Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-1361/2026 27.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh tərəfindən tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ümumi dəyəri 400 manat olan 2 dəst nahar servisi, ümumi dəyəri 250 manat olan 2 dəst çay servisi, ümumi dəyəri 150 manat olan 12 ədəd stəkan rumka dəsti, ümumi dəyəri 300 manat olan 12 ədəd çamadanda qaşıq-çəngəl dəsti, ümumi dəyəri 100 manat olan 2 ədəd xrustal meyvə qabı, ümumi dəyəri 50 manat olan 2 ədəd gül qabı, ümumi dəyəri 200 manat olan 2 ədəd xrustal vazlar, ümumi dəyəri 510 manat olan 12 ədəd şamlıq dekor qablar, ümumi dəyəri 350 manat olan 3 ədəd yorğanlar, dəyəri 100 manat olan 1 ədəd odeyal, ümumi dəyəri 200 manat olan 4 ədəd yastıqlar, ümumi dəyəri 300 manat olan 2 ədəd yataq otağı üçün pərdələr, ümumi dəyəri 600 manat olan 2 ədəd çilçıraq, dəyəri 2000 manat olan 1 ədəd soyuducu, dəyəri 1800 manat olan 1 ədəd paltaryuyan, dəyəri 1000 manat olan 1 ədəd mikrodalğalı soba, dəyəri 300 manat olan 1 ədəd soba, dəyəri 2000 manat olan 1 ədəd televizor, ümumi dəyəri 600 manat olan 2 ədəd tozsoran, ümumi dəyəri 400 manat olan 2 ədəd ətçəkən maşın, ümumi dəyəri 1000 manat olan 2 dəst qazan-nabor, ümumi dəyəri 1500 manat olan 1 böyük, 2 balaca olmaqla 3 ədəd xalça, dəyəri 200 manat olan 1 ədəd mikser, ümumi dəyəri 200 manat olan 2 ədəd hamam xalatı və dəyəri 100 manat olan kofe qabından ibarət cehiz əşyalarının natura şəklində, qətnamə icra olunan vaxt naturada mövcud olmazsa mövcud olmayan əşyaların dəyəri məbləğində pulun, mediasiya sessiyası üçün ödənilmiş 60 manat vəsaitin, ödənilmiş 75 manat dövlət rüsumunun və hüquqi yardıma görə ödəmiş olduğu 330 manat məbləğində pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti verməklə yanaşı buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməsini üzürlü hesab edərək həmin müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, həmin qətnamədən nəzərdə tutulmuş prosessual müddəti üzürlü səbəbdən ötürmüşdür. Belə ki, həmin ərəfələrdə səhhətində olan problemlə bağlı (epilepsiya və s.) o özünü çox pis hiss edirdi, müalicə almaq üçün ##.##.2025-ci il tarixdə İran İslam Respublikasına getməli oldu. Həmin ölkədə müalicə alıb geri qayıtdı, lakin səhhəti ona məhkəmə işləri ilə maraqlanmağa, asan imza almağa, vəkilə müraciət edib qətnamədən apellyasiya şikayəti yazdırmağa imkan vermirdi. Hətta iş qüvvəsini belə itirmişdi. Beləliklə də səhhətində yaranan problem səbəbindən qətnamədən apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş müddəti ötürmüşdür. Hesab edir ki, müddətin ötürülmə səbəbi məhkəmə tərəfindən üzürlü hesab edilə bilər. Bakı şəhər Sabunçu rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə Bakı şəhər Sabunçu rayon məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin buraxılmasının üzürlü hesab edilərək bərpa edilməsi barədə cavabdeh Cavabdeh ərizəsi təmin edilməmişdir. Həmin qərardad ilə razılaşmayan cavabdeh Cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsi, Bakı şəhər Sabunçu rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş prosessual müddəti bərpa edib, apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sabunçu rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** saylı qərardadı əsassızdır və ləğv edilməlidir. Çünki, o qətnamədən apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş müddəti üzürlü səbəbdən ötürmüşdür. Belə ki, həmin ərəfələrdə səhhətində olan problemlə bağlı (epilepsiya və s.) o özünü çox pis hiss edirdi, müalicə almaq üçün ##.##.2025-ci il tarixdə İran İslam Respublikasına getməli oldu. İranda müalicə alıb Azərbaycana qayıtdı, lakin səhhəti ona məhkəmə işləri ilə maraqlanmağa, asan imza almağa, vəkilə müraciət edib qətnamədən apellyasiya şikayəti yazdırmağa imkan vermirdi. Hətta iş qüvvəsini belə itirmişdi. Beləliklə də səhhətində yaranan problem səbəbindən qətnamədən apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Bütün bu hallar məhkəməyə təqdim etdiyi tibbi sənədlərdən və pasportunda olan ölkəyə giriş-çıxışı təsdiq edən tarixlərdən görünür. Lakin, məhkəmə bütün bunlara baxmayaraq müddəti bərpa etməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bununla yanaşı iş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsində yol verilmiş yanlışlığın aradan qaldırılması, qətnamənin “təsviri, əsaslandırıcı və nəticə” hissəsində əşyalar sırasında iki dəfə qeyd edilmiş “ümumi dəyəri 600 manat olan 2 ədəd tozsoran” ifadəsindən birnin çıxarılması (qətnaməyə düzəliş edilməsi) qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə Kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e- *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixdə çatdırılmışdır. Göründüyü kimi qanunvericiliyin tələbləri baxımından iddiaçı tərəfin qeyd edilən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş 1 aylıq prosessual müddətin axımı ##.##.2025-ci il tarixdən başlamış və ##.##.2026-cı il tarixdə bitmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Buna baxmayaraq, qeyd edilən qətnamədən apellyasiya şikayəti cavabdeh tərəfindən ## ###### 2026-cı il tarixdə, yəni qanunvericiliklə müəyyən edilmiş 1 aylıq mübahisələndirmə müddəti ötürülməklə məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi apellyasiya şikayəti verilməsi müddət 1 aydan artıq olmaqla ötürülmüşdür ki, bu da öz növbəsində apellyasiya şikayətinin geri qaytarılması üçün əsas yaradır. İddiaçı apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətdə xəstə olması və müalicə alması səbəbilə ötürürülməsini göstərmişdir. Bununla bağlı cavabdeh tərəfindən təqdim edilmiş sənəddən onun laborator analiz olması görünür, lakin sənəd Azərbaycan Respublikasının dövlət dilində təqdim edilmədiyindən onun məzmununu tam müəyyən etmək mümkün olmamışdır. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qəanətə gəlmişdir ki, cavabdeh qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinin səbəblərini məhkəməyə bildirsə də, məhkəmə qeyd edilmiş səbəbləri üzürlü hesab edə bilməz, çünki həmin sənədlərin cavabdehin xəstəliyi, həmin xəstəliklə bağlı 2 ay ərzində xarici ölkədə olması və ya xəstəliyi səbəbindən yataq rejimində olması müəyyən edilmir. Həmçinin, cavabdehin müddətin bərpası ilə bağlı ərizədə qeyd etdiyi dəlilinə münasibət bildirərək Məhkəmə Kollegiyası vurğulayır ki, qətnamə və asan imza almağa, vəkilə müraciət edib qətnamədən apellyasiya şikayəti yazdırmağa aylarla müddət sərf edilməsi tələb edilmir. Bunun üçün ən çoxu bir neçə gün kifayət edər. Belə olan təqdirdə qətnamənin təqdim edilməsindən 2 ay müddət keçdikdən sonra həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmaqla buraxılmış prosessual müddətin bərpa edilməsi hüquqi müəyyənlik prinsipinə ziddir. Şikayətin dəlillərinə münasibətdə Məhkəmə Kollegiyası qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, qanun, məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün, özü də prosessual hərəkəti edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzürlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133-cü maddəsində qeyd olunan üzürlü səbəblər dedikdə, müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Üzürlü səbəblər sırasına, məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, xidməti ezamiyyətdə olma, ailə üzvlərindən hər hansı birinin ölməsi və s.aid edilə bilər. Hər bir halda konkret səbəbi üzürlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## ### 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Məhkəmə Kollegiyası qeyd edir ki, prosessual müddətin bərpası üçün "üzrlü səbəb" meyarı təkcə xəstəlik faktı kifayət deyil. Müddət o zaman bərpa edilir ki, xəstəlik şəxsin öz hüquqlarını həyata keçirməsinə (məsələn, vəkilə etibarnamə verməsinə və ya şikayət imzalamasına) tamamilə mane olsun. Lakin təqdim olunan sənədlər anlaşılan olmamış, eyni zamanda xəstəliyin ağırlıq dərəcəsi, müalicənin müddəti və onun şikayət vermə imkanına təsirini müəyyən etmək qeyri-mümkün olmuşdur. Göründüyü kimi cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin üzrlü səbəbləri barədə mötəbər sübut təqdim etməmişdir. Nəticə etibarilə cavabdeh qanunvericiliklə müəyyən edilmiş müddət ərzində apellyasiya şikayətini vermək iqtidarında olmaması işin halları müəyyən edilməmişdir. Bununla da cavabdeh apellyasiya şikayətini vaxtında vermək imkanının olmadığını, bu müddətin isə özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut edə bilməmişdir. Əks yanaşma isə ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Bu baxımdan, qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası cavabdehin şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmiş, müddətin bərpasından imtina ilə bağlı gəldiyi bu nəticəsi tam qanuni və işin hallarına uyğundur. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır, onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 365, 397-398 və 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALDI: Cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-6)-1361/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-1361/2026
27.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver