Məhkəmə qərarları › İş №e-2(3-10)-384/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-10)-384/2026

07.08.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-384/2026 07.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: «pul» tələbi, qismən ləğv) Hakimlər X4 (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. Iddiaçı cavabdehə qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavadbehdən 140000 manat pulun və iddiaçı tərəfindən hüquqi xidmətə görə ödənilmiş 426 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh bir-birini uzun müddətdir ki, tanıyırlar. Cavabdeh iddiaçının etibarını qazandıqdan sonra bu etibardan sui-istifadə etməyə başlamışdır. Belə ki, cavabdeh iddiaçıya biznes təklif etmiş, bunun üçün müəyyən bir pul lazım olduğunu bildirmiş, iddiaçının da əlavə qazancının olması vədi ilə onu aldatmışdır. Iddia ərizəsinə əlavə olunan “whatsapp” yazışmalarından da göründüyü kimi, müxtəlif tarixlərdə ümumi məbləği 150000 manat olan pul vəsaitini cavabdehin özünə birbaşa təqdim etmiş və sonuncu olaraq 8000 manat pul vəsaitinin cavabdehin göndərdiyi bank kartına köçürmüş və bu barədə çeklərin şəkillərini cavabdehə məxsus nömrəyə “whatsapp” vasitəsi ilə göndərmişdir. Bununla da, cavabdeh əsassız olaraq varlanmışdır. Daha sonradan aldandığını başa düşən iddiaçı cavabdehə dəfələrlə pulu qaytarmasını tələb etmiş, onunla heç bir iş görməyəcəyini bildirmişdir. Cavabdeh müxtəlif tarixlərdə ümumilikdə 10000 manat məbləğində pulu iddiaçıya məxsus kart hesabına göndərmiş və bu barədə qəbzin şəklini iddiaçıya “whatsapp” vasitəsi ilə göndərmişdir. Daha sonra iddiaçı cavabdehdən dəfələrlə pulu qaytarmağını tələb etsə də, cavabdeh heç bir addım atmamış, iddiaçıya ümumiyyətlə cavab verməmişdir. Buna görə də, iddiaçı, 140000 manat pul vəsaitinin geri qaytarılmasına dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, iddiaçı, məcburi köçkün olduğundan dövlət rüsumunu ödəməkdən azaddır.

3. Cavabdeh Cavabdeh iddia ərizəsinə etiraz verərək göstərmişdir ki, iddia tələbini əsassız və qanunsuz hesab edir. 2023-cü ilin fevral ayının əvvəllərində iddiaçı ilə tanış olmuşdur. Belə ki, iddiaçı, Lökbatan qəsəbəsində vaxtı ilə onun yaşadığı evinin təxminən 30- 40 metrliyində müxtəlif növ avtomobillərin ehtiyyat hissələrinin satışı dükanında işləmiş, hazırda da orada işləyir. Həmin ərəfədə onun valideyinləri və övladı xəstə olduğundan vacib pula ehtiyacı yaranmışdır. X2 təxminən 4 ilə yaxındır ki, yataq xəstəsidir, beyin insultundan əziyyət çəkir, hərəkəti tam olaraq məhdudlaşmışdır, mütəmadi müalicədədir, bəlkə də bunun hesabına hələki yaşayır. X1 isə anadan olandan bu günə qədər "hiperaktivlik, diqqət yayınması, əqli inkişaf ləngiməsi" xəstəliyindən əziyyət çəkir, o da bu günə qədər mütəmidi müalicə alır. Onların müalicələrinə aldığı məvacib çatmadığına görə yaxın tanış və qohumlardan borc pul almaq məcburiyyətində qalmışdı. O cümlədən, özünə yaxın bilərək İddiaçı da tanış olduğu ilk 3 ay ərzində ümumilikdə 45000 manat, 30 faiz olmaqla sələmə borc pul götürmüş, bunun müqabilində o, iddiaçıya ümumilikdə 147000 manat pul qaytarmışdır. Hətta pulu, yəni sələm faizlərinin bir az gecikdirən vaxtlarda İddiaçı ailəsini və onu qorxudaraq müxtəlif təhdidlər etmişdir. O, iddiaçının sələm faizlərini vaxtında qaytarmaq üçün başqalarından belə müəyyən faizlərlə sələmə pul götürmək məcburiyyətində qalmışdır, sonda isə borclarını ödəyib qurtarmaq üçün əlacsız qalıb yaşadığı evini satmış, 4 aydır ki, kirayədə qalır. Onu da bildirir ki, o, heç vaxt iddiaçıya biznes qurmaq təklifi etməmiş, yalnız iddiçıdan sələmə yüksək faizlə borc pul götürmüş, nəinki varlanmaq, hətta evsiz və pulsuz qalmışdır. Iddiaçının ucbatından günü bu gün də borc qaytarır. O, göstərdiklərini faktiki olaraq qanuni əsaslarla və şahid ifadələri ilə sübut etməyə hazırdır. Iddiaçının ona qarşı 140000 manat pul tələbinin və hüquqi xidmətə görə ödənilmiş 426 manat dövlət rüsumunun tutulmasına dair iddia tələbinin qanunsuz və əsassız olduğuna görə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir.

Birinci instansiyası məhkəməsində icraat

4. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, məhkəmə iclasında iş materialları, o cümlədən yuxarıdan göstərilən işin halları ilə iddiaçının cavabdehə 45000 manat pul verməsi, cavabdehin 11700 manat qaytarması müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdeh qalan pulu qaytarmamaqla öz üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, nəticədə iddiaçı öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iddiaçı cavabdehin-varlanmış şəxsin əldə etdiyi pulun, yəni əsassız varlanmanın məhz 140000 manat məbləğində olması barədə tələbinin, cavabdeh isə borcun faizlər ilə verilməsinin şərtləndirilməsi, iddiaçıya məhz 147000 manat pul ödəməsini və iddiaçıya borcunun olmaması barədə etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər, mülki prosessual qanunvericiliyinin tələbinə görə də hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Iş materialları ilə iddiaçının iddiasının qismən əsaslı olması müəyyən edilir Iş materiallarından görünür ki, iddiaçı tərfindən məhkəməyə mobil telefonlarda olan “whatsapp” proqramı ilə aparılmış yazışmalar və diskdə olan səs yazıları təqdim edilmişdir. Lakin həmin yazışmalarda və səs yazılarında iddiaçının tələbinin tam olaraq əsaslı olması müəyyən olunmamış, yəni natamam olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## ##### 2021- ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi həmin aktların ədalətli olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il ## ###### tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. Insanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3- cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə hesab etmişdir ki, iddiaçının vəkilin göstərdiyi hüquqi yardıma görə 426 manat məbləğində pulun cavabdehdən tutulmasına dair hissədə iddiası qismən təmin edilməli, mülki prosessual qanunvericiliyin tələbinə görə ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 101,33 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab etmişdir ki, iddiaçı qeyd olunan tələblə bağlı məhkəməyə müraciət edərkən dövlət rüsumunun ödənilməsindən azad edildiyindən, mülki prosessual qanunvericiliyin tələbinə görə ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq dövlət rüsumuna görə cavabdehdən 189,90 manat məbləğində pul tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinin hesabına ödənilməlidir.

5. Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Hilal Xəlilov) iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh 33300 (otuz üç min üç yüz) manat və vəkilin göstərdiyi yardıma görə 101 (bir yüz bir) manat 33 (otuz üç) qəpik, cəmi 33401 (otuz üç min dörd yüz bir) manat 33 (otuz üç) qəpik məbləğində pul tutularaq iddiaçı İddiaçı ödənilməsi, cavabdeh Cavabdeh dövlət rüsumuna görə 189 (bir yüz səksən doqquz) manat 90 (doxsan) qəpik məbləğində pul tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 443.1, 445.2, 448.1, 448.2, 1091.1, 1091.2, 1092.1, 1093.1, 1096.1, 1096.2, 1097.1, 1097.3-cü, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4, 9.1.20-ci maddələrinə istinad etmişdir.

7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Iş materiallarında olan Bakı şəhəri ** saylı Vəkil Bürosunun ## ###### 2025- ci il tarixli, *** nömrəli arayışından görünür ki, Bakı şəhəri ** saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Vəkil həqiqətən vətəndaş İddiaçı Ucar Rayon Məhkəməsində mülki iş üzrə hüquqlarının müdafiəsi ilə bağlı ## ######## 2025-ci il tarixli, EM-****VK*****/**** saylı müqavilə üzrə (marka və xidmət haqqı ilə birlikdə) 426 manat məbləğində xidmət haqqı ödənilmişdir Işdə olan ## ### 2006-cı ildə verilmiş AA seriyalı, ****** nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı məcburi köçkündür. Işdə olan şəxsin fərdi məlumatlarından görünür ki, iddiaçı, Qubadlı rayonu, Fərcan kəndində qeydiyyatdadır. Işdə olan şəxsin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar rayonu, Məlikballı kəndində qeydiyyatdadır.

8. Qətnаmədən nаrаzı qаlаn iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

9. Iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, mülki-hüquq subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə bu normanı nəzərə almamış, qarşı tərəf olan iddiaçının hüquqlarını həqiqətən də vicdanla yerinə yetirib-yetirməməsinə heç bir hüquqi qiymət verməmişdir. Əsassız varlanan o şəxs(varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin ( məhrum olanın) hesabına əmlak əldə etsin. Iş materiallarında olan tərəflər arasındakı yazışmalardan və cavabdehə məxsus olan səs yazısından da görünür ki, iddiaçı cavabdehə 150000(yüz əlli min) manat pul vermiş, cavabdeh bu puldan ümumilikdə 140000(yüz qırx min) manat pul iddiaçıya qaytarmamışdır. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmədə iddia tələbi bu yöndə olmuş, məhkəməyə tərəflər arasında pul alış-verişinin olmasını təsdiq edə sübutlar iddiaçı tərəfindən təqdim edilmiş, məhkəmə tərəflərdən isə həmin sübutlar cavabdehin pul məbləğinin qaytarması kimi şərh edilmişdir. Birinci instansiya məhkəməsi ədalət mühakiməsi funksiyasını düzgün və dolğun şəkildə yerinə yetirməmiş, maddi və prossesual hüquq pozuntularına yol verərək qətnamə qəbul etmişdir. Göstərilən hallar aydınlaşdırılmadan, iş üzrə obyektiv, tam, hərtərəfli araşdırmanın aparılması, habelə qanuni və əsaslı qətnamənin qəbul edilməsi mümkün deyi.

10. Ona görə də, Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilib iddianının tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Iddiaçı İddiaçı və cavabdeh Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər.

13. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

14. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil Ucar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Konstitusiyası: 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. Icranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2026-cı il tarixli Qərarı.

18. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.4-cü maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

22. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

23. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

24. Iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, həmçinin maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

26. Iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qismən əsaslıdır.

27. Iddiaçı apellyasiya şikayətində, eyni zamanda kollegiyanın iclasında göstərmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən birinci instansiyası məhkəməsinə təqdim etilmiş “whatsapp” proqramı ilə aparılmış yazışmalar və diskdə olan səs yazıları mülki işin icraatına qəbul edilərək qərəzli olaraq hüquqi qiymət verilməmiş, diskdə olan səs yazısına isə ümumiyyətlə məhkəmə iclasında qulaq asılmamışdır.

28. Işdə olan və məhkəmə kollegiyasının iclasında qulaq asılmış diskdə mövcud olan səs yazısından müəyyən edilir ki, tərəflər arasında baş vermiş danışıq zamanı cavabdeh Cavabdeh 150000 manat borcun 10000 manatını qaytardığını, 140000 manatının qaldığını etiraf etmiş və hər ay 7000 manat olmaqla 20 aya qalan borcunu da ödəməyə razı olduğunu bildirmişdir.

29. Bundan başqa, işdə olan və iddiaçı tərəfindən təqdim edilmiş “whatsapp” proqramı ilə aparılmış yazışmalardan görünür ki, +************ telefon nömrəsi (SMS xəbərdarlığın AZEMIS vasitəsi ilə göndərilməsi barədə BILDIRIŞ-dən göründüyü kimi cavabdeh Cavabdeh məxsus) ilə iddiaçı arasında müxtəlif sayda yazışmalar aparılmış, həmin yazışmalardan aydın olur ki, iddiaçı 150 min manatını tələb edir (səh.24-30), cavabdeh isə pulun tez bir zamanda qaytarılacağını, əks təqdirdə əmlakı (torpağı) satıb, iddiaçının onda bir qəpiyin qalmayacağına vəd vermişdir.

30. Birinci instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd olunan “whatsapp” proqramı ilə aparılmış yazışmalara və diskdə olan səs yazılarına qiymət verilərkən, birinci instansiyası məhkəməsi həmin yazışmalarda və səs yazılarında iddiaçının tələbinin tam olaraq əsaslı olması müəyyən olunmadığını, yəni natamam olduğu kimi qəbul etmişdir.

31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır.

32. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2026-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və 60-cı maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1 və 337.1-ci maddələrinin hüquqi mahiyyəti və təyinatından irəli gələrək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsində nəzərdə tutulan borc müqaviləsinin yazılı forma tələbinin həmin Məcəllənin 329.1-ci maddəsi üzrə qanunla müəyyən edilmiş “başqa hal”a aid edilməsi üçün müvafiq dəyişikliklərin həyata keçirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqelərə əsasən məsələ qanunvericilik qaydasında həll edilənədək fiziki şəxslər (tərəflər) arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsi üzrə borc müqaviləsi və onun şərtlərinin tərəflərin hər hansı yazılı sübutlara istinad etməklə təsdiqlənməsi imkanı istisna edilməməlidir. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının 2-ci bəndi Qərar qüvvəyə mindikdən sonra fiziki şəxslər (tərəflər) arasında yaranacaq borc münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir.

33. Hazırda qüvvədə olan mülki qanunvericilikdə borc müqaviləsinə verilən anlayışda nəzərdə tutulmuş “öhdəsinə götürür” ifadəsi həmin müqavilənin “konsensual” olmasından xəbər verir. Göstərilənlərə əsasən müqavilənin bağlanması üçün pulun verilməsi tələb olunmur. Yazılı formada bağlanılmalı olan borc müqaviləsi şifahi formada bağlandığı və borc məbləğinin borcalana verildiyi hallarda borcun verilməsi faktı müqavilənin hansı formada bağlanmasından asılı olmayaraq müstəqil hüquqi fakt kimi çıxış edərək borcalandan borcun qaytarılmasını tələb etmək hüququnu yaradır.

34. Fiziki şəxslər (tərəflər) arasında mövcud etimada əsaslanan münasibətlər və ya digər səbəblərdən borc müqaviləsi Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan sadə yazılı formada (kağız üzərində və ya həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən maddi daşıyıcıda əks olunan elektron və ya digər texniki vasitələrin köməyi ilə) bağlanılmasa belə, mübahisə zamanı yazılı və digər sübutların (telefon danışıqları, elektron yazışmalar, ödəniş qəbzi, köçürmə sənədi, borcalanın etirafı və s.) borca dair iddianın təsdiq edilməsi üçün təqdim olunması tərəflərin hüquqlarının qorunması baxımından istisna olunmamalıdır.

35. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun mövgeyinə görə fiziki şəxslər (tərəflər) arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsi üzrə borc müqaviləsi və onun şərtlərinin tərəflərin hər hansı yazılı sübutlara istinad etməklə təsdiqlənməsi imkanı istisna edilməməlidir.

36. Həmçinin həmin qərarda məhkəmənin mövqeyi belə ifadə edilmişdir ki, mülki dövriyyədə ən çox müraciət edilən müqavilə növlərindən biri borc müqaviləsidir ki, bu müqaviləyə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür (Mülki Məcəllənin 739.1-ci maddəsi). ... odur ki, sırf yazılı formaya riayət edilməməsi səbəbindən tərəflər arasında faktiki yaranmış borc münasibətinin etibarsız hesab edilməsi və bununla da qanunvericilikdə müqavilə öhdəlikləri üçün nəzərdə tutulmuş hüquqi müdafiədən məhrum edilməsi müqavilə azadlığı, mülki dövriyyənin təmin edilməsi və mülkiyyət hüququnun müdafiəsi prinsipləri ilə uzlaşmır.

37. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür.

38. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. Iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

39. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmamışdır. Apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddia ərizəsində göstərilən dəlillərini təşkil edirdi və birinci instansiyası məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət verməmişdir.

40. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar tam və ətraflı araşdırılmamış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşmır.

41. Beləliklə, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən mаhiyyəti üzrə isə düzgün olmadığındаn iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən, yəni iddia tələbinin rədd edilmiş hissələrdə ləğv edilməli, ləğv edilmiş hissələrdə yeni qətnamə qəbul edilməlidir.

42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən, yəni iddia tələbinin rədd edilmiş cavabdeh Cavabdeh 106700 (yüz altı min yeddi yüz) manat pulun və vəkilin göstərdiyi hüquqi yardıma görə 324 (üç yüz iyirmi dörd) manat 67 (altmış yeddi) qəpik, cəmi 107024 (yüz yeddi min iyirmi dörd) manat 67 (altmış yeddi) qəpik məbləğində pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi hissələrində ləğv edilsin. Ləğv edilmiş hissələrdə yeni qətnamə qəbul edilməklə cavabdeh Cavabdeh 106700 (yüz altı min yeddi yüz) manat pul vəsaiti və vəkilin göstərdiyi hüquqi yardıma görə 324 (üç yüz iyirmi dörd) manat 67 (altmış yeddi) qəpik, cəmi 107024 (yüz yeddi min iyirmi dörd) manat 67 (altmış yeddi) qəpik məbləğində pul tutularaq iddiaçı İddiaçı ödənilsin. Cavabdeh Cavabdeh dövlət rüsumuna görə 240 (iki yüz qırx) manat 10 (on) qəpik məbləğində pul tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinin hesabına ödənilsin. Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan iddianın təmin edilmiş hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar