Məhkəmə qərarları › İş №e-2(3-10)-301/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-10)-301/2026

23.06.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-301/2026 23.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdeh Cavabdeh qarşı “paylı mülkiyyətin naturada bölünməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “paylı mülkiyyətin naturada bölünməsi” tələbi, qüvvə) Hakimlər X2 (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı iddiaçı1, iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Cavabdeh və onun vəkili vəkil1 iştirakları ilə, Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdeh Cavabdeh qarşı “paylı mülkiyyətin naturada bölünməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. Iddiaçı iddiaçı1 və iddiaçı2 cavabdeh Cavabdeh qarşı “paylı mülkiyyətin naturada bölünməsi” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş reyestr nömrəsi ************, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi ##.##.2024-cü il olan Çıxarışa əsasən ünvan 2 ünvanındakı 0.07 ha torpaq sahəsindən onlara düşən 1/3 hissə birlikdə (adıma olan köhnə fərdi Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: yaşayış evi və digər tikililərin altındakı torpaq sahəsi bizə verilməklə) olmaqla naturada ayrılaraq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. ##.##.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mülki işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Mənzil Kommunal Təsərrüfat Nazirliyinin Qutqaşen rayon şöbəsinin ##.##.1986-cı ildə tərtib etdiyi 1254 inventar nömrəli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasportu”na əsasən ona iddiaçı1 məxsus Qutqaşen (indiki Qəbələ) şəhəri, İ.B.Qutqaşenli küçəsində yerləşən 700 kv.m torpaq sahəsi və 132,6 kv.m ümumi sahəsi olan 1985-ci ildə tikilmiş fərdi yaşayış evi qeydiyyata alınmışdır. Hal-hazırda da sənəddə qeyd olunan fərdi yaşayış onların istifadəsindədir. Eyni zamanda Texniki Pasport əsasında Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Qəbələ Rayon Ərazi Idarəsi tərəfindən Qəbələ şəhəri, İ.B.Qutqaşenli küçəsi, ev 56-da yerləşən 0.07 ha torpaq sahəsi üzərində olan fərdi yaşayış evi və digər tikililərə onun, yəni iddiaçı1 adına reyestr nömrəsi ************-***** olan ##.##.2008-ci il tarixli Daşınmaz Əmlakın Texniki Pasportu da verilmişdir. Qəbələ rayonu Aqrar Islahat Komissiyasının 2001-ci il tarixli, ** saylı qərarı ilə 3 nəfər ailə üzvü olaraq onlara Qəbələ şəhəri, İ.B.Qutqaşenli küçəsi,ev 56 ünvanındakı fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrufatının bağı təyinatlı 0.07 ha torpaq sahəsinə görə JN-897F, KOD ******** saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Şəki Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli 2-1(116)- ***/**** saylı qərarına əsasən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət rayestrindən ünvan 2 ünvanındakı 0.07 ha torpaq sahəsində 1/3 hissə iddiaçı1,1/3 hissə iddiaçı2 və 1/3 hissə Cavabdeh ümumi birgə mülkiyyət hüququ əsasında reyestr nömrəsi ************, qeydiyyat nömrəsi ********** olan ##.##.2024-cü il tarixli Çıxarış və Torpaq sahəsinin plan və ölçüsü sənədi verilmişdir. Hazırda Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışda göstərilən torpaq sahəsindəki yuxarıda adları göstərilən hər birinə düşən hissə müəyyən edildiyindən torpaq sahəsinin onlara düşən hissəsinin naturada ayrılmasını istəyirlər. Lakin bölgüdə narazılıq olduğundan həmin torpaq sahəsini könüllü olaraq bölə bilmirlər. Eyni zamanda qeyd etmək istəyir ki, çıxarışda qeyd olunan torpaq sahəsində 2 fərdi yaşayış evi vardır: biri yeni tikili, digəri isə köhnə tikili olmaqla. Yeni tikilmiş fərdi yaşayış evi Cavabdeh tərəfindən inşa olunmuşdur. Həmçinin, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Qəbələ Ərazi Idarəsinə ərizə ilə müraciət edərək ********** qeydiyyat nömrəli ##.##.2024-cü il tarixli Çıxarışdakı 0.07 ha torpaq sahəsindən bizə düşən payların naturada ayrılmasını xahiş etmişlər, müvafiq olaraq ## ##### 2025-ci il tarixli *-**-*-**/*- Ə-****-**/**** saylı məktubu ilə mülkiyyətçilər arasında razılaşma olmadığından, tərəflər arasında olan saziş və ya məhkəmə qərarına əsasən qeydiyyat orqanına müraciət edə bilməyi izah olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar.

3. Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Abbas Əliyev) iddianın təmin edilməsi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ##.##.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»la verilmiş Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi Yeni Qaydalarla: AZ 3600, ünvan 1 ünvanında yerləşən 0,07 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən iddiaçılar iddiaçı1 və iddiaçı2 hər birinin 1/3 hissədə payı Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi * saylı Qəbələ Ərazi Idarəsi tərəfindən tərtib olunmuş (## ######## 2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyi) bölgü planlarına uyğun şəkildə və ölçüdə naturada ayrılaraq onlara verilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pulun iddiaçılar iddiaçı1 və iddiaçı2 müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE00000000000002088501, X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ01360100000000003944, SWIFT BIK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213, 220 və 221-ci maddələrinə, istinad etmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ##.##.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi Yeni Qaydalarla: AZ 3600, ünvan 1 ünvanında yerləşən 0,07 ha yaşayış məntəqələri torpaqlarından iddiaçı1, iddiaçı2 və Cavabdeh ½ hissədə payları müəyyən olunmuşdur. Iş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli, ************-***** reyestr nömrəli, ********* qeydiyyat nömrəli, ##.##.2008-ci il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində mülkiyyətində olan 0.07 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqhı, 93 kv.m yaşayış, 39.6 kv.m köməkçi sahədən ibarət ** nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə iddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində * nömrəli reyestr kitabının *** nömrəli vərəqində qeydiyyata alınmışdır. Iş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməтi yanında Qəbələ Rayon Ərazi Idarəsi tərəfindən iddiaçı1 ünvan 3 ünvanında yerləşən ************-***** reyestr nömrəli fərdi yaşayış evinə dair daşınmaz əmlakın texniki pasportu tərtib edilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi * saylı Qəbələ Ərazi Idarəsinin ## ######## 2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, iddiaçı1 və iddiaçı2 cavabdeh miraslanov Zaur Feyruz oğlunun ümumi paylı mülkiyyətlərində olan ##.##.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a Qəbələ şəhəri, Heydər Əliyev prospekti, giriş 329 ünvanında yerləşən 0,07 hektar torpaq sahəsinin qərarda göstərilmiş pay normasına uyğun naturda bölünməsi mümkündür. Işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il № *-**-**/*-**/****/**** saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ##.##.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi Yeni Qaydalarla: AZ 3600, ünvan 1 ünvanında yerləşən 0,07 ha yaşayış məntəqələri torpaqlarından iddiaçı1 və iddiaçı2 çıxarışda göstərilmiş paylarının mülki iş materiallarına əlavə edilmiş bölgü sxemlərinə uyğun bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Qəbələ Ərazi Idarəsi tərəfindən iddiaçı1 ünvanlanmış ## ##### 2025-ci il tarixli məktubda göstərilmişdir ki, üüvvədə olan qanunvericiliyin tələblərinə görə paylı, ümumi birgə mülkiyyətdə olan əmlaka payın ayrılması barədə müvafiq saziş və ya məhkəmə qərarı ilə birlikdə qeydiyyat orqanına müraciət etməlidir. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razıləğa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etməsi bildirilmişdir.

6. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmənin həmin qətanməsindən narazıdır və aşağıda göstərdiyi işin faktiki hallarına görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə dəyişdirilməli, iddia tələbi ümumi birgə mülkiyyətdə olan 0.07 hatorpaq sahəsindən ona çatası 0.023 ha torpaq sahəsinin həyətə giriş qapısının sağ tərəfində yerləşən faktiki özü və qardaşı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən tikilərək istifadə etdikləri mağaza tipli tikili nəzərə alınmaqla bölünməsi qaydasında təmin edilməlidir. Bildirir ki, mübahisəli torpaq sahəsi Qəbələ rayon Aqrar Islahat Komissiyasının qərarı ilə onların ümumi birgə mülkiyyətinə verilmişdir. Torpaq sahəsi onlara verilən zaman həyətlərində bir yaşayış evi və mağaza tipli tikili mövcud idi. Həyətlərində 0.07 ha qanuni torpaq sahəsindən əlavə həyətə girişin sol tərəfində istifadələrində bələdiyyəyə aid torpaq sahəsi də var idi. O, iddiaçılar olan valideynlərinin razılığı ilə həmin bələdiyyə torpağında yaşayış evi, ümumi birgə mülkiyyətlərində olan 0.07 ha torpaq sahəsinin həyətə girişin sağ tərəfində yerləşən hissəsində sahibkarlıq məqsədi ilə qardaşı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs maddi köməkliyi ilə obyekt tikdirmişdir. Iddiaçılar olan valideynləri özlərinə məxsus torpaq sahəsini və üzərində yerləşən yaşayış evini və sol tərəfində olan mağaza tipli tikilini bacısına bağışlamaq məqsədi ilə torpağın bölünmsəni ondan tələb etdilər. O, torpaq sahəsinin qardaşı ilə tikdirdiyi mağaza binasının ona məxsus olduğundan nəzərə alınmaqla bölgüsünü istədiyindən lakin buna iddiaçılar razı olmadığına görə torpaq sahəsini bölmək mümkün olmamışdır. Bundan sonra iddiaçılar ona qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Işə baxan məhkəmə tərəfindən həyətyanı torpaq sahəsinin paylara münasib bölünməsinin mükün olub-olmaması barədə mütəxəssis rəyi aldıqdan sonra və o həmin bölgü ilə razılaşmadığından iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert müahisəli ərazidə müəyyən ölçmə və müayinə işləri aparılan zaman iddiaçılar onun torpaq sahəsinin özü və qardaşı tərəfindən tikilmiş mağaza binası nəzərə alınmaqla bölünməsinə razı olduqlarını bildirmişlər. Iddiaçılar torpaq sahəsinin göstərdiyi qaydada bölünməsinə razı olduqlarını məhkəmə baxışı iclasında da etiraf etmişlər. Lakin məhkəmə iş üzrə qətnamə qəbul edəndən sonra ona məlum olmuşdur ki, iş üzrə təyin edilmiş ekspertizanı aparan ekspert tərəfindən tərtib edilmiş ekspert rəyi, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı vəReyestri Publik hüquqişəxsi * saylı Qəbələ Ərazi Idarəsinin ## ######## 2025- ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyinin eynisidir. Işə baxılan zaman başı çıxmadığına görə Elektron Məhkəmə Sistemində şəxsi kabineti olmadığına görə vaxtında ekspert rəyi ilə tanış ola bilməmiş və buna münasibətini bildirmək imkanı olmamışdır. Həmin ekspert rəyi məhkəmə tərəfindən ona təqdim olunmamış və rəylə tanış olmamışdır. O, bütün bunlarla razı olmadığına görə hazırki apellyasiya şikayəti ilə məhkəməyə müraciət edir. Göründüyü kimi mütəxəssis rəyi ilə razılaşmadığından iş üzrə məhkəmə ekspertiza təyin edəndən sonra iddiaçı tərəf torpaq sahəsinin yuxarıda göstərdiyi qaydada bölünməsinə razı olduqları və bu barədə məhkəmə iclasında bildirdikləri halda, işə baxan məhkəmə bütün göstərilən halları və faktları nəzərə almamış, torpaq sahəsində payların mütəxəssis tərəfindən tərtib edilmiş bölgü planlarına uyğun şəkildə və ölçüdə naturada ayrılması barədə qətnamə qəbul etməklə mülkiyyətçi və faktiki istifadəçi kimi kimi onun qanunla qorunan hüquqlarını və maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Işə baxan birinci instasiya məhkəməsi ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsini mütəxəssis rəyinə uyğun bölünməsi qənatinə gəlməklə onu faktiki olaraq özü və qardaşı tərəfindən tikilmiş və həmin bölgüyə əsasən iddiaçıların istifadəsində saxlanılmış faktiki istifadə etdiyi mağaza tipli tikilidən məhrum etmişdir. Halbuki, torpaq sahəsi yuxarıda göstərdiyi qaydada bölünsəydi, həmin tikili onun xüsusi mülkiyyətinə verilən torpaq sahəsində yerləşdiyindən və həmin tikili üzərində xüsusi mülkiyyəti gözlənilən hüquq olduğundan onun həmin mülkiyyət hüquqdan faktiki olaraq məhrum etmişdir. Işə baxan məhkəmə ümumi birgə mülkiyyətdə olan torpaq sahəsini tərəflərin qarşılıqlı razılaşdığı qaydada yox, mütəxəssis tərəfindən tərtib olunmuş bölgüyə əsasən bölünməsi qənaətinə gəlməklə onu, tərəfindən inşa edilmiş mağaza tikilisindən faktiki məhrum etməklə ona zərər vurmuşdur. Eksper müahisəli ərazidə müəyyən ölçmə və müayinə işləri aparılan zaman və sonuncu məhkəmə iclasında iddiaçılar onun torpaq sahəsinin özü və qardaşı tərəfindən tikilmiş mağaza binası nəzərə alınmaqla bölünməsinə razı olduqlarını bildirmişlər. Iddiaçılar torpaq sahəsinin göstərdiyi qaydada bölünməsinə razı olsalar da, işə baxan məhkəmə payları mütəxəssis rəyinə uyğun bölünməsi barədə qətnamə qəbul edərək normanın tələbini və onun hüquqlarını pozmuşdur. Işə baxan Qəbələ Rayon Məhkəməsi iddianın təmin edilməsi barədə qətnaməsini qəbul edərkən yuxarıda göstərdiyi işin faktiki hallarını tam, obyektiv və hərtərəfli aydınlaşdırmamışdır. Işə baxan məhkəmə tərəfindən işin nəticəsi üçün mühüm əhəmiyyətli olan həmin hallar qərəzsiz, tam, hərtərəfli və obyektiv araşdırılsaydı iddianın mütəxəssis rəyinə əsasən təmin edilməsi yox, iddia tələbinin yuxarıda göstərdiyi qaydada təmin edilməsi nəticəsinə gələrdi.

8. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, iddiaçı iddiaçı1 və iddiaçı2 cavabdeh Cavabdeh qarşı “paylı mülkiyyətin naturada bölünməsi tələbi”nə dair e-*(***)-***/**** saylıiş üzrə Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsinin dəyişdirilməsini, iddia tələbinin ümumi birgə mülkiyyətdə olan 0.07 ha torpaq sahəsindən ona çatası 0.023 ha pay torpaq sahəsinin həyətə giriş qapısının sağ tərəfində yerləşən faktiki özü və qardaşı tərəfindən tikilərək istifadə etdikləri mağaza tipli tikili nəzərə alınmaqla bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı iddiaçı2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə kollegiyasının iclasına gəlməmişlər.

11. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh və onun vəkili vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun oxşar məzmunda izahat verərək şikayətin təmin edilməsini, iddia tələbinin ümumi birgə mülkiyyətdə olan 0.07 ha torpaq sahəsindən ona çatası 0.023 ha pay torpaq sahəsinin həyətə giriş qapısının sağ tərəfində yerləşən faktiki özü və qardaşı tərəfindən tikilərək istifadə etdikləri mağaza tipli tikili nəzərə alınmaqla bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etdilər.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə bildirdi ki, apellyasiya şikayətinin mahiyyəti ondan ibarətdir ki, faktiki olaraq ekspertin və mütəxəssisin rəylərindən narazılığı bildirirlər. Hal-hazırda mübahisə öz həllini tapmışdır. Yəni ölçmə işləri aparılıb və # #### 2026-cı il tarixində çıxarışlar verilməlidir. Həmin gündən artıq hər kəs öz mülkiyyətinə dair hüquqmüəyyənedici sənədləri əldə edəcəklər. Barışıq sazişinin təsdiqinə münasibətdə bildirmək istəyir ki, barışıq sazişinin təsdiqi o zaman baş verir ki, yəni tərəflər barışıq sazişində qeyd olunanlara riayət etmirlər. Hal-hazırki vəziyyətdə barışıq sazişinin tələbləri tərəflər arasında könüllü olaraq riayət olunmaqla həyata keçirilmişdir. Ona görə də barışıq sazişinin təsdiqinə heç bir zərurət yoxdur. Apellyasiya şikayətində qeyd olunan tələb öz həllini tapmışdır.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddiaçı1 nümayəndəsi və vəkilinin dedekləri ilə razı olduğunun göstərərək, əlavə olaraq öz aralarında artıq razılığa gəldiklərini və barışıq sazişində göstərilən bölgü ilə razı olduğunu bildirdi.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin III hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.; 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.; 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4-cü maddəyə əsasən, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; 220.5-ci maddəyə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; 220.6-cı maddəyə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 221-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

21. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

22. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

23. Cavabdeh Cavabdeh Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsinin dəyişdirilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hazırkı iş üzrə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ##.##.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi Yeni Qaydalarla: AZ 3600, ünvan 1 ünvanında yerləşən 0,07 ha yaşayış məntəqələri torpaqlarından iddiaçı1, iddiaçı2 və Cavabdeh 1/3 hissədə payları müəyyən olunmuşdur. Yuxarıda şərh olunanlardan da göründüyü kimi iddiaçıların və cavabdehin ümumi paylı mülkiyyətində olan torpaq sahələrindən iddiaçılara və cavabdehə düşən payların naturada bölünüb ayrılmasının mümkünlüyünü aydınlaşdırmaq məqsədilə iş üzrə mütəxəssis və ekspert rəyləri alınmış və rəylərlə tədqiqata məruz qalmış torpaq sahəsindən iddiaçıların və cavabdehin paylarının naturada bölünməsinin mümkünlüyü göstərilmiş, eyni zamanda bununla bağlı bölgü planları (sxemləri) məhkəməyə təqdim edilmişdir.

26. Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.

27. Belə ki, cavabdeh apellyasiya şikayətində ekspert rəyi ilə vaxtında tanış ola bilmədiyini və ekspert rəyi ilə razı olmadığını qeyd etsə də cavabdehin birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatından görünür ki, o, ##.##.2026-cı il tarixdə keçirilən məhkəmə iclasında mütəxəssis və eskpert rəyləri ilə razı olduğunu bildirmişdir.

28. Eyni zamanda iş materialından görünür ki, o, protokola hər hansı qeyd verməmişdir.

29. Bundan başqa cavabdehin şikayətində qeyd etdiyi iddia tələbinin ümumi birgə mülkiyyətdə olan 0.07 ha torpaq sahəsindən ona çatası 0.023 ha pay torpaq sahəsinin həyətə giriş qapısının sağ tərəfində yerləşən faktiki özü və qardaşı tərəfindən tikilərək istifadə etdikləri mağaza tipli tikili nəzərə alınmaqla bölünməsinə dair dəlilinə də hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin həmin dəlili də əsassızdır.

30. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi * saylı Qəbələ Ərazi Idarəsinin ## ######## 2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, iddiaçı1 və iddiaçı2 cavabdeh miraslanov Zaur Feyruz oğlunun ümumi paylı mülkiyyətlərində olan ##.##.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a Qəbələ şəhəri, Heydər Əliyev prospekti, giriş 329 ünvanında yerləşən 0,07 hektar torpaq sahəsinin qərarda göstərilmiş pay normasına uyğun naturda bölünməsi mümkündür.

31. Işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il № *-**-**/*-**/****/**** saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ##.##.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi Yeni Qaydalarla: AZ 3600, ünvan 1 ünvanında yerləşən 0,07 ha yaşayış məntəqələri torpaqlarından iddiaçı1 və iddiaçı2 çıxarışda göstərilmiş paylarının mülki iş materiallarına əlavə edilmiş bölgü sxemlərinə uyğun bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir.

32. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

33. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

34. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, birinci instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

35. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

36. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar