Məhkəmə qərarları › İş №e-2(3-10)-438/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-10)-438/2026

15.05.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad Şәki şәhәri İş № e-2(3-10)-438/2026 15.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “təzminat” tələbinə dair qarşılıqlı iddiası üzrə (Açar sözlər: apellyasiya baxışından çıxarma, işin istənilməsi) Hakim Musayev Taleh Valeh oğlunun sәdrliyi vә mәruzәsi ilә, hakimlәr X2 vә İsayev Elman Bәhruz oğlundan ibarәt tәrkibdә, Abdullayeva Aydan Paşa qızının katibliyi ilә, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı maddi vә mәnәvi zәrәrin ödәnilmәsi tәlәbi barәdә ilk, Cavabdeh cavabdeh İddiaçı qarşı tәzminat tәlәbi barәdә qarşılıqlı iddiasına dair mülki iş üzrә Qәbәlә Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** saylı qәrardadından iddiaçı İddiaçı tәrәfindәn verilmiş şikayәtә Şәki Apellyasiya Mәhkәmәsinin inzibati binasında bаxаrаq, müәyyәn etdi: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı maddi vә mәnәvi zәrәrin ödәnilmәsi tәlәbi barәdә iddia qaldıraraq Qәbәlә Regional “Asan Xidmәt” Mәrkәzindә notariat ofisinin xüsusi notariusu Cavabdeh ##.##.2025-ci il tarixdә “KM38” nömrәli növbә bileti әsasında bağışlanma müqavilәsinin tәsdiq edilmәsi ilә bağlı xidmәtdәn әsassız imtina etmәsi sәbәbindәn maddi vә mәnәvi zәrәr çәkdiyini göstәrәrәk 1.000,0 manat mәblәğindә maddi vә 5.000,0 manat mәblәğindә mәnәvi zәrәrin ödәnilmәsi, o cümlәdәn 80,0 manat mәblәğindә dövlәt rüsumu tutularaq ona verilmәsi barәdә qәtnamә çıxarılmasını xahiş etmişdir. Qәbәlә Rayon Mәhkәmәsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrәli qәtnamәsi ilә (hakim Ülvi Qәnbәrov) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı maddi vә mәnәvi zәrәrin ödәnilmәsi tәlәbi barәdә iddiasının, iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı tәzminat tәlәbi barәdә qarşılıqlı iddiasının tәmin edilmәmәsi qәt edilmişdir. Hәmin qәtnamәdәn iddiaçı İddiaçı ##.##.2026-cı il tarixdә apellyasiya şikayәti vermiş, şikayәtә müddәtin buraxılmamış hesab edilmәsi barәdә әrizә әlavә edәrәk, Qәbәlә Rayon Mәhkәmәsinin ## #### 2025-ci il tarixli *(***)-***/**** saylı qәtnamәsinin qanuni qüvvәyә minmәmәsi nәzәrә alınaraq apellyasiya şikayәti vermә müddәtinin buraxılmamış hesab edilmәsini vә işin aiddiyyәt üzrә baxılmasından ötrü Şәki Apellyasiya Mәhkәmәsinә göndәrilmәsini xahiş etmişdir. Qәbәlә Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli e-*(***)-***/**** saylı qәrardadı ilә әrizә tәmin olunmuş, Qәbәlә Rayon Mәhkәmәsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı qәtnamәsindәn iş üzrә iddiaçı İddiaçı apellyasiya şikayәti vermә müddәti buraxılmamış hesab edilmiş vә apellyasiya şikayәti apellyasiya qaydasında baxılması üçün işlә birlikdә Azәrbaycan Respublikası Şәki Apellyasiya Mәhkәmәsinә göndәrilmişdir. Cavabdeh Qurban Tamerlan Abdulqafur oğlu şikayәt edәrәk Qәbәlә Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli e-*(***)-***/**** saylı qәrardadının lәğv edilmәsini vә iş üzrә iddiaçı İddiaçı apellyasiya şikayәti vermә müddәtinin buraxılmamış hesab edilmәsi barәdә әrizәsinin rәdd edilmәsini xahiş etmişdir. Qәbәlә Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli e-*(***)-***/**** saylı qәrardadı ilә, Qәbәlә Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli e-*(***)-***/**** saylı qәrardadından Qurban Tamerlan Abdulqafur oğlu tәrәfindәn verilmiş şikayәt geri qaytarılmışdır. Cavabdeh Qurban Tamerlan Abdulqafur oğlunun nümayәndәsi Hәsәnov Araz Musa oğlu ##.##.2026-cı il tarixdә şikayәt verәrәk Qәbәlә Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli e*(***)-***/**** saylı qәrardadının lәğv edilmәsini vә Qәbәlә Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli e-*(***)-***/**** saylı qәrardadının lәğv edilәrәk apellyasiya şikayәtinin geri qaytarılmasını xahiş etmişdir. Qәbәlә Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, 2(025)-455/2025 nömrәli qәrardadı ilә şikayәt tәmin edilmәmiş vә baxılması üçün işlә birlikdә Şәki Apellyasiya Mәhkәmәsinә göndәrilmişdir. Şәki Apellyasiya Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qәrardadı ilә, cavabdeh Qurban Tamerlan Abdulqafur oğlunun nümayәndәsi Hәsәnov Araz Musa oğlunun şikayәtinin qismәn tәmin edilmәsi, Qәbәlә Rayon Mәhkәmәsinin ## ###### 2026cı il tarixli, 2(025)-455/2025 nömrәli qәrardadının lәğv edilmәsi vә Qәrardadın tәsviriәsaslandırıcı hissәsindә göstәrilәn hüquqi nәticәlәr nәzәrә alınmaqla mülki işin materiallarına yenidәn baxılması üçün Qәbәlә Rayon Mәhkәmәsinә qaytarılması qәrara alınmışdır. Qәbәlә Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, 2(025)-455/2025 nömrәli qәrardadı ilә әrizәnin tәmin edilmәmәsi, Qәbәlә Rayon Mәhkәmәsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı qәtnamәsindәn iş üzrә iddiaçı İddiaçı tәrәfindәn verilmiş apellyasiya şikayәtinin geri qaytarılması qәrara alınmışıdır. Hәmin qәrardaddan iddiaçı İddiaçı tәrәfindәn şikayәt verilmiş vә şikayәt apellyasiya qaydasında baxılması üçün işlә birlikdә Şәki Apellyasiya Mәhkәmәsinә göndәrilmişdir. İş apellyasiya icraatına qәbul olunduqdan sonra Şәki Apellyasiya Mәhkәmәsinin hakimi Elman İsayev mәktub ünvanlayaraq göstәrmişdir ki, Şәki Apellyasiya Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrәli qәrardadından iddiaçı İddiaçı kassasiya şikayәti mәhkәmәyә daxil olduğundan hәmin kassasiya şikayәtinin mümkünlüyü mәsәlәsinә baxılması üçün *(*-**)-***/**** nömrәli mülki işin göndәrilmәsini xahiş edir. Hazırki halda, Şәki Apellyasiya Mәhkәmәsinin hakimi Elman İsayev tәrәfindәn işin istәnilmәsi, hazırki apellyasiya şikayәti apellyasiya icraatına qәbul edildikdәn sonra edildiyindәn, Şәki Apellyasiya Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qәrardadı lәğv edilmәlidir. Azәrbaycan Repsublikası Mülki Prоsessuаl Mәcәllәsinin 400-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin bu Mәcәllәnin 402-ci maddәsindә nәzәrdә tutulmuş qәrardadlarından kassasiya şikayәti verilmәmişdirsә, hәmin qәrardadlar işdә iştirak edәn şәxslәrә rәsmi qaydada verildiyi gündәn 10 gün sonra, qanunla şikayәt verilmәsi nәzәrdә tutulmayan qәrardadları isә çıxarıldığı andan qanuni qüvvәyә minir. Yuxarıda şәrh edilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Mülki-Prosessuаl Mәcәllәsinin 263-264, 384 vә 400-cü maddәlәrini rәhbәr tutaraq mәhkәmә kollegiyası QƏRARA ALDİ: Qәbәlә Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** saylı qәrardadından iddiaçı İddiaçı tәrәfindәn verilmiş şikayәt iddiaçı İddiaçı kassasiya şikayәtinin mümkünlüyü mәsәlәsinә baxılması üçün apellyasiya baxışından çıxarılsın vә iş Şәki Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyasının hakimi Elman İsayevә göndәrilsin. Qәrаrdаd qәbul edildiyi аndаn qаnuni qüvvәyә minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar