin ## ###### 2023-cü il tarixli qәrarı ilә baxılaraq şikayәt tәmin edilmәmişdir. Qәrardan şikayәt verilmәsi üçün qanunvericiliklә müәyyәn edilmiş 10 günlük müddәti nәzәrә aldıqda, qәrarın qanuni qüvvәyә minmәsi vә iddiaçının öz hüququnu tәlәb etmәk әsasının tam formalaşması 2023-cü ilin dekabr ayına tәsadüf edir. Mülki Mәcәllәnin 1095-ci maddәsinin tәlәbinә görә isә әsassız varlanma tәlәbi üzrә qanunla müәyyәn edilmiş 2 (iki) illik müddәt 2025-ci ilin dekabr ayında tamamilә başa çatmışdır. Lakin iş materiallarından aydın olur ki, iddiaçının nümayәndәsi hazırkı tәlәblә mәhkәmәyә müddәt bitdikdәn sonra, yalnız ## ###### 2026-cı il tarixdә müraciәt etmişdir.

49. Kollegiya cavabdeh tәşkilatın nümayәndәsi tәrәfindәn iddia müddәtinin tәdbiqinә dair әrizәni müzakirә edәrәk hesab etmişdir ki, әrizәnin birinci instansiya mәhkәmәsindә tәqdim edilmәmәsi obyektiv sәbәbdәn olduğundan üzrlü sayılmalı vә hazırkı mәrhәlәdә qәbul edilmәlidir.

50. Belә ki, Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin prinsiplәrinә görә, mәhkәmә әdalәtli mülki mәhkәmә icraatını tәmin etmәlidir. Nәzәrә almaq lazımdır ki, iddia müddәti ilә kәsici müddәtin fәrqlәndirilmәsi bir çox hallarda tәrәflәr üçün mürәkkәb hüquqi prosesdir. Cavabdehin nümayәndәsinin izahatından belә mәlum olmuşdur ki, işin birinci instansiyada baxılması zamanı mübahisә olunan hüquq münasibәtinin xarakteri onlarda elә tәәssürat yaratmışdır ki, iddia müddәti mahiyyәtcә qanunla müәyyәn edilmiş kәsici müddәtdir. Bu isә nәticә etibarı ilә cavabdeh tәrәfdә obyektiv hüquqi yanılma yaratmış, mübahisәli hüquq münasibәtindә iddia müddәtinin başlanğıc anı vә ya tәtbiq edilmәli olan müddәtin növü aydın olmamışdır. Cavabdeh tәşkilat iddia müddәtinin tәtbiqini mәhkәmәnin hüquqi qiymәtlәndirmә aparacağı avtomatik bir proses (kәsici müddәtlәrdә olduğu kimi) hesab etmişdir. Bu obyektiv qeyri-müәyyәnlik isә cavabdehә müvafiq әrizәni birinci instansiya mәhkmәsindә işә baxılarkәn tәqdim etmәyә imkan vermәmişdir. Yalnız iş üzrә yekun mәhkәmә aktı tәrәflәrә tәqdim olunduqdan sonra mәhkәmәnin müddәtlә bağlı dәyәrlәndirmә aparmadığı onlara aydın olmuşdur. Kollegiya qeyd etmәyi zәruri hesab edir ki, cavabdehin iddia müddәtini kәsici müddәt zәnn etmәsi onun sadәcә formal-prosessual xәtasıdır. Lakin iddia müddәti aşkar şәkildә ötürülmüş bir tәlәbin sırf bu texniki xәtaya görә tәmin edilmәsi cavabdehin üzәrinә hәddindәn artıq ağır vә mütәnasib olmayan yük qoyur. Bu baxımdan tәrәfin hüquqi düşüncәsindәki obyektiv yanılma kollegiya tәrәfindәn üzrlü hal hesab edilmәlidir.

51. Belәliklә göstәrilәnlәri ümumilәşdirәrәk mәhkәmә kollegiyası belә nәticәyә gәlir ki, tәlәb olunan vәsait qanunun mәnasında dövlәt orqanının qanunsuz hәrәkәti nәticәsindә vurulmuş "ziyan" hesab edilmәdiyindәn vә әsassız varlanma tәlәbi üzrә qanunvericilikdә nәzәrdә tutulmuş iki illik iddia müddәti iddiaçı tәrәfindәn ötürüldüyündәn iddia tәlәbi rәdd olunmalıdır.

52. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 385.1, 385.1.1 vә 385.1.2-ci maddәlәrinin tәlәbinә әsasәn maddi hüquq normalarının vә ya prosessual hüquq normalarının pozulması vә ya düzgün tәtbiq edilmәmәsi, hәmçinin mәhkәmәnin gәldiyi nәticә üçün mühüm әhәmiyyәti olan bütün faktiki halların aydınlaşdırılmaması mәhkәmә aktının apellyasiya qaydasında lәğv edilmәsi üçün әsasdır.

53. Buna görә dә kollegiya belә nәticәyә gәlir ki, iddiaçı Rüstәmov Xәlәddin Əşrәf oğlunun cavabdeh Naxçıvan MR Maliyyә Nazirliyinә qarşı pul tәlәbinә dair mülki iş üzrә Naxçıvan Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrәli qәtnamәsindәn cavabdehin nümayәndәsi tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәli, Naxçıvan Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrәli qәtnamәsi tamamilә lәğv edilmәli vә iş üzrә yeni qәtnamә qәbul olunmaqla iddia tәlәbi rәdd edilmәlidir.

54. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 384.0-384.0.2-ci maddәlәrinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi qәtnamәni tamamilә vә ya qismәn lәğv edә bilәr vә birinci instansiya mәhkәmәsindә müәyyәn edilmiş hallar vә ya әlavә tәqdim olunmuş sübutlar әsasında yeni qәtnamә qәbul edә bilәr.

55. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 382, 384.0, 384.0.2, 392, 393, 402.1, 403.1, 404.1.1, 405.0.1 vә 406.1-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası qət etdi: Apellyasiya şikayәti tәmin edilsin. Naxçıvan Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrәli qәtnamәsi tamamilә lәğv edilәrәk, iş üzrә yeni qәtnamә qәbul edilsin. Iddia rәdd edilsin. Qәtnamәdәn işdә iştirak edәn şәxslәrә rәsmi qaydada verildiyi gündәn 2 (iki) ay müddәtindә Naxçıvan MR Ali Mәhkәmәsinin Mülki Kollegiyası vasitәsi ilә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayәti verilә bilәr.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar