Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-2(3-10)-349/2026 07.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmlak” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iş üzrə icraat dayandırılıb, qüvvə) Hakim Isayev Elman Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmlak” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə ünvan 1 ünvanında yerləşən mənzilin təmiri üçün xərclənmiş 12285.18 manat vəsaitin yarsını, iddia ərizəsində göstərilən 11405 manat dəyərində 84 adda nişan cehiz əşyalarının, mövcud olmadıqda dəyərinin, 7060 manat dəyərində 8 adda qızıl-zinyət əşyalarının, mövcud olmadıqda dəyərinin, ümumi dəyəi 7865 manat olan mebel əşyalarının, mövcud olmadıqda dəyərinin, rəy verilməsi üçün 550 manat qiymətləndirmə üçün ödənilən vəsaitin, 60 manat mediasiya xərcinin və 190 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadı ilə Iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi, ekspertizanın aparılmasının “xxxx” MMC-yə həvalə edilməsi və ekspertizanın keçirilməsi müddətinin 1 ay müəyyən edilməsi, ekspertiza rəyi verilənədək hazırkı iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək, iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə yeni qərardad qəbul edilməklə ekspert qarşısında iş üçün əhəmiyyət kəsb edən və zəruri olan suallar qoyulması məqsədi ilə Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il, *(***)-****/**** nömrəli qərardadının iş üzrə icraatın dayandırıması hissəsində ləğv edilməsi və iş üzrə icraatın təzəlməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X1 ona qarşı əmlak tələbinə dair Şəki Rayon Məhkəməsində iddia qaldırmışdır. Qeyd edilən iddia 9 aydan çoxdur ki, məhkəmənin icraatındadır. Iş üzrə məhkəmə gedişatı zamanı o, məhkəməyə vəsatət verərək, iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməsini xahiş etmişdir. Belə ki, iddiaçı hazırki tələbində ondan mübahisəli evə çəkilmiş xərclərdən pay və əmlaklar tələb edir. Iddiaçı əmlakının əsas bir hissəsini aparmışdır. Halbuki, həmin ev birgə nikah dövründən əvvəl əldə edilmiş, həmin evdə o, iddiaçı ilə nikaha daxil olmamışdan əvvəl və sonra yaxşılaşdırma işləri aparmışdır. Ona görə də məhkəməyə verdiyi vəsatətində bununla bağlı müvafiq ekspertizasnın təyin edilməsini, həmçinin, ekspert qarşısında həmin evdə aparılmış yaxşılaşdırma işlərinin hansı tarixə uyğun olması və yaxşılaşdırma işlərinin aparıldığı tarixə uyğun olaraq yaxşılaşdırma işlərinə nə qədər vəsait sərf olunduğunun müəyyən edilməsi barədə suallar qoyulmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il, *(***)-****/**** nömrəli qərardadına əsasən iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilsə də, məhkəmə qərardadında ekspert qarşısında zəruri olan suallar qoyulmamışdır. Çünki, mübahisəli evi o, iddiaçı ilə nikaha daxil olmamışdan əvvəl almış və həmin evdə əsas yaxşılaşdırma işləri o, iddiaçı ilə nikaha daxil olmamışdan əvvəl aparılmışdır. Buna görə də həmin hissənin bir-birindən ayrılması, yəni yaxşılaşdırma işlərinin hansı tarixə uyğun gəlməsinin dəqiqləşdirilməsi zərurəti yaranır. Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il, *(***)-****/**** nömrəli qərardadının qərara aldı hissəsində göstərilmişdir ki, Ekspert qarşısınd aaşağıdakı suallar qoyulsun. ünvan 1 ünvanında yerləşən mənzilin təmiri üçün xərclənmiş vəsait, iddia tələbinin dəqiqləşməsi barədə ərizədə göstərilən 11405 manat dəyərində 84 adda nişan cehizə əşyalarının, 7060 manat dəyərində 8 adda qızıl-zinyət əşyalarının, ümumi dəyəri 7865 manat olan mebel əşyalarının (hər bir əşy aayrı-ayrılıqda göstərilməklə) hal-hazıra bazar dəyəri nə qədər təşkil edir? Ekspertizanın aparılması “xxxx” MMC-yə həvalə edilsin və ekspertizanın keçirilməsi müddəti 1 ay müəyyən edilsin. Rəy verilməsi üçün “xxxx” MMC-yə qərardadın surəti və mülki iş materialları təqdim edilsin. Ekspertlərə, AzərbaycanRespublikası CM-nin 297-ci maddəsində nəzərdə tutulan bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilsin. Ekspertiza rəyi verilənədək hazırkı iş üzrə icraat dayandırılsın. Göründüyü kimi həmin qərardadda ekspert qarşısında iş üçün əhəmiyyət kəsb edən və zəruri olan suallar qoyulmamışdır. Buna görə də hesab edir ki, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il, *(***)-****/**** nömrəli qərardadı iş üzrə icraatın dayandırıması hissəsində ləğv edilməli, iş üzrə icraat təzələnərək, iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə yeni qərardad qəbul edilməklə ekspert qarşısında iş üçün əhəmiyyət kəsb edən və zəruri olan suallar qoyulmalıdır. Bundan başqa qanunvericiliyin tələblərinə və formalışmış vahid məhkəmə təcrübəsinə əsasən belə bir qərardadın qəbul edilməsi əsaslı və qanuni deyildir. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Işə Şəki Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, birinci instansiya məhkəməsi iş materiallarını araşdıraraq hesab etmişdir ki, iş üzrə obyektiv yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Işdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Mülki Prosessual Məcəllənin 98.1-ci maddəsinə əsasən ekspertiza təyin edilməsi haqqında məhkəmə qərardad qəbul edir. Mülki Prosessual Məcəllənin 255.0.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən ekspertiza təyin olunduqda məhkəmə işin icraatını dayandırır. Şikayətə münasibət bildirən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, Mülki Prosessual Məcəllənin 97.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdırlar. Iş materialından görünür ki, məhkəmə prosesində cavabdeh Cavabdeh etibarnamə üzrə nümayəndəsi vəkili vəkil1 iştirak etmiş, buna baxmayaraq ekspertiza keçirilən zaman baxılmalı olan hər hansı sual və ya suallar təqdim etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Cavabdeh şikayətində qeyd etdiyi dəlillər formal xarakter daşıyır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: Cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-10)-349/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-10)-349/2026
07.05.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver