Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-389/2026 18.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı "torpaq sahəsindən payın naturada ayrılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: payın naturada ayrılması) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Mustafayev Etibar Mustafa oğlu və İsayev Elman Bəhruz oğlundan ibarət tərkibdə, Kərimli Amil Süleyman oğlunun katibliyi ilə, İddiaçının nümayəndə və vəkili Vəkil, Cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “torpaq sahəsindən payın naturada ayrılması” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “torpaq sahəsindən payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş Qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi ************ saylı çıxarışda qeyd edilmiş paylı mülkiyyətdə olan 0,3494 ha torpaq sahəsinin ona məxsus olan 1/3 hissənin, cavabdehlərə məxsus 2/3 hissəsindən naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun və cavabdehlərin paylı mülkiyyətlərində Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən torpaq sahələri vardır. Həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən Çıxarış da verilmişdir. Həmin torpaq sahəsində cavabdehlərin hərəsinin payı 1/3 hissədən ibarətdir. Torpaq sahələrini çıxarışa əsasən böldürmək üçün Daşınmaz Əmlakın reyestr xidmətinə müraciət etmişdir. Oradan ona rəsmi bölgü sxemi vermişdirlər ki, cavabdehlər razılıq verdiyi halda torpaq sahəsini notariusda imzanı təsdiq etdirməklə bölunə bilər, əks halda yalnız məhkəmə ilə böldürə bilər. Bölgü sxemini iddiaya əlavə edir. Bölgü sxemində göstərildiyi qaydada o və cavabdehlər həmin torpaq sahəsini naturada faktiki olaraq bölmüşlər və istifadə edirlər, hər biri özlərinə düşən hissəyə giriş-çıxış üçün ayrı-ayrılıqda darvazalar da qoymuşlar. Sərhəd çəkmişlər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, o, mübahisəli torpaq sahəsindən ona düşən paydan istifadə etmək istəyir. Lakin cavabdehlər onu torpaq sahəsinə girməyə imkan vermirlər və ona hədəqorxu gəlirlər. O, icra nümayəndəliyinə cavabdehləri şikayət etsə də, bunun heç bir nəticəsi olmamışdır. Bu səbəbdən o, hazırkı tələblə məhkəməyə müraciət etməli olmuşdur. İddiasının təmin edilməsini məhkəmədən xahiş edir. Həmçinin bildirir ki, bölgü vaxtı hazırkı sxem üzrə onun istifadəsində olan damın qarşı tərəfin torpaq payına düşməsinə və həmin damın sökülməsinə etiraz etmir.
4. Məhkəmə iclasında cavabdehlər cavabdeh2 və cavabdeh1 oxşar məzmunlu izahat verərək mütəxəssis rəyi üzrə bölünmənin düzgün aparılmadığını, ayrılmış torpaq sahəsinin giriş-çıxış məsələsinin öz aralarında həll edilməməsinin nəzərə alınmasını və bölgü vaxtı onlara düşən torpaqlardan yola müstəqil çıxışlarının təmin olunması mümkün olsa da, onlar iddiaçının həyətindən istifadə edərək evlərinə girib-çıxmaq istədiklərini bildirərək bu səbəbdən tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdirlər. Həmçinin bildirmişdirlər ki, orda 5 sot torpaq sahəsi vardır və həmin torpaq sahəsi də 34 sota əlavə edilməklə bölünməlidir. Qeyd edilən mütəxəssis rəyində göstərilən şəkildə bölgü aparılacağı təqdirdə onlar gərək hasarları söküb yola açılan yeni qapılar qoysunlar. Odur ki, bölgünün qeyd edilən şəkildə aparılmasına etiraz edirlər.
5. ##.##.2026-cı il tarixli məhkəmə iclasında mütəxəssis qsimində dindirilmiş X2 izahatında bildirmişdir ki, İddiaçı faktiki istifadəsində olan 0,1472 ha torpaq sahəsindən 0,0308 ha hissə payın digər mülkiyyətçilərin faktiki istifadələrində olan torpaq sahələrinə birləşdirilməklə tərəflərin hər birinin payının 0.1164 ha olmaqla bərabərləşdirərək naturada bölünməsinin mümkün olan vəziyyəti tərtib edilmiş yerquluşu planında göstərilmişdir. Qeyd edir ki, bu bölgüdə hər bir tərəf üçün giriş-çıxış yolu nəzərdə tutulmuş, bölgü üçün hər hansı maneə müəyyən edilməmişdir.
6. Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim V.Məmmədov), iddia ərizəsinin təmin edilməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, ##.##.2023-cü il qeydiyyat tarixli çıxarışda qeyd edilmiş 0,3494 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçı İddiaçı payına düşən 1/3 hissə, cavabdehlər cavabdeh2 və cavabdeh1 payına düşən 2/3 hissədən ayrılması, iİddiaçının payının naturada ayrılması ## ###### 2025-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planına uyğun aparılması, dövlət rüsumu olaraq ödənilmiş 100 (bir yüz) manatın iddiaçıya aid edilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən ##.##.2023-cü il tarixdə verilmiş ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0.3494 ha həyətyanı torpaq sahəsi 1/3 hissə paylarla İddiaçı, cavabdeh1 və cavabdeh2 mülkiyyətindədir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
8. Məhkəmə cavabdehlərin onlara ayrılmış torpaq sahəsinin giriş-çıxış məsələsinin həll edilməməsi, bununla da paylarına düşən torpaq sahəsindən istifadə hüquqları məhdudlaşdırılmaqla, faktiki olaraq onların mülkiyyət hüququnun pozulmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, tərəflərin paylı mülkiyyətlərində olan torpaq sahələrindən iddiaçının payının naturada ayrılmasının mümkünlüyü məsələsinin dəqiqləşdirilməsi məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, alınmış mütəxəssis rəyləri iş materiallarına əlavə edilmişdir.
9. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Zaqatala ərazi idarəsi tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli mütəxəssis rəyində görünür ki, İddiaçı faktiki istifadəsində olan 0.1472 ha torpaq sahəsindən 0.0308 ha hissə payın digər mülkiyyətçilərin faktiki istifadələrində olan torpaq sahəsinə birləşdirilməklə tərəflərin hər birinin payının 0.1164 ha olmaqla bərabərləşdirilməklə naturada bölgüsünün mümkün olan vəziyyəti tərtib edilmiş yerquruluş planında göstərilmişdir.
10. Ayrılacaq hər bir pay sahibinə aid torpaq sahəsinin sərhədlərinin döngə nöqtələrinin koordinatları və naturada ölçüləri tərib edilmiş yerquruluşu planlarında göstərilmişdir.
11. Həmin mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planlarından göründüyü kimi tərəflər İddiaçı, cavabdeh1 və cavabdeh2 ayrılan hissələr tam təcrid olunmuş şəkildədir və həmin sahələrə müstəqil giriş-çıxış yolu mövcuddur.
12. Beləliklə mütəxəssis rəyi ilə bölgünü aparılması və ayrılacaq torpaq sahəsinə gediş-gəlişin təmin edilməsi mümkün olmuşdur.
13. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasinin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Zaqatala Ərazi İdarəsi tərəfindən ## ###### 2025-ci il tarixdə verilmiş mütəxəssis rəyinin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir.
14. Məhkəmə izah edir ki, mütəxəssis rəyi yazılı sübutlardan olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasalar da, həmin rəydə əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
15. Məhkəmə cavabdehlərin mübahisəli torpaq sahəsinin qonşuluğunda olan digər torpaq sahəsinin ona əlavə edilməklə bölgünün aparılmasına dair dəlilinə münasibətdə qeyd edir ki, cavabdehlər bununla bağlı hər hansı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etməmişdir. Hazırda həmin tələbə məhkəmən baxılması mümkün deyildir. Cavabdehlər bununla bağlı ayrıca iddia tələbi ilə məhkəməyə müraciət edə bilərlər.
16. Mövcud vəziyyətdə məhkəmə mütəxəssis rəyini və işin müəyyən edilmiş hallarını müqayisə edərək qeyd edir ki, mütəxəssis cavabdehlərin istifadəsində olan fərdi yaşayış evlərinin onların faktiki istifadələrinə saxlamaqla müvafiq bölgünün yeganə mümkün qaydasını göstərmişdir. Yalnız bu halda torpaq sahəsinin təyinatına tənasübsüz zərər vurmadan bölgünün mümkün olması, həmçinin paylı mülkiyyətdə olan torpaq sahəsindən iddiaçının payının naturada ayrılmasının mülkiyyətin digər mülkiyyətçilərinin əsaslı mənafelərinə qanunsuz müdaxiləyə səbəb olmaması müəyyən edilmişdir.
17. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının öz payının naturada ayrılmasını tələb etmək hüququ vardır və payların naturada ayrılması mümkündür. Cavahdehlərinin hazırkı iddia tələbinə etiraz qismində irəli sürdükləri arqumentlər isə torpağın bölünməsinə süni maneələr olmaqla payların ayrılmasından yayınmaq məqsədi daşıyır.
18. Odur ki, iddia tələbi təmin olunmalı, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən tərəflərin paylı mülkiyyətində olan 0.3494 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçının payına düşən 1/3 hissə naturada ayrılmalıdır.
19. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, payın naturada ayrılması ## ###### 2025-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planına uyğun aparılmalıdır. Məhkəmə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu tələb olunmadığından həmin xərc iddiaçının özünə aid edilməlidir.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsi, 29-cu maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 213.2, 215.1, 220.1, 220.2, 220.3-cü maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ##### 2014-cü il tarixli Qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə ## ###### 2024-cü il tarixli qərardadı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 14.2, 77.1, 97.2, 191.3, 103.1, 217.3, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
21. Qətnamədən narazı qalan cavabdehlər cavabdeh2 və cavabdeh1 apellyasiya şikayəti vermişlər.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Zaqatala Ərazi İdarəsi ## #### 2025-ci il tarixli mütəxəssis rəyində torpaq sahəsinin naturada ayrılmasının mümkün olmadığını qeyd etdiyi halda, heç bir yeni hal yaranmasına baxmayaraq ## ###### 2025-ci il tarixli mütəxəssis rəyində torpaq sahəsinin naturada ayrılmasının mümkün olması vəziyyəti barədə yerquruluşu planını məhkəməyə təqdim etmişdir.
23. Daşınmaz əmlakın naturada bölünməsinin mümkün olub-olmamasını müəyyən etmək “Əsasnaməsinə” əsasən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətinə aid olan məsələ deyildir. Daşınmaz əmlakın naturada bölünməsinin mümkün olub-olmaması ilə bağlı ekspert rəyi verilməlidir və həmin rəyi vermək səlahiyyəti də qüvvədə olan qanunvericiliyə əsasən Məhkəmə Ekspertiza Məhkəməsinin səlahiyyətlərinə aiddir. Hansı ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 24.Birinci instansiya məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir.
25. Odur ki, Zaqatala Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
27. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətlərinin təmin edilməsi, Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək, apellyasiya şikayətlərinin təmin edilməməsi, Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
29. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Zaqatala ərazi idarəsinin mütəxəssisi X4 izahatında göstərmişdir ki, Zaqatala Rayon Məhkəməsinə təqdim olunmuş birinci mütəxəssis rəyində payların hər birinin eyni ölçüdə ayrılması mümkün olmadığı qeyd olunmuşdur. 1/3 hissədə faktiki istifadə olunan qaydada torpaq sahələri bir tərəfə 0.11 ha, bir tərəfə 0.14 ha, digərinə isə 0.11 ha düşür. Tərəflərin hər birinə 0.11 ha düşməsi mümkün deyil. Torpaq sahəsinin aralarında müəyyən sərhədlər var. İddiaçıya 0.1164 ha payın ayrılması mümkündür. Birinci rəydə qeyd etmişlər ki, paylı mülkiyyətdə olan mübahisəli 0,3494 ha torpaq sahəsinin 0.1104 ha hissəsini cavabdeh2, 0.1472 ha hissəsini İddiaçı, 0.011 ha hissəsini isə cavabdeh1 istifadə edir. Zaqatala Rayon Məhkəməsi yenidən mütəxəssis qarşısında sual qoyaraq İddiaçı faktiki istifadəsində olan 0.1472 ha torpaq sahəsindən 0.0308 ha hissə payın digər mülkiyyətçilərin faktiki istifadələrində olan torpaq sahələrinə birləşdirilməklə tərəflərin hər birinin payının 0.1164 ha olmaqla bərabərləşdirərək naturada bölünməsinin mümkün olub-olmaması qeyd olunmuşdur. Sözügedən torpaq sahəsinin üzərində bir neçə tikili var. Tikililər faktiki istifadədə olan qaydada saxlanılmaqla hər birinin payının ayrılması mümkündür. Yəni sərhəd dəyişikliyi olmaq şərti ilə hər birinin istifadəsində olan tikililər saxlanıla bilər.
30. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Zaqatala ərazi idarəsinin mütəxəssisi X2 da X4 ilə eyni məzmunlu izahat verərək eyni xüsusatları göstərdi.
31. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iddiaçı İddiaçı, cavabdehlər cavabdeh2 və cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
32. Azərbaycan Respublikası Konstitusiyasının; 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (MM-nin 213.3). 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. (MM-nin 215.6.-cı maddəsi). 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ##### 2014-cü il tarixli Qərarına əsasən mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər.
35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə ## ###### 2024-cü il tarixli Qərardadının 20-ci bəndinə əsasən əşya üzərində mülkiyyət hüququndakı payın ayrılması isə bütün hallarda ümumi paylı mülkiyyət hüququna xitam verilməsi ilə nəticələnmir. Bu baxımdan əşyanın bölünməsi halından fərqli olaraq, payın ayrılması halı üçün Mülki Məcəllənin 220.2-220.6-cı maddələrində payın naturada ayrılması, bu mümkün olmadıqda kompensasiya ödənilməklə paya xitam verilməsi və əşyanın açıq hərracdan satışından ibarət üç ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Bu zaman həmin ardıcıllıq gözlənilməklə payın naturada ayrılması baş tutduqda yalnız ayrılan şəxs(lər) ümumilikdən çıxaraq fərdi mülkiyyətçiyə çevrilir, bu mümkün olmadıqda isə kompensasiya ödənilməklə yalnız həmin şəxs(lər)in əşya üzərində mülkiyyət hüququna xitam verilir. Ayrılmayan iki və ya daha artıq payçı isə ümumi paylı mülkiyyət vəziyyətində qalmaqda davam edirlər. Məsələn, üç payçıdan birinin və ya dörd payçıdan ikisinin ayrılmaq istədiyi halda payın ayrılmasına dair prosedur tətbiq edilir. Yalnız əşyanın açıq hərracdan payçı olmayan digər şəxslərə satılması halında əvvəlki həmmüllkiyyətçilərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilmiş olur.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
37. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
40. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
41. Apellyator Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)- ***/**** nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, prosessual hüquq normalarının tələbləri pozulmuş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir.
44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
45. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi ##.##.2023-cü il olan Çıxarışa əsasən Zaqatala rayonunun Əliabad qəsəbəsində yerləşən 0,3494 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə payı 1/3 hissə olmaqla İddiaçı, payı 1/3 hissə olmaqla cavabdeh1 və payı 1/3 hissə olmaqla cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.Tərəflər paylı mülkiyyətdə olan əmlakdan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilməmişlər və mütəxəssis rəyləri ilə müəyyən edilmişdir ki, iddiaçının payının paylı mülkiyyətdən ayrılması texniki cəhətdən mümkün deyildir.
46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Zaqatala Ərazi İdarəsi ## #### 2025-ci il tarixli mütəxəssis rəyində torpaq sahəsinin naturada ayrılmasının mümkün olmadığını qeyd etdiyi halda, heç bir yeni hal yaranmadan ## ###### 2025-ci il tarixli mütəxəssis rəyində torpaq sahəsinin naturada ayrılmasının mümkün olması vəziyyəti barədə yerquruluşu planını məhkəməyə təqdim etməsi, birinci instansiya məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaması, işdə olan sübutlara düzgün hüquqi qiymət verməməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi mütəxəssis rəylərində qeyd edilənləri səhv təfsir etməklə, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ##.##.2023-cü il tarixli, ************ reyestr, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən paylı mülkiyyətdə olan əmlakdan iddiaçının payının naturada ayrılmasının mümkün olub-olmaması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *-**-*-**/*-****/**** saylı və ##.##.2025-ci il tarixli *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyləri arasında olan ziddiyyəti araşdırmadan iddianın təmin edilməli olması qənaətinə gəlmiş, beləliklə iş üzrə düzgün və hərtərəfli məhkəmə araşdırılmasını təmin etməmişdir.
47. Belə ki, işdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRK və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Ərazi İdarəsi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi ##.##.2023-cü il olan çıxarışa əsasən tərəflərin paylı mülkiyyət hüququ üzrə mülkiyyətlərində olan Zaqatala rayonun Əliabad qəsəbəsində yerləşən 0.3494 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçı İddiaçı payına düşən 1/3 hissə payın cavabdehlər cavabdeh2 və cavabdeh1 hər birinin payına düşən 1/3 hissədən (birlikdə 2/3 hissə) ayrılaraq naturada bölünməsi həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evləri mövcud olduğuna görə hər birinin payına düşən 1/3 hissənin ayrılması mümkün olmamışdır. Torpaq sahəsində yerləşən fərdi yaşayış evləri bölündükdən sonra torpaq sahəsinin hər birinin payına düşən 1/3 hissə bölgüsünə baxıla bilər. Həmin 0.3494 ha torpaq sahəsindən fiziki sərhədlər daxilində 0.0889 ha hissəsini X5, 0.1133 ha hissəsini X1 və 0.1472 ha hissəsini isə İddiaçı naturada istifadə edirlər. İddiaçı tərəfindən təklif olunan naturada bölgü planında göstərilən cizgilərin hüdudları daxilində 0.3494 ha torpaq sahəsinin hər birinin payına düşən 1/3 hissədə 0.1164 ha torpaq sahəsi düşməli olduğuna görə ancaq özlərinin naturada fiziki sərhədlər daxilində fərqli ölçüdə torpaq sahələrindən istifadə edirlər. Torpaq sahələrinin faktiki fiziki sərhədlər daxilində naturada istifadə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.
48. İşdə olan Azərbaycan Respublikasinin İqtisadiyyat Nazirliyi Yaninda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Zaqatala Ərazi İdarəsinin *-**-*-**/*-****/**** saylı, ## ###### 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı faktiki istifadəsində olan 0.1472 ha torpaq sahəsindən 0.0308 ha hissə payın digər mülkiyyətçilərin faktiki istifadələrində olan torpaq sahəsinə birləşdirilməklə tərəflərin hər birinin payının 0.1164 ha olmaqla bərabərləşdirilməklə naturada bölgüsünün mümkün olan vəziyyəti tərtib edilmiş yerquruluş planında göstərilmişdir.
49. Məhkəmə kollegiyasının ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadı əsasında Azərbaycan Respublikasinin İqtisadiyyat Nazirliyi Yaninda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli, *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş ##.##.2023-cü il tarixli, ************ nömrəli Çıxarışa əsasən Zaqatala rayonunun Əliabad qəsəbəsində yerləşən 0.3494 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçı İddiaçı 1/3 hissədə payının naturada ayrılmasının mümkün olan 0.1164 ha torpaq sahəsinin yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçı İddiaçı 1/3 hissədə payının naturada ayrıldığı halda mübahisələndirilən 0,3494 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən özlərinin istifadəsində olan fərdi yaşayış evləri cavabdehlər və iddiaçının faktiki istifadə etdikləri torpaq sahələrinin hüdudları daxilində qalır. Ancaq köhnə mal tövləsinin 35 kv.m hissəsi İddiaçı və qalan 55 kv.m hissəsi isə cavabdehə düşür.
50. Kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsinin üzərində bir neçə tikili (fərdi yaşayış evləri, tövlə və.s) mövcuddur və həmin tikililər isə dövlət qeydiyyatına alınmamışdır.
51. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRK və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Ərazi İdarəsi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi ##.##.2023-cü il olan çıxarışa əsasən tərəflərin paylı mülkiyyət hüququ üzrə mülkiyyətlərində olan Zaqatala rayonun Əliabad qəsəbəsində yerləşən 0.3494 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçı İddiaçı payına düşən 1/3 hissə payın cavabdehlər cavabdeh2 və cavabdeh1 hər birinin payına düşən 1/3 hissədən (birlikdə 2/3 hissə) ayrılaraq naturada bölünməsi həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evləri mövcud olduğuna görə hər birinin payına düşən 1/3 hissənin ayrılması mümkün olmamışdır. Torpaq sahəsində yerləşən fərdi yaşayış evləri bölündükdən sonra torpaq sahəsinin hər birinin payına düşən 1/3 hissə bölgüsünə baxıla bilər.
52. Həmçinin məhkəmə kollegiyasının ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadı əsasında Azərbaycan Respublikasinin İqtisadiyyat Nazirliyi Yaninda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli, *-**-*- **/*-****/**** saylı mütəxəssis rəyindən görünür ki, mübahisəli torpaq sahəsinin üzərində yerləşən tikililərin bərabər şəkildə ayrılması mümkün deyildir, həmçinin cavabdehlər bölgünün mütəxəssis rəylərində göstərilən şəkildə (qeyri-bərabər) iddiaçının payının ayrılmasına etiraz edir. 53.Kollegiya hesab edir ki, göstərilən vəziyyətdə birinci instansiya məhkəməsinin hazırkı iş üzrə iddia tələbinin təmin edilməsinə dair gəldiyi nəticə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir. Həmçinin tərəflərin mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir.
54. Kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
55. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
56. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
57. Məhkəmə kollegiyası apellyasiya şikayətinin daşınmaz əmlakın naturada bölünməsinin mümkün olub-olmamasının müəyyən olunması “Əsasnaməyə” əsasən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətinə aid olan məsələ olmaması, daşınmaz əmlakın naturada bölünməsinin mümkün olub-olmaması ilə bağlı ekspert rəyi verilməli olması, həmin rəyi vermək səlahiyyəti də qüvvədə olan qanunvericiliyə əsasən Məhkəmə Ekspertiza Məhkəməsinin səlahiyyətlərinə aid olmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir.
58. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ## ####### 2025-ci il tarixli “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatdan görünür ki, xidmət dövlət orqanı kimi rəy vermək səlahiyyətinə malikdir və həmin rəylər dövlət orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən qərar qəbul edilməsi üçün əsas hesab oluna bilər. Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən GPS naviqasiya sistemi vasitəsi ilə ölçü işləri apardıqdan sonra, xəritə materialları və elektron baza məlumatlarına əsasən mütəxəssis rəyi tərtib edilir. Belə olan şəraitdə məhkəmə ekspertin tədqiqata, o cümlədən yerli baxışda iştiraka cəlb edilməsi formal xarakter daşıyır və mərkəzdə elektron baza məlumatları olmadığına görə ekspert özünün xüsusi bilikləri əsasında hər hansı bir tədqiqat aparmır.
59. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən ekspert rəyinin alınmamasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
60. Göründüyü kimi qanunverici mülki iş üzrə ekspertiza təyin edilib-edilməməsini məhkəmənin üzərinə bir vəzifə olaraq qoymamışdır. Ona hüquq kimi tanımışdır. Birinci instansiya məhkəməsi araşdırma zamanı məhkəmə tikinti texniki ekspertizası təyin etmiş, mübahisəyə dair mütəxəssislərin də rəyi alınmışdır.
61. Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.
62. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.
63. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tikinti-texniki ekspertizasına dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli və ## ###### 2026-cı il tarixli, *-**-*-**/*- ****/**** saylı mütəxəssis rəyləri nəzərdən keçirilərkən müəyyən olunur ki, həmin rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir.
64. Mütəxəssis rəyləri ilə tərəflərin paylı mülkiyyətlərində olan torpaq sahəsinin üzərində tikililər mövcud olduğu üçün iddiaçının payının naturada ayrılmasının texniki cəhətdən mümkün olmaması müəyyən edildiyi halda, birinci instansiya məhkəməsi yanlış olaraq, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ##.##.2023-cü il tarixli, ************ reyestr, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən paylı mülkiyyətdə olan əmlakdan iddiaçının payının naturada ayrılması qənaətinə gəlmişdir.
65. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən apellyasiya şikayətinin dəlilləri ilə razılaşıraraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən maddi və prosessual hüquq normalarını pozduğundan, iddianın təmin olunması ilə bağlı məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmadığından və məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilmədiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
66. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə ## #### 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir.
67. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
68. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin təmin edilməsinə və qətnamənin ləğv olunmasına əsas olan hallar müəyyən edilmişdir.
69. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə ## ###### 2024-cü il tarixli Qərardadının 31-ci bəndində göstərilmişdir ki, göstərilənləri nəzərə alaraq, məhkəmə tərkibi hesab edir ki, iddia tələbinin hansı formada ifadə olunmasından asılı olmayaraq, qaldırılan iddianın predmeti ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya payın ayrılmasından ibarət olduğundan, məhkəmə hər bir halda həmin tələbin qanuni əsasını təşkil edən maddənin dispozisiya şərtlərinə uyğun olaraq mübahisənin qanunla müəyyən edilmiş ardıcıllıq gözlənilməklə hər bir mərhələ üzrə həll edilməsinin mümkünlüyünü aydınlaşdırmalıdır. Bu, məhkəmənin qanundan irəli gələn xidməti vəzifəsi olmaqla, tələbdən kənara çıxma kimi qiymətləndirilə bilməz.
70. Həmin Qərardadın 32-ci bəndində göstərilmişdir ki, beləliklə, iddia tələbləri natamam olduqda və ya aydın olmadıqda məhkəmə MPMin 14.1 və 167.1-ci maddələrinə əsasən tərəflərlə bu iddiaların predmeti, həmin predmet çərçivəsində araşdırmanın qanunla müəyyən edilmiş məcburi mərhələləri barədə müzakirə aparmalı, bunların hüquqi nəticələrini tərəflərə izah etməli və tələb üzrə yekun arzu olunan nəticənin nədən ibarət olmasını dəqiqləşdirməlidir.
71. Məhkəmə kollegiyası qeyd etməyi vacib hesab edir ki, iş materiallarından, iddiaçının iddia tələbi üzrə yekun arzu etdiyi nəticənin paylı mülkiyyətdə olan əmlakdan payının naturada ayrılmasından ibarət olması müəyyən edilmişdir.
72. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı "torpaq sahəsindən payın naturada ayrılması” tələbinə dair iddiası təmin edilməməlidir.
73. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı "torpaq sahəsindən payın naturada ayrılması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 (bir yüz ) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.