Məhkəmə qərarları › İş №e-2(3-6)-1537/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1537/2026

20.05.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1537/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə cavabdeh "İnşaat Konstruksiyaları" MMC-yə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “mənzilin təhvil verilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh “İnşaat Konstruksiyaları” MMC-nin nümayəndəsi vəkil1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iştirakları ilə, İddiaçı İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə cavabdeh "İnşaat Konstruksiyaları" MMC-yə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İcraçı “İnşaat Konstruksiyaları” MMC ilə payçı İddiaçı arasında bağlanmış ##.##.2017-ci il tarixli müqaviləsindən görünür ki, “İnşaat Konstruksiyaları” MMC Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2 blok, 7 mərtəbə, ümumi sahəsi 92,4 kv.m olan, *** nömrəli mənzil izolə olunmuş 1 otaqdan ibarət olub bir pay kimi İddiaçı verir. Tikinti işləri başa çatdıqdan sonra müqavilənin əsas predmeti kimi icraçı təhvil verir, payçı isə mənzili qəbul edir. Bu müqavilənin predmeti olan əmlakın qiyməti 50000 manat məbləğində müəyyən olunmuşdur.

2. ##.##.2017-ci il tarixli arayışdan görünür ki, İddiaçı “İnşaat Konstruksiyaları” MMCnin Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 7-ci mərtəbə, ümumi sahəsi 92,4 kv.m olan, 2 otaqlı, *** nömrəli mənzilin dəyərini tam ödəmişdir.

3. İcraçı “İnşaat Konstruksiyaları” MMC ilə payçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında bağlanmış ##.##.2017-ci il tarixli müqaviləsindən görünür ki, “İnşaat Konstruksiyaları” MMC Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2 blok, 7 mərtəbə, ümumi sahəsi 92,4 kv.m olan, *** nömrəli mənzil izolə olunmuş 2 otaqdan ibarət olub bir pay kimi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs verir. Tikinti işləri başa çatdıqdan sonra müqavilənin əsas predmeti kimi icraçı təhvil verir, payçı isə mənzili qəbul edir. Bu müqavilənin predmeti olan əmlakın qiyməti 60000 manat məbləğində müəyyən olunmuşdur.

4. ##.##.2017-ci il tarixli arayışdan görünür ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “İnşaat Konstruksiyaları” MMC-nin Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 7-ci mərtəbə, ümumi sahəsi 92,4 kv.m olan, 2 otaqlı, *** nömrəli mənzilin dəyərini tam ödəmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı İddiaçı cavabdeh "İnşaat Konstruksiyaları" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməyə müraciət edərək, “İnşaat Konstruksiyaları” MMCdən aldığı, ünvan 3 ünvanında inşa etdiyi yüksək mərtəbəli mansardlı yaşayış binasında 2ci blok, 7-ci mərtəbə, ümumi sahəsi 92,4 m2 olan, 2 otaqlı, *** saylı mənzilin iddiaçı İddiaçı təhvil verilməsi vəzifəsi cavabdeh “İnşaat Konstruksiyaları“ MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə araşdırması zamanı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, ##.##.2017-ci il tarixdə onun (“Payçı“ adlandırılan, ünvan 1 ünvanında yaşayan) ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (“Icraçı“ adlandırılan) arasında ünvan 3 ünvanında inşa olunan yüksək mərtəbəli mansardlı yaşayış binasından payın alqı-satqısı barədə bağlanılan müqavilənin şərtlərinə əsasən, ünvan 3 ünvanında inşa olunan yüksək mərtəbəli mansardlı yaşayış binasının 2ci blok, 7-ci mərtəbə, ümumi sahəsi 92,4 m2 olan 105 nömrəl izolə olunmuş 2 otaqdan ibarət olub bir pay kimi ona verilib, əvəzində müqavilə üzrə mənzilin dəyəri 1 m2 sahəsi üçün 530 (beş yüz otuz) AZN, cəmi 92,4 m2 sahəsi üçün müqavilə qiymətinin 100% miqdarında, yəni 50000 (əlli min) AZN məbləğində ödənilib. “İnşaat Konstruksiyaları“ MMC tərəfindən verilmiş və möhürü ilə təsdiqlənmiş ##.##.2017-ci il tarixli maliyyə arayışından göründüyü kimi, o, “İnşaat Konstruksiyaları“ MMC-dən aldığı, ünvan 2 ünvanında inşa etdiyi yüksək mərtəbəli mansardlı yaşayış binasında 2-ci blok, 7-ci mərtəbə, ümumi sahəsi 92,4 m2 olan, 2 otaqlı, *** saylı mənzilin dəyərini tam ödəyib. Göründüyü kimi, o, yuxarıda qeyd olunan müqavilə üzrə üzərinə düşən öhdəliyi tam olararaq yerinə yetirməklə mənziltikinti kooperativinin üzvü olaraq, pay haqqını tam ödəməklə mənzilə mülkiyyət hüququnu əldə edib. Bununla əlaqədar onun mənzilin mülkiyyətçisi olaraq, mənzilə dair sərbəst surətdə sahiblik etmək və sərəncam vermək hüququ vardır. Lakin, cavabdeh ona mənzilin təhvil verilməsini qanunsuz və əsasssız olaraq yubadır və bununlada yuxarıda qeyd olunan müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmir.

8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə cavabdeh “xxxx” MMC-nin (qeyd edilən müqavilələri imzalayan səlahiyyətli şəxslərin) əməllərində və hərəkətlərində cinayətin əlamətlərinin olması ehtimalı barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməsi qərara alınmışdır.

9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim X2).

10. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, “İnşaat Konstruksiyaları” MMC Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2 blok, 7 mərtəbə, ümumi sahəsi 92,4 kv.m olan, *** nömrəli mənzillə bağlı həm iddiaçı İddiaçı ilə ##.##.2017-ci ildə, həmdə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə ##.##.2017-ci ildə müqavilələr bağlamışdır. Hər iki tərəf müqavilələr üzrə mənzilin dəyərini ödəmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin); b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Belə ki, hazırda Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdeh arasında bağlanmış ##.##.2017-ci il tarixli müqaviləyə istinadən mübahisəli mənzilin ona satıldığını, mənzilin dəyərini tam ödəməklə cavabdehdən təhvil aldığını, bu günədək həmin mənzili təmir etdiyini və orada yaşayış olduğunu və mənzilin ona məxsus olduğu qeyd etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı İddiaçı ilə “İnşaat Konstruksiyaları” MMC, həmçinin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə “İnşaat Konstruksiyaları” MMC arasında bağlanmış müqavilələr podrat müqaviləsidir. Lakin bu sahəni tənzimləyən digər aidiyyəti müddəaların tələbləri baxımından bir mənzilə dair müxtəlif şəxslərlə podrat müqaviləsinin bağlanması və bir mənzilin eyni zamanda müxtəlif şəxslərin istifadə və sahibliyinə verilməsi həm faktiki, həm də hüquqi baxımdan qeyrimümkündür (təbii ki, onlardan birinin xeyrinə bağlanmış müqavilənin qanuni əsaslarla ləğv olunması və ya etibarsız hesab edilməsi halı istisna olmaqla) və belə bir müqavilənin bağlanması, artıq ikinci müqavilənin bağlanmasını hüquqi nəticə etibarı ilə istisna etmiş olur. Bu baxımdan mübahisəli mənzilin qanuni sahibi və istifadəçisi olan, habelə mənzilə dair mülkiyyət hüququnun əldə edilməsində üstün hüquqa malik olan (bu hüququ əldə etmək üçün real hüquqi gözləntiyə malik olan) şəxsin müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb edir. İddiaçı ilə “İnşaat Konstruksiyaları” MMC arasında bağlanmış ##.##.2017-ci il tarixli müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2 blok, 7 mərtəbə, ümumi sahəsi 92,4 kv.m olan, *** nömrəli mənzili bir pay kimi İddiaçı verir, həmin mənzilin 1 kv.m sahəsi üçün 530 manat təyin edilir, cəmi 92,4 kv.m. sahənin ümumi dəyəri 50000 manat təşkil edir. Həmin müqavilə qiymətindən 100% miqdarı, yəni 50000 manat məbləği ödənilib. Cavabdeh tərəfindən verilmiş və cavabdehin direktoru R.S.Əhmədovun imzası, habelə möhürü ilə təsdiq edilmiş həmin tarixli maliyyə arayışına əsasən İddiaçı bu mənzilin dəyərini tam ödəmişdir. “İnşaat Konstruksiyaları” MMC ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında bağlanmış ##.##.2017-ci il tarixli müqavilədən görünür ki, “İnşaat Konstruksiyaları” MMC Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2 blok, 7 mərtəbə, ümumi sahəsi 92,4 kv.m olan, *** nömrəli mənzili, 60000 manat qarşılığında təhvil verməyi öhdəsinə götürmüşdür. ##.##.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müqavilə üzrə mənzilin dəyərini tam ödəmişdir. Məhkəmə iclasında iştirak edən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs artıq üç ildir ki, mübahisəli mənzildə ailəsi ilə birlikdə yaşadığını, mənzili təmir etdirdiyini, buna qədər iddiaçının heç vaxt mənzilə gəlmədiyini, mənzili daha əvvəl təmir etməsinin səbəbini soruşmadığını qeyd etmişdir, cavabdehin nümayəndəsi və vəkili də Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mənzili təmir etməsini və ailəsi ilə birlikdə həmin ünvanda yaşamasını təsdiq etmişdir. Həmçinin, iddiaçının nümayəndəsi və vəkili məhkəməyə sonuncu baxış iclasında elektron kabinet vasitəsi ilə iddiaçı ilə “xxxx” MTK arasında bağlanmış ##.##.2014-cü il tarixli müqavilənin bağlandığını, mübahisəli mənzilin “xxxx” MTK-dan alındığını və həmin MTK ilə cavabdehin ünvanının, əlaqə nömrəsini eyni olmasına istinad edərək, mənzilin daha əvvəl alındığını qeyd etsə də, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinin tələbini, mübahisəli mənzillə bağlı iddiaçı ilə müqavilənin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs münasibətdə daha sonra bağlanmasını, Mülki Məcəllənin 452.1-ci maddəsinin tələblərini və işin müəyyən edilmiş hallarını nəzərə alaraq bildirir ki, fərdi-müəyyən əşya – mübahisəli mənzil cavabdeh MMC tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs təhvil verilmiş, o da öz növbəsində mənzili təmir edərək, bir neçə ildir ki, həmin mənzildə yaşayır. Buna görə də, iddiaçının iddiası təmin edilə bilməz.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 5.3-cü, 6.2-ci, 152.2-ci, 152.3-cü, 152.5-ci, 157.2-ci, 385.1-ci, 425.1ci, 442-ci, 452.1-ci, 452.2-ci, 752.1-ci və 762.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 78.1-ci, 107-ci və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, iddiaçı ilə müqavilə 2014-cü il tarixdə, yəni üçüncü şəxslə bağlanmış müqavilədən təxminən 3 il əvvəl bağlanmışdır. Yəni, mübahisəli mənzil üzrə hüquqları iddiaçı daha əvvəl əldə etmişdir. Belə ki, Mülki Məcəllənin 452-ci maddəsinin normanın birinci dispozisiya şərtinə görə, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Buradan belə aydın olur ki, mübahisəli mənzili iddiaçının mülkiyyətinə vermək öhdəliyi icra edilmədikdə iddiaçı həmin əmlakın MTK-nın əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. İkinci şərt ondan ibarətdir ki, bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Buradan da belə aydın olur ki, əgər əmlak artıq mülkiyyət hüququ ilə üçüncü şəxsə verilibsə, kreditorun (iddiaçının) bu hüququ aradan qalxmış olur. Yəni, belə vəziyyətdə kreditor artıq həmin əmlakı tələb edə bilməz. Nəhayət, üçüncü şərtə görə, əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Buradan isə belə aydın olur ki, əmlak hələ üçüncü şəxsə verilməyibsə, onda öhdəlik daha əvvəl müqavilə bağlamış, yəni iddiaçının xeyrinə icra olunmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli mənzilin üçüncü şəxsin sahibliyi və istifadəsində olması müəyyən edilmişdir, belə ki, mübahisəli mənzilə dair müqavilə iddiaçıdan əvvəl üçüncü şəxslə bağlanmış və mənzil ilkin olaraq sonuncunun istifadəsinə verilmiş, onun tərəfindən mənzildə təmir işlərinə başlanmışdır. Lakin bu əsaslı sübutlarla təsdiq olunmamışdır. Bununla bağlı birinci instansiya məhkəməsi sübutlara düzgün qiymət verməmiş, səhv nəticəyə gəlmişdir, yerli baxış keçirməyi məqsədə uyğun belə hesab etməmişdir. Lakin nəzərə almaq lazımdır ki, mübahisəli mənzilin mülkiyyət hüququ ilə üçüncü şəxsə verilməsi möhtəbər sübutlarla müəyyən olunmur. Belə ki, maraqlı şəxsin təkcə təmir işlərinin aparılması və orada yaşamasını deməklə bu nəticəyə gəlmək belə nəticəyə gəlməyə kifayət etmir. Mənzilin yerləşdiyi binanın istismara verilməsi haqqında qəbul aktı yoxdursa və orada yaşamaq, təmir işləri də aparmaq əsassızdır və 3-cü şəxs üçün hər hansı bir hüquq formalaşdırmır. Belə mübahisəli hallarda digər sakinlər kimi üçüncü şəxsin də qeyd olunan işləri görməkdə məqsədi mülkiyyətçi hüquqlarını həyata keçirmək yox, mübahisəli mənzili mümkün iddialardan yayındırmaq məqsədini güdür. Bina cavabdeh MMC-nin nəzarəti altındadır. Yəni, mənzilin üçüncü şəxsin sahibliyində və istifadəsində olması müəyyən olunmur, çünki o, hazırkı vəziyyətdə həmin hüquqlarını həyata keçirə bilməz. Belə olan vəziyyətdə mübahisənin həlli Mülki Məcəllənin 452-ci maddəsinin üçüncü dispozisiya şərti daxilində həll olunmalıdır, yəni öhdəlik iddiaçının xeyrinə daha əvvəl əmələ gəldiyinə görə, üstünlük də ona verilməlidir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, o, 2014-cü ildə ödəniş edərək, ev almışdır. Evin tikintisi davam edən zaman iddiaçıya daha aşağı mərtəbədən ev verilməsi təklif edilir və iddiaçı da bu təkliflə razılaşmışdır. Bu baxımdan yeni müqavilə bağlamaqla hazırki mənzili əldə etmişdir. Lakin sonrakı dövr ərzində iddiaçı dəfələrlə ev barədə məlumat almağa çalışsa da, qarşı tərəf ona məlumat verməkdən boyun qaçırmış, sadəcə evin yaxın zamanlarda təhvil veriləcəyi deyilmişdir. Bir müddət sonra artıq məlum olmuşdur ki, qarşı tərəf iddiaçı ilə birgə çox saylı insanları aldatmışdır. Məhkəmə iclasında isə qarşı tərəfin nümayəndəsi bildirmişdir ki, həmin evdə başqa şəxslər yaşayır. Birinci instansiya məhkəməsində mülki hüququn normaları pozulmuşdur. İzahatının sonunda iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbi təmin edilməsini xahiş etmişdir.

16. Məhkəmə iclasında iştirak edən cavabdeh “İnşaat Konstruksiyası” MMC-nin nümayəndəsi vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmiş və izahatında bildirmişdir ki, “İnşaat Konstruksiyaları” MMC-nin fəaliyyətində müəyyən nöqsanlar mövcuddur, odur ki, MMC olaraq çalışır ki, vətəndaşların onlardan hər hansı bir narazıçılığı yaranmasın. Qarşı tərəflə bu mövzuda aralarında müəyyən razılaşma da əldə edilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 4 ildən arıtqdır ki, ailə üzvləri ilə birgə həmin evdə yaşayırlar. İzahatının sonunda apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

17. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

d) Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir; 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

e) Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası iş üzrə tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

24. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

25. Hazırkı işin faktiki hallarına əsasən “İnşaat Konstruksiyaları” MMC Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2 blok, 7 mərtəbə, ümumi sahəsi 92,4 kv.m olan, *** nömrəli mənzillə bağlı həm iddiaçı İddiaçı ilə ##.##.2017-ci ildə, həm də Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə ##.##.2017-ci ildə müqavilələr bağlamışdır. Hər iki tərəf müqavilələr üzrə mənzilin dəyərini ödəmişlər. Hazırda iddiaçı həmin alqı-satqı müqaviləsinin etibarsızlığını, həmçinin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mənzildən çıxarılmasını tələb edir. Üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs isə cavabdeh arasında bağlanmış ##.##.2017-ci il tarixli müqaviləyə istinadən mübahisəli mənzilin ona satıldığını, mənzilin dəyərini tam ödəməklə cavabdehdən təhvil aldığını, bu günədək həmin mənzili təmir etdiyini və orada yaşayış olduğunu və mənzilin ona məxsus olduğu qeyd etmişdir.

26. Belə ki, “İnşaat Konstruksiyaları” MMC ilə İddiaçı arasında bağlanmış ## #### 2017-ci il tarixli müqavilə mənzilin tikilib İddiaçı təhvil verilməsi barədə podrat müqaviləsidir. İddiaçı istinad edilən müqaviləyə əsaslanaraq hazırkı iş üzrə ## ###### 2017-ci il tarixində İddiaçı ilə “İnşaat Konstruksiyaları” MMC arasında bağlanılmış müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçı ilə “İnşaat Konstruksiyaları” MMC arasında bağlanmış ##.##.2017-ci il tarixli müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2 blok, 7 mərtəbə, ümumi sahəsi 92,4 kv.m olan, *** nömrəli mənzili bir pay kimi İddiaçı verir, həmin mənzilin 1 kv.m sahəsi üçün 530 manat təyin edilir, cəmi 92,4 kv.m. sahənin ümumi dəyəri 50000 manat təşkil edir. Həmin müqavilə qiymətindən 100% miqdarı, yəni 50000 manat məbləği ödənilib. Cavabdeh tərəfindən verilmiş və cavabdehin direktoru R.S.Əhmədovun imzası, habelə möhürü ilə təsdiq edilmiş həmin tarixli maliyyə arayışına əsasən İddiaçı bu mənzilin dəyərini tam ödəmişdir.

27. “İnşaat Konstruksiyaları” MMC ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında bağlanmış ##.##.2017-ci il tarixli müqavilədən görünür ki, “İnşaat Konstruksiyaları” MMC Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2 blok, 7 mərtəbə, ümumi sahəsi 92,4 kv.m olan, *** nömrəli mənzili, 60000 manat qarşılığında təhvil verməyi öhdəsinə götürmüşdür. ##.##.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müqavilə üzrə mənzilin dəyərini tam ödəmişdir. Hazırda Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs artıq üç ildir ki, mübahisəli mənzili təmir etdirərək ailəsi ilə birlikdə yaşayır.

28. İddiaçının mübahisələndirdiyi əqdin etibarsız hesab edilməsi üçün qanunvericiliyin tələblərinə uyğun təhlil aparılmalıdır.

29. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər.

30. Mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyri-qanuni itirilməsi riski mövcud olardı... Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri müəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarardı (“H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2014-cü il tarixli Qərarı).

31. “İnşaat Konstruksiyaları” MMC ilə iddiaçı və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında bağlanmış müqavilələr mahiyyətcə podrat müqavilələridir. Mülki Məcəllənin 752.1-ci maddəsində podrat müqavilləsinə verilən anlayışdan da görünür ki, bu müqavilə kansensual müqavilədir, tərəflər sifarişin həcmi və buna uyğun muzd barədə razılığa gəldikləri andan müqavilə bağlanmış sayılır. Göründüyü kimi həmin müqavilələr həm podrat müqaviləsi olduğundan, həm də mənzil fərdi-müəyyən edilən əşya olduğundan onun daha əvvəl kimə təhvil verilməsinin xüsusi önəmi vardır. Belə ki, Mülki Məcəllənin 452.1-ci maddəsinə görə kreditorun fərdi-müəyyən əşyanı borclunun əlindən alınmasına o halda ixtiyarı çatır ki, əmlak mülkiyyət hüququ ilə üçüncü şəxsdə olmasın. İşin mübahisəsiz halları ilə isə müəyyən edilir ki, mənzil İddiaçı ilə bağlanmış müqavilə əsasında hazırda üşüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mülkiyyətindədir. “İnşaat Konstruksiyaları” MMC ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında müqavilə daha əvvəl bağlanmış və mənzil ona daha əvvəl təhvil verilmişdir.

32. Bu halda, kollegiya belə qənaətə gəlir ki, “İnşaat Konstruksiyaları” MMC ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında Mənzilə dair ##.##.2007-ci il tarixdə bağlanmış müqavilənin etibarsızlığına dair iddiaçının irəli sürdüyü faktiki halların iddia tələbinin qanuni əsası kimi göstərdiyi əqdin etibarsızlığı ilə bağlı müddəaların dispozisiya şərtlərinə uyğun gəlmədiyindən iddia əsassızdır. Belə ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs vicdanlı alıcı olmaqla mənzili reyestrin həqiqiliyi prezumpsiyasına istinadən əldə etmişdir.

33. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ## ####### 2004-cü il tarixli Qərarında qeyd etmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-nin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.

34. Mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyri-qanuni itirilməsi riski mövcud olardı... Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri müəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarardı (“H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2014-cü il tarixli Qərarı).

35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar