Məhkəmə qərarları › İş №e-2(3-6)-1346/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1346/2026

29.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1346/2026 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № *(3-6)-1346/2026 (Açar sözlər: dəymiş zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi Cavabdeh Cavabdeh iştirakı ilə İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026cı il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh 10.000 manat maddi ziyan və 5.000 manat məbləğində mənəvi ziyanın ümumilikdə 15.000 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçını aldatmış və nəticədə ona 10.000 manat məbləğində maddi ziyan dəymişdir. Təqribən 2024-cü ilin sentyabr ayının sonu oktyabr ayının əvvəlində Binə ticarət mərkəzində, sport alətlər satılan mağazaya, iddiaçı Telman adlı şəxsə idman alətlərinin ona satılmasından ötrü müraciət etmişdir. Telman ona 14.000 manat dəyərində yeni idman alətləri satmağı öhdəsinə götürmüş, malları anbardan gətirəcəyini deyərək 15 gün müddətində vaxt istəmişdir. Bununla bağlı ilkin olaraq ona 1900 ABŞ dolları pul ödəmişdir. Lakin həmin müddətdə o, başqa yerlərdən işlənilmiş malları toplamışdır. Beləlikl, o, iddiaçının əlil olduğunu görüb, başqa bir yerə müraciət edə bilməyəcəyini düşünərək ona yeni adı altında işlənilmiş idman alətlərini Lənkəran şəhərinə göndərərək 10.000 manat məbləğinə satmışdır. Alətlərin işlənmiş olduğu isə iddiaçıya sonradan məlum olmuşdur. İddiaçı Telman adında bu şəxsə pulunu geri qaytarmasından ötrü dəfərlərlə təkid etsə də, o, pulu qaytarmamışdır. Həmçinin alış aktı olmadan, hər hansı qəbz, sənəd vermədən, sadəcə alətlərin siyahısını iddiaçıya vermiş və bu şəkildə satmışdır. Belə ki, iddiaçı ödənişi nağd şəkildə ödəmişdir. Mağazadan məhsul alarkən, ödənişi ödədikdən sonra, ödəniş qəbzi müştəriyə verilməlidir. Bu qeyd edilənlər özü də bir qanun pozuntusudur. İddiaçı Azərbaycan Respublikasının müstəqilliyi uğrunda gedən İ Qarabağ müharibəsində iştirak etmiş, vətəni qorumaq üçün apaılan mübarizədə İ qrup əlil olmuşdur. Sözügedən şəxsin törətdiyi əməllər onun psixoloji sarsıntı keçirməyinə səbəb olmuşdur. Mənəvi cəhətdən ona təsir edən bu hal sağlamlığına da ziyan vurmuşdur. Bu səbəbdən də cavabdehin bütün bu müddət ərzində ona vurduğu mənəvi ziyanın tələbini də iddiada qeyd etmişdir. Sağlamlığı məhdud olan bir şəxs kimi keçirdiyi psixoloji və mənəvi sarsıntılar fiziki sağlamlığına da ciddi ziyan vurmaqdadır. Hal-hazırda isə cavabdeh törətdiyi əməllərdən peşman deyildir və o bu hərəkətləri ilə şəxsi mənafeyini yüksəltməyə çalışmışdır. Bununla bağlı məhkəməyə müraciət etmədən öncə Lənkəran ŞRPŞ-nə ərizə ilə müraciət etmişdir. Lənkəran ŞRPŞ-nin təhqiqatçısı R X3 tərəfindən ## ###### 2025-ci il tarixli qərar qəbul edilmişdir. Bu qərara əsasən işin cinayət tərkibli olmadığı qərara alınmışdır. Bu səbəbdən də hal-hazırda məhkəməyə müraciət etmək hüququndan istifadə edərək ona dəymiş ziyanın ödənilməsini tələb etmişdir.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Samirə Eyvazova) iddia qismən təmin olunmuş, cavabdeh Cavabdeh 2750 manat tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 21.1, 385.1, 386.1, 389.1, 425.1, 442, 443.1, 448.1, 448.2, 567, 581.1, 581.2, 587.1, 587.1.2, 587.2, 587.2.1, 589.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətlərinin dəlilləri

5. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, işin müəyyən olunmuş halları ilə məlum olur ki, iddiaçı ilə onun arasında bağlanmış şifahi alqı-satqı müqaviləsinə əsasən o, iddiaçıya müəyyən avadanlıqları satmışdır. İddiaçı da həmin avadanlıqları təhvil alaraq dəyərini ödəmişdir. İddiaçıya satılmış avadanlıqlardan birində müəyyən nasazlıqlar yarandığı üçün cavabdehlə əlaqə saxlamışdır. Cavabdeh sözügedən avadanlığa baxış keçirdikdə məlum olmuşdur ki, avadanlıq elektrik şəbəkəsinə birbaşa qoşulduğu üçün elektrik cəryanının qəfil artıb-azalması avadanlıqda nasazlıq yaratmışdır. Tərəfindən iddiaçıya elektrik cərəyanı sabitləşdirən avadanlıq almasını, avadanlığı elektrik şəbəkəsinə birbaşa deyil, həmin sabitləşdirici vasitəsi ilə qoşmağını tövsiyə etsə də, iddiaçı onun fikrini nəzərə almamışdır. Bundan əlavə iddiaçının fəaliyyət göstərdiyi obyektin elektrik naqilləri normaya uyğun olmadığı üçün elektrik cərəyanının verilişində müəyyən çətinliklər yaradırdı. O, avadanlıqda baş vermiş nasazlıqları aradan qaldırdıqdan sonra yenidən Bakı şəhərinə dönmüşdür. Bakı şəhərinə döndükdən müəyyən müddət sonra iddaçı ona avadanlıqda nasazlığın olduğunu bildirmişdir. O, iddiaçıya Lənkəran şəhərinə gedə bilməyəcəyini bildirmiş, əgər istəyirsə, avadanlığı Bakıya göndərməyini, onu təmir edib yenidən gəlib götürə biləcəyini demişdir. İddiaçı bu məqsəd ilə həmin avadanlığı göndərmiş, o da həmin avadanlığı təmir etmiş, iddiaçıya həmin avadanlığı götürə biləcəyini bildirmişdir. Lakin buna baxmayaraq iddiaçı həmin avadanlığı geri götürməkdən imtina etmişdir. Həmçinin qeyd edir ki, iddiaçı öz iddia ərizəsində də qeyd edir ki, avadanlıq ona təhvil verildiyi vaxt tam işlək vəziyyətdə olmuşdur. Avadanlıq iddiaçının istifadəsində olduğu dövrdə nasaz vəziyyətə düşmüşdürsə, bu onun təqsirli hərəkətlərinin nəticəsində baş verməmişdir.

Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Proses iştirakçılarının izahatı

8. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

9. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

10. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

11. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

14. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

15. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

18. Maddə 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur.

19. Maddə 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur.

20. Maddə 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin:

21. Maddə 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması;

22. Maddə 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə:

23. Maddə 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin;

24. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

25. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

26. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir.

27. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 76.1 və 76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

35. Hazırki iş üzrə apellyasiya şikayəti ilə qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddianın tam rədd olunması tələb edildiyindən apellyasiya baxışının predmetini birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə qanunliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

37. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tərtib olunmuşdur və qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsinə hər hansı hüquqi əsas yoxdur.

38. İş materiallarında olan Lənkəran ŞRPŞ-nin TB-nin ##.##.2025-ci il tarixli qərarına əsasən, Lənkəran şəhəri M.S.ünvan 1 ünvanında yaşayan İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir.

39. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı ilk növbədə qeyd edir ki, iddianın təmin olunması əsası kimi istinad olunan faktlar işin halları, xüsusən də tərəflərin izahatları ilə öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh Cavabdeh birinci instansiya məkhəməsinin ##.##.2025-ci il tarixli məhkəmə iclası zamanı izahatında bildirmişdir ki, o, iddiaçıya razılaşdıqları lazım olan avadanlıqları vermişdir. Bir dəfə alətlərin işləməməsi ilə bağlı yenidən rayona getmiş, lakin alətlər düzgün elektrik qovşağına qoşulmadığı və proqramı düzgün qurmadıqları üçün işləməmiş, aləti düzəldib qayıtmışdır. Sonra yenidən iddiaçı 2750 manat dəyərində olan alətlə bağlı zəng etmişdir. Həmin alət reallıqda daha bahalı olsa da, sadəcə “vitrin aləti” olduğu üçün yarı qiymətinə satmışdır. Alətdə heç bir problem olmadığını, halhazırda özündə olduğunu, işlənmiş alət satmadığını qeyd etmişdir.

40. Nəticə etibarilə iş materialları, o cümlədən məhkəmə icraatı zamanı iş üzrə tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, cavabdeh Cavabdeh iddiaçı ilə arasında olan şifahi müqavilə üzrə öz üzərində düşən vəzifələrin icrasını qismən, yəni 2750 manatlıq alətin lazımi keyfiyyətdə olmayan məhsul olması səbəbilə iddiaçıya zərər dəyməsi hissəsində tərəflər arasında olan şifahi razılaşmanın şərtlərini düzgün icra etmədiyini qəbul etmişdir.

41. Hazırda məhkəmə iclasında öz izahatında cavabdeh bu faktı təkzib etməsinə baxmayaraq, apelyasiya şikayətində də oxşar məzmunda mülahizə bildirmiş və bu hissədə tələbi qəbul etmişdir.

42. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

43. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

44. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya qismən (2750 manatlıq məhsula münasibətdə) qüsurlu mal təhvil verilməsi iş materiallarının məcmu halında qiymətləndirilməsi nəticəsində təsdiq olunduğundan və bunu təkzib edən hər hansı mötəbər dəlil olmadığından, apellyasiya şikayəti həmin hissədə əsassızdır.

45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin lazımi keyfiyyətdə məhsul təhvil verilməməsi nəticəsində iddiaçıya zərər vurulmasının məhz cavabdehin hərəkətləri nəticəsində baş verməsi barəsində düzgün nəticəyə gəlmiş, işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün əməl olunmuşdur.

46. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).

47. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

48. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

49. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

50. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar