Məhkəmə qərarları › İş №e-2(3-10)-309/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-10)-309/2026

17.04.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-2(3-10)-309/2026 17.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh X2 qarşı “daşınmaz əmlak obyektinin qanunsuz sahibdən geri alınması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: icraatdan çıxarma, işin istənilməsi) Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X5 və X3 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, Iddiaçı Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh X2 qarşı “daşınmaz əmlak obyektinin qanunsuz sahibdən geri alınması” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh X2 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında bаxаrаq, müəyyən etdi: Iddiaçı AR IN Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh X2 qarşı daşınmaz əmlak obyektinin qanunsuz sahibdən geri alınması tələbi barədə iddia qaldıraraq dövlət mülkiyyətində olan Qəbələ şəhəri, M.Abduyev küçəsində yerləşən 1 mərtəbəli, 197,2 kv/m qeyriyaşayış sahəsinin (registr nömrəsi: 4**********-000) cavabdeh tərəfindən boşaldılması və geri alınaraq AR IN ƏMDX-nə təhvil verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Qəbələ rayon Icra Hakimiyyətinin balansında olan Qəbələ şəhəri, Muxtar Abduyev küçəsində, 1 mərtəbəli tikilidə (registr nömrəsi: 4**********- 000) yerləşən ümumi sahəsi 197,2 kv/m olan qeyri-yaşayış binasının cavabdeh X2 tərəfindən boşaldılması və geri alınıb iddiaçı AR IN Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh X2 аpellyаsiyа şikаyəti vermişdir. Iş apellyasiya icraatına qəbul olunmazdan öncə Qəbələ Rayon Məhkəməsinin hakimi X1 Apellyasiya Məhkəməsinə məktub ünvanlayaraq göstərmişdir ki, Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli *(***)-****/**** nömrəli qərardadından iş üzrə maraqlı şəxs X4 tərəfindən şikayət verildiyindən mülki işin Qəbələ Rayon Məhkəməsinə göndərilməsinə göstəriş verilməsini xahiş edir. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Hazırki halda, birinci instansiya məhkəməsi tərəfindən işin istənilməsi hazırki apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilməzdən öncə edildiyindən, ləğv edilməli olan icraata qəbul qərardadı mövcud deyildir. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəlləsinin 263-264, 384 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Qəbələ Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh X2 tərəfindən verilmiş apellyasiya şikayəti mülki işin Qəbələ Rayon Məhkəməsinə qaytarılması üçün apellyasiya baxışından çıxarılsın və Qəbələ Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar