Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-2(3-10)-712/2026 11.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh2 və cavabdeh1 İbrahim qızına qarşı ziyan tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi, qüvvə) Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mustafayev Etibar Mustafa oğlu və İsayev Elman Bəhruz oğlundan ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh2 və cavabdeh1 İbrahim qızına qarşı ziyan tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-2(019)-1301/2025 tarixli qətnaməsindən cavabdeh cavabdeh1 İbrahim qızının apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi ilə bağlı iş üzrə Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 2(019)- ****/**** nömrəli qərardadından iddiaçı iddiaçı1 nümayəndəsivəkili nümayəndə2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh2 və cavabdeh1 İbrahim qızına qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər cavabdeh2 və cavabdeh1 İbrahim qızından 15390 (on beş min üç yüz doxsan) manat məbləğində pulun və 136 manat dövlət rüsumunun alınıb iddiaçılara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, cavabdehlər cavabdeh2 və cavabdeh1 İbrahim qızından 11.890 (on bir min səkkiz yüz doxsan) manat və ödənmiş dövlət rüsumuna görə 125.67 (bir yüz iyirmi beş manat altmış yeddi qəpik) manat alınıb iddiaçılar iddiaçı2 və iddiaçı1 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edlilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər cavabdeh2 nümayəndəsi -vəkili nümayəndə1 və cavabdeh1 İbrahim qızı tərəfindən apellyasiya şikayətləri verilmiş, apellyasiya şikayətləri baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının e-2(3-10)- ***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh1 İbrahim qızı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri mümkün hesab edilmiş, cavabdeh cavabdeh1 İbrahim qızı tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verildikdən sonra digər cavabdeh cavabdeh2 nümayəndəsi -vəkili nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının e-*(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh1 İbrahim qızı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri mümkün hesab edildikdən sonra ## ### 2026-cı il tarixdə cavabdeh cavabdeh1 İbrahim qızı apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir Prosessual müddətin bərpası barədə ərizədə göstərilmişdir ki, Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-2(019)- 1301/2025 iş nömrəli qətnaməsindən ## #### 2026-cı il tarixdə iş üzrə digər cavabdeh cavabdeh2 ilə birlikdə apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ### 2026-cı il tarixli, e-*(*-**)-***/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Əsas isə şikayətin elektron qaydada imzalanmaması olmuşdur. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, apellyasiya şikayətini verməyinin son günlərində, yəni, ## #### 2026-cı il tarixdə “Elektron Məhkəmə İnformasiya Sistemi” yenilənmə ilə əlaqədar olaraq işləməmişdir. Bu səbəbdən də şikayətinin gecikməməsi üçün şikayətin son günü hesab edilən ilk iş günündə şikayətini iş üzrə digər cavabdeh cavabdeh2 ilə birlikdə, lakin, elektron qaydada imzalanmadan Balakən Rayon Məhkəməsinə göndərmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e2(019)-1301/2025 iş nömrəli qətnaməsindən şikayət verilməsi ilə bağlı müddəti üzürlü səbəbdən keçirmişdir. Balakən Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(***)-****/**** saylı qərardadı ilə, ərizənin təmin edilməsi, iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh2 və cavabdeh1 İbrahim qızına qarşı “ziyan” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh1 İbrahim qızının apelyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddətin ona münasibətdə bərpa edilməsi qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan iddiaçı iddiaçı1 nümayəndəsi və vəkili nümayəndə2 şikayət verərək, qərardadın ləğv edilməsini və vəsatətin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** saylı qərardadı əsassız və qanunsuzdur. Belə ki, apellyasiya şikayəti elektron imza ilə yalnız cavabdeh2 nümayəndəsi - vəkili nümayəndə1 tərəfindən imzalanaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmişdir. Həmçinin apellyasiya şikayəti fiziki qaydada da yalnız cavabdeh2 nümayəndəsi - vəkili nümayəndə1 tərəfindən imzalanmışdır. İş materiallarına nümayəndə1 vəkil orderi və apellyasiya şikayətini imzalamasına hüquq verən etibarnamə cavabdeh2 münasibətdə əlavə olunsa da, digər cavabdeh cavabdeh1 İbrahim qızına münasibətdə isə vəkil orderi və apellyasiya şikayətini imzalamasına hüquq verən etibarnamə əlavə edilməmişdir. Sözügedən işdə cavabdeh cavabdeh1 İbrahim qızı vəkillə təmsil olunmamış, vəkilə hər hansı etibarnamə verməmişdir. Eyni zamanda cavabdeh cavabdeh1 İbrahim qızı tərəfindən məhkəməyə qətnamədən apellyasiya şikayəti daxil olmamışdır. Belə olan halda cavabdeh2 nümayəndəsi -vəkili nümayəndə1 tərəfindən cavabdeh cavabdeh1 İbrahim qızının adından apellyasiya şikayəti tərtib etmək səlahiyyəti olmadığına görə hazırki halda Balakən Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh1 İbrahim qızı tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün müddətin buraxılması üzrlü hesab edilə bilməz. Eyni zamanda iş materiallarından da görünür ki, cavabdeh1 İbrahim qızı tərəfindən Balakən Rayon Məhkəməsinin e-*(***)- ****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti verilmiş, ##.##.2026-cı il tarixli rüsum qəbzi əlavə etmiş, apellyasiya şikayətini özü imzalamış, apellyasiya şikayətinin tərtib edilmə tarixi isə ##.##.2026-cı il göstərilmiş, həmin tarixdə elektron kabinetə yerləşdirilmişdir. Göründüyü kimi cavabdeh1 İbrahim qızı tərəfindən Balakən Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti vermiş, qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verilmədiyinə görə, eyni zamanda müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi və ərizənin təmin edilməsinə əsas verəcək hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyinə görə hesab edirlər ki, cavabdeh1 İbrahim qızı tərəfindən Balakən Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün müddətin buraxılması barədə ərizə təmin edilməməlidir. Lakin işə baxan Balakən Rayon Məhkəməsi Mülki Prosessual Məcəlləsinin yuxarıda göstərilən tələblərini pozaraq məhkəmə qətnaməsində apellyasiya şikayəti vermə müddətininin ötürülməsini üzürlü hesab etməsi barədə qərardad çıxarmışdır. Yuxarıda sadaladığı işin həqiqi hallarında iş üzrə prosessual müddətin ötürülməsi üçün əsas ola biləcək, mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmayan, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan inkarolunmaz səbəblər müəyyən edilməmişdir. Balakən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 2(019)- ****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, şikayətin düzgün həlli üçün qanunvericiliyin apellyasiya şikayəti vermə müddəti, bu müddətin başlanması və sair kimi hüquqi əhəmiyyət kəsb edən prosessual hüquq normaları təhlil olunmalıdır. Başlanğıc olaraq qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər. Bu normadan göründüyü kimi, apellyasiya şikayəti vermə müddəti, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır. Müddətlərin hesablanması qaydalarını müəyyən edən Azərbaycan Respublikasının MPM-in 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Azərbaycan Respublikasının MPM-in 129-cu maddəsində prosessual müddətlərin qurtarması qaydaları müəyyən edilərək göstərilmişdir ki, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Qətnamədən şikayət vermə müddətinin axımı qətnamənin surətinin rəsmi qaydada verildiyi vaxtdan hesablandığına görə, qətnamənin rəsmi qaydada verilməsi anlayışının izahına da ehtiyac vardır. Bununla bağlı qeyd olunmalıdır ki, mülki mühakimə icraatına aid bəzi sənədlərin xüsusi əhəmiyyəti nəzərə alınaraq, onların proses iştirakçılarına verilməsi, həm də bunun rəsmi qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Rəsmi qaydada verilməli olan sənədlərin siyahısı Azərbaycan Respublikasının MPMin 134-cü maddəsində müəyyən olunmuşdur. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin aktları rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikasının MPM-in 135-ci maddəsində məhkəmə sənədlərinin çatdırılması və rəsmi şəkildə verilməsi qaydaları dəqiq müəyyən edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə görə Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Daha sonra Azərbaycan Respublikasının MPM-in 135.2-ci maddəsində göstərilir ki, Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Azərbaycan Respublikasının MPM-in 135.5-ci maddəsində deyilir ki, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Bundan əlavə elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Məhkəmə və proses ştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. (Mülki Prosessual Məcəllənin 10-1.1 və 10-1.2-ci maddələri) Belə ki, Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının MPM-in 227.4-cü maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. Göründüyü kimi, qanunvericilik rəsmi sənədlərin verilməsinin üç qaydasını, yəni poçt vasitəsi ilə çatdırılma, təqdim olunmaqla verilmə və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməsi qaydalarını müəyyən etmişdir. Bu üsulların birinin digərindən üstünlüyü müəyyən olunmamışdır. İş materiallarından görünür ki, “Elektron məhkəmə” informasiya sistemindən müəyyən edilir ki, cavabdeh cavabdeh1 İbrahim qızı (cavabdeh cavabdeh2 ilə birgə) tərəfindən ##.##.2026-cı il tarixdə sözügedən qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti mülki iş materialları ilə birgə ## ##### 2026-ci il tarixində baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının e-*(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh1 İbrahim qızı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri mümkün hesab edilmiş, cavabdeh cavabdeh1 İbrahim qızı tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verildikdən sonra digər cavabdeh cavabdeh2 nümayəndəsi-vəkili nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır “Elektron məhkəmə” informasiya sistemindən müəyyən edilmişdir ki, cavabdeh cavabdeh1 İbrahim qızı ##.##.2026-cı il tarixdə apellyasiya şikayətindəki qüsuru aradan qaldıraraq yenidən apellyasiya şikayəti vermiş və şikayətinə buraxılmış prosessual müddətin bərpası barədə ərizə əlavə etmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi Balakən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-2(019)- 1301/2025 tarixli qətnaməsindən cavabdeh cavabdeh1 İbrahim qızına münasibətdə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə haqlı nəticəyə gəlmişdir. Belə ki, ilk apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemindən də müəyyən edildiyi kimi vaxtında təqdim edilmiş, lakin “Elektron məhkəmə” informasiya sisteminin yeni versiyasının 2026-cı ilin mart ayının 31-dən tam istifadə edilməsi nəzərdə tutulsa da, həmin sistemdən tam istifadədə uzun müddət çətinliklərin olması səbəbilə apellyasiya şikayətinin özü tərəfindən imzalanması qeyri-mümkün olmuşdur. Odur ki, ağlabatan müddətdə apellyasiya şikayətində yol verilən səhv aradan qaldırıldığından, qanunla müəyyən olunmuş müddətin ötürülməsi üzürlü hesab edilməlidir. Məhkəmə kollegiyası diqqətə çatdırmağı zəruri hesab edir ki, qanunvericilikdə apellyasiya şikayətinin verilməsi müddəti və apellyasiya şikayətinin geri qaytarılması hallarından olan prosessual müddətin ötürülməsi halı konkret şəkildə göstərilmiş, habelə müddətin buraxılması səbəbinin məhkəmə tərəfindən üzrlü hesab edildiyi halda onun bərpa edilə bilməsi də qanunun normalarında öz əksini tapmışdır. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual müddəti bərpa etməklə düzgün qənaətə gəlmişdir. Belə ki, cavabdeh cavabdeh1 İbrahim qızı prosessual müddətin üzrlü səbəblərdən ötürməsini əsaslandırmışdır. Odur ki, birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadının ləğvi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, məhz tərəflərin məhkəmə qarşısında hüquq bərabərliyinin, Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasının və ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməsi nöqteyinəzərindən şəxsin öz işinə yuxarı məhkəmə insansiyasında baxılmasına çatımlılığı hüququnun reallaşdırılması üçün şərait yaradılmalı və bununla bağlı gətirilən səbəblər ağlabatanlıq prinsipi əsasında qiymətləndirilməlidir. Belə ki, şəxsin maraqlarına toxunan məhkəmə qərarını yuxarı instansiya məhkəməsində mübahisələndirmək hüququ ədalətli məhkəmə araşdırması hüququndan irəli gəlir və Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq müqavilələrdə öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın; hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır; hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, Azərbaycan Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələr həyata keçirirlər. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsi hər bir şəxsin özü haqqında çıxarılmış məhkəmə qərarına yuxarı məhkəmədə yenidən baxılması hüququnu tanıyır. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Eyni hüquq Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 14-cü maddəsində də müəyyən olunmuşdur. Onun barəsində çıxarılmış məhkəmə qərarına yuxarı məhkəmə tərəfindən yenidən baxılması hüququnu Azərbaycan Respublikasının tərəfdar çıxdığı Avropa Konvensiyasına * saylı Protokolun 2-ci maddəsinin 1-ci bəndi də təsbit edir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, yuxarıda göstərilən normativ-hüquqi aktların tələbinə görə maraqlarına toxunulan məhkəmə qərarı çıxarılmış şəxsin həmin qərardan yuxarı məhkəməyə şikayət vermək hüququ məhkəmə səhvlərinin qarşısının alınması, həqiqətin müəyyən edilməsi və son nəticədə ədalətin təntənəsinə nail olunması məqsədini güdür. Həqiqət və ədalət isə insan toplumu üçün ali dəyərlərdir. Bu dəyərlər də ictimai münasibətlərin kvintessensiyasını təşkil etməlidir. Bu kontekstdə məhkəmə kollegiyası hesab edir ki, yalnız formal əsaslara istinad etməklə ərizəçinin şikayətinin icraata götürülməsindən imtina edilməsi tərəfin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 14-cü, İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 7, 8, 10-cu və Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş səmərəli və ədalətli məhkəmə araşdırması hüququnu pozmuş olardı. Avropa İnsan Hüquqları Məhkəməsi «Sovtransavto Holdinq» Ukraynaya qarşı (şikayət №*****/**, ##.##.2002) şikayəti üzrə işdə X2 Məhkəməsinin ##.##.2002-ci il tarixli qərarı ilə ərizəçinin şikayət verilməsi üçün müəyyən edilmiş bir aylıq müddətin bitməsi əsasına görə şikayətin qəbul edilməsindən imtina olunmasını artıq formalizmin mövcud olduğu kimi qiymətləndirmişdir. Avropa Məhkəməsi həmin işdə həmçinin qeyd etmişdir ki, ərizəçinin kassasiya şikayəti qanunda nəzərdə tutulmuş müəyyən formallıqlara riayət edilmədiyinə görə qəbul edilməmişdir. Bu da belə bir nəticəyə gətirib çıxara bilər ki, ərizəçi daxili müdafiə vasitələrini tükətməmişdir. Avropa Məhkəməsi xatırlatmışdır ki, onun daxili müdafiə vasitələrinin tükədilməsi üzrə presedent təcrübəsinə müvafiq olaraq bu qayda kifayət qədər çevik və artıq formalizmdən azad şəkildə tətbiq olunmalıdır. Həmin qayda avtomatik tətbiq olunmamalı və mütləq xarakter daşımamalıdır; hər bir konkret işdə onun halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı göstərilmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Konstitusiya Məhkəməsi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarında Avropa İnsan Hüquqları Məhkəməsinin «Delkurun Belçikaya qarşı işi üzrə» qərarına istinadla qeyd etmişdir ki, «ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir». Konstitusiya Məhkəməsi həmin qərarında həmçinin göstərmişdir ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli və Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, Balakən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 İbrahim qızı və cavabdeh cavabdeh2 nümayəndəsi-vəkili nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılması üçün sonrakı prosessual hərəkətlər edilməlidir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1 apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı iddiaçı1 nümayəndəsi - vəkili nümayəndə2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Balakən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 İbrahim qızı və cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılması üçün sonrakı prosessual hərəkətlər edilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-10)-712/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-10)-712/2026
11.08.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver