Məhkəmə qərarları › İş №e-2(3-10)-842/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-10)-842/2026

03.09.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-2(3-10)-842/2026 03.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: müddət bərpasından imtina, qüvvə) Hakim Isayev Elman Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Balakən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizənin rədd edilməsinə dair Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Balakən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə cavabdeh Cavabdeh 7005.55 manat pul və 90.06 manat dövlət rüsumunun alınıb iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. ##.##.2026-cı il tarixdə cavabdeh Cavabdeh Balakən Rayon Məhkəməsinin e-*(***)- ****/**** saylı ##.##.2026-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti və şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadına əsasən cavabdeh Cavabdeh Balakən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e- *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina edilmişdir. Cavabdeh Cavabdeh məhkəməyə şikayət ərizəsi verərək Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-2(019)-1263/2025 iş nömrəli qərardadının ləğv edilməsi və Balakən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-2(019)- ****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Işə Şəki Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdeh Cavabdeh Balakən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-2(019)- ****/**** nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş 1 (bir) aylıq müddəti buraxmışdır. Buna səbəb kimi asan nömrəsi aktiv olmadığı üçün elektron məhkəmə sistemində yaradılmış kabinetinə daxil olub qətnamə ilə tanış ola bilmədiyini, məhkəmə qətnaməsinin ünvanına poçt vasitəsilə göndərilməməsini bildirmişdir. Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddət üzrsüz səbəbdən buraxılmışdır. Cavabdeh ##.##.2025-ci il tarixdə şəxsi kabinetdə qeydiyyatdan keçmiş, Balakən Rayon Məhkəməsinin ## ###### 2026- cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi isə ##.##.2026-cı il tarixdə onun elektron kabinetinə yerləşdirilmişdir. Odur ki, məhkəmə qətnaməsi onun ünvanına poçt vasitəsilə göndərilməmişdir. Həmçinin ona qarşı məhkəmədə mülki işin olması barədə məlumatı olmuş, məhkəmə iclaslarının vaxtı barədə ona SMS bildiriş ünvanlanmış, ##.##.2025-ci il tarixdə məhkəmə iclasında şəxsən iştirak etmişdir. Məhkəmə işin hallarını, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab etmişdir ki, cavabdeh Cavabdeh Balakən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e- *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.5-ci maddəsinə görə müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə görə məhkəmə qətnaməsindən apellyasiya şikayəti 01 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinin tələbinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398, 400 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: Cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar