Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-2(3-10)-794/2026 12.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh X2 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair ilk, iddiaçı X2 cavabdeh İddiaçı qarşı təzminat tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya baxışından çıxarma, işin istənilməsi) Hakimlər X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh X2 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair ilk, iddiaçı X2 cavabdeh İddiaçı qarşı təzminat tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Qəbələ Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh X2 nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında bаxаrаq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbi barədə iddia qaldıraraq Qəbələ Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh ##.##.2025-ci il tarixdə “KM38” nömrəli növbə bileti əsasında bağışlanma müqaviləsinin təsdiq edilməsi ilə bağlı xidmətdən əsassız imtina etməsi səbəbindən maddi və mənəvi zərər çəkdiyini göstərərək 1.000,0 manat məbləğində maddi və 5.000,0 manat məbləğində mənəvi zərərin ödənilməsi, o cümlədən 80,0 manat məbləğində dövlət rüsumu tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddiaçı X2 cavabdeh İddiaçı qarşı təzminat tələbi barədə qarşılıqlı iddia qaldıraraq AR Ədliyyə Nazirliyinə, AR ƏN Notariat, Qeydiyyat və Reyestr Baş Idarəsinə, AR Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial Innovasiyalar üzrə Dövlət Agentliyinə, AR DIN Qəbələ RPŞ-yə və Qəbələ rayon prokurorluğuna göndərilən çoxsaylı şikayət ərizələrində Qəbələ Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu onun qanunazidd fəaliyyət göstərməsi və vətəndaşların hüquqlarını qəsdən pozulması barədə həqiqətə uyğun olmayan məlumatların yer aldığını, həmin hərəkətlərlə işgüzar nüfuzuna xələl gətirildiyini və fəaliyyətinin dəfələrlə araşdırıldığını, bu səbəbindən mənəvi zərər çəkdiyini göstərərək dəymiş zərərin ödənilməsindən ötrü 10.000 (on min) manat məbləğində təzminat ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Ülvi Qənbərov) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbi barədə iddiasının, iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı təzminat tələbi barədə qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh X2 nümayəndəsi Vəkil аpellyаsiyа şikаyəti vermişdir. Işə apellyasiya qaydasında baxılarkən Şəki Apellyasiya Məhkəməsinin hakimi Taleh Musayev məktub ünvanlayaraq göstərmişdir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbi barədə iddiasına və iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı təzminat tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında ## #### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxılaraq *(*-**)-***/**** nömrəli qərardad qəbul edilmişdir. Həmin qərardad ilə, iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, iş üzrə Qəbələ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bundan sonra Qəbələ Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən X2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün *(*-**)-***/**** saylı mülki iş yenidən qeydə alınması üçün Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilmişdir. Lakin həmin iş üzrə iddiaçı İddiaçı tərəfindən kassasiya şikayəti daxil olduğundan həmin kassasiya şikayətinin mümkünlüyünə baxılması zərurəti yarandığından icraatındada olmuş *(*-**)-***/**** nömrəli işin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəlləsinin 263-264, 384 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan *(*-**)-***/**** nömrəli mülki iş üzrə apellyasiya şikayətinə baxılmasının mümkün hesab edilməklə işin icraata qəbul edilməsi haqqında ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadı ləğv edilsin. Iş Şəki Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə baxılması məqsədilə apellyasiya baxışından çıxarılsın və Şəki Apellyasiya Məhkəməsinin hakimi Taleh Musayevin icraatına verilməsi üçün məhkəmənin dəftərxanasına verilsin. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-10)-794/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-10)-794/2026
12.08.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver