Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1386/2026 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar iddiaçı9, iddiaçı8, iddiaçı7, iddiaçı6, iddiaçı5 İbrahim oğlu, Atakişibəyli İlkin Mübariz oğlu, iddiaçı3, iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh MMMC-yə qarşı iş üzrə Açar sözlər: (“liftdən istifadənin məhdudlaşdırılmasının və kommunal xidmət haqqının arıtırılmasının qanunsuz hesab olunması ”) hakimlər X6 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarəttərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçılar iddiaçı9, iddiaçı6, onun nümayəndəsi vəkil vəkil1 və cavabdehin nümayəndəsi (qanuni təmsilçi) X9 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçılar iddiaçı9, iddiaçı6 və cavabdeh Cavabdeh MMMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçılar iddiaçı9, iddiaçı8, iddiaçı7, iddiaçı6, iddiaçı5 İbrahim oğlu, Atakişibəyli İlkin Mübariz oğlu, iddiaçı3, iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdehxxxx“xxxx MMMC-nin liftdən istifadənin ödəniş edilməməsi səbəbindən məhdudlaşdırılması barədə tətbiq etdiyi qaydanın qanunsuz hesab edilməsini, iddiaçıların və digər sakinlərin liftdən istifadə hüququna cavabdeh tərəfindən qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması və liftlərdən sərbəst istifadə etmələri üçün şərait yaradılması öhdəliyinin cavabdehin üzərinə qoyulması, aylıq kommunal xidmət haqqının 1 kv.m üçün 40 qəpikdən 60 qəpiyə artırılması barədə cavabdehin qəbul etdiyi qərarın qanunsuz hesab edilərək ləğv edilməsi və iddiaçı iddiaçı9 vəkil ilə müqavilə üçün ödədiyi 800 manat pul məbləğinin və 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsinda qeyd edilmişdir ki, iddiaçılar Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov küçəsi, ev 12/16 ünvanda yerləşən çoxmərtəbəli binanın sakinləridir. Hər ay binanın saxlanılması və kommunal xidmətlərə görə müəyyən edilmiş ödənişləri edirlər. Lakin cavabdeh qurum tərəfindən bu ödənişlərin vaxtında edilməməsi və ya hər hansı səbəbdən ödənilməməsi halında sakinlərin liftdən istifadəsinə qadağa qoyulur. Bu məqsədlə sakinlərə verilmiş jeton və kartlar bağlanır, liftlərdə elanlar yerləşdirilir və ödəniş edilmədiyi halda liftdən istifadə hüququnun dayandırılacağı bildirilir. Belə məhdudiyyətlər sakinlərin mülkiyyət hüquqlarını pozur və normal yaşayış şəraitinə qanunsuz müdaxilədir. Evin alqı-satqısı ilə bağlı müqavilə bağlanarkən onlarla “xxxx“MMC kommunal xidmətlərin göstərilməsi barədə müqavilə bağlamışdır. Daha sonra müvafiq ödəniş qəbzlərini aldıqdan sonra məlum olmuşdur ki, “xxxx” MMC fəaliyyət formasını dəyişdirərək “xxxx” MMC-yə dəyişmişdir. Daha sonra isə MMC də dəyişərək, Cavabdeh MMMC fəaliyyət formasında mövcudluğunu müvafiq qəbzlərdən öyrənmişlər. Çoxmənzilli binalardakı liftlər bütün sakinlərin ümumi paylı mülkiyyətindədir və ümumi mülkiyyətin istifadəsi yalnız bütün mülkiyyətçilərin razılığı ilə dəyişdirilə bilər. İdarəçilik fəaliyyəti sakinlərin mülkiyyət hüquqlarını məhdudlaşdıra bilməz. Bundan əlavə, cavabdeh tərəfindən ödənişlərin məbləği də əsassız şəkildə artırılmışdır. Belə ki, əvvəllər aylıq xidmət haqqı 40 qəpik olduğu halda, sonradan 60 qəpiyə qaldırılmış, lakin bu dəyişiklik heç bir əsaslandırma və sakinlərin ümumi yığıncağının razılığı olmadan həyata keçirilmişdir. Halbuki, Mənzil Məcəlləsinin 44 və 46-cı maddələrinə görə, ümumi mülkiyyətin idarə olunması və xidmət haqqının müəyyən edilməsi yalnız mülkiyyətçilərin ümumi yığıncağında qəbul edilən qərar əsasında mümkündür. Sakinlərin razılığı olmadan ödənişlərin birtərəfli qaydada artırılması qanunsuz hesab edilməlidir. Liftdən istifadənin kommunal ödənişlərin edilməməsi səbəbilə məhdudlaşdırılması yalnız sakinlərin ümumi yığıncağının qərarı və ya tərəflər arasında bağlanmış müqavilə ilə mümkün ola bilər. Belə razılıq olmadıqda liftdən istifadənin məhdudlaşdırılması qanunsuzdur və mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirilməlidir. Göründüyü kimi, həm liftdən istifadəyə qoyulmuş məhdudiyyət, həm də aylıq xidmət haqqının 40 qəpikdən 60 qəpiyə qaldırılması cavabdeh qurumun qanunsuz hərəkətləridir, mülkiyyətçilərin hüquqlarının pozulmasına gətirib çıxarır və qanunvericiliklə uzlaşmır. Habelə bununla bağlı onlar müxtəlif qurumlara müraciət etmişlər. Polis orqanı onunla müvafiq söhbətlər aparıb, liftdən istifadəyə qoyulan məhdudiyyəti aradan qaldırmaq üçün tədbirlər görüb, lakin artıq bu sistem halını alıb. Məcburiyyət qarşısında qalıb bununla bağlı iddiaçı9 vəkilə müraciət etmiş və 800 manat xərc çəkmişdir. Habelə, məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir.
2. Cavabdeh Cavabdeh MMMC-nin qanuni təmsilçisi X10 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, aşağıda qeyd olunanlara əsasən iddia tələblərini əsassız və qanunsuz hesab edir: ##.##.2025-ci il tarixdə Cavabdeh MMMC-nin sakinlərinin iştirakı ilə protokol tərtib olunmuş, Bakı şəhəri, Nəsimi rayonu, İ.Həmidov küçəsi, ev 12/16 ünvanında yerləşən 2 bloklu yaşayış binasında aylıq xərc və tələbatların artıması nəzərə alınaraq, pilot lahiyəli bina üçün 0.20 qəpikdən 0.40 qəpiyə, qeyd olunan ünvanda mənzil almış sakinlər üçün isə 0.40 qəpikdən 0.60 qəpiyə qaldırılması qərara alınmışdır. Qeyd olunan ünvanda yaşayan sakinlər tərəfindən akt tərtib olunmuş, Bakı şəhəri, Nəsimi rayonu, İ.Həmidov küçəsi, ev 12/16 ünvanında yerləşən Cavabdeh MMMC-nin sədri Növrəstə Bağırovanın sədr kimi fəaliyyəti yüksək qiymətləndirilmiş və ondan hər hansı bir narazılıq və tələblərinin olmadığı qeyd olunmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, adı iddia ərizəsində iddiaçılar qrafasında olan X1 vəsatətlə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və iddia ərizəsinin mövcudluğundan xəbərinin olmaması və belə bir ərizəni imzalamadığını məhkəmənin nəzərinə çatdırmışdır. Bu vəsatətdə qeyd olunan xüsusat məhkəmə tərəfindən mütləq şəkildə araşdırılmalıdır. Belə ki, A.Şərifov iddia ərizəsini imzalamamışsa onda iddia ərizəsini kim imzalamışdır, bu məsələ ilə bağlı müvafiq qərar qəbul edilməlidir. Belə olduğu halda, məhkəmə tərəfindən ekspertiza təyin edilməli, imzanın A.Şərifova məxsus olmadığı müəyyən edildiyi halda cinayət işinin başladılması ilə bağlı xüsusi qərardad qəbul edib, prosessual nəzarəti həyata keçirən prokurora göndərməlidir. Odur ki, məhkəmədən iddia tələblərinin rədd olunması barədə qətnamə qəbul edilməsi və X1 adından saxta imza edilibedilməməsi məsələsinin araşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir : Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ##.##.2022-ci il tarixli çıxarışa əsasən Nəsimi rayonu, İzzət Həmidov küçəsi, ev 12/16, mənzil 129, yeni qaydalarla Nəsimi rayonu, İzzət Həmidov küçəsi, 16, M5, M1 ünvanının mülkiyyətçisi iddiaçı9dır. Daşınmaz Əmlakın Dövlət Reyestrindən ##.##.2023-cü il tarixli çıxarışa əsasən Nəsimi rayonu, İzzət Həmidov küçəsi, ev 12/16, mənzil 135, yeni qaydalarla Nəsimi rayonu, İzzət Həmidov küçəsi, 16, M5, m7 ünvanının mülkiyyətçisi iddiaçı8dır. Daşınmaz Əmlakın Dövlət Reyestrindən ##.##.2023-cü il tarixli çıxarışa əsasən Nəsimi rayonu, İzzət Həmidov küçəsi, ev 12/16, mənzil 103, yeni qaydalarla Nəsimi rayonu, İzzət Həmidov küçəsi, 12, M15, m6 ünvanının mülkiyyətçisi iddiaçı6dır; - Daşınmaz Əmlakın Dövlət Reyestrindən ##.##.2023-cü il tarixli çıxarışa əsasən Nəsimi rayonu, İzzət Həmidov küçəsi, ev 12/16, mənzil 136, yeni qaydalarla Nəsimi rayonu, İzzət Həmidov küçəsi, 16, M5, m8 ünvanının mülkiyyətçisi iddiaçı7dır. Daşınmaz Əmlakın Dövlət Reyestrindən ##.##.2024cü il tarixli çıxarışa əsasən Nəsimi rayonu, İzzət Həmidov küçəsi, ev 12/16, mənzil 179, yeni qaydalarla Nəsimi rayonu, İzzət Həmidov küçəsi, 16, M11, m3 ünvanının mülkiyyətçisi iddiaçı1dır; - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ##.##.2025-ci il tarixli çıxarışa əsasən Nəsimi rayonu, İzzət Həmidov küçəsi, ev 12/16, mənzil 74 yeni qaydalarla Nəsimi rayonu, İzzət Həmidov küçəsi, 12, M12, M2 ünvanının mülkiyyətçisi X7r; - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ##.##.2025-ci il tarixli çıxarışına əsasən Nəsimi rayonu, İzzət Həmidov küçəsi, ev 12/16, mənzil 75 yeni qaydalarla Nəsimi rayonu, İzzət Həmidov küçəsi, 12, M12, M3 ünvanının mülkiyyətçisi X7r. Bakı şəhəri ** saylı notariat kontorunda 7E-16 reyetr nömrəsi ilə qeydə alınmış ##.##.2018-ci il tarixli etibarnamədən görünür ki, X7 ona məxsus ona bütün daşınar və daşınmaz əmlaklara dair sərəncam verməsi və digər zəruri hərəkətlərin yerinə yetirilməsini Atakişibəyli İlkin Mübariz oğluna etibar etmişdir; - Ədliyyə Nazirliyinin qeyri-kommersiya qurumlarının dövlət reyestrindən çıxarışa (##.##.2024-cü il tarixli ****-MM**-**** nömrəli) əsasən Cavabdeh MMMC-nin qanuni təmsilçisi X10r. «xxxx» MMC ilə iddiaçı9 arasında bağlanmış kommunal xidmətlərin göstərilməsinə dair müqavilənin 1.1-ci bəndinə əsasən "Xidmət göstərən "Mülkiyyətçi" ya kommunal xidmət göstərir. ünvan 3 ünvanında yerləşən yaşayış binasının B blokunda 5 mərtəbədə yerləşən, ümumi sahəsi texkini pasportun göstəricilərinə əsasən 86.6 kv.m olan *** saylı mənzili olan "Mülkiyyətçi" isə "xxxx" MMC-nin təsisçilərinin ümumi yığıncağının ##.##.2022-ci il tarixli protokoluna və 01. 09.2022-ci il tarixli daxili əmrinə əsasən aldıqları mənzilin hər kv m. üçün 0.40 AZN xidmət haqqı ödəmək öhdəliyini üzərlərinə götürürlər; - Cavabdeh MMMC-nin ümumi yığıncağının ##.##.2023-cü il tarixli protokoluna əsasən Nəsimi rayonu, İzzət Həmidov küçəsi, ev 12/16 ünvanlarında 2 bloklu yaşayış binalarında aylıq xərc və tələblərin artmasını nəzərə alaraq Pilot layihəli sakinləri 1 kv.m kommunal ödənilən aylıq pulu 0.20 qəpikdən 0.40 qəpiyə qeyd olunan ünvanda mənzil almış sakinlər isə 1 kv.m kommunal ödənilən aylıq pulu 0.40 qəpikdən 0.60 qəpik olması qərara alınmışdır. «xxxx» ASC-nin ##.##.2025-ci il tarixli hesab ödəniş vərəqinə əsasən «xxxx» MMC-nin 2494.88 manat borcu olduğu qeyd olunmuşdur; - «Harmony İndustrial Construction and Engineering Group» MMC-nin ##.##.2025-ci il tarixli hesab fakturasına əsasən liftə texniki xidmət üçün 410.64 manat tələb olunur; - Cavabdeh MMMC-nin xəbərdarlıq məktubunda iddiaçı9 binanın təmizliyi, liftlərin texniki baxışı, su təminatı elektrik təhcizatı, 24 saat mühafizə, işçilərin əmək haqqları və s. üçün kommunal pulu yığıldığı nəzərinə çatdırılmış, buna baxmayaraq onun tərəfindən borc yarandığı bildirilərək, borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir; - Cavabdeh MMMC-nin təsis yığıncağının ##.##.2025-ci il tarixli qərarına əsasən Cavabdeh MMMC-nin İdarə Heyətinin iclasında AR Mülki Məcəlləsinə, Mənzil Məcəlləsinə və mövcud kommunal xidmət müqavilələrinin şərtlərinə əsasən, kommunal ödənişlərini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə həyata keçirməyən sakinlərin lift xidmətindən istifadəsini təmin edən kartların müvəqqəti olaraq məhdudlaşdırılmasına dair qərar qəbul edilmiş, məsələ səsverməyə çıxarılaraq təsdiq olunmuşdur; - ##.##.2025-ci il tarixli **** nömrəli qəbzə əsasən iddiaçı9 iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu ödəmişdir; - “xxxx” ASC-nin ##.##.2025-ci il tarixli qəbzindən və ##.##.2025-ci il tarixli *** nömrəli müqaviləyə əsasən, iddiaçı9 ona vəkil Nümayəndə tərəfindən hüquqi yardım göstərilməsi üçün 800 manat ödəmişdir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2( ***)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçı9, iddiaçı8, iddiaçı7, iddiaçı1 və iddiaçı6 münasibətdə Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov küçəsi, ev 12/16 ünvanda yerləşən çoxmərtəbəli binanın liftdən istifadə hüququna cavabdeh Cavabdeh MMMC tərəfindən qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması və Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov küçəsi, ev 12/16 ünvanda yerləşən çoxmərtəbəli binanın liftindən sərbəst istifadə etmələri üçün şərait yaradılması öhdəliyinin cavabdeh Cavabdeh MMMC-nin üzərinə qoyulmasını, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun 50 manat hissəsinin, hüquqi xidmətlərin göstərilməsinə görə 300 manatın cavabdeh Cavabdeh MMMC-dən tutularaq iddiaçı iddiaçı9 ödənilməsi, qalan hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədə AZərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1, 777.2, 783.2, 783.3, 1087.2, 1090.1; Mənzil Məcəlləsinin 2.1, 12.1, 12.2, 43.1, 43.2, 43.2.5, 44.1, 44.2, 44.3, 44., 44.6, 45.1, 45.2, 45.3, 45.4, 45.5, 45.6, 45.7, 135.1, 135.2.3, 136.2, 163.2.1, 136.2.2, 136.3, 136.4, 137.4, 137.7, 141.1, 141.2, 141.3, 141.4, 141.5, 141.6, 141.7, 141.8, 141.9; Mülki Prosessual məcəlləsinin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçılardan iddiaçı9, iddiaçı8, iddiaçı7, iddiaçı1 və iddiaçı6 Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov küçəsi, ev 12/16 ünvanda yerləşən çoxmərtəbəli binanın mülkiyyətçiləri olmaqla, həmin binanın sakinləridir. Cavabdeh tərəfindən göstərilmiş kommunal xidmətlərə görə haqq ##.##.2023-cü il tarixdən hər 1 kv.m. üçün 0,60 manat məbləğində müəyyən edilmişdir. İddiaçılar tərəfindən kommunal xidmət haqları ödənilmədiyindən, cavabdeh tərəfindən onların liftdən istifadəsi məhdudlaşdırılmışdır. Hazırda iddiaçılar xidmət haqqının məbləğinin qaldırılmasından narazılıq ifadə edərək, məbləğin 0.40 manat müəyyən edilməli olduğunu iddia edir, həmçinin liftə qoyulmuş məhdudiyyətin aradan qaldırılmasını xahiş edirlər. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçılar iddiaçı5 İbrahim oğlu, Atakişibəyli İlkin Mübariz oğlu, iddiaçı3 və iddiaçı2 mübahisəli binada yerləşən mənzillərə aidiyyətini müəyyən etmək mümkün olmamışdır. Belə ki, tələb edilməsinə baxmayaraq, həmin şəxslər məhkəməyə mülkiyyət hüquqlarını və ya mənzillərin qanuni istifadələrində olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişlər. İddiaçılardan Atakişibəyli İlkin Mübariz oğlunun təqdim etdiyi - binada yerləşən iki mənzilin mülkiyyətçisi X7 tərəfindən ona verilmiş ümumi etibarnaməyə münasibətdə məhkəmə qeyd edir ki, həmin etibarnamə əmlaklara dair sərəncam vermək və sair səlahiyyətləri özündə əks etdirsə də, etibarnamənin İlkin Atakişibəylinin, mülkiyyətçinin adından məhkəməyə müraciət etmək və ya təmsil olunmaq kimi səlahiyyətlərini özündə əks etdirməsi müəyyən edilmir. Belə olan halda, məhkəmə hesab edir ki, sözügedən etibarnamə İlkin Atakişibəyliyə münasibətdə hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquq vermir. Qeyd edilməlidir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia buna müvafiq subyektiv hüququ olmayan şəxslər tərəfindən qaldırıldığına görə iddiaçı5 İbrahim oğlu, Atakişibəyli İlkin Mübariz oğlu, iddiaçı3 və iddiaçı2 münasibətdə rədd olunmalıdır. Digər iddiaçılar – iddiaçı9, iddiaçı8, iddiaçı7, iddiaçı1 və iddiaçı6 gəldikdə məhkəmə onların iddia tələblərinin “kommunal xidmət haqqının artırılmasının qanunsuz hesab edilməsi” hissəsini əsassız sayaraq qeyd edir ki, kommunal xidmətlər haqqının 0,40 qəpikdən 0,60 qəpiyə artırılması MMC-nin ##.##.2023cü il tarixli qərarı əsasında həyata keçirilmiş, gündəlikdə duran məsələ səs verməyə qoyulmuş və yekdilliklə qərar qəbul edilmişdir. Hətta iddiaçılardan iddiaçı6 da bu qərarla razı olduğunu qərarın sonunda imza etməklə bildirmişdir. İddiaçılar müvafiq qərarı bəyənməklə 2023-cü ildən başlayaraq son aylaradək xidmət haqqını qərarda müəyyənləşdirilmiş məbləğdə ödəmişlər, sonradan narazılığın yaranma səbəbi soruşulduqda iddiaçı iddiaçı9 MMMC-nin qanuni təmsilçisi və komendatı ilə aralarında yaranmış (binaya qulluqla bağlı yaranmış problemin aradan qaldırılmasına cavabdehin yardımçı olmamasına dair) münaqişədən sonra xidmət haqqı məbləğini mübahisələndirmək qərarına gəldiyini bildirmiş və digər iddiaçılar olan sakinlər də ona qoşularaq iki ilə yaxın müəyyənləşdirilmiş tariflə ödədikləri məbləğin azaldılmalı olması iddiasını irəli sürmüşlər. Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 135.2.3 və 135.2.4-cü maddələrinə görə isə yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi, yaşayış sahəsinin mülkiyyətçisi üçün isə – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir. Qeyd edilməlidir ki, binanın idarəçiliyini sahə mülkiyyətçiləri MMMCyə tapşırmışlar. Binada sözügedən xidmətlərin faktiki olaraq MMMC tərəfindən verilməsi, bina sakinlərinin bu xidmətlərdən yararlanmaları işin mübahisəsiz halıdır. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti, adından da göründüyü kimi, bina sakinləri tərəfindən təsis və idarə olunur, yəni belə cəmiyyətin qəbul etdiyi qərar, nə qədər ki, mübahisələndirlməyib, bina sakinlərinin iradəsini ifadə etməklə, icrası məcburidir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçılar göstərilən xidmətlərin haqqını cavabdehə ümumi yığıncağın qərarında müəyyən edilmiş məbləğdə ödəmək vəzifəsi daşıyırlar. İddia tələbinin “liftdən istifadənin məhdudlaşdırılmasının qanunsuz hesab edilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Hər iki normadan görünür ki, yaşayış binasının mənzildən kənarda yerləşən, birdən çox mənzilə xidmət edən mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, o cümlədən, liftlər, lift şaxtası ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə məxsusdur. Hazırki işin halları da ondan ibarətdir ki, mübahisədə adı keçən yaşayış binası çoxmənzilli binadır və iddiaçılar (iddiaçı9, iddiaçı8, iddiaçı7, iddiaçı1 və iddiaçı6) həmin binada yerləşən mənzillərin mülkiyyətçiləridir. Belə olan halda, qanunvericiliyin tələbinə görə həmin şəxslər mənzillərindən kənarda yerləşən, birdən çox mənzilə xidmət edən mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, o cümlədən, liftlərə ümumi paylı mülkiyyət hüququna malikdirlər. Mülkiyyətçinin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam verməsi dövlət tərəfindən tanınır və qorunur, bununla belə bu hüquq da mütləq deyil, qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlərə məruz qala bilər. Bunun üçün də mülkiyyət hüququna məhdudiyyət ya qanunda, ya da müqavilədə nəzərdə tutulmalıdır. Bunlardan hər hansı birinin olmaması istənilən digər əsaslarla mülkiyyət hüququna müdaxiləni istisna edir. Çünki mülkiyyət hüququnun, o cümlədən xüsusi mülkiyyət hüququnun qanunla qorunması konstitusion hüquqdur. Baxılan işdə belə bir qanuni əsas nə Mülki, nə Mənzil Məcəllələrində, nə də digər qanunlarda nəzərdə tutulmayıb. Həmçinin müəyyən edilib ki, iddiaçıların ümumi paylı mülkiyyətində olan liftdən istifadəyə hər hansı əsasla, o cümlədən xidmət haqqının ödənilməməsinə görə məhdudiyyət tətbiq edilməsinə dair şərtləndirməni nəzərdə tutan müqavilə tərəflər arasında bağlanmamışdır. Başqa sözlə, müdaxilənin müqavilə əsası da istisna edilib. Eləcə də, liftdən istifadə və ona məhdudiyyətin tətbiq edilməsi qaydaları ilə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının qərarı da yoxdur. Belə olan halda, cavabdeh MMMC-nin iddiaçıların liftdən istifadə qaydalarına, xidmət haqqının ödənilməsinə görə məhdudiyyət (kartın deaktiv edilməsi) tətbiq etməsi onların mülkiyyət hüququna müdaxilədir və iddiaçıların bu müdaxilədən Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən müdafiə hüquqları vardır. Belə ki, mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə cavabdeh MMMC-nin iddiaçılara münasibətdə liftlərə məhdudiyyət qoyulmasının onlar tərəfindən xidmət haqqının ödəməməsi ilə bağlı izahını əsaslı saymır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçılara münasibətdə yaşadıqları ünvanda yerləşən liftlərə cavabdeh MMMC tərəfindən tətbiq edilmiş məhdudiyyət ləğv olunmalı və həmin şəxslərin liftlərdən sərbəst istifadə etmələri üçün şərait yaradılması öhdəliyi cavabdeh MMC-nin üzərinə qoyulmalı, iddia qalan hissədə rədd edilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
5. İddiaçı iddiaçı9 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsini “liftin qanunsuz məhdudlaşdırılmasının qadağan edilməsi” hissəsində dəyişdirərək, cavabdehə həmin hərəkəti bütün sakinlərə münasibətdə qadağan etməklə, rədd edilmiş hissədə isə ləğv edərək, kommunal ödənişlərin 60 qəpikə qaldırılmasını qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini, eyni zamanda vəkilə ödənilmiş 800 manat məbləğinin yarısı hissəsində məbləğin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 44.3, 137; Mülki Prosessual Məcəlləsinin 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmənin göstərilən nəticəsi iş üzrə müəyyən edilmiş faktiki hallara və tətbiq edilməli hüquq normalarına uyğun deyildir. Belə ki, kommunal xidmət haqqının 0,40 manatdan 0,60 manata artırılması barədə ##.##.2023-cü il tarixli “Protokol” cavabdeh tərəfindən sübut kimi təqdim edilmişdir . Halbuki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeyri-kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışına əsasən Cavabdeh MMMC ##.##.2024-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 44.1-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malik olur və mülki vəzifələr daşıyır . Bu hüquqi norma baxımından aydındır ki, hüquqi şəxs dövlət qeydiyyatına alınmamışdan əvvəl onun adından hər hansı qərarın qəbul edilməsi və ya hüquqi nəticələr doğuran sənədin tərtib edilməsi mümkün deyildir. Bu baxımdan cavabdeh tərəfindən təqdim edilmiş ##.##.2023-cü il tarixli “Protokol”un Cavabdeh MMMC-nin qərarı kimi qiymətləndirilməsi hüquqi baxımdan mümkün deyil. Digər tərəfdən, həmin “Protokol”un məzmunu və forması da onun etibarlılığına ciddi şübhələr yaradır. Belə ki, sənəddə iclasın hansı təşkilat tərəfindən çağırılması, hansı hüquqi əsasla keçirilməsi, gündəlikdə duran məsələlərin konkret məzmunu və iclasın keçirilməsi qaydası barədə heç bir məlumat əks olunmamışdır. Həmçinin sənəddə sahə mülkiyyətçilərinin ümumi yığıncağının faktiki keçirilməsi, iştirak edən şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsi və iclasın səlahiyyətli olub-olmaması barədə məlumatlar göstərilməmişdir. Qeyd olunmalıdır ki, mübahisə predmeti olan əmlak iki çoxmərtəbəli binadan və ümumilikdə 224 mənzildən ibarətdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 44.3-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı yalnız ümumi səslərin 50 faizindən çoxuna malik olan sahə mülkiyyətçiləri və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətli hesab olunur (yetərsay yaranır). Cavabdeh tərəfindən təqdim edilmiş “Protokol”da isə cəmi 114 nəfərin iştirak etdiyi göstərilmişdir . Lakin sənədin araşdırılması zamanı müəyyən olunur ki, siyahıda göstərilən şəxslərin bir qismi ümumiyyətlə sahə mülkiyyətçisi deyildir, bəzi imzalar eyni şəxs tərəfindən atılmış kimi görünür , bəzilərinin isə ümumiyyətlə imzası mövcud deyildir. Bundan əlavə, siyahıda göstərilən şəxslərin adı, soyadı, ata adı, FİN-ləri və yaşayış ünvanları barədə məlumatlar da qeyd edilməmişdir ki, bu da həmin şəxslərin həqiqətən sözügedən çoxmənzilli binaların sahə mülkiyyətçiləri olub-olmadığını müəyyən etməyə imkan vermir. Beləliklə, təqdim olunmuş sənəd üzrə iclasın keçirilməsi faktı, iştirak edən şəxslərin sahə mülkiyyətçisi olması və yığıncaqda qanunla tələb olunan yetərsayın formalaşması sübuta yetirilməmişdir. Buna baxmayaraq, məhkəmə həmin sənədi tənqidi qiymətləndirmədən qəbul etmiş və onu iddiaçıların tələblərinin rədd edilməsi üçün əsas götürmüşdür ki, bu da sübutların düzgün qiymətləndirilməməsi ilə nəticələnmişdir. Belə ki, “Protokol”da sıra nömrə 2 və 3 və 61 ilə qeyd olunan – X3, Kərimzadə Gülnar İlham, Kərimzadə Nicat müvafiq olaraq X10 (sıra nömrə 1) ailə üzvləridir (3), sıra nömrə 8 və 36 da – X2 adı təkrarlanıb və 8 sıra nömrəsi üzrə soyadın qarşısında imza yoxdur (1), sıra nömrə 35 və 36 – Osmanov Samir və Osmanov Arif- ailə üzvləridir (1), sıra nömrə 11 və 65 – Babayev Dmitriy adı təkrarlanıb – (1), sıra nömrə 33 və 34 – Ağayeva Elmira və Ağayev Asif – eyni imza çəkilib - (1), sıra nömrə 37 və 38 – Məmmədov Ümüd və Məmmədova Gülqədəm –ailə üzvləridir – (1), sıra nömrə 39 - Mustafayeva Tamilla – imzası yoxdur – (1) və (2 dəfə qeyd edilib 39 və 102 nömrə ilə) , sıra nömrə 44 – İmaməliyev İlham – imza yoxdur – (1), sıra nömrə 45 və 46 – Qurbanova Səbinə və Babayeva Durdanə - eyni imza çəkilib – (1), sıra nömrə 5 və 47 – Məmmədov Ənsər və Məmmədova Aygün - qaynata-gəlin – (1), sıra nömrə 23, 51,52 ,53 – Həsənova Səbinə, Həsənov Fuad, Həsənov Faiq və Həsənova Ayna – ailə üzvləridir – (3) , sıra nömrə 54, 55 , 56 – Əhmədova Raya, Əhmədova Samirə və Əhmədov Əli – ailə üzvləridir – (2), sıra nömrə 57, 58, 59, 71, 72 – Həsənova Nəzakət, Həsənov Əli, Həsənova Pərvanə, Həsənov Əziz, Həsənova Mehri - ailə üzvləridir –( 4 ), sıra nömrə 78 və 79 – Quliyev Namiq, Quliyeva Ləman -ailə üzvləridir- (1), sıra nömrə 80, 81 - Mirzəzadə Şövkət və Mirzəzadə Namiq – ailə üzvləridir – (1) , sıra nömrə 88 – Kamran – soyadı qeyd olunmayıb (1), sıra nömrə 89 – Məmmədova – ad qeyd olunmayıb (1), sıra nömrə 91 və 92,93 - Əliyev Tərlan , Əliyeva Şəhla, Əliyeva Samirə– ailə üzvləridir – (2), sıra nömrə 83 – adını müəyyən etmək olmur – imza yoxdur – (1), sıra nömrə 20, 67,68 - Mikayılzadə Eldar , Mikayılzadə Fidan, Mikayılzadə Samirə - ailə üzvəridir- (2), sıra nömrə 97,98 – İskəndərov Qəhrəman, İskəndərova Nərminə - ailə üzvləridir , eyni imza – (1) , sıra nömrə 109,108 – İsmayılov Rauf, İsmayılova Ülkər – ailə üzvləridir (1), sıra nömrə 112, 113 – Əliyeva Nigar, Əliyev Elşad – ailə üzvləridir (1), sıra nömrə 103 – qeyd edilənin adı yoxdur, soyadı oxunmur (1), sıra nömrə 29 – Əliyev Əlikişi – imza ona məxsus deyil (1), “Protokol”da göstərilən 114 nəfərdən 35 nəfəri - sahə mülkiyyətçilərinə aid olmayan şəxslər olduqları müəyyən olunmuşdur. Beləliklə, kommunal xidmət haqlarının artırılması ilə bağlı hər hansı ümumi iclası keçirilməməsi və “Protokol”un formal, qüsurlu, ciddi uyğunsuzluqlarla tərtib olunması açıq-aşkar görünür. Cavabdeh tərəfindən təqdim olunmuş ##.##.2023-cü il tarixli “Protokolu”nda qeyd edilir ki, “... Pilot layihə sakinləri 1 kv.m. ödənilən aylıq pulu 0,20 qəpikdən 0,40 qəpiyə, qeyd olunan ünvanda mənzil almış sakinlər isə 1 kv.m. kommunal ödənilən aylıq pulu 0,40 qəpikdən 0,60 qəpik olması qərara alınmışdır.” AR Mənzil Məcəlləsinin 142.4-cü maddəsinə əsasən çoxmənzilli binanın idarə edilməsi müqaviləsində binanın bütün mülkiyyətçiləri (kirayəçiləri, istifadəçiləri) üçün eyni şərtlər müəyyən edilir və mülkiyyətçilər (kirayəçilər, istifadəçilər) tərəfindən ödənilən haqqın miqdarı yalnız yaşayış sahəsinin ölçüsünə mütənasib olan ümumi əmlakın saxlanmasına çəkilən xərclərdəki iştirakdan və faktiki istifadə edilmiş kommunal xidmətlərin miqdarından asılı olaraq fərqlənə bilər. Mənzil qanunvericiliyinin tələbinə görə, kommunal xidmətlərinin ödəniş məbləğlərində “Protokol”da göstərilən əsasla fərqləndirilə bilməz, bu sahə mülkiyyətçilərə münasibətdə ayrıseçkiliyə yol verilməsi kimi qiymətləndirilməlidir. Onunla bağlanmış kommunal xidmətlərin göstərilməsi barədə müqavilənin şərtlərinə müvafiq olaraq, o, mülkiyyətində olan mənzilə dair xidmətlərin göstərilməsi üçün çıxarış ilə eynilik təşkil edən sahəyə hər 1 kv.m. üçün 0,40 AZN məbləğdə haqq ödəməli idi və həmin müqaviləyə əsasən müqavilənin şərtləri yalnız tərəflərin razılıqı ilə müqaviləyə dəyişiklik edilməklə oluna bilərdi. Hazırda həmin müqaviləyə heç bir formada dəyişiklik edilməmişdir. Daha sonra ödəniş qəbzlərindən məlum olmuşdur ki, ödənişləri artıq xxxx MMMC onlardan alır, yəni bir müddətdən sonra kommunal xidmətlərin göstərilməsi üçün fəaliyyət forması MMMC tərəfindən başladı həyata keçməyə. Habelə, xüsusi diqqət yetirməsi gərəkən hissə odur ki, cavabdeh xxxx tərəfdən iddia edilən guya protokol adlandırdığı sənəd əsasında qiymət artımı baş vermişdir, yəni 60 qəpik məbləğinə artım baş vermişdir. Həmin Protokol adlandırdığı sənəd 2023-cü il tarixə təsadüf edir. MMMC isə 2024-cü il tarixdə qeydiyyata alınmışdır. Mülki Məcəlləyə əsasən hüquqi şəxsin yaranma anı onun dövlət qeydiyyatından keçdiyi tarixdən yaranır. Məhkəmə onun maraqlarını əhəmiyyətli dərəcədə pozmuşdur. Belə ki iş üzrə iddiaçılar sırasında olan şəxs Azad Şərifov iddia ərizəsinə öz əlyazması ilə ünvanını, adını, və digər məlumatlarını qeyd etmiş və imzalamışdır və bu açıq aşkar iddia ərizəsindən də görsənir. İş icraatda olarkən, cavabdeh MMMC tərəfindən cavabdehlərə müəyyən məbləğdə borcun olması barədə bildiriş göndərilmişdir. Həmin bildirişin alınmasından sonra təsadüfən iddiaçı öz adının iddiaçılar sırasından çıxarılması tələbindən başqa bildirmişdir ki, o iddia ərizəsini imzalamışdır, amma imzası aldatma yolu ilə alınmışdır, habelə qeyd etmişdir ki onun imzası sırf liftin ləğv edilməsi üçün olmuşdur, lakin məhkəməyə müraciət üçün yox. Məhkəmə bu absurd və özü-özünə zidd izahata düzgün hüquqi məntiqi qiymət verməyərək onun barəsində xüsusi qərardad çıxararaq işi araşdırması üçün Baş Prokurorluqa göndərmişdir. Eyni zamanda, məhkəmə liftin qanunsuz məhdudlaşdırmasını yalnız iddiaçılara münasibətdə ləğv etmişdir, baxmayaraq ki, bu tələb tamamilə təmin edilməklə, həmin ünvanda yaşayan digər sakinlərə münasibətdə də təmin edilməli idi. Bütün göstərilən hallar məhkəmənin qeyd edilən iş üzrə qərəzsizliyinə şübhə salır. Eyni zamanda vəkil ilə müqavilə bağlayaraq qeyd edilən iş üçün 800 manat xərc çəkmişdir. Məhkəmə iddianı qismən, yəni ½ hissəsində təmin etmişdir. Qeyd edilən halda məhkəmə xərcləri təmin edilmiş hissədə cavabdehdən tutulmalıdır. Lakin məhkəmə düzgün riyazi hesablama aparmayaraq, vəkil üçün çəkilmiş 800/2=400 manat kimi qiymətləndirməməklə, digər formada bölgü-hesablama apararaq 300 manat tutularaq iddiaçı iddiaçı9 xeyrinə tutulmasını qət etmişdir. Qeyd edilən mənzil üzrə yaşadığı bütün dövr üzrə bütün kommunal ödənişləri vaxtında tam formada həyata keçirmişdir, həmin qəbzləri də iş materiallarına əlavə edir.
6. İddiaçı iddiaçı6 apellyasiya şikayəti vermiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e- *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin iddia tələbinin “kommunal xidmətlərinin artırılmasının qanunsuz hesab edilməsi“ hissəsinin ləğv edilməsi və iddia tələbinin bu hissədə təmin edilməsi, qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 43, 44, 128, 137, 142; Mülki Prosessual Məcəlləsinin 9.2, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmənin mövqeyi işin faktiki hallarına və hüquqi normalara uyğun deyildir. 1. Kommunal xidmətlərinin 40 qəpikdən 60 qəpiyə artırılması barədə xxxx MMMC-nin ##.##.2023-cü il tarixli “Protokolu” cavabdeh tərəfindən təqdim olunmuşdur. İşə əlavə olunmuş Ədliyyə Nazirliyinin qeyri-kommersiya qurumlarının reyestrdən çıxarışına əsasən Cavabdeh MMMC 23.10.24-cü il tarixli 1124MM11-0320 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. AR Mülki Məcəlləsinin 44.1-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. 23.10.24-cü il tarixdə yaradılmış hüquqi şəxs olan Cavabdeh MMMC tərəfindən təqdim olunmuş ## ##### 2023-cü il tarixli “Protokol” sübut kimi qəbul edilməzdir. 2. Məhkəmə qətnaməsində qeyd edir ki, kommunal xidmətlər haqqının 0,40 manatdan 0,60 manata artırılması MMMC-nin ##.##.2023-cü il tarixli qərarı əsasında həyata keçirilmiş, gündəlikdə duran məsələ səs verməyə qoyulmuş və yekdilliklə qərar qəbul etmişdir. ##.##.2023-cü il tarixli “Protokol”da hansı təşkilat tərəfindən, hansı qərara əsasən tərtib olunması barədə heç bir məlumat əks olunmamışdır. Belə ki, sahə mülkiyyətçilərinin həmin tarixdə ümumi iclasının keçirilməsi, gündəlik məsələnin nədən ibarət olması, iclasın keçirilməsi üçün yetərsay olub-olmaması, “Protokol”da qeyd olunan şəxslərin adı, soyadı, ata adı, FİN-ləri, ünvanları ilə bağlı hər-hansı məlumat müəyyən etmək mümkün olmamışdır. Sözü gedən əmlak – iki çoxmərtəbəli binadan və 220 mənzildən ibarətdir. AR Mənzil Məcəlləsinin 44.3-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı ümumi səslərin əllidən çox faizinə malik olan sahə mülkiyyətçiləri və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətlidir (yetərsay yaranır). “Protokol” da qeyd olunan sahə mülkiyyətçilərinin sayı 114 nəfər göstərilmişdir. Protokola nəzər yetirdikdə, müəyyən olunur ki, sənəddə göstərilən şəxslərin bir hissəsi sahə mülkiyyətçiləri deyildir, bəzilərinin imzaları eynidir, bəzilərinin imzaları isə mövcud deyildir. Ümumiyyətlə bu siyahıda göstərilən şəxslərin məhz sözü gedən çoxmənzilli binaların sahə mülkiyyətçiləri (və ya Cəmiyyətin iştirakçıları) olduqları müəyyən olunmamışdır. Belə ki, “Protokol”da sıra nömrə 2 və 3 və 61 ilə qeyd olunan – X3, Kərimzadə Gülnar İlham, Kərimzadə Nicat müvafiq olaraq X10 (sıra nömrə 1) ailə üzvləridir (3) , sıra nömrə 8 və 36 da – X2 adı təkrarlanıb və 8 sıra nömrəsi üzrə soyadın qarşısında imza yoxdur (1) , sıra nömrə 35 və 36 – Osmanov Samir və Osmanov Arif- ailə üzvləridir (1) , sıra nömrə 11 və 65 – Babayev Dmitriy adı təkrarlanıb – (1) , sıra nömrə 33 və 34 – Ağayeva Elmira və Ağayev Asif – eyni imza çəkilib (1), sıra nömrə 37 və 38 – Məmmədov Ümüd və Məmmədova Gülqədəm – ailə üzvləridir – (1), sıra nömrə 39 - Mustafayeva Tamilla – imzası yoxdur – (1) və (2 dəfə qeyd edilib 39 və 102 nömrə ilə), sıra nömrə 44 – İmaməliyev İlham – imza yoxdur – (1), sıra nömrə 45 və 46 – Qurbanova Səbinə və Babayeva Durdanə - eyni imza çəkilib – (1) , sıra nömrə 5 və 47 – Məmmədov Ənsər və Məmmədova Aygün - qaynata-gəlin – (1), sıra nömrə 23, 51,52 ,53 – Həsənova Səbinə, Həsənov Fuad, Həsənov Faiq və Həsənova Ayna – ailə üzvləridir – (3), sıra nömrə 54, 55 , 56 – Əhmədova Raya, Əhmədova Samirə və Əhmədov Əli – ailə üzvləridir – (2), sıra nömrə 57,58,59, 71, 72 – Həsənova Nəzakət, Həsənov Əli, Həsənova Pərvanə, Həsənov Əziz, Həsənova Mehri - ailə üzvləridir – ( 4 ), sıra nömrə 78 və 79 – Quliyev Namiq, Quliyeva Ləman - ailə üzvləridir- (1) , sıra nömrə 80, 81 - Mirzəzadə Şövkət və Mirzəzadə Namiq – ailə üzvləridir – (1), sıra nömrə 88 – Kamran – soyadı qeyd olunmayıb (1), sıra nömrə 89 – Məmmədova – ad qeyd olunmayıb (1), sıra nömrə 91 və 92,93 - Əliyev Tərlan , Əliyeva Şəhla, Əliyeva Samirə– ailə üzvləridir – (2) , sıra nömrə 83 – adını müəyyən etmək olmur – imza yoxdur – (1), sıra nömrə 20, 67,68 - Mikayılzadə Eldar, Mikayılzadə Fidan, Mikayılzadə Samirə - ailə üzvəridir- (2) , sıra nömrə 97,98 – İskəndərov Qəhrəman, İskəndərova Nərminə - ailə üzvləridir, eyni imza – (1) , sıra nömrə 109,108 – İsmayılov Rauf, İsmayılova Ülkər – ailə üzvləridir, (1) , sıra nömrə 112, 113 – Əliyeva Nigar, Əliyev Elşad – ailə üzvləridir, (1), sıra nömrə 103 – qeyd edilənin adı yoxdur, soyadı oxunmur (1), sıra nömrə 29 – Əliyev Əlikişi – imza ona məxsus deyil (1). “Protokol”da göstərilən 114 nəfərdən 35 nəfəri - sahə mülkiyyətçilərinə aid olmayan şəxslər olduqları müəyyən olunmuşdur.Beləliklə, kommunal xidmət haqlarının artırılması ilə bağlı hər hansı ümumi iclası keçirilməməsi və “Protokol”un formal, qüsurlu, ciddi uyğunsuzluqlarla tərtib olunması açıq-aşkar görünür. Bundan əlavə, cavabdeh təşkilatın nümayəndəsi ##.##.2025-ci il tarixli məhkəmə iclasında (bax m/i protokoluna) bildirmişdir ki, 01 aprel tarixindən kommunal haqlarının artırılması “xxxx” MMCnin tərəfindən məcbur edilmişdir, o da 114 nəfər sakinlərin imzasını toplamışdır. Beləliklə, cavabdehin bildirdiyinə görə kommunal haqların artırılması sahə mülkiyyətçilərinin qərarı deyil,” xxxx” MMC-nin göstərişi olmuşdur. Məhkəmə bu xüsusatları məhkəmə iclasında araşdırmamış və hüquqi qiymət verməmişdir. Məhkəmənin gəldiyi nəticə işdə olan sübutlarla öz təsdiqini tapmamışdır və aşağıda göstərilən hüquq normalarına ziddir. “V.Ələsgərovanın şikayəti üzrə” Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci il ## ###### tarixli Qərarında qeyd edilir ki, “ kommunal xidmətlərinin ödənilməsi vəzifəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu, xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir.” Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır, cəmiyyətin idarə heyətinin səlahiyyətlərinə aid olan məsələləri həll etmək hüququna malikdir (Mənzil Məcəlləsinin 125.1 və 125.4-cü maddələri). Həmin Məcəllənin 125.2.4-cü maddəsinə müvafiq olaraq isə cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək ümumi yığıncağın müstəsna səlahiyyətidir. AR Mənzil Məcəlləsinin 126.9cu maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının təşkili, keçirilməsi, səsvermə, qərar qəbul edilməsi və digər məsələlərlə bağlı bu Məcəllənin 44-47-ci maddələrinin müvafiq müddəaları bu maddənin xüsusiyyətləri nəzərə alınmaqla tətbiq edilir. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları araşdırmamışdır, uyğunsuzlulara hüquqi qiymət verməmişdir. 3. Məhkəmə qətnaməsində qeyd edir ki, ”hətta iddiaçılardan iddiaçı6 da bu qərarla razı olduğunu qərarın sonunda imza etməklə bildirmişdir. İddiaçılar müvafiq qərarı bəyənməklə 2023-cü ildən başlayaraq son aylaradək xidmət haqqını qərarda müəyyələşdirilmiş məbləğdə ödəmişlər, iddiaçı iddiaçı9 ilə cavabden arasında yaranmış münaqişədən sonra xidmət haqqını mübahisələndirmək qərarına gəldiyini bildirmiş və digər iddiaçılar da buna qoşularaq iki ilə yaxın müəyyənləşdirilmiş tariflə ödədikləri məbləğin azaldılmalı olması iddiasını irəli sürmüşlər. İşə əlavə olunmuş məhkəmə baxış iclasının audio-video yazısından görünür ki, iddiaçı iddiaçı6 izahatında göstərmişdir ki, cavabdeh kommunal xidmətlərin 20 qəpikdən 40 qəpiyə artırılmasını bildirərək, bir vərəqə imza atmasını demiş, iddiaçı imtina etmişdir, cavabdeh isə “sənə aid deyil, sən qol çək” dedikdə, iddiaçı həmin vərəqə imza atmışdır. İki aydan sonra, cavabdeh ona bildirmişdir, sən də 40 qəpikdən ödəməlisən, həmin vaxtdan iddiaçı kommunal haqqını 40 qəpikdən ödəməyə başlamışdır.” (məhkəmə iclasının protokoluna qeydlər aparıldıqdan sonra, bu ifadələr məhkəmə tərəfindən əlavə edilmişdir). Bu halı iddiaçının kommunal ximdətlərin ödəniş qəbzlərindən də müəyyən etmək mümkündür. Belə ki, ##.##.2024-cü il tarixli ****** saylı mədaxil qəbzindən görünür ki, 81 kv.m. olan M-*** nömrəli mənzilin kommunal haqqı 40 qəpikdən hesablanmaqla 2024-cü ilin avqust sentyabr ayları üçün (hər ayı 32 manat təşkil edir) 64 manat ödənilmişdir, eyni qaydada 2025-ci ilə aid qəbzlər də vardır (qəbzlər əlavə edilir). İddiaçı iddiaçı6 kommunal xidmətlərin 60 qəpiyə artırılmasını “bəyənmiş” və “Protokol”u bu əsasla imzalamışsa, niyə bu illər ərzində 40 qəpikdən ödəniş etmiş, cavabdeh isə yazdığı mədaxil qəbzində kommunal xidmətinin miqdarını 40 qəpik olduğunu təsdiq etmişdir? İddiaçının kommunal borcu olması barədə rəsmi qaydada xəbərdarlıq (bildiriş) göndərilib - göndərilməməsi halları da aydınlaşdırılmamışdır. Bu xüsusatlar məhkəmə iclasında araşdırılmamış və məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmayaraq, nəticədə əsassız qərar qəbul edilməsinə gətirib çıxarılmışdır. 4. Məhkəmə kommunal xidmət haqqlarının artırılması ilə bağlı müvafiq araşdırma aparmamış, cəmiyyətin mənzil qanunvericiliyinə uyğun şəkildə müvafiq il üçün xərclər və gəlirlər smetasının və maliyyə fəaliyyəti haqqında hesabatın tərtib edilməməsinə, onların təsdiq olunmaq üçün cəmiyyətin iştirakçılarının ümumi yığıncağına təqdim edilməməsinə və bununla mənzil qanunvericiliyinin normalarına riayət edib-edilməməsinə hüquqi qiymət verməmişdir. AR Mənzil Məcəlləsinin 128.0.3.-cü maddəsinə əsasən cəmiyyətin idarə heyətinin vəzifələrindən biri - müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etməkdir. 5. AR Mənzil Məcəlləsinin 137.5-ci maddəsinə əsasən Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. Hüquq normasından göründüyü kimi, hər bir sahə mülkiyyətçisi ilə Cəmiyyət arasında kommunal xidmətlərinin göstərilməsinə dair yazılı müqavilə imzalanmalıdır. İddiaçı iddiaçı6 ilə cavabdeh təşkilat arasında kommunal xidmətlərinin ödənilməsinə ( və ya xidmət haqqının artırılmasına) dair hər hansı müqavilə mövcud deyildir. Məhkəmə bu halı da nəzərə almamış və qanunvericiliyin tələbinin pozulmasına qiymət verməmişdir. 6. Cavabdeh təşkilat tərəfindən təqdim olunmuş ##.##.2023-cü il tarixli “Protokolu”nda qeyd edilir ki, “... Pilot layihə sakinləri 1 kv.m. ödənilən aylıq pulu 0,20 qəpikdən 0,40 qəpiyə, qeyd olunan ünvanda mənzil almış sakinlər isə 1 kv.m. kommunal ödənilən aylıq pulu 0,40 qəpikdən 0,60 qəpik olması qərara alınmışdır.” AR Mənzil Məcəlləsinin 142.4-cü maddəsinə əsasən çoxmənzilli binanın idarə edilməsi müqaviləsində binanın bütün mülkiyyətçiləri (kirayəçiləri, istifadəçiləri) üçün eyni şərtlər müəyyən edilir və mülkiyyətçilər (kirayəçilər, istifadəçilər) tərəfindən ödənilən haqqın miqdarı yalnız yaşayış sahəsinin ölçüsünə mütənasib olan ümumi əmlakın saxlanmasına çəkilən xərclərdəki iştirakdan və faktiki istifadə edilmiş kommunal xidmətlərin miqdarından asılı olaraq fərqlənə bilər. Mənzil qanunvericiliyinin tələbinə görə, kommunal xidmətlərinin ödəniş məbləğlərində “Protokol”da göstərilən əsasla fərqləndirilə bilməz, bu sahə mülkiyyətçilərə münasibətdə ayrıseçkiliyə yol verilməsi kimi qiymətləndirilməlidir. “V.Ələsgərovanın Ali Məhkəmənin MK-nın ## ##### 2015-ci il tarixli qərarından şikayəti üzrə” bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmələr qərar çıxararkən qanuna və obyektiv sübutlara əsaslanmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu daha sonra qeyd edir ki, çoxmənzilli binaların idarə edilməsinin əsas şərtlərinin mənzil qanunvericiliyi ilə kifayət qədər aydın və hərtərəfli tənzimlənməsinə baxmayaraq, təcrübədə kommunal xidmətlərin göstərilməsi ilə bağlı mübahisələrin yaranması əsasən həmin binaların idarə olunmasında qanunvericiliyin tələblərinə riayət edilməməsindən irəli gəlir. Hüquq normasından göründüyü kimi hər bir sahə mülkiyyətçisi ilə Cəmiyyət arasında kommunal xidmətlərinin göstərilməsinə dair yazılı müqavilə imzalanmalıdır. İddiaçı iddiaçı6 ilə cavabdeh təşkilat arasında kommunal xidmətlərinin ödənilməsinə (və ya xidmət haqqının artırılmasına) dair hər hansı müqavilə mövcud deyildir. Məhkəmə bu halı da nəzərə almamış və qanunvericiliyin tələbinin pozulmasına qiymət verməmişdir. Məhkəmə kommunal xidmət haqlarının artırılması ilə bağlı müvafiq araşdırma aparmamış, cəmiyyətin mənzil qanunvericiliyinə uyğun şəkildə müvafiq il üçün xərclər və gəlirlər smetasının və maliyyə fəaliyyəti haqqında hesabatın tərtib edilməməsinə, onların təsdiq olunmaq üçün cəmiyyətin iştirakçılarının Ümumi yığıncağına təqdim edilməməsinə və bununla mənzil qanunvericiliyinin normalarına riayət edib-edilməməsinə hüquqi qiymət verməmişdir. “V.Ələsgərovanın şikayəti üzrə” Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci il ## ###### tarixli Qərarında qeyd edilir ki, “ kommunal xidmətlərinin ödənilməsi vəzifəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu, xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir.” Məhkəmə qətnamədə qeyd edir ki, “... gündəlikdə duran məsələ səs verməyə qoyulmuş və yekdilliklə qərar qəbul etmişdir”. Məhkəmə sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilib-keçirilməməsi, kim tərəfindən keçirilməsi, səs vermənin olub-olmaması, kimlərin iştirak etməsi, cavabdeh təşkilatın həmin dövrdə fəaliyyət göstərib-göstərməməsi hallarını araşdırmamışdır. Göründüyü kimi, bu maddi hüquq normaların tələbləri pozulmuşdur. Kommunal xidmətlərinin 40 qəpikdən 60 qəpiyə artırılması barədə Cavabdeh MMMC-nin ##.##.2023-cü il tarixli “Protokolu” cavabdeh tərəfindən təqdim olunmuşdur. İşə əlavə olunmuş Ədliyyə Nazirliyinin qeyrikommersiya qurumlarının reyestrdən çıxarışına əsasən “xxxx MMMC” 23.10.24-cü il tarixli 1124-MM11-0320 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. 23.10.24-cü il tarixdə yaradılmış hüquqi şəxs olan “xxxx MMMC” tərəfindən təqdim olunmuş ## ##### 2023-cü il tarixli “Protokol” sübut kimi qəbul edilməzdir. Məhkəmə qətnaməsində göstərir ki, “iddiaçıların iddia tələbini əsassız sayaraq qeyd edir ki, kommunal xidmətlər haqqının 0,40 manatdan 0,60 manata artırılması MMMC-nin ##.##.2023-cü il tarixli qərarı əsasında həyata keçirilmişdir...” Məhkəmə, həmin dövrdə hüquqi şəxs kimi mövcud olmayan Cavabdeh MMMC-nin qərarına istinad etməklə, yuxarıda qeyd olunan hüquq normasının tələblərini pozmuşdur. Cavabdeh təşkilat tərəfindən təqdim olunmuş ##.##.2023-cü il tarixli “Protokolu”nda qeyd edilir ki, “... Pilot layihə sakinləri 1 kv.m. ödənilən aylıq pulu 0,20 qəpikdən 0,40 qəpiyə, qeyd olunan ünvanda mənzil almış sakinlər isə 1 kv.m. kommunal ödənilən aylıq pulu 0,40 qəpikdən 0,60 qəpik olması qərara alınmışdır.” Mənzil qanunvericilyinin tələbinə görə, kommunal xidmətlərinin ödəniş məbləğlərində “Protokol”da göstərilən əsasla fərqləndirilə bilməz, bu sahə mülkiyyətçilərə münasibətdə ayrıseçkiliyə yol verilməsi kimi qiymətləndirilməlidir. AR Konstitusiyasının 25-ci maddəsinin III-cü bəndnə əsasən Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. IV. Heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Bu xüsusatlara məhkəmə nəzərə almamışdır və qətnamədə bu hallara qiymət verməmişdir. Sahə mülkiyyətçilərinin həmin tarixdə ümumi iclasının keçirilməsi, gündəlik məsələnin nədən ibarət olması, iclasın keçirilməsi üçün yetərsayın olub-olmaması, “Protokol”da qeyd olunan şəxslərin adı, soyadı, ata adı, FİN-ləri, ünvanları ilə bağlı hər-hansı məlumat müəyyən etmək mümkün deyildır. Sözü gedən “Protokol” da qeyd olunan sahə mülkiyyətçilərinin sayı 114 nəfər göstərilmişdir. Protokola nəzər yetirdikdə, müəyyən olunur ki, sənəddə göstərilən şəxslərin bir hissəsi sahə mülkiyyətçiləri deyil, bəzilərinin imzaları eynidir, bəzilərinin imzaları isə mövcud deyildir. Ümumiyyətlə bu siyahıda göstərilən şəxslərin məhz sözü gedən çoxmənzilli binaların sahə mülkiyyətçiləri (və ya Cəmiyyətin iştirakçıları) olduqları müəyyən edilmır. 114 nəfərdən - 35 nəfəri yuxarıda göstərilən səbəblərlə sahə mülkiyyətçilərinə aid olmayan şəxslərdir. Göründüyü kimi, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri pozulmuşdur. Cavabdeh təşkilat məhkəmə iclası zamanı təqdim etdiyi sənədlər (2025-ci ilə aid sənədlər) iddiaçıya təqdim edilməmiş və bu sübutlar məhkəmə iclasında təhlil edilməmişdir. Məhkəmə qətnaməsində qeyd edir ki, ”hətta iddiaçılardan iddiaçı6 da bu qərarla razı olduğunu qərarın sonunda imza etməklə bildirmişdir . İddiaçılar müvafiq qərarı bəyənməklə 2023-cü ildən başlayaraq son aylaradək xidmət haqqını qərarda müəyyələşdirilmiş məbləğdə ödəmişlər , iddiaçı iddiaçı9 ilə cavabden arasında yaranmış münaqişədən sonra xidmət haqqıın mübahisələndirmək qərarına gəldiyini bildirmiş və digər iddiaçılar da buna qoşularaq iki ilə yaxın müəyyənləşdirilmiş tariflə ödədikləri məbləğin azaldılmalı olması iddiasını irəli sürmüşlər.” İşə əlavə olunmuş məhkəmə baxış iclasının audio-video yazısından görünür ki, iddiaçı iddiaçı6 izahatında göstərmişdir ki, cavabdeh kommunal xidmətlərin 20 qəpikdən 40 qəpiyə artırılmasını ona bildirərək, bir vərəqə imza atmasını demiş, iddiaçı imtina etmişdir, cavabdeh isə “sənə aid deyil, sən qol çək” dedikdə, iddiaçı həmin vərəqə imza atmışdır. İki aydan sonra, cavabdeh ona bildirmişdir, sən də 40 qəpikdən ödəməlisən, həmin vaxtdan iddiaçı kommunal haqqını 40 qəpikdən ödəməyə başlamışdır.” (məhkəmə iclasının protokoluna qeydlər aparıldıqdan sonra, bu ifadələr məhkəmə tərəfindən əlavə edilmişdir). Bu halı iddiaçının kommunal xidmətlərin ödəniş qəbzlərindən də müəyyən etmək mümkündür. Belə ki, ##.##.2024-cü il tarixli ****** saylı mədaxil qəbzindən görünür ki, 81 kv .m . olan M-*** nömrəli mənzilin kommunal haqqı 0,40 qəpikdən hesablanmaqla 2024-cü ilin avqust - sentyabr ayları üçün (hər ayı 32 manat təşkil edir) 64 manat ödənilmişdir, eyni qaydada 2025-ci ilə aid qəbzlər də vardır. (qəbzlər əlavə edilir). İddiaçı iddiaçı6 kommunal xidmətlərin 60 qəpiyə artırılmasını “bəyənmiş” və “Protokol”u bu əsasla imzalamışsa, niyə bu illər ərzində 40 qəpikdən ödəniş etmiş, cavabdeh isə yazdığı mədaxil qəbzində kommunal xidmətinin miqdarını 40 qəpik olduğunu təsdiq etmişdir? İddiaçının kommunal borcu olması barədə rəsmi qaydada xəbərdarlıq (bildiriş) göndərilib - göndərilməməsi halları da aydınlaşdırılmamışdır.
7. Cavabdeh apellyasiya şikayəti vermiş və apellyasiya şikayətini təmin etməklə, Nəsimi Rayon Məhkəməsinin ##.##.2026 – cü il tarixli e-*-(***)-****/**** nömrəli qətnaməsini qismən təmin edilmiş hissədə ləğv edib, iddia tələblərinin tam rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 44, 135, 136, 137, 141; Mülki Prosessual Məcəllənin 76.1, 77.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 43.2-ci maddəsində göstərilən məsələlərlə bağlı qərar qəbul etmək zərurəti yarandıqda ümumi yığıncaqlarını keçirməlidirlər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin ümumi sayının üçdə ikisindən az olmayan səs çoxluğu ilə qəbul edilən bu Məcəllənin 43.2.1-43.2.3-cü maddələrində nəzərdə tutulmuş qərarlar istisna olmaqla, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səsə qoyulmuş qərarları yığıncaqda iştirak edən ümumi səslərin səs çoxluğu ilə qəbul edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarları həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilmiş qaydada protokollarla rəsmiləşdirilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; Yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Yuxarıda qeyd olunan qanunverici normalardan müəyyən olunur ki, Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq ödəməlidirlər. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddiaçı9 apellyasiya şikayətini müdafiə etdiyini bildirmişdir.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddiaçı6 apellyasiya şikayətini müdafiə etdiyini bildirmişdir.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddiaçı6 nümayəndəsi vəkil vəkil1 apellyasiya şikayətini müdafiə etmiş və şikayətlə eyni məzmundan izahat verməklə təmin edilməsini məhkəmədən xahiş etmişdir.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi (qanuni təmsilçi) X9 apellyasiya şikayətini müdafiə etmiş, şikayətlə eyni məzmunda izahat verməklə şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
12. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçılar iddiaçı8, iddiaçı7, iddiaçı5 İbrahim oğlu, Atakişibəyli İlkin Mübariz oğlu, iddiaçı3, iddiaçı2 və iddiaçı1 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
14. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən: 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
15. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə əsasən: 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. 2.2. Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla olan şəxslər mülkiyyətçi, kirayəçi qismində və qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yaşamaq üçün yaşayış sahəsini sərbəst seçmək hüququna malikdirlər. 5.1. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. 5.2. Mənzilə orada yaşayanların razılığı olmadan daxil olmağa qanunla nəzərdə tutulmuş hallarda və qaydada qəza vəziyyəti, təbii fəlakət, kütləvi iğtişaş zamanı və ya fövqəladə xarakterli digər şəraitdə yalnız vətəndaşların həyatı və (və ya) onların əmlakının xilas edilməsi, onların şəxsi təhlükəsizliyi və ya ictimai təhlükəsizliyin təmin edilməsi, habelə cinayət törədilməsində şübhəli bilinən şəxslərin saxlanılması, törədilməsində şübhə olmayan cinayət faktlarının qarşısının alınması və ya törədilmiş cinayətin, yaxud baş vermiş bədbəxt hadisənin şəraitinin müəyyənləşdirilməsi məqsədilə yol verilir. 5.3. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. 38.1. Çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. 38.2. Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. 43.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. 43.2. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aşağıdakılar aiddir: 43.2.1. çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək; 43.2.2. çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək;43.2.3. çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək;43.2.4. çoxmənzilli binanın idarəetmə üsulunu seçmək;43.2.5. bu Məcəllə ilə çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlər. 44.1. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 43.2ci maddəsində göstərilən məsələlərlə bağlı qərar qəbul etmək zərurəti yarandıqda ümumi yığıncaqlarını keçirməlidirlər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilir.44.2. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı həmin mülkiyyətçilərin birinin təşəbbüsü ilə çağırıla bilər. 44.3. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı ümumi səslərin əllidən çox faizinə malik olan sahə mülkiyyətçiləri və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətlidir (yetərsay yaranır). Yetərsay olmadıqda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi üçün yenidən ümumi yığıncaq keçirilməlidir. 44.4. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi həmin binanın sahə mülkiyyətçilərinə yığıncağın keçirilməsi tarixinə ən azı on gün qalanadək onun keçirilməsi barədə məlumat verməlidir. Göstərilən müddət ərzində çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi barədə məlumat həmin binanın sahə mülkiyyətçilərinin hər birinə sifarişli məktubla (həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə bu məlumatın göndərilməsinin digər üsulu müəyyən edilməyibsə) və ya binanın sahə mülkiyyətçilərinin hər birinə imza ilə əlbəəl verilməli və ya binada ümumi yığıncağın qərarı ilə müəyyən edilmiş və bütün sahə mülkiyyətçiləri üçün əl çatan yerdə (yerlərdə) yerləşdirilməlidir.44.5. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi haqqında məlumatda aşağıdakılar göstərilməlidir: 44.5.1. yığıncağın çağırılması təşəbbüsünü irəli sürmüş şəxs barədə məlumat; 44.5.2. yığıncağın keçirilməsi forması (iclas və ya qiyabi səsvermə); 44.5.3. yığıncağın keçiriləcəyi tarix, yer və vaxt, yığıncaq qiyabi səsvermə yolu ilə keçirilirsə, səsverməyə qoyulmuş məsələlər üzrə mülkiyyətçilərin qərarının qəbulunun başa çatması tarixi və bu qərarın verilməli olduğu yer və ya ünvan; 44.5.4. yığıncağın gündəliyi; 44.5.5. yığıncaqda təqdim ediləcək məlumat və (və ya) materiallarla tanış olmaq qaydası və onlarla tanış olmaq yeri və ya ünvanı. 44.6. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən bu Məcəllənin XIII fəslinə uyğun olaraq mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradıldığı hallarda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı öz səlahiyyətlərini mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağına verilməsi barədə qərar qəbul edə bilər. Bu halda: 44.6.1. çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncaqları keçirilmir və bu yığıncaqlar yalnız çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin ümumi sayının yarısından çoxuna malik olan şəxslər tərəfindən çağırıla bilər; 44.6.2. bu Məcəllənin 45.6-cı maddəsinin müddəaları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağı barəsində öz qüvvəsini saxlayır. 128.0. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifələri aşağıdakılardır: 128.0.1. cəmiyyət tərəfindən qanunvericiliyə və cəmiyyətin nizamnaməsinə riayət edilməsini təmin etmək; 128.0.2.müəyyən edilmiş mütləq ödənişlərin və haqların cəmiyyət iştirakçıları tərəfindən vaxtında ödənilməsinə nəzarət etmək; 128.0.3. müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək; 128.0.4. çoxmənzilli binanı (binaları) idarə etmək və ya idarə olunmasına dair müqavilələr bağlamaq; 128.0.5. çoxmənzilli binaya (binalara) xidmət göstərmək üçün işçiləri işə qəbul etmək və işdən azad etmək; 128.0.6.çoxmənzilli binanın (binaların) ümumi əmlakına xidmətlərin göstərilməsi, onun təmiri və istismarı ilə əlaqədar müqavilələr bağlamaq; 128.0.7. cəmiyyət iştirakçılarının siyahısını, kargüzarlığı, mühasibat uçotunu aparmaq və maliyyə hesabatlarını tərtib etmək; 128.0.8. cəmiyyət iştirakçılarının illik və zəruri hallarda növbədənkənar ümumi yığıncağını çağırmaq və keçirmək; 128.0.9. qanunvericilikdən və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsindən irəli gələn digər vəzifələri yerinə yetirmək. 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.1. yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.2. dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan. 137.6. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər. 137.7. Bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər. 137.8. Yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər. 137.9. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. 138.5. Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil- tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. 141.1. Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir.141.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə;141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə. 141.3. Çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir.141.4. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Belə yığıncaqda bu Məcəllənin 141.5-ci maddəsinin müddəaları bələdiyyə tərəfindən sahə mülkiyyətçilərinin nəzərinə çatdırılmalıdır. 141.5. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir, bu şərtlə ki, bu Məcəllənin 141.4-cü maddəsinin tələbləri yerinə yetirilmiş olsun. Belə açıq müsabiqə açıq müsabiqənin nəticələri əsasında bağlanmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin qüvvədə olma müddəti başa çatanadək, həmin binanın idarə edilməsi üsulu seçilmədiyi halda da keçirilir. 141.6. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin keçirildiyi gündən on gün müddətində çoxmənzilli binanın bütün sahə mülkiyyətçilərini açıq müsabiqənin nəticələri və həmin binanın idarə edilməsi müqaviləsinin şərtləri barədə məlumatlandırır. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin nəticələri əsasında seçilmiş idarəedici təşkilatla bu Məcəllənin 141-1.2-ci maddəsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada həmin binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludur. 141.7. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu Məcəllənin 141.6-cı maddəsində nəzərdə tutulmuş çoxmənzilli binanın idarə edilməsi barədə müqavilənin başa çatmasına bir ay qalmışdan gec olmayaraq həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırır, bu şərtlə ki, idarəetmə üsulunun seçilməsi barədə qərar bu Məcəllənin 141.3-cü maddəsinə uyğun olaraq əvvəl qəbul edilməsin. 141.8. Çoxmənzilli binanın istənilən sahə mülkiyyətçisi bələdiyyə tərəfindən bu Məcəllənin 141.5-ci maddəsinin müddəalarına uyğun olaraq idarəedici təşkilatın seçilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. 141.9. Bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqə keçirilmədən çoxmənzilli binanın idarəetmə müqaviləsinin bağlanmasına o şərtlə yol verilir ki, göstərilən müsabiqə qanunvericiliyə uyğun olaraq baş tutmamış hesab edilsin. 141.10. Çoxmənzilli bina yalnız bir idarəedici təşkilat tərəfindən idarə edilə bilər.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə müvafiq olaraq: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 235.1. Yaşayış binasının tərkib hissələrinin mülkiyyətçiləri birgə mülkiyyətin yüklülüklərinin ödənilməsində və birgə idarəetmə xərclərində öz dəyər paylarına mütənasib surətdə iştirak etməlidirlər. Mülkiyyətçilərin haqları hesabına ödənilməli olan yüklülüklərə və xərclərə o cümlədən aşağıdakılar aiddir: 235.1.1. torpaq sahəsinin və yaşayış binasının birgə hissələrinin, habelə birgə konstruksiyalarının və qurğularının saxlanmasına, cari təmirinə və yeniləşdirilməsinə çəkilən xərclər; 235.1.2. idarəçiyə haqq ödənilməsi də daxil olmaqla, idarəetmə fəaliyyətinə çəkilən xərclər; 235.1.3. bütövlükdə yaşayış binasının tərkib hissələrinin mülkiyyətçilərindən tutulan ödənişlər və vergilər. 235.2. əgər birgə istifadə edilən müəyyən tikinti konstruksiyaları, qurğular mülkiyyətin ayrı-ayrı tərkib hissələrinə xidmət etmirsə və ya əhəmiyyətsiz dərəcədə xidmət edirsə, bunu xərclərin bölgüsündə nəzərə almaq lazımdır. 235.3. Yaşayış binasının tərkib hissəsinin hər hansı mülkiyyətçisi xərclər üçün haqları üç il ərzində ödəmədikdə yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin yığıncağı: 235.3.1. yaşayış binasının tərkib hissələrinə mülkiyyətdə onun payı üçün ipotekanı qeydə aldırmaq hüququna malikdir. İpotekanın qeydə alınmasını idarəçi və ya əgər o təyin edilməyibsə, əksəriyyətin qərarı ilə və ya məhkəmə tərəfindən vəkil edilmiş yaşayış binasının tərkib hissələrinin mülkiyyətçilərindən hər hansı biri və ödənilməmiş haqların girov kimi verildiyi kreditor tələb edə bilər; 235.3.2. yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin otaqlarında olan və onların avadanlıqla təchiz edilməsi və istifadəsi üçün nəzərdə tutulan daşınar əşyaları girov qoymaq hüququna malikdir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə (maddələrinə) əsasən: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
18. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Mülki Prosesual Məcəlləsinin 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətlərinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlillərində mübahisələndirilən qətnamə ilə müəyyən edilən halları təkzib edən sübutlar müzakirəyə təqdim edilməmişdir. İddiaçıların apelyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, sahə mülkiyyətçiləri binaya kommunal xidmətlər göstərilməsini cavabdehə tapşırmışlar və tərəflər binaya xidmət göstərilməsi ilə razılaşdırılmış hərəkətləri faktiki olaraq icra etmişlər və edirlər. Belə ki, binaya xidmət göstərilməsi ilə bağlı bir sıra işlərin cavabdeh tərəfindən həyata keçirilməsi, bu işlərin görülməsinin bir qayda olaraq sahə mülkiyyətçilərinin mənafeyinə uyğun olması və onların bu xidmətlərdən yararlanmaları mübahisəsizdir. Kommunal xidmətlər haqqının 0,40 qəpikdən 0,60 qəpiyə artırılması MMMCnin ##.##.2023-cü il tarixli protokolu əsasında həyata keçirilmiş, gündəlikdə duran məsələ səs verməyə qoyulmuş və yekdilliklə qərar qəbul edilmişdir və qanunvericiliyin tələbinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın “kommunal xidmət haqqının artırılmasının qanunsuz hesab edilməsi” hissəsinin təmin edilməməsi ilə bağlı mövqeyini Mənzil Məcəlləsinin 137.4cü maddəsinin tələblərini (Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər) nəzərə alaraq əsaslı hesab edir.
19. Cavabdehin apellyasiya şikayətindən görünür ki, iddiaçılar tərəfindən yaşayış sahəsindən və kommunal xidmətlərdən istifadəyə görə haqqın ödənilməməsi səbəbindən onların liftdən istifadəsinə məhdudiyyətlər qoyulmuşdur. Halbuki yuxarıda istinad olunan qanunvericilik normalarına əsasən mənzil mülkiyyətçisinin və istifadəçisinin istifadə etdiyi yaşayış sahəsinə görə və faktiki istifadə etdiyi kommunal xidmətlərə görə xidmət haqqlarının ödənilməsi vəzifəsi olduğu nəzərdə tutulmuş, lakin bu vəzifənin yerinə yetirilməməsinin onun mülkiyyətindən maneəsiz istifadəsinə məhdudiyyətlər qoyulmasına əsas olması və ixtisaslaşmış istehlak kooperativlərinin belə bir hüququnun olması nəzərdə tutulmamışdır. İxtisaslaşmış istehlak kooperativlərinin göstərdiyi xidmətlərin əvəzi könüllü ödənilmədiyi halda həmin xidmətlərin əvəzinin məhkəmə qaydasında tutulması barədə məhkəməyə müraciət etmək hüquqları vardır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı9, iddiaçı8, iddiaçı7, iddiaçı1 və iddiaçı6 münasibətdə Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov küçəsi, ev 12/16 ünvanda yerləşən çoxmərtəbəli binanın liftdən istifadə hüququna cavabdeh Cavabdeh MMMC tərəfindən qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması və Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov küçəsi, ev 12/16 ünvanda yerləşən çoxmərtəbəli binanın liftindən sərbəst istifadə etmələri üçün şərait yaradılması öhdəliyinin cavabdeh Cavabdeh MMMC-nin üzərinə qoyulmasında birinci instansiya məhkəməsinin mövqeyi əsaslıdır.
20. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərcləri onu ödəyən şəxslərə aid edilməlidir.
21. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçılar iddiaçı9, iddiaçı6 Musa qızı və cavabdeh Cavabdeh MMMC-nin apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.