Məhkəmə qərarları › İş №e-2(3-6)-1522/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-1522/2026

19.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-1522/2026 19.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X3 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurduğu maddi ziyana görə cavabdeh Cavabdeh 5000 manat, mənəvi ziyana görə isə 3000 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən “xxxx” MTK-ya məxsus yaşayış binasındakı 9-cu mənzil xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. O həmin mənzili ## ###### 2012-ci ildə (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX-87949 seriyalı Çıxarışla) “xxxx” MTKdan almışdır. Adıçəkilən mənzili əldə etdikdən sonra yaxın tanışlarının tövsiyyəsi ilə “xxxx” Tikinti-Təmir Şirkətinin (TTŞ) santexnika üzrə aparıcı mütəxəssisi və briqadiri Cavabdeh ilə danışmış, onu təmir işlərinin aparılması üçün baxışa görə adıçəkilən mənzilə dəvət etmişdir. Cavabdeh görüləcək təmir işlərinin həcmi ilə yerində tanış olmuş, üçotaqlı mənzildə görüləcək isti pol və sanitar qovşağın, su xətlərinin, istilik batareyalarının və s. çəkilişi üçün ümumilikdə 3500 dollar məbləğinə razılaşmışlar. Mənzildə qeyd edilən təmir işləri başa çatdıqdan sonra tavanda, döşəmədə və digər otaqlarda aidiyyəti təmir işlərinə başlanılmışdır. Mənzilin mətbəxində və koridorunda isti pol olduğu üçün bir müddət sonra əlavə ustalar dəvət edilmiş, metlax döşənmişdir. Həmçinin digər otaqlarda elektrik işləri,alçipan, divar kağızı və s. işlərə start verilmişdir. Beləliklə, təxminən bir il sonra təmir işləri tam başa çatdırılmış, otaqların quruması üçün bir neçə ay mənzilə daxil olmamışlar. Nəhayət, mənzilin sahibsiz qalmaması üçün 2014-cü ildə kirayə verməli olmuşlar. Təxminən bir ay sonra mənzilin alt hissəsində, 4-cü mərtəbəsinin Moskva şəhərində yaşayan Müşfiq adlı (**********) sakini ona Rusiyadan zəng edərək mənzillərinə su damdığını bildirmişdir. Dərhal kirayənişinlərə zəng vurmuş, məlum olmuşdur ki, onlar rayondadırlar, sudan istifadə edilmir. Bununla belə, o usta dəvət edib mətbəxin, hamamın və tualetin sanitar qovşağına baxış keçirtmiş, heç bir sızıntı aşkarlanmamışdır. Bir müddət keçmiş, yenidən təkrar narahatlıq dolu zənglər edilmişdir. Bu dəfə mətbəxin sanitar qovşağını tamamilə dəyişdirmiş, hamamda xüsusi bərkitmə işləri görülmüşdür. Yenə də su sızıntısı baş vermişdir. Bu dəfə isə MTK rəhbərliynə məlumat vermiş, onların Bayram adlı mütəxəssisi (Tel. **********) dəvət olunmuş, mənzilə baxış keçirilmiş, yenə də heç bir sızma mənbəyi tapılmamışdır. Məcbur olub kirayənişinləri mənzildən çıxartmış, mənzil təxmini ilyarım boş qalmışdır. O həmin dövrdə su xətlərinin və isti polun çəkilişini həyata keçirmiş Cavabdeh bu barədə məlumat vermiş, lakin o tamamilə inkar etmişdir ki, bu mümkünsüzdür, onlar işi təhvil verəndə yoxlayıb test ediblər və s. 2015-ci ildə mənzilin aylıq kirayə haqlarının ödənişi üçün yenidən kirayənişin dəvət etmişdir. Bu dəfə artıq Müşfiq su sızmasına görə həmin mənzilini satıb getmişdir. Mənzilə Elşən (**********) adlı yeni alıcı gəlmişdir. Eyni şikayət onlardan da daxil olmuşdur. Yenə də usta dəvət edilmiş, bütün sanitar qovşaqlar onların iştirakı ilə yoxlanılmış, problem aşkarlanmamışdır. Sonuncu mənzil sahibləri də mənzillərini bezib satıb getmişlər. Maraqlır kı, MTK-nın komendantını da bir neçə dəfə mənzillərinə dəvət edərək bəlkə su sızmasının ümumi kanalizasiya xəttindən, yaxud suyun ana xəttindən ola biləcəyini müzakirə etmişlər. Onlar da bildiriblər ki, MTK-ya məxsus bu kompleksdə 500-ə yaxın mənzil var, ilk dəfədir belə bir hal baş verir. Lakin baş verən su sızması da hamı üçün müəmma olaraq qalmışdır. Nəhayət, bir neçə il əvvəl X1 həmin mənzilin sonuncu sahibi olmuşdur. Bir müddət sonra onun atası zəng edərək onların mənzildən su sızması olduğunu bildirmişdir. Artıq həmin mənzildə oğlu, Nizami rayon Polis İdarəsinin baş müstəntiqi Tural Məmmədov ailəsi ilə birlikdə yaşayırdı. O, oğlunun ailəsini başqa yerə köçürdərək mənzilin sanitar və su qovşağını Elgünün atası Qaçay Quliyevə göstərmiş, əvvəlki illərdə baş vermiş hadisələri ona xatırlatmışdır. Q.Quliyevin, sonradan oğlu Elgün Quliyevin iştirakı ilə özlərinin su sızıntısını aşkar edən xüsusi mütəxəssislərini mənzilə dəvət etmişlər. Müxtəlif vaxtlarda 3 dəfə aparılan yoxlamalar nəticəsində sızıntının mətbəxdən olduğunu bildirdilər. Apardıqları sistem dəyişikliyi də səmərə verməmişdir. Su sızıntısı davam etmişdir. 2024-cü ilin avqust ayında sonuncu dəfə qonşu ilə belə qərara gəlmişlər ki, bu məsələnin kompleks həlli üçün MTK tərəflərindən məhkəməyə verilməli, bununla da problem birdəfəlik aşkarlanmalıdır. Dəfələrlə mənzilin su qovşaqlarının yoxlanılması üçün oğlunun ailəsi körpə uşaqla başqa yerlərdə qalmalı olmuşdur. Beləliklə, X1 mənzilinə isə artıq su sızmasından xeyli ziyan vurulmuşdur. X1 ona qarşı Xətai rayon Məhkəməsində “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi ilə iddia qaldırmışdır. O, iddia ərizəsində mənzilinə mütəmadi olaraq su axıtması nəticəsində vurulmuş maddi zərərə görə 5.000 manat, mənəvi zərərə görə 5.000 manat, məhkəmənin hesabına dövlət rüsumu olaraq ödədiyi 130 manat və məhkəmədə hüquqlarının müdafiəsi üçün vəkilin hesabına ödədiyi 200 manat olmaqla, ümumilikdə 10.330 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə (İş № *(011)-366/2025) ##.##.2025-ci il tarixdə (hakim Həsənova Aygün Namiq qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, iddiaçı X2 vəkili və nümayəndəsi X4 iştirakı ilə “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə qətnamə qəbul edərək üzərinə ümumilikdə 3010 (üç min yüz on) manat pul vəsaiti cəriməsi öhdəliyi qoymuşdur. Hazırda iddiaçı bu məbləğlə razılaşmayaraq apellyasiya şikayəti verməyə hazırlaşır. Məhkəmənin qətnaməsindən də görünür ki, Xətai Rayon Məhkəməsi iş materiallarını əvvəlcə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə rəy üçün göndərmiş, ## ###### 2024-cü il tarixli **/**** saylı ekspert rəyi alınmışdır. Ekspert rəyində yazılır: “Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsində yerləşən ** saylı evin, 5 və * saylı mənzillərinin planlı yerləşməsini, yəni iddiaçıya məxsus * saylı mənzilin binanın 4-cü mərtəbəsində, cavabdehə məxsus * saylı mənzilin isə * saylı mənzilin üstündə 5-ci mərtəbədə yerləşdiyini, * saylı mənzilin tikililərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu nəzərə alaraq, Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsində yerləşən ** saylı evin * saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 9 mənzilin mətbəxinə ziyan vurulduğu müəyyən olunmuşdur”. Məhkəmə iddiaçının vəsatəti ilə ## #### 2025-ci il tarixli qərardadı ilə iddiaçının mənzilinə dəymiş zərərin məbləğinin müəyyən edilməsi məqsədilə təkrar kompleks ekspertiza təyin etmiş və qiymətləndirmənin aparılması “xxxx” MMCyə həvalə edilmişdir. Qətnamədə yazılır: “xxxx” MMC tərəfindən məhkəməyə təqdim edilmiş qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsində yerləşən 5 mənzilə su sızması nəticəsində dəymiş zərər 2160 manat məbləğində müəyyən edilmişdir. Mənzilə dəymiş zərərin aradan qaldırılması üçün sərf edilmiş materialların qiyməti belədir: alçipan–22 manat, alçipan profili-45 manat, parket dolğusu–15 manat, emulsiya–120 manat, divar kağızı–216 manat, divar kağızı yapışqanı– 15 manat, parket lakı–17 manat, usta ləvazimatları–180 manat. Görülən işlərin qiyməti belədir: alçipanın vurulması–110 manat, elektrik işləri–90 manat, parketin cilalanması–260 manat, parketin dolğulanması və laklanması –150 manat, tavanın rənglənməsi –220 manat, divar kağızını vurulması–230 manat, mətbəx mebelinin sökülüb, yığılması–320 manat, daşınma xərcləri–70 manat, fəhlə işi–80 manat. Cəmi: 2160 manat!”. Nəhayət, Xətai rayon Məhkəməsi iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cımaddələrini rəhbər tutaraq, məhkəmə qət etmişdir: “İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı vurulmuş maddi zərərə görə 2.160 (iki min yüz altmış) manat, mənəvi zərərə görə 200 (iki yüz) manat, vəkil xərcinə görə 200 manat, ödənilmiş dövlət rüsumunun 49.60 (qırx doqquz manat altmış qəpik) manatı, “xxxx” MMC-yə ödənilmiş 400 manat xidmət haqqı tutularaq iddiaçı X2 ödənilsin. Keçirilmiş ekspertiza xərci olan 100 (bir yüz) manat cavabdeh İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına (VÖEN: 1700326621, Hesab: AZ34CTRE00000000000002088501) ödənilsin”. Beləliklə, savabdeh Cavabdeh gördüyü təmir işlərinin qüsurluluğu səbəbindən nəinki üç alıcıya mənəvi və maddi ziyan vurulmuşdur, eləcə də ona uzun illərdir ciddi psixoloji sarsıntı və narahatlıq gətirilmişdir. O, uzun illərdir rəsmi və müstəqil mətbuatda rəhbər vəzifələrdə çalışır, Avropa Mətbuat Federasiyasının üzvüdür, rəhbəri olduğu qəzet və sayt Dövlət Reyestrində qeydiyyatdadır, təvazökarlıqdan uzaq olsa da, ölkədə və ABŞ-da, Türkiyədə, Rusiyada, Ukraynada, Almaniyada, İranda… tanınan yazıçı və jurnalistdir, 12 kitabın, Dövlət mükafatına təqdim edilmiş bir romanın müəllifidir, Prezident Sərəncamı ilə peşə fəaliyyətinə görə “Tərəqqi” Medalı ilə təltif edilmişdir və s. Məlum problem səbəbindən onun qonşularla olan münasibətində ciddi narahatlıqlar yaşanmış, ictimai nüfuzuna ciddi zərbə vurulmuşdur. Eləcə də öz mənzilinə külli miqdarda maddi ziyan vurulmuş, hələ məhkəmə humanistlik edərək üzərinə ümumilikdə 3010 (üç min on manat) zərərin ödənilməsi öhdəliyini qoymuşdur. Bundan başqa o öz mənzilinə su sızması səbəbindən indiyədək təxminən 2000 manatdan çox təmir xərci çəkməli olmuş, iş fəaliyyətində problemlər yaranmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(*-*)-****/**** nömrəli ## ##### 2026-cı il tarixli qərardadı ilə mümkün hesab edilərək icraata qəbul edilmişdir. Hazırda iddiaçı qətnamədən verdiyi apellyasiya şikayətindən imtina etməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizəni müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı cavabdehə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlmədiyindən kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən imtina barədə ərizə qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. MPM-nin 369.1-ci maddəsinə görə, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. MPM-nin 369.2-ci maddəsinə görə, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. MPM-nin 369.4-cü maddəsinə görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Qeyd olunanlara əsasən Kollegiya belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən imtina qəbul edilməli və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 263-264, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən imtina qəbul edilsin və ona münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar