Məhkəmə qərarları › İş №e-2(3-10)-312/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-10)-312/2026

03.06.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-312/2026 03.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh3 qarşı "ümumi paylı mülkiyyətdən payın naturada ayrılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: payın naturada ayrılması) Hakimlər Musayev Taleh Valeh (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, Iddiaçıların nümayəndə və vəkili Nümayəndə, Cavabdehlər cavabdeh2 və cavabdeh1 iştirakı ilə, Iddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh3 qarşı "ümumi paylı mülkiyyətdən payın naturada ayrılması” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi: Işin halları

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Onlar, iddiaçı3, iddiaçı2 və iddiaçı1 bir ailədirlər və Qəbələ şəhəri, C.Cabbarlı küçəsi, ev 5-də yaşayırlar. Iddia ərizəsində qeyd olunan cavabdehlər cavabdeh1, Seyidova(Kərimova) Anjela Əliosman qızı və cavabdeh3 isə ata bir, anaları ayrı olan qardaş və bacılardır. Bildirirlər ki, Qəbələ rayonu Aqrar Islahat Komissiyasının ## ###### 2001-ci il tarixli, ** saylı qərarı ilə onlara-iddiaçı3, iddiaçı2, iddiaçı1 və mərhum Kərimov X4 şəhəri ərazisindən 0.05 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrufatının bağı təyinatlı torpaq sahəsinə görə JN-436F, kod 40601004 olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrdə adı qeyd olunmuş Kərimov Əliosman Əliəşrəf oğlu ##.##.2012-ci il tarixində kəskin miokard infarktdan vəfat etmişdir. Qəbələ Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixlie-*(***)-****/**** saylı qətnaməsinə əsasən Qəbələ rayon AIK-nın ##.##.2001-ci il tarixli, ** saylı qərarı ilə JN-***F nömrəli (kod: 40601004) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən birgə mülkiyyətə verilmiş 0,05 ha həyətyanı torpaq sahəsindən Kərimov Əliosman Aləşrəf (Əliəşrəf) oğlunun payı 1/4 (0,0125 ha) hissə üzrə müəyyən olunmuşdur. Kərimov Əliosman Əliəşrəf oğlu vəfat etdiyindən ondan qalan miras əmlak üzrə vərəsəlik işi açılmış, qanun üzrə vərəsəlik haqqında şəhadətnamə alındıqdan sonra Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət rayestrindən Qəbələ şəhəri, C.Cabbarlı küçəsi, (köhnə ev 5-də)(yeni qayda ilə giriş 42) yerləşən 0.05 ha torpaq sahəsində 7/24 hissə iddiaçı3, 7/24 hissə iddiaçı2 və 7/24 hissə iddiaçı1 və cavabdehlər 1/24 hissə cavabdeh1, 1/24 hissə cavabdeh2, 1/24 hissə cavabdeh3 ümumi birgə mülkiyyət hüquqları tanınmaqla, reyestr nömrəsi ************, qeydiyyat nömrəsi ********** olan ##.##.2025-ci il tarixli Çıxarış və Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Qeyd etmək istəyirlər ki, Qəbələ şəhəri, C.Cabbarlı küçəsi, (köhnə ev 5-də) (yeni qayda ilə giriş 42) yerləşən 0.05 ha torpaq sahəsində mərhum Kərimov Əliosman Əliəşrəf oğlundan qalmış köhnə fərdi yaşayış evi(hazırda cavabdeh cavabdeh1 ailəsi ilə birlikdə yaşayır), bəzi yardımçı köhnə tikililər və o, iddiaçı2 tərəfindən tikilmiş 1 mərtəbəli yeni fərdi yaşayış evi vardır ki, həmin evdədə iddiaçılar yaşayırlar. Hazırda Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışda göstərilən torpaq sahəsindəki yuxarıda adları göstərilən hər birinə düşən hissə müəyyən edildiyindən torpaq sahəsinin onlara düşən hissəsinin naturada ayrılmasını istəyirlər. Lakin bölgüdə narazılıq olduğundan həmin torpaq sahəsini könüllü olaraq bölə bilmirlər. Həmçinin, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Qəbələ Ərazi Idarəsinə ərizə ilə müraciət edərək ********** qeydiyyat nömrəli ##.##.2025-ci il tarixli Çıxarışdakı 0.05 ha torpaq sahəsindən onlara düşən payların naturada ayrılmasını xahiş etmişlər, müvafiq olaraq ## ### 2025-ci il tarixli *-**-*-**/*-****/**** saylı bildiriş məktubu ilə mülkiyyətçilər arasında bölgü aparılması ilə bağlı razılaşma olmadığından məhkəməyə müraciət edə bilməyi izah olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi: ************: Qeydiyyat tarixi: ##.##.2025-ci il; Qeydiyyat nömrəsi: **********) əsasən ************ reyestr nömrəli planda ölçüləri və koordinatları göstərilən ünvan 5 ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi altı nəfərin (iddiaçı3 (7/24 hissə), iddiaçı1 (7/24 hissə), iddiaçı2 (7/24 hissə), cavabdeh1 (1/24 hissə), cavabdeh2 (1/24 hissə) və cavabdeh3 (1/24 hissə)) ümumi paylı mülkiyyətindədir. Paylı mülkiyyətin iştirakçıları arasında torpaq sahəsinin birgə istifadəsi və paylara uyğun şəkildə naturada bölünməsi barədə ümumi razılıq əldə olunmadığından ünvan 5 ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsindən iddiaçı3 düşən 7/24, iddiaçı2 düşən 7/24 və iddiaçı1 düşən 7/24 hissənin birlikdə naturada ayrılaraq (yeni fərdi yaşayış evi və digər tikililərin altındakı torpaq sahələri daxil olmaqla) ümumi paylı mülkiyyət hüququ əsasında verilməsi barədə iddia qaldırılmışdır.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh1 izahatında göstərmişdir ki, «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi: ************: Qeydiyyat tarixi: ##.##.2025-ci il; Qeydiyyat nömrəsi: **********) əsasən ************ reyestr nömrəli planda ölçüləri və koordinatları göstərilən ünvan 5 ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi altı nəfərin (iddiaçı3 (7/24 hissə), iddiaçı1 (7/24 hissə), iddiaçı2 (7/24 hissə), cavabdeh1 (1/24 hissə), cavabdeh2 (1/24 hissə) və cavabdeh3 (1/24 hissə)) ümumi paylı mülkiyyətindədir və üzərində iki fərdi yaşayış evi (təzə və köhnə) vardır. Torpaq sahəsi faktiki surətdə üzərində həmin fərdi yaşayış evilərindən birinin yerləşdiyi iki hissəyə bölümüş və çəpərlənmişdir. Köhnə ev onun, təzə ev isə iddiaçı2 istifadəsindədir. Həmin torpaq sahəsinin bütün mülkiyyətçilərin mənafeyi nəzərə alınmaqla hazırlanacaq bölgü planı əsasında naturada bölünməsinə etiraz etmir.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh2 izahatında göstərmişdir ki, ümumi paylı mülkiyyətdə olan ünvan 5 ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin (reyestr nömrəsi: ************; Qeydiyyat tarixi: ##.##.2025-ci il; Qeydiyyat nömrəsi: **********) mülkiyyətçilərin hamısının mənafeyi nəzərə alınmaqla hazırlanacaq bölgü planı əsasında naturada bölünməsinə etiraz etmir.

6. Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Ü.Qənbərov), iddia tələbinin qismən təmin olunması, iddiaçı3, iddiaçı2, iddiaçı1, cavabdeh2, cavabdeh1 və cavabdeh3 ümumi paylı mülkiyyətində olan ************ reyestr nömrəli planda ölçüləri və koordinantları göstərilən ünvan 1 ünvanında yerləşən 0,05 ha (qeydiyyat tarixi: ##.##.2025-ci il: qeydiyyat nömrəsi: **********) torpaq sahəsinin AR IN ƏMDX DƏDRX PHŞ * saylı Qəbələ Ərazi Idarəsi tərəfindən tərəfindən verilmiş ##.##.2025ci il tarixli *-**-*-**/*-****/**** saylı Mütəxəssis rəyinə əlavə edilmiş Yerquruluşu planında nəzərdə tutulan qaydada 21/24 və 3/24 hissələr üzrə naturada bölünməsi, * saylı planda ölçüləri və koordinantları göstərilən 0,04375 ha həyətyanı torpaq sahəsinin naturada ayrılıb iddiaçılar iddiaçı3, iddiaçı2, iddiaçı1 ümumi paylı mülkiyyətinə verilməsi qət edilmişdir.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

7. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab etmişdir ki, iddiaçı3, iddiaçı2, iddiaçı1, cavabdeh2, cavabdeh1 və cavabdeh3 ümumi paylı mülkiyyətində olan ************ reyestr nömrəli planda ölçüləri və koordinantları göstərilən ünvan 1 ünvanında yerləşən 0,05 ha (qeydiyyat tarixi: ##.##.2025-ci il: qeydiyyat nömrəsi: **********) torpaq sahəsi AR IN ƏMDX DƏDRX PHŞ * saylı Qəbələ Ərazi Idarəsi tərəfindən tərəfindən verilmiş ##.##.2025-ci il tarixli 3-21-3-42/2- ****/**** saylı Mütəxəssis rəyinə əlavə edilmiş Yerquruluşu planında nəzərdə tutulan qaydada 21/24 və 3/24 hissələr üzrə naturada bölünməli, * saylı planda ölçüləri və koordinantları göstərilən 0,04375 ha həyətyanı torpaq sahəsi naturada ayrılıb iddiaçılar, iddiaçı3, iddiaçı2, iddiaçı1 ümumi paylı mülkiyyətinə verilməlidir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 213.1, 214.1, 220.2, 220.3, 238.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən narazı qalan cavabdeh cavabdeh1 apellyasiya şikayəti vermişdir.

10. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Nəticədə əsassız, qanuni olmayan qətnamə qəbul edilmişdir.

11. Belə ki, mütəxəssis rəyi alınarkən mütəxəssis qarşısında suallar qoyularkən düzgün suallar qoyulmamış, nəticədə yanlış mütəxəssis rəyi alınmışdır. Məhkəmənin isə yanlış mütəxəssis rəyi alaraq həmin rəyə əsaslanıb qərar qəbul etməsi onun mülkiyyət hüquqlarını kəskin şəkildə pozmuşdur. Xüsusi olaraq bildirir ki, mütəxəssis qarşısında “Iddiaçıların və cavabdehlərin faktiki istifadələrində olan torpaq sahələrində bələdiyyə mülkiyyətinə aid (zəbtdə olan) torpaq sahəsi varmı? Varsa dəqiq olaraq ölçüsü nə qədərdir?” və “Bələdiyyə mülkiyyətində olan torpaq sahəsi varsa oradan yol yeri mümkündürmü?” suallarının qoyulmaması işin düzgün həll edilməməsi ilə nəticələnmişdir. Belə ki, o, iddiaçılara bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin onların adına öz hesabına rəsmiləşdirilməsini, əvəzində isə digər tərəfdən evinin qabağından torpaq sahəsinin əvəzləşdirilməsini təklif etmişdi. Lakin iddiaçılar buna razılıq verməmişlər. Hesab edir ki, bələdiyyə mülkiyyətində olan və faktiki iddiaçıların zəbtində olan torpaq sahəsinin nə qədər ölçüdə olmasının müəyyənləşdirmək zərurəti yaranmışdır. Həmin suallara cavab tapılması iddiaçılarla razılığa gəlmək baxımından mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən təkrar ekspertizanın keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Sözügedən maddənin tələbindən göründüyü kimi mülkiyyətçi qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Məhkəmə isə mülkiyyət hüquqlarından lazımı qaydada istifadə edə bilməməyini kifayət qədər araşdırmamışdır. Belə ki, mülkiyyət hüquqlarının pozulmasınının qarşısının alınmasını məhkəmədən tələb edərək, təkrar ekspertiza keçirilməsini xahiş etsə də, məhkəmə həmin hallara diqqət yetirməmiş, mütəxəssis qarşısında düzgün olmayan suallar qoymuşdur. Belə ki, həmin suallar cavabdehin mənafeyinə xidmət etmişdir. Mütəxəssis qarşısında düzgün suallar qoyulmaması onun uzun illərdir istifadə etdiyi və tikinti işləri apardığı yerlərin onun mülkiyyətindən çıxması ilə nəticələnmişdir. Halbuki mütəxəssis rəyinə əsasən hal-hazırda iddiaçıların mülkiyyətinə verilən torpaq sahəsində onun tərəfindən tikili işləri aparılmışdır. Həmin tikintilərə xeyli xərc çəkmişdir. Həmçinin həmin tikintilərə xərc çəkərkən iddiaçılar bunu görmüş və ona heç bir irad bildirməmişlər.

13. Məhkəmə hazırkı iş üzrə ekspert rəyini əsas götürərək qətnamə qəbul etmişdir. Lakin ekspert rəyinə əsas verən məhkəmə ədalətli məhkəmə araşdırmasını aparmamış, təkrar ekspertiza keçirilməsi barədə vəsatəti heç bir dəlil göstərmədən rədd etmişdir. Halbuki həmin vəsatətə kifayət qədər tərəfimdən əsaslı sübutlar əlavə edilmişdir. Vəsatətdə qoyulan sualların isə hazırkı mübahisə ilə çox əhəmiyyəti mövcud olmuşdur. Ümumiyyətlə məhkəmə tərəfindən yalnız AR IN ƏMDX DƏDKR PHŞ * saylı Qəbələ Ərazi Idarəsi tərəfindən verilmiş Mütəxəssis Rəyi ilə qətnamə çıxarılması da düzgün deyildir. Əslində iş rəy verilməsi üçün Məhkəmə Ekspertiza Mərkəzinə də göndərilməli idi.

14. Məhkəmə tərəfindən sübut kimi AR IN ƏMDX DƏDKR PHŞ * saylı Qəbələ Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *-**-*-**/*-****/**** saylı Mütəxəssis Rəyi əsas götürülmüşdür. Lakin həmin sübutun qanunsuz verilməsinə məhkəmə tərəfindən diqqət yetirilməmiş, məhkəmə tərəfindən yenidən ekspertiza təyin edərək və ekspert qarşısında yeni suallar qoyulmaqla məhkəməyə etirazının əsası kimi müəyyən etdiyi hallara sübut təqdim etməyinə şərait yaratmamışdır.

15. Odur ki, apellyasiya şikayətinin təmin edilərək, Qəbələ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və yeni mütəxəssis rəyi alınmaqla payların naturada bölünməsi formasının dəyişdirilməklə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və payların naturada bölünməsi formasının dəyişdirilməklə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh2 cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdfafiə edərək şikayətin təmin edilməsi, Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi payların naturada bölünməsi formasının dəyişdirilməklə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndə və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini əsassız olduğunu bildirərək apellyasiya şikayətinin təmin olunmaması və Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

20. Işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iddiaçılar iddiaçı3, iddiaçı2, iddiaçı1 və cavabdeh cavabdeh3 məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Konstitusiyasının; 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (MM-nin 213.3). 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. (MM-nin 215.6.-cı maddəsi). 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ##### 2014-cü il tarixli Qərarına əsasən mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə ## ###### 2024-cü il tarixli Qərardadının 20-ci bəndinə əsasən əşya üzərində mülkiyyət hüququndakı payın ayrılması isə bütün hallarda ümumi paylı mülkiyyət hüququna xitam verilməsi ilə nəticələnmir. Bu baxımdan əşyanın bölünməsi halından fərqli olaraq, payın ayrılması halı üçün Mülki Məcəllənin 220.2-220.6-cı maddələrində payın naturada ayrılması, bu mümkün olmadıqda kompensasiya ödənilməklə paya xitam verilməsi və əşyanın açıq hərracdan satışından ibarət üç ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Bu zaman həmin ardıcıllıq gözlənilməklə payın naturada ayrılması baş tutduqda yalnız ayrılan şəxs(lər) ümumilikdən çıxaraq fərdi mülkiyyətçiyə çevrilir, bu mümkün olmadıqda isə kompensasiya ödənilməklə yalnız həmin şəxs(lər)in əşya üzərində mülkiyyət hüququna xitam verilir. Ayrılmayan iki və ya daha artıq payçı isə ümumi paylı mülkiyyət vəziyyətində qalmaqda davam edirlər. Məsələn, üç payçıdan birinin və ya dörd payçıdan ikisinin ayrılmaq istədiyi halda payın ayrılmasına dair prosedur tətbiq edilir. Yalnız əşyanın açıq hərracdan payçı olmayan digər şəxslərə satılması halında əvvəlki həmmüllkiyyətçilərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilmiş olur.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

26. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

29. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

30. Apellyator Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılmamış, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, prosessual hüquq normalarının tələbləri pozulmuş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir.

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

34. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Qəbələ rayonu Aqrar Islahat Komissiyasının ## ###### 2001-ci il tarixli, ** saylı qərarı ilə iddiaçılar və onların atası Kərimov Əliosman Əliəşrəf oğlunun ümumi birgə mülkiyyətinə Qəbələ şəhəri ərazisindən 0.05 ha torpaq sahəsi verilmişdir. Kərimov Əliosman Əliəşrəf oğlu ##.##.2012-ci il tarixdə vəfat etmiş və Qəbələ Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli e-*(***)-****/**** saylı qətnaməsinə əsasən birgə mülkiyyətə verilmiş 0,05 ha həyətyanı torpaq sahəsindən Kərimov Əliosman Əliəşrəf oğlunun payına düşən ¼ hissə üzrə vərəsələrin payı müəyyən olunmuşdur. Kərimov Əliosman Əliəşrəf oğlundan qalan miras əmlak üzrə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə alındıqdan sonra Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ##.##.2025-ci il tarixli, ************ reyestr, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 0.05 ha torpaq sahəsində 7/24 hissə iddiaçı3, 7/24 hissə iddiaçı2, 7/24 hissə iddiaçı1, 1/24 hissə cavabdeh1, 1/24 hissə cavabdeh2 və 1/24 hissə cavabdeh3 paylı mülkiyyətlərindədir. Tərəflər paylı mülkiyyətdə olan əmlakdan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilməmişlər və ekspertiza tədqiqatı ilə iddiaçıların paylarının paylı mülkiyyətdən ayrılmasının texniki cəhətdən mümkün olmaması müəyyən edilmişdir.

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mütəxəssis rəyi alınarkən mütəxəssis qarşısında sualların düzgün qoyulmaması, nəticədə yanlış mütəxəssis rəyinin alınması, məhkəmənin isə həmin rəyə əsaslanıb qərar qəbul etməsi onun mülkiyyət hüquqlarını kəskin şəkildə pozması, ekspert rəyinə əsas verən birinci instansiya məhkəməsinin ədalətli məhkəmə araşdırmasını aparmaması, təkrar ekspertiza keçirilməsi barədə vəsatətin heç bir dəlil göstərmədən rədd etməsi, məhkəmə tərəfindən sübut kimi AR IN ƏMDX DƏDKR PHŞ * saylı Qəbələ Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *-**-*-**/*-****/**** saylı Mütəxəssis Rəyinin əsas götürülməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi yalnız iddiaçıların iddia ərizələrində qeyd etdiklərini əsas götürməklə və mütəxəssis rəylərində qeyd edilənləri səhv təfsir etməklə iddianın təmin edilməli olması qənaətinə gəlmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ##.##.2025-ci il tarixli, ************ reyestr, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən paylı mülkiyyətdə olan əmlakdan iddiaçıların paylarının naturada ayrılmasının mümkün olub-olmaması barədə birinci instansiya məhkəməsində araşdırma dövründə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Qəbələ Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *-**-*-**/*-****/**** saylı və ##.##.2026-cı il tarixli *-**-*-**/*-***/**** saylı mütəxəssis rəylərində paylı mülkiyyətdən iddiaçıların paylarının naturada ayrılmasının mümkünsüzlüyü barədə qeyd edilənləri diqqətə almadan iddianın təmin edilməli olması qənaətinə gəlmiş, beləliklə iş üzrə düzgün və hərtərəfli məhkəmə araşdırılmasını təmin etməmişdir.

36. Belə ki, işdə olan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Qəbələ Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *-**-*-**/*- ****/**** saylı və ##.##.2026-cı il tarixli *-**-*-**/*-***/**** saylı mütəxəssis rəylərindən görünür ki, ************ reyestr nömrəli planda ölçüləri və koordinatları göstərilən ünvan 2 ünvanında yerləşən 0,05 hektar həyətyanı torpaq sahəsinin üzərində yerləşən tikililər nəzərə alınmadan 21/24 və 3/24 hissələr üzrə naturada bölünərək hər bir hissənin naturada ayrılması mümkündür.

37. Kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsinin üzərində bir neçə tikili mövcuddur. Belə ki, cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim olunmuş video çəkilişə baxış keçirilən zaman torpaq sahəsinin üzərində fərdi yaşayış evlərinin olması müəyyən olunmuşdur. Həmin tikililər isə dövlət qeydiyyatına alınmamışdır.Göstərilən vəziyyətdə birinci instansiya məhkəməsinin hazırkı iş üzrə iddia tələbinin təmin edilməsinə dair gəldiyi nəticə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir.

38. Kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

39. Işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

40. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

41. Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.

42. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.

43. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tikinti-texniki ekspertizasına dair Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Qəbələ Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *-**-*-**/*-****/**** saylı və ##.##.2026-cı il tarixli *-**-*-**/*-***/**** saylı mütəxəssis rəyləri nəzərdən keçirilərkən müəyyən olunur ki, həmin rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir.

44. Mütəxəssis rəyləri ilə tərəflərin paylı mülkiyyətlərində olan torpaq sahəsinin üzərində tikililər mövcud olduğu üçün iddiaçıların paylarının naturada ayrılmasının texniki cəhətdən mümkün olmaması müəyyən edildiyi halda, birinci instansiya məhkəməsi yanlış olaraq, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ##.##.2025-ci il tarixli, ************ reyestr, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən paylı mülkiyyətdə olan əmlakdan iddiaçıların paylarının naturada ayrılması qənaətinə gəlmişdir.

45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bələdiyyə mülkiyyətində olan və faktiki iddiaçıların zəbtində olan torpaq sahəsinin nə qədər ölçüdə olmasının müəyyənləşdirmək üçün təkrar ekspertizanın keçirilməsinin mühüm əhəmiyyət kəsb etməli olmasına dair dəlilinə münasibətdə qeyd edir ki, bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin iddiaçılar tərəfindən zəbt olunub-olunmaması məsələsi hazırkı mübahisənin predmetini təşkil etmədiyindən həmin xüsusatın araşdırılmasına zərurət yoxdur.

46. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşıraraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən maddi və prosessual hüquq normalarını pozduğundan, iddianın təmin olunması ilə bağlı məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmadığından və məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilmədiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

47. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə ## #### 2007-ci il tarixli qərarında Insan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir.

48. Beləliklə məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmiş hallardan bəlli olur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ##.##.2025-ci il tarixli, ************ reyestr, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən paylı mülkiyyətdə olan ünvan 2 ünvanında yerləşən 0,05 hektar torpaq sahəsindən iddiaçıların paylarının naturada ayrılması mümkün deyildir.

49. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

50. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin təmin edilməsinə və qətnamənin ləğv olunmasına əsas olan hallar müəyyən edilmişdir.

51. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə ## ###### 2024-cü il tarixli Qərardadının 31-ci bəndində göstərilmişdir ki, göstərilənləri nəzərə alaraq, məhkəmə tərkibi hesab edir ki, iddia tələbinin hansı formada ifadə olunmasından asılı olmayaraq, qaldırılan iddianın predmeti ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya payın ayrılmasından ibarət olduğundan, məhkəmə hər bir halda həmin tələbin qanuni əsasını təşkil edən maddənin dispozisiya şərtlərinə uyğun olaraq mübahisənin qanunla müəyyən edilmiş ardıcıllıq gözlənilməklə hər bir mərhələ üzrə həll edilməsinin mümkünlüyünü aydınlaşdırmalıdır. Bu, məhkəmənin qanundan irəli gələn xidməti vəzifəsi olmaqla, tələbdən kənara çıxma kimi qiymətləndirilə bilməz.

52. Həmin Qərardadın 32-ci bəndində göstərilmişdir ki, beləliklə, iddia tələbləri natamam olduqda və ya aydın olmadıqda məhkəmə MPMin 14.1 və 167.1-ci maddələrinə əsasən tərəflərlə bu iddiaların predmeti, həmin predmet çərçivəsində araşdırmanın qanunla müəyyən edilmiş məcburi mərhələləri barədə müzakirə aparmalı, bunların hüquqi nəticələrini tərəflərə izah etməli və tələb üzrə yekun arzu olunan nəticənin nədən ibarət olmasını dəqiqləşdirməlidir.

53. Məhkəmə kollegiyası qeyd etməyi vacib hesab edir ki, iş materiallarından, iddiaçıların iddia tələbləri üzrə yekun arzu etdikləri nəticənin paylı mülkiyyətdə olan əmlakdan paylarının naturada ayrılmasından ibarət olması müəyyən edilmişdir.

54. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, Iddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh3 qarşı "ümumi paylı mülkiyyətdən payın naturada ayrılması” tələbinə dair iddiaları təmin edilməməlidir.

55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ:

Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh3 qarşı "ümumi paylı mülkiyyətdən payın naturada ayrılması” tələbinə dair iddiaları rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar