Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-576/2026 14.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “reqres qaydada pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Sığorta ödənişinin reqres qaydasında tələb edilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Musayev Taleh Valeh oğlu və Mustafayev Etibar Mustafa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı nümayəndəsi X2, Cavabdeh Cavabdeh iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “reqres qaydada pul” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Işin halları
1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “reqres qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh 3990 manat pulun və 60,3 manat ödədiyi dövlət rüsumunun alınıb Müdafiə Nazirliyinin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən ##.##.2016-cı il tarixdə saat 16:00 radələrində sürücüsü olduğu “Qaz-3307” markalı В 514 HM qeydiyyat nömrəli avtomobillə Yevlax-Aran- Mingəçevir yolunun 3-cü km-də hərəkətdə olarkən yük daşıma qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmişdir. Həmin yol nəqliyyat hadisəsi nəticəsində “xxxx” MMC-nin mülkiyyətində olan “Toyota Prado" markalı ** AK *** nömrəli avtomobilə zərər vurulmuşdur. Yevlax RPŞ DYPB-nin KYP ****** nömrəli, ##.##.2016-cı il tarixli inzibati xəta haqqında protokoluna və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” tərtib etdiyi arayışa əsasən Kərimfi Zülfü Rafik oğlu yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Iş materialları ilə müəyyən edilmişdir ki, Yevlax RPŞ DYPB-nin KYP tərəfindən tərtib edilmiş ##.##.2016-cı il tarixli inzibati xəta haqqında protokola və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərara əsasən yol-nəqliyyat hadisəsini törətmiş Cavabdeh Azərbaycan Respublikası IXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Toyoto Prado" markalı, ** AK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi zərərə görə 350 manat azadolma məbləği çıxılmaqla, 3990 manat məbləğində sığorta ödənişi "xxxx” ASC tərəfindən faydalanan şəxsin bank hesabına tam olaraq köçürülmüşdür. Subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə əlaqədar Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət olunmuşdur. Iddia tələbi təmin olunaraq "xxxx” ASC-də avtonəqliyyat vasitəsinin kompleks sığortası qaydaları ilə sığorta təminatına alındığından dəymiş zərər Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli e-2(009)- 689/2024 qətnaməsi ilə Müdafiə Nazirliyinin üzərinə öhdəlik qoymuşdur. Müdafiə Nazirliyinin Maliyyə və Büdcə Idarəsi tərəfindən ## #### 2025-ci il tarixli ********** nömrəli ödəniş tapşırığı ilə avtomobilin təmiri üçün İddiaçı 3990 manat məbləğində vurulmuş zərər və 60,3 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 4050,3 manat pul vəsaiti iddiaçı "xxxx" ASC-nin hesabına köçürülərək qətnamənin icrası təmin edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
3. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh təqdim etdiyi etiraz ərizəsinə uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh ərizədə qeyd etmişdir ki, N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən ##.##.2016-cı il tarixdə yol nəqliyyat hadisəsi törətmişdir. 4340 manat məbləğində dəymiş ziyanın ödənilməsi ilə bağlı Müdafiə Nazirliyindən gələn nümayəndə onun və tabe olduğu Rin arasında həmin pulun bölünüb ödənilməsinə tapşırıq vermişdir. Həmin hərbi hissədə işlədiyi dövr ərzində ona düşən pul maaşından tutularaq sığorta şirkətinə ödənilmişdir. Belə ki, R Şahid 1495 manat, ondan isə 788 manat 46 qəpik tutulmuşdur. Sonradan ağır xəstə olduğu üçün işdən çıxarılmışdır. Ondan qeyd etdiyi məbləğdə pul tutulsa da yerdə qalan borcu işdən çıxanda ondan tutulmamışdır. Bu müddət ərzində sığorta şirkətindən ona gələn məktubda qeyd edilmişdir ki, sığorta məbləğini ödəmədiyi üçün məhkəməyə veriləcəkdir. Bundan sonra Müdafiə Nazirliyindən ondan pul tələb edilməsi ilə bağlı bölünmə aktının və pulun tutulması aktının əldə edilməsi üçün müraciət etmiş, lakin ondan pul tutulmadığı və sənədlərin yandırılması cavabını almışdır.
5. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirmişdir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh həmin nazirlikdə işlədiyi vaxt hazırki iddia tələbi ilə bağlı əmək haqqından tutulmalar aparmışdır. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
6. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Güləndam Quliyeva) ##.##.2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Cavabdeh 4050,30 (dörd min əlli manat otuz qəpik) manat məbləğində pulun alınaraq iddiaçı İddiaçı hesabına köçürülməsi, iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi olan 61 (altmış bir) manat məbləğində pulun cavabdeh Kərimli Zülfü Rafik oğlundan tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
7. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh Cavabdeh N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən ##.##.2016-cı il tarixdə yol nəqliyyat hadisəsi törətmişdir. Həmin yol nəqliyyat hadisəsi nəticəsində cavabdeh Kərimfi Zülfü Rafik oğlu yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərə görə 3990 manat məbləğində sığorta ödənişi "xxxx” ASC tərəfindən faydalanan şəxsin bank hesabına tam olaraq köçürülmüşdür. Subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə əlaqədar Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət olunmuşdur. Iddia tələbi təmin olunaraq dəymiş zərər Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli e-2(009)-689/2024 qətnaməsi ilə Müdafiə Nazirliyinin üzərinə öhdəlik olaraq qoyulmuşdur. Ödəniş tapşırığı ilə İddiaçı 3990 manat məbləğində vurulmuş zərər və 60,3 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 4050,3 manat pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin hesabına köçürülərək qətnamənin icrası təmin edilmişdir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
8. Məhkəmə qeyd etmişdir ki, cavabdeh Cavabdeh N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən ##.##.2016-cı il tarixdə yol nəqliyyat hadisəsi törətmişdir. Həmin yol nəqliyyat hadisəsi nəticəsində cavabdeh Kərimfi Zülfü Rafik oğlu yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərə görə 3990 manat məbləğində sığorta ödənişi "xxxx” ASC tərəfindən faydalanan şəxsin bank hesabına tam olaraq köçürülmüşdür. Subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə əlaqədar Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət olunmuşdur. Iddia tələbi təmin olunaraq dəymiş zərər Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli e-2(009)-689/2024 qətnaməsi ilə Müdafiə Nazirliyinin üzərinə öhdəlik olaraq qoyulmuşdur. Ödəniş tapşırığı ilə İddiaçı 3990 manat məbləğində vurulmuş zərər və 60,30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 4050,30 manat pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin hesabına köçürülərək qətnamənin icrası təmin edilmişdir. Iddiaçı reqres qaydasında cavabdehdən ödədiyi pulu tələb edir. Cavabdeh iddia tələbinə etiraz etmiş, işlədiyi vaxt aldığı əmək haqqından tutulmaların aparıldığını bildirmişdir. Bununla belə məhkəmə gedişində cavabdeh qeyd etdiyi halları təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
9. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının cavabdehə qarşı reqres qaydada pul tələbinə dair iddiası təmin edilməli və cavabdeh Cavabdeh 3990 manat məbləğində vurulmuş zərərin əvəzi və tutulan 60,3 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4050,3 manat pul alınaraq iddiaçı İddiaçı hesabına köçürülməlidir. Iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi 61 manat məbləğində pul cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1, 21.1, 21.2, 1108.1, 1114.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə, Dövlət rüsumu haqqında Qanunun 9.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyаsiyа şikаyəti vermişdir.
12. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, aşağıda göstərilənlərə əsasən Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsini əsassız və qanunsuz hesab edir.
13. Ilk öncə Məhkəmə Kollegiyasının nəzərinə onu çatdırmaq istəyir ki, o, N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmətdə olmuşdur. ##.##.2016-cı il tarixdə, saat 16:00 radələrində “Qaz-3307” markalı, В 514 HM qeydiyyat nömrəli avtomobili Yevlax-Aran- Mingəçevir yolunun 3-cü km-də idarə edərkən yol nəqliyyat hadisəsi baş vermişdir. Həmin vaxt yanında R Şahid olmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində “xxxx” MMC-nin mülkiyyətində olan “Toyota Prado" markalı ** AK *** nömrəli avtomobilə zərər vurulmuşdur. Bu hadisədən sonra həm onun, həm də Şahid əmək haqqından tutulmalar aparılmışdır. Belə ki, onun əmək haqqından 680 manat, Şahid əmək haqqından isə 1995 manat tutulmalar aparılmışdır. Elə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Talıb oğlu bu barədə məhkəməyə ifadə vermişdir. Lakin, işə baxan Mingəçevir Şəhər Məhkəməsi şahid ifadəsini sübut kimi qəbul etməmiş, ## #### 2026-cı il tarixli qətnaməsində Şahid ifadəsini qeyd etməmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Toyoto Prado" markalı, ** AK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi zərərə görə 350 manat azadolma məbləği çıxılmaqla, 3990 manat məbləğində sığorta ödənişi "xxxx” ASC tərəfindən faydalanan şəxsin bank hesabına tam olaraq köçürülmüşdür. Subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə əlaqədar Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət olunmuşdur. Iddia tələbi təmin olunaraq "xxxx” ASC-də avtonəqliyyat vasitəsinin kompleks sığortası qaydaları ilə sığorta təminatına alındığından dəymiş zərər Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli e-2(009)- 689/2024 qətnaməsi ilə Müdafiə Nazirliyinin üzərinə öhdəlik qoymuşdur. Müdafiə Nazirliyinin Maliyyə və Büdcə Idarəsi tərəfindən ## #### 2025-ci il tarixli ********** nömrəli ödəniş tapşırığı ilə avtomobilin təmiri üçün İddiaçı 3990 manat məbləğində vurulmuş zərər və 60,3 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 4050,3 manat pul vəsaiti "xxxx" ASC-nin hesabına köçürülərək qətnamənin icrası təmin edilmişdir. Bundan sonra Müdafiə Nazirliyi həmin məbləği ondan reqres qaydasında tələb edir. Hesab edir ki, həmin məbləğ həm ondan, həm də Şahid tutulmuş, lakin Müdafiə Nazirliyinin bəzi əməkdaşları bunu məhkəmədən gizlədir.
14. Işə baxan Mingəçevir Şəhər Məhkəməsi təqdim olunmuş sübutlara düzgün qiymət verməmiş, şahid ifadəsini mötəbər sübut kimi qəbul etməmişdir.
15. Məhkəmə işə baxarkən tətbiq edilməli olan hüquq normasını düzgün tətbiq etməmiş, işi tam və hərtərəfli araşdırmamış və bununla da həqiqəti əks etdirməyən qətnamə qəbul etmişdir.
16. Iş üzrə zərurət olduğundan hazırki iş üzrə İddiaçı N saylı Hərbi Hissənin Ri Şahid şahid qismində məhkəmə iclasında dindirilmişdir. Şahid Şahid məhkəmə iclası zamanı verdiyi ifadəsində bildirmişdir ki, yol nəqliyyat hadisəsi nəticəsində “xxxx” MMC-nin mülkiyyətində olan “Toyota Prado" markalı ** AK *** nömrəli avtomobilə zərər vurulmuşdur. Bu hadisədən sonra həm onun, həm də Şahid əmək haqqından tutulmalar aparılmışdır. Belə ki, onun əmək haqqından 680 manat, Şahid əmək haqqından isə 1995 manat tutulmalar aparılmışdır.
17. Işə baxan Mingəçevir Şəhər Məhkəməsi yol-nəqliyyat hadisəsi nəticəsində həm onun əmək haqqımdan, həm də Şahid əmək haqqından tutulmaların aparılmasına hüquqi qiymət verməmişdir. Eyni zamanda da Müdafiə Nazirliyi tərəfindən Mingəçevir Şəhər Məhkəməsinə təqdim olunmuş dəymiş zərərin ödənilməsi ilə bağlı arayışları da nəzərə almayaraq iş üçün əhəmiyyətli olan halları dəqiqləşdirməmiş, işi tam və hər tərəfli araşdırmamışdır.
18. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsini tamamilə ləğv edib, iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 903.1-ci maddəsinə əsasən sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. 1096.2-ci maddəsinə əsasən delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
24. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
27. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
28. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
29. Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsini tam ləğvini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur .
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
32. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, cavabdeh Cavabdeh N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən ##.##.2016-cı il tarixdə yol nəqliyyat hadisəsi törətmişdir. Cavabdeh Kərimfi Zülfü Rafik oğlu yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərə görə 3990 manat məbləğində sığorta ödənişi "xxxx” ASC tərəfindən faydalanan şəxsin bank hesabına tam olaraq köçürülmüş, vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə əlaqədar Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı «xxxx» ASC-nin xeyrinə zərərçəkmiş şəxsə ödənilmiş sığorta ödənişinin əvəzi kimi 3990 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 60.30 manat, cəmi 4050.30 manat məbləğində pulun tutulması qət edilmişdir. İddiaçı tərəfindən 3990 manat məbləğində vurulmuş zərər və 60,3 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 4050,3 manat pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi təmin edilmişdir.
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayəti əsassızdır.
34. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin hadisədən sonra onun əmək haqqından 680 manat, Şahid əmək haqqından isə 1995 manat tutulmalar aparılmasına hüquqi qiymət verməməsi, Müdafiə Nazirliyi tərəfindən Mingəçevir Şəhər Məhkəməsinə təqdim olunmuş dəymiş zərərin ödənilməsi ilə bağlı arayışların nəzərə alınmamasına dair dəlillərinə münasibətdə qeyd edir ki, işdə olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən görünür ki, Cavabdeh ##.##.2016-cı il tarixdə saat 16.00-da Azərbaycan Respubikası Müdafiə Nazirliyinə məxsus “QAZ 3307” markalı, B***HM dövlət qeydiyyat nişanlı avtomobili yol vərəqəsi əsasında idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində “xxxx” ASC-də “avtonəqliyyat vasitələrinin kompleks sığortası” növü ilə sığortalanmış “Toyoto-Prado” markalı, ** AK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi əzilmiş, Yevlax RPŞ DYPB-nin KYP tərəfindən tərtib edilmiş ##.##.2016-cı il tarixli inzibati xəta haqqında protokola və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh həmin hadisəni törətməkdə, yəni Azərbaycan Respublikası IXM-nin 327.1-ci maddəsi ilə təqsirli blinərək 40 manat cərimə edilmişdir. “xxxx” ASC tərəfindən “Toyota Prado” markalı, ** AK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə “xxxx” MMC-yə 4340,15 manat məbləğində sığorta ödənişi ödənilmiş, sonradan həmin məbləğ Azərbaycan Respubikası Müdafiə Nazirliyindən tələb edilmişdir. Yekunda Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı «xxxx» ASC-nin xeyrinə zərərçəkmiş şəxsə ödənilmiş sığorta ödənişinin əvəzi kimi 3990 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 60.30 manat, cəmi 4050.30 manat məbləğində pulun tutulması qət edilmişdir.
35. Işdə olan ******** nömrəli ödəniş tapşırığından görünür ki, ödəyici Müdafiə Nazirliyi tərəfindən vəsaiti alan “xxxx” ASC-nin hesabına ## #### 2025-ci il tarixdə 4050,3 manat məbləğində pul köçürülmüşdür.
36. Işdə olan N №li hərbi hissə tərəfindən ##.##.2025-ci il tarixdə verilmiş arayışdan görünür ki, həmin hərbi hissənin sabiq hərbi qulluqçusu Cavabdeh 2018-ci ilin fevral ayında 95 manat, mart ayında 95 manat, aprel ayında 95 manat, may ayında 102,23 manat, iyun ayında 102,23 manat, iyul ayında 102 manat və avqust ayında 102 manat olmaqla, cəmi 693,46 manat pul tutularaq ödəniş tapşırıqları ilə müvafiq hesaba köçürülmüşdür.
37. Işdə olan N №li hərbi hissə tərəfindən verilmiş arayışdan görünür ki, Şahid Talıb oğlunun əmək haqqısından 2018-ci ildə may ayında 150 manat, iyun ayında 150 manat, iyul ayında 150 manat və sentyabr ayında 145,15 manat olmaqla cəmi 595,15 manat pul məbləğləri tutulmuşdur.
38. Beləliklə işdə olan sübutların müqayisəli tədqiqi nəticəsində müəyyən edilmişdir ki, cavabdeh tərəfindən Azərbaycan Respubikası Müdafiə Nazirliyinə məxsus nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi ##.##.2016-cı il tarixdə törədildiyi halda, həmin hadisə nəticəsində “Toyota Prado” markalı, ** AK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin əzilməsi ilə əlaqədar Azərbaycan Respubikası Müdafiə Nazirliyi tərəfindən 4050,3 manat məbləğində pul vəsaiti ## #### 2025-ci il tarixdə “xxxx” ASC-nin hesabına köçürülmüş, cavabdeh Cavabdeh və Şahid Talıb oğlunun əmək haqlarından tutulmaların aparılması isə bundan 7 il əvvəlki dövrə, yəni 2018-ci ilə təsadüf etmişdir. Həmçinin məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı Azərbaycan Respubikası Müdafiə Nazirliyinin nümayəndəsi də cavabdehin və digər şəxsin əmək haqlarından 2018-ci ildə aparılmış tutulmaların ##.##.2016-cı il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində yaranmış ziyanla əlaqəsinin olmadığını göstərmiş, cavabdeh Cavabdeh da Azərbaycan Respubikası Müdafiə Nazirliyində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, yəni 2018-ci ildə əmək haqqından aparılmış tutulmaların ##.##.2016-cı il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində yaranmış ziyanla əlaqəli olmasını əsaslandıra bilməmişdir.
39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Talıb oğlunun məhkəməyə bu barədə ifadə verməsi, məhkəmənin təqdim olunmuş sübutlara düzgün qiymət verməməsi, şahid ifadəsini mötəbər sübut kimi qəbul etməməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
40. Kollegiya qeyd edir ki, ödənişlər mühasibatlıq vasitəsi ilə, sənəd üzrə aparıldığından, həmin ödənişin təyinatı ilə bağlı məsələlərə də şahid ifadəsi ilə deyil, eyni qaydada aydınlıq gətirilə bilər.
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsində Şahid ifadəsini qeyd etməməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, işdə olan birinci instansiya məhkəməsinin ## ###### 2026-cı il tarixdə keçirilmiş iclası üzrə məhkəmə iclas protokolundan görünür ki, şahid Şahid Talıb oğlunun ifadəsi məhkəmə iclas protokolunda öz əksini tapmışdır.
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin işə baxarkən təqdim edilmiş sübutlara düzgün qiymət verməməsi, tətbiq edilməli olan hüquq normasını düzgün tətbiq etməməsi, işi tam və hərtərəfli araşdırmaması, həqiqəti əks etdirməyən qətnamə qəbul etməsinə dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmiş, iş üzrə gəlinən nəticə işin həqiqi hallarına uyğun olmaqla iş materiallarında olan sübutları MPMin 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
43. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə ləğv edilməsi üçün əsas yoxdur. Ona görə də cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.