Məhkəmə qərarları › İş №e-2(3-10)-657/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-10)-657/2026

22.07.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-2(3-10)-657/2026 22.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər Jabina (Jitkova) Viktoriya Elxan qızı və cavabdeh2 qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Musayev Taleh Valeh oğlu və Mehdiyev Elçin Məhəmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdehlər Jabina (Jitkova) Viktoriya Elxan qızı və cavabdeh2 qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)- ***/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Müstəqil qiymətləndirici “xxxx” MMC tərəfindən verilmiş ## ####### 2025-ci il tarixli, ****/** nömrəli “Qiymətləndirmə hesabatı” ilə müəyyən olunmuş, 7800 manat məbləğində pul vəsaitinin və ödənilmiş 98 manat dövlət rüsumu məbləğinin cavabdehlər Jabina (Jitkova) Viktoriya Elxan qızından və cavabdeh2 tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qərardadı ilə iddiaçı İddiaçı cavabdehlər Jabina (Jitkova) Viktoriya Elxan qızı və cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina olunmuş və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı İddiaçı və nümayəndəsi və vəkili Vəkil ##.##.2026-cı il tarixdə elektron qaydada şikayət verərək Ismayıllı Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı iş üzrə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərardadının ləğv edilməsi, iddia ərizəsinin baxılması üçün məhkəmənin icraatına qəbul edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Işə Şəki Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)- ***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ilə cavabdeh Jabina (Jitkova) Viktoriya Elxan qızı arasında əvvəllər “şərəf və ləyaqətin müdafiəsi və dəymiş ziyan tələbi” barədə ilkin iddia ərizəsi, cavabdeh cavabdeh1 iddiaçı İddiaçı qarşı “vurulmuş zərərin ödənilməsi” barədə qarşılıqlı iddia ərizəsi ilə bağlı məhkəmə mübahisəsi mövcud olmuş, həmin mübahisə üzrə Ismayıllı Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)- */**** saylı qətnaməsi qəbul edilmiş, sonradan isə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli, 2(107)- **/**** saylı qətnaməsi ilə iş üzrə yeni məhkəmə aktı qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ## ##### 2026-cı il tarixli qərarı ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən cavabdehlər Jabina (Jitkova) Viktoriya Elxan qızı və cavabdeh2 qarşı əsassız varlanmaya görə 7800 manat məbləğində pul tələbinə dair iddia irəli sürülmüşdür. Birinci instansiya məhkəməsi hazırki iddianın əvvəlki məhkəmə mübahisəsi ilə eyni predmet və eyni əsasdan ibarət olması qənaətinə gələrək iddia ərizəsini icraata qəbul etməkdən imtina etmişdir. Lakin məhkəmə həmin nəticəyə gələrkən hazırki iş üzrə tərəf tərkibinin əvvəlki işdən fərqləndiyini, eləcə də hazırkı tələbin yeni hüquqi və faktiki hallara əsaslandığını nəzərə almamışdır. Belə ki, əvvəlki məhkəmə işində mübahisə əsasən iddiaçı İddiaçı ilə cavabdeh Jabina (Jitkova) Viktoriya Elxan qızı arasında olmuş, hazırki iş üzrə isə əlavə olaraq cavabdeh2 də cavabdeh qismində cəlb edilmişdir. Bu isə tərəf tərkibinin eyni olmamasını göstərir. Məlum torpaq sahəsinə dair mülkiyyət hüquqları iddiaçı İddiaçı keçmədiyindən, cavabdeh cavabdeh1 və cavabdeh2 mülkiyyətçi olaraq həmin 0,12 hektar torpaq sahəsində hasarın çəkilməsinə (hasarlanmaya daxil olan işlər və hasarla əlaqədar bütün görülən işlər nəzərə alınmaqla) və o cümlədən də, həmin torpaq sahəsinin təmizlənməsinə, yaxşılaşdırılmasına və abadlaşdırılmasına 7800 manat məbləğində pul vəsaiti miqdarında, həddində varlanmışlar. Belə ki, ekspert rəyinə görə 20800 manat xərc çəkilmişdir, lakin məhkəmə cavabdehdən 13000 manat xərc tutmuşdur. (20800-13000=7800 manat). Lakin həmin məhkəmə baxışı zamanı iddia predmetinin artırılması Şəki Apellyasiya Məhkəməsində mümkün olmamışdır. Hazırki iddia isə məhz həmin hissədə cavabdehlərin əsassız varlanmasına səbəb olmuşdur deyə tələb olunur. Eyni zamanda, hazırki tələb Müstəqil qiymətləndirici “xxxx” MMC-nin ## ####### 2025-ci il tarixli qiymətləndirmə hesabatına əsaslanmış, həmin hesabatla müəyyən edilmiş məbləğin ayrıca hüquqi qiymətləndirilməsi tələb olunmuşdur. Birinci instansiya məhkəməsi isə həmin tələbin əvvəlki iş üzrə araşdırılıb-araşdırılmadığını, ekspertiza ilə müəyyən edilmiş məbləğin tutulmasına dair müstəqil tələbin mövcud olub-olmadığını və hazırki qiymətləndirmənin əvvəlki işdə hüquqi qiymət alıb-almadığını müəyyən etmədən iddianın yolverilməz olması nəticəsinə gəlmişdir. Bundan başqa, ekspertiza ilə müəyyən edilmiş məbləğin cavabdehlər tərəfindən iddiaçıya ödənilməməsi nəticəsində sonuncular iddiaçının hesabına əmlak faydası əldə etmişlər. Hazırki iddia da həmin məbləğin tutulması və əsassız varlanmanın nəticələrinin aradan qaldırılması məqsədilə irəli sürülmüşdür. Bu baxımdan hazırki iddianın hüquqi əsası və predmeti əvvəlki iş üzrə irəli sürülmüş tələblərdən fərqlənir. Halbuki, Azərbaycan Respublikası MPM-in 153.2.2-ci maddəsinin tətbiqi üçün eyni tərəflər, eyni predmet və eyni əsasların eyni vaxtda mövcudluğu zəruridir. Hazırkı iş üzrə isə həm tərəf tərkibi, həm də iddianın əsaslandığı faktiki hallar, sübutlar və irəli sürülən tələb əvvəlki işdən fərqlənir. Belə olan halda, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmadan, MPM-in 153.2.2-ci maddəsini formal tətbiq etməklə iddia ərizəsinin icraata qəbulundan imtina etmişdir. Əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ həmin əqdin icra edildiyi gündən bir il ərzində irəli sürülə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404-cü maddəsinin tələbləri düzgün nəzərə alınmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə və hüquqi münasibətlər təfsir edilərkən yalnız formal ifadələr deyil, tərəflərin həqiqi iradəsi və hüquq münasibətlərinin real mahiyyəti nəzərə alınmalıdır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən isə hüquqi münasibətlərin təfsiri zamanı tərəflərin davranışı, hüquq münasibətlərinin faktiki məzmunu və işin bütün halları birlikdə qiymətləndirilməlidir. Hazırki iş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin mahiyyətini formal qaydada qiymətləndirərək yalnız əvvəlki məhkəmə mübahisəsinin mövcudluğuna istinad etmiş, lakin hazırkı iddianın ayrıca qiymətləndirmə hesabatına əsaslanmasını, yeni sübutlarla əsaslandırılmasını və fərqli tərəf tərkibini nəzərə almamışdır. Belə ki, hazırki tələb Müstəqil qiymətləndirici “xxxx” MMC tərəfindən verilmiş ## ####### 2025-ci il tarixli, ****/** nömrəli qiymətləndirmə hesabatı ilə müəyyən edilmiş əsassız varlanmanın ödənilməsi ilə bağlı olmuşdur. Bundan əlavə, hazırkı iş üzrə cavabdeh2 ayrıca cavabdeh qismində cəlb edilmişdir ki, bu da mübahisənin hüquqi çərçivəsini əvvəlki işdən fərqləndirir. Halbuki məhkəmə iddianın faktiki və hüquqi mahiyyətini araşdırmadan, yalnız formal oxşarlığa əsaslanaraq hazırki tələbi əvvəlki işlə eyniləşdirmişdir. Nəticə etibarilə, hüquq münasibətlərinin real məzmunu və tərəflərin həqiqi hüquqi vəziyyəti nəzərə alınmadan formal yanaşma tətbiq edilmiş, bu isə iş üzrə obyektiv və əsaslı nəticəyə gəlməyə imkan verməmişdir. Belə ki, MPM-in 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsi düzgün tətbiq edilməmişdir. Belə ki, həmin maddəyə əsasən iddia ərizəsinin qəbulundan imtina yalnız o halda mümkündür ki, tərəflər arasında eyni predmet və eyni əsaslar üzrə mübahisəyə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olsun. Halbuki, hazırki iş üzrə irəli sürülmüş tələb əvvəlki iş üzrə baxılmış tələblə eyni hesab edilə bilməz. Hazırki tələb üzrə iddiaçı tərəfindən ayrıca qiymətləndirmə hesabatına istinad edilmiş və həmin hesabat hazırki tələbin faktiki əsasını təşkil etmişdir. Bununla yanaşı, hazırki iş üzrə cavabdehlər qismində yalnız Jabina (Jitkova) Viktoriya Elxan qızı deyil, həmçinin cavabdeh2 də cəlb edilmişdir. Bu isə hazırki iş üzrə tərəf tərkibinin əvvəlki işdən fərqləndiyini göstərir. Azərbaycan Respublikası MPM-in 153.2.2-ci maddəsinin tətbiqi üçün eyni tərəflər, eyni predmet və eyni əsasların eyni vaxtda mövcudluğu zəruridir. Həmin şərtlərdən hər hansı biri olmadıqda iddianın yolverilməz hesab edilməsi mümkün deyildir. Birinci instansiya məhkəməsi isə hazırki iddianın əvvəlki işdən fərqlənən xüsusatlarını, yeni qiymətləndirmə hesabatını və tərəf tərkibindəki fərqləri nəzərə almadan formal nəticəyə gəlmişdir. Eyni zamanda, məhkəmə hazırki tələb üzrə istinad edilən qiymətləndirmə hesabatının əvvəlki iş üzrə ayrıca hüquqi qiymət alıb-almadığını, həmin hesabat üzrə tələb edilən zərərin əvvəlki məhkəmə aktı ilə əhatə olunub-olunmadığını araşdırmamışdır. Halbuki, iddiaçının hazırki tələbi əvvəlki iş üzrə müəyyən edilmiş halların təkrar mübahisələndirilməsinə deyil, əsassız varlanma əsasında müəyyən edilmiş 7800 manat məbləğində pulun ödənilməsinə yönəlmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi MPM-in 153.2.2-ci maddəsini formal və geniş şəkildə tətbiq etməklə iddia ərizəsinin qəbulundan əsassız olaraq imtina etmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## #### 2022-ci il tarixli №**/**** Qərardadında da qeyd olunduğu kimi, MPM-in 153.2.2-ci maddəsinin tətbiqi yalnız o halda mümkündür ki, eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə mübahisəyə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud olsun. Həmin hüquqi mövqeyə əsasən, məhkəmə yalnız formal oxşarlığa əsaslanaraq deyil, iddianın faktiki və hüquqi mahiyyətini kompleks şəkildə qiymətləndirməli, əvvəlki iş üzrə qəbul edilmiş məhkəmə aktının hazırkı tələbə münasibətdə həqiqi res judicata (işin eyni predmet üzrə tam və yekun həlli) yaratdığını müəyyən etməlidir. Hazırkı iş üzrə isə əvvəlki məhkəmə aktı ilə hazırkı iddianın faktiki əsasını təşkil edən əsassız varlanma və qiymətləndirmə hesabatı əsasında müəyyən edilən 7800 manatlıq tələb əhatə olunmamışdır. Beləliklə, əvvəlki iş üzrə qəbul edilmiş məhkəmə aktı hazırkı iddianın predmeti və hüquqi əsaslarını tam şəkildə əhatə etmir və bu səbəbdən MPM-in 153.2.2-ci maddəsinin tətbiqi üçün tələb olunan hüquqi şərtlər mövcud deyildir. Eyni zamanda, Ali Məhkəmənin qeyd edilən qərardadında vurğulandığı kimi, əqdə və ya hüquqi münasibətə əsaslanan mübahisələrdə məhkəmə ilk növbədə iddianın faktiki əsasını təşkil edən halları və həmin halların əvvəlki məhkəmə aktı ilə həll olunub-olunmadığını müəyyən etməlidir. Bu araşdırma aparılmadan yalnız formal yanaşma ilə iddianın yolverilməz sayılması prosessual hüquqların pozulması ilə nəticələnir. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin qərardadlarından şikayət verilməsi mümkündür və həmin qərardadlar apellyasiya qaydasında yoxlanıla bilər. Beləliklə, birinci instansiya məhkəməsinin hazırki qərardadı həm maddi hüquq normasının (MPM 153.2.2) yanlış tətbiqi, həm də prosessual araşdırmanın tam aparılmaması ilə müşayiət olunmuşdur və bu səbəbdən həmin qərardadın ləğv edilməsi üçün əsaslar mövcuddur. Ona görə də Ismayıllı Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı iş üzrə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərardadının ləğv edilməsi, iddia ərizəsinin baxılması üçün məhkəmənin icraatına qəbul edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edir. Kollegiya şikayətin dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddiaçı/cavabdeh İddiaçı cavabdeh cavabdeh1 qarşı şərəf və ləyaqətin müdafiəsi və dəymiş ziyan tələbinə dair ilkin iddiasına, cavabdeh/iddiaçı cavabdeh1 iddiaçı/cavabdeh İddiaçı qarşı vurulmuş zərərin ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Ismayıllı Rayon Məhkəməsi tərəfindən ##.##.2024- cü il tarixli, *(***)-*/**** saylı qətnamə qəbul edilmiş, sözügedən qətnamə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə tamamilə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməklə cavabdeh cavabdeh1 13000 manat zərər və 129 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 13129 manat məbləğində pul vəsaiti alınaraq, iddiaçı İddiaçı verilməsi, qarşılıqlı iddia qismən təmin edilərək qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 19000 manat zərər və 147 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 19147 manat məbləğində pul vəsaiti alınaraq qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh1 verilməsi və qətnamənin eyni vaxtda icra edilməsi qərara alınmışdır. Sözügedən qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ## ##### 2026-cı il tarixli, *(*-*)-***/**** saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Iddiaçı İddiaçı eyni tələblə ## #### 2026-cı il tarixdə yenidən Ismayıllı Rayon Məhkəməsinə müraciət edərək Müstəqil qiymətləndirici “xxxx” MMC tərəfindən verilmiş ## ####### 2025- ci il tarixli, ****/** nömrəli “Qiymətləndirmə hesabatı” ilə müəyyən olunmuş, 7800 manat məbləğində pul vəsaitinin cavabdehlər Jabina (Jitkova) Viktoriya Elxan qızından və cavabdeh2 tutulmasını xahiş etmişdir. Göründüyü kimi tərəflər arasında eyni predmet barəsində və eyni əsaslarla mübahisəyə dair məhkəmənin icraatında ## ###### 2024-cü il tarixli, *(***)-*/**** saylı mülki iş olmuş və sözügedən mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli, 2(107)- **/**** saylı qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. İddiaçı tərəfindən qaldırılmış hazırkı iddia ərizəsi isə eyni tərəfə qarşı olmaqla eyni predmet və eyni əsasdan ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilir. Ona görə də, iddiaçının şikayətinin dəlilləri əsassızdır və qanuni və əsaslı qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: Iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar