Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-1531/2026 09.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətindən imtina) hakimlər X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əmənova Türkan Kamran qızının katibliyi, cavabdehlər cavabdeh2 və cavabdeh1 iştirakları ilə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul olunmuş məhkəmə aktları
1. İddiaçı İddiaçı cavabdeh cavabdeh2 qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh2 ona vurduğu 2.900 manat miqdarında pul vəsaitinin, cavabdehin təqsiri nəticəsində çəkdiyi mənəvi zərərə görə 3.500 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun cəmi 6.500 manat məbləğində pulun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddiaçı ##.##.2025-ci il tarixdə ərizə ilə müraciət edərək cavabdeh1 cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir.
3. İddiaçı ##.##.2025-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdeh X5suz, zorakı və təxribat xarakterli hərəkətləri nəticəsində ona dəymiş ümumi maddi və mənəvi zərərin tam həcmdə cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, cavabdehin qanunsuz əməlləri nəticəsində ona 159 manat məbləğində əmək haqqı itkisinə, 31.800 manat məbləğində kirayə və kommunal xərclərə, 2.000 manat məbləğində əmlaka dəymiş zərərə və uzunmüddətli psixoloji təzyiq, böhtan və fiziki zorakılıq nəticəsində 10.000 manat məbləğində mənəvi zərərə məruz qalmışdır. Göstərilən məbləğlərin cavabdehdən tam həcmdə onun xeyrinə tutulması, həmçinin iddianın təmin olunması ilə əlaqədar məhkəmə xərclərinin, dövlət rüsumunun və digər prosessual xərclərin cavabdehdən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
5. Həmin qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
6. Apellyasiya baxışı zamanı iddiaçı İddiaçı “AZEMİS” vasitəsilə elektron kabinetdən ərizə ünvanlayaraq tərəflər arasında barışıq əldə olunduğunu və apellyasiya şikayətindən imtina etdiyini bildirmiş, iş üzə apellyasiya icraatna xitam verilməsini xahiş etmişdir.
Apelyasiya baxışı zamanı verilən izahatlar
7. Məhkəmə kollegiyasnın iclasında iştirak edən cavabdehlər cavabdeh2 və cavabdeh1 iddiaçının Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinasının qəbul edilməsinə və mülki iş üzrə apellyasiya icraatına xitam verilməsinə etiraz etmədiklərini bildirmişlər.
8. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
9. 369-cu maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur
10. 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər.
11. 369.3-cü maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər.
12. 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.
Şikayətə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
13. Apellyasiya baxışı zamanı iddiaçı İddiaçı “AZEMİS” vasitəsilə elektron kabinetdən ərizə ünvanlayaraq apellyasiya şikayətindən imtina etdiyini bildirmiş, iş üzə apellyasiya icraatna xitam verilməsini xahiş etmişdir.
14. Göründüyü kimi, iddiaçı İddiaçı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etmək niyyətindədir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər cavabdeh2 və cavabdeh1 isə iddiaçının Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinasının qəbul edilməsinə və mülki iş üzrə apellyasiya icraatına xitam verilməsinə etiraz etmirlər.
15. Yuxarıda göstərilənləri və prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətindən imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, mülki iş üzrə apellyasiya icraatına xitam verilməlidir.
16. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.6, 263-264, 369 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
QƏRARA ALDI:
İddiaçı İddiaçı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul olunsun və mülki iş üzrə apellyasiya icraatına xitam verilsin. İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi qanuni qüvvəyə minsin. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev