Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-1496/2026 28.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdehlər Allahyarov İlham İbrahim oğluna və cavabdeh1 qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından cavabdehlər tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Allahyarov İlham İbrahim oğluna və cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə əsassız varlanmaya görə 556116 manat, 41708,7 manat faiz, 20000 manat mənəvi zərər omaqla, ümumilikdə 599824,7 manat pul vəsaitinin, həmçinin ödənilmiş 890 manat dövlət rüsumunu tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh1 xeyrinə 30000 manat, İlham Allahyarovun xeyrinə 30000 manat olmaqla, ümumilikdə 60000 manat mənəvi zərərin Nurəddin Bayramovdan tutulması, 2018-ci il buraxılışlı “Mercedes Benz E350 minik” markalı, ** OU *** dövlət qeydiyyat nişanlı avtomobilinin dəyərinin İlham Allahyarova ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə (hakim Mehriban Əfəndizadə) qarşılıqlı iddianın ictaata qəbul edilməsindən imtina olunmuşdur. Cavabdeh həmin qərardadından şikayət vermiş, şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Prosessual məsələlər: İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır Hüquqi məsələlər: Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. MPM-in 155.1-ci maddəsinin tələbinə görə cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. MPM-in 155.2-ci maddəsinə əsasən bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. MPM-in 154.1 və 155.1-ci maddələrinin sistemli təhlili göstərir ki, qarşılıqlı iddianın məhz cavabdehin ilkin etiraz müddəti daxilində verilməsinin əsas məqsədi mülki prosesdə konsentrasiya və prosessual qənaət prinsiplərinin təmin edilməsidir. Burada məqsəd tərəflərin mübahisəyə dair bütün əsas tələblərini, etirazlarını və hüquqi mövqelərini prosesin ilkin mərhələsində açıqlamasından ibarətdir. Bu yanaşma məhkəmənin işin predmetini əvvəlcədən tam müəyyən etməsinə, sübutetmə predmetini formalaşdırmasına və işə səmərəli hazırlaşmasına imkan yaradır. Əks halda, qarşılıqlı iddianın istənilən mərhələdə verilməsi prosesin uzanmasına, əlavə sübutların toplanmasına, məhkəmə baxışının təxirə salınmasına və tərəflərin prosessual hüquqlarının balansının pozulmasına səbəb ola bilər. Digər tərəfdən, həmin müddət məhdudiyyəti iddiaçının müdafiə hüququnun təmin olunmasına da xidmət edir. Buna görə də qanunverici qarşılıqlı iddianın vaxtında təqdim edilməsini yalnız formal prosessual tələb kimi deyil, həm də çəkişmə prinsipinin, tərəflərin bərabərliyinin və məhkəmə baxışının ağlabatan müddətdə başa çatdırılması məqsədinin təminat vasitəsi kimi nəzərdə tutmuşdur. İşdə olan sənədlərdən (məhkəmə iclas protokolları, bildirişlər və s.) görünür ki, məhkəmənin hazırlıq iclası ## ###### 2025-cı il tarixə təyin olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri, həmçinin hüquq və vəzifələrin izahına dair bildiriş cavabdehlərin ünvanına göndərilmiş, həmin iclasda cavabdeh tərəf iştirak etmiş, lakin qarşılıqlı iddia verilməmişdir. Bununla yanaşı, qarşılıqlı iddia həmin tarixdən etibarən 20 gün müddət ərzində də verilməmiş, uzun müddət sonra yəni ## ###### 2026-cı il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ünvanlamışdır. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq qarşılıqlı iddianın vaxtında verilməməsi əsası ilə onun qəbulundan imtina etmişdir. İşdən açıq aydın göründüyü kimi, cavabdeh tərəf iddianın mahiyyətindən hələ ## ###### 2025-ci il tarixədək məlumatlı olmuş, lakin qarşılıqlı iddianı qanunla nəzərdə tutulmuş müddət ərzində verməmiş, bunun onlardan asılı olmayan səbəblərdən baş verməsi və ya qarşılqılı iddianın verilməsi əsaslarının sonradan məlum olması ilə bağlı isə hər hansı sübut təqdim olunmamışdır. Şikayətdə göstərilən dəlillər isə vaxtında verilməmiş qarşılıqlı iddianın qəbul edilməsi üçün əsas ola bilməz. Beləliklə, qarşılıqlı iddianın qəbul edilməsi üçün əsasların mövcudluğu müəyyən edilmir. Şikayətin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı qəbul etməməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, qarşılıqlı iddianın qaytarılması, maraqlı şəxsin müvafiq tələblə müstəqil qaydada məhkəməyə müraciət etmək imkanını istisna etmir. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı İddiaçı cavabdehlər Allahyarov İlham İbrahim oğluna və cavabdeh1 qarşı “pul tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından cavabdehlər tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-6)-1496/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-1496/2026
28.04.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver