Azәrbaycan Respublikası adından Qərardad Şәki şәhәri İş № e-2(3-10)-676/2026 20.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbi barədə iddiasına və iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı təzminat tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə (Açar sözlər: şikayətin geri qaytarılması, qüvvə) Hakim Musayev Taleh Valeh oğlunun sәdrliyi vә mәruzәsi ilә, hakimlәr Mehdiyev Elçin Mәhәmmәd oğlu vә Sadiqov Zülfüqar Əhmәd oğlundan ibarәt tәrkibdә, X3 oğlunun katibliyi ilә, Qәbәlә Rayon Mәhkәmәsinin ## #### 2025-ci iltarixli *(***)-***/**** saylı qәtnamәsindәn iş üzrә iddiaçı İddiaçı tәrәfindәn apellyasiya şikayәti vermә müddәtinin buraxılmamış hesab edilmәsi barәdә әrizәsi üzrә Qәbәlә Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** saylı qәrardadından iddiaçı İddiaçı tәrәfindәn verilmiş şikayәtә yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı maddi vә mәnәvi zәrәrin ödәnilmәsi tәlәbi barәdә iddia qaldıraraq Qәbәlә Regional “Asan Xidmәt” Mәrkәzindә notariat ofisinin xüsusi notariusu Cavabdeh ##.##.2025-ci il tarixdә “KM38” nömrәli növbә bileti әsasında bağışlanma müqavilәsinin tәsdiq edilmәsi ilә bağlı xidmәtdәn әsassız imtina etmәsi sәbәbindәn maddi vә mәnәvi zәrәr çәkdiyini göstәrәrәk 1.000,0 manat mәblәğindә maddi vә 5.000,0 manat mәblәğindә mәnәvi zәrәrin ödәnilmәsi, o cümlәdәn 80,0 manat mәblәğindә dövlәt rüsumu tutularaq ona verilmәsi barәdә qәtnamә çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı tәzminat tәlәbi barәdә qarşılıqlı iddia qaldıraraq AR Ədliyyә Nazirliyinә, AR ƏN Notariat, Qeydiyyat vә Reyestr Baş İdarәsinә, AR Prezidenti yanında Vәtәndaşlara Xidmәt vә Sosial İnnovasiyalar üzrә Dövlәt Agentliyinә, AR DİN Qәbәlә RPŞ-yә vә Qәbәlә rayon prokurorluğuna göndәrilәn çoxsaylı şikayәt әrizәlәrindә Qәbәlә Regional “Asan Xidmәt” Mәrkәzindә notariat ofisinin xüsusi notariusu onun qanunazidd fәaliyyәt göstәrmәsi vә vәtәndaşların hüquqlarını qәsdәn pozulması barәdә hәqiqәtә uyğun olmayan mәlumatların yer aldığını, hәmin hәrәkәtlәrlә işgüzar nüfuzuna xәlәl gәtirildiyini vә fәaliyyәtinin dәfәlәrlә araşdırıldığını, bu sәbәbindәn mәnәvi zәrәr çәkdiyini göstәrәrәk dәymiş zәrәrin ödәnilmәsindәn ötrü 10.000 (on min) manat mәblәğindә tәzminat ödәnilmәsi barәdә qәtnamә çıxarılmasını xahiş etmişdir. Qәbәlә Rayon Mәhkәmәsinin ## #### 2025-ci il tarixli *(***)-***/**** saylı qәtnamәsi ilә, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı maddi vә mәnәvi zәrәrin ödәnilmәsi tәlәbi barәdә iddiasının tәmin edilmәmәsi, iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı tәzminat tәlәbi barәdә qarşılıqlı iddiasının tәmin edilmәmәsi qәt edilmişdir. Hәmin qәtnamәdәn iş üzrә iddiaçı İddiaçı nümayәndәsi X4 tәrәfindәn apellyasiya şikayәti verilmişdir. Şәki Apellyasiya Mәhkәmәsinin ##.##.2025-ci il tarixli qәrardadı ilә Qәbәlә Rayon Mәhkәmәsinin ## #### 2025-ci il tarixli *(***)-***/**** saylı qәtnamәsindәn İddiaçı nümayәndәsi X4 tәrәfindәn verilmiş apellyasiya şikayәti üzrә apellyasiya qeyri-mümkün hesab edilmiş vә şikayәt geri qaytarılması üçün işlә birlikdә Qәbәlә Rayon Mәhkәmәsinә qaytarılmışdır. Qәbәlә Rayon mәhkәmәsinin ##.##.2025-ci il tarixli, 2(025)-455/2025 qәrardadı ilә Qәbәlә Rayon Mәhkәmәsinin ## #### 2025-ci il tarixli *(***)-***/**** saylı qәtnamәsindәn İddiaçı nümayәndәsi X4 tәrәfindәn verilmiş apellyasiya şikayәti geri qaytarılmışdır. Qәbәlә Rayon Mәhkәmәsinin ## #### 2025-ci il tarixli *(***)-***/**** saylı qәtnamәsindәn İddiaçı nümayәndәsi X4 tәrәfindәn yenidәn apellyasiya şikayәti verilәrәk, şikayәtә prosessual müddәtin bәrpasına vәsatәt әlavә edilmişdir. Qәbәlә Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, 2(025)-455/2025 qәrardadı ilә vәsatәt tәmin edilmiş, Qәbәlә Rayon Mәhkәmәsinin ## #### 2025-ci il tarixli *(***)-***/**** saylı qәtnamәsindәn iş üzrә iddiaçı İddiaçı apellyasiya şikayәti vermә müddәti bәrpa olunmuş vә apellyasiya şikayәti apellyasiya qaydasında baxılması üçün işlә birlikdә Şәki Apellyasiya Mәhkәmәsinә göndәrilmәsi qәrara alınmışdır. Qәbәlә Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, 2(025)-455/2025 qәrardadından cavabdeh Cavabdeh tәrәfindәn şikayәt verilmişdir. Qәbәlә Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli qәrardadı ilә şikayәtin tәmin edilmәmәsi vә Qәbәlә Rayon mәhkәmәsinin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** nömrәli qәrardadından Cavabdeh tәrәfindәn verilmiş şikayәtin işlә birlikdә baxılması üçün Şәki Apellyasiya Mәhkәmәsinә göndәrilmәsi qәrara alınmışdır. Şәki Apellyasiya Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, 2(107)-1110/2025-ci il tarixli qәrardadı ilә cavabdeh Cavabdeh nümayәndәsi Vәkil tәrәfindәn verilmiş şikayәt tәmin olunmuş, Qәbәlә Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrәli qәrardadının lәğv edilmәsi, iddiaçı İddiaçı nümayәndәsi X4 apellyasiya şikayәtinin verilmәsi üçün buraxılmış müddәtin bәrpasından imtina edilmәsi vә apellyasiya şikayәtinin geri qaytarılması qәrara alınmışdır. Bundan sonra iddiaçı İddiaçı ##.##.2026-cı il tarixdә apellyasiya şikayәti vermiş, şikayәtә müddәtinin buraxılmamış hesab edilmәsi barәdә әrizә әlavә edib Qәbәlә Rayon Mәhkәmәsinin ## #### 2025-ci il tarixli *(***)-***/**** saylı qәtnamәsinin qanuni qüvvәyә minmәdiyinin nәzәrә alınaraq apellyasiya şikayәti vermә müddәtinin buraxılmamış hesab edilmәsini vә işin aiddiyyәt üzrә baxılmasından ötrü AR Şәki Apellyasiya Mәhkәmәsinә göndәrilmәsini xahiş etmişdir. Qәbәlә Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli e-*(***)-***/**** saylı qәrardadı ilә әrizә tәmin olunmuş, Qәbәlә Rayon Mәhkәmәsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı qәtnamәsindәn iş üzrә iddiaçı İddiaçı apellyasiya şikayәti vermә müddәti buraxılmamış hesab edilmiş vә apellyasiya şikayәti apellyasiya qaydasında baxılması üçün işlә birlikdә Azәrbaycan Respublikası Şәki Apellyasiya Mәhkәmәsinә göndәrilmişdir. Cavabdeh Qurban Tamerlan Abdulqafur oğlu şikayәt edәrәk Qәbәlә Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli e-*(***)-***/**** saylı qәrardadının lәğv edilmәsini vә iş üzrә iddiaçı İddiaçı apellyasiya şikayәti vermә müddәtinin buraxılmamış hesab edilmәsi barәdә әrizәsinin rәdd edilmәsini xahiş etmişdir. Qәbәlә Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli e-*(***)-***/**** saylı qәrardadı ilә, Qәbәlә Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli e-*(***)-***/**** saylı qәrardadından Qurban Tamerlan Abdulqafur oğlu tәrәfindәn verilmiş şikayәt geri qaytarılmışdır. Cavabdeh Qurban Tamerlan Abdulqafur oğlunun nümayәndәsi Hәsәnov Araz Musa oğlu ##.##.2026-cı il tarixdә şikayәt verәrәk Qәbәlә Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli e-*(***)-***/**** saylı qәrardadının lәğv edilmәsini vә Qәbәlә Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli e-*(***)-***/**** saylı qәrardadının lәğv edilәrәk apellyasiya şikayәtinin geri qaytarılmasını xahiş etmişdir. Qәbәlә Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, 2(025)-455/2025 nömrәli qәrardadı ilә şikayәt tәmin edilmәmiş vә baxılması üçün işlә birlikdә Şәki Apellyasiya Mәhkәmәsinә göndәrilmişdir. Şәki Apellyasiya Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, 2(3-10)-283/2026 qәrardadı ilә cavabdeh Qurban Tamerlan Abdulqafur oğlunun nümayәndәsi Hәsәnov Araz Musa oğlu tәrәfindәn verilmiş şikayәtin qismәn tәmin edilmәsi, Qәbәlә Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, 2(025)-455/2025 nömrәli qәrardadının lәğv edilmәsi, qәrardadın tәsviri-әsaslandırıcı hissәsindә göstәrilәn hüquqi nәticәlәr nәzәrә alınmaqla mülki işin materialları yenidәn baxılması üçün Qәbәlә Rayon mәhkәmәsinә qaytarılması qәrara alınmışdır. Qәbәlә Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qәrardadı ilә Şәki Apellyasiya Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, 2(3-10)-283/2026 qәrardadında olan göstәrişlәr nәzәrә alınaraq Qәbәlә Rayon Mәhkәmәsinin ## #### 2025-ci il tarixli, *(***)- ***/**** saylı qәtnamәsindәn iş üzrә iddiaçı İddiaçı tәrәfindәn verilmiş apellyasiya şikayәtinin geri qaytarılması, İddiaçı tәrәfindәn X6 hesabına ödәnilmiş 60 (altmış) manat mәblәğindә dövlәt rüsumunun onun özünә qaytarılması qәrara alınmışdır. İddiaçı İddiaçı şikayәt verәrәk Qәbәlә Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli e-*(***)-***/**** saylı qәrardadının lәğv edilmәsini vә Qәbәlә Rayon Mәhkәmәsinin ## #### 2025-ci il tarixli *(***)-***/**** saylı qәtnamәsindәn apellyasiya şikayәtinin mümkün hesab edilib mülki iş materiallarının baxılması üçün Şәki Apellyasiya Mәhkәmәsinә göndәrilmәsini xahiş etmişdir. Qәbәlә Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qәrardadı ilә şikayәt tәmin olunmamış vә şikayәt işlә birlikdә baxılması üçün Şәki Apellyasiya Mәhkәmәsinә göndәrilmişdir. İşә Şәki Apelyasiya Mәhkәmәsindә yazılı icraat qaydasında baxılmışdır. Şikayәt onunla әsaslandırılmışdır ki, Qәbәlә Rayon Mәhkәmәsi prosessual hüquq normalarının tәtbiqindә ciddi sәhvә yol verәrәk Şәki Apellyasiya Mәhkәmәsinin ##.##.2026ci il tarixli, *(*-**)-***/**** saylı qәrardadını yanlış tәfsir edәrәk düzgün olmayan bir nәticәyә gәlmişdir. Belә ki, Şәki Apellyasiya Mәhkәmәsinin ##.##.2026-ci il tarixli, *(*-**)-***/**** saylı qәrardadında qeyd olunmuşdur ki, “Bundan başqa Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsindә müddәtin buraxılmamış hesab edilmәsinә dair әrizәyә baxılaraq qәrardad qәbul edilmәsi nәzәrdә tutulmamışdır. Belә ki, әgәr әrizә vә ya şikayәt qanunvericilikdә nәzәrdә tutulmuş qaydada vaxtında verilәrsә ona ayrıca olaraq baxılmasına vә qәrardad qәbul edilmәsinә zәrurәt yoxdur. Belә olan halda әrizә vә ya şikayәt avtomatik olaraq vaxtında verilmiş vә müddәti ötürülmәmiş hesab olunur. Mәhkәmә kollegiyası hesab edir ki, iş üzrә Qәbәlә Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli qәrardadı ilә mübahisәnin prosessual hüquqi әsasları düzgün müәyyәn edilmәmişdir. Yәni Şәki Apellyasiya Mәhkәmәsi Qәbәlә Rayon Mәhkәmәsinә göstәriş vermәmişdir ki, iddiaçi İddiaçı apellyasiya şikayәtini geri qaytar… Tam әksinә…. Şәki Apellyasiya Mәhkәmәsinin hakimi Elman İsayev qeyd edir ki, әgәr iddiaçi şikayәti vaxtinda veribsә ona ayrıca olaraq baxılmasına vә qәrardad qәbul edilmәsinә zәrurәt yoxdur. Belә olan halda әrizә vә ya şikayәt avtomatik olaraq vaxtında verilmiş vә müddәti ötürülmәmiş hesab olunur. Mәhz bu sәbәbdәn qarşı tәrәfin şikayәti qismәn tәmin olunmuşdur. Mәhz bu sәbәbdәn Qәbәlә Rayon Mәhkәmәsinin müvafiq qәrardadı yalnız formal әsasa görә lәğv edilmişdir. Bunun mәntiqi nәticәsidir ki, ## ##### 2026-cı il tarixdә Şәki Apellyasiya Mәhkәmәsinin hakimi Elman İsayev Qәbәlә Rayon Mәhkәmәsinә rәsmi mәktubla müraciәt edәrәk qeyd etmişdir ki, “Qәbәlә Rayon Mәhkәmәsindә *(*-**)-***/**** saylı mülki işә yenidәn baxıldıqdan sonra iddiaçı İddiaçı Qәbәlә Rayon Mәhkәmәsinin ## #### 2025-ci il tarixli, e-*(***)-***/**** saylı qәtnamәsindәn verdiyi Apellyasiya şikayәtinә baxılması üçün *(*-**)-***/**** saylı mülki işi Şәki Apellyasiya Mәhkәmәsinә qaytarmağınız xahiş olunur”. Göründüyü kimi, Qәbәlә Rayon Mәhkәmәsi Şәki Apellyasiya Mәhkәmәsinin qәrardadının tәsviri-әsaslandırıcı hissәsindә göstәrilәn hüquqi nәticәlәrini SƏHV başa düşmüş, maddi vә prosessual hüquq normalarının tәsfir vә tәtbiqindә sәhvә yol vermiş vә habelә yanlış hüquqi nәticәyә gәlmişdir. Bu da iddiaçının konstitusion vә konvension hüquqlarının kobud şәkildә pozulmasına sәbәb olmuşdur. Bundan başqa Qәbәlә Rayon Mәhkәmәsi nәzәrә almamışdir ki, Qәbәlә Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli e-*(***)-***/**** saylı qәrardadı ilә әrizә tәmin olunmuş, Qәbәlә Rayon Mәhkәmәsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı qәtnamәsindәn iş üzrә iddiaçı İddiaçı apellyasiya şikayәti vermә müddәti buraxılmamış hesab edilmiş vә apellyasiya şikayәti apellyasiya qaydasında baxılması üçün işlә birlikdә Şәki Apellyasiya Mәhkәmәsinә göndәrilmişdir. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin müvafiq maddәlәrinә әsasәn, mәhkәmә aktının apellyasiya qaydasında lәğv edilmәsi üçün aşağıdakı hallar әsas hesab olunur: 1) Maddi vә ya prosessual hüquq normalarının pozulması vә ya düzgün tәtbiq edilmәmәsi. İş materiallarından aydın görünür ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn maddi hüquq normaları kobud şәkildә pozulmuşdur. Belә ki, tәtbiq edilmәli olan maddi hüquq normasına tәtbiq olunmamışdır. 2) Mühüm әhәmiyyәt kәsb edәn faktiki halların aydınlaşdırılmaması. 3) Əhәmiyyәtli halların sübut edilmәmәsi. 4) Qәtnamәdә göstәrilәn nәticәlәrin işin faktiki hallarına uyğun gәlmәmәsi. Birinci instansiya mәhkәmәsinin qәtnamәsi, iş materialları vә mövcud sübutlarla tәsdiqlәnmәyәn, qeyri-mötәbәr vә ziddiyyәtli әsaslara söykәnmiş nәticәlәrlә formalaşdırılmışdır. Mәhkәmә prosessual hüquq normalarının tәtbiqindә çox kobud sәhvә yol vermis vә nәzәrә almamışdır ki, onun özünün qüvvәdә olan ## ###### 2026-cı il tarixli prosessual müddәtin ötürülmәmiş hesab edilmәsinә dair qәrardadı var. Mәhkәmәnin çıxardığı qәtnamә qanuni vә әsaslı olmalıdır. Qәtnamә, mübahisә doğuran hüquq münasibәtlәrinin yarandığı zaman qüvvәdә olan maddi hüquq normalarına, elәcә dә işә baxıldığı zaman qüvvәdә olan prosessual hüquq normalarına uyğun şәkildә formalaşdırılmalıdır. Eyni zamanda, qәtnamә yalnız iş üzrә müәyyәn edilmiş faktiki hallara vә tәrәflәr arasında mövcud olmuş qarşılıqlı münasibәtlәrә әsaslanmalı, mәhkәmә iclasında tәdqiq edilmiş sübutlarla әsaslandırılmalıdır. Lakin tәqdim olunmuş iş materiallarından açıq şәkildә görünür ki, Qәbәlә Rayon Mәhkәmәsi prosessual hüquq normalarını kobud sürәtdә pozaraq, әleyhlәrinә qәrar qәbul etmişdir. Odur ki, apellyasiya şikayәtinin tәmin edilmәsini, Qәbәlә Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrәli qәrardadının tamamilә lәğv edilmәsini, prosessual müddәtin buraxılmamış (ötürülmәmiş) hesab edilmәsinә dair Qәbәlә Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli e-2(025)- ***/**** saylı qәrardadının hәlә dә qüvvәdә olmasını nәzәrә almaqla, Qәbәlә Rayon Mәhkәmәsinin ## #### 2025-ci il tarixli, e-*(***)-***/**** saylı qәtnamәsindәn verdiyi apellyasiya şikayәtinin mümkün hesab edilәrәk işә mahiyyәti üzrә baxılmasını xahiş etmişdir. Mәhkәmә kollegiyası iş materiallarını araşdıraraq vә işin müәyyәn edilmiş hallarına prosessual qanunvericiliyin tәlәblәrinә uyğun hüquqi qiymәt verәrәk belә yekun nәticәyә gәlir ki, şikayәt tәmin edilmәmәli, Qәbәlә Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrәli qәrardadı dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, iş materiallarından müәyyәn olunur ki, Qәbәlә Rayon Mәhkәmәsinin ## #### 2025-ci il tarixli *(***)-***/**** saylı qәtnamәsindәn İddiaçı nümayәndәsi X4 tәrәfindәn apellyasiya şikayәti vә qәtnamәdәn apellyasiya şikayәtinin verilmәsi prosessual müddәtin bәrpasına dair vәsatәt verilmişdir. Qәbәlә Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, 2(025)-455/2025 qәrardadı ilә vәsatәt tәmin edilmiş, Qәbәlә Rayon Mәhkәmәsinin ## #### 2025-ci il tarixli *(***)-***/**** saylı qәtnamәsindәn iş üzrә iddiaçı İddiaçı apellyasiya şikayәti vermә müddәti bәrpa olunmuş vә apellyasiya şikayәti apellyasiya qaydasında baxılması üçün Şәki Apellyasiya Mәhkәmәsinә göndәrilmişdir. Qәbәlә Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, 2(025)-455/2025 qәrardadından cavabdeh Cavabdeh tәrәfindәn şikayәt verilmiş, Qәbәlә Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli qәrardadı ilә şikayәt tәmin edilmәmәmiş vә baxılması üçün Şәki Apellyasiya Mәhkәmәsinә göndәrilmişdir. Şәki Apellyasiya Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, 2(107)-1110/2025-ci il tarixli qәrardadı ilә cavabdeh Cavabdeh nümayәndәsi Vәkil tәrәfindәn verilmiş şikayәt tәmin olunmuş, Qәbәlә Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrәli qәrardadının lәğv edilmәsi, iddiaçı İddiaçı nümayәndәsi X4 apellyasiya şikayәtinin verilmәsi üçün buraxılmış müddәtin bәrpasından imtina edilmәsi vә apellyasiya şikayәtinin geri qaytarılması qәrara alınmışdır. Mәhkәmә kollegiyası qeyd edir ki, Şәki Apellyasiya Mәhkәmәsinin qanuni qüvvәsini almış ##.##.2025-ci il tarixli, 2(107)-1110/2025-ci il tarixli qәrardadı ilә İddiaçı Qәbәlә Rayon Mәhkәmәsinin ## #### 2025-ci il tarixli *(***)-***/**** saylı qәtnamәsindәn apellyasiya şikayәti verilmәsi üçün müddәtin ötürülmәsi vә ötürülmüş müddәtin bәrpa edilmәsi üçün әsaların olmaması müәyyәn edilmişdir. Kollegiya hesab edir ki, İddiaçı hazırkı şikayәtindә qeyd olunan mәsәlәyә apellyasiya instansiyasının qanuni qüvvәsini almış ##.##.2025-ci il tarixli, 2(107)-1110/2025-ci il tarixli qәrardadı ilә hüquqi qiymәt verildiyindәn Qәbәlә Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrәli qәrardadının lәğvi üçün әsaslar müәyyәn olunmur. Göstәrilәnlәrә әsasәn mәhkәmә kollegiyası hesab edir ki, Qәbәlә Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, 2(025)-455/2025 nömrәli qәrardadı ilә mübahisәnin prosessual hüquqi әsasları düzgün müәyyәn edilmişdir. Qәrardadın lәğv edilmәsinә hüquqi әsaslar yoxdur. Ona görә dә, şikayәt tәmin edilmәmәli vә iş üzrә Qәbәlә Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrәli qәrardadı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbаycаn Respublikаsı Mülki Prosessuаl Mәcәllәsinin 398.0.1-ci mаddәsinә әsаsәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәtә baxıb mәhkәmәnin qәrardadını dәyişdirmәdәn saxlayıb şikayәti tәmin etmәmәk hüququ vardır. Hәmin Mәcәllәnin 400-cü maddәsinә әsasәn apelyasiya instansiyası mәhkәmәsinin bu Mәcәllәnin 402-ci maddәsindә nәzәrdә tutulmuş qәrardadlarından kassasiya şikayәti verilmәmişdirsә, hәmin qәrardadlar işdә iştirak edәn şәxslәrә rәsmi qaydada verildiyi gündәn 10 gün sonra, qanunla şikayәt verilmәsi nәzәrdә tutulmayan qәrardadları isә çıxarıldığı andan qanuni qüvvәyә minir. Göstәrilәnlәrә әsаsәn vә Azәrbаycаn Respublikаsı Mülki Prosessuаl Mәcәllәsinin 153, 263-264, 397-398 vә 400-cü mаddәlәrini rәhbәr tutаrаq, mәhkәmә kollegiyаsı QƏRARA ALDI: İddiaçı İddiaçı tәrәfindәn verilmiş şikayәt tәmin edilmәsin. İş üzrә Qәbәlә Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrәli qәrardadı dәyişdirilmәdәn saxlanılsın. Qәrаrdаd çıxarıldığı andan qаnuni qüvvәyә minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-10)-676/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-10)-676/2026
20.07.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver