Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-683/2026 04.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi barədə iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu və X1 ibarət tərkibdə, Ismayılova Nərmin Ərəstun qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Balakən Rayon Məhkəməsinin ## ### 2026cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları
1. Iddiaçı İddiaçı Balakən rayonu Talalar kəndində yaşamaqla həmin ünvan üzrə elektrik enerjisindən istifadə etməsinə görə *************** saylı abonent kodu ilə qeydiyyata alınmışdır. ## ###### 2026-cı il tarixdə həmin ünvanda quraşdırılmış sayğaca baxış keçirilərək elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə ****** saylı akt tərtib edilmiş, həmin aktda abonent iddiaçı İddiaçı yaşadığı fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olduğu qeyd edilmişdir. İddiaçı ## ###### 2026-cı il tarixli, ****** nömrəli Akta əsasən 965.37 manat borc hesablanmışdır.
Birinci instansiya məhkəməsində icraat:
2. Iddiaçı İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı iddia ərizəsi ilə müraciət edərək «xxxx» Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş 28.01.202cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Iddiaçı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək «xxxx» Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş ## ###### 2026-cı il tarixli akta əsasən hesablanmış 959 manat borcun silinməsini xahiş etmişdir. Iddiaçı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir.
4. Iddiaçı İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Talalar kəndində qeydiyyatdadır və həmin ünvanda yaşayır. Heç vaxt elektrik enerjisi istifadəsinə görə borcu olmamışdır. Istifadə etdiyi enerjinin pulunu daim vaxtında ödəmişdir. Balakən rayonu Talalar kəndində yerləşən evində 86044********** abonent kodu ilə elektrik enerjisindən istifadə edir. O nümunəvi abonent kimi hər dəfə müəyyən məbləğdə qabaqcadan ödənişlər edir. “xxxx” ASC-nin əməkdaşları tərəfindən hər dəfə sayğacı yoxlanılmış və bildiriş mütəmadi hər ay vaxtlı vaxtında təqdim edilmiş, heç bir problemin olmadığı bildirilmiş və tərəfindən bildirişə uyğun pul köçürülmüşdür. ##.##.2026-cı il tarixdə “xxxx” ASC-nin əməkdaşları tam əsassız olaraq ona qarşı ****** nömrəli akt tərtib etmişlər. Tərtib etdikləri aktı onunla əsaslandırmışlar ki, guya ona məxsus fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olur. Kənar xətt fərdi yaşayış evinin həyətyanı sahəsindən keçən qonşuya məxsus elektrik sayğacını qidalandıran naqilin izolyasiyası pozularaq, budaqlanma yolu ilə götürülərək fərdi yaşayış evinə çəkilmişdir. Bu tamamilə cəfəngiyyatdır! Tərəfindən heç vaxt sayğaca müdaxilə olunmamış və yaxud ona məxsus evə heç bir kənar xətt qoşulmamışdır. Həmin akt tərtib edilərkən hadisə yerində foto və ya video çəkiliş aparılmamış, elektrik xəttinin texniki göstəriciləri ölçü cihazları ilə yoxlanılmamış, baxış aparan şəxslər xidməti vəsiqələrini təqdim etməmiş və akt şahidlərin iştirakı olmadan tərtib edilmişdir. Həmin aktda qeyd edilib ki, abonentin nümayəndəsi kimi Puçaxov Tərlan iştirak edib. Puçaxov Tərlan adında nə ailə üzvü, nə qohumu, nə də ki tanışı yoxdur. Həmçinin ## ###### 2026-cı il tarixdə “xxxx” ASCnin balakən rayonunda yerləşən idarəsinə çağırılmışdır və ona naqilin ölçüsünü xırda yazılaraq daha az miqdarda cərimə olunması təklif edilmişdir. O bu təkliflə razılaşmayaraq şifahi qaydada etiraz etmişdir. Həmin akt əsasında əsassız cərimə olunmuşdur və abonent saldosunda 959 manat borc yaranmışdır. Yuxarıda göstərdiyi əsassız tərtib etdikləri akta əsasən fevral ayının 10-da soyuq qış günündə onun evinə gələn elektrik enerjisinin verilməsini dayandırmışlar. “xxxx” ASC-nin əməkdaşlarına özünün 83 yaşının olmasını, evində xəstə 1-ci qrup əlil qızının olmasını və onların tərtib etdiyi əsassız aktı məhkəmədə mübahisələndirəcəyini bildirməsinə baxmayaraq onlar qərəzli şəkildə onun evinə gələn elektrik enerjisini dayandırdılar. O qeyd edilən cərimə ilə razı olmadığını, əsassız olaraq cərimə edildiyini bildirmiş, cərimə olunması barədə qərarın ləğvi üçün məhkəməyə müraciət etməkdən ötəri qərarın surətinin ona verilməsini xahiş etmişdir. Ona heç bir sənəd verilməmişdir. O Balakən rayon Elektrik Şəbəkəsinin vəzifəli şəxslərinə müraciət edərək cərimə ilə razı olmadığını, cərimə qərarını məhkəmədə mübahisələndirəcəyini, işə məhkəmədə baxılıb yekun qərar qəbul edilənə qədər bu qaydada elektrik xəttinin kəsilməsinin qanunsuz olduğunu və məhkəməyə müraciət etmək üçün onun cərimə olunması barədə sənədin surətinin ona verilməsini dəfələrlə xahiş və tələb etsə də, ona vətəndaşa bu sənədin verilə bilməyəcəyi, belə bir səlahiyyətinin olmadığı kimi absurd bir cavab vermişlər. Vətəndaş cərimə olunur, lakin cərimə olunması barədə qərarın surəti ona verilmir. Bu qanunvericiliyin tələblərinin və vətəndaşın özünümüdafiə hüququnun kobudcasına pozulmasıdır. Cərimə olunması barədə qərar qəbul edən vəzifəli şəxslər tərəfindən sənədin bir surəti də mütləq ona verilməli idi. Dəfələrlə müraciətindən sonra nəhayət ki, ##.##.2026-cı il tarixdə aktın surətini əldə edə bilmişdir. Cavabdeh aktda qeyd edilən həmin müdaxilənin onun tərəfindən edilməsini təsdiq edən heç bir sübut təqdim edə bilməmiş, sadəcə ehtimallara əsaslanmışdır. xxxx əməkdaşları elektron müraciətinə cavab olaraq bildirirlər ki, sərfiyyatın az olmasına görə bu qənaətə gəlmişlər. Onun səhhətində yaranan problemlərə görə 10 gündən çox Balakən rayon mərkəzi xəstəxanasında, Şəki şəhərində xəstəxanada və Bakı şəhərində xəstəxanada olmuşdur, sərfiyyatın az olması buna görədir. Elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş ****** saylı akt etibarsızdır, həmin akt əsasında 959 manat əsassız borc hesablanmışdır. Buna görə də o göstərilən iddia tələbi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır.
5. Cavabdeh “xxxx” ASC iddia ərizəsinə etiraz vermiş, iddiaçı İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “əsassız hesablanmış 959.00 manat borcunun hesabından silinməsi” tələbinə dair iddiası əsassız olduğundan tamamilə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etirazı onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının Balakən rayonu Talalar kəndində yaşadığı fərdi yaşayış evi “xxxx’’ ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla *************** saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. ##.##.2026-cı il tarixində “xxxx” ASC-nin əməkdaşları R.Osmanov, H.Kazımov və O.Məmmədov tərəfindən Balakən rayonu Talalar kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olduğu aşkar edilmişdir. Belə ki, kənar xətt fərdi yaşayış evinin həyətyanı sahəsindən keçən qonşuya məxsus elektrik sayğacını qidalandıran naqilin izolyasiyası pozularaq budaqlanma yolu ilə götürülərək fərdi yaşayış evinə çəkilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17.1 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən ##.##.2026-cı il tarixli, NIM****** saylı akt tərtib olunmuşdur. ##.##.2026-cı il tarixli, NIM****** saylı akta əsasən "xxxx” ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 50 gün üçün 0.084 manatla 330 kvt.s (dəyəri 27.72 manat), 0.10 manatla 165 kvt.s (dəyəri 16.50 manat) və 0.15 manatla 6141 kvt.s (dəyəri 921.15 manat) toplamda 965.37 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Akt səlahiyyətli şəxslər tərəfindən, qüvvədə olan normativ-hüquqi aktların tələblərinə uyğun qaydada tərtib edilmiş və aktda pozuntu faktı, texniki göstəricilər və hesablamanın əsasları ətraflı qeyd olunmuşdur. Iddiaçı tərəfindən elektrik enerjisindən sayğacdan kənar və ya uçotdan yayınmaqla istifadə halı müəyyən edilmişdir ki, bu hal istehlakçı tərəfindən müqavilə öhdəliklərinin pozulması deməkdir. Həmçinin iddiaçı tərəfindən borcun silinməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar təqdim edilməmişdir. Təkcə razılaşmamaq faktı borcun ləğvi üçün hüquqi əsas yaratmır. Iddiaçı İddiaçı iddia ərizəsində “Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.32-ci və 8.33-cü bəndinə istinad etmişdir. “Elektrik enerjisindən istifadə Qatdaları’’nın 8.32-ci və 8.33-cü bəndi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** saylı qərarı ilə ləğv edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən belə bir nəticəyə gəlmək olar ki, iddiaçı İddiaçı məxsus Balakən rayonu Talalar kəndində yerləşən fərdi yaşayış evinə tərtib edilmiş ##.##.2026-cı il tarixli NIM****** saylı akt “EEIQ”nın tələblərinə uyğun olaraq tərtib edilmişdir. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerji təchizatı müəssisəsinə ödənilməlidir.
6. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun izahat vermiş, iddianın əsaslı olmasını nəzərə alaraq təmin edilməsini xahiş etmişdir.
7. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə məlumat bildirməmişdir. Məhkəmə işə MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı Balakən rayonu Talalar kəndində yaşamaqla həmin ünvan üzrə elektrik enerjisindən istifadə etməsinə görə *************** saylı abonent kodu ilə qeydiyyata alınmışdır. Həmin ünvanda quraşdırılmış sayğaca baxış zamanı isə ## ###### 2026-cı il tarixdə elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə ****** saylı akt tərtib edilmiş, həmin aktda abonent iddiaçı İddiaçı yaşadığı fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olduğu qeyd edilmişdir. Məhkəmə cavabdeh tərəfindən hesablanmış cərimənin silinməsinə münasibətdə hesab edir ki, ****** saylı aktda abonentin elektrik enerjisindən sayğacdan kənar istifadə etdiyi qeyd edilsə də, bunu təsdiq edən və iddiaçının təqsirli olmasına dair sübutları cavabdeh məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, iddiaçının mənzilinin elektrik enerjisi ilə təmin edilməsi üçün quraşdırılan elektrik sayğacı onun məsuliyyəti həddindən kənarda, yəni küçədə yerləşdiyindən, bununla da sayğacda aşkar edilmiş qüsurlara görə iddiaçı məsuliyyət daşımadığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır. Bu səbəbdən iddia tələbi təmin edilməlidir. Cavabdehin iddia ərizəsinə etirazda qeyd etdiyi dəlilləri əsassızdır, iddianın rədd edilməsi üçün əsas deyildir.
9. Balakən Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Arifə Cəfərova) iddia təmin edilmiş, cavabdeh “xxxx” ASC tərəfindən iddiaçı İddiaçı (abonent kodu: 86044**********) ## ###### 2026-cı il tarixli ****** saylı akta əsasən hesablanmış 959 manat borcun abonent hesabından silinməsi, 30 manat məbləğində dövlət rüsumunun cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.6, 560.1, 560.2-ci, “Elektrik enerjisindən istifadə” Qaydalarının 7.1, 7.3, 7.6, 7.11, 8.17-1 və 8.17-2-ci maddələrinə istinad etmişdir.
11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: ## ###### 2026-cı il tarixli, ****** nömrəli Akt; ##.##.2026-cı il tarixli əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə sair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblər.
12. Qətnаmədən nаrаzı qаlаn cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaçının Balakən rayonu Talalar kəndində yaşadığı fərdi yaşayış evi “xxxx” ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla *************** saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. ##.##.2026-cı il tarixində “xxxx” ASC-nin əməkdaşları R.Osmanov,H.Kazımov və O.Məmmədov tərəfindən Balakən rayonu Talalalar kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “Elektrik enerjisindən istifadə Qaydaları”nauyğun baxış keçirilmişdir. Baxış zamanı fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olduğu aşkar edilmişdir. Belə ki, kənar xətt fərdi yaşayış evinin həyətyanı sahəsindən keçən qonşuya məxsus elektrik sayğacını qidalandıran naqilin izolyasiyası pozularaq budaqlanma yolu ilə götürülərək fərdi yaşayış evinə çəkilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17.1 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən ##.##.2026-cı il tarixli, NIM****** saylı akt tərtib olunmuşdur. ##.##.2026-cı il tarixli, NIM****** saylı akta əsasən “xxxx” ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 50 gün üçün 0.084 manatla 330 kvt.s (dəyəri 27.72 manat), 0.10 manatla 165 kvt.s (dəyəri 16.50 manat) və 0.15 manatla 6141 kvt.s (dəyəri 921.15 manat) toplamda 965.37 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Akt səlahiyyətli şəxslər tərəfindən, qüvvədə olan normativ-hüquqi aktların tələblərinə uyğun qaydada tərtib edilmiş və aktda pozuntu faktı, texniki göstəricilər və hesablamanın əsasları ətraflı qeyd olunmuşdur. Iddiaçı tərəfindən elektrik enerjisindən sayğacdan kənar və ya uçotdan yayınmaqla istifadə halı müəyyən edilmişdir ki, bu hal istehlakçı tərəfindən müqavilə öhdəliklərinin pozulması deməkdir. Həmçinin iddiaçı tərəfindən borcun silinməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar təqdim edilməmişdir. Təkcə razılaşmamaq faktı borcun ləğvi üçün hüquqi əsas yaratmır.
14. Ona görə də, Balakən Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsini ləğv edərək, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
17. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 560.1-ci maddəsinə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
19. “Elektrik enerjisindən istifadə” Qaydaları: 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. 7.3-cü bəndinə əsasən hesablaşma uçot cihazları, o cümlədən aktiv və reaktiv enerji, aktiv və reaktiv güc elektrik sayğacları, həmçinin cəmləşdirici qurğular və avtomatlaşdırılmış uçot sistemləri “Elektrik qurğularının quraşdırılması qaydaları”na uyğun quraşdırılmalıdır. 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Istehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. Istehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. Istehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. Istehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. Istehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
22. Cavabdeh Balakən Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam həcmdə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
24. Hazırki qətnamənin 13-cü bəndində sadalanmış apellyasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh apellyasiya şikayətində baxış zamanı fərdi yaşayış evinə sayğac sxemindən kənar xəttin daxil olduğunun aşkar edildiyini, aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17.1-ci bəndinin tələbinə uyğun olaraq ##.##.2026-cı il tarixli, NIM****** saylı aktın tərtib olunduğu, ##.##.2026-cı il tarixli, NIM****** saylı akta əsasən “xxxx” ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun toplamda 965.37 manat dəyərində itirilmiş enerji hesabatının aparıldığı, aktın səlahiyyətli şəxslər tərəfindən, qüvvədə olan normativ-hüquqi aktların tələblərinə uyğun qaydada tərtib edildiyi və aktda pozuntu faktı, texniki göstəricilər və hesablamanın əsaslarının ətraflı qeyd olunduğu, iddiaçı tərəfindən borcun silinməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsasların təqdim edilmədiyini bildirmişdir.
25. Işin müəyyən edilmiş halları bundan ibarətdir ki, iddiaçı Balakən rayonu Talalar kəndində yaşamaqla həmin ünvan üzrə elektrik enerjisindən istifadə etməsinə görə *************** saylı abonent kodu ilə qeydiyyata alınmışdır. Həmin ünvanda quraşdırılmış sayğaca baxış zamanı isə ## ###### 2026-cı il tarixdə elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə ****** saylı akt tərtib edilmiş, həmin aktda abonent iddiaçı İddiaçı yaşadığı fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olduğu qeyd edilmişdir. İddiaçı ## ###### 2026-cı il tarixli, ****** nömrəli Akta əsasən 965.37 manat borc hesablanmışdır.
26. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ****** saylı aktda abonentin elektrik enerjisindən sayğacdan kənar istifadə etdiyi qeyd edilsə də, bunu təsdiq edən və iddiaçının təqsirli olmasına dair sübutları cavabdeh məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, iddiaçının mənzilinin elektrik enerjisi ilə təmin edilməsi üçün quraşdırılan elektrik sayğacı onun məsuliyyəti həddindən kənarda, yəni küçədə yerləşdiyindən, bununla da sayğacda aşkar edilmiş qüsurlara görə iddiaçı məsuliyyət daşımadığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır.
27. “Elektrik enerjisindən istifadə” Qaydalarının 7.11-ci bəndindən də göründüyü kimi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur.
28. Qanunun tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hazırki qətnamənin 26-cı bəndində qeyd edilmiş birinci instansiya məhkəməsinin gəldiyi mövqe ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
29. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmalıdır.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDI:
Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Balakən Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.