Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-764/2026 27.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Göyçay rayon notariat ofisinə, Göyçay rayon icra və probasiya şöbəsinə və xxxx ASC-yə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: “icra qeydinin ləğv edilməsi” tələbi, qüvvə) Hakimlər X5 (sədrlik edən və məruzəçi), Mustafayev Etibar Musatafa oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Göyçay rayon notariat ofisinə, Göyçay rayon icra və probasiya şöbəsinə və xxxx ASC-yə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-*(*-***)-***/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları
1. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay rayon notariat ofisinin xüsusi notariusu X2 ##.##.2026-cı il tarixdə, 8I-1253 reyestrdə qeyd edilmiş icra qeydinin ləğv edilməsini, 100 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının cavabdehlərdən müştərək qayada tutulmasını xahiş etmişdir.
2. Iddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdeh2 ASC arasında bağlanmış KBEK*******B*** nömrəli müqaviləyə əsasən ona 20000 manat kredit verilmişdir. Müqaviləyə əməl edərək mütəmadi ödənişlər etmişdir. Lakin bir müddət sonra cavabdeh cavabdeh2 ASC tərəfindən kartı bloklanmışdır. Həmin vaxtı cavabdeh cavabdeh2 ASC-yə 8500 manat borcu qalmışdı. Kartı bloklandığından kredit müqaviləsi üzrə ödənişləri ödəyə bilməmişdir. Lakin buna baxmayaraq cavabdeh cavabdeh2 ASC ## ###### 2026- cı il tarixdə Göyçay rayon notariat Ofisinə müraciət edərək icra qeydinin aparılmasını xahiş etmiş və Göyçay rayon notariat ofisininin Xüsusi notariusu X2 tərəfindən ## ###### 2026-cı il tarixdə icra qeydi aparılmış və reyestrdə 8I – 1253 № ilə qeyd edilmişdir. Həmin icra qeydində KBEK*******B*** nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 13045 manat 30 qəpik (on üç min qırx beş manat otuz qəpik) manat və ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 13070 manat 30 qəpik (on üç min yetmiş manat otuz qəpik) pulun tutulmalı olması qeyd edilmişdir. Lakin Göyçay rayon notariat ofisininin Xüsusi notariusu X2 icra qeydi apararkən həmin kredit müqaviləsi üzrə borcun qaytarılıb qaytarılmamasını araşdırmamış, notariat ofisinə dəvət etməmiş, həmçinin kredit verən tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş göndərilməmişdir. Ona görə də hesab edir ki, həmin icra qeydi qanunsuz və əsassızdır və ona görə də ləğv edilməlidir. Belə ki, həmin kredit müqaviləsi üzrə mənim cavabdehə həmin məbləğdə borcum qalmamışdır. Buna görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Göyçay Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Ibrahim Fəttahov) iddiaçı İddiaçı cavabdehlər Göyçay rayon notariat ofisinə, Göyçay rayon icra və probasiya şöbəsinə və xxxx ASC-yə ##.##.2026-cı il tarixdə Göyçay rayon notariat ofisinin xüsusi notariusu X2 reyestrdə 8I-1253 nömrə icra qeydinin ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2, 373, 739.1, 743-cü, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa, “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## ######## tarixli,*** nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 161-ci bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il # ######## tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”na istinad etmişdir.
5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: ##.##.2024-cü il tarixli iddiaçı İddiaçı tərəfindən cavabdeh xxxx ASC-yə ünvanlanmış onlayn müraciətdən görünür ki, İddiaçı 24 ay müddətinə illik 23 faiz olmaqla ona 20.000 manat kredit verilməsi ilə bağlı müraciət etmişdir. ##.##.2024-cü il tarixli bank xidmətinin göstərilməsi haqqında müqavilədən görünür ki, iddiaçı İddiaçı ilə cavabdeh xxxx ASC arasında kredit verilməsi barədə müqavilə imzalanmışdır. ##.##.2024-cü il tarixli KBEK*******B*** saylı müqavilədən görünür ki, xxxx ASC tərəfindən iddiaçı İddiaçı 24 ay müddətinə illik 23 faiz olmaqla ona 20.000 manat kredit verilmişdir. Təqdim edilmiş maliyyə hesabdan çıxarışdan görünür ki, iddiaçı İddiaçı ##.##.2024-cü il tarixli KBEK*******B*** saylı müqavilə üzrə 187 gün ödəniş etməmişdir. Təqdim edilmiş maliyyə arayışından görünür ki, İddiaçı ##.##.2024-cü il tarixli KBEK*******B*** saylı müqavilə üzrə ##.##.2026-cı il tarixə xxxx ASC-yə 10305.27 manat əsas, 2740.03 manat faiz borcu olmaqla cəmi 13045.30 manat borcu vardır. Işə əlavə edilmiş ##.##.2026-cı il tarixli icra qeydinin aparılacağı barədə tələbkar xxxx ASC-i tərəfindən borcluya göndərilən bildirişdən görünür ki, Borcluİddiaçı (CIF 0109766) Sizin barənizdə ##.##.2024-cü il tarixli № KBEK*******B*** saylı kredit müqaviləsi olmaqla borcun mübahisəsiz olduğunu təsdiq edən sənədlər mövcuddur. Həmin sənədə görə borclu- İddiaçı kredit müqaviləsinə əsasən müəyyən olunmuş müddətdə krediti, ona hesablanacaq faiz və cəriməni ödəməli olduğu halda bu öhdəliyi lazımi qaydada yerinə yetirməməklə ödəniş cədvəlinə uyğun ödənişlər etməmiş və ##.##.2024-cü il tarixli № KBEK***** **B*** saylı kredit müqaviləsi üzrə ##.##.2026-cı il tarixə banka 10305,27 AZN əsas, 2740,03 AZN faiz borcunun ödənilməsi barədə öhdəliyiniz yaranmışdır. ##.##.2026-cı il tarixindən etibarən qeyd edilən sənədlə müəyyən edilmiş öhdəliyin icra edilməməsi / lazımınca icra edilməməsi / icranın gecikdirilməsi nəticəsində ##.##.2026-cı il tarixinə ##.##.2024-cü il tarixli № KBEK*******B*** saylı kredit müqaviləsindən irəli gələrək 10305,27 AZN əsas, 2740,03 AZN faiz borcu tərəfinizdən verilməlidir. Borc 20 gün müddətində ödənilmədiyi halda ”Notariat haqqında " Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius tərəfindən icra qeydi aparılacaqdır. Işə əlavə edilmiş poçt çıxarışından görünür ki, ##.##.2026-cı il tarixli icra qeydinin aparılacağı barədə cavabdeh xxxx ASC-i tərəfindən iddiaçı İddiaçı göndərilmiş bildiriş ##.##.2026-cı il tarixdə çatdırılmışdır. Işə əlavə edilmiş ##.##.2026-cı il tarixli 8 İ-**** saylı icra qeydinin surətindən görünür ki, Göyçay rayon notariat ofisinin Xüsusi notariusu X2 'Notariat haqqında'Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif etmişdir həmin sənədlər üzrə AZ1010, ünvan 1 X1 2 ünvanında yerləşən xxxx ASC-nin /VÖEN:**********/ xeyrinə AZ2314, Göyçay rayonu Bığır kəndində yaşayan İddiaçı /VÖEN:**********/ KBEK*******B*** nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 13045 manat 30 qəpik (on üç min qırx beş manat otuz qəpik) tutulmalı,bundan əlavə təklif edirəm borcludan AZ2314, Göyçay rayonu Bığır kəndində / İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 13070 manat 30 qəpik (on üç min yetmiş manat otuz qəpik) pul tutulsun. Işə əlavə edilmiş Göyçay rayon Icra və Probasiya şöbəsinin ##.##.2026-cı il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, borclu İddiaçı icra qeydinin könüllü icrası üçün 10 gün vaxt verilməsi və borcun ödənilməsi üçün bildiriş göndərilmişdir.
6. Qətnаmədən nаrаzı qаlаn iddiaçı İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
7. Iddiaçı İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Göyçay Rayon Məhkəməsinin ## ##### 2026-cıil tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsini qanunsuz və əsassız hesab edir. Belə ki, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, işə baxan birinci instansiya məhkəməsi öz qanunsuz və əsassız qətnaməsində qeyd etmişdir ki, “Iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən edilmişdir ki, ##.##.2024-cü il tarixdə İddiaçı 20.000 manat kredit verilməsi ilə bağlı cavabdeh xxxx ASC-yə onlayn qaydada müraciət etmiş, xxxx ASC ilə İddiaçı arasında ##.##.2024-cü il tarixdə bank xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmış, ##.##.2024-cü il tarixli KBEK*******B*** saylı müqaviləyə əsasən İddiaçı illik 23 faiz olmaqla 24 ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir. Razılaşma üzrə borclu iddiaçı İddiaçıüzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən, xxxx ASC-i «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada ##.##.2026-cı il tarixli bildiriş göndərmiş, bildiriş ##.##.2026-cı ildə iddiaçı İddiaçı çatdırılmışdır.Borcun mübahisələndirilməsi barədə iddiaçı İddiaçı cavab məktubu tələbkara göndərilməmişdir. Bundan sonra ərizə ilə cavabdeh xxxx ASC-i Göyçay rayon notariat ofisinə müraciət etmiş, ərizəyə bildiriş, bildirişin borclu İddiaçı çatdırlıması barədə qəbz və borcun olmasını təsdiq edən sənədlər əlavə edilmişdir. Icra qeydi ##.##.2026-cı il tarixdə verilmiş, icra qeydində «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsində nəzərdə tutulmuş məlumatlar öz əksini tapmışdır.” Işə əlavə edilmiş ##.##.2026-cı il tarixli 8 İ-**** saylı icra qeydinin surətindən görünür ki, Göyçay rayon notariatofisinin Xüsusi notariusu X2 'Notariat haqqında' Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif etmişdir həmin sənədlər üzrə AZ1010, ünvan 1 X1 2 ünvanında yerləşən xxxx ASC-nin /VÖEN:**********/ xeyrinə AZ2314, Göyçay rayonu Bığır kəndində yaşayan İddiaçı /VÖEN:**********/ KBEK8353319B252nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 13045 manat 30 qəpik (on üç min qırx beş manat otuz qəpik) tutulmalı,bundan əlavə təklif edir borcludan AZ2314, Göyçay rayonu Bığır kəndində / İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 13070 manat 30 qəpik (on üç min yetmiş manat otuz qəpik) pul tutulsun. Halbuki, o, müqavilə üzrə razılaşdırılmış məbləğləri bir müddət ərzində vaxtlı vaxtında ödəmişdir. Lakin cavabdeh “xxxx” ASC tərəfindən tələb edilən tələb edilən əsas borc, faiz borcu və cərimə düzgün hesablanmamış, icra qeydini aparan notarius da buna fikir verməmiş, cavabdeh2 ASC tərəfindən təqdim edilən, onun tərəfindən tərtib edilmiş və təsdiq edilmiş birtərəfli sənədlər əsasında icra qeydi aparmışdır. Buna görə də qeyd edilən icra sənədi üzrə ondan həddən artıq pul tələb edilmişdir. cavabdeh2 ASC tərəfindən icra qeydinin aparılması üçün təqdim edilmiş sənədlər isə onun tərəfindən tərtib edilən birtərəfli, qərəzli və saxta sənədlərdir. cavabdeh2 ASC ilə onun arasında mövcud kredit müqaviləsi üzrə borcun nə qədər olduğunu yalnız iş üzrə qərəzsiz olaraq hesablama aparan ekspert tərəfindən müəyyən edilə bilərdi. Lakin buna baxmayaraq işə baxan birinci instansiya məhkəməsi tərəfindən müvafiq məhkəmə- mühasibatlıq ekspertizası təyin edilməmiş və saxta sənədlər əsasında işə baxılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 97.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdırlar. Həmin Məcəllənin 97.4-cü maddəsinə əsasən ekspert rəyinin alınmasına dair sualların yekun məzmununu məhkəmə müəyyən edir. Işdə iştirak edən şəxslərin təqdim etdiyi sualların rədd edilməsini məhkəmə əsaslandırmağa borcludur. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən ekspertiza təyin edilməsi haqqında məhkəmə qərardad qəbul edir. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 204.2-ci maddəsinə əsasən məhkəmə sübutun saxtalığını yoxlamaq üçün ekspertiza təyin edə bilər, habelə tərəflərə başqa sübutlar təqdim etməyi təklif edə bilər. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi mülki və prosessual qanunvericiliyin tələblərini kobud şəkildə pozduğuna görə də Göyçay Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin edilməsi və tərəfindən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının cavabdehlər Göyçay rayon Notariat Ofisi, Göyçay rayon Icra və Probasiya Şöbəsi və cavabdeh2 ASC-dən müştərək qaydada alınaraq ona verilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Işə baxan birinci instansiya məhkəməsi onun cavabdeh cavabdeh2 ASC ilə arasında mövcud kredit müqaviləsi üzrə borcun nə qədər olduğunu aydınlaşdırılmamış, iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin etməmişdir. Işə baxan birinci instansiya məhkəməsi tərəfindən onun cavabdeh2 ASC-yə cəmi 13070 manat 30 qəpik borcunun olmasını sübut edilmə bilməmişdir.
8. Ona görə də, Göyçay Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsi ləğv edilərək iddianın təmin edilməsi və tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının cavabdehlər Göyçay rayon Notariat Ofisi, Göyçay rayon Icra və Probasiya Şöbəsi və cavabdeh2 ASC-dən müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Verilmiş apellyasiya şikayətinə qarşı cavabdeh2 ASC tərəfindən etiraz daxil olmuşdur.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişdir.
11. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
13. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununu: 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır.
14. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu: Icra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Icra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər.
15. “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: 77-ci maddəsinə əsasən icra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: 1) icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; 2) tələbkarın adı və ünvanı; 3) borclunun adı və ünvanı; 4) ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və dəbbə pulu (olduğu təqdirdə); 5) haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; 6) icra qeydinin aparıldığı tarix (il, ay, gün); 7) icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; 8) icra qeydini aparan notariusun imzası, möhürü.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## ######## tarixli,*** nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimat: 161-ci bəndinə görə borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir.
17. “Poçt haqqında” Azərbaycan Respublikasının Qanunu: Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
22. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
23. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
24. Iddiaçı İddiaçı Göyçay Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-*(*-***)-***/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.
27. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Göyçay rayon notariat ofisinin xüsusi notariusun notariat hərəkətləri «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun və «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın tələblərinə uyğun olaraq aparılmış, borcun mübahisəsiz olduğunu təsdiq edən sənədlər təqdim edilmiş, icra qeydi tələb etmək hüququnun yarandığı gündən barəsində icra qeydi aparılan tələb üçün qanunla müəyyən edilmiş iddia müddəti keçənədək aparılmış, borclu İddiaçı qeydiyyatda olduğu ünvana bildirişin göndərilməsi və poçt göndərişinin verilməsi haqqında çıxarışa ##.##.2026-cı il tarixdə bildiriş cavabdeh İddiaçı çatdırılmış,borclu iddiaçı İddiaçı cavab məktubu ilə borcu mübahisələndirməmiş, nədə ki, borcun az miqdarda olmasını təsdiq edən sübut təqdim etməmişdir. Odur ki, məhkəmə iddiaçı İddiaçı notarius tərəfindən borcun ödənilməsi barədə ona bildirişin göndərilməməsi barədə dəlilini əsassız sayaraq qeyd etmişdir ki, istər «Notariat haqqında» Azərbaycan Respublikası Qanununda,istərsə də «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatda icra qeydi verilməmişdən əvvəl notariusun borcluya bildiriş göndərilməsi vəzifəsinin olması təsbit edilməmişdir.Bu vəzifə tələbkarın üzərinə qoyulmuşdur.Notarius icra qeydinin aparılmasının mümkünlüyünü təqdim olunmuş sənədlər əsasında müəyyən edir,təqdim edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələr yarandığı hallarda həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir, borc depozit hesabı vasitəsilə verildiyi halda depozit hesabları vasitəsilə həmin borcun qaytarılıb-qaytarılmamasını yoxlayır.O ki qaldı borcun mübahisəzliyinin müəyyən edilməsinə,məhkəmə nəzərə çatdırır ki,borcun mübahisəzliyi notarius tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il # ######## tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş «Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı»nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması (o cümlədən borcun mübahisələndirilməsi barədə borclunun tələbkara cavab məktubunun verilməsi ) ilə müəyyən olunduğundan,iddiaçının bu dəlili də əsassızdır. Məhkəmə qeyd eetmişdir ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, qeyd etmişdir ki, borclu iddiaçı İddiaçı müqavilənin qüvvədə olduğu müddət ərzində həmin müqavilə ilə ödənişləri vaxtında icra edilməməsinə görə hər bir pozuntu kimi mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Pul öhdəliklərinin xüsusiyyətlərindən irəli gələrək pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, Göyçay rayon notariat ofisinin xüsusi notariusu X2 ##.##.2026-cı il tarixdə, 8I-1253 reyestrdə qeyd edilmiş icra qeydinin ləğv edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən, iddia təmin olunmamalıdır.
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
29. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
30. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddia ərizəsində göstərilən dəlillərini təşkil edirdi və birinci instansiyası məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, birinci instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
31. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
32. Beləliklə məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-*(*-***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Iddiaçı İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Göyçay Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-*(*-***)-***/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.