Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-500/2026 14.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Qasımov Eldar Məmmədiyə oğluna (3-cü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2) qarşı “payın naturada ayrılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Daşınmaz əmlakdakı payın naturada ayrılması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı, Cavabdeh Qasımov Eldar Məmmədiyə oğlunun iştirakları ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Qasımov Eldar Məmmədiyə oğluna (3-cü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2) qarşı “payın naturada ayrılması” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : Işin halları:
1. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Qasımov Eldar Məmmədiyə oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şəki Ərazi Idarəsi tərəfindən verilmiş ## ###### 2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli, 404013010847-***** reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən birgə paylı mülkiyyətdə olan ünvan 2 ünvanında 0.493 ha torpaq sahəsində yerləşən, 121.7 kvadrat metr yaşayış, 213.7 kvadrat metr köməkçi sahədən ibarət olan fərdi yaşayış evindən payına düşən 1/2 hissəsinin 1/3 hissəsinin münasib şəkildə naturada ayrılıb tanıdılmaqla ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş Seriya RX olan ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında 0.0493 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 345.4 kv.m ümumi və 121.7 kv.m yaşayış sahəsindən ibarət 213.7 kv.m yardımçı sahəsi olan 6 otaqlı fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə ½ hissə X4, ½ hissənin 2/3 hissəsi X7, ½ hissəsinin 1/3 hissəsi onun adına daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində paylı mülkiyyət olaraq qeydiyyata alınmışdır. Həmin fərdi yaşayış evi onlara miras qalmışdır. Hazırda həmin paylı mülkiyyətdə olan fərdi yaşayış evindən payına düşən hissənin naturada ayrılıb verilməsi zərurəti yaranmışdır, çünki vərəsələr arasında ara sıra anlaşılmazlıqlar olur və bu da gələcəkdə söz-söhbətə səbəb ola bilər. Belə ki, mübahisələndirdiyi həmin fərdi yaşayış evində qeydiyyatda olan şəxslərdən biri də Qasımov Nurudur. Nuru Qasımov onun babasıdır. X1 təxminən 1941-ci ildə vəfat etmişdir. Babasının 3 oğlu olmuşdur, yəni onun atası və iki əmisi. Atası və əmilərinin hamısı vəfat etmişdir. Atası ## ###### 1975-ci il tarixdə vəfat etmişdir. Qeyd olunan fərdi yaşayış evinin digər paylı mülkliyyətçilərindən olan Rasim Qasımov onun atasının əmisi olmuşdur. Rasim Qasımov da təxminən 1997 -1998-ci illərdə vəfat etmişdir. Hal-hazırda qeyd qeyd olunan fərdi yaşayış evinin mərhum Nuruya aid olan hissəsində, onun əmisi uşaqları yaşayır. Onlarla da münasibəti tam yaxşı deyildir. Həmin fərdi yaşayış evinin digər paylı mülkiyyətçisi olan və vəfat etmiş mərhum Rasimə aid hissəsində Rasimin həyat yoldaşı yaşayırdı. Onların uşaqları olmamışdır. Bildiyi qədər mərhum Rasim övladlığa bir qız övladı götürmüşdür. Mərhum Rasimin qardaşları da olmuşdur, lakin hamısı vəfat etmişdir. Həmçinin, Rasimin həyat yoldaşı vəfat etmiş və onun vərəsəsi kimi qızı Məhəbbət qalmışdır. O, dəfələrlə paylı mülkiyyətdə olan həmin evin rəsmi qaydada aralarında naturada bölünməsi ilə bağlı paylı mülkiyyətçilərin vərəsələri olan iş üzrə cavabdehlərə müraciət etmiş, lakin bu mümkün olmamışdır. Lakin, həmin ev öz aralarında faktiki olaraq bölünmüşdür. O, paylı mülkiyyətdə olan həmin fərdi yaşayış evinin aralarında naturada bölgüsü ilə bağlı Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şəki Ərazi Idarəsinə qarşı Şəki Rayon Məhkəməsində iddia qaldırmışdır. Lakin, Şəki Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsinə əsasən iddiam təmin edilməmişdir. Buna görə də o, Şəki Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinə əsasən onun tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsi iddianın rədd olunmuş “seriya RX olan ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında 0.0493 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 345.4 kv.m ümumi və 121.7 kv.m yaşayış sahəsindən ibarət 213.7 kv.m yardımçı sahəsi olan 6 otaqlı fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə payına düşən hissənin münasib şəkildə naturada ayrılıb ona verilməsi” hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilmiş və iddia rədd edilmişdir. Belə ki, məhkəmə kollegiyası Şəki Apellyasiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsində aşağıdakı kimi əsaslandırma aparmışdır. Kollegiya qeyd edir ki, daşınmaz əmlakın digər paylı mülkiyyətçiləri vəfat etmələrinə baxmayaraq, iddiaçı paylı mülkiyyətin özünə aid hissəsinin naturada ayrılması məsələsini vəfat etmiş paylı mülkiyyətçinin mülkiyyətə gözləntisi olan vərəsələri ilə müzakirə etməli olduğu, beləliklə birinci instansiya məhkəməsi mübahisəli əmlakın paylı mülkiyyətçisi olmayan və yanlış olaraq seçilmiş cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı ŞəkiƏrazi Idarəsinin iş üzrə əsl cavabdeh qismində çıxış edə biləcək vəfat etmiş paylı mülkiyyətçilər X7 və X4 vərəsələri ilə əvəz edilməsi üçün təşəbbüs göstərməmiş, iddiaçı tərəflə həmin məsələni müzakirə etməmiş, tələb iddiaya cavab verməli olmayan idarəyə yönəldiyi halda qəbul etdiyi qətnamədə həmin istiqamətdə heç bir əsaslandırma aparmamaqla prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin maddi hüquq normalarını kobud şəkildə pozması, düzgün tətbiq etməməsi, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmaması, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticələrin işin hallarına uyğun gəlməməsi, ekspert rəyinin həqiqəti əks etdirməməsi, işə apelyasiya instansiyasında baxılarkən təkrar və əlavə tikinti-texniki ekspertizasının təyin edilməli olması, iş üzrə düzgün ekspert rəyinin əldə edilməməsi, mübahisəli fərdi yaşayış evinin paylara uyğun faktiki bölünmüş olmasının və artıq uzun illərdir həmin bölgüyə uyğun yaşandığının aydınlaşdırılmaması, mübahisəli fərdi yaşayış evinin paylara uyğun bölünə bilməməsinin işə baxan birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsinə dair dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin tələbə cavab verməli olmayan idarəyə qarşı yönəldildiyindən, vəfat etmiş paylımülkiyyətçilər X7 və X4 vərəsələri iddiaya cavab verməli olan cavabdehlər olaraq işə cəlb edilmədiklərindən, apellyasiya mərhələsində cavabdehin əsl cavabdehlə əvəz edilməsi imkanları nəzərdə tutulmadığından, hazırkı vəziyyətdə həmin dəlillərin mübahisənin mahiyyəti üzrə həlli baxımından qiymətləndirilmələri doğru hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi prosessual hüquq normalarının tələblərini pozduğundan iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsi iddianın rədd olunmuş “seriya RX olan ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında 0.0493 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 345.4 kv.m ümumi və 121.7 kv.m yaşayış sahəsindən ibarət 213.7 kv.m yardımçı sahəsi olan 6 otaqlı fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə payına düşən hissənin münasib şəkildə naturada ayrılıb ona verilməsi” hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı ŞəkiƏrazi Idarəsinə qarşı“seriya RX olan ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında 0.0493 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 345.4 kv.m ümumi və 121.7 kv.m yaşayış sahəsindən ibarət 213.7 kv.m yardımçısahəsi olan 6 otaqlı fərdi yaşayış evindən paylımülkiyyət hüququ üzrə payına düşən hissənin münasib şəkildə naturada ayrılıb ona verilməsi” hissəsində iddia tələbi rədd edilməlidir. Yəni, Şəki Apellyasiya Məhkəməsinin məhkəmə kollegiyası öz mövqeyini belə bildirmişdir ki, paylı mülkiyyətdə olan evin naturada bölgüsünə dair iddia Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı ŞəkiƏrazi Idarəsinə qarşı deyil, iş üzrə əsl cavabdeh qismində çıxış edə biləcək vəfat etmiş paylı mülkiyyətçilər X7 və X4 vərəsələrinə qarşı qaldırılmalı idi. Buna görə də apellyasiya kollegiyası onun apellyasiya şikayətinin digər dəlillərini araşdırmamış və ona yenidən eyni tələblə iş üzrə əsl cavabdeh qismində çıxış edə biləcək vəfat etmiş paylı mülkiyyətçilər X7 və X4 vərəsələrinə qarşı qaldırmaq hüququm izah edilmişdir. O da, buna görə eyni tələblə vəfat etmiş paylı mülkiyyətçilər X7 və X4 vərəsələrinə qarşı hazırki iddia tələbi ilə yenidən məhkəmədə iddia qaldırmalı olmuşdur. Keçən müddət ərzində həmin fərdi yaşayış evində müəyyən dəyişiklər edilmiş və hesab edirik ki, yenidən məhkəmə-tikinti texniki ekspertizası təyin edilsə, ekspert tərəfindən həmin fərdi yaşayış evinin naturada ayrılmasının mümkün olacağı barədə rəy verilə bilər. Onun paylı mülkiyyətdə olan əmlakdan payıma düşən hissədən şəxsən istifadə etmək və həmin sahədə yaxşılaşdırma işləri aparmaq istəyir. Lakin, rəsmi sənədə əsasən həmin həmin fərdi yaşayış evindən payıma düşən hissəsinin dəqiq olaraq haradan olması məlum deyildir.
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh Qasımov Eldar Məmmədiyə oğlu iddia tələbini qəbul edərək təmin edilməsini xahiş etdi.
5. Digər cavabdeh və 3-cü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
6. Şəki Rayon Məhkəməsinin (hakim Kamran Musayev) ## #### 2026-cı il tarixli, e- *(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Qasımov Eldar Məmmədiyə oğluna (3-cü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2) qarşı “payın naturada ayrılması” barədə iddia tələbi təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməsi, iş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun iddiaçı İddiaçı tutulması və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖEN **********, X13, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ 01360100000000003944, SWIFT BIK CTREAZ 22) hesabına ödənilməsi qət edilmişdir.
7. Məhkəmə müəyyən etmişdir ki, ünvan 4 ünvanında yerləşən 0.0493 ha torpaq sahəsi olan 345.40 kv.m. fərdi yaşayış evinin 2/12 hissəsi İddiaçı, 4/12 hissəsi X7 və 6/12 hissəsi isə cavabdeh2 Rasim qızının paylı mülkiyyətindədir.
8. Məhkəmə həmçinin müəyyən etmişdir ki, iddiaçının qardaşı olan cavabdeh Qasımov Eldar Məmmədiyə oğlu qeyd edilən ünvanda yaşamır. Qeyd edilən ünvanda iş üzrə məhkəmə tərəfindən 3-cü şəxs qismində cəlb edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 yaşayır.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
9. Məhkəmə qeyd etmişdir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Ikinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
10. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia tələbi göstərilən cavabdehə qarşı hissədə iddia tələbi yönəldilməli olmayan şəxsə qarşı qaldırılmışdır. Bu səbəbdən də iddia tələbi cavabdeh Qasımov Eldar Məmmədiyə oğluna qarşı olan hissədə iddiaçının subyektiv hüququnun olmaması səbəbindən təmin edilməməlidir.
11. Digər cavabdehə münasibədə isə məhkəmə qeyd etmişdir ki, iş üzrə ekspertiza təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Iş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının ##.##.2025-ci il tarixli, **/**** saylı rəyindən görünür ki, ünvan 4 (yeni qaydalarla AZ 5500, ünvan 3) ünvanında yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evinin və həmin evin yerləşədiyi həyətyanı torpaq sahəsinin tərəflərin (mülkiyyətçilərin) paylarına uyğun olaraq ideal paylar üzrə üç hissəyə ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Lakin, sözügedən fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin tərəflər (mülkiyyətçilər) arasındakı faktiki bölgü (istifadə) qaydasının tərəflərin (mülkiyyətçilərin) paylarından kənara çıxmaqla Inşaat Norma və Qaydaları 2.08.01.89* un 1.1, 2.2, 2.4., bəndlərində və Məhkəmə Tikinti-Texniki Ekspertizasının Həlli Metodlarında göstərilənlər uyğun olduğu müəyyən olunmuşdur.
12. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşmış və belə nəticəyə gəlmişdir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir.
13. Məhkəmə hesab etmişdir ki, iddia tələbi iddiaçı İddiaçı cavabdeh cavabdeh2 qarşı “payın naturada ayrılması” hissəsində də təmin edilməməlidir.
14. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməli, iş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul iddiaçı İddiaçı tutulmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖIN 1700326621, X13, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ 01360100000000003944, SWIFT BIK CTREAZ 22) hesabına ödənilməlidir.
15. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 213.1, 213.2, 213.3, 213.5, 215.1, 215.2, 220.1, 220.2, 220.3, 223.2. 223.4-cü maddələrinə, “Insаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа” Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə, “Insan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinə,
16. Avropa Insan Hüquqları Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə ##.##.1979-cu il tarixli Qərarına, Ə.Ə.Axverdiyevin şikayəti üzrə Avropa Insan Hüquqları Məhkəməsinin ## ###### 2015- ci il tarixli Qərarına, X5 Məhkəməsinin Delcourt Belçikaya qarşı iş üzrə ## ###### 1970-ci il tarixli, Piersack Belçikaya qarşı iş üzrə ## ####### 1982ci il tarixli, X2rşı iş üzrə ## ####### 1984-cü il tarixli qərarlarına, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 50.3, 77.1, 107, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
17. Qətnamədən narazı qalan iddiaçı İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir.
18. Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, keçən müddət ərzində həmin fərdi yaşayış evində müəyyən dəyişiklər edilmiş və hesab edir ki, yenidən məhkəmə-tikinti texniki ekspertizası təyin edilsə, ekspert tərəfindən həmin fərdi yaşayış evinin naturada ayrılmasının mümkün olacağı barədə rəy verilə bilər. Bir daha bildirir ki, onun paylı mülkiyyətdə olan əmlakdan payına düşən hissədən şəxsən istifadə etmək və həmin sahədə yaxşılaşdırma işləri aparmaq istəyir. Lakin, rəsmi sənədə əsasən həmin fərdi yaşayış evindən payına düşən hissəsinin dəqiq olaraq haradan olması məlum deyildir. Iş üzrə paylı mülkiyyətçi olduğundan payının naturada dəqiq olaraq ayrılmasını istəyir.
19. Işin məhkəmə gedişatı zamanı iş üzrə məhkəmə tikinti texniki ekspertizası təyin edilmişdir və bununla bağlı müvafiq rəy verilmişdir. Belə ki, mübahisə predmeti olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin tərəflər (mülkiyyətçilər) arasında faktiki olaraq hər birinin ayrı-ayrılıqda giriş-çıxışları olmaqla bölnmüş vəziyyətdədir. Işin bu halı ekspert tərindən mübahisə predmeti olan evə baxış zamanı da ətraflı müşahidə edilmiş və bu barədə iş üzrə verilmiş ekspert rəyində də ətraflı göstərilmişdir.
20. Belə ki, ƏMDK yanında DƏDRX-nin ** saylı Ərazi Idarəsi tərəfindən mübahisə predmeti olan tikiliyə və torpaq sahəsinə dair tərtib edilmiş "Texniki Pasport" sənədində birinci mərtəbə üzrə 8, 9, 10, 11, 12, 13 və 14 nömrələri ilə, ikinci mərtəbə üzrə isə 22, 23, 24, 25 və 26 rəqəmləri ilə işarələnmiş otaqlar onun (İddiaçı), birinci mərtəbə üzrə 3 və * nömrəli, ikinci mərtəbə üzrə isə 19, 20 və 27 nömrələri ilə işarələnmiş otaqlar cavabdeh2, fərdi yaşayış evinin digər hissələri isə X7 istifadəsindədir.
21. Mənzil-küçəyə, həyətə, koridora, pilləkən meydançasına yolu olan, digər tikililərdən sırf arakəsmə və ya boşluğu olmayan divarla təcrid olunmuş tikililərdir.
22. Ekspert rəyində də göstərildiyi kimi sörügedən torpaq sahəsinin tərəflər (mülkiyyətçilər) arasındakı faktiki istifadə (bölgü) qaydasının paylardan kənara çıxmaqla Məhkəmə tikinti-texniki ekspertizasının Həlli Metodlarında göstərilənlərə uyğun olduğu müəyyən olunmuşdur. Bildirir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş Seriya RX olan ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında 0.0493 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 345.4 kv.m ümumi və 121.7 kv.m yaşayış sahəsindən ibarət 213.7 kv.m yardımçı sahəsi olan 6 otaqlı fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 1/6 hissəsi, yəni 57.56 kv.m fərdi yaşayış evi, 0.0082 ha torpaq sahəsi onun payına düşür. Halbuki, onun faktiki istifadəsində olan fərdi yaşayış evinin sahəsi 57,56 kvadrat metrdən az, torpaq sahəsi isə 0.0082 hektardan azdır. Yəni, onun istifadəsində payına düşən hissədən azdır. Buna baxmayaraq o, faktiki istifadəsində olan fərdi yaşayış evi və torpaq sahəsinə dair hissənin naturada ayrılıb ona verilməsinə razıdır və payına düşən və ayrılıb ona verilməsi mümkün olmayan qalan hissəyə dair də hər hansı bir kompensasiya tələbi və digər iddiaları yoxdur.
23. Məhkəmənin əsaslandırma hissəsində göstərdikləri ilə bağlı qeyd etmək istəyir ki, onun qardaşı olan cavabdeh Qasımov Eldar Məmmədiyə oğlunun qeyd edilən ünvanda yaşamaması, həmin ünvanda iş üzrə məhkəmə tərəfindən 3-cü şəxs qismində cəlb edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 yaşaması iddia tələbinin cavabdeh Qasımov Eldar Məmmədiyə oğluna qarşı olan hissədə onun subyektiv hüququnun olmaması səbəbindən təmin edilməməsi əsaslı hesab edilə bilməz. Bundan başqa o, məhkəməyə əsaslandırılmış şəkildə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmişdir. Lakin, həmin ərizəsinə məhkəmə tərəfindən hüquqi münasibət bildirilməmişdir, həmin ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Çünki, həmin ərizəsinin icraata qəbul edilməsindən imtina barədə məhkəmə iclasında bildirilməmiş, bu günədək elektron kabinetə bununla bağlı qərardad yüklənməmişdir. Yəni, məhkəmə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini diqqətə almamışdır. Göründüyü kimi məhkəmə tərəfindən ətraflı araşdırılma aparılmadan və yuxarıda qeyd etdiyi hallara hüquqi qiymət verilmədən göstərdiyi qətnamə çıxarılmışdır.
24. Həmin qətnamə çıxararkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, dəlilləri məhkəmə tərəfindən qəbul edilməmiş, qəbul edilməməsinin səbəbləri qətnamədə göstərilməmiş, sübutlar əlaqəli şəkildə qiymətləndirilməmiş, ziddiyyətli məqamlar aydınlaşıdırılmamış, qanunu səhv təfsir etmiş, tətbiq edilməli olan qanunu tətbiq etməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir.
25. Onu da qeyd edir ki, məhkəmə iddianı təmin etməməsini məhkəmə qətnaməsində lazımi qaydada əsaslandırmamışdır. Məhkəmə qətnaməsində yalnız hüquq normalarının tələbləri göstərilmişdir. Məhkəmənin hansı əsaslarla belə nitəcəyə gəlməsi məhkəmə qətnaməsi ilə müəyyən edilmir. Bütün bunlar ona qarşı hüquq pozuntusunun olmasından və davam etməsindən xəbər verir. Halbuki, bu qəbildən olan işlər üzrə Şəki Apellyasiya Məhkəməsinin mövqelərini göstərən kifayət qədər əsaslandırılmış məhkəmə qətnamələri vardır. Həmin qətnamələrlə hazırki qətnamənin müqayisəsi və bütün göstərdikləri məhkəmə tərəfindən obyektiv məhkəmə araşdırmasının aparılmasını şübhə altına alır. Hesab edir ki, Şəki Apellyasiya Məhkəməsi tərəfindən də işə yenidən baxılaraq apellyasiya şikayəti təmin ediləcəkdir.
26. Onu da qeyd edir ki, Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, işin faktiki hallarına hüquqi qiymət verilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən hallarla işin materialları arasında ziddiyyətlər olmuş, sübutlar əlaqəli şəkildə şərh edilməmiş, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri izah edilməmiş, zidiyyətli məqamlara diqqət yetirilməmiş, nəticədə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qanunsuz və əsassız qətnamə çıxarılmışdır.
27. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cıil tarixli *(***)-***/**** saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
29. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
30. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh Qasımov X8 Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətininn təmin edilməsinə etiraz etmədiyini göstərmişdir.
31. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdeh Qasımova (Allahverdiyeva) Məhəbbət Rasim qızı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, X9, X10, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs7, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
32. Azərbaycan Rеspublikası Kоnstitusiyasının; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (MM-nin 213.3). 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. (MM-nin 215.6.-cı maddəsi). 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ##### 2014-cü il tarixli Qərarına əsasən mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər.
35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə ## ###### 2024-cü il tarixli qərardadının 17-ci bəndinə əsasən paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
37. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Apellyator Şəki Rayon Məhkəməsinin ## #### 2026-cıil tarixli *(***)-***/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsaslar yoxdur.
41. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
42. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 404013010847-***** reyestr nömrəli, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanındakı 0.0493 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 121.7 kvadrat metr yaşayış, 213.7 kvadrat metr köməkçi sahə olmaqla, ümumi sahəsi 345.4 kvadrat metrdən ibarət olan fərdi yaşayış evinin ½ hissəsi X4, ½ hissənin 2/3 hissəsi X7, ½ hissənin 1/3 hissəsi isə İddiaçı paylı mülkiyyətlərində olmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 404013010847- ***** reyestr nömrəli, sonuncu qeydiyyat tarixi ## ####### 2024-cü il olan çıxarışa əsasən isə ünvan 4 (yeni qaydalarla AZ 5500, ünvan 3) ünvanındakı 0.0493 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 345.40 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin 2/12 hissəsi İddiaçı, 4/12 hissəsi X7, 6/12 hissəsi cavabdeh2 paylı mülkiyyətindədir. Həmin daşınmaz əmlakın paylı mülkiyyətçilərindən olan X7 1944-cü ildə vəfat etmişdir. Iddiaçı paylı mülkiyyətin digər mülkiyyətçiləri, o cümlədən vəfat etmiş paylı mülkiyyətçi X7 bütün hüquqi varisləri ilə payın ayrılması üsulu və şərtləri barədə razılığa gəlmədiyindən məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir.
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, iddiaçı İddiaçı apellyasiya şikayəti əsaslı deyildir.
44. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin ekspert rəyində də göstərildiyi kimi sörügedən torpaq sahəsinin tərəflər (mülkiyyətçilər) arasındakı faktiki istifadə (bölgü) qaydasının paylardan kənara çıxmaqla Məhkəmə tikinti-texniki ekspertizasının Həlli Metodlarında göstərilənlərə uyğun olduğunun müəyyən olunmasına dair dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair # ##### 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı.
45. Kollegiya qeyd edir ki, paylı mülkiyyətdə olan daşınmaz əmlakdan iddiaçının payının naturada ayrılmasının mümkünlüyü məsələsinin dəqiqləşdirilməsi məqsədi ilə birinci instansiya məhkəməsinin ## ##### 2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, alınmış ekspert rəyi iş materiallarına əlavə edilmişdir.
46. Işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli **/**** nömrəli ekspert rəyində göstərilmişdir ki, ünvan 4 (yeni qaydalarla AZ 5500, ünvan 3) ünvanında yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evinin və həmin evin yerləşədiyi həyətyanı torpaq sahəsinin tərəflərin (mülkiyyətçilərin) paylarına uyğun olaraq ideal paylar üzrə üç hissəyə ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Lakin, sözügedən fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin tərəflər (mülkiyyətçilər) arasındakı faktiki bölgü (istifadə) qaydasının tərəflərin (mülkiyyətçilərin) paylarından kənara çıxmaqla Inşaat Norma və Qaydaları 2.08.01.89* un 1.1, 2.2, 2.4., bəndlərində və Məhkəmə Tikinti-Texniki Ekspertizasının Həlli Metodlarında göstərilənlərə uyğun olduğu müəyyən olunmuşdur.
47. Məhkəmə kollegiyası mübahisəli əmlakdan iddiaçının payının mülkiyyətçilər arasındakı faktiki bölgüyə, yəni mülkiyyətçilərin paylarından kənara çıxmaqla ayrılmasının mümkünlüyünə dair şikayətin dəlilinə münasibətdə əlavə olaraq qeyd edir ki, həmin hissədə ekspert faktiki ayrılmanın texniki baxımdan mümkünlüyü qənaətinə gəlmiş, rəyin məzmununda bunu yaşayış otaqlarının hündürlüyü, dəhlizin hündürlüyü, mənzillərdə yaşayışümumi və yataq otaqları, yardımçı-mətbəx, dəhliz, hamam, tualet, şüşəbənd, təsərrüfat anbarı və sairdən ibarət tikililərin nəzərdə tutulmalı olmasına dair Inşaat Norma və Qaydaları 2.08.01.89* un 1.1, 2.2, 2.4, bəndlərinə, həmçinin mənzillərin (evlərin, tikililərin və s.) tərəflər (mülkiyyətçilər) arasında bölgüsünün yalnız təcrid mənzillər şəklində aparılmalı olması, torpaq sahəsinin tərəflər arasında bölgüsünün yalnız təcrid sahələr şəklində aparılmalı olmasına dair Məhkəmə Tikinti-Texniki Ekspertizasının Həlli Metodlarında göstərilənlərə istinad etməklə əsaslandırmışdır.
48. Lakin fərdi yaşayış evindən və evin yerləşdiyi torpaq sahəsindən iddiaçının faktiki olaraq istifadə etdiyi hissənin Inşaat Norma və Qaydaları 2.08.01.89* un 1.1, 2.2, 2.4, bəndlərinə, Məhkəmə Tikinti-Texniki Ekspertizasının Həlli Metodlarında göstərilənlərə uyğun naturada ayrılmasının texniki baxımdan mümkünlüyü, özü-özlüyündə iddiaçının həmin əmlakdan hüquqmüəyyənedici sənəd üzrə malik olduğu payının naturada ayrılmasının mümkünlüyünü ehtiva etmir.
49. Hansı ki, apellyatorun istinad etdiyi məhkəmə tikinti-texniki ekspertizasının ## ###### 2025-ci il tarixli **/**** nömrəli ekspert rəyindən də müəyyən edildiyi kimi paylı mülkiyyətdə olan əmlakdan hüquqmüəyyənedici sənəd üzrə iddiaçıya məxsus hissəsinin naturada ayrılması texniki cəhətdən mümkün deyildir.
50. Kollegiya qeyd etməyi vacib hesab edir ki, iddiaçı İddiaçı digər bir icraatda, yəni Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şəki Ərazi Idarəsinə qarşı “paylı mülkiyətdə olan fərdi yaşayış evinə bölgü sxeminin hazırlanması və yaşayış evinin bölünərək daşınmaz əmlakın dövlət reyetrində paylara uyğun qeydiyyata alınması” tələbinə dair mülki iş üzrə birinci instansiya məhkəməsindəki araşdırma dövründə də məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş və həmin tədqiqatın nəticəsi üzrə verilmiş ## ###### 2023-cü il tarixli **/**** nömrəli rəy də hazırkı mülki iş materiallarına əlavə edilmişdir.
51. Işdə olan məhkəmə tikinti-texniki ekspertizasının ## ###### 2023-cü il tarixli **/**** nömrəli rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsindən 1/3 hissə payın naturada ayrılmasının Inşaat Norma və Qaydaları 2.08.01.89* un 1.1, 2.2, 2.4., bəndlərində və Məhkəmə Tikinti-Texniki Ekspertizasının Həlli Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Lakin, tədqiq olunan fərdi yaşayış evinin faktiki olaraq bölünmüş vəziyyətdə olduğunu nəzərə alaraq həmin bölgü qaydasının ½ hissənin 1/3 hissə payından kənara çıxmaqla Inşaat Norma və Qaydaları 2.08.01.89* un 1.1, 2.2, 2.4., bəndlərində və Məhkəmə Tikinti-Texniki Ekspertizasının Həlli Metodlarında göstərilənlərə əsasən uyğun olduğu müəyyən olunur.
52. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin yenidən məhkəmətikinti texniki ekspertizası təyin edilsə, ekspert tərəfindən həmin fərdi yaşayış evinin naturada ayrılmasının mümkün olacağı barədə rəyin verilə biləcəyinə dair dəlilinə münasibətdə qeyd edir ki, iddiaçıya sənəd üzrə məxsus həddə mülkiyyət payının naturada ayrılmasının mümkünsüzlünə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli **/**** nömrəli ekspert rəyində göstərilənlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2023-cü il tarixli **/**** nömrəli rəyində göstərilənlərlə ziddiyyət təşkil etməmişdir.
53. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
54. Göründüyü kimi qanunverici mülki iş üzrə ekspertiza təyin edilib-edilməməsini məhkəmənin üzərinə bir vəzifə olaraq qoymamışdır. Ona hüquq kimi tanımışdır. Həmçinin həm hazırkı icraatda, həm də digər bir icraatda eyni daşınmaz əmlakdan payın naturada ayrılması məsələsinə dair aparılmış ekspertiza tədqiqatları üzrə müvafiq rəylərin alındığı, həmin rəylərin hazırkı məhkəmə araşdırması zamanı tədqiq edildiyi müəyyən edilmişdir.
55. Beləliklə paylı mülkiyyətin sənəd üzrə iddiaçıya aid hissəsinin naturada ayrılmasının mümkünsüzlüyünə dair ## ###### 2025-ci il tarixli **/**** nömrəli ekspert rəyində göstərilənlər, daha əvvəldən aparılmış ekspertiza tədqiqatının nəticəsi üzrə verilmiş məhkəmə tikinti texniki ekspertizasının ## ###### 2023-cü il tarixli **/**** nömrəli rəyi ilə də təsdiq edilmişdir.
56. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tikinti-texniki ekspertizasının ## ###### 2025-ci il tarixli **/**** nömrəli rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
57. Məhkəmə kollegiyası apellyasiya şikayətinin onun məhkəməyə əsaslandırılmış şəkildə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etməsi, həmin ərizəsinə məhkəmə tərəfindən hüquqi münasibət bildirilməməsi, həmin ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi, məhkəmənin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini diqqətə almamasına dair dəlillərinə münasibətdə qeyd edir ki, işdə olan birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli məhkəmə iclas protokolundan görünür ki, iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinin icraata qəbul edilməsi məsələsi həmin iclasda müzakirə edilmiş, lakin iddiaçı tərəfindən verilmiş vəsatət baxış iclasında təqdim edilməsi səbəbi ilə təmin edilməmiş, beləliklə də iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilməmişdir.
58. Məhkəmə kollegiyası apellyasiya şikayətinin onun faktiki istifadəsində olan fərdi yaşayış evinin sahəsinin 57,56 kvadrat metrdən az, torpaq sahəsinin isə 0.0082 hektardan az olması, onun istifadəsində payına düşən hissədən az olması, buna baxmayaraq onun faktiki istifadəsində olan fərdi yaşayış evi və torpaq sahəsinə dair hissənin naturada ayrılıb ona verilməsinə razı olması, payına düşən və ayrılıb ona verilməsi mümkün olmayan qalan hissəyə dair də hər hansı bir kompensasiya tələbi və digər iddialarının olmamasına dair dəlillərinə münasibətdə qeyd edir ki, işdə olan məhkəmə tikinti-texniki ekspertizasının ## ###### 2025-ci il tarixli **/**** nömrəli rəyinin məzmunundan müəyyən edilmişdir ki, ƏMDK yanında DƏDRX-nin ** saylı Ərazi Idarəsi tərəfindən mübahisə predmeti olan tikiliyə və torpaq sahəsinə dair tərtib edilmiş “Texniki Pasport” sənədində birinci mərtəbə üzrə 8, 9, 10, 11, 12,13 və 14 nömrələri ilə, ikinci mərtəbə üzrə isə 22, 23, 24, 25 və 26 rəqəmləri ilə işarələnmiş otaqlar İddiaçı, birinci mərtəbə üzrə 3 və * nömrəli, ikinci mərtəbə üzrə isə 19, 20 və 27 nömrələri ilə işarələnmiş otaqlar cavabdeh2, fərdi yaşayış evinin digər hissələri isə X7 istifadəsindədir.
59. Kollegiya qeyd edir ki, DƏDRX-nin ** saylı Ərazi Idarəsi tərəfindən mübahisə predmeti olan tikiliyə və torpaq sahəsinə dair tərtib edilmiş ## ###### 2013-cü il tarixli “Texniki Pasport” sənədi öyrənilərkən ekspertin iddiaçının istifadəsində olduğunu bildirdiyi otaqların ümumi sahəsinin 179.5 kvadratmetr, həmin evin cəmi yaşayış sahəsinin 121.7 kvadratmetr, köməkçi sahəsinin isə 252.4 kvadratmetr, açıq eyvanının 13.7 kvadratmetrdən ibarət olması, beləliklə apellyatorun apellyasiya şikayətində də istinad etdiyi “Texniki Pasport” sənədində ölçüləri təsvir edilmiş fərdi yaşayış evinin 179.5 kvadratmetr hissəsinin məhz iddiaçının istifadəsində olması müəyyən edilmişdir.
60. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamə çıxarılarkən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmaması, sübutların əlaqəli şəkildə şərh edilməməsinə dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmiş, iş üzrə gəlinən nəticə işin həqiqi hallarına uyğun olmaqla iş materiallarında olan sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
61. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə ləğv edilməsi üçün əsas yoxdur. Ona görə də iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.