Məhkəmə qərarları › İş №e-2(3-10)-411/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-10)-411/2026

19.05.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-2(3-10)-411/2026 19.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh Cavabdeh qarşı “daşınmaz əmlak obyektinin qanunsuz sahibdən geri alınması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayəti verilməsi müddətinin bərpası üçün əsasın olmaması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, Iddiaçı Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh Cavabdeh qarşı “daşınmaz əmlak obyektinin qanunsuz sahibdən geri alınması” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti verməsi üçün buraxılmış prosessual müddətin bərpası ilə bağlı cavabdeh Cavabdeh ərizəsinin təmin edilməsi barədə Qəbələ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** saylı qərаrdаdındаn mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Iddiaçı AR IN Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh Cavabdeh qarşı daşınmaz əmlak obyektinin qanunsuz sahibdən geri alınması tələbi barədə iddia qaldıraraq dövlət mülkiyyətində olan Qəbələ şəhəri, M.Abduyev küçəsində yerləşən 1 mərtəbəli, 197,2 kv/m qeyri-yaşayış sahəsinin (registr nömrəsi: 4**********-000) cavabdeh tərəfindən boşaldılması və geri alınaraq AR IN ƏMDX-nə təhvil verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin (hakim Ülvi Qənbərov) ## ####### 2025-ci il tarixli, e- *(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbinin təmin olunması, Qəbələ rayon Icra Hakimiyyətinin balansında olan Qəbələ şəhəri, Muxtar Abduyev küçəsində, 1 mərtəbəli tikilidə (registr nömrəsi: 4**********-000) yerləşən ümumi sahəsi 197,2 kv/m olan qeyriyaşayış binasının cavabdeh Cavabdeh tərəfindən boşaldılması və geri alınıb iddiaçı AR IN Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi qət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ## ####### 2025-ci il tarixdə buna dair müşaiyətedici məktuba imza etdirilməklə şəxsən cavabdeh Cavabdeh təqdim edilmişdir. Həmin qətnamədən cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixdə apellyasiya şikayəti vermiş, lakin qanunla müəyyən edilmiş formada verilmədiyindən və dövlət rüsumu ödənilmədiyindən apellyasiya şikayəti Qəbələ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qərardadı ilə geri qaytarılmışdır. ##.##.2025-ci il tarixdə cavabdeh Cavabdeh apellyasiya şikayətini yenidən qanunla müəyyən edilmiş formaya əməl etmədən (AR MPM-nin * saylı əlavəsinə uyğun olmadan) verərək şikayətə ötürülmüş prosessual müddətin bərpası barədə ərizə əlavə etmiş, Qəbələ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qərardadı ilə şikayət geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh tərəfindən verilmiş şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən Qəbələ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qərardadı ilə geri qaytarılmışdır. ##.##.2026-cı il tarixdə cavabdeh Cavabdeh Qəbələ Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsindən yenidən apellyasiya şikayəti vermiş və şikayətə apellyasiya şikayəti vermə müddətinin bərpasına dair ərizə əlavə etmişdir. Qəbələ Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, istinad edilən konkret faktlar və onları təsdiq edən sübutlar, o cümlədən məhkəmə aktının düzgün hesab edilmədiyi konkret əsaslar göstərilmədiyindən və AR MPMnin * saylı əlavəsinə uyğun formada tərtib edilmədiyindən Qəbələ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qərardadı ilə geri qaytarılmışdır. ##.##.2026-cı il tarixdə cavabdeh Cavabdeh Qəbələ Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)- ****/**** saylı qətnaməsindən yenidən apellyasiya şikayəti verərək şikayətə apellyasiya şikayəti vermə müddətinin bərpasına dair ərizə əlavə etmiş və şikayət Qəbələ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qərardadı ilə geri qaytarılmışdır. Iş üzrə cavabeh Cavabdeh ##.##.2026-cı il tarixdə apellyasiya şikayətini yenidən məhkəməyə təqdim etmiş və şikayətə ötürülmüş prosessual müddətin bərpası barədə ərizə əlavə etmişdir. Qəbələ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** saylı qərаrdаdı ilə ərizə təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)- ****/**** saylı qətnaməsindən iş üzrə cavabdeh Cavabdeh apellyasiya şikayəti vermə müddəti bərpa olunmuş və apellyasiya şikayətinin apellyasiya qaydasında baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Qəbələ Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsindən cavabeh Cavabdeh apellyasiya şikayəti vermə müddətini ötürməsi ##.##.2025-ci il, ##.##.2025-ci il, ##.##.2026-cı il, ##.##.2026-cı il tarixlərdə apellyasiya şikayəti verməsi və həmin şikayətlərin qanunvericilikdə nəzərdə tutulan qaydada tərtib olunmadığına görə geri qaytarılması ilə əlaqədar olduğundan üzrlü səbəbdən baş vermişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs həmin qərardaddan şikayət vermişdir. Qəbələ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** saylı qərаrdаdı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. X2 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin elektron kabinetinin olub olmamasını və nədənsə onun qərardadı əlbəəl almasını əsas gətirərək və həmçinin 4 apellyasiya şikayətindən sonra 5 ay sonra prosessual müddət üzürlü hesab edilməklə ərizə təmin etmişdir. Halbu ki, cavabdehin elektron kabineti olmuş və hətta elektron kabinet vasitəsi ilə əvvəlki işlərdə şikayətlər vermis və bundan əlavə şikayətin elektron kabinet vasitəsi ilə verilməsini belə bilmişdir. Ən vacibi isə elə ilk geri qaytarma qərardadında da məhkəmə apellyasiya şikayətinin electron verilməsini bildirsə də 3 sonrakı şikayət yenə də poçtla əlbəəl verilmişdir. Təbii ki, cavabdeh işi uzatmaq üçün bu yollara əl atmış və nəticə etibarı qətnamənin apellyasiyada və ya ali məhkəmədə dəyişilməyəcəyini bildiyindən məhkəmə dövründə əmlakdan istifadəni davam etditməsi üçün bu yolu seçmişdir. Iş üzrə cavabdeh Cavabdeh Qəbələ Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsinin surətini ##.##.2025-ci il tarixdə alaraq (halbuki, özü və elektron kabinet deyir ##.##.2025-ci ildə alıb) ##.##.2025-ci il, ##.##.2025-ci il, ##.##.2026-cı il, ##.##.2026-cı il tarixlərdə apellyasiya şikayəti vermiş, lakin apellyasiya şikayətləri məhkəmə tərəfindən geri qaytarılmışdır. ##.##.2025-ci il tarixli apellyasiya şikayətini elektron verilmədiyindən, MPM-ə uyğun olmadığından və rüsum ödəmədiyindən ##.##.2025-ci il tarixli qərardadla məhkəmə geri qaytarmışdır. Qərardadı almışdır. ##.##.2025-ci il tarixli apellyasiya şikayətini elektron verilmədiyindən, MPM-ə uyğun olmadığından ##.##.2026-ci il tarixli qərardadla məhkəmə geri qaytarmışdır. Məhkəənin məhz ##.##.2026-cı il tarixli qərardadından cavabdeh ##.##.2026-ci il tarixdə şikayət verir ki, qərardad ləğv edilsin. Məhkəmə həmin şikayətdə MPM-ə uyğun tərtib edilmədiyindən ##.##.2026-cı il tarixli qərardadla şikayəti geri qaytarılır. Bu qərardadı da cavabdeh alır və Şəki Apellyasiyaya və digər yerlərə məhkəmənin hakimindən şikayət yazır. ##.##.2026-cı il apellyasiya şikayətini elektron verilmədiyindən, MPM-ə uyğun olmadığından ##.##.2026-ciil tarixli qərardadla məhkəmə geri qaytarmışdır. Yenə də elektron verilmədiyindən və MPM-in * saylı əlavəsinə uyğun olmadığından. ##.##.2026-cı il il apellyasiya şikayətini elektron veriir lakin MPM-in * saylı əlavəsinə uyğun vermədiyindən ##.##.2026-ci il tarixli qərardadla məhkəmə geri qaytarmışdır. Nədənsə ##.##.2026-ci il tarixdə cavabdeh birdən deyir ki, yox məhkəmə elə düz deyir bu elektron verilməlidir və o, bilməmişdir deyə onu üzürlü hesab etsin, müddəti bərpa etsin və apellyasiya şikayəti Şəkiyə göndərilsin. Məhkəmə də bu qədər yazı pozu, əsaslı qərardadları və ən vacibi MPM-ni, məhkəmə təcrübəsi ilə bağlı vahid məhkəmə mövqeyini qırağa qoyub prosessual müddəti bərpa etmişdir. Bu şəxs noyabr ayından bilirdi ki, şikayət elektron verilməlidir və xsusi formaya uyğun verilməlidir. Lakin bunu etməmişdir. Buna da cavabdehin niyyəti olmuşdur ki, işi uzatsın və kifayət qədər vaxt qazansın. Indi də məhkəmə onun üçün belə şəraiti yaratmış olmuşdur. Cavabdeh şikayətin necə verildiyini 2022-ci ildən bilmiş və elektron kabineti belə olmuşdur. Qəbələ Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası ərizəsinə baxarkən MPM-in müddəalarını əsas götürməmişdir. Belə ki, qətnamə elektron kabinetə yüklənən gündən 30 gün ərizində şikayət verilməli idi. Cavabdeh isə 5 ay dalbadal eyni səhvlərlə şikayət vermiş və bununlada məhkəmədən buraxılmış müddətin üzürlü hesab edilməsini xahiş etmişdir. Halbu ki, üzürlü hallar ümumiyyətlə müəyyən olunmur. Çünki şəxsə hər dəfə eyni formada şikayət vermiş və eyni formada qərardadla geri qaytarılmışdır. Odur ki, Qəbələ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** saylı qərardadının ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etmişdir. Iş materiallarından müəyyən olunur ki, cavabdeh Cavabdeh Qəbələ Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsini ## ####### 2025-ci il tarixdə Qəbələ Rayon Məhkəməsinin qətnamənin göndərilməsinə dair müşaiyətedici məktubuna imza etməklə, həmin tarixdə rəsmi qaydada almışdır. Cavabdeh Cavabdeh prosessual tələblərə riayət etməklə və müddətin bərpasına dair ərizə əlavə edilməklə sonuncu dəfə verdiyi apellyasiya şikayəti ## ###### 2026-cı il tarixdə elektron qaydada imzalanmaqla, həmin tarixdə birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Həmçinin şikayətinə əlavə etdiyi ərizəsində buraxılmış müddətin bərpa edilməsini də xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə görə müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Cavabdeh Qəbələ Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli 2(025)-1306/2025saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinə əlavə etdiyi, qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair ərizəsində müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilərək, bərpa edilməsini xahiş etsə də, onun tərəfindən vəsatətə qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsi üçün əsas ola biləcək heç bir sübut əlavə edilməmiş, vəsatətin məzmununda əksini tapmış fikirlər isə müddətin üzürlü hesab edilərək bərpa edilməsi üçün əsas təşkil etməmişlər. Belə ki, birinci instansiya məhkəməsi buraxılmış müddətin bərpasına dair ərizənin təmin edilməsi əsası kimi ##.##.2025-ci il, ##.##.2025-ci il, ##.##.2026-cı il, ##.##.2026-cı il tarixlərdə apellyasiya şikayətinin verilməsi, apellyasiya şikayətlərinin qanunvericilikdə nəzərdə tutulan qaydada tərtib olunmadığına görə geri qaytarılmasına istinad etsə də, şikayətin əvvəllər qanunvericilikdə nəzərdə tutulmuş forma tələblərinə riayət edilmədən verilməsi ötürülmüş prosessual müddətin bərpası üçün üzrlü hal kimi şərh edilə bilməz. Kassasiya şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-nın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi lenumunun ## ### 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MMnin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. “O.Hüseynovun şikаyəti üzrə məhkəməyə mürаciət hüququnun pozulmаsınа dаir” iş üzrə ## #### 2007-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsinin Plenumunu göstərmişdir ki, mülki prosessuаl qаnunvericilik məhkəmə qətnаməsindən verilən şikаyətlər üçün müddətin məhz məhkəmə аktının tərəfə təqdim olunduğu gündən hesаblаndığını nəzərdə tutur. "X6 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsinin ## ###### 2007-ci il tarixli qərarında göstərilir ki, qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Məhkəmə Kollegiyası tərəfindən iş üzrə prosessual müddətin bərpası üçün əsas ola biləcək, mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmayan, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan inkarolunmaz səbəblər müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh apellyasiya şikayətini verməsi üçün ötürdüyü müddətin üzrlü hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyi halda birinci instansiya məhkəməsi həmin müddəti bərpa etməklə prosessual hüquq normalarının tələblərini pozmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar mövcuddur. Ona görə də, şikayət təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** saylı qərаrdаdı ləğv edilməli, iş üzrə yeni qərardad qəbul edilməli, Qəbələ Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh apellyasiya şikayəti verməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəllənin 398.0.3-cü mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyа məhkəməsi qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 399 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** saylı qərаrdаdı ləğv edilsin. Iş üzrə yeni qərardad qəbul edilsin. Qəbələ Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar