Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-779/2026 03.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi, qüvvə) Hakimlər X6 (sədrlik edən və məruzəçi), Mustafayev Etibar Mustafa oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı İddiaçı və cavabdeh Cavabdeh iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli e-*(*-***)-**/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları
1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 15000 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 135 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ilə ##.##.2023-cü ildə el adəti ilə nişanlanmışlar və ##.##.2023-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Cavabdehlə nişanlandıqdan sonra cavabdeh özünə maşın almaq üçün iddiaçıdan 15000 manat borc pul istəmişdir. Onlar bir ailə olduğu üçün iddiaçı cavabdehə inanaraq Şəmkir şəhərində yerləşən, özünə məxsus olan 0.06 ha torpaq sahəsini 18000 manata sataraq həmin pulun 15000 manatını cavabdehə borc vermişdir. Cavabdeh iddiaçıdan pulu götürdükdən sonra özünə Mercedes Vito markalı **-US-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Cavabdeh sonradan avtomobilin ayrıayrı ehtiyat hissələrini təmir etmək adı ilə iddiaçıdan əlavə olaraq 3000 manat pul almışdır. Sonradan cavabdehin niyyətinin onunla ailə qurmaq olmadığını, formal olaraq evlənmək görüntüsü yaratdığını anladığı üçün cavabdehdən ayrılmışdır.Cavabdeh iddiaçıya olan borcunu hazırki vaxta kimi geri qaytarmamışdır. Verilən müddətin keçməsinə baxmayaraq cavabdeh hər dəfə bir bəhanə gətirməklə ondan borc olaraq almış olduğu pulu etiraf etsədə, lakin, geri qaytarmamışdır. Iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh tərəfindən borcun könüllü ödənişi təmin edilməmişdir. Ona görə də, hazırki iddia ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
3. Zərdab Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-**/**** nömrəli qətnaməsi ilə (hakim Ilqam Həsənquliyev) iddia qismən təmin edilmiş,cavabdeh Cavabdeh yaranmış borca görə 14500 manat və dövlət rüsumuna görə ödənilmiş 135 manat, cəmi 14635 manat pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, qətnamənin icrasının Zərdab Rayon Icra və Probasiya şöbəsinə həvalə edilməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 60, 70-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 739.1, 739.2, 448.1-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1, 32.1, 34.1-ci maddələrinə istinad etmişdir.
5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Iş materiallarında olan Nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh ilə X4 ##.##.2023-cü il tarixdə Bakı nikah evində nikaha daxil olmuş və sonuncu “Əfəndizadə” soyadını qəbul etmişdir. Iş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan müəyyən olunur ki, İddiaçı “nikahın pozulması və pul” tələbinə dair ərizə ilə Zərdab * saylı Mediasiya təşkilatına müraciət etsədə lakin cavabdeh Cavabdeh mediassiya sessiyasında iştirak etməmişdir. Iş materiallarında olan ##.##.2026-cı il tarixli etibarnamədən müəyyən olunur ki, Cavabdeh onu məhkəmədə təmsil etmək üçün Vəkillər Kollegiyasının üzvü vəkil Nümayəndə etibarnamə vermişdir. Iş materiallarına əlavə olunmuş SD disklərdəki olan səs yazısından görünür ki, cavabdeh Cavabdeh həqiqətən iddiaçı İddiaçı 15000 manat pul borcunun olduğunu və iddiaçıya aldığı qızıl zinət əşyalarına ödədiyi pul çıxıldıqdan sonra həmin pulları geri qaytarmağa hazır olduğunu bildirmişdir.
6. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə guya onun iddiaçıdan ##.##.2023-cü il tarixdə on beş min (15000) manat borc pul aldığı qənaətinə gələrək artıq ailə münasibətlərinin dağılma mərhələsində aralarında olan telefon danışığını əsas gətirərək aralarında borc münasibətinin olmasını mübahisəsiz hesab edərək birtərəfli mövqe tutub iddianı təmin etmişdir. Əgər məhkəmə yalnız telefon danışığında olan ziddiyyətli ifadələrə əsaslanıb qətnamə qəbul edirdisə belə məhkəmə hətta telefon danışığı zamanı iddiaçının özünün də razılaşdığı pulun bir xeyli hissəsinin birgə nikah dövründə ailə kimi xərcləndiyini belə nəzərə almamışdır. Yəni məhkəmə öz mövqeyində belə açıq-aşkar pulun ailənin ehtiyacları üçün Esmiranın digər şəxslərə olan borcu üçün xərcləndiyinə belə fikir verməmişdir. Halbuki, iddiaçı ilə onun arasında heç bir borc münasibətindən söhbət belə gedə bilməz Belə ki, onlar ## #### 2023-cü ildə nişanlanmışdırlar, həmin gün vətəndaş kəbininə (dini kəbin) girərək həmin günü onun yaşadığı evə köçmüş və həmin gündən ər-arvad kimi faktiki olaraq yaşamışdırlar. Iddiaçının özünün borcları olduğu üçün onların ailə problemlərinin həll edilməsi üçün pul lazım olduğundan evlənəndən təxminən 1 həftə sonra iddiaçı rayonda olan özünə məxsus torpaq sahəsini satmış, pulun bir hissəsini özünün borclarına vermiş, qalan hissəsini isə ailə kimi ehtiyaclarına xərcləmişdirlər. Bunu, məhkəmədə iddiaçı da qismən etiraf etsə də, məhkəmə buna da qiymət verməmişdir. Bundan sonra, iddiaçı öz xalası qızına borcu olmadığını və həmin puldan 3000 (üç min) manatını ona vermədiyini məhkəmədə göstərsə də, xalası qızını məhkəməyə şahid qismində gətirməkdən imtina etdi. Əgər, iddiaçı həmin pulu ona borc vermişdirsə, o zaman qanunvericiliyin tələblərinə əməl etməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsində borc müqaviləsinin anlayışı və forması aydın göstərilib. Belə ki, 739.1-ci maddəyə görə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnun digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Lakin, məhkəmə bütün bunları nəzərə almamış qeyri-qanuni və ədalətsiz qətnamə çıxarmışdır. Bundan başqa, iddiaçı məhkəmə iclasında qeyd etmişdir ki, guya onun pulu ilə o, maşın almışdır və həmin maşının qazancından iddiaçının borcunu qaytarmalı idi. Bu, heç də belə deyil, çünki o, ## #### 2023-cü il tarixdə dostu X1 məxsus X2 Vaqon tipli avtomobili X5 Kredit Təşkilatı MMC-yə qoyaraq 12500 manat kredit götürmüşdür. Iddiaçının iddia ərizəsində göstərdiyi X3 **-US- *** dövlət qeydiyyat nişanlı avtomobili də həmin pulla əldə etmişdir. Bu barədə sənədləri birinci Instansiya məhkəməsinə təqdim etmişdir. Lakin, bu sübutu da məhkəmə tərəfindən qəbul edilmədi. Beləliklə, iddiaçı ilə onun arasında borc münasibətindən söhbət belə gedə bilməz. Çünki, rəsmi nikahları ## ### 2023-cü ildə bağlansa da, onlar 2023-cü ilin mart ayının 20-dən iddiaçının özünün də etiraf etdiyi kimi birgə nikah münasibətində olmaqla ər-arvad kimi bir yerdə yaşamışdırlar, son vaxtlar faktiki olaraq ayrılmışdırlar, rəsmi nikahları pozulmamışdır. Iddiaçının torpaq sahəsini sataraq əldə etdiyi pulun bir hissəsini yuxarıda qeyd etdiyi kimi özünün borclarına vermiş, qalan hissəsini isə ailələlərinin ehtiyacları üçün xərcləmişdirlər. Yuxarıda qeyd etdiyi kimi, aralarında heç bir borc münasibəti olmamışdır.
8. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Zərdab Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-**/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Verilmiş apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Zərdab Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli e*(*-***)- **/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Zərdab Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli e*(*-***)-**/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə, miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
14. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 29.1-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. 32.1-ci maddəsinə görə Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 34.1-ci maddəsinə görə Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2026-cı il tarixli Qərarı.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
21. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
22. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
23. Cavabdeh Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə tərəfindən Zərdab Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli e*(*-***)-**/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Cavabdeh Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.
26. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı və cavabdeh ##.##.2023-cü ildə nişanlanmış, ##.##.2023-cü il tarixdə isə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Iş materiallarına əlavə olunmuş CD diskdə olan səs yazılarına tərəflərin iştirakı ilə məhkəmə zalında qulaq asılmış və cavabdehin iddiaçıya borclu olduğu faktı müəyyən olunmuşdur. CD diskdə olan 34 saniyəlik səs yazısında cavabdeh iddiaçıya səs ataraq “2940 manata qızıl aldığını, 300 manata üzük aldığını və kreditə görə ödədiyi 800 manat pulun 15000 manatdan çıxıldıqdan sonra qalan pulu iddiaçıya ödəməyə hazır olduğunu bildirmişdir”. Buna əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh məhkəmə zalında iddia tələbini qəbul etməsə də, tərəflər arasında borc münasibətlərinin olması işin mübahisəsiz hissəsidir. Ilk öncə məhkəmə iş materiallarına sübut olaraq əlavə olunmuş CD diskə münasibətdə bildirmişir ki, CD disk iş üçün yeganə və əsas sübut olduğundan həmin disk mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, mülki prosessual qanunvericilik səs yazılarından sübut kimi istifadə olunması imkanını tanıyır. Məhkəmə qeyd edir ki,mübahisə halında gizli yolla əldə edilmiş səs yazısından məhkəmədə sübut kimi istifadə olunması müvafiq şərtlər daxilində mümkündür. Belə ki, gizli yolla əldə edilmiş səs yazısından sübut kimi istifadənin yolverilməzliyi, əslində şəxsi həyatın gizliliyini qorumaq ehtiyacından irəli gələn bir qaydadır. Bu qayda, əsas etibarı ilə şəxsi həyata müdaxilə edilməklə, sirr təşkil edən məlumatların başqaları tərəfindən qanunsuz şəkildə ələ keçirilməsinin və istifadəsinin qarşısının alınmasına xidmət edir. Belə ki, səsi yazılan tərəfin şəxsi həyatının gizli bir sahəsi olmayıb, bu danışığı qeydə alan biri ilə mübahisəli münasibətləri (borc və s.) barədə ifadə etdiyi fikirlərdirsə, həmin bəyanların sonradan təkzib olunacağı ehtimalı ilə yazılması özü-özlüyündə qanunsuz hərəkət hesab edilə bilməz. Çünki, bu halda şəxs başqasını gizli şəkildə dinləmiş və ya onun sirr xarakterli danışıqlarını yazmaqla şəxsi həyatı haqqında məlumat toplamış sayılmır. (Ali Məhkəmənin *(***)-****/**** nömrəli iş üzrə qərarı) Hazırki, iş üzrə isə məhkəmə qeyd edir ki, cavabdeh ümumiyyətlə səs yazısının sübut kimi qiymətləndirilməsinə etiraz etməmiş və səs yazısının ona aid olduğunu etiraf etmişdir. Ümumilikdə isə məhkəmə qeyd edir ki, səs yazısı WhatsApp sosial şəbəkəsindən əldə olunduğundan səs yazısının gizli əldə olunmuş sübut kimi qiymətləndirilməsi əsassızıdır. Məhkəmə səs yazısında olan və cavabdehin əsas borcdan çıxılmasını tələb etdiyi birgə nikah dövründə iddiaçıya hədiyyə olaraq bağışlanmış qızıl-zinət əşyasının puluna və eləcədə iddiaçının yerinə ümumilikdə ödəmiş olduğu 800 manat kredit borcuna münasibətdə bildirmişdir ki, birgə nikah dövründə hədiyyə olaraq bağışlanmış qızıl zinət əşyaları bağışlanan şəxsə məxsus olduğundan hədiyyəni bağışlayan şəxs tərəfindən onun pulunun geri tələb olunması əsassızdır. Bu hal ümumilikdə vahid məhkəmə təcrübəsinə eləcədə qanunvericiliyin tələbinə ziddir. Cavabdeh iddiaçının əvəzinə 800 manat kredit borcu ödədiyini bildirsədə lakin bununla bağlıda məhkəməyə hər hansısa bir sübut təqdim edə bilməmişdir. Cavabdehin və onun vəkilinin məhkəmə zalında səsləndirdiyi fikirlərə münasibətdə məhkəmə bildirmişdir ki, işin hallarından tərəflərin rəsmi olaraq ailə münasibətlərində olması müəyyən olunsada lakin əldə olunmuş pulun birgə məqsədlərlə xərclənməsi faktı sübuta yetirilməmişdir. Belə ki, Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəmənin ## #### 2024-cü il tarixli Plenum qərarına əsasən Ər-arvad arasında nikah müqaviləsi bağlanmayıbsa, yaxud belə müqavilədə ərarvadın mülkiyyətinin rejimi müəyyən edilməyibsə, ər-arvadın əmlakının qanuni rejimi qüvvədə olur. Ərarvadın ümumi əmlakının qanuni rejimi, o cümlədən bu rejimə əsasən birgə mülkiyyət hesab edilən əmlak bu əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququnun ər-arvadın hər birinin əmlakı, ayrıca əmlakın birgə mülkiyyət sayılması üçün əsaslar, ümumi əmlakın bölünməsi və bu zaman payların müəyyən edilməsi Ailə Məcəlləsinin 7-ci fəsli ilə tənzimlənir. Azərbaycan Respublikasında ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən Mülki Məcəllənin 225-ci maddəsinə və Ailə Məcəlləsinin 7-ci fəslinə (31-37-ci maddələr) əsasən ər-arvadın nikah dövründə əldə etdikləri əmlak (əgər nikah müqaviləsində və ya onlar arasındakı digər razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa) onların ümumi birgə mülkiyyəti sayılır. Nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəlləsinin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Beləliklə, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1- ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. Prezumpsiyanın qanuni (hüquqi) və faktiki növləri fərqləndirilir. Əgər qanuni prezumpsiya birbaşa normativ hüquqi aktın məzmununda əks olunursa, bundan fərqli olaraq faktiki prezumpsiya hüquq normalarında əks olunmur. Bu ehtimal bir qayda olaraq həyatın təbii axarına, ağlabatan mühakiməyə və ya formalaşmış təcrübəyə söykənir. Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Konkret işin hallarından asılı olaraq mübahisəli əmlakın ərin və ya arvadın ayrıca əmlakı hesabına (onun satışından əldə olunan vəsaitlə, yaxud dəyişdirmə ilə) və ya sadalanan əvəzsiz əqdlər nəticəsində əldə edildiyi ər (arvad) tərəfindən sübuta yetirildiyi halda, birgə mülkiyyət prezumpsiyası aradan qalxır və sonuncunun əmlak üzərində fərdi mülkiyyət hüququnun tanınması üçün əsas yaranır. Yəni mövcud ayrıca əmlakın qarşılığında yeni əmlak əldə edildikdə özgəninkiləşdirilən əmlakın mülkiyyət rejimi (fərdi mülkiyyət) əldə edilən aktivə münasibətdə eyni şəkildə davam edir. Məhkəmə Ali Məhkəmənin yuxarıda qeyd olunan plenum qərarına əsasən hesab etmişdir ki, əldə olunmuş 15000 manat pulun tərəflərin birgə əməyindən irəli gəlmədiyi üçün pul, iddiaçının ayrıca mülkiyyəti hesab olunmalıdır. Yəni məhkəmə cavabdehin əldə olunmuş pulun birgə nikah dövründə əldə olunması və tərəflərin ümumi məqsədlər üçün xərcləməsi mülahizəsini əsassız hesab edərək həmin mülahizələrin cavabdehin özünü müdafiə məqsədilə mülki məsuliyyətdən yayınmaq üçün istifadə etdiyini istisna etmir.
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
28. Apellyator apellyasiya şikayətində tərəflər arasında heç bir borc münasibətlərinin olmadığını, iddiaçı ona borc vermişdirsə, o zaman qanunvericiliyin tələblərinə, yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsində nəzərdə tutulmuş tələblərə riayət olunacağını göstərmişdir.
29. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2026-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və 60-cı maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1 və 337.1-ci maddələrinin hüquqi mahiyyəti və təyinatından irəli gələrək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsində nəzərdə tutulan borc müqaviləsinin yazılı forma tələbinin həmin Məcəllənin 329.1-ci maddəsi üzrə qanunla müəyyən edilmiş “başqa hal”a aid edilməsi üçün müvafiq dəyişikliklərin həyata keçirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviriəsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqelərə əsasən məsələ qanunvericilik qaydasında həll edilənədək fiziki şəxslər (tərəflər) arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsi üzrə borc müqaviləsi və onun şərtlərinin tərəflərin hər hansı yazılı sübutlara istinad etməklə təsdiqlənməsi imkanı istisna edilməməlidir. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının 2-ci bəndi Qərar qüvvəyə mindikdən sonra fiziki şəxslər (tərəflər) arasında yaranacaq borc münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir.
30. Hazırda qüvvədə olan mülki qanunvericilikdə borc müqaviləsinə verilən anlayışda nəzərdə tutulmuş “öhdəsinə götürür” ifadəsi həmin müqavilənin “konsensual” olmasından xəbər verir. Göstərilənlərə əsasən müqavilənin bağlanması üçün pulun verilməsi tələb olunmur. Yazılı formada bağlanılmalı olan borc müqaviləsi şifahi formada bağlandığı və borc məbləğinin borcalana verildiyi hallarda borcun verilməsi faktı müqavilənin hansı formada bağlanmasından asılı olmayaraq müstəqil hüquqi fakt kimi çıxış edərək borcalandan borcun qaytarılmasını tələb etmək hüququnu yaradır.
31. Fiziki şəxslər (tərəflər) arasında mövcud etimada əsaslanan münasibətlər və ya digər səbəblərdən borc müqaviləsi Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan sadə yazılı formada (kağız üzərində və ya həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən maddi daşıyıcıda əks olunan elektron və ya digər texniki vasitələrin köməyi ilə) bağlanılmasa belə, mübahisə zamanı yazılı və digər sübutların (telefon danışıqları, elektron yazışmalar, ödəniş qəbzi, köçürmə sənədi, borcalanın etirafı və s.) borca dair iddianın təsdiq edilməsi üçün təqdim olunması tərəflərin hüquqlarının qorunması baxımından istisna olunmamalıdır.
32. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun mövgeyinə görə fiziki şəxslər (tərəflər) arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsi üzrə borc müqaviləsi və onun şərtlərinin tərəflərin hər hansı yazılı sübutlara istinad etməklə təsdiqlənməsi imkanı istisna edilməməlidir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür.
34. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. Iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
35. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır.
36. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar tam və ətraflı araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
37. Odur ki, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, cavabdeh Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zərdab Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Zərdab Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-**/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.