Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-2(3-10)-460/2026 02.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər ləğv prosesində olan cavabdeh2 ASC-yə, Əmanətlərin sığortalanması Fonduna və Şəki rayonu üzrə Icra və Probasiya şöbəsinə qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ərazi aidiyyəti, qüvvə) Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu və X1 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdehlər ləğv prosesində olan cavabdeh2 ASC-yə, Əmanətlərin sığortalanması Fonduna və Şəki rayonu üzrə Icra və Probasiya şöbəsinə qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadından cavabdeh cavabdeh2 ASC-nin ləğv edicisi Əmanətlərin sığortalanması Fondu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Iddiaçı İddiaçı cavabdehlər ləğv prosesində olan cavabdeh2 ASC, Əmanətlərin sığortalanması fondu və Şəki rayonu üzrə Icra və Probasiya şöbəsinə qarşı “ipotekaya xitam” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, Yunuslar küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 124.4 kv.m ümumi, 225 kv.m köməkçi sahədən ibarət ** nömrəli fərdi yaşayış evinin və 0,06 ha torpaq sahəsinin üzərində cavabdeh ləğv prosesində olan cavabdeh2 ASC-nin ipoteka yüklülüyünə (ipotekaya) xitam verilməsi, tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı cavabdehlər ləğv prosesində olan cavabdeh2 ASC, Əmanətlərin Sığortalanması Fondu və Şəki rayonu üzrə Icra və Probasiya Şöbəsindən müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh ləğv prosesində olan cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin sığortalanması Fondu mülki işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, özünün formal olaraq cavabdeh kimi qeyd olunduğunu, tələbin yönəldiyi cavabdehlər ləğv prosesində olan cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu olduğu üçün mülki işin aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ilə, iddiaçı İddiaçı cavabdehlər ləğv prosesində olan cavabdeh2 ASC-yə, Əmanətlərin sığortalanması Fonduna və Şəki rayonu üzrə Icra və Probasiya şöbəsinə qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair mülki iş üzrə cavabdeh ləğv prosesində olan cavabdeh2 ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş mülki işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə vəsatəti təmin edilməmişdir. Həmin qərardaddan iş üzrə cavabdeh ləğv prosesində olan cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu şikаyət verərək qərardadın ləğv edilməsi və iddia ərizəsinin ərazi aidiyyatı üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsi mübahisələrin ərazi aidiyyatı qaydalarına riayət olunmadan verilmişdir. Ərizənin məzmunundan görünür ki, LPO cavabdeh2 ASC və Əmanətlərin Sığortalanması Fondu ilə yanaşı Şəki rayon Icra və probasiya şöbəsi də cavabdeh qismində seçilmişdir. Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi hüquqi və fiziki şəxslər cavabdeh hesab olunurlar. Yəni mülki məhkəmə icraatında fiziki və ya hüquqi şəxsin cavabdeh qismində çıxış etməsi üçün iddia ərizəsi onun maraq və mənafelərinə birbaşa və ya dolayı yolla hər hansı təsir göstərməlidir (cavabdehin üzərinə öhdəlik qoyulur və s.). Hazırki iş üzrə iddiaçı öz ərizəsində fərdi yaşayış evinin ipotekasına xitam verilməsini məhkəmədən xahiş edir. Aydın məsələdir ki, burada tələb birbaşa LPO cavabdeh2 ASC-nin və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun mənafeyi əleyhinə yönəlmişdir. Çünki məhz bankın kreditin təminatı kimi yüklü etdiyi əmlakın yüklülükdən azad olunması təhlükəsi mövcuddur. Lakin Şəki Icra və probasiya şöbəsinin iş üzrə cavabdeh qismindəqeyd olunmasını əsassız hesab edirlər. Belə ki, iddia tələbində icra şöbəsi ilə bağlı hər hansı öhdəlik nəzərdə tutulmamışdır. Icra şöbəsi hazırki mülki məhkəmə icraatında yalnız müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində çıxış edə bilər. Icra prosesi artıq çoxdan yekunlaşmış, hərraclar çoxdan keçirilmişdir. Nəticə etibarilə iddia tələbi LPO cavabdeh2 ASC-nin, və ya onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun (hər ikisinin hüquqi ünvanı Bakı şəhəri Nəsimirayonunun ərazisində yerləşir) hüquqi ünvanı üzrə verilə bilərdi. Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ilə şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. X2 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci insansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində üç cavabahdehə yəni, ləğv prosesində olan cavabdeh2 ASC-yə, Əmanətlərin sığortalanması Fonduna və Şəki rayonu üzrə Icra və Probasiya şöbəsinə qarşı iddia tələbi irəli sürmüşdür. Həmin cavabdehlərdən Şəki rayonu üzrə Icra və Probasiya şöbəsinin ünvanı ünvan 2 Şəki rayonu üzrə Icra və Probasiya şöbəsi tərəfindən iddiaçının və digər şəxslərin mülkiyyətində olan daşınmaz əmlakın açıq hərracdan satılması prosesində iştirak etmişdir. Hazırda iddiaçı həmin əmlaka dair “ipotekaya xitam verilməsi” tələbi iddia çıxış edir. Bu isə onu deməyə əsas verir ki, Şəki rayonu üzrə Icra və Probasiya şöbəsi cavabdeh qismində formal əsasla qeyd edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının iddia tələbi cavabdehlər ləğv prosesində olan cavabdeh2 ASC-yə, Əmanətlərin sığortalanması Fonduna və Şəki rayonu üzrə Icra və Probasiya şöbəsinə qarşı yönəlmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Şəki rayonu üzrə Icra və Probasiya şöbəsi tərəfindən iddiaçının və digər şəxslərin mülkiyyətində olan daşınmaz əmlakın açıq hərracdan satılması prosesində iştirak etmişdir. Buna görə də iddiaçı iş üzrə cavabdehlərdən biri olan ünvan 1 ünvanında yerləşdiyini nəzərə alaraq ərazi aidiyyətinə əsasən qeyd olunan tələblə bağlı Şəki Rayon Məhkəməsinə müraciət etməkdə haqlı olmuşdur. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.1. əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; 44.2.3. hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa; 44.2.4. iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; 44.2.5. hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə; 44.2.6. bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda. Göstərilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh2 ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş mülki işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə vəsatətinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Şikayətin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilənlərə əsasən şikayətin dəlilləri kollegiya tərəfindən əsassız sayılmışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: Cavabdeh ləğv prosesində olan cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayət təmin edilməsin. Iş üzrə Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-10)-460/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-10)-460/2026
02.06.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver