Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-2(3-10)-329/2026 28.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı “mülkiyyətçidən payının dəyəri kimi kompensasiyanın ödənilməsi, bu mümkün olmadıqda isə əmlakın açıq hərracdan satılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsi, ləğv) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı “mülkiyyətçidən payının dəyəri kimi kompensasiyanın ödənilməsi, bu mümkün olmadıqda isə əmlakın açıq hərracdan satılması” tələbinə dair mülki iş üzrə barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə Zaqatala Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qərаrdаdındаn cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Iddiaçı Iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”a əsasən, hər birinin payı ½ olmaqla iddiaçı Iddiaçı ilə cavabdeh Cavabdeh ümumi paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 139,2 m olan fərdi yaşayış evinin ½ hissəsinin dəyəri kimi 45.000 (qırx beş min) manat pulun fərdi yaşayış evinin digər mülkiyyətçisi olan cavabdeh Cavabdeh tərəfindən iddiaçı Iddiaçı kompensasiya şəkilində ödənilərək, iddiaçı Iddiaçı həmin əmlakdakı pay hüququnu itirməsi (xitam verilməsi), bu mümkün olmadıqda isə əmlakın açıq hərracda satılması və hərracda əldə olunmuş pulun iddiaçı Iddiaçı ilə cavabdeh Cavabdeh arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qərаrdаdı ilə aşağıdakı nəticəyə gəlinmişdir: Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı “mülkiyyətçidən payının dəyəri kimi kompensasiyanın ödənilməsi, bu mümkün olmadıqda isə əmlakın açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: “1. "Iddiaçı" və "Cavabdeh" aralarında olan razılşamaya əsasən Azərbaycan Repsublikası Zaqatala Rayon Məhkəməsinin icraatında olan e-*(***)-****/**** nömrəli mülki iş üzrə mübahisəyə barışıq yolu ilə son qoyurlar;
2. Razılşmaya əsasən “Iddiaçı" - "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"a əsasən, hər birinin payı ½ olmaqla iddiaçı Iddiaçı ilə cavabdeh Cavabdeh ümumi paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 139,2 m2 olan fərdi yaşayış evinin ½ hissəsinin dəyəri (əmlakm bütövlükdə dəyəri - 90.000 manat) kimi 45.000 (qırx beş min) manat pulun fərdi yaşayış evinin digər mülkiyyətçisi olan cavabdeh Cavabdeh tərəfindən müqavilə bağlandığı gündən, yəni, ## #### 2026-cı il tarixindən hesablanmaqla 2(iki) ya müddətində (## ### 2026-cı il tarixindək) iddiaçı Iddiaçı qızma kompensasiya şəkilində ödənilməsi müqabilində həmin əmlakdakı pay hüququnun itirilməsini (xitam verilməsinə) razılıq verir.
3. Cavabdeh "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"a əsasən, hər birinin payı 1/2 olmaqla iddiaçı Iddiaçı ilə cavabdeh Cavabdeh ümumi paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 139,2 m2 olan fərdi yaşayış evindəki Iddiaçı pay hüququnun itirilməsi (xitam verilməsi) müqabilində, Iddiaçı müqavilə bağlandığı gündən, yəni, ## #### 2026-cı il tarixindən hesablanmaqla 2(iki) ya müddətində (## ### 2026-cı il tarixindək) 45.000 (qırx beş min) manat kompensasiya ödənilməsi razılıq verir.
4. Tərəflər razılığa gəlirlər ki, ## ### 2026-cı il tarixindək Cavabdeh tərəfindən Iddiaçı 45.000 (qırx beş min) manat kompensasiya ödənilməsi təmin olunmadığı halda, "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"a əsasən, tərəflərin ümumi paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 139,2 m2 olan fərdi yaşayış evi 90.000 (doxsan min) manat satış qiyməti ilə açıq hərrac vasitəsi ilə satılacaqdır. 5. Iddiaçıya və "Cavabdeh"-ə Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2- ci (eyni tərəflər arasmda, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir) o cümlədən, həmin Məcəllənin 261.0.2-ci və 261.0.5-ci (eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa; tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir) maddələrinin tələbləri aydındır.” Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı “mülkiyyətçidən payının dəyəri kimi kompensasiyanın ödənilməsi, bu mümkün olmadıqda isə əmlakın açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh mülkiyyətçidən payının dəyəri kimi kompensasiyanın ödənilməsi, bu mümkün olmadıqda isə əmlakın açıq hərracdan satılması tələbinə dair iddia ərizəsinin verilməsi üçün ödənilmiş 225 (iki yüz iyirmi beş) manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı Iddiaçı geri qaytarılsın. Həmin qərardaddan iş üzrə cavabdeh Cavabdeh şikаyət vermişdir. Zaqatala Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qərаrdаdı ilə şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. X2 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardad qanunun tələblərinə uyğun olmamış, işin faktiki halları tam və obyektiv araşdırılmamış, nəticədə qanunsuz və əsassız qərardad qəbul edilmişdir. Məhkəmə əmlakın real dəyərini müəyyən etmədən və tərəflərin əmlakdan istifadə vəziyyətini araşdırmadan barışıq sazişini təsdiq etmişdir. Barışıq sazişinin tərəflərin real iradəsini əks etdirib-etdirmədiyi və onun nəticələrinin tərəflərə izah olunması məsələsi kifayət qədər araşdırılmamışdır. Iş üzrə əhəmiyyətli faktiki hallar tam araşdırılmamış və müvafiq olaraq qiymət verilməmişdir. Barışıq sazişinin qanuna və üçüncü şəxslərin hüquqlarına zidd olub-olmaması tam araşdırılmadan iş üzrə icraata xitam verilmişdir. Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Məhkəmə barışıq sazişinin hüquqi nəticələrini tərəflərə tam və aydın şəkildə izah etmədən onu təsdiq etmişdir. Birinci instansiya məhkəməsi əmlakın real bazar dəyəri, tərəflərin əmlakdan faktiki istifadə vəziyyəti və kompensasiya məbləğinin real dəyərə uyğunluğu kimi halları araşdırmamışdır. Bu hallar işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.
Məhkəmə qərardadında əmlakın dəyərinin 90.000 manat olduğu göstərilmişdir. Lakin bu hal müstəqil qiymətləndirmə və ya ekspertiza rəyi ilə təsdiq edilməmişdir. Bu səbəbdən məhkəmənin gəldiyi nəticə sübutlarla əsaslandırılmamışdır. Birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmadan barışıq sazişinin qanuniliyini qəbul etmiş və bu əsasla iş üzrə icraata xitam vermişdir. Halbuki məhkəmə barışıq sazişinin tərəflərin real iradəsinə uyğun olub-olmamasını, qanuna zidd olubolmamasını və tərəflərin hüquqlarını pozub-pozmadığını tam araşdırmalı idi. Odur ki, Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Zaqatala Rayon Məhkəməsinin barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə ##.##.2026-cı il tarixli e- *(***)-****/**** nömrəli qərаrdаdı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Qərardadın ləğv edilməsi üçün əsaslar vardır. Belə ki, məhkəmə kollegiyası şikayətin tərəflərin barışıq sazişi təsdiq edilənə qədər tərəflərə müvafiq prosessual hərəkətlərin nəticələrinin izah edilməli olmasına dair dəlili ilə razlılaşaraq qeyd edir ki, Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 191.2-ci maddəsinin tələbinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Kollegiya qeyd edir ki, işdə olan ## #### 2026-cı il tarixdə birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclası üzrə üzrə iclas protokolundan görünür ki, həqiqətən də birinci instansiya məhkəməsində iş üzrə sədrlik edən hakim tərəfindən tərəflər arasındakı barışıq sazişi təsdiq edilənə qədər onlara müvafiq prosessual hərəkətin nəticələri izah edilməmişdir. Həmçinin Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə ## ###### 2024-cü il tarixli qərardadının 17-ci bəndinə əsasən paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. Həmin Qərarın 65-ci bəndinə əsasən ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin Qərarın 66-cı bəndinə əsasən hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir. Lakin tərəflər arasında bağlanmış və birinci instansiya məhkəməsi tərəfindən təsdiq edilmiş ## #### 2026-cı il tarixli barışıq sazişində mübahisəli əmlaka dair əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya hər ikisi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməmişdir. Beləliklə də birinci instansiya məhkəməsi iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı “mülkiyyətçidən payının dəyəri kimi kompensasiyanın ödənilməsi, bu mümkün olmadıqda isə əmlakın açıq hərracdan satılması” tələbinə dair mülki iş üzrə barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməli olması nəticəsinə gələrkən prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, şikayət təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qərаrdаdı ləğv edilməli, mülki işin materialları iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı “mülkiyyətçidən payının dəyəri kimi kompensasiyanın ödənilməsi, bu mümkün olmadıqda isə əmlakın açıq hərracdan satılması” tələbinə dair mülki iş üzrə barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi məsələsinə yenidən baxılması üçün Zaqatala Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-399 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı
QƏRARA ALDI:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qərаrdаdı ləğv edilsin. Mülki işin materialları iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı “mülkiyyətçidən payının dəyəri kimi kompensasiyanın ödənilməsi, bu mümkün olmadıqda isə əmlakın açıq hərracdan satılması” tələbinə dair mülki iş üzrə barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi məsələsinə yenidən baxılması üçün Zaqatala Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.