Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-1432/2026 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI müəyyən etdi : Ərizəçi İddiaçı “şəxsin itkin düşmüş hesab edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, ## ###### 1938-ci il təvəllüdlü X3 xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ərizəçi İddiaçı (maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi * saylı Bakı “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi cəlb edilməklə) ## ###### 1938-ci il təvəllüdlü X3 xəbərsiz itkin düşmüş hesab edilməsi və xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanmasının 1985-ci ilin iyun ayının 1-dən başlanması barədə ərizəsi baxılmamış saxlanılaraq, ərizə əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmışdır. Həmin qərardaddan ərizəçinin vəkili və nümayəndəsi Vəkil şikayət verərək, Bakı şəhər Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizəçinin vəkili və nümayəndəsi Vəkil Bakı şəhər Xətai Rayon Məhkəməsinin e- *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından vermiş olduğu şikayəti geri qaytarılmışdır. Ərizəçi İddiaçı vəkili və nümayəndəsi Vəkil sözügedən qərardaddan şikayətin verilmə müddətinin bərpa edilməsi barədə vəsatət verərək, qərardaddan təkrar şikayət vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizəçi İddiaçı vəkili və nümayəndəsi Vəkil – Bakı şəhər Xətai Rayon Məhkəməsinin e-2(011)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməyərək, ərizəçi İddiaçı vəkili və nümayəndəsi Vəkil – Bakı şəhər Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından verdiyi şikayət geri qaytarılmışdır. Ərizəçi İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməsi barədə müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şikayət iş üzrə vəkil və nümayəndə Vəkil tərəfindən verilməmiş, şikayət özü tərəfindən verilmişdir. Bu hal birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Məhkəmə qəbul etdiyi qərardadda müddətin üzrsüz səbəbdən ötürüldüyünə istinad edərək qərardaddan şikayətin verilməsi üçün buraxılmış müddəti bərpa etməmişdir. Məhkəmə qəbul etdiyi qərardadda qeyd edir ki, iddiaçı tərəfindən müddətin ötürülməsinin üzrlü olmasına dair hər hansı şübhədən kənar mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bununla əlaqədar qeyd olunmalıdır ki, ərizənin baxılmamış saxlanılması barədə ##.##.2026-cı il il tarixli, e-*(***)-****/**** saylı qərardaddan şikayətin verilməsi üçün şikayətə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin əlavə edilməməsi iradəsindən asılı olmamış (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ## ### 2008-ci il tarixli Plenum qərarı: müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın mövcuddur), müddətinin buraxılması səhlənkarlığı səbəbindən olmamışdır, məlumatsızlığı ilə əlaqədar olmuşdur, ərizənin baxılmamış saxlanılması barədə sözügedən qərardaddan şikayətin verilməsi üçün dövlət rüsumunun tələb olunmasından məlumatsız idi (Dövlət rüsumu haqqında Qanununda “iddianın baxılmamış saxlanılması” barədə qərardaddan şikayət verilməsi üçün rüsum qeyd edilsə də, ele hesab etmişdir ki, hazırki iş üzrə tərəfindən iddia qaldırılmamışdır, tərəfindən məhkəməyə hüquqi faktın müəyyən edilməsi barədə ərizə verilmiş, həmin ərizə məhkəmənin qərardadı ilə baxılmamış saxlanılmışdır, məhz ərizənin baxılmamış saxlanılması barədə qərardaddan şikayətin verilməsi üçün dövlət rüsumunun nəzərdə tutulması adıçəkilən Qanunda qeyd edilməmişdir və bu cür qərardaddan şikayətin verilməsi üçün dövlət rüsumunun tələb olunmasından məlumatsız idi). ##.##.2026-cı il tarixli e-*(***)-****/**** saylı qərardadda göstərilən halları aradan qaldıraraq tərəfindən 50 azn manat dövlət rüsumu ödənilmişdir. Halbuki qanunvericilikdə də şikayətə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmadıqda və bu hal aradan qaldırıldıqda şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilməsi göstərilmişdir. Lakin, məhkəmə nəticədə şikayətin qaytarılmasına səbəb olan çatışmazlıqları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququndan məhrum etmişdir ki, bu da məhkəmə müdafiəsi hüququnun konstitusion mahiyyəti və təyinatı ilə uzlaşmır. Ərizəçinin şəxsiyyəti ilə bağlı hallara görə müddətin ötürülməsi səbəbini məhkəmə müstəsna hal kimi üzrlü hesab etməli, müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir (müstəsna halda üzrlü səbəblərə hüquqi məlumatsızlığı (rüsumun ödənilməsindən məlumatsızlığı) aid etmək olar). Bundan əlavə o da qeyd olunmalıdır ki, məhkəmə ##.##.2026-cı il tarixli e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadını elektron kabinetə ##.##.2027-ci il tarixdə yerləşdirmişdir (bu barədə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən çıxarış şikayətə əlavə olunur). Bu da birbaşa prosesual qanunvericiliyin tələblərinə ziddir (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 266.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim müvəqqəti təminat tədbirləri haqqında qərardadı çıxardıqdan sonra dərhal, digər qərardadları isə 5 (beş) gün müddətində elektron imzası ilə təsdiq etməklə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir). O da qeyd olunmalıdır ki, ##.##.2026-cı il tarixdə verilən şikayətə münasibətdə qəbul edilən ##.##.2026-cı il tarixli e*(***)-****/**** saylı Qərardad elə həmin gün “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsi məhkəmə tərəfindən təmin edilmiş olsa idi, sözügedən qərardadda göstərilən halı (tərəfindən 50 azn manat dövlət rüsumunun ödənilməsi) zamanında aradan qaldırmaq mümkün olardı və nəticədə müddətin bərpa edilməsi barədə ərizəni məhkəməyə təqdim etməyə lüzum olmazdı. Hesab edir ki, məhkəmə müdafiə hüququnun konstitusion mahiyyətini və təyinatını hərtərəfli və tam baxaraq qiymətləndirməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qanunverici müddətin buraxılma səbəbinin üzrlü hesab edildiyi halda onun bərpası qaydasını müəyyən etsə də, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün hansı səbəbin üzrlü hesab olunmasını məhkəmənin mülahizəsinə buraxmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən aydın olur ki, yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmasın. Avropa Insan Hüquqları Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin Ispaniyaya qarşı” iş üzrə ## ###### 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin hüquqlarının müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Prosessual müddətlərə əməl edilməsinin rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu tərəfləri vaxtında öz hüquqlarını həyata keçirməyə məcbur edir, həmçinin hüquq münasibətlərində qeyrimüəyyənliyin aradan qaldırılmasına xidmət edir. Qanuni əsas olmadan buraxılmış prosessual müddətin bərpa olunması “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə də uyğun olmamaqla, son nəticədə ədalətli məhkəmə araşdırması hüquqununun pozulması ilə nəticələnə bilər. Məhkəmə qərarlarından şikayət verilməsi üçün konkret müddətlərin müəyyən edilməsinin məqsədlərindən biri də elə bundan ibarətdir. Iş materiallarından göründüyü kimi, Bakı şəhər Xətai Rayon Məhkəməsinin e-2(011)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ərizəçinin vəkili və nümayəndəsi Vəkil elektron kabinetinə ##.##.2026-cı il tarixdə yüklənmişdir. Cavabdeh tərəfindən şikayətin verilməsi üçün son müddət ## ###### 2026-cı il olmuş, ilkin şikayət rüsum ödənilmədən ##.##.2026-cı il tarixdə verilmişdir. Təkrar şikayət ##.##.2026-cı il tarixdə verilmişdir. (müddətin bərpası vəsatəti əlavə edilməklə). Ərizəçi tərəfindən müddətin ötürülməsinin üzrlü olmasına dair hər hansı şübhədən kənar mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Şikayət vermək hüququ həmin şikayətin vaxtlı-vaxtında və zəruri formada verilməsi öhdəliyinə bağlıdır. Hər iki şərt ödənildikdə şikayət mümkün hesab edilə bilər. Şikayət vermə müddətində bu tələblərə riayət edilməmiş və bunun üzrlü səbəbdən baş verməsi iş materialları ilə təsdiq edilmir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, prosessual müddətin bərpasına dair ərizəçinin göstərdiyi dəlillər üzrlü hal kimi qiymətləndirilmədiyindən, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ərizəçi İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanısın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-6)-1432/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-1432/2026
29.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver