Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-636/2026 02.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: əsassız varlanma) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), İsayev Elman Bəhruz oğlu və X2 ibarət tərkibdə, Kərimli Amil Süleyman oğlunun katibliyi ilə, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh, Cavabdehin nümayəndəsi X5, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-**/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən cavabdehin tərəfində üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, ##.##.1986-cı il tarixdə doğulmuş və ##.##.2025-ci il tarixdə şəhid olmuş X4 dəfn olunması üçün ödənilmiş 3000 manat pulun və ödədiyi 50 manat dövlət rusumunun Zaqatala rayonu Qımır kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hərbiçi olmuş oğlu X4 ##.##.2025-ci il tarixdə şəhid olmuşdur. Oğlunu Zaqatala rayonunda dəfn etmişdir. Nazirlər Kabinetinin ##.##.1994-cü il tarixli *** nömrəli qərarı ilə təsdiqlənmiş qanuna əsasən dəfn pulunun verilməsi qərara alınmışdır. Həmin qərara əsasən dəfn pulu 3000 manat müəyyən edilmişdir. Həmin qərarla təsdiq edilmiş nizamnamənin 353-cü maddəsinin ** saylı əlavəsinin 1.6-cı, 1.7-ci və 3.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq İcra Hakimiyyətlərinin səlahiyyətlərini Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzə Dövlət Xidməti həyata keçirir. Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə yas mərasiminin təşkili üçün maliyyə yardımının göstərilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə Nazirlər Kabinetinin ##.##.2016-cı il tarixli *** nömrəli qərarına əsasən həlak olmuş şəxslərin dəfn mərasiminin təşkili və keçirilməsi məqsədi ilə valideynlərinə yas mərasiminin təşkili üçün 3000 manat məbləğində maliyyə yardımının ödənilməsi müəyyən edilmişdir. Müharibədə həlak olmuş oğlu 2025-ci ilin iyun ayında Zaqatala rayonu Qımır kənd qəbiristanlığında tərəfindən dəfn olunmuş və dəfn mərasimi şəhid olmuş şəxsin valideyni kimi onun tərəfindən təşkil olunmuşdur. Lakin qanunla müəyyən olunmuş dəfn pulu ona ödənilməmişdir. O, bu barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Zaqatala rayon Şöbəsinə yazılı olaraq müraciət etmişdir. Ona cavab olaraq ünvanlanmış məktubda bildirilmişdir ki, dəfn pulu şəhid olmuş şəxsin həyat yoldaşına, yəni X6 ödənilmişdir. Şəhid oğlunu o dəfn etmişdir, onun dəfn xərclərini o çəkmişdir. Ona görə də həmin pul dəfn xərclərini çəkən adama, yəni ona ödənilməlidir. Ona görə də o məhkəməyə müraciət edərək cavabdeh X6 ödənilmiş 3000 manat dəfn pulunu ondan tələb edir. Yuxarıdakılara əsasən hesab edir ki, 3000 manat dəfn pulu cavabdehdən alınaraq ona ödənilməlidir.
3. Cavabdeh Cavabdeh tərəfindən məhkəməyə ünvanlamış etiraz ərizəsində iddia tələbinə qarşı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı iddiası tam olaraq əsassızdır və iddia ərizəsində qeyd olunanlar həqiqəti əks etdirmir. İddiaçı qeyd etdiyi kimi, əgər həqiqətən də dəfn xərclərini özü ödəmişdirsə o zaman həmin xərclərə dair qaimələri məhkəməyə təqdim etməsini xahiş edir. Belə ki, iddiaçı iddiasında qeyd olunan halları sübut etməyə məcburdur. İkinci tərəfdən qeyd olunan vəsait ona Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ödənilmişdir və bunun üçün təqsirkar olan şəxs o deyildir. Yəni, iddiaçı iddiasında haqlı olsa belə iddianı ona qarşı yox, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı qaldırmalı idi. Analoji yanaşma ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ##### 2023-cü il tarixli, 2-l(102)- ***/**** nömrəli qərarında qeyd etmişdir ki, " ... 27. Qeyd edilməlidir ki, birdəfəlik və ya mütəmadi -pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub- qorunmadığı da "İnzibati icraat haqqında" Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Eyni zamanda təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafə maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilibödənil məməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “ İnzibati icraat haqqında" Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Həmçinin qeyd edilməlidir ki, iddiaçıdan asılı olmayan hallar nəticəsində cavabdehin səhv etməsi iddiaçıdan artıq ödənişin tutulmasına əsas yarada bilməz. Məhkəmə araşdırması nəticəsində rüşvət, hədəqorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçının öz pensiya məbləğinə müdaxilə etməsi müəyyən edilməmişdir. Eləcə də, işin hallarına görə, inzibati aktın qanunsuz olduğunu bilməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar. İddiaçı İddiaçı ona qarşı "pul tələbinə dair" iddiasının əsassız olması səbəbindən təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, icra hakimiyyəti tərəfindən ona heç bir maddi yardım olunmamışdır. Lakin icra hakimiyyətinin nümayəndələri yasda iştirak etmişdirlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, kənd camaatından dəfn mərasimi ilə bağlı pul yığılmışdır. İndi o həmin borcları qaytarır. Cavabdeh tərəf isə ona dəfn xərci ilə bağlı heç bir pul təklif etməmişdir. Əksinə oğluna məxsus maşını satıb, həmçinin hərbiçilər tərəfindən verilmiş pulu da götürmüşdürlər
5. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh və onun nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddiaçı İddiaçı ona qarşı "pul tələbinə dair" iddiasının əsassız olması səbəbindən təmin edilməməsini xahiş etmişdirlər. Əlavə olaraq bildirmişdirlər ki, yas iddiaçının həyətində olsa da, dəfn xərcini iddiaçı yox, kənd camaatı, hərbiçilər və icra hakimiyyəti çəkmişdir. Hərbiçilərin tərəfindən yığılmış 1000 manat məbləğində pul isə uşaqları üçün bütün kənd camaatının qarşısında Turanəyə verilmişdir.
6. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinin nümayəndəsi X3 bildirmişdir ki, iş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədə və prokurorluğun qərarında da qeyd edilmişdir ki, mərhum X4 təyinat nöqtəsinə gələn zaman yaranmış vəziyyətdə digər hərbi qulluqçulardan fərqli olaraq, özünü nəqliyyat vasitəsindən atmış və “travmatik şok” nəticəsində vəfat etmişdir. Qeyd edilən dəfn pulu ilə əlaqədar hər iki tərəf müvafiq sənədlərini təqdim etmiş, rəhbərlik xanımın himayəsində azyaşlı övladlarının olmasını da nəzərə alaraq pulun mərhumun həyat yoldaşına verilməsini məqsədə müvafiq hesab etmişdir. Dəfin mərasiminin xərcinin kim tərəfindən çəkilməsi isə mübahisəlidir, belə ki, hər iki tərəf dəfin xərcələrinin tərəflərindən çəkildiyini bildirmişdir.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zaqatala Rayon Qımır Bələdiyyəsinin sədri X7 ifadəsində bildirmişdir ki, Əsgərov Sadiqin kənd ərazisində öz evi olsa da, xidmət etdiyi ərazidən Zaqatalaya gələn zaman səhv etmirsə, atasıgildə qalmışdırlar. Sadiqin vəfatından sonra atası Kamil müraciət etmiş, o da Əmək və Əhalinin Sosial Müdafiəsi Fonduna təqdim edilməsi məqsədi ilə yaş mərasiminin onun tərəfindən keçirilməsi ilə bağlı arayış vermişdir. Daha sonra xanım müraciət etmiş, o da arayışı artıq mərhumun atasına verdiyini bildirmişdir. Komissarlıq onunla əlaqə saxlayaraq onlara da arayış təqdim etməli oluğunu bildirilmişdir. O da dəfn xərclərinin yoldaşı tərəfindən qarşılanması ilə bağlı arayışı Komissarlığa təqdim etmişdir. Bu arayışlar fərqli qurumlara təqdim edilmişdir.
8. Zaqatala Rayon Məhkəməsinin (hakim Vüqar Məmmədov) ## ##### 2026-cı il tarixli, e-*(*-***)-**/**** nömrəli qətnaməsi ilə, iddianın təmin edilməsi, ##.##.1986-cı il tarixdə doğulmuş və ##.##.2025-ci il tarixdə vəfat etmiş X4 dəfn olunması üçün ödənilmiş 3000 (üç min) manat pul vəsaitinin cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı verilməsi, cavabdeh Cavabdeh 50 (əlli) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı İddiaçı verilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ##.##.2025-ci il tarixdə ölmüş oğlu Sadiq Əsgərovun dəfn və yas mərasimlərinin təşkili xərcələri iddiaçı tərəfindən çəkildiyindən maliyyə yardımı ona ödənilməli olsa da cavabdehə ödənilmiş, nəticədə sonuncu 3000 manat pulu hüquqi əsas olmadan və həmin vəsaiti əldə etmək hüququ olan iddiaçının hesabına əldə etməklə varlanmış, sonuncu isə maliyyə yardımından məhrum olmuşdur.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
10. Müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, R X4 müddətdən artıq hərbi xidmətdə olan zaman baş vermiş hadisə nəticəsində vəfat etmişdir. Оnun yas mərasiminin təşkili üçün cavabdehə 3000 (üç min) manat məbləğində maliyyə yardımı edilmişdir.
11. İddiaçı tələbini oğlunun dəfn və yas mərasimlərinin təşkili xərcələrinin onun tərəfindən çəkilməsi ilə əsaslandırmış, cavabdeh isə dəfn və yas mərasimlərinin təşkili xərcələrinin kənd camaatı, hərbiçilər və icra hakimiyyəti tərəfindən çəkilməsi əsası ilə iddiaya etiraz etmişdir.
12. Yanaşı yoxlanılmış sübutlarla iddiaçının tələbininin əsası kimi istinad etdiyi hallar təsdiq edilsə də, cavabdehin iddiaya etirazının əsası kimi istinad etdiyi hallar təsdiq edilməmişdir.
13. Məhkəmə qeyd edilənlərə əsasən ##.##.2025-ci il tarixdə ölmüş oğlu Sadiq Əsgərovun dəfn və yas mərasimlərinin təşkili xərcələrinin onun tərəfindən çəkilməsinə dair iddiaçının bildirdiklərini işin hallarına uyğun sayır.
14. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlmişdir ki, hüquqi əsas olmadan iddiaçının hesabına pul vəsaiti əldə etmiş cavabdeh əldə etdiyini maliyyə yardımından məhrum olmuş iddiaçının tələbi ilə ona qaytarmağa borclu olduğundan, əldə etdiyi 3000 manat maliyyə yardımı cavabdehdən alınıb iddiaçıya verilməlidir.
15. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia təmin edildiyindən cavabdeh Cavabdeh ödənilmiş 50 manat dövlət rüsumu alınaraq iddiaçı İddiaçı ödənilməlidir.
16. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1092.1-ci maddələri, Azərbaycan Respublikasının 1994-cü il ## ######## tarixli, *** saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri” Nizamnaməsinin 333.1-ci bəndi, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin ** saylı əlavəsinin 1.7-ci maddəsi, Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün maliyyə yardımının göstərilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 2016-cı il tarixli, *** nömrəli qərarının 1-ci bəndi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 14.2, 77.1, 119.1, 217.3, 217.4 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
17. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan vəsait ona Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ödənilmişdir və bunun üçün təqsirkar olan şəxs o, deyildir. Zaqatala Rayon Məhkəməsinin hazırki qətnaməsi 3 (üç) övlada baxan bir ana kimi onu maliyyə baxımından hədsiz ağır vəziyyətə sala bilər. Yəni, iddiaçı iddiasında haqlı olsa belə iddianı ona qarşı deyil, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı qaldırmalı idi. Analoji yanaşma ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ##### 2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli *** qərarında qeyd etmişdir ki, “ birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki,inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunubqorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Eyni zamanda təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyasıməbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilibödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də67.5- 67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. İddiaçıdan asılı olmayan hallar nəticəsində cavabdehin səhv etməsi iddiaçıdan artıq ödənişin tutulmasına əsas yarada bilməz. Məhkəmə araşdırması nəticəsində rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçının öz pensiya məbləğinə müdaxilə etməsi müəyyən edilməmişdir. Eləcə də, işin hallarına görə, inzibati aktın qanunsuz olduğunu bilməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar.”
19. Birinci instansiya məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir.
20. Odur ki, Zaqatala Rayon Məhəkəməsin ## ##### 2026-cı il tarixli, e-*(*-***)- **/**** nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətinin təmin edilməsi, Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-**/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-**/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı oğlu apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-**/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanlmasını xahiş etmişdir.
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinin nümayəndəsi X3 izahatında göstərdi ki, dəfn pulu ilə əlaqədar hər iki tərəf müvafiq sənədlərini təqdim etmiş, rəhbərlik pulun mərhumun həyat yoldaşına verilməsini məqsədə müvafiq hesab etmişdir. Odur ki, iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş edir.
Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2. və 14.2.7-ci maddələrinə əsasən əsassız varlanma Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 439.4-ci maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
27. Azərbaycan Respublikasının 1994-cü il ## ######## tarixli, *** saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri” Nizamnaməsinin 333.1-ci bəndinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə uyğun olaraq, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilir.
28. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin ** saylı əlavəsinin 1.7-ci maddəsinə əsasən Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən maliyyə yardımı göstərilir.
29. Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün maliyyə yardımının göstərilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 2016-cı il tarixli, *** nömrəli qərarının 1-ci bəndinə əsasən “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin ** saylı əlavəsinin 1.7-ci maddəsinə uyğun olaraq dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün 3000 (üç min) manat məbləğində maliyyə yardımı müəyyən edilmişdir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Apellyator Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-2(5-167)- 16/2026 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.
35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqına” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
36. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçının oğlu X4 müddətdən artıq hərbi xidmətdə olan zaman ##.##.2025-ci il tarixdə baş vermiş hadisə nəticəsində vəfat etmişdir. Sadiq Əsgərovun dəfn və yas mərasimlərinin təşkili xərcələri iddiaçı tərəfindən çəkilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsi tərəfindən “Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün maliyyə yardımının göstərilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 2016-cı il tarixli, *** nömrəli qərarına əsasən “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin ** saylı əlavəsinin 1.7-ci maddəsinə uyğun olaraq” dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün ödənilməsi nəzərdə tutulmuş 3000 manat məbləğində maliyyə yardımı cavabdehə ödənilmişdir.
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan vəsaitin ona Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ödənilməsi, Zaqatala Rayon Məhkəməsinin hazırki qətnaməsinin 3 (üç) övlada baxan bir ana kimi onu maliyyə baxımından hədsiz ağır vəziyyətə salması, iddiaçı iddiasında haqlı olsa belə iddianı ona qarşı deyil, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı qaldırmalı olmasına dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, apellyasiya şikayətinin qeyd olunan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas təşkil etmir.
39. Belə ki, Azərbaycan Respublikasının 1994-cü il ## ######## tarixli, *** saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri” Nizamnaməsinin 333.1-ci bəndinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə uyğun olaraq, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilir.
40. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin ** saylı əlavəsinin 1.7-ci maddəsinə əsasən Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən maliyyə yardımı göstərilir.
41. Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün maliyyə yardımının göstərilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 2016-cı il tarixli, *** nömrəli qərarının 1-ci bəndinə əsasən “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin ** saylı əlavəsinin 1.7-ci maddəsinə uyğun olaraq dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün 3000 (üç min) manat məbləğində maliyyə yardımı müəyyən edilir.
42. Kollegiya qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanan normalarından görünür ki, sözügedən maliyyə yardımı hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin yaxın qohumlarına ehtiram əlaməti olaraq dəfn mərasiminin təşkili və keçirilməsi, yəni yas mərasimlərinin təşkili üçün müəyyən olunmuş maliyyə yardımıdır.
43. İş materiallarında olan sübutlar, eyni zamanda cavabdehin özünün izahatı ilə müəyyən olunur ki, X4 yas mərasimi atası İddiaçı tərəfindən təşkil olunmuşdur.
44. Belə ki, iş materiallarına əlavə edilmiş Zaqatala RİHB-nın Çobankol kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ** nömrəli arayışda görünür ki, İddiaçı mərhum oğlu X4 dəfn mərasimi xərclərini həqiqətən özü çəkmişdir.
45. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Zaqatala Rayon Qımır Bələdiyyəsinin sədri X7 ifadəsində bildirmişdir ki, Əsgərov Sadiqin kənd ərazisində öz evi olsa da, xidmət etdiyi ərazidən Zaqatalaya gələn zaman səhv etmirsə, atasıgildə qalmışdırlar. Sadiqin vəfatından sonra atası Kamil müraciət etmiş, o da Əmək və Əhalinin Sosial Müdafiəsi Fonduna təqdim edilməsi məqsədi ilə yaş mərasiminin onun tərəfindən keçirilməsi ilə bağlı arayış vermişdir. Daha sonra xanım müraciət etmiş, o da arayışı artıq mərhumun atasına verdiyini bildirmişdir. Komissarlıq onunla əlaqə saxlayaraq onlara da arayış təqdim etməli oluğunu bildirilmişdir. O da dəfn xərclərinin yoldaşı tərəfindən qarşılanması ilə bağlı arayışı Komissarlığa təqdim etmişdir. Bu arayışlar fərqli qurumlara təqdim edilmişdir.
46. Kollegiya qanunvericiliyin yuxarıda sadalanan normalarını təhlil edərək hesab edir ki, yas mərasimi iddiaçı İddiaçı tərəfindən təşkil olunaraq, mərhumun dəf xərcləri onun tərəfindən qarşılandığı halda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsi tərəfindən cavabdehin himayəsində azyaşlı övladlarının olmasını əsas tutaraq pulun mərhumun həyat yoldaşına verilməsində düzgün mövqedən çıxış etməmişdir. Cavabdeh isə qanuni və hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmişdir.
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Cavabdeh tərəfindən isə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas təşkil edə biləcək sübutlar təqdim edilməmişdir.
48. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Zaqatala Rayon Məhkəməsinin 28 aprel 2026-cı il tarixli, e- *(*-***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda mübahisələndirilən hissə 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. 50.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-**/**** nömrəli qətnaməsi cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.