Məhkəmə qərarları › İş №e-2(3-10)-536/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-10)-536/2026

18.06.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-2(3-10)-536/2026 18.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Şəki regional “ASAN Xidmət” mərkəzinin notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, bağışlama müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: şikayətin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə geri qaytarıldı, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Ismayılova Nərmin Ərəstun qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Şəki regional “ASAN Xidmət” mərkəzinin notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, bağışlama müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qərardadından şikayətin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi ilə bağlı iddiaçı Əliyev Rafiq Şəmsəddin oğlunun verdiyi ərizənin geri qaytarılması barədə Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Iddiaçı İddiaçı cavabdeh Şəki Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 Şəki * saylı Notariat Kontoru tərəfindən verilmiş *V-*/** saylı ##.##.2010-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında Limoyə Əliyevanın adına verilmiş çıxarışın, onunla Maraqlı şəxs arasında bağlanmış bağışlama müqaviləsi və həmin müqavilə əsasında Maraqlı şəxs verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*(***)-**/**** nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, ekspertiza xərci olan 127 (yüz iyirmi yeddi) manat məbləğində pul vəsaitinin iddiaçı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Şəki Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*(***)-**/**** nömrəli qətnaməsi ## ###### 2025-ci il tarixdə iddiaçı İddiaçı, həmçinin onun nümayəndəsi və vəkili Nümayəndə məxsus şəxsi elektron kabinetlərinə yerləşdirilmişdir. Iddiaçı İddiaçı Şəki Rayon Məhkəməsinin ## ###### 2025- ci il tarixli e-*(***)-**/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti ## ###### 2025- ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qərardadı ilə Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi ##.##.2025-ci il tarixdə iddiaçıya məxsus və iddiaçının nümayəndəsi Nümayəndə məxsus “Elektron məhkəmə” informasiya sistemində yaradılan şəxsi elektron kabinetində yerləşdirildiyindən, iddiaçı isə həmin qətnamədən ##.##.2025-ci il tarixdə apellyasiya şikayəti verdiyindən, bununla da iddiaçı qətnamədən apellyasiya şikayəti vermə müddətini 1 ay 13 gün ötürdüyündən apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardad Elektron Məhkəmə Sisteminə ##.##.2025-ci il tarixdə əlavə edilsə də, iddiaçı həmin qərardaddan şikayət vermənin müddət bərpasına dair ərizəsini ##.##.2026-cı il tarixdə vermiş, lakin qərardaddan şikayəti əlavə etməmişdir. Iddiaçı öz şikayətində Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qərardadından şikayət vermə müddətinin bərpa edilməsi barədə ərizə versə də, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-**/**** saylı qərardadı ilə qətnamədən apellyasiya şikayəti verilməsinə dair müddətin bərpa edilməsi ərizəsi geri qaytarılmışdır. ##.##.2026-cı il tarixdə iddiaçı yenidən qətnamədən apellyasiya şikayəti verilməsinə dair müddətin bərpa edilməsi ərizəsi ilə və ##.##.2026-cı il tarixdə isə yenidən Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qərardadından şikayət vermə müddətinin bərpa edilməsi barədə ərizə ilə müraciət etsə də, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-**/**** saylı qərardadı ilə, iddiaçı İddiaçı cavabdeh Şəki regional “ASAN Xidmət” mərkəzinin notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, bağışlama müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(075)- **/**** saylı qətnaməsindən iş üzrə iddiaçı İddiaçı apellyasiya şikayəti verilməsi müddəti bərpa edilmiş və apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmiş, faktiki olaraq, Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qərardadından şikayət vermə müddətinin bərpa edilməsi barədə ərizəyə münasibət bildirilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadı ilə Şəki Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-**/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilmişdir. Həmin qərardadla müəyyən olunmuşdur ki, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e*(***)-**/**** saylı qərardadı ilə, iddiaçı İddiaçı cavabdeh Şəki regional “ASAN Xidmət” mərkəzinin notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, bağışlama müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(075)- **/**** saylı qətnaməsindən iş üzrə iddiaçı İddiaçı apellyasiya şikayəti verilməsi müddəti bərpa edilmiş və apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin tələblərinə riayət etməmiş və iddiaçı İddiaçı tərəfindən ##.##.2025-ci il tarixdə verilmiş apellyasiya şikayəti Şəki Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e2(075)- **/**** saylı qərardadı ilə geri qaytarılmasına baxmayaraq həmin apellyasiya şikayətini baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Iddiaçı Şəki Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-**/**** saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə yenidən məhkəməyə müraciət etsə də, həmin ərizəyə apellyasiya şikayətini əlavə etməmiş, birinci instansiya məhkəməsi isə Şəki Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-**/**** saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti mövcud olmadığı halda iddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti verilməsi prosessual müddəti bərpa etməklə işi baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Şəki regional “ASAN Xidmət” mərkəzinin notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, bağışlama müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qərardadından şikayətin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə iddiaçı Əliyev Rafiq Şəmsəddin oğlunun verdiyi ərizə geri qaytarılmışdır. Iddiaçı İddiaçı qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Işə Şəki Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qərardadından şikayət vermə müddətinin bərpa edilməsi barədə ərizəyə qərardaddan şikayət əlavə edilmədiyindən geri qaytarılmalıdır. Iddiaçı İddiaçı şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qərardadından şikayət verə bilmək üçün müddətin bərpasına dair ərizəsi olsa da, texniki olaraq qərardaddan şikayətini ərizəsinə əlavə etməmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)- **/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263- 264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: Iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar