Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-738/2026 18.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «alimentin azaldılması» tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: alimentin azaldılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Ismayılova Nərmin Ərəstun qızının katibliyi, iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «alimentin azaldılması» tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli e-*(*-***)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları
1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh ilə rəsmi ailə həyatı qurmuş və nikahlarından ##.##.2014-cü il təvəllüdlü Imamverdili Fatimə adlı uşaqları dünyaya gəlmişdir. Şəki Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2016-cı il tarixli qətnaməsinə əsasən iddiaçı X7 ilə cavabdeh İddiaçı arasında Şəki rayon qeydiyyat şöbəsində bağlanmış ##.##.2012-ci il tarixli nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan ##.##.2014-cü il təvəllüdlü X3 anası X7 yanında saxlanılması, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay üçün sabit pul məbləğində 70 (yetmiş) manat məbləğində alimentin cavabdeh İddiaçı alınaraq iddiaçı X7 verilməsi qət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8 (*-**)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadı ilə ##.##.2026-cı il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan ##.##.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,70 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «alimentin azaldılması» tələbinə dair iddiası ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək birgə nikahdan dünyaya gəlmiş ##.##.2014-cü il təvəllüdlü X3 üçün 18 yaşına kimi, hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.45 misli həddində sabit pul məbləğində alimentin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli e-*(*-***)-***/**** saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 8 (*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə müəyyən edilən alimentin miqdarının azaldılaraq, birgə nikahdan dünyaya gəlmiş ##.##.2014-cü il təvəllüdlü X3 üçün 18 yaşına kimi, hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.45 misli həddində sabit pul məbləğində alimentin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdeh Cavabdeh liqar qızı ilə rəsmi ailə həyatı qurmuş və nikahlarından ##.##.2014-cü il təvəllüdlü Imamverdili Fatimə adlı uşaqları dünyaya gəlmişdir. Əvvəllər səmimi yaşasalar da, sonradan aralarında bir çox narazılıqlar yaranmış və buna görə də ayrılmışlar. Şəki Rayon Məhkəməsinin 2(075)- ****/**** saylı, ##.##.2016-cı il tarixli qətnaməsi ilə nikahları pozulmuş, ##.##.2014-cü il təvəllüdlü X3 anası Nəsirullayeva (Həmidova) Sahibə Ilqar qızının himayəsində saxlanılması, ##.##.2014cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay sabit pul məbləğində 70 (yetmiş) manat məbləğində alimentin tutularaq Nəsirullayeva (Həmidova) Sahibə Ilqar qızına ödənilməsi qət edilmişdir. Ailə münasibətləri pozulduqdan bu günə kimi aliment borcunu vaxtı-vaxtında ödəmişdir. Bundan sonra cavabden aliment məbləğinin həcminin artırılması ilə bağlı Şəki Rayon Məhkəməsinə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 85 (səksən beş) manat alimentin tutularaq Nəsirullayeva (Həmidova) Sahibə liqar qızına ödənilməsi qət edilmişdir. Bundan sonra cavabdeh aliment məbləğinin həcminin artırılması ilə bağlı Şəki Rayon Məhkəməsinə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 120 (bir yüz iyirmi) manat alimentin tutularaq Nəsirullayeva (Həmidova) Sahibə llqar qızına ödənilməsi qət edilmişdir. Bundan sonra yenidən cavabdeh aliment məbləğinin həcminin artırılması ilə bağlı Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 175 (bir yüz yetmiş beş) manat alimentin tutularaq Nəsirullayeva (Həmidova) Sahibə Ilqar qızına ödənilməsi qət edilmişdir. Cavabdeh 2026-cı ilin fevral ayında məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2021-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi üzrə İddiaçı ## ###### 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində ödəməli olduğu 175 (bir yüz yetmiş beş) manat alimentin 2021-ci ilin may ayı üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,70 mislini təşkil etdiyini nəzərə alaraq, tutulan alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,70 misli həddində indeksasiya olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Onun ərizəsinə baxılaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2021-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinə əsasən ##.##.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı tutulan 175 manat alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,70 misli həddində indeksasiya olmuşdur. Beləliklə onun aliment məbləği 175 manatdan 280 manata qaldırılmışdır. Minimum əmək haqqının hər il qalxması barədə ölkədə qərar qəbul edilmişdir. Deməli hər il onun ödəməli olacağı aliment məbləği artacaqdır. O, halhazırda fərdi əməklə məşğuldur. Aylıq gəliri 350 (üç yüz) əlli manatdır. 2020-ci ildə məhkəmə aliment təyin edərkən ölkədə uşaqlar üzrə yaşayış minimumu 170 manat olmuşdur. 2026-cı ildə isə yaşayış minimumu 260 manat olmuşdur. O, nikahı pozulduqdan sonra ikinci dəfə evlənmişdir. Ikinci nikahdan iki övladı ##.##.2021-ci il təvəllüdlü X4 və ##.##.2017-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Buna görə alimentin azaldılması tələbi ilə qanunvericiliyin tələblərinə uyğun olaraq aralarındakı mübahisəni mediasiya qaydasında həll etmək üçün mediatora müraciət olunmuş və cavabdeh mediasiya prosesində iştirak etmədiyi üçün ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə ##.##.2026-cı il tarixdə MŞŞ/MT***/****- ***** saylı arayış verilmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. Məhkəmə iclasında iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından doğulmuş azyaşlı uşağın saxlanılması üçün iddiaçıdan tutulan alimentin məbləği müxtəlif dövrlərdə artırılmış, iddiaçı isə müəyyən olunmuş aliment öhdəliyini uzun müddət ərzində icra etmişdir.
6. Iş materialları ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə aliment məbləği minimum əmək haqqının 0,70 misli həddində indeksasiya edilmiş və nəticədə alimentin məbləği əvvəlki 175 manat məbləği ilə müqayisədə əhəmiyyətli dərəcədə artırılmışdır. Məhkəmə nəzərə almışdır ki, alimentin indeksasiya olunması uşağın saxlanılması məqsədinə xidmət etsə də, aliment ödəyən şəxsin maddi və ailə vəziyyəti də nəzərə alınmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı yenidən evlənmişdir və həmin nikahdan iki azyaşlı övladı dünyaya gəlmişdir. Məhkəmə qeyd etmişdir ki, valideyn bütün uşaqlarına münasibətdə bərabər təminat öhdəliyi daşıdığından, iddiaçının himayəsində olan digər azyaşlı uşaqların mənafeyi də məhkəmə tərəfindən nəzərə alınmalıdır.
7. Məhkəmə həmçinin nəzərə almışdır ki, iddiaçı fərdi əməklə məşğul olduğunu və aylıq gəlirinin məhdud olduğunu bildirmiş, cavabdeh tərəfindən isə bunun əksini təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Alimentin indeksasiyası nəticəsində müəyyən olunmuş hazırkı məbləğdə saxlanılması iddiaçının digər ailə üzvlərinin normal təminat imkanlarına mənfi təsir göstərə bilər.
8. Belə olan halda məhkəmə hesab etmişdir ki, tərəflərin maddi və ailə vəziyyəti, iddiaçının himayəsində olan digər azyaşlı uşaqların mövcudluğu, eləcə də aliment məbləğinin indeksasiyası nəticəsində əhəmiyyətli dərəcədə artması nəzərə alınaraq alimentin minimum əmək haqqının 0,45 misli həddində müəyyən edilməsi qanuni və əsaslıdır.
9. Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli e-*(*-***)-***/**** saylı qətnaməsi ilə (hakim Şəfəq Cəfərova) iddia təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2 (***)-****/**** saylı, ## ### 2021-ci il tarixli qətnaməsi ilə ##.##.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı azaldılaraq İddiaçı hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi, alimentin tutulmasının əvvəlinin qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 34-cü, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1, 20.2, 22.2, 22.2.1, 22.2.2, 75.1, 75.4, 78.1, 78.2, 100.2 və 112.1-ci maddələrinə istinad etmişdir.
11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə ##.##.2026-cı il tarixli, MŞŞ/MT***/****-***** nömrəli arayışIlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə ##.##.2026-cı il tarixli, MŞŞ/MT***/****-***** nömrəli arayış; Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2014-cü il tarixli doğum haqqında şəhadətnamə; Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2022-ci il tarixli AZ ****** saylı nikahın pozulması haqqında şəhadətnamə; Şəki Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2016-ci il tarixli qətnaməsi; Şəki Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2017-ci il tarixli qətnaməsi; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2 (***)-****/**** saylı, ## ### 2021- ci il tarixli qətnaməsi; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2 (***)-****/**** saylı, ## ### 2021-ci il tarixli qətnaməsi; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8 (*-**)-***/**** saylı, ## ###### 2026- cı il tarixli qərardadı; Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2016-cı il tarixli nikah haqqında şəhadətnamə; Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələr.
12. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2021-ci il tarixli, 2(005)- ****/**** saylı qətnaməsi ilə İddiaçı ## ###### 2014-cü il təvəllüdlü - X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində ödəməli olduğu alimentin miqdarı 175 (bir yüz yetmiş beş) manat müəyyən edilmişdir. Göründüyü kimi 2021-ci ildən iddiaçı övladının saxlanılması üçün 175 manat aliment ödəyirdi. Həmin dövrdə minimum əmək haqqı 250 manat, uşaqlar üçün yaşayış minimumu isə 175 manat olmuşdur. Həmin vaxtdan sonra minimum əmək haqqı 3 dəfə (2022-ci ilin yanvar ayının 1 – dən 300 manat, 2023-cü il yanvar ayının 1 dən 345 manat, 2025-cü ilin yanvar ayının 1 dən isə 400 manat müəyyən edilmişdir), uşaqlar üçün yaşayış minimumu isə 5 dəfə (2022-ci ildə 193 manat, 2023-cü ildə 220 manat, 2024-cü ildə 235 manat, 2025-ci ildə 246 manat və 2025-ci ildə 260 manat) artırılmışdır. Hazırda isə 2026-cı ildə işə baxan birinci instansiya məhkəməsi tərəfindən alimentin miqdarı azaldılaraq minimum əmək haqqının 0.45 misli müəyyən edilmişdir ki, bu da hazırda 180 manatdır. Bu da 2021-ci ildə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən müəyyən edilmiş 175 manat alimentdən 5 manat yuxarıdır ki, bu tamamilə qanunsuzdur. Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2026-cı il üçün uşaqlar üçün yaşayış minimumu 260 manat müəyyən edilmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 8 (*-**)-***/**** saylı qərardadı ilə müəyyən edilmiş minimum əmək haqqının 0,70 misli həddində sabit pul məbləğinin alimentin miqdarından 10 manat yuxarıdır ki, həmin miqdarda alimentin məbləği hazırkı şəraitdə uşağın saxlanılması üçün minimum həddir. Həmçinin iddiaçı İddiaçı ev inşası ustasıdır və aylıq 3000 manatdan yuxarı gəlir əldə edir. Lakin vergidən yayınaraq gəlirlərini vergi orqanlarından gizlədir. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi alimentin azaldılması məsələsini həll edərkən ilk öncə uşağın mənafeyini nəzərə almalı olduğu halda bunu etməmişdir. Halbuki, “Uşaq hüquqlarına dair” BMT Konvensiyasının 3-cü maddəsinə görə də məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Işə baxan birinci instansiya məhkəməsi öz qanunsuz və əsassız qətnaməsində qeyd etmişdir ki, “Məhkəmə nəzərə alır ki, alimentin indeksasiya olunması uşağın saxlanılması məqsədinə xidmət etsə də, aliment ödəyən şəxsin maddi və ailə vəziyyəti də nəzərə alınmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı yenidən evlənmişdir və həmin nikahdan iki azyaşlı övladı dünyaya gəlmişdir.” Halbuki, sonuncu dəfə alimentin miqdarı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2021-ci il tarixli,2(005)- ****/**** saylı qətnaməsi ilə 175 manat müəyyən edilərkən iddiaçı artıq evli idi, bir övladı dünyaya gəlmişdi, ikinci övladının isə dünyaya gəlməsinə 1 ay qalmışdı. Göründüyü kimi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2021-ci il tarixli, 2(005)- ****/**** saylı qətnaməsi qəbul edildikdən sonra iddiaçının ailə vəziyyətində heç bir dəyişillik meydana gəlməmişdir. Göründüyü kimi hazırkı halda alimentin miqdarının azaldılması üçün qanunvericilikdə qeyd edilmiş şərtlərdən hər hansı birinin olması barədə iddiaçı tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. Iddiaçının yenidən ailə həyatı qurması və övladlarının olması da həmin qətnamədən öncəki tarixlərə təsadüf edir ki, iddiaçı həmin əsaslarla qətnamədən apellyasiya şikayəti verə bilərdi ki, iddiaçı həmin qətnamə ilə razılaşmış və apellyasiya şikayəti verməmişdir. Həmçinin qeyd edir ki, o Bakı şəhərində yaşayır və iş materiallarından da göründüyü kimi sonuncu dəfə alimentin miqdarı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən müəyyən edilmişdir. Vahid məhkəmə təcrübəsindən də görünür ki, Bakı şəhərində yerləşən məhkəmələr tərəfindən alimentin miqdarı bir uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla minimum əmək haqqının 0.65 mislindən aşağı müəyyən olunmur. Məlumdur ki, Bakı şəhərində yaşayış daha çətin və xərcli olduğundan vahid məhkəmə təcrübəsində alimentin miqdarı daha yüksək müəyyən olunur. Lakin işə baxan birinci instansiya məhkəməsi onun və azyaşlı övladının Bakı şəhərində yaşamasını, Bakı şəhərində təhsil almasını nəzərə almamışdır.
14. Ona görə də, Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi və tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 20.8 manat dövlət rüsumu və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının iddiaçı İddiaçı alınaraq ona verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı İddiaçı və cavabdeh Cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
18. Cavabdeh Cavabdeh məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, faktiki olaraq Bakı şəhərində yaşayır və iş materiallarından da göründüyü kimi sonuncu dəfə alimentin miqdarı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən müəyyən edilmişdir. Vahid məhkəmə təcrübəsindən də görünür ki, Bakı şəhərində yerləşən məhkəmələr tərəfindən alimentin miqdarı bir uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla minimum əmək haqqının 0.65 mislindən aşağı müəyyən olunmur. Məlumdur ki, Bakı şəhərində yaşayış daha çətin və xərcli olduğundan vahid məhkəmə təcrübəsində alimentin miqdarı daha yüksək müəyyən olunur. Lakin işə baxan birinci instansiya məhkəməsi onun və azyaşlı övladının Bakı şəhərində yaşamasını, Bakı şəhərində təhsil almasını nəzərə almamışdır. Məlumdur ki, Bakı şəhərində yaşamaq maddi cəhətdən olduqca çətindir və onun da maddi vəziyyəti olduqca aşağıdır. Odur ki, azyaşlı övladının mənafeyini nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Konstitusiyası: 34-cü maddəsinin IV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
20. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
21. Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunu: 3-cü maddəsinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. 8-ci maddəsinə əsasən isə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
22. “Uşaq hüquqları haqqında” Konvensiya: 3-cü maddəsinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.
23. Qərarlar: “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2016-cı il tarixli *-*/**** nömrəli Qərarı; “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024cü il tarixli ** nömrəli qərarı; “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli Qərar.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.3-cü maddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirə bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
26. Cavabdeh Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli e-*(*-***)-***/**** saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam həcmdə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə ümumilikdə razılaşsa da, hesab edir ki, birinci instansiya məhkəməsi alimentin məbləğini müəyyən edərkən həmin hissədə düzgün nəticəyə gəlməmişdir.
28. Məhkəmə kollegiyası hazırki qətnamənin 13-cü bəndində sadalanan dəlillərini işin halları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayətinin qismən təmin edilməsi üçün əsaslar mövcuddur.
29. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, iddianı təmin edərkən birinci instansiya məhkəməsi gəldiyi mövqeyi onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə aliment məbləği minimum əmək haqqının 0,70 misli həddində indeksasiya edilmiş və nəticədə alimentin məbləği əvvəlki 175 manat məbləği ilə müqayisədə əhəmiyyətli dərəcədə artırılmışdır. Məhkəmə nəzərə almışdır ki, alimentin indeksasiya olunması uşağın saxlanılması məqsədinə xidmət etsə də, aliment ödəyən şəxsin maddi və ailə vəziyyəti də nəzərə alınmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı yenidən evlənmişdir və həmin nikahdan iki azyaşlı övladı dünyaya gəlmişdir. Məhkəmə qeyd etmişdir ki, valideyn bütün uşaqlarına münasibətdə bərabər təminat öhdəlik daşıdığından, iddiaçının himayəsində olan digər azyaşlı uşaqların mənafeyi də məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə həmçinin nəzərə almışdır ki, iddiaçı fərdi əməklə məşğul olduğunu və aylıq gəlirinin məhdud olduğunu bildirmiş, cavabdeh tərəfindən isə bunun əksini təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Alimentin indeksasiyası nəticəsində müəyyən olunmuş hazırkı məbləğdə saxlanılması iddiaçının digər ailə üzvlərinin normal təminat imkanlarına mənfi təsir göstərə bilər.
30. Işin hallarından görünür ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh ilə rəsmi ailə həyatı qurmuş və nikahlarından ##.##.2014-cü il təvəllüdlü Imamverdili Fatimə adlı uşaqları dünyaya gəlmişdir. Şəki Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2016-cı il tarixli qətnaməsinə əsasən iddiaçı X7 ilə cavabdeh İddiaçı arasında Şəki rayon qeydiyyat şöbəsində bağlanmış ##.##.2012-ci il tarixli nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan ##.##.2014-cü il təvəllüdlü X3 anası X7 yanında saxlanılması, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay üçün sabit pul məbləğində 70 (yetmiş) manat məbləğində alimentin cavabdeh İddiaçı alınaraq iddiaçı X7 verilməsi qət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8 (*-**)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadı ilə ##.##.2026-cı il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan ##.##.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,70 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır.
31. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli, 8- */**** saylı qərarının 8.2-ci bəndində göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Həmin qərarın 8.7-ci bəndində göstərilir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşağın normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşağın mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir.
32. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Ailə Məcəlləsinin 60.1 və 60.2-ci, Azərbaycan Respublikası «Uşaq hüquqları haqqında» Qanunun 5-ci, «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 9-cu maddələrinə əsasən işin həllində ilk növbədə uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirilməlidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Hər bir halda, başlanğıc prinsipin uşağın üstün mənafeyi olduğu unudulmamalıdır. Uşaqların «üstün maraqları» konsepsiyası Uşaq hüquqları haqqında Bəyannamənin 2-ci maddəsindən, Uşaq hüquqları haqqında Konvensiyanın 3-cü maddəsinin birinci bəndindən irəli gəlir. 2008-ci ildə BMT-nin Qaçqınlar və Ailə Komissarlığı tərəfindən qəbul edilmiş «Uşaq mənafelərinin daha yaxşı təmin edilməsi Qaydaları»nda göstərilir ki, «üstün maraqlar» termini uşağın rifahını izah edir. Belə rifah yaşı, yetkinlik səviyyəsi, valideynin olub-olmaması, uşağın ətraf mühiti və təcrübəsi kimi fərdi hallarla müəyyən edilir». Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.
33. Məhkəmə kollegiyası onu da qeyd edir ki, aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalı, bu zаmаn tərəflərin mənаfeləri аrаsındа ədаlətli tаrаzlıq prinsipinə riаyət оlunmаlıdır. Məhkəmə qeyd edilən hallarla bağlı uşağın maraqlarını və aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini nəzərə alaraq belə qənaətə gəlir ki, alimentin məbləğinin aliment ödəmək vəzifəsi qoyulan valideyndən, yəni iddiaçı İddiaçı cavabdeh Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay bir uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.6 misli həddində sabit pul məbləğində müəyyən edilməsi həmin şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil etməyəcəkdir. Buna görə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin hazırki qətnamənin 13-cü bəndində sadalanmış dəlilləri qismən əsaslıdır və birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay bir uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.45 misli həddində sabit pul məbləğində aliment dəyişdirilərək 0.6 misli həddində müəyyən edilməlidir.
34. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən maddi hüquq normalarını düzgün tətbiq etsə də, alimentin məbləğini iddiaçı İddiaçı cavabdeh Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay bir uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.45 misli həddində sabit pul məbləğində müəyyən etməklə düzgün nəticəyə gəlmədiyindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli e-*(*-***)-***/**** saylı qətnaməsi üzrə iddiaçı İddiaçı tutularaq ##.##.2014-cü ildə doğulmuş X3 üçün cavabdeh Cavabdeh verilməli olan alimentin məbləği, sonrakı artımlar nəzərə alınmaqla hər ay bir uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.6 misli həddində sabit pul məbləğində müəyyən edilməklə dəyişdirilməlidir.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDI:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli e-*(*-***)-***/**** saylı qətnaməsi üzrə iddiaçı İddiaçı tutularaq ##.##.2014-cü ildə doğulmuş X3 üçün cavabdeh Cavabdeh verilməli olan alimentin məbləği, sonrakı artımlar nəzərə alınmaqla hər ay bir uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.6 misli həddində sabit pul məbləğində müəyyən edilməklə dəyişdirilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.