Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-642/2026 28.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şəki Ərazi Idarəsinə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə sair mülki iş üzrə (Açar sözlər: Alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), X2 və Mustafayev Etibar Mustafa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2, Cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili vəkil1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şəki Ərazi Idarəsinə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi: Işin halları
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2004-cü il tarixdə Şəki Qeydiyyat şöbəsinin əməkdaşı kimi tanıdığı X4 Şəki şəhəri, 43-cü kvartalda (Rasim Ocaqov küçəsində) yerləşən 600 kv.m. torpaq sahəsini 18000 (on səkkiz min) manata almışdır. Torpağı aldıqdan sonra faktiki sahiblik etmiş və 6000 (altı min manat) hasarlanması, suyun çəkilməsi və giriş qapısının qoyulması üçün xərc çəkmişdir. Hal-hazırda da həmin torpaq sahəsi onun faktiki sahibliyində və istifadəsindədir. Sonradan İddiaçı məlum olmuşdur ki, torpaq sahəsinin mülkiyyətçisi X9r. Iddiaçı torpağı aldıqdan sonra mülkiyyətçi X9 birinci dəfə ## ######## 2007-ci ildə etibarnamə almışdır. Həmin etibarnamədə torpaq sahəsinə dair bütün hərəkətlər etmək, sərəncam vermək nəzərdə tutulmuşdur. Sonradan iddiaçı növbəti dəfə mülkiyyətçi X9 etibarnamə həmçinin həyat yoldaşı cavabdeh1 həmin torpaq sahəsinin satılmasına dair notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi almışdır. Məqsəd həmin torpaq sahəsini mülkiyyətçi X9 adına rəsmiləşdirdikdən, yəni Daşınmaz Əmlakın Dövlət Reyestrində mülkiyyət hüquqlarını qeydiyyata aldırdıqdan sonra öz adına rəsmiləşdirmək olmuşdur. Bundan əlavə olaraq mülkiyyətçi və onun həyat yoldaşı tərəfindən nikah haqqında şəhadətnamələri də təqdim olunmuşdur. Bir müddət keçdikdən sonra, iddiaçı İddiaçı verilmiş etibarnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətini ** saylı Şəki Ərazi Idarəsinə müraciət edərək həmin torpaq sahəsinin qeydiyyata alınmasını xahiş etmişdir. ** saylı Şəki Ərazi Idarəsi tərəfindən torpaq sahəsinin qeydiyyata alınmasından yüksək gərginlikli elektrik xətinin mühafizəsinə düşdüyünə görə imtina olunmuşdur. Bundan sonra mülkiyyətçi X9 razılığı ilə Şəki Inzibati Məhkəməsinə müraciət olunmuşdur. X1 Məhkəməsinin icraatında olan zaman X9 dünyasını dəyişmişdir. Məhkəmə tərəfindən X9 hüquqi varisi müəyyən olunanadək işin baxılması saxlanılmışdır. Bundan sonra iddiaçı İddiaçı tərəfindən mülkiyyətçi X9 ailə üzvlərinə dəfələrlə müraciət olunmuşdur. Ancaq müsbət cavab alınmamışdır. Hal-hazırda Şəki şəhəri, 43-cü kvartalda (Rasim Ocaqov küçəsində) yerləşən 600 kv.m. torpaq sahəsini iddiaçı İddiaçı adına rəsmiləşdirə bilmir. Iş materiallarından göründüyü kimi tərəflər arasında mübahisəli hüquq münasibəti 2007-ci il tarixdə yaranmışdır. Ona görə də həmin mübahisənin həlli üçün həmin vaxt qüvvədə olan mülki qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. Mülki münasibətlərdən hüquq və vəzifələrin əmələ gəlməsi bilavasitə müqavilələrlə (əqdlərlə) bağlıdır. Işin mövcud hallarından görünür ki, iddiaçı İddiaçı 21 ildir sahibliyində və istifadəsində olan torpaq sahəsini qanuni əsaslarla əldə etmiş, dəyərini ödəmişdir. Hal-hazıradək heç bir şəxs tərəfindən etiraz olunmamış və məhkəmə qaydasında mübahisələndirilməmişdir. Həmin torpaq sahəsinə dair iddialar mülkiyyətçi X9 öldükdən sonra başlamışdır.
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə nümayəndəsi vəkili iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
5. Digər cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şəki Ərazi Idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da nümayəndsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, digər cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
6. Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim K.Musayev) iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şəki Ərazi Idarəsinə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
7. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı, İddiaçı mübahisə predmeti olan torpaq sahəsini X4 almışdır. Torpaq sahəsi mərhum X9 mülkiyyətində olduğundan sonuncu tərəfindən ona ##.##.2007-ci il tarixdə etibarnamə verilmişdir. Həmçinin sonuncunun həyat yoldaşı, hazırkı iş üzrə cavabdeh cavabdeh1 Fərux qızı tərəfindən torpaq sahəsinin satılmasına razılıq verilməsinə dair ərizə verilmişdir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
8. Məhkəmə qeyd etmişdir ki, X4 tərəfindən məhkəməyə göndərilmiş teleqramda qeyd edilmişdir ki, o, torpaq sahəsinin 2004-cü ildə 900 dollara X6 almış, 2007-ci ildə 10.000 dollara İddiaçı Əsgər qızına satmışdır.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının qeyd edilən torpaq sahəsini qarşılıqlı razılıq əsasında aldığı müəyyən edilsə də həmin torpaq sahəsi hazırkı iş üzrə cavabdehdən deyil, tamamilə baçqa bir şəxsdən, X4 almışdır. Bu hal həm məhkəmə iclaslarında tərəflərin izahatları ilə, həm də X4 məhkəməyə göndərdiyi teleqramla öz təqdiqini tapmışdır.
10. Belə olan halda məhkəmə hesab etmişdir ki, İddiaçı hazırkı iddia ərizəsi ilə hazırkı cavabdeh cavabdeh1 qarşı iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmamışdır.
11. Məhkəmə, iddia tələbinin digər cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şəki Ərazi Idarəsinə qarşı olan hissəsinə münasibətdə isə qeyd etmişdir ki, göstərilən cavabdeh daşınmaz əmlakın qeydiyyatını həyata keçirən orqandır. Hazırkı iddia tələbi isə iki fiziki şəxs arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi ilə bağlıdır. Bu səbəbdən iddia tələbi digər cavabdehə münasibətdə də təmin edilməməlidir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1, 389.1, 567, 646.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2001-ci ildə qüvvədə olmuş (## #### 2005-ci il tarixədək) 335.2-ci maddəsinə, İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Işlər Üzrə Məhkəmə Kollegiyasının ## #### 2005-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ##.##.2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti vermişdir.
14. Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, işin mövcud hallarından görünür ki, iddiaçı İddiaçı 21 ildir sahibliyində və istifadəsində olan torpaq sahəsini qanuni əsaslarla əldə etmiş, dəyərini ödəmişdir. Hal-hazıradək heç bir şəxs tərəfindən etiraz olunmamış və məhkəmə qaydasında mübahisələndirilməmişdir. Həmin torpaq sahəsinə dair iddialar mülkiyyətçi X9 öldükdən sonra başlamışdır.
15. Ona verilmiş etibarnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ** saylı Şəki Ərazi Idarəsinə müraciət edərək həmin torpaq sahəsinin qeydiyyata alınmasını xahiş etmişdir. ** saylı Şəki Ərazi idarəsi tərəfindən torpaq sahəsinin qeydiyyata alınmasından yüksək gərginlikli elektrik xətinin mühafizəsinə düşdüyünə görə imtina olunmuşdur. Bundan sonra mülkiyyətçi X9 razılığı ilə Şəki Inzibati Məhkəməsinə müraciət olunmuşdur, X1 Məhkəməsinin icraatında olan zaman X9 dünyasını dəyişmişdir. Məhkəmə tərəfindən X9 hüquqi varisi müəyyən olunanadək işin baxılması saxlanılmışdır. Bundan sonra onun tərəfindən mülkiyyətçi X9 ailə üzvlərinə dəfələrlə müraciet olunmuşdur. Ancaq müsbət cavab alınmamışdır. Hal-hazırda Şəki şəhəri, 43-cü kvartalda (Rasim Ocaqov küçəsində) yerləşən 600 kv.m. torpaq sahəsini o, öz adına rəsmiləşdirə bilmir. Iş materiallarından göründüyü kimi tərəflər arasında mübahisəli hüquq münasibəti 2004-cü il tarixdə yaranmışdır.
16. Məhkəmə Mülki Məcəllənin 152.1-ci maddəsinin məzmununa nəzər yetirməmiş, yalnız cavabdehin mövqeyini üstün tutmaqla kifayətlənmişdir. Işə birinci instansiya məhkəməsi qismində baxan Şəki Rayon Məhkəməsi hazırki iş üzrə iddiaçının (onun mərhum atasının) vicdanlı alıcı olmasını nəzərə almamış, onun qanunla qorunan mülkiyyət hüquqlarını gözardı edərək mübahisələndirilən qətnaməni qəbul etmişdir.
17. MPM-nin 9.3-cü maddəsində məhkəmənin üzərinə bir çox vəzifələrin qoyulduğu görsənir. Lakin bu işdə məhkəmə həmin vəzifələri yalnız iddiaçının mövqeyinə münasibətdə icra edərək qeyri mötəbər dəlillərə əsaslanmamışdır. Məhkəmə qətnaməsi ədalətli və qanuni olmamaqla yanaşı iş üzrə müəyyən edilmiş həqiqi hallara əsaslandırılmamışdır.
18. Birinci instansiya məhkəməsi hazırki mübahisənin hər tərəfli araşdırılmasına çalışmamış, iş üzrə obyektiv məhkəmə araşdırmasını təmin etməmişdir. Ən sadə bir misalla məhkəmə cavabdehin niyə 2004-cü ildən bu günə kimi mülkiyyətində olan (əgər həqiqətən də, satmamışdırsa) torpaq sahəsinə hər-hansı bir iddia irəli sürmədiyini əsaslandırmamış, həmin xüsusatlara heç bir hüquqi qiymət verməmişdir.
19. Torpaq sahəsi alqı-satqı olunduqdan dərhal sonrada torpağın mülkiyyətçisi tərəfindən həmin əqd bəyənilmiş və hətta alıcı İddiaçı iki dəfə etibarnamədə verilmişdir.
20. Cavabdeh cavabdeh1 torpaq sahəsinin satılması barədə 2004-cü ildən məlumatlı olmuşdur hətta həyat yoldaşı etibarnamə verərkən həmin torpaq sahəsinin satılmasına dair notarial qaydada təsdiq olunmuş ərizədə təqdim etmişdir. Buna baxmayaraq keçən müddət ərzində iddiaçının faktiki sahibliyində olan torpaq sahəsinə dair hər-hansı bir iddia irəli sürməmişdir ki, bu hal da Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsində göstərilən-“əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayn qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir.” Normalarla tam şəkildə üst-üstə düşür. Işin mübahisəsiz halıdır ki, cavabdehlər tərəfindən iddiaçının mərhum atasına satılmış torpaq sahəsi bu günə ki, iddiaçıların faktiki sahibliyində və istifadəsindədir.
21. Həmçinin bir məsələni də məhkəmə kollegiyasının diqqətinə çatdırır ki, iddiaçı (onun mərhum atası) tərəfindən torpaq sahəsi cavabdehlərdən alqı-satqı edildikdən sonra həmin torpaq sahəsinin yaxşılaşdınlması, istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün külli miqdarda pul vəsaiti xərclənilmişdir. (Həmin sahəyə daha münbit torpaq gətirilmiş, ətrafı daş divarla hasarlanmış və sair.)
22. Qeyd edilən hazırki mübahisələndirilən qətnamənin heç bir faktoloji və hüquqi əsaslara malik olmadığını və təmamilə əsassız olduğunu, iddia tələbinin isə tam qanuni olmaqla ədalətli olduğunu qeyd etmişdir.
23. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şəki Ərazi Idarəsinə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsi, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsininin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir.
27. Işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şəki Ərazi Idarəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikası Konstitusiyanın; 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
29. Insan Hüquqlarının və X10 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) * saylı Protokolunun; 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edit əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin ## ###### 2005-ci ilə qədər qüvvədə olmuş 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təstiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf işə əqdin notariat qaydasında təstiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təstiqlənməsi tələb edilmir.
Qərarlar:
31. İ. K. Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Işlər üzrə Məhkəmə kollegiyasının ## #### 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2006-cı il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “MM-nin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Qanun daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: yazılı formada bağlanması; notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır”.
32. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Işlər üzrə Məhkəmə Kollegiyasının ## ###### 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ### 2006-cı il tarixli qərarında da Konstitusiya Məhkəməsi qeyd edir ki, daşınmaz əmlaka dair əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı, qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir.
33. “Ə.Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## ##### 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” # ### 2012-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi eyni hüquqi mövqeyini təkrarlayaraq qeyd edir ki, qanunverici daşınmaz əmlakın alqı-satqısı haqqında müqavilənin etibarlılığını hər bir halda onun yazılı formada bağlanması və notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci maddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
35. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Apellyator Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinin tam ləğvini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsaslar yoxdur.
39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
40. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Şəki şəhər XDS Icraiyyə Komitəsinin ## ######## 1990-cı il tarixli qərarına əsasən cavabdeh cavabdeh1 mərhum əri X7 istifadəsinə şəhərin 43-cü kvartalından 600 kv/metr torpaq sahəsi ayrılmışdır. X7 ayrılmış 600 kv/metr torpaq sahəsini 2004-cü il tarixdə digər bir şəxsdən 18000 manata aldığını əsas gətirən iddiaçı həmin torpaq sahəsinə dair X7 ilə arasında torpağın alqısatqısına dair müqavilənin bağlanmış hesab edilməsini xahiş etmişdir. Lakin mübahisəli torpaq sahəsinə dair iddiaçının müqavilə tərəfi qismində çıxış etdiyi hər hansı bir yazılı saziş təqdim edilməmişdir.
41. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası, hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas təşkil etmirlər.
42. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçı İddiaçı 21 ildir sahibliyində və istifadəsində olan torpaq sahəsini qanuni əsaslarla əldə etməsinə dair dəlilini əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının # #### 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## #### 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, MM-in 647.1-ci maddəsinin tələbinə əsasən daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır.
43. Göründüyü kimi, yuxarıda adı çəkilən norma daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: -yazılı formada bağlanması; -notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır.
44. Beləliklə, daşınmaz əşyaların alğı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur.
45. Qeyd edildiyi kimi, ## #### 2005-ci il tarixli qanununun qüvvəsini aldığı ## ###### 2005-ci il tarixə kimi qüvvədə olmuş MM-in 335.2-ci maddəsinin mənasına görə, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir.
46. Hazırki iş üzrə tərəflər iddiaçı ilə cavabdeh cavabdeh1 mərhum əri X7 arasında ## ###### 2005-ci il tarixə kimi hər hansı yazılı müqavilənin bağlanması halı müəyyən edilməmişdir.
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin cavabdehin 2004-cü ildən bu günə kimi mülkiyyətində olan torpaq sahəsinə hər-hansı bir iddia irəli sürmədiyini əsaslandırmaması, həmin xüsusatlara heç bir hüquqi qiymət verməməsi, torpaq sahəsinin bu günə ki, iddiaçının faktiki sahibliyində və istifadəsində olması, keçən müddət ərzində iddiaçının faktiki sahibliyində olan torpaq sahəsinə dair hər-hansı bir iddianın irəli sürülməməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
48. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
49. Kollegiya qeyd edir ki, prosessual qanunvericiliyin tələbindən də müəyyən edildiyi kimi məhkəməyə iddianın verilməsi şəxsin vəzifəsi deyil, hüququdur. Həmçinin torpaq sahəsindən qanuni və ya müqavilə əsası olmadan istifadə edilməsi, qanuni və ya müqavilə əsası olmadan torpaq sahəsi üzərində faktiki sahibliyin həyata keçirilməsi özlüyündə hazırkı iddia tələbinin təmin edilməsinə əsas vermir.
50. Belə ki, N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## ##### 2021-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər.
51. X11 Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər hansı əqdin, o cümlədən alğısatqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.
52. Məhkəmə kollegiyası apellyasiya şikayətinin torpaq sahəsi alqı-satqı olunduqdan dərhal sonrada torpağın mülkiyyətçisi tərəfindən həmin əqdin bəyənilməsinə dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 360.2-ci maddəsinə əsasən təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.
53. Kollegiya qeyd edir ki, normanın da tələbindən göründüyü kimi əqdin sonradan bəyənilməsi üçün qanunvericiliyin müəyyən etdiyi etibarlılıq şərtlərinə cavab verən əqdin daha əvvəldən bağlanmış olması, yəni belə bir əqdin artıq mövcud olması vacib şərtdir.
54. Belə ki, F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03.03.23-cü il tarixli qərarına əsasən Mülki Məcəllənin səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.
55. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir.
56. Hazırkı mübahisə üzrə isə ümumiyyətlə hər hansı bir əqdin mövcudluğu müəyyən edilməmişdir.
57. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin vicdanlı alıcı olmasını nəzərə almaması, onun qanunla qorunan mülkiyyət hüquqlarını gözardı etməsinə dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.
58. “S.N.Məmmədоvаnın şikаyəti uzrə Аzərbаycаn Respublikаsı Аli Məhkəməsinin Mülki işlər uzrə məhkəmə kоllegiyаsının аktlаrının Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yоxlаnılmаsınа dаir” Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin 27 оktyаbr 2004-cü il tаrixli qərаrındа Kоnstitusiyа Məhkəməsinin hüquqi mövqeyi оndаn ibаrət оlmuşdur ki, əmlаkı bаşqа şəxslərdən əldə edən hər bir аlıcıdа əqdin legitimsizliyi bаrədə şübhə yаrаnmаdıqdа, о vicdаnlı аlıcı qismində qəbul оlunur. Bundаn bаşqа, əldə оlunmuş əmlаkа üçüncü şəxslərin mümkün iddiаlаrındаn xəbəri оlmаdığı hаllаrdа dа аlıcı vicdаnlı hesаb edilir.
59. Həmçinin vurğulаnmаlıdır ki, mülkiyyət hüququnа dаir dövlət reyestrindəki yаzının qаnuniliyinin yоxlаnılmаsındаn sоnrа deyil, məhz həmin yаzının mövcudluğu fаktınа əsаsən vicdаnlı аlıcı əmlаkın mulkiyyətcisi kimi tаnınır. Gələcəkdə əqdin bаğlаnmаsı аnındа оnа mаne оlаn hər hаnsı hаllаrın muəyyən оlunmаsı isə vicdаnlı аlıcının əmlаk hüquqlаrının pоzulmаsı səbəbini təşkil etməməlidir.
60. Daşınmaz əşyalara dair əşya hüquqlarının əldə edilməsində üçüncü şəxslərin vicdanlılığı ilə bağlı qanunvericiliyin tətbiqi üzrə Аzərbаycаn Respublikаsı Аli Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ### 2026-cı il tarixli qərardadının 31-ci bəndinə əsasən bu iddia tələblərinə baxılarkən məhkəmələr tərəfindən Mülki Məcəllənin daşınmaz əşya üzərində mülkiyyət (tam əşya) hüquqlarının əldə edilməsi ilə bağlı 139, 139-1.1.3, 140, 144, 146, 148.2 və 149.2-ci maddələri nəzərdən keçirilməli və aşağıdakı şərtlər üzrə yoxlama aparılmalıdır: 1) iddiaçının həqiqi hüquqi vəziyyətə görə mülkiyyət hüququnun olması (əşyaya dair ləğv edilmiş reyestr qeydinin mövcudluğu, vərəsəlik hüququnun olması və digər); 2) üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın mövcudluğu; 3) üçüncü şəxslə bağlanmış etibarlı dövriyyə əqdinin mövcudluğu; 4) əşyanı üçüncü şəxsə özgəninkiləşdirənin adına reyestr qeydinin əsaslı olub-olmadığı; 5) qeyd əsassız olduqda, əldə edən üçüncü şəxsin vicdanlı olub-olmadığı.
61. Kollegiya qeyd edir ki, hazırkı iddia tələbi üzrə iddiaçının vicdanlı alıcı kimi qəbul edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir.
62. Məhkəmə kollegiyası apellyasiya şikayətinin alqı-satqı edildikdən sonra həmin torpaq sahəsini yaxşılaşdırlması, istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün külli miqdarda pul vəsaitinin xərclənilməsi, həmin sahəni münbitləşdirməsi, ətrafı daş divarla hasarlamasına dair dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının torpaq sahəsinə çəkilmiş xərclə bağlı məsələni ayrıca icraatda mübahisələndirmək hüququ vardır.
63. Kollegiya qeyd etməyi vacib hesab edir ki, əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir.
64. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir.
65. Ona görə də iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
66. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.