Məhkəmə qərarları › İş №e-2(3-6)-1501/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1501/2026

07.07.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycanșRespublikasıșadından Qətnamə Bakıșşəhəri İşș№șe-2(3-6)-1501/2026 07.07.2026 BAKIșAPELLYASIYAșMƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Ismayılov Nigar Kamran qızına qarşı “mənzildənșçıxarılmașvəșsairștələbișbarədə”șiddiasınașdairșmülkișişșüzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Nərmin Ramiz qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli qətnamədən cavabdeh cavabdeh2 verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun nümayəndələri (atası) Ismayılov Rafiq Ismayıl oğlunun və (vəkili) vəkil1, iddiaçı İddiaçı vəkili (nümayəndəsi) vəkil2 iştirakı iləșaçıqșməhkəməșiclasındașbaxaraq MÜƏYYƏNșșșETDI: a) iddia tələbi haqqında məlumat

1. Iddiaçı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi haqqında” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan və Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, bina 20 (son dəyişikliklərə əsasən bina 20 “A”) yerləşən ** saylı mənzildən ər-arvad olan cavabdehlərin, onların azyaşlı övladı Əminənin və onlara məxsus əşyaların çıxarılması, mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə, cavabdehlərin barəsində cinayət təqibinin başlanması üçün isə xüsusi qərardad qəbul edilməsinișxahişșetmişdir.ș

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil iddiaçı tərəfindən ##.##.2005-ci il tarixdə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınmışdır. Mənzil əvvəlcə cavabdeh cavabdeh2 əmisi oğlu X2 tərəfindən qanunsuz zəbt edilmiş, lakin iddiaçının iddiasına əsasən *(***)-****/**** saylı mülki işə baxmış Xətai Rayon Məhkəməsi ##.##.2012-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini Ramin Ismayılovun mənzildən çıxarılmasını, mənzilin iddiaçıya təhvil verilməsini qət etmişdi. Son nəticədə qətnamə qüvvəyə minmiş, qətnamə əsasında verilmiş “Icra vərəqəsi” ##.##.2016-cı il tarixdəșicraședilmiş,șmənzilșboşaldılaraqșiddiaçıyaștəhvilșverilmişdir. Mübahisəli mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsindən sonra cavabdeh cavabdeh2 atası (hazırkı işdə sonuncunun nümayəndəsi) X2 mənzilin qapısının yan hissəsində yerləşən daş divarı qanunsuz sökərək mənzilə daxil olmuş və orada yaşamağașbaşlamışdır.ș Bununla əlaqədar iddiaçı tərəfindən hüquq-mühafizə orqanlarına müraciətlər edilmiş,șhəmçininșRafiqșIsmayılovunșmənzildənșçıxarılmasıșbarədəșiddiașqaldırılmışdır.ș Xətai Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Rafiq Ismayılovun mübahisəli mənzildən çıxarılması qət edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2021-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası isə ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə apellyasiya instansiya məhkəməsininșqətnaməsinișdəyişdirmədənșsaxlamışdır.ș Bu qətnamənin icrası zamanı yalnız həmin iş üzrə borclu Rafiq Ismayılovun mənzildən çıxarıldığı, onunla yaşayan ailə üzvlərinin və digər şəxslərin çıxarılması barədə məhkəmə aktında göstəriş olmadığını əsas gətirən icra məmuru qətnamənin həmin hissədəșicrasınıștəminșetməmişdir. Sonradan qətnamənin icrası ilə bağlı yaranmış çətinliklərin aradan qaldırılması məqsədilə əvvəlcə Xətai Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə Rafiq Ismayılovun ailə üzvlərinin, yəni oğlunun – hazırkı iş üzrə cavabdeh cavabdeh2 və sonuncunun ailə üzvlərinin, habelə mənzildə yaşayan digər şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılması qət edilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə həmin qətnamə ləğv edilərək iddia ərizəsi MPM-in 149.2.3-cü maddəsinə əsasən iddia tələbinin qeyrimüəyyən olması səbəbindən baxılmamış saxlanılmışdır ki, iddia tələbi iddia ərizəsində adlarıșqeydședilməyənșşəxslərəșqarşıșirəlișsürülmüşdür.șșș Bu səbəbdən də, iddiaçı, əvvəlki tələbini düzgün və tam formalaşdıraraq hazırkı iddiașiləșməhkəməyəșmüraciətșetməkșməcburiyyətindəșqalmışdır. b) cavabdeh tərəfin iddia tələbinə dair münasibəti haqqında məlumat

3. Cavabdeh cavabdeh2 vəkili (nümayəndəsi) vəkil1 yazılı etirazla Rayon Məhkəməsinə müraciət edərək, iddia tələbinin rədd edilməsini xahiş etmiş və etirazı onunla əsaslandırmışdır ki, mübahisəli mənzil cavabdeh cavabdeh2 atası Rafiq Ismayılov tərəfindən qanuni əsaslarla əldə edilmiş, mənzilin dəyəri onun tərəfindən binanı inşa etmiş “xxxx” MMC-yə tam həcmdə ödənilmişdir. Bu səbəbdən də mənzil Rafiq Ismayılova təhvil verilmiş və o, ailə üzvləri ilə birlikdə həmin mənzildə uzun illər ərzində yaşamış, mənzilșonlarınșfaktikișsahibliyindəșvəșistifadəsindəșolmuşdur.ș Iddiaçının isə həmin mənzil üzərində sahiblik və istifadə hüququ mövcud deyildir və bu hal Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2014-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi və həmin qətnaməni dəyişdirilmədən saxlayan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2014-cü il tarixli, *(***)-****/**** saylıșqərarıșiləștəsdiqședilmişdir. Nəzərə alınmalıdır ki, mübahisəli mənzil üzrə əvvəlcə ##.##.2011-ci il tarixli podrat müqaviləsi bağlanmış, sonradan “xxxx” MMC tərəfindən eyni mənzillərin bir neçə şəxsə satılması ilə bağlı başlanılmış cinayət işi üzrə Rafiq Ismayılov zərərçəkmiş şəxs qismində tanınmışdır.ș Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2014-cü il tarixli hökmü, həmin məhkəmənin ##.##.2016-cı il və ##.##.2016-cı il tarixli məktubları ilə Rafiq Ismayılovun mübahisəli mənzillə təmin olunduğu göstərilmiş, bundan sonra ##.##.2019-cu il tarixdə MMC ilə Rafiq Ismayılov arasında həmin mənzilə dair podrat müqaviləsi bağlanmışdır. Həminșmüqaviləninșhazırkıșvaxtașqədərșetibarsızșhesabședilməyibșvəșqüvvədədir. Iddiaçı mübahisəli mənzilin ona faktiki təhvil verilməsini təsdiq edən mötəbər sübut təqdim etməmiş, əksinə iş materiallarında həm iddiaçı, həm də Rafiq Ismayılovla bağlı eyni mənzilə dair qanuni qüvvəyə minmiş müxtəlif məhkəmə aktları mövcuddur. Bu səbəbdən hazırkı mübahisə üzrə əvvəlki məhkəmə aktlarına, cinayət işi üzrə müəyyən edilmiş hallara və Rafiq Ismayılovun mənzilə dair subyektiv hüququnu təsdiq edən sənədlərəșhüquqișqiymətșverilmədənșiddianınștəminședilməsișmümkünșdeyildir. Bundan başqa qeyd edilməlidir ki, Xətai Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə yalnız Rafiq Ismayılovun mənzildən çıxarılması qət edilmiş, hazırkı iş üzrə cavabdeh cavabdeh2 özü və ailə üzvləri həmin iş üzrə tərəf olmamışdır. Göstərilənlərəșəsasənșiddiașrəddședilməlidir. c) birinci instansiya məhkəmə icraatı zamanı tərəflərin verdikləri izahat barədə məlumat

4. Iddiaçının vəkili (nümayəndəsi) vəkil2 Rayon Məhkəməsinə verdiyi iddia ərizəsinin və “iddia tələbinin dəqiqləşdirilməsi haqqında” ərizənin məzmununa uyğun izahatșvermişdir.

5. Cavabdeh cavabdeh1 məhkəmə baxışı iclasında iştirak etməsə də, onun ərinin – iş üzrə digər cavabdeh cavabdeh2 vəkili (nümayəndəsi) Məlikov Mənsuz Ramiz oğlu Rayon Məhkəməsinə iddia tələbinə qarşı verilmiş yazılı etirazın məzmununa uyğun izahat vermişdir. d) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə barədə məlumat

6. Işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdehlərin, onların birgə nikahından doğulmuş azyaşlı Əminənin, onların əşyalarının mübahisəli mənzildən çıxarılmasını, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsini, cavabdehlərin barəsində cinayət təqibinin başlanması üçün isə xüsusi qərardadın qəbul edilməsinin isə təmin edilməməsinișqətșetmişdir.

7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli mənzil üzərində iddiaçının hüquqları qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş, həmin aktlar əsasında icra tədbirləri həyata keçirilərək mənzil iddiaçıya təhvil verilmişdir. Sonradan mənzildə cavabdehlərin yaşaması həmin hüquqi vəziyyəti dəyişdirmədiyindən və onların mənzildən istifadə etmələrinə əsas verən müstəqil hüquqi əsas müəyyən edilmədiyindən, iddiaçının mülkiyyət hüququnun müdafiəsișməhkəməșqaydasındaștəminședilməlidir.ș Cavabdeh tərəfin Bakı Apellyasiya Məhkəməsinin ##.##.2014-cü il tarixli, *(***)- ***/**** saylı qətnaməsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2014-cü il tarixli, *(***)-****/**** saylı qərarına, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2014-cü il tarixli hökmünə, həmin hökmə dair ##.##.2016-cı il və ##.##.2016-cı il tarixli məktublara, eləcə də ##.##.2019-cu il tarixli podrat müqaviləsinə istinadları məhkəmə baxışı zamanı araşdırmış və müəyyən edilmişdir ki, həmin sənədlər cavabdehlərin mübahisəli mənzildən istifadə hüququnu təsdiq etmir və iddiaçının mülkiyyət hüququnun müdafiəsinə mane olmur. Həmin sənədlər hazırkı mübahisənin həlli üçün həlledici hüquqi əhəmiyyət daşımır.ș Buna görə də, cavabdehlər, onların azyaşlı övladı mənzildən çıxarılmalı, mənzil boşaldılaraqșiddiaçıyaștəhvilșverilməlidir. Cavabdehlərin barəsində cinayət təqibinin başlanması üçün isə xüsusi qərardadın qəbul edilməsi barədə tələb isə təmin edilməməlidir. Çünki bunun üçün prosessual əsaslarșmüəyyənședilmədi. e) apellyasiya şikayəti barədə məlumat

8. Cavabdeh cavabdeh2 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.ș

9. Əsasları cavabdehin vəkilinin (nümayəndəsinin) Rayon Məhkəməsinə verdiyi izahatın və iddia tələbinə qarşı verdiyi etirazın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarınıșdüzgünștətbiqșetməmişșvəșnəticədəșişșüzrəșəsassızșqətnaməșqəbulșetmişdir. f) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin verdikləri izahatlar barədə məlumat

10. Cavabdeh (apellyator) cavabdeh2 nümayəndələri (atası) Rafiq Ismayılov və (vəkili) vəkil1 apellyasiya baxışı iclasında iştirak edərək, şikayəti müdafiə etdilər və şikayətinșməzmununașuyğunșizahatșverdilər.

11. Cavabdeh cavabdeh1 işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq apellyasiya baxışı iclasında iştirakșetməmişșvəșbununșsəbəblərișbarədəșMəhkəməyəșheçșbirșməlumatșverməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrəștərəflərinșgəlməməsișişəșbaxılmasınașmaneșolmur.

12. Iddiaçı İddiaçı nümayəndəsi (vəkili) vəkil2 apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin hazırkı iş üzrəșqəbulșetdiyișqətnaməninșməzmununașuyğunșizahatșverdi. g) apellyasiya baxışının hədləri haqqında məlumat

13. Hazırkı apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismənștəminședilsəșdə,șiddiaçıșqətnamədənșapellyasiyașşikayətișverməmişdir. Cavabdeh cavabdeh2 qətnamədən verdiyi apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, o, iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin nəticəsini mübahisələndirmir.

14. Odur ki, qeyd edilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə almış Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Çünki MPM-nin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisəninșpredmetișbölünməzșolduqdașisəștamșyoxlayır.ș h) işdə olan sənədlər haqqında məlumat

15. “xxxx" MMC ilə iddiaçı arasında ##.##.2005-ci il tarixli bağlanmış “xxxx” görünür ki, MMC, iddiaçı mübahisəli ikiotaqlı mənzilin dəyərini MMC-yə ödəməklə, həmin mənzilin inşasını MMC-yə həvalə etmişdir. MMC isə həmin məbləği qəbul edib, mənzili iddiaçıyaștəhvilșverməyișözșüzərinəșgötürmüşdür.

16. Iş materiallarında olan ##.##.2011-ci il tarixli xxxx görünür ki, həmin mənzil sonradan "xxxx" MMC ilə hazırkı iş üzrə cavabdeh cavabdeh2 əmisi oğlu Ramin Ismayılov arasında bağlanmış müqavilənin də predmetini təşkil etmişdir. Bundan başqa, ##.##.2019-cu il tarixli podrat müqaviləsinə əsasən həmin MMC ilə cavabdeh cavabdeh2 atasıșRafiqșIsmayılovșarasındașdașhəminșmənziləșdairșmüqaviləșbağlanmışdır.ș

17. Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ##.##.2012-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə həmin və hazırkı iş üzrə iddiaçı İddiaçı iddiasının təmin edilməsi, mübahisəli mənzilə İddiaçı sahiblik və istifadə hüququ tanınması, hazırkı iş üzrə cavabdeh cavabdeh2 əmisi oğlu Ramin Ismayılovunșmənzildənșçıxarılmasıșvəșmənzilinșiddiaçıyaștəhvilșverilməsișqətședilmişdir.

18. Həmin qətnamədən Ramin Ismayılovun verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi ##.##.2014-cü il tarixli, *(***)-***/**** saylı qətnamə ilə apellyasiya şikayətinin qismən təmin edilməsini, Xətai Rayon Məhkəməsinin ##.##.2012-ci il tarixli qətnaməsinin qismən, yəni mübahisəli mənzil üzərində İddiaçı sahiblik və istifadə hüququ tanınması hissəsində ləğv edilməsini, həmin tələbin təmin edilməməsini, qalan hissədə qətnamənin dəyişdirilmədənșsaxlanılmasınıșqətșetmişdir.

19. Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2016-cı il tarixli, *(***)-**/**** saylı məktubunda qeyd edilmişdir ki, “xxxx” MMC-nin direktoru Elman Tağıyevin və başqalarının barələrində olan və ##.##.2016-cı il tarixdən qanuni qüvvəyə minmiş ##.##.2014-cü il tarixli hökmü icraya yönəldilmiş və icra sənədləri zərərin məhkumlardan tutulub zərərçəkmiș şəxslərə ödənilməsi, vergi borcunun və ekspertiza xərcinin məhkumlardan tutulub dövlət büdcəsinə ödənilməsi ilə bağlı hissələrdə aidiyyəti üzrə məhkumlar X1, X3 və X6 cəza çəkdikləri cəzaçəkmə müəssisələrinə, əmlakın müsadirə edilməsi ilə bağlı hissələrdə aidiyyəti üzrə Binəqədi, Nizami, Abşeron və Imişli Rayon Icra Şöbələrinə, mənzil sənədlərinin düzgün tərtib edilməsi və zərərçəkmiş şəxslərin mənzillə təmin olunmaları ilə bağlı hissələrdə isə aidiyyəti üzrə Xətai Rayon Icra Şöbəsinə göndərilmişdir.

20. Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2016-cı il tarixli, *(***)-**/**** saylı məktubunda qeyd edilmişdir ki, “xxxx” MMC-nin direktoru Elman Tağıyevin və başqalarının təqsirləndirilmələrində dair cinayət işinin məhkəmə icraatı zamanı iş üzrə zərərçəkmiş şəxs (hazırkı mülki iş üzrə cavabdeh cavabdeh2 atası və hazırki iş üzrə nümayəndəsi olan) Rafiq Ismayılov ##.##.2011-ci il tarixli müqavilə ilə Xətai rayonu, R.Məmmədov küçəsi, ** saylı binanın İ blok, II mərtəbəsində yerləşən ümumi sahəsi 86,7 kv.m. olan ** saylı mənzillə təmin olunduğunu, bu səbəbdən şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxs Elman Tağıyev da həmin mənzilin zərərçəkmiş şəxs Rafiq Ismayılova məxsus olduğunu bildirmișdir. Məhkəmənin göstərilənlərə əsasən, iş üzrə qəbul etdiyi yekun qərarda Rafiq Ismayılovun qeyd olunan mənzillə təmin olunmasının, şikayət və tələbinin olmamasının nəzərə alınması barədə nəticəyə gəlmişdir.

21. Xətai Rayon Polis Idarəsinin Istintaq Şöbəsinin baş müstəntiqi, R Tofiq Namazovun ##.##.2019-cu il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən (hazırkı iş üzrə cavabdeh cavabdeh2 atası) Rafiq Ismayılov və (hazırkı iş üzrə cavabdeh cavabdeh2 əmisi oğlu) Ramin Ismayılovun əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 322.1-ci maddələrində nəzərdə tutulan cinayət tərkibi müəyyən edilmədiyindən barələrində cinayət təqibinə xitam verilməsi, şübhənin kifayət qədər əsaslı olmadığı nəzərə alınıb Rafiq Ismayılov haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi və Rafiq Ismayılov şübhəli şəxs vəziyyətindənșçıxmışșhesabșolunmasıșqərarașalınmışdır. Aparılmış istintaqla müəyyən edilmişdir ki, tərəflər arasında baş vermiş münasibətlər mülki xarakterlidir. Ona görə də tərəflərə mülki qaydada məhkəməyə müraciət etmələrinin izah edilməsi, tərəflərə rəsmi məlumat verməklə cinayət işinin icraatına xitam verilməsi, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinə əsasən Ramin Ismayılovun ata adı səhvən Mübariz və Mübaris kimi yazılmış istintaq sənədlərində Mubaris kimi oxunması, iş üzrə zərərəçəkmiş şəxs kimi tanımış X7 iş üzrə zərərçəkmiş kimi hüquq və vəzifələrinə xitam verilməsi, qəbul edilmiş qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xətai Rayon prokuroruna və maraqlı şəxslərə göndərilməsi, ********* №-li cinayət işi saxlanılması üçün Daxili Işlər Nazirliyinin arxivinə təhvilșverilməsișqərarașalınmışdır.ș

22. Azərbaycan Respublikası Baş Prokurorluğunun ##.##.2024-cü il tarixli, *-*/*- Q-****/*-**/**** saylı məktubuna əsasən, mübahisəli mənzilin Rafiq Ismayılov tərəfindən zəbt edilməsi faktı ilə bağlı Xətai RPI-nin Istintaq Şöbəsində olan cinayət işi ##.##.2018ci il tarixdə Xətai Rayon Prokurorluğu tərəfindən fakta görə CM-in 177.1 və 322.1-ci maddələri ilə başlanaraq istintaq aparılması üçün Xətai RPI-nin Istintaq Şöbəsinə göndərilmişdir.ș Aparılmış istintaqla mənzilin zəbt edilməsi və özbaşınalıq edilməsi faktlarının öz təsdiqini tapmadığı müəyyən olunduğundan ##.##.2021-ci il tarixdə müstəntiq Elşən Quliyev tərəfindən qəbul olunmuş qərarla cinayət işinın icraatına CPM-in 39.1.2-ci maddəsinəșəsasənșxitamșverilmişdir.ș Cinayət işi Respublika Baş Prokurorluğunda öyrənilmiş, cinayət işi üzrə icraata xitam verilməsi haqqında həmin qərarı ##.##.2024-cü il tarixdə ləğv edilərək iş üzrə icraat təzələnmiş, cinayət işi üzrə əməl CM-in 177.1 və 322.1-ci maddələrindən, CM-in 157.1, 177.1. 178.2.4.313 və 322.1-ci maddələrinə tövsif olunmuş, istintaqının davam etdirilməsi üçünșXətaișRayonșProkurorluğunașgöndərildiyișbildirilmişdir.ș

23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin məlumatından görünür ki, avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən cavabdeh2 Məmmədova (Ismayılova) Nigar Kamran qızı ilə ##.##.2021-ci il tarixdə * saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsində nikaha daxil olduğu və bu nikahdan doğulmuş ##.##.2022-ci il təvəllüdlü Əminə Ismayılzadənin doğumunun * saylı Bakı “ASAN xidmət” mərkəzində qeydəșalındığıșmüəyyənședilmişdir.ș

24. Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya Idarəsinin ##.##.2025-ci il tarixli, **/*-***** saylı məktubuna əsasən, ##.##.1988-ci il təvəllüdlü cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, 1-ci şərq döngəsi, ev 38-də, ##.##.1998-ci il təvəllüdlü cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 92, mənzil 81 (Yeni qaydalarla: ünvan 1) ünvanında yaşayış yeri üzrəșqeydiyyatdadırlar.ș

25. Xətai Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı İddiaçı iddiasının təmin edilməsi, RafiqșIsmayılovunșmübahisəlișmənzildənșçıxarılmasıșqətședilmişdir.

26. Iş materiallarından görünür ki, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2021-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin qətnaməsi isə Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə dəyişdirilmədənșsaxlanılmışdır.ș

27. Xətai Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı İddiaçı iddiasının təmin edilməsi, Rafiq Ismayılovun ailə üzvlərinin – oğlu (hazırkı iş üzrə cavabdehlərdən biri olan) cavabdeh2 və sonuncunun ailə üzvlərinin, habelə mənzildə yaşayan digər şəxslərin mübahisəlișmənzildənșçıxarılmasıșqətședilmişdir.

28. Xətai Rayon Məhkəməsinin həmin iş üzrə qəbul etdiyi ##.##.2024-cü il tarixli qərardadla cavabdeh2 mənzildən çıxarılmasına dair hissədə iş üzrə icraata xitam verilməsinișqərarașalmışdır.

29. Həmin qətnamədən verilmiş apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə Xətai Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsinișvəșiddiașərizəsișbaxılmamışșsaxlanılmışdır.ș

30. Iş materiallarında, həmçinin "Xətai-10" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin ##.##.2024-cü il tarixli, ** nömrəli arayışı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin məlumatı, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya Idarəsinin ##.##.2025-ci il tarixli məktubu, ##.##.2025-ci il tarixli yerli baxış protokolu, fotoşəkillər və digər yazılı sübutlar mövcuddur. Həmin sənədlər cavabdehlərin ailə tərkibi, yaşayış yeri üzrə qeydiyyatı və mübahisəlișmənzildəșfaktikișyaşamașhallarıștəsdiqședilir.ș i) tətbiq edilən hüquq

31. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur (maddə 13., hissə İ.). Mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindənșməhrumșediləșbilməzș(maddəș29.,șhissəșIV.).

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Mülkiyyətçi qanunla qorunan hüquqlarının pozulmasının aradan qaldırılmasını tələb edə bilər (maddə 152.5.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindənșözșəmlakınıșgeriștələbședəșbilərș(maddəș157.2.).

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (maddə 76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2.). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1.). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 88.). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.). Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (maddəș82.3.). j) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

34. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Çünki Rayon Məhkəməsi iş üzrə əhəmiyyət kəsb edən bütün halları tam və hərtərəfli araşdırmış, tərəflərin təqdim etdikləri sübutları MPM-in tələblərinə uyğun olaraq ayrı-ayrılıqda və onların məcmusu üzrə düzgün qiymətləndirmiş, maddi və prosessual hüquq normalarını düzgünștətbiqșetməkləșqanunișvəșəsaslıșqətnaməșqəbulșetmişdir. Apellyasiya şikayətində irəli sürülən dəlillər, əsasən, cavabdeh tərəfindən Rayon Məhkəməsində irəli sürülmüş etirazların təkrarı olmaqla, iş üzrə toplanmış sübutların və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının fərqli qaydada qiymətləndirilməsinə yönəlmişdir. Həmin dəlillər Rayon Məhkəməsi tərəfindən araşdırılmış, onlara hüquqi qiymətșverilmişșvəșMəhkəməșhəminșqiymətləndirmənișdüzgünșhesabședir.

35. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, mübahisəli mənzilə münasibətdə tərəflər arasında uzun müddət davam edən məhkəmə mübahisələri mövcud olmuş, həmin mübahisələr üzrə müxtəlif illərdə qanuni qüvvəyə minmiş məhkəmə aktları qəbul edilmişdir. Hazırkı mübahisənin predmeti isə həmin məhkəmə aktlarının yenidən qiymətləndirilməsi deyil, cavabdehlərin hazırda mübahisəli mənzildə qalmaq üçün müstəqil hüquqi əsaslarının olub-olmamasının müəyyən edilməsidir. Bu səbəbdən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi mübahisənin predmetini düzgün müəyyən etmişdir.

36. Apellyasiya şikayətinin əsas dəlillərindən biri cavabdeh cavabdeh2 atası Rafiq Ismayılovun mübahisəli mənzil üzərində hüquqlarının ##.##.2011-ci il və ##.##.2019-cu il tarixli podrat müqavilələri, habelə Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2014-cü il tarixli hökmü və həmin hökmün icrası ilə bağlı ##.##.2016-cı il və ##.##.2016-cı il tarixli məktublarlaștəsdiqședilməsișiləșbağlıdır.

37. Bununla bağlı Məhkəmə qeyd edir ki, sadalanan sənədlər cavabdehlərin hazırkı mübahisə üzrə mübahisəli mənzildən istifadə etmək və orada yaşamaq hüququnun mövcudluğunu özlüyündə təsdiq etmir. Həmin sənədlər müxtəlif hüquq münasibətləri və digər şəxslərin iştirakı ilə yaranmış hüquqi vəziyyətə aid olmaqla, hazırkı iş üzrə cavabdehlərin müstəqil subyektiv hüquqlarının yaranmasını sübut edən sənədlər hesabșediləșbilməz.

38. Məhkəmə, həmçinin nəzərə alır ki, iş materiallarında olan Xətai Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli qətnaməsi və həmin qətnamənin əsaslılığının yoxlanılması ilə əlaqədar yuxarı instansiya məhkəmələrinin aktları ilə Rafiq Ismayılovun mübahisəli mənzildən çıxarılması qət edilmişdir. Hazırkı işdə cavabdehlərdən biri Rafiq Ismayılovun övladı, digəri isə gəlini olmaqla Rafiq Ismayılovun mənzilə dair “olan” hüquqlarına istinad etsələr də, həmin hal onların özlərinə münasibətdə mübahisəli mənzildən istifadə etmək üçün ayrıca hüquqi əsas yaratmır. Cavabdehlərin mənzildə yaşamasının qanuni əsasını təsdiq edən hər hansı müqavilə, mülkiyyət hüququnu təsdiq edənșsənədșvəșyașdigərșhüquqyaradıcıșfaktșişșmateriallarıșiləșmüəyyənședilmir. 39.șGöründüyüșkimișapellyasiyașşikayətininșbușdəlilișəsaslıșdeyil.

40. Apellyasiya şikayətində Rayon Məhkəməsinin MPM-in 82.3-cü maddəsinin tələblərini pozduğu, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş halları nəzərəșalmadığıșgöstərilmişdir.

41. Bununla bağlı Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə isə apellyasiya şikayətində istinad olunan məhkəmə aktları cavabdehlərin mübahisəli mənzildən istifadə hüququnun mövcudluğunu müəyyən etmir və onlara mübahisəli mənzildə qalmaq üçün müstəqil hüquqi əsas yaratmır. Belə ki, yuxarıda qeyd edilmiş heç bir məhkəmə aktı ilə hazırkı iş üzrə cavabdehlərin mübahisəli mənzildən istifadə etmələrinin qanuni olmasını müəyyən edən hal müəyyən edilməmişdir. Həmin məhkəmə aktları hazırkı mübahisənin predmeti ilə eyni hüquq münasibətlərini tənzimləmir. Həmin məhkəmə aktlarında müəyyən edilmiş hallar hazırkı iş üzrə cavabdehlərin mənzildən istifadə hüququnun yaranmasını təsdiq etmədiyindən, Rayon Məhkəməsi tərəfindən həmin aktların qiymətləndirilməsi MPM-in 82.3-cüșmaddəsininștələblərinəșziddșhesabșolunașbilməz.

42. Eyni zamanda Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı mübahisəli mənzil üzərində hüquqlarının mövcudluğunu təsdiq edən yazılı sübutları məhkəməyə təqdim etmiş, cavabdehlər isə həmin mənzildən istifadə etməsini qanuniləşdirən hər hansı müstəqil hüquqi əsası sübuta yetirə bilməmişlər. Onların sübut kimi istinad etdikləri sənədlər onların mübahisəli mənzildən istifadə etmələrini hüquqi baxımdan əsaslandırmaqșüçünșyetərlișdeyil.

43. Buna görə hesab edilməlidir ki, iddiaçı cavabdehlərin mənzildən çıxarılmasını, mənzilin ona təhvil verilməsini tələb etməkdə, Rayon Məhkəməsi isə bu tələbi əsaslı hesabșetməkdəșhaqlıșolmuşlar.șApellyasiyașşikayətininșbușdəlilișdəșəsassızdır.

44. Cavabdeh cavabdeh2 iddiaya qarşı verdiyi etirazda, qətnamədən verdiyi apellyasiya şikayətində bildirir ki, Xətai Rayon Məhkəməsi *(***)-****/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2012-ci il tarixli qətnamə ilə həmin və hazırkı iş üzrə iddiaçı İddiaçı iddiasının təmin edilməsini, mübahisəli mənzilə İddiaçı sahiblik və istifadə hüququ tanınması, onun əmisi oğlu Ramin Ismayılovun mübahisəli mənzildən çıxarılması və mənzilin İddiaçı təhvil verilməsini qət etsə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası ##.##.2014-cü il tarixli, *(***)-***/**** saylı qətnamə ilə Ramin Ismayılovun apellyasiya şikayətinin təmin edilməsini, Xətai Rayon Məhkəməsinin ##.##.2012-ci il tarixli qətnaməsinin ləğv edilməsini və İddiaçı iddiasını rədd edərək, müəyyən etmişdir ki, İddiaçıșhəminșmənzilșüzərindəșsahiblikșvəșistifadəșhüququșyoxdur.

45. Məhkəmə cavabdeh cavabdeh2 bu dəlili ilə bağlı bildirir ki, yuxarıda (bax: hazırkı qətnamənin 17 və 18-ci bəndlərinə) artıq qeyd edildiyi kimi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi ##.##.2014-cü il tarixli, *(***)-***/**** saylı qətnamə ilə həqiqətən də Xətai Rayon Məhkəməsinin ##.##.2012-ci il tarixli qətnaməsinin qismən, yəni mübahisəli mənzil üzərində İddiaçı sahiblik və istifadə hüququ tanınmasıșhissəsindəșləğvședilməsini,șhəminștələbinștəminședilməməsinișqətșetmişdir. Amma nəzərə alınmalıdır ki, apellyasiya instansiya məhkəməsi həmin nəticəsi ilə ona görə razılaşmamışdır ki, İddiaçı həmin tələbi tələbə cavab verməli olan şəxsə (şəxslərə) qarşı deyil, tələbə cavab verməli olmayana şəxsə - Ramin Ismayılova qarşı irəlișsürmüşdür. Bundan başqa qeyd edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qüvvədə saxlanılmış hissədə Xətai Rayon Məhkəməsinin ##.##.2012-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ondan ibarət olmuşdur ki, hazırkı iş üzrə cavabdeh cavabdeh2 əmisi oğlu Ramin Ismayılovun mübahisəli mənzil üzərində hər hansı bir hüququ mövcud deyil, buna görə də, o, həmin mənzildən çıxarılalı və mənzil İddiaçıștəhvilșverilməlidir. 46.șGöründüyüșkimișapellyasiyașşikayətininșbușdəlilișdəșəsassızdır. k) apellyasiya baxışının nəticəsi

47. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiyașşikayətininșdəlillərișəsassızdır.

48. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnızșformalșmülahizələrəșgörəșləğvșediləșbilməz.ș

49. Odur ki şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının puredmeti olan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə MPM-in 119.1-ci maddəsinin tələbinəșəsasənșapellyatorunșözünəșaidședilməlidir.

50. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-cișmaddələrininștələblərinișrəhbərștutanșMəhkəmə

QƏTșșETDI:

Cavabdeh cavabdeh2șapellyasiyașşikayətiștəminședilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədənșsaxlanılsın.ș Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Cavabdeh cavabdeh2 hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-nin tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayətișverəșbilər. Iş üzrə digər proses iştirakçıları hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar