Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1549/2026 29.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı «xxxx» MMC-nin cavabdehlər cavabdeh2, cavabdeh4, cavabdeh3 və cavabdeh1 qarşı işi üzrə Açar sözlər: (“əmlak hüquqlarına xitam verilməklə yaşayış sahəsindən çıxarılması”) hakimlər X4 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçı «xxxx» MMC-nin nümayəndəsi vəkil Vəkil iştirakı ilə, iddiaçı «xxxx» MMC-nin cavabdehlər cavabdeh2, cavabdeh4, cavabdeh3 və cavabdeh1 qarşı Bakı şəhər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə “əmlak hüquqlarına xitam verilməklə yaşayış sahəsindən çıxarılması” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı işi üzrə ## ####### 2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları və iş üzrə məhkəmə icraat(lar)ı
1. Iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh2 sahibliyində və istifadəsində olan ünvan 1 ünvanında yerləşən mənzilə dair əmlak hüquqlarına xitam verilməklə onların mənzildən çıxarılması və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan binada xitam veriləcək mənzilinin əvəzi olaraq 30 kv.m və 20% əlavə olunmaqla (6 kv.m.) cəmi 36 kv.m, cavabdehlər cavabdeh2, cavabdeh4, X2 X8 Pərvanə Bəxtiyar qızı və cavabdeh1 mənzildən çıxarılaraq mənzilin boşaldılması, cavabdeh2, mənzildən çıxarılan gündən yeni mənzillə təmin olunan günədək aylıq 400 manat kirayə haqqı ilə təmin olunması öhdəliyinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri, Lokal Gəlirlər Baş Idarəsi tərəfindən ##.##.2021-ci ildə dövlət qeydiyyatına alınmış nizamnaməsinə əsasən, cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən, xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi tərəfindən verilmiş EL-***/**** nömrəli ## ###### 2022-ci il tarixli Lisenziyaya əsasən, “Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərini” aparmaq icazəsi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə müddətsiz verilmişdir. Bakı şəhər Icra Hakimiyyətinin başçısı Eldar Əzizov tərəfindən verilmiş ##.##.2022-ci il tarixli *** nömrəli Sərəncama əsasən, Bakı şəhəri Sabunçu rayonu, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.0858 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülkiyyət münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında “xxxx” MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Sonradan bu Sərəncam əsasında, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi tərəfindən Bakı şəhəri Sabunçu rayonu, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.0858 ha torpaq sahəsinin YERQURULUŞU PLANI tərtib edilmiş və təsdiq edilmişdir. Həmçinin, "Azərdövlətlayihə" Dövlət Baş Layihə Institutunun Bakı şəhəri, Sabunçu rayonu, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının texniki vəziyyəti barədə ##.##.2021-ci il tarixli rəyinə əsasən, vizual texniki baxış zamanı 2 mərtəbəli yaşayış binalarının yükdaşıyan divarlarında aşınmalar, suvaq tökülmələri, hörgü məhlulunun tökülməsi, ağac elementlərində əyinti, biolojı zədələnmələr müşahidə olunması təsdiq edilmişdir. Ağac materialından quraşdırılmış döşəmə və örtük elementlərində müxtəlif deformasiyalar yaranmış, pilləkən va balkonların beton sahələrində ciddi aşınma, deformasiyalar mövcudluğu halı, dəmirbeton elementlərin beton mühafizə qatı tökülmüş, armatur karkası korroziyaya məruz qalmışdır. Dam örtüklərinin yararsız vəziyyətdə olması göstərilmişdir. Şiferlər sınmış, müəyyən sahələrdə yerdəyişmələr çardağın ağac elementlərində çatlar, əyintilər, zədələr yaranmışdır. Atmosfer sularının təsirindən otaqların divarları və tavanlarında nəmlik müşahidə olunmuşdur. Bu sahələrdə yükdaşıyan və qoruyucu elementlərin odadavamlılığı yetərli deyildir. Texniki normalar nəzərə alınmadan tikilmiş müxtəlif təyinatlı tikililərin dayanıqlığı yolverilməzdir. Xüsusən, əlavə tikililər olan sahələrdə yanğın təhlükəsizliyi və təxliyyə tələblərinə əməl olunmamışdır. Binaların istismar keyfiyyəti aşağı səviyyədədir, yaşayış evlərinin təmirsiz istismar olunması, fiziki və mənəvi cəhətdən köhnəlməsi binaların dayanıqlığına mənfi təsir göstərmişdir. Tikililərin mövcud texniki vəziyyəti bu günki qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab vermir. Istər yaşayış binalarına bitişik, istərsə də, həyətdəki müxtəlif təyinatlı tikililər yaşayış ərazisində sakinlərin və nəqliyyatın hərəkətinə əngəl törədir. Yaşayış binaları və qeyri-yaşayış tikililərinin mövcud vəziyyəti texniki cəhətdən yolverilməz vəziyyətdədir. Yuxarıda göstərilən sərəncama əsasən, Bakı şəhəri Sabunçu rayonu, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrində yerləşən bəzi qəzalı vəziyyətdə olan binaların sökülməsi işləmləri başladığından, artıq mülkiyyətçilərlə razılaşdırılıb müqavilə imzalamaqla onların oradan köçürülməsi prosesinə start verilmişdir. Lakin, hazırkı iddianın mahiyyəti olan məsələ, həmin sakinlərdən olan və iş üzrə cavabdeh2, şirkətin irəli sürdüyü təkliflə razı olmadığı üçün məhkəmə müstəvisində qaldırılmışdır. Belə ki, cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzilə sahibik və idarə edir. Beləliklə, cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzilə münasibətdə mülkiyyət hüququnu təsdiqləyən sənədlər yoxdur. Həmin mənzilə aid ***** nömrəli Şəxsi hesab cavabdehin anası Həmidova Südabənin adına olmuşdur. Həmidova Südabənin vəfatı ilə * nömrəli MIS tərəfindən verilmiş C* nömrəli protokola əsasən, həmin şəxsi hesab həyat yoldaşı Aslanov Bəxtiyarın adına keçirilmişdir. Aslanov Bəxtiyar isə ##.##.2006-cı il tarixində vəfat etmişdir. Hazırda isə evdə cavabdeh2 ailə üzvləri ilə birgə yaşayır. Mənzildə cavabdeh4, X5, cavabdeh2, cavabdeh1, X2, X1 qeydiyyatdadır. Protokola əsasən mənzil 30 kv.metrdir. Ümumi formalaşmış praktika nəzərə alınaraq, cavabdehin sahiblik və istifadəsində olan əmlakın kv.m. uyğun olaraq onun 20% əlavəsi verilməklə təklif olunmuş, cavabdeh ofisin fəaliyyət göstərdiyi yerə rəsmi olaraq dəvət edilmiş və onlar məktubu rəsmi olaraq qəbul etmişdir. Sonradan cavabdehlərlə əlaqə saxlanılsa da, onlar təklif edilən şərtlərlə razılaşmamışdırlar. Hazırda cavabdehlər həmin əmlakdan çıxmaq istəmir. Tərəflər arasında razılaşma olmadığından, hesab edirlər ki, bu məsələ məhkəmə müstəvisində həll olunmalı və qanunvericiliyin tələbləri hansı istiqamətdə tövsif edilirsə, o qaydada məhkəmə qərar çıxarılmalıdır. Iddiaçı sakinləri onlara məxsus olduğu əmlaka uyğun olaraq əmlakla yeni tikiləcək binada təmin etməli və bina tikilənədək onlara müvafiq kirayə haqları ödəməlidir və iddiaçı da bütün digər sakinlərlə artıq razılıq əldə edib, müqavilə imzalayıb və onların hər birinin mənzillərinə müvafiq olaraq aylıq kirayə haqqı ödəməyə başlamışdır. Iddiaçı tərəfindən sərəncamda müəyyən olunmuş öhdəliklər tam şəkildə icra edilsə də, cavabdehin sərəncamına uyğun müqavilə bağlamaqdan imtina etməsi hazırda bir sıra çətinliklər yaradır. Söküləcək bina qəzalı vəziyyətdədir və oradan köçürüləcək bütün sakinlər vaxtında köçürülməlidir ki, vaxtında da binanın inşasına başlanılsın və müəyyən edilmiş vaxt ərzində şirkət sakinləri yeni tikiləcək bina ilə təmin etsin. Lakin,cavabdehlərin bu cür qanunsuz hərəkətləri və əsassız varlanmaq istəyi, digər sakinlərin hüquqularına xələl gətirir, sərəncamın icrasını gecikdirir və binanın sakinlərinin yaşayışla təmin olunmaq aqibətini sual altına qoyur.
2. cavabdeh2 ##.##.2025-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx" MMCnin ona və digərlərinə qarşı “əmlak hüquqlarına xitam verilməklə yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddiası əsassız hesab olunaraq rədd edilməsini xahiş etmişdir.
3. ##.##.2025-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə yenidən ərizə ilə müraciət edərək, cavabdeh2 sahibliyində və istifadəsində olan ünvan 1 ünvanında yerləşən mənzilə dair əmlak hüquqlarına xitam verilməklə onların mənzildən çıxarılması və həmin mülkiyyətin əvəzi olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan binada xitam veriləcək mənzilinin əvəzi olaraq Bina A2, 11-ci mərtəbə, 2 otaqlı, mənzil 56, cəmi 65 kv.m təmirli yeni mənzil, cavabdehlər cavabdeh2, cavabdeh4, X2, X1, cavabdeh3 və cavabdeh1 mənzildən çıxarılaraq mənzilin boşaldılması, mənzildən çıxarılan gündən yeni mənzillə təmin olunan günədək aylıq 450 manat kirayə haqqı ilə təmin olunması öhdəliyinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. ##.##.2025-ci il tarixdə iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, ərizədə qeyd etdikləri mənzilin kv.m dəyişdirərək, 68.31 kv.m binanın çöl divarları nəzərə alınmaqla və üzərinə 20 % əlavə edilməklə, mənzilin çöldən çölə olan ölçüsünün cəmi 81.97 kv.m verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh2 ünvan 1 dair hüquqlarına xitam verilməsi, cavabdehlər cavabdeh2, cavabdeh4, cavabdeh3 və cavabdeh1 ünvan 1-dan çıxardılaraq mənzilin boşaldılması, ünvan 1 əvəzi olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan binada cavabdeh2 30 kv.m və 20% əlavə edilməklə Bina A2, 11- ci mərtəbə, 2 otaqlı, mənzil 56, çöl divarları daxil olmaqla, iş materiallarında olan ##.##.2025-ci il tarixli ekspert rəyinə uyğun olaraq, 68, 31 kv.m və 20% əlavə edillməklə, cəmi 81.97 kv.m olan təmirli mənzillə təmin olunması və cavabdeh2 mənzildən çıxarılan gündən yeni mənzillə təmin olunan günədək aylıq 450 manat kirayə haqqı ilə təmin olunması öhdəliyinin “xxxx” MMC-nin üzərinə qoyulması, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 16, 29, ,43; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 203.1; Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.20, 4.1, 4.2, 17; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28.1, 28.4, 28.7, 85; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə, “Fortis-Bayıl” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2020-ci il tarixli qərarına, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2021-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il # ####### tarixli *** nömrəli, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il ## ###### tarixli * nömrəli və “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il ## ###### tarixli ** nömrəli qərarlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər kabinetinin ##.##.2019-cu il tarixli, *** saylı Qərarının 4-cü bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2020-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyinə, Avropa Məhkəməsinin “Broniovski Polşaya qarşı” iş üzrə 2004-cü il ## #### tarixli Qərar və “Skordino Italiyaya qarşı” iş üzrə 2006-cı il ## #### tarixli Qərarına istinadən qeyd edilmişdir ki, “Fortis-Bayıl” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2020-ci il tarixli qərarında göstərilmişdir ki, «... Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107- 5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il ## ###### tarixli Qərarı). ... Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. ... Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zaman cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. Göstərilən hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir». Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2021-ci il tarixli qərarında göstərilmişdir ki, «...qanunverici özbaşına tikililərə dair hüquqi tənzimləmə qaydalarını təsbit edərək onun üzərində mülkiyyət hüququnun yaranması şərtlərini müəyyən etmişdir. Bunlara tikinti aparılan torpaq sahəsinin tikən şəxsin mülkiyyətində olması, tikilinin saxlanılmasının digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmaması və ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə yaratmamasıdır. Bu şərtlərdən birinin mövcud olmaması məhkəmələr tərəfindən özbaşına tikili üzərində mülkiyyət hüququnun tanınmasını istisna edir. O da qeyd edilməlidir ki, şəxsin lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla mülkiyyətində olan tikililərə artırılmaların aparılması da özbaşına tikili hesab edilir». Həmin qərardan göründüyü kimi, işin tam və hərtərəfli tədqiq olunması üçün vətəndaşın mübahisəli tikintinin aparılması üçün müvafiq icazə alıb-almaması məhkəmələr tərəfindən araşdırılmalı, tikintinin sifarişçisi olan Rayon Icra Hakimiyyəti işə üçüncü şəxs qismində cəlb edilməlidir. Işin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikasının FHN Tikintidə Təhlükəsizliyə Nəzarət X9 Layihə Azərbaycan Dövlət Baş Layihə Institutu tərəfindən verilmiş “Bakı şəhəri Sabunçu rayonu Hüseyn Ərəblinski, Aşqı Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının texniki vəziyyəti barədə” ***** nömrəli ##.##.2021-ci il tarixli Rəyə əsasən mübahisəli ünvanda yerləşən yaşayış binasının istismarı müddətində yükdaşıyan inşaat konstruksiyalarının yenilənməsi, əsaslı təmir işlərinin aparılması müşahidə olunmadı. Binanın istismar keyfiyyəti aşağı səviyyədədir. Yaşayış evlərinin təmirsiz istismar olunması, fiziki və mənəvi cəhətdən köhnəlməsi binanın dayanıqlığına mənfi təsir göstərmişdir. Tikililərin mövcud texniki vəziyyəti bu günkü qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab vermir. Qeyd olunan ərazidə qeyri-yaşayış tikililərinin (ticarət, qaraj və s.) tikintisi primitiv şəkildə aparılmışdır. Tikililər əsaslandırılmamış şəkildə inşa edilmişdir. Divar və örtük elementləri müxtəlfcinsli materiallardan yerinə yetirilmiş, elementlərin, nəticədə bütöv tikilinin dayanıqlığı təmin edilməmişdir. Istər yaşayış binasına bitişik, istərsə də həyətdəki müxtəlif təyinatlı tikililər yaşayış ərazisində sakinlərin və nəqliyyatın hərəkətinə əngəl törədir. Yaşayış binası və qeyri-yaşayış tikililərinin mövcud vəziyyəti texniki cəhətdən yolverilməz vəziyyətdədir. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il # ####### tarixli *** nömrəli, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il ## ###### tarixli * nömrəli və “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016- cı il 25 fevral tarixli ** nömrəli qərarlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər kabinetinin ##.##.2019-cu il tarixli, *** saylı Qərarının 4cü bəndinə əsasən Bakı şəhərinin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs, Binəqədi Rayon Icra Hakimiyyəti, Qaradağ Rayon Icra Hakimiyyəti, Suraxanı Rayon Icra Hakimiyyəti, Nəsimi Rayon Icra Hakimiyyəti, Xətai Rayon Icra Hakimiyyəti, Nərimanov Rayon Icra Hakimiyyəti, Nizami Rayon Icra Hakimiyyəti, Yasamal Rayon Icra Hakimiyyəti, Səbail Rayon Icra Hakimiyyəti, Pirallahı Rayon Icra Hakimiyyəti və Xəzər Rayon Icra Hakimiyyəti, bu Qərarın 1 -ci, 2-ci və 3-cü hissələrində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il ######un #-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını, habelə qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsini həyata keçirsinlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2020-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqe ondan ibarət olmuşdur ki, «...mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Bu baxımdan şəhərsalma və tikinti sahəsində dövlət siyasətinin əsas istiqamətləri üzrə fəaliyyətin, o cümlədən insanların sağlam və təhlükəsiz yaşayış şəraitinin təmin edilməsi və bu sahədə məskunlaşma sisteminin maneəsiz həyata keçirilməsi məqsədi ilə belə münasibətlərin iştirakçılarının hüquq və vəzifələrinin qanunverici tərəfindən dəqiq müəyyənləşdirilməsinə və normativ tənzimləmənin təkmilləşdirilməsinə zərurət vardır». Iddiaçı cavabdehin 30 kv.m təşkil edən * nömrəli mənzilinin sökülərək əvəzində onu Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan A* nömrəli binada sahəsi 81.97 kv.m olan ** nömrəli təmirli mənzillə təmin etməklə və yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə cavabdehə hər ay 450 manat kirayə haqqı ödəməklə, onun mülkiyyət hüququndan məhrum etmir. Belə ki, cavabdehə məxsus mənzilin yerləşdiyi bina qəzalı vəziyyətdədir və binanın hazırkı vəziyyətdə istismarının davam etdirilməsi orada yaşayan sakinlərin həyatı, sağlamlığı və ətraf mühit üçün təhlükəlidir. Artıq iddiaçı tərəfindən mübahisəli mənzilin yerləşdiyi binada yaşayan sakinlərin köçürülməsinə başlanılmışdır. Lakin cavabdehlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin (sakinlərin) hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Digər tərəfdən, cavabdehə məxsus mənzilin sökülməsi onun mülkiyyət hüququndan məhrum edilməsi ilə nəticələnməyəcəkdir. Belə ki, onun Bakı şəhəri, Sabunçu rayonu, Aşıq Alı küçəsi ev ** nömrəli yaşayış binasındakı mənzilə olan hüququ, həmin yaşayış binası söküldükdən sonra yerində tikiləcək binadan verilən yeni mənzilə şamil olunacaqdır. Cavabdehə məxsus olan mənzilin yerləşdiyi Bakı şəhəri, Sabunçu rayonu, Aşıq Alı küçəsi ** nömrəli yaşayış binasının qanunvericilikdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə deyil, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə sökülməlidir. Cavabdehin mülkiyyətində olan evin sahəsi 30 kv.m-dir, işin hallarından görünür ki, mənzilə artırmalar etmiş, lakin sözügedən artırmalara dair qanunla nəzərdə tutulan qaydada icazə almamış, gələcəkdə bu əlavələrin sənədləşməsinə əsas ola biləcək halları məhkəməyə təqdim etməmişdir. Belə olan halda, cavabdehin istifadəsində olan ümumi sahəsi 30 kv.m + çöl divarları nəzərə alınmaqla və üzərinə 20 faiz mənzilə münasibətdə iddiaçının əvəzləşdirilməsi üçün təklif edilmiş evin çöldən çölə olan ölçülərinin 81.97 kv.m mənzil ədalətli hesab edilməlidir.
6. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki : - Cavabdeh cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzilə münasibətdə mülkiyyət hüququnu təsdiqləyən sənədlər yoxdur. Həmin mənzilə aid ***** nömrəli Şəxsi hesab cavabdehin anası Həmidova Südabənin adına olmuş, Həmidova Südabənin vəfatı ilə * nömrəli MIS tərəfindən verilmiş C* nömrəli protokola əsasən, həmin şəxsi hesab həyat yoldaşı Aslanov Bəxtiyarın adına keçirilmişdir. Aslanov Bəxtiyar isə ##.##.2006-cı il tarixində vəfat etmişdir; - Azərbaycan Respublikası Bakı şəhəri Icra Hakimiyyəti Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti * nömrəli Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin *** nömrəli Mənzil Kommunal Istismar Sahəsinin ** nömrəli ##.##.2025-ci il tarixli arayış əsasən ünvan 1 cavabdeh4, X5, cavabdeh2, cavabdeh1, X2 və X1 qeydiyyatdadır; - Bakı şəhər Icra Hakimiyyətinin Başçısının ##.##.2022-ci il tarixli *** nömrəli sərəncamın əsasən Bakı şəhəri, Sabunçu rayonu, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerquluşu planında göstərilən koordinatlar daxilində yerləşən 10858 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında “xxxx” MMC tərəfindən həll edilməsi şərti ilə çoxmənzilli yaşayış kompeksinin tikintisi üçün icarə əsasında “xxxx” MMC-nin istifadəsinə verilmişdir; - EL-***/**** nömrəli ##.##.2022-ci il tarixli lisenziyanın surətinə əsasən Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərini həyata keçirməyə “xxxx” MMC-nə icazə vermişdir; - EL- ***/****/* nömrəli ##.##.2022-ci il tarixli lisenziyanın əlavəsinin surətinə əsasən “xxxx” MMC-nə tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri fəaliyyəti üzrə görülməsinə icazə verilən işlərin siyahısına xüsusi torpaq işləri, ankerlərin torpağa bərkidilməsi və binaların “torpaqda divar” üsulu ilə tikilməsi, enmə quyularının və kessonların qurulması, beton və dəmir-beton konstruksiyaların quraşdırılması, metal konstruksiyaların quraşdırılması, ağac konstruksiyaların quraşdırılması, fasad işləri, svay işləri, mühəndis-kommunikasiya və şəbəkələrinin qurulma işləri, hidrotexniki işlər, sualtı texniki işlər, dambaların (torpaq bəndlərin) tikintisi, limanların tikintisi, pirslərin tikintisi, sahilbərkitmə işləri, su anbarları, xüsusi qurğuların tikintisi və quraşdırılması, rezervuarlar və qazholderlər (qaz anbarları), elektrik ötürücü xətləri, sənaye və mülki obyektlərin tikintisi: aşırımı 24 metrədək, aşırımı 24 metr və daha çox, hündürlüyü 65 metrədək, hündürlüyü 65 metr və daha çox, tutumu 5000 nəfərədək, tutumu 5000 nəfər və daha çox işlər daxil edilmişdir; - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ##.##.2022-ci il tarixli MIHO/2.*-*-****-**** nömrəli cavab məktubunda yuxarıda qeyd olunan ünvanda yerləşən torpaq sahəsinin müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq ərazidəki tikililərin sökülməsi və üzərində aparılacaq tikintinin qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun təmin edilməsi şərti ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə ayrılmasına etiraz etmədiklərini bildirilmişdir; - Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ## ##### 2022-ci il tarixli ************ nömrəli cavab məktubunda Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun olaraq qeyd olunan torpaq sahəsinin yerquruluşu qaydasında hüdudları yerdə (naturada) dəqiqləşdirilərkən həmin sahənin faktiki ölçüsünün 1,0858 hektar təşkil etdiyi, 0,4289 hektar hissəsinin Bakı Şəhər Icra Hakimiyyətinin ##.##.2000-ci il tarixli *** nömrəli sərəncamı ilə Sabunçu bələdiyyəsinin mülkiyyətinə ayrılması nəzərdə tutulan ərazidə yerləşdiyi, daxilində 5 ədəd ikimərtəbəli yaşayış binasının (tərkibində mənzil və qeyri-yaşayış sahələri), qeyri-yaşayış sahələrinin, metal konstruksiyalı qarajların, məhəllədaxili yolun və yaşıllıq sahələrinin mövcud olduğu, eləcə də * saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan yaşayış binasının, həmçinin “xxxx” Açıq Səhmdar Cəmiyyətinin balansında olan nasosxana binasının yerləşdiyi müəyyən edilərək müvafiq yerquruluşu planı hazırlanmışdır. Ərazidəki yaşayış binaları, tikililər, qarajlar və qeyri-yaşayış sahələri, * saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Birliyinin balansında olan yaşayış binası, həmçinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin balansında olan nasosxana binası ilə bağlı məsələlər mövcud qanunvericiliyə uyğun həll edildikdən sonra, tərtib edilmiş yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən, dövlət mülkiyyətinə aid 1,0858 hektar torpaq sahəsinin çoxmənzilli yaşayış kompleksinin tikintisi məqsədilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə icarə qaydasında ayrılmasına etiraz etədiklərini bildirilmişdir; - Azərbaycan Respublikasının FHN Tikintidə Təhlükəsizliyə Nəzarət X9 Layihə Azərbaycan Dövlət Baş Layihə Institutunun Bakı şəhəri, Sabunçu rayonu, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının texniki vəziyyəti barədə ***** nömrəli ##.##.2021-ci il tarixli rəyinə əsasən Vizual texniki baxış zamanı 2 mərtəbəli yaşayış binalarının yükdaşıyan divarlarında aşınmalar, suvaq tökülmələri, hörgü məhlulunun tökülməsi, ağac elementlərində əyinti, bioloji zədələnmələr müşahidə olundu. Ağac materialından quraşdırılmış döşəmə və örtük elementlərində müxtəlif deformasiyalar yaranmışdır. Pilləkən və balkonların beton sahələrində ciddi aşınma, deformasiyalar mövcuddur. Dəmir-beton elementlərin beton mühafizə qatı tökülmüş, armatur karkası korroziyaya məruz qalmışdır. Dam örtükləri yararsız vəziyyətdədir. Şiferlər sınmış, müəyyən sahələrdə yerdəyişmələr çardağın ağac elementlərində çatlar, əyintilər, zədələr yaranmışdır. Atmosfer sularının təsirindən otaqların divarları və tavanlarında nəmlik müşahidə olundu. Sakinlər tərəfindən yaşayış binalarına bitişik və söykənmiş primitiv tikililər inşa edilmişdir. Tikililər əsasən balkonların üstündə yerləşdiyindən binalar əlavə yüklənmişdir. Yaşayış binalarının balkon və dəhlizlərin əksər sahələri müxtəlif təyinatlı otaqlara uyğunlaşdırılmışdır. Bu sahələrdə yükdaşıyan və qoruyucu elementlərin odadavamlılığı yetərli deyildir. Mühəndiskommunikasiya təminatı sistemi (elektrik xətləri, su və kanalizasiya xətləri) fərdi qaydada quraşdırılmışdır. Texniki normalar nəzərə alınmadan tikilmiş müxtəlif təyinatlı tikililərin dayanıqlığı yolverilməzdir. Xüsusən, əlavə tikililər olan sahələrdə yanğın təhlükəsizliyi və təxliyyə tələblərinə əməl olunmamışdır. Yaşayış binalarının istismarı müddətində yükdaşıyan inşaat konstruksiyalarının yenilənməsi, əsaslı təmir işlərinin aparılması müşahidə olunmadı. Binaların istismar keyfiyyəti aşağı səviyyədədir. Yaşayış evlərinin təmirsiz istismar olunması, fiziki və mənəvi cəhətdən köhnəlməsi binaların dayanıqlığına mənfi təsir göstərmişdir. Tikililərin mövcud texniki vəziyyəti bu günkü qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab vermir. Qeyd olunan ərazidə qeyri-yaşayış tikililərinin (ticarət, qaraj və s.) tikintisi primitiv şəkildə aparılmışdır. Tikililər əsaslandırılmamış şəkildə inşa edilmişdir. Divar və örtük elementləri müxtəlfcinsli materiallardan yerinə yetirilmiş, elementlərin, nəticədə bütöv tikilinin dayanıqlığı təmin edilməmişdir. Istər yaşayış binalarına bitişik, istərsə də həyətdəki müxtəlif təyinatlı tikililər yaşayış ərazisində sakinlərin və nəqliyyatın hərəkətinə əngəl törədir. Yaşayış binaları və qeyri-yaşayış tikililərinin mövcud vəziyyəti texniki cəhətdən yolverilməz vəziyyətdədir; - Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş Idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin ##.##.2023-cü il tarixli çıxarışına əsasən “xxxx” MMC ##.##.2021-ci il tarixdə qeydiyyata alınmışdır; - Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.0858 ha torpaq sahəsinin YERQURULUŞU PLANI tərtib edilmiş və təsdiq edilmişdir; - “xxxx” MMC-nin MŞ/XS/**** nömrəli, ##.##.2023-cü il tarixli xəbərdarlıq məktubuna əsasən cavabdeh2 ərazidə qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə cavab verən yeni yaşayış binalarının tikilməsi və köçürülmüş sakinlərin bu binalarda mənzillərlə təmin olunması ilə əlaqədar “xxxx” MMC-nin Hüseyn Ərəblinski küçəsi 12 ünvanında yerləşən ofisinə dəvət edilmişdir; - ##.##.2025-ci il tarixli X3 və Ekspertiza Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətinin rəyinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi, ev 12 ünvanında yerləşən ** nömrəli mənzilin çöl divarları daxil olmaqla faktiki sahəsi 68,31 kv.m təşkil edir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
7. Cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək, Sabunçu rayon Məhkəməsinin *(***)- ****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Konstitusiyasının 13.1, 125, 127; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 372.6, 384.0.2, 385.1.1, 385.1.4 və 390-cı maddələrinə istinadən qeyd edilmişdir ki, Sabunçu rayon Məhkəməsinin e-*(***)- ****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi qanunsuz və əsassızdır, bu səbəbdən həmin qətnamə ləğv olunmalıdır. Onun qənaətinə görə, birinci instansiya məhkəməsi iş üzrə heç bir araşdırma aparmamış, yalnız iddiaçının iddiasında qeyd etdikləri əsasında iddianın əsaslı olması nəticəsinə gəlmişdir. O bildirir ki, məhkəmənin bu ədalətsiz qətnaməsi onun mülkiyyət hüququnun kobud şəkildə pozulması deməkdir. Belə ki, məhkəmə hansısa MMC-nin bina tikmək adı ilə verdiyi iddia əsasında onu mülkiyyətindən məhrum edə bilməz. Bundan başqa, məhkəmə onun 81.97 kv.m olan təmirli mənzillə təmin olunmasını qət etsə də, təmirin hansı formada və səviyyədə olacağı qeyd edilməmişdir. Şəxsin fikrincə, "ümumi təmirli" anlayışı gələcəkdə qətnamənin icrasında çətinlik yaradacaqdır. Belə ki, iddiaçı təmirli adı ilə keyfiyyətsiz materiallardan istifadə edə və ya mənzili qismən təmir edərək verə bilər. Ona görə də təmirin hansı formada olacağı və hansı materiallardan istifadə olunacağı məsələləri öz həllini tapmalıdır. Həmçinin məhkəmə ümumi olaraq binadan 81.97 kv.m mənzilin verilməsini qət etmişdir. Bu da gələcəkdə qətnamənin icrasında iddiaçının istədiyi yerdən ona mənzil verməsinin qarşısının alınmasına mane olacaqdır. Cavabdeh qeyd edir ki, iddiaçı ona mansarddan mənzil verə bilər və o, bu qətnamə ilə hüququnu tələb edə bilməyəcəkdir. Odur ki, mənzilin konkret olaraq hansı binadan, hansı mərtəbədən və hansı mənzildən verilməsi məsələsi öz həllini tapmalıdır. Cavabdeh bildirir ki, onun mənzilinin üstündə tikiləcək binadan sahibkar olan iddiaçı yararlandığı üçün, özünün də hüquqları qorunmalı və hazırda tam təmirli yaşadığı evin əvəzinə tikiləcək binadan konkret hansı mərtəbə, hansı mənzil göstərilməklə o, tam təmirli 3 otaqla təmin olunmalıdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Bundan başqa, məhkəmədə şəxsin iştirakı təmin olunmamış, bu səbəbdən onun özünü müdafiə etməsi üçün imkanı olmamışdır. Beləliklə, göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallar tam, obyektiv və hərtərəfli araşdırılmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan hallar düzgün müəyyən edilməmiş, sübut olunmamış, nəticədə qətnamə qeyri-mötəbər, ziddiyyətli və aid olmayan sübutlarla təsdiq edilərək qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi qeyd edilən halları (xüsusatları) tam və obyektiv araşdırmamış, bununla da müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir ki, bu da qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi ilə nəticələnmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar:
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Vəkil apellyasiya şikayətini əsassız hesab etdiyini, cavabdehin apellyasiya şikayətində qətnamədə hansı ərazinin ona verilməli olmasının dəqiq müəyyən edilmədiyinin qeyd etdiyini, lakin iddiaçı tərəf birinci instansiya məhkəməsində dəqiqləşdirmə ilə bağlı verilən ərizədə, həmçinin Sabunçu Rayon Məhkəməsinin qətnaməsində də hansı ərazinin cavabdehə veriləcəyinin dəqiq müəyyən edildiyini, cavabdehə Bina A2, 11-ci mərtəbə, 2 otaqlı, mənzil 56 ünvanında yerləşən evin veriləcəyini, bundan əlavə birinci instansiya məhkəməsində icraat zamanı cavabdehin öz vəsaiti hesabına qiymətləndirmə həyata keçirdiyini, qiymətləndirmə rəyini də sübut qismində qəbul edilməsi üçün məhkəməyə təqdim etdiyini, bundan sonra iddiaçının da həmin rəyi nəzərə alaraq cavabdehə çıxarışda qeyd edilən 30 kv.m sahənin üzərinə 20 % də əlavə edilməklə mənzil təklif etdiyini, cavabdehlə mübahisənin barışıq yolu ilə həll edilməsi ilə bağlı danışıqlar apardığını, lakin cavabdehin israrla mənzilini özünün təmir etdirmək istədiyini və bunun üçün çox böyük məbləğdə, şişirdilmiş pul və kirayə haqqını öncədən tələb etdiyini,şirkətin bu tələbi qarşılaya bilməyəcəyini, bu səbəbdən də barışığın baş tutmadığını qeyd etmiş, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
9. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh2, apellyasiya şikayətini müdafiə edərək, iddiaçının nümayəndəsinin qeyd etdiyini, qiymətləndiricinin rəyindən məlumatlı olmadığını, onun əsas istəyinin mənzilin ölçüsünün böyük olmasından daha çox, 3 otaqlı mənzillə təmin olunması olduğunu,digər tərəfdən mənzilin iddiaçı tərəfindən hansı səviyyədə təmir ediləcəyinin naməlum olduğunu, buna görə də mənzili özünün təmir etdirmək istədiyini, mənzilin təmiri üçün lazımı pul vəsaitini qabaqcadan iddiaçıdan almaq istədiyini qeyd etmiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
10. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən digər cavabdehlərin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin məhkəmə iclasında iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi
12. .Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən: 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 155.2. Fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir.157.6. Istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. Iddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. 169.1. Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. 169.2. Hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 231.1. Əgər daşınmaz əmlakın dövlət reyestrində yaşayış binasının tərkib hissəsinin müəyyən mülkiyyətçisinin xeyrinə heç bir xüsusi hüquq qeydə alınmayıbsa, aşağıdakı predmetlər və hüquqlar yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətindədir: 231.1.1. torpaq və bina tikilməsinə əsas verəcək tikintiyə vərəsəlik hüququ; 231.1.2. yaşayış binasının və onun tərkib hissələrinin digər mülkiyyətçilərinin otaqlarının konstruksiyası, konstruktiv strukturu və möhkəmliyi üçün əhəmiyyət daşıyan və binanın zahiri simasını və görkəmini müəyyənləşdirən tikinti elementləri; 231.1.3. digər bu cür mülkiyyətçilərin öz otaqlarından istifadəsinə xidmət üçün nəzərdə tutulan qurğular. 231.2. Binanın digər tikinti konstruksiyaları yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin sonrakı razılaşması ilə əsaslandırma aktında birgə konstruksiyalar elan edilə bilər. Belə edilmədikdə ehtimal olunur ki, onlar xüsusi hüquqlara aid edilmişdir. 234. Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququna daşınmaz əmlakın və ya tikinti hüququnun məhvi ilə və daşınmaz əmlakın dövlət reyestrində qeydlə xitam verilir. Əgər bina onun dəyərinin yarısından çox ölçüdə dağılmışdırsa və mülkiyyətçi özü üçün, demək olar, dözülməz yüklülüklər olmadan binanın bərpasına qadir deyildirsə, yaşayış binasının tərkib hissəsinin istənilən mülkiyyətçisindən mülkiyyət hüququna xitam verilməsi tələb edilə bilər, lakin yaşayış binasının tərkib hissələrinin mülkiyyətçiləri ümumi mülkiyyətə sahibliyi davam etdirmək niyyətindədirlərsə, qalan mülkiyyətçilərə peşman haqqı ödəmək yolu ilə hüquqa xitam verilməsinin qarşısını ala bilərlər.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## #### 2021-i il tarixli qərarı əsasən : “ .qanunverici özbaşına tikililərə dair hüquqi tənzimləmə qaydalarını təsbit edərək onun üzərində mülkiyyət hüququnun yaranması şərtlərini müəyyən etmişdir. Bunlara tikinti aparılan torpaq sahəsinin tikən şəxsin mülkiyyətində olması, tikilinin saxlanılmasının digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmaması və ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə yaratmamasıdır. Bu şərtlərdən birinin mövcud olmaması məhkəmələr tərəfindən özbaşına tikili üzərində mülkiyyət hüququnun tanınmasını istisna edir. O da qeyd edilməlidir ki, şəxsin lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla mülkiyyətində olan tikililərə artırılmaların aparılması da özbaşına tikili hesab edilirHər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə sui-istifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar.”
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə (maddələrinə) əsasən: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
16. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə araşdıran məhkəmə kollegiyası diqqətə çatdırır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən birinci instansiya məhkəməsinin araşdırma predmeti olan hallara dair dəlil əks edilməmiş və münasibətləri tənzimləyən mülki qanunvericiliyin tələblərinə müvafiq təkzibedici sübutlar araşdırmaya təqdim edilməmişdir.
17. Apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və özü-özlüyündə ziddiyyət təşkil edir. Belə ki, cavabdeh şikayətdə ona veriləcək mənzilin hansı binada, neçənci mərtəbədə, neçə nömrəli mənzil olması ilə bağlı hər hansı məlumatının olmadığını və bu barədə qətnamədə də qeyd aparılmadığını bildirsə də qətnamədə belə bir qeyri-müəyyənliyin olmadığını, cavabdeh hansı binadan, hansı mənzilin veriləciyinin konkret müəyyən edildiyini qeyd etmişdir. Cavabdeh şikayətdə bir tərəfdən ona verilən mənzilin ölçüsü ilə razı olmadığını qeyd etmiş, digər tərəfdən məhkəmə kollegiyasına verdiyi izahatında əsas məsələnin otaq sayının çox olması olduğunu bildirmiş və 3 otaqlı mənzil istəmişdir. Nəzərə alınmalıdır ki, cavabdehə məxsus olan mənzilin ölçüsü 30 kv.metrdir. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdehin nümayəndəsi tərəfindən müstəqil qiymətləndirici hesabatı məhkəməyə təqdim edilmiş, bundan sonra iddiaçı həmin hesabatı da nəzərə alaraq cavabdehin mülkiyyət hüquqlarını pozmadan ona əvvəlki mənzilin ölçüsündən də böyük mənzil təklif etmişdir. O da nəzərə alınmalıdır ki, cavabdeh sonradan mənzildə müəyyən artırmalar etsə də, həmin artırmalar üçün qanunla müəyyən edilmiş qaydada icazə alınmamışdır. Şikayətin növbəti arqumenti isə ona veriləcək mənzilin təmiri ilə bağlıdır ki, cavabdeh mənzili özünün təmir etdirmək istədiyini, iddiaçının mənzilə hansı səviyyədə təmir edəcəyinin ona naməlum olduğunu, əvvəlki mənzilinin tam təmirli olduğunu, bu səbəbdən də mənzilin təmiri üçün pulu iddiaçıdan tələb etdiyini bildirmişdir. Lakin ilk növbədə qeyd edilməlidir ki, iddiaçı tərəfindən mənzilin aşağı səviyyədə təmir edilməsi ilə bağlı cavabdeh öz dəlillərini əsaslandırmamış, bununla bağlı mötəbər sübut təqdim etməmişdir. Digər tərəfdən məhkəmə kollegiyası humanistlik göstərərək, tərəflərə bütün bu qeyd edilən məsələlərlə bağlı ortaq məxrəcə gəlməyə təklif etmiş, müvafiq danışıqların aparılması üçün onlara vaxt vermişdır. Lakin iddiaçının nümayəndəsinin ifadəsindən məlum olmuşdur ki, cavabdeh iddiaçıdan şişirdilmiş pul məbləğləri tələb etmiş, özü də növbəti prosesdə iştirak etməkdən yayınmışdır.Kollegiya qeyd edilən halları hüquqdan sui-istifadənin təsdiqi kimi qiymətləndirərək təmirlə bağlı cavabdehin narazılığı olduğu təqdirdə, tələblər irəli sürmək hüquqları vardır.
18. Apellyasiya şikayəti əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) ödəyənə aid edilməlidir.
19. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət e t d i : Cavabdeh cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ## ####### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.