Məhkəmə qərarları › İş №e-2(3-6)-1552/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1552/2026

19.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1552/2026 19.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, iddiaçı İddiaçı nümayəndəsi-vəkili nümayəndə3, cavabdeh cavabdeh1 və onun nümayəndəsi-vəkili vəkil3 iştirakları ilə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 MMC-yə qarşı “dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. İddiaçı ##.##.2022-ci il tarixində hər iki süd vəzinin sallanması şikayəti ilə cavabdeh2 Hospitalda, həkim cavabdeh1 konsultasiyasında olmuşdur. Həmin tarixdə “santral pediküllü mammoplastika” əməliyyatı icra edilmiş və o, ##.##.2022-ci il tarixində evə yazılmışdır.

2. İddiaçı ##.##.2023-cü il tarixində “piylənmə İ dərəcə” diaqnozu ilə “xxxx”a qəbul edilmiş, onun üzərində həmin tarixdə “laparoskopik bariatik gastric plikasiya” cərrahiyə əməliyyatı icra edilmiş və ##.##.2023-cü il tarixində evə yazılmışdır.

3. İddiaçı ##.##.2025-ci il tarixində “süd vəzisinin hipertrofiyası. Xarici görkəmin qüsurlarının aradan qaldırmaq məqsədilə aparılan bərpaedici cərrahi əməliyyatların digər növləri” diaqnozu ilə “X12”a qəbul edilmişdir. Ona “abdominal lipodistrifiya. Süd vəzi hipertrifiyası” diaqnozu qoyulmuş, həmin tarixdə endotraxeal anesteziya altında “Abdominoplastika, reduksion mammoplastika” cərrahiyyə əməliyyatı icra edilmiş və o, ##.##.2025-ci il tarixində evə yazılmışdır.

4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X3 tərəfindən Bakı şəhəri Nizami rayon Prokurorluğunun qərarı əsasında ##.##.2025-ci il tarixli, ***/KEŞ saylı ekspert rəyi və Bakı şəhər Nizami Rayon məhkəməsinin qərarı əsasında ##.##.2025-ci il tarixli, ***/KEŞ saylı ekspert rəyləri verilmişdir.

5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X3 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ***/KEŞ saylı ekspert rəyindən görünür ki, 2002-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmətibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: İddiaçı aparılmış müayinələr təyin edilmiş diaqnoza uyğun olmuşdur. “X1” Hospitalda İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, ##.##.2022-ci il tarixdə hospitala daxil olmuş və aparılmış müvafiq müayinlərdən sonra ona “Süd vəzilərinin ptozu” diaqnozu düzgün təyin edilmişdir. Həmin tarixdə xəstənin üzərində “Santral pediküllü mammoplastika” cərrahiyyə əməliyyatı icra edilmiş və ##.##.2022-ci il tarixdə xəstə evə yazılmışdır. “X12’da İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, ##.##.2025-cü il tarixdə “Süd vəzisinin hipertrofiyası. Xarici görkəmin qüsurlarını aradan qaldırmaq məqsədilə aparılan bərpaedici cərrahi əməliyyatların digər növləri” diaqnozu ilə hospitala daxil olmuş və xəstənin üzərində təkrar cərrahiyyə əməliyyatı icra edilmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı üzərində icra edilmiş ilkin cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün yerinə yetirilməmişdir ki, buda sonradan üzərində təkrar cərrahiyyə əməliyyatının icrasına gətirib çıxarmışdır. İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatı zamanı istifadə edilmiş dərman preparatlarının dozaları optimal olmuşdur. İddiaçı “X1” Hospitalda göstərilmiş qüsurlu tibbi xidmət səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyi tərəfindən ##.##.2012-ci il tarixli ** saylı əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nm 24.1 bəndinin (“ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra etməməsi”) tələblərinin pozulması kimi qiymətləndirilir. Buna məsul şəxs həkim plastik cərrahdır. İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda keçirilmiş təkrar cərrahiyyə əməliyyatından sonra hər hansı bir patologiya müəyyən edilməmişdir.

6. Nizami rayon Prokrorluğu tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, ***-c-** nömrəli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə həkim plastik rekonstruktiv və estetik cərrah vəzifəsində işləyən cavabdeh1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314-cü maddəsinin tərkib əlamətləri müəyyən olunmadığından Azərbaycan Respublikası CinayətProsessul Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi, həkim plastik rekonstruktiv və estetik cərrah vəzifəsində işləyən cavabdeh1 tərəfindən cərrahiyyə əməliyyatının İddiaçı üzərində taktiki və texniki cəhətdən düzgün yerinə yetirilməməsi nəticəsində sonuncunun təkrar cərrahiyyə əməliyyat olunması müəyyən edildiyindən cavabdeh1 fəaliyyəti zamanı yol verdiyi qeyd edilən nöqsan və çatışmazlıqların aradan qaldırılması və gələcəkdə təkrar olunmamasına dair müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təqdimat göndərilməsi məsələsinə baxılması üçün toplanmış materialdan müvafiq materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna təqdim edilməsi, qərarın surəti maraqlı şəxslərə göndərilməklə onlara həmin qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri, Nizami rayon prokuroruna, yuxarı prokurora və ya məhkəmə nəzarətini həyata keçirən Nizami rayon məhkəməsinə şikayət etmək hüququnun olması izah edilməsi, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri, Nizami rayon prokuroruna təqdim olunması, material saxlanması üçün Bakı şəhəri, Nizami rayon prokurorluğunun arxivinə təhvil verilməsi qərara alınmışdır.

7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X3 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ***/KEŞ saylı ekspert rəyindən görünür ki, 2002-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmətibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərardadda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1. İddiaçı aparılmış müayinələr təyin edilmiş diaqnoza uyğun olmuşdur. 2. Cərrahiyyə əməliyyatın gedişi, sonrakı müayinə və müalicə taktikası düzgün seçilmişdir (bunu xəstənin xəstəlik tarixində sinə kiçilmə əməliyyatı üçün məlumatlandırılmış, razılıq forması təsdiq edir). Xəstə 2022-ci ilin iyul ayında onu üzərində aparılacaq cərrahiyyə müdaxilənin bütün gedişini və əməliyyat taktikasını özü oxuyaraq qəbul etmiş və bunu öz imzası ilə təsdiq etmişdir. 3. İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatı zamanı istifadə edilmiş dərman preparatlarının dozaları optimal olmuşdur. 4. “X1” Hospitalda İddiaçı adma tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, ##.##.2022-ci il tarixdə hospitala daxil olmuş və aparılmış müvafiq müayinlərdən sonra ona “Süd vəzilərinin ptozu” diaqnozu düzgün təyin edilmişdir. 5. İddiaçı təyin edilmiş ilkin diaqnoza uyğun olaraq onun üzərində “Mammoplastika” cərrahiyyə əməliyyatının icrasına tibbi göstəriş olmuşdur (əməliyyat 2021-ci ildə (İZAPS azeps məmə cərrahiyyəsində DOİ10.****-***** nömrəli protokola uyğun olaraq aparılmışdır). 6. İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, xəstə evə yazılarkən xəstə təlimatlandırılmış, əməliyyat sonrası 1 il müddətində kontrol müayinələr aparılmış və əməliyyatdan sonrakı dövrdə onun süd vəzilərində asimmetriya və digər qüsurlar müəyyən edilməmişdir. 7. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı üzərində süd vəzi kiçiltmə və toparlama (2022) əməliyyatından sonra 2023-cü ildə mədə qatlanma əməliyyatı icra edilmişdir (Bariatrik cərrahiyyə əməliyyatı). Bunu xəstənin qarnın Ön divarlarında olan laparoskopik torakr giriş izləri təsdiq etməkdədir. Bariatrik əməliyyatlardan sonra həm mədədə sintezlənən qrelin hormonunu azalması, həm də kilo verməyə bağlı olaraq insan bədənində elastik liflərin miqdarı azalır, həm də yağ miqdarı azaldığı üçün süd vəzilərində, qarında, qollarda, budlarda və üz nahiyələrində sallanma olur (bunu orginal məqalə olaraq DOİ 10.41-3/JSAS təsdiq edir). Xəstədə 2025-ci ildə həm süd vəzi, həm də abdominoplastik əməliyyatın olması bu deformasiyanın bariatrik əməliyyatdan sonra yarandığını təsdiq edir. 8. İddiaçı cavabdeh2 Hospitalda göstərilmiş tibbi xidmət səhiyyə sistemində qüvvədə olan müvafiq protokol qaydalarına uyğun olmuşdur. 9. İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda hər hansı bir patologiyanın olmadığı müəyyən edilmişdir. Bunu müayinə əsasında xəstənin süd vəzilərinin quruluşunun, süd vəzi başlarının və əməliyyat xətlərinin olması təsdiq edir. Eyni zamanda xəstənin bariatrik əməliyyat keçirməsi xəstədə təkrar süd vəzi sallanması və “dog ear”in deformasiyasının səbəbidir ki, bu da beynəlxalq protokolda görülən bir deformasiyadır. Təkrar mütəxəssis müayinəsinə əsasən, problem bariatrik əməliyyata bağlıdır və 1-ci cərrahiyyə əməliyyatına bağlı deyildir (vaxt və müayinə olaraq). Həmçinin, müayinə zamanı xəstənin bildirdiyi deformasiyalar mövcud deyildir. 10. İddiaçı bariatrik əməliyyat keçirməsi söylədiyi problemlərin səbəbidir ki, bunu da beynəlxaq protokoldakı 10.****JCAS nömrəli orginal məqalə təsdiq edir. 11. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərdə əsasən, İddiaçı üzərində icra edilmiş “Bariatrik Gastric plikasiya” (2023-cü il) cərrahiyyə əməliyyatından öncə bədən çəkisi 79 kq olmuşdur. 2025-ci ildə icra edilmiş “Abdominoplastika. Reduksion mammoplastika” cərrahiyyə əməliyyatından əvvəl isə bədən çəkisi 65 kq olmuşdur. Bu da süd vəzilərinin sallanmasına və bununla əlaqədar təkrar cərrahiyyə əməliyyatın icrasına zərurət yarada bilərdi. 12. İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. 13. İddiaçı yaranmış süd vəzi başının deformasiyası beynəlxalq protokollara əsasən, bariatrik əməliyyatlardan sonra yarana bilir. 14. Bariatrik əməliyyatlardan sonra postbariatrik əməliyyat ola bilər ki, bu da beynəlxalq protokol qaydalarına uyğundur. 15.16. İddiaçı üzərində icra edilmiş “Mammoplastika” cərrahiyyə əməliyyatı səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur. 17. İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı onda sağlamlığa zərərvurmanın təyinində meyar kimi qiymətləndirilə biləcək hər hansı obyektiv morfoloji əlamət müəyyən edilməmişdir.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş 11.000 manat məbləğində maddi zərərin, 10.000 manat məbləğində mənəvi zərərin və hüquqi yardım üçün ödədiyi 1.500 manat xidmət haqqının, ümumilikdə 22.500 manat məbləğinin cavabdehlər həkim-plastik rekonstruktiv və estetik cərrah cavabdeh1 və cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, uzun illər boyunca süd vəzilərinin böyük ölçülü olmasından qaynaqlanan ciddi sağlamlıq problemləri ilə üzləşmişdir. Süd vəzilərinin həddən artıq böyük olması səbəbilə bel, boyun və kürək ağrıları, eləcə də duruş problemləri yaşamışdır. Bu səbəbdən həm gündəlik həyatında, həm də sağlamlıq vəziyyətində ciddi çətinliklər yaranmışdır. Səhhətində yaranmış bu problemi aradan qaldırmaq məqsədilə 2022ildə həkimə müraciət etmək qərarı almışdır. Ona tanışları tərəfindən “X1” Hospitalında ci 9. çalışan plastik və rekonstruktiv cərrah cavabdeh1 tövsiyə olunmuşdur. Tanışların tövsiyəsinə güvənərək adıçəkilən xəstəxanaya yaxınlaşaraq həkimin qəbulunda olmuşdur. Həkim onu fiziki müayinə edib süd vəzilərinin böyük ölçülü olmasına, eləcədə mastopatiyaya görə santral pediküllü mammoplastika prosedurunun tətbiq olunmasını məsləhət görmüşdür. Həkimin tövsiyəsinə güvənərək, 2022-ci ilin # #### tarixində cərrahi əməliyyat keçirdi. Əməliyyat təxminən 3 saat yarım müddətində davam etmişdir. Əməliyyatdan sonra cavabdeh1 əməliyyatın tam uğurlu olmasını, heç bir problem olmadığını demişdi. 3 gün müddətində onu stasionarda saxlayıb daha sonra evə buraxdılar. Əməliyyat hər iki sinəsində icra olunmuş və əməliyyatdan sonra hər ikisinə drenaj qoyulmuşdur ki, yaranmış artıq qan və çirk həmin drenaj vasitəsilə axıdılsın. Evə buraxıldıqda drenaj çıxarılmış, ancaq o sonradan sarğılarını dəyişdirmək üçün həkimin yanına getdikdə gördü ki, onunla eyni vaxtda əməliyyat olunan xanımların sinələrində drenaj vardır. Daha sonra həkimin məsləhəti ilə evdə öz yaxınları tərəfindən sarğısı dəyişdirilmişdir. Bu zaman evdə hər iki sinəsində əməliyyatdan öncə olan assimmetriyanın daha da artmasını, hər iki sinəsinin gilələrinin demək olar ki, itərək içəriyə doğru batdığını, hər iki sinəsinin kənarlarında uzunsov çıxıntılar yaranmaqla şişkinliklərin olmasını müşahidə etdi. Buna görə dəfələrlə həkimlə əlaqə yaratmış, yanına gedib əyani müayinə olunmuş, nəticədə həkim cavabdeh1 belə halların əməliyyatdan sonra baş verə biləcək normal fəsadlaşma olmasını, bunun onun icra etdiyi əməliyyat proseduru ilə əlaqədar olmadığını demiş və bildirmişdir ki, yaranmış fəsadlar 6 aya düzələcək. Ancaq sonradan bu problemlər öz-özünə aradan qalxmadığı üçün cavabdeh ona yenə də müəyyən müddətə düzələcəyini vəd versə də, düzəlməmişdir. Buna görə cavabdeh artıq təkrar əməliyyat etməyi təklif etmiş və bu əməliyyatı müvafiq tibbi standartlara zidd şəkildə, narkozsuz şəkildə icra edərək vizual görünüşü və tikişləri düzəldə biləcəyini bildirmişdir. Lakin icra etdiyi uğursuz əməliyyatdan sonra həkimə inanı olmadığına görə onunla razılaşmamışdır. ## ###### 2025-ci il tarixdə cavabdehin icra etdiyi uğursuz əməliyyatın fəsadlarını ortadan qaldırmaq üçün yenidən əməliyyat olunmuşdur. Bu əməliyyata görə “X4” klinikasının 28 May metro stansiyası yaxınlığında yerləşən filialına 7.500 (yeddi min beş yüz) manat ödəniş etmişdir. Keçirdiyi uğursuz əməliyyatla bağlı olaraq tərəfindən Bakı şəhəri Nizami Rayon Prokurorluğuna müraciət olunmuşdur. Prokurorluqda iş araşdırılarkən müvafiq qərarla komisyon məhkəmətibbi ekspertizası təyin olunmuş və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “xxxx” PHŞ-ya həvalə olunmuşdur. Keçirilmiş komisyon məhkəmə-tibbi ekspertizası əsasında verilmiş ##.##.2025-ci il tarixli, KEŞ/*** nömrəli rəydə qeyd olunmuşdur ki, ona aparılmış müayinələr təyin edilmiş diaqnoza uyğun olmuşdur. "X1" Hospitalda onun adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, sonuncu ##.##.2022-ci il tarixdə hospitala daxil olmuş ve aparılmış müvafiq müayinlərdən sonra ona "Süd vəzilərinin ptozu" diaqnozu düzgün təyin edilmişdir. Həmin tarixdə xəstənin üzərində "Santral pediküllü mammoplastika" cərrahiyyə əməliyyatı icra edilmiş və ##.##.2022-ci il tarixdə xəstə evə yazılmışdır. "X12”da onun adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, ##.##.2025-cü il tarixdə "Süd vəzisinin hipertrofiyası. Xarici görkəmin qüsurlarını aradan qaldırmaq məqsədilə aparılan bərpaedici cərrahi əməliyyatların digər növləri" diaqnozu ilə hospitala daxil olmuş və xəstənin üzərində təkrar cərrahiyyə əməliyyatı icra edilmişdir. Qeyd olunanları nəzərə alaraq, onun üzərində icra edilmiş ilkin cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün yerinə yetirilməmişdir ki, bu da sonradan üzərində təkrar cərrahiyyə əməliyyatının icrasına gətirib çıxarmışdır. Onun üzərində icra edilmiş cərrahiyyə əməliyyatı zamanı istifadə edilmiş dərman preparatlarının dozaları optimal olmuşdur. Ona "X1" Hospitalda göstərilmiş qüsurlu tibbi xidmət səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyi tərəfindən ##.##.2012-ci il tarixli ** saylı əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər İxtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları"nın 24.1-ci bəndinin ("ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra etməməsi") tələblərinin pozulması kimi qiymətləndirilir. Buna məsul şəxs həkim plastik cərrahdır. Onun mütəxəssis müayinəsi zamanı hazırda onda keçirilmiş təkrar cərrahiyyə əməliyyatından sonra hər hansı bir patologiya müəyyən edilməmişdir. Beləliklə, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, “X1 Hospital" klinikasının həkim plastik rekonstruktiv və estetik cərrah vəzifəsində işləyən cavabdeh1 Səhiyyə Nazirliyi tərəfindən ##.##.2012-ci il tarixli ** saylı əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları"nın 24.1-ci bəndinin tələbinə əsasən ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra etməli olduğu halda, onun üzərində ##.##.2022-ci il tarixdə "X1 Hospital" klinikasında icra etdiyi cərahiyyə əməliyatını taktiki və texniki cəhətdən düzgün yerinə yetirməməsi nəticəsində o, təkrar cərrahiyyə əməliyyatı olunmuşdur. Ekpert rəyi də cavabdehin əməliyyatı qüsurlu şəkildə vəzifə öhdəliklərini pozmaqla icra etdiyini təsdiq edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ######## 2012-ci tarixli ** saylı əmri ilə təsdiq edilmiş “Həkim-plastik cərrahın nümunəvi vəzifə Təlimatın”da həkim-plastik cərrahın vəzifə öhdəlikləri qeyd edilmişdir. Belə ki, qeyd olunmuş vəzifə öhdəliklərinə əsasən həkim-plastik cərrah tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərir, müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasınını (anamnezin toplanması, kliniklaborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən edir, mövcüd qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin edir və nəzarət edir, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil edir və ya müstəqil surətdə aparır, stasionarda xəstəyə gündəlik baxış keçirir. Pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik edir və əlavə müayinə metodlarının zəruriliyini müəyyən edir. İşin faktiki hallarından da məlum olduğu kimi həkim plastik rekonstruktiv və estetik cərrah cavabdeh1 vəzifə öhdəliklərini yerinə yetirməmiş, kobud səhvlərə yol vermişdir. Onun yol verdiyi kobud səhvlərin, qeyd olunan vəzifə öhdəliklərini yerinə yetirməməsinin nəticəsində ona həm maddi, həm mənəvi zərər dəymişdir. Keçirdiyi cərrahi əməliyyata görə X1 Hospitala 3500 manat, “Medical Plaza” klinikasının 28 May metrostansiyası yaxınlığında yerləşən filialına 7500 manat olmaqla ümumilikdə 11000 manat pul xərcləmişdir. Cavabdeh cavabdeh1 əməliyyatı qüsurlu icra etməsinin nəticəsində ona təkcə 11000 (on bir min) manat maddi zərər dəymişdir. O, yalnız bədəni ilə bağlı fiziki fəsadlar yaşamamış, eyni zamanda, mənəvi olaraq özünə olan inamını itirmişdir. Güzgüyə baxmaq belə onun üçün ağrılı hala çevrilmişdir. Sosial həyatından uzaqlaşmış, hətta öz ailəsi və yaxınları ilə münasibətlərində də soyuqluq yaranmışdır. Əməliyyatdan öncə olan narahatlıqlarını aradan qaldırmaq üçün keçdiyi bu proses, əksinə, daha böyük problemlərə səbəb olub. Əməliyyatdan sonra keçirdiyi mənəvi sarsıntı iztirab nəticəsində ona, həmçinin mənəvi zərər də vurulmuşdur. Vurulmuş mənəvi zərəri 10.000 manat məbləğində qiymətləndirir.

10. Birinci instansiya məhkəməsində mütəxəssis qismində dindirilmiş X13 bildirmişdir ki, İddiaçı onlara ##.##.2025-ci il tarixində müraciət etmişdir. Onlara sonradan məlum olmuşdur ki, xəstə ##.##.2025-ci il tarixdə mədəkiçiltmə əməliyyatı olunmuşdur. Əməliyyatdan sonrakı dövrdə gəlib müayinə olunmuşdur, hər şey normal idi. O, xəstəni məlumatlandırmışdır ki, halhazırda onda heç bir patalogiya və qüsur aşkar olunmamışdır. Xəstəni müayinə edən zaman onda hər hansı bir sallanmalara, patalogiyaya rast gəlinməmişdir. Xəstə 75 kq-dan 65 kq-a düşməsi nəticəsində dərisində sallanmalar müşahidə olunması normaldır.

11. Birinci instansiya məhkəməsində mütəxəssis qismində dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X3 eksperti X15 bildirmişdir ki, hər iki rəy onların şöbəsində icra olunmuşdur. Birinci rəydə qeyd olunmuşdur ki, əməliyyat tibbi cəhətdən düzgün icra olunmamışdır. Onlar xəstəni mütəxəssisə göndərmişlər, mütəxəssisdə bildirmişdir ki, heç bir patalogiya aşkar olunmamışdır. Xəstə təkrar əməliyyat olunduğundan onlar rəydə elə qeyd etmişlər. Təkrar ekspertiza plastik cərraha həvalə olunmuşdur. Sonradan onlara məlum olmuşdur ki, xəstə mədəkiçiltmə əməliyyatı keçirmişdir. İkinci əməliyyatda “bərpa” sözü yazıldığına görə onlar tərəfindən qüsurlu xitmət barədə rəy verilmişdir. Onlarda elə bir məlumat olsaydı, onunla əlaqələndirərdilər.

12. Birinci instansiya məhkəməsində mütəxəssis qismində dindirilmiş X8 bildirmişdir ki, məhkəməyə təqdim edilmiş ***/KEŞ saylı məhkəmə-tibbi ekspert rəyinin tərtib edilməsində iştirak etmişdir. Rəy yazmışlar və rəydə pasientdə gördüklərini qeyd etmişlər. Süd vəzində çapıqlar aşkarlanmış həmin çapıqlar əməliyyat çapıqları olmuşdur. İstər bariatik əməliyyat zamanı, istərsə də təbii olaraq kilo itirilməsi baş verərsə sallanma halı baş verər. İstənilən əməliyyat zamanı toxumalara quruluş verirlər. O toxumalar da piy toxumaları və digər toxumalardan ibarətdir. Arıqlama zamanı piy toxumaları azalır və avtomatik sallanma halı baş verir. Ən az bədənin beşdə biri qədərində çəki itirildikdə sallanma baş verə bilər. Əməliyyatdan 6 ay sonra sallanma halı ola bilər. Bu normal bir haldır. Hazırki pasiyentin vəziyyətində sallanma halının olması normaldır. Sürətlə kilo verilərsə sallanma halı olur, amma mərhələli şəkildə uzun müddət ərzində az-az kilo verilərsə sallanma halının baş verməsinin qarşısı böyük hissədə alınır. İnvertar inpular (sinə ucunun geriyə çəkilməsi) hazırki pasientdə aşkarlanmamışdır. Sallanma halını azaltmaq üçün mərhələli şəkildə kilo verilməsi daha düzgündür. Süd vəzinin ucundakı gilələrin nekroz olub itməsi halı baş verə bilər. Bu xəstələrdə müxtəlif olur. Bundan əlavə çökmüş nipul anlayışı var. Əgər kilo itirməsi halı olarsa, sinə ucu geri çəkilə bilər. Onlar xəstənin sinə ucundakı giləni izləmişlər. İtmə halı yox idi. Sinənin ucu ilə bağlı qüsur yoxdur. Sinənin ətrafı və ucu vardır. Pasient ikinci əməliyyatı keçirdikdə bilməli idi ki, sallanma halı ola bilər. Ona məlumat verilməlidir. Onlar əməliyyat zamanı şifahi şəkildə xəstəyə kilo itirilməsi halında dəyişiklik olacağını bildirirlər. Bəzən yazılı bildirilir. İlk 6 ay-bir il ərzində xəstədən heç kilo verməməsini istəyirlər. Az-az kilo verilsə sallanma halı az olacaqdır. Çünki dərinin yığılma dərəcəsi vardır. Əgər kilo az-az verilsə dəri bunu tənzimləyəcəkdir. O, Dilqəm həkimi 20 ildir tanıdığını, onunla elmi cəmiyyətlərdə iştirak etdiklərini bildirmişdir

13. Birinci instansiya məhkəməsində mütəxəssis qismində dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X3 məhkəmə-tibbi eksperti X9 bildirmişdir ki, məhkəməyə təqdim edilmiş ***/KEŞ saylı məhkəmə-tibbi ekspert rəyinin tərtib edilməsində iştirak etmişdir. Xəstəni müayinə etmişlər və 2-ci rəyi vermişlər. Mütəxəssislərin fikir ayrılığı ola bilər. Fikir ayrılığı müxtəlif səbəblərdən olur. Məhkəmə qərardadına əsasən xəstənin tibbi müayinəsi aparılmış, iş materiallarına baxılmış və qərardadda qoyulan suallar cavablandırılmışdır.

14. Birinci instansiya məhkəməsində mütəxəssis qismində dindirilmiş “xxxx” MMC-nin direktoru, bariatrik metobolik cərrah Ömərov Taryel İsgəndər oğlu bildirmişdir ki, İddiaçı 2022ci ildə mədəkiçiltmə əməliyyatı deyil, mədə qatlanma əməliyyatı keçirmişdir. Məqsəd pasiyentin çox arıqlamaması idi. Əgər xəstə mədəkiçiltmə əməliyyatı keçirsəydi, 79 kq-dan 45 kq-a düşə bilərdi. Çox ciddi sorunlar əmələ gələrdi. Xəstə ilk 3 ay ərzində 64-66 kq arası çəkiyə düşmüş, 3 aydan sonrakı mərhələdə arıqlama dayanmışdır. Bu əməliyyat geri dönüşü olan bir əməliyyatdır. İstənilən zaman xəstənin mədəsini açıb arıqlama prosesini dayandırıb, yenidən kökəlməsini həyata keçirmək olar. 3 ay ərzində 15 kq arıqlamağı xanıma məlum olmuşdur. X10 sallanmaların olması barədə məlumatlandırmışlar. Arıqlama prosesindən sonra hər bir orqanda sallanma ola bilər. Ancaq bir tərəfin az, bir tərəfin çox sallanması onların əməliyyatından sonra olmur.

15. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2370/2025 saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

16. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ddiaçı iddia tələbinin faktiki əsasını təşkil edən halları təsdiq edən sübut qismində Məhkəməyə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X3 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ***/KEŞ saylı rəyi təqdim etmişdir. Qeyd edilən rəy Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X3 məhkəmə-tibbi ekspertləri Cavid Cahangirli və Aynur Fərzəliyeva tərəfindən verilmiş, ekspertiza tədqiqatı zamanı iddiaçı İddiaçı “X2” Hospitalda ##.##.2022-ci il tarixində keçirdiyi əməliyyata və “X12”da ##.##.2025-ci il tarixində keçirdiyi əməliyyata dair materiallar tədqiq edilmiş və iddiaçının ##.##.2025-ci il tarixində Birliyin Komisyon Ekspertizalar şöbəsində məhkəmə-tibbi müayinəsi keçirilmiş və mütəxəssis qismində “X5”nin plastik cərrahı Rəşad Babayev cəlb edilmiş və iddiaçı həmin tarixdə mütəxəssis tərəfindən müayinə olunmuşdur.

17. Sözügedən rəyin mötəbərliliyi cavabdehlər tərəfindən onunla mübahisələndirilmişdir ki, qeyd edilən rəy verilən zaman iddiaçının ilkin əməliyyatdan sonra mədəkiçiltmə əməliyyatı keçirməsi nəzərə alınmamış, müvafiq əməliyyata dair materiallar ekspertiza tədqiqatında təqdim edilməmişdir. Bildirilmişdir ki, iddiaçı üzərində keçirilmiş ##.##.2025-ci il tarixli əməliyyat onun keçirdiyi mədəkiçiltmə əməliyyatı nəticəsində arıqlamasının səbəb və nəticələrinin aradan qaldırılması ilə bağlı olmuşdur. Məhkəmə tərəfindən cavabdehlərin məhkəməyə bildirdikləri xüsusatların araşdırılması üçün müvafiq xəstəxanalara sorğu edilərək iddiaçıya dair xəstəlik tarixçələri və digər sənədlər əldə edilmiş və həmin sənədlər əsasında mülki iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilməklə iş üzrə müvafiq rəy alınmışdır.

18. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X3 tərəfindən verilmiş ***/KEŞ saylı “canlı şəxsin məhkəmə-tibbi müayinəsi” rəyinə əsasən, İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatının taktiki və texniki cəhətdən düzgün yerinə yetirildiyi, İddiaçı yaranmış süd vəzi başının deformasiyasının beynəlxalq protokollara əsasən, bariatrik əməliyyatlardan sonra yarana bildiyi, bariatrik əməliyyatlardan sonra postbariatrik əməliyyat ola bilər ki, bu da beynəlxalq protokol qaydalarına uyğun olduğu, İddiaçı üzərində icra edilmiş “Mammoplastika” cərrahiyyə əməliyyatı səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olduğu müəyyən edilmişdir.

19. Qeyd edilən rəy Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X3 məhkəmə-tibbi ekspertləri Rafik Nuriyev və Nəsimi Əlinağıyev tərəfindən verilmiş, ekspertiza tədqiqatı zamanı iddiaçı İddiaçı “X2” Hospitalda ##.##.2022-ci il tarixində keçirdiyi əməliyyata, “xxxx”da ##.##.2023-cü il tarixində keçirdiyi əməliyyata və “X12”da ##.##.2025-ci il tarixində keçirdiyi əməliyyata dair materiallar, o cümlədən ##.##.2025-ci il tarixli, ***/KEŞ saylı ekspert rəyi tədqiq edilmiş, iddiaçının ##.##.2025-ci il tarixində Birliyin Komisyon Ekspertizalar şöbəsində məhkəmə-tibbi müayinəsi keçirilmiş və mütəxəssis qismində “ATU-nin X21”nın plastikrekonstruktiv və estetik cərrahı Adil Cümşüdov cəlb edilmiş və iddiaçı həmin tarixdə mütəxəssis tərəfindən müayinə olunmuşdur.

20. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı üzərində cavabdeh cavabdeh1 tərəfindən icra edilmiş əməliyyatdan sonra yenidən onun süd vəzilərində olan sallanma onun üzərində icra edilmiş “laparoskopik bariatrik gastric plikasiya” cərrahiyyə əməliyyatından sonra qısa müddət ərzində çəkisinin azalması ilə bağlı olmuşdur. Müvafiq rəylərin verilməsində iştirak etmiş mütəxəssis və ekspertlərin dindirilməsi nəticəsində müəyyən edilmişdir ki, hər iki rəyin verilməsində iştirak etmiş mütəxəssislər iddiaçıda hər hansı patalogiya aşkar etməmişlər. İddiaçı tərəfindən iddia tələbinin faktiki əsasını təşkil edən halları təsdiq etmək üçün sübut qismində məhkəməyə təqdim edilmiş ekspert rəyi iddiaçı üzərində icra edilmiş ##.##.2025-ci il tarixli əməliyyata əsaslanaraq verilmişdir.

21. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbinin faktiki əsasını təşkil edən halları təsdiq etmək üçün təqdim edilmiş ekspert rəyində “cavabdeh tərəfindən göstərilmiş tibbi xidmətin qüsurlu xidmət olmasında dair” rəyin iddiaçı üzərində ##.##.2025-ci il tarixində icra edilmiş əməliyyatın bərpa əməliyyatı olduğu qeyd edildiyi üçün verildiyi aşkar edildiyindən və iddiaçı üzərində “X4” klinikasında icra edilmiş əməliyyata dair tibbi sənədlərdə iddiaçı üzərində cavabdeh cavabdeh1 tərəfindən icra edilmiş əməliyyatın qüsurlu olması, onun təqsirli olması nəticəsinə gəlmək üçün əsas olan hallar müəyyən edilmədiyindən məhkəmə tərəfindən mötəbər sübut qismində qiymətləndirilməmişdir.

22. Həmçinin işin müəyyən edilmiş digər halı isə ondan ibarətdir ki, iddiaçı üzərində cavabdeh cavabdeh1 tərəfindən əməliyyat icra edilməmişdən öncə, ##.##.2022-ci il tarixində iddiaçıya “sinə kiçiltmə əməliyyatı üçün məlumatlandırılmış razılıq forması” təqdim edilmiş, iddiaçı həmin razılıq formasını “oxudum qəbul edirəm” qeyd etməklə imza etmişdir. Həmin razılıq formasında sinə kiçiltmə əməliyyatının riskləri barədə məlumat verilmişdir.

23. İşin tədqiq edilən hallarına əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı üzərində icra edilmiş ##.##.2025-ci il tarixli əməliyyat cavabdeh tərəfindən icra edilmiş qüsurlu əməliyyatın nəticəsi olaraq deyil, iddiaçı üzərində icra edilmiş mədə qatlama əməliyyatından sonra iddiaçının çəkisinin qısa müddət ərzində azalması nəticəsində yaranmış sallanma, çıxıntı, süd vəzi giləsinin geri çəkilməsi, qarın nahiyəsində olan deformasiya və s. kimi halların aradan qaldılması üçün icra edilmişdir. Müəyyən edilmişdir ki, iddiaçınn şikayətləri məhz mədəkiçiltmə əməliyyatı nəticəsində çəkisinin azalmasından sonra başlamışdır. İddiaçı tərəfindən məhkəməyə iddiaçı tərəfindən əməliyyat icra edildikdən sonra mədə qatlama əməliyyat icra edilən dövrə qədər cavabdeh tərəfindən icra edilmiş əməliyyatın nəticələrindən narazı qalması, şikayətləri barədə sübut təqdim edilməmişdir. Təqdim edilmiş bütün sübutlar mədə qatlama əməliyyatı icra edildiyi dövrdən sonraya aidir.

24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 21.1, 21.2, 1096.1, 1097.1, 1099.1, 1099.2, 1112, 1115 və 1118.1-ci maddələrinə; “Özəl tibbi fəaliyyət” haqqında Qanunun 40 və 41-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

25. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə cavabdehlər ona münasibətdə mülki hüquq pozuntusu (delikt) törətmişdir. Bu fakt Bakı şəhəri Nizami Rayon Prokurorluğunda iş araşdırılarkən müvafiq qərarla təyin olunmuş və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “xxxx” PHŞ tərəfindən keçirilmiş komisyon məhkəmə-tibbi ekspertizası ilə təsdiq olunmuşdur. Belə ki, keçirilmiş komisyon məhkəmə-tibbi ekspertizası əsasında verilmiş ##.##.2025-ci il tarixli, KEŞ/*** nömrəli rəydə qeyd olunmuşdur ki, ona aparılmış müayinələr təyin edilmiş diaqnoza uyğun olmuşdur. "X1" Hospitalda onun adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, sonuncu ##.##.2022-ci il tarixdə hospitala daxil olmuş ve aparılmış müvafiq müayinlərdən sonra ona "Süd vəzilərinin ptozu" diaqnozu düzgün təyin edilmişdir. Həmin tarixdə xəstənin üzərində "Santral pediküllümammoplastika" cərrahiyyə əməliyyatı icra edilmiş və ##.##.2022-ci il tarixdə xəstə evə yazılmışdır. "X12”da onun adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı ##.##.2025-cü il tarixdə "Süd vəzisinin hipertrofiyası. Xarici görkəmin qüsurlarını aradan qaldırmaq məqsədilə aparılan bərpaedici cərrahi əməliyyatların digər növləri" diaqnozu ilə hospitala daxil olmuş və xəstənin üzərində təkrar cərrahiyyə əməliyyatı icra edilmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı üzərində icra edilmiş ilkin cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün yerinə yetirilməmişdir ki, bu da sonradan üzərində təkrar cərrahiyyə əməliyyatının icrasına gətirib çıxarmışdır. İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatı zamanı istifadə edilmiş dərman preparatlarının dozaları optimal olmuşdur. İddiaçı "X1" Hospitalda göstərilmiş qüsurlu tibbi xidmət səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyi tərəfindən ##.##.2012-ci il tarixli ** saylı əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər İxtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları"nın 24.1-ci bəndinin ("ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra etməməsi") tələblərinin pozulması kimi qiymətləndirilir. Buna məsul şəxs həkim plastik cərrahdır. İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda keçirilmiş təkrar cərrahiyyə əməliyyatından sonra hər hansı bir patologiya əməliyyatından sonra hər hansı bir patologiya müəyyən edilməmişdir. Beləliklə, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, “X1 Hospital" klinikasının həkim plastik rekonstruktiv və estetik cərrah vəzifəsində işləyən cavabdeh1 Səhiyyə Nazirliyi tərəfindən ##.##.2012-ci il tarixli ** saylı əmrlə təsdiq edilmiş 'Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları"nın 24.1-ci bəndinin tələbinə əsasən ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra etməli olduğu halda, İddiaçı üzərində ##.##.2022-ci il tarixdə "X1 Hospital"klinikasında icra etdiyi c rahiyyə əməliyatını taktiki və texniki cəhətdən düzgün yerinə yetirməməsi nəticəsində İddiaçı təkrar cərrahiyyə əməliyyatı olunmuşdur. Ekpert rəyi də cavabdehin əməliyyatı qüsurlu şəkildə vəzifə öhdəliklərini pozmaqla icra etdiyini təsdiq edir. Həmçinin, 2025-ci ilin fevral ayında onun üzərində ikinci dəfə icra olunmuş əməliyyatla əaqədar olaraq xəstəlik tarxindən çıxarışda əsas xəstəlik kimi “süd vəzisinin hipertrofiyası”, “xarici görkəmin qüsurlarını aradan qaldırmaq məqsədilə aparılan bərpaedici cərrahi əməliyyatın digər növləri” daha əvvəl cavabdeh tərəfindən icra olunmuş əməliyyatın qüsurlu icrası faktını bir daha təsdiqləyir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ######## 2012-ci tarixli ** saylı əmri ilə təsdiq edilmiş “Həkim-plastik cərrahın nümunəvi vəzifə Təlimatı”nda həkim-plastik cərrahın vəzifə öhdəlikləri qeyd edilmişdir. Belə ki, qeyd olunmuş vəzifə öhdəliklərinə əsasən həkim plastik cərrah tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərir, müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasınını (anamnezin toplanması, kliniklaborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən edir, mövcüd qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin edir və nəzarət edir, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil edir və ya müstəqil surətdə aparır, stasionarda xəstəyə gündəlik baxış keçirir. Pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik edir və əlavə müayinə metodlarının zəruriliyini müəyyən edir. İşin faktiki hallarından da məlum olduğu kimi həkim plastik rekonstruktiv və estetik cərrah cavabdeh1 vəzifə öhdəliklərini yerinə yetirməmiş, kobud səhvlərə yol vermişdir. Onun yol verdiyi kobud səhvlərin, yuxarıda qeyd olunan vəzifə öhdəliklərini yerinə yetirməməsinin nəticəsində öhdəliklərini yerinə yetirməməsinin nəticəsində ona həm maddi, həm mənəvi zərər dəymişdir. Cavabdehin iddiaçının üzərində əməliyyatı qüsurlu icra etməsi, keyfiyyətsiz tibbi xidmət göstərməsi nəticəsində iddiaçının üzərində təkrar cərrahiyyə əməliyyata ehtiyac yaranmış və icra olunmuşdur. Məhkəmə Plenum Qərarında və ekspert rəyində qeyd olunan xüsusatları nəzərə almayaraq əsassız olaraq iddianı həm maddi zərər, həm mənəvi zərər hissəsində rədd etmişdir. O, ##.##.2025-ci il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə məhkəmə qətnaməsi isə ##.##.2026-cı il tarixində qəbul olunmuşdur. Məhkəməyə müraciət tarixi ilə yekun məhkəmə aktının qəbul olunduğu tarixi müqayisə etdikdə aydın olur ki, müvafiq maddənin tələbi Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən kobud şəkildə pozulmuşdur. Belə ki, maddəyə əsasən işə baxış mürəkkəb olardısa, maksimum 6 ay ərzində baxılıb yekun məhkəmə aktı qəbul edilməli idi. Məhkəmə isə 8 aydan artıq müddət keçdikdən sonra, yəni qanunvericilikdə nəzərdə tutulmuş 6 aylıq müddəti ötürməklə qətnamə qəbul etmişdir. İş üzrə 2 ekspert rəyi əldə olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025- cü il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X20” PHŞ-ya həvalə edilmişdir. Keçirilmiş ekspertiza əsasında tərtib olunmuş ##.##.2025-ci il tarixli, ***/KEŞ nömrəli ekspert rəyində qeyd olunur ki, cərrahiyyə əməliyyatın gedişi, sonrakı müayinə və müalicə taktikası düzgün seçilmişdir. Ona cavabdeh2 Hospitalda göstərilmiş tibbi xidmət səhiyyə si stemində qüvvədə olan müvafiq protokol qaydalarına uyğun olmuşdur. Üzərində icra edilmiş cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Üzərində icra edilmiş "Mammoplastika" cərrahiyyə əməliyyatı səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur. Bu rəy Prokurorluqda iş araşdırılarkən təyin olunmuş komisyon məhkəmə-tibbi ekspertizası əsasında verilmiş rəyə ziddir. Belə ki, daha əvvəl keçirilmiş komisyon məhkəmətibbi ekspertizası əsasında verilmiş ##.##.2025-ci il tarixli, KEŞ/*** nömrəli rəydə qeyd olunmuşdur ki, "X1" Hospitalda onun adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, sonuncu ##.##.2022-ci il tarixdə hospitala daxil olmuş ve aparılmış müvafiq müayinlərdən sonra ona "Süd vəzilərinin ptozu" diaqnozu düzgün təyin edilmişdir. Həmin tarixdə xəstənin üzərində "Santral pediküllümammoplastika" cərrahiyyə əməliyyatı icra edilmiş və ##.##.2022-ci il tarixdə xəstə evə yazılmışdır. "X12”da onun adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, ##.##.2025-cü il tarixdə "Süd vəzisinin hipertrofiyası. Xarici görkəminqüsurlarını aradan qaldırmaq məqsədilə aparılan bərpaedici cərrahi əməliyyatların digər növləri" diaqnozu ilə hospitala daxil olmuş və üzərində təkrar cərrahiyyə əməliyyatı icra edilmişdir. Qeyd olunanları nəzərə alaraq, üzərində icra edilmiş ilkin cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün yerinə yetirilməmişdir ki, bu da sonradan üzərində təkrar cərrahiyyə əməliyyatının icrasına gətirib çıxarmışdır. Ona "X1" Hospitalda göstərilmiş qüsurlu tibbi xidmət səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyi tərəfindən ##.##.2012ci il tarixli ** saylı əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər İxtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları"nın 24.1 bəndinin ("ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra etməməsi") tələblərinin pozulması kimi qiymətləndirilir. Buna məsul şəxs həkim plastik cərrahdır. Göründüyü kimi iki rəy bir-birinə ziddir. İki bir-birinə zidd rəylərdən hansının həqiqəti əks etdiridiyini müəyyən etmək işin həlli üçün olduqca vacib olduğu halda rayon məhkəməsi 102.2-ci maddənin tələbini pozaraq təkrar ekspertiza təyin edilməsi barədə vəsatətini təmin etməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi-vəkili nümayəndə3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir.

29. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh1 və onun nümayəndəsi-vəkili vəkil3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdirlər.

30. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdeh məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 33.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 34.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

35.Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin II, IV və VII hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.

36.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

37.21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 38.1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 39.1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülkihüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 40.1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. 41.1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 42.1128.1-ci maddəsinə əsasən malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun

43.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” ## ### 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

“Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** saylı ##.##.2025-ci il tarixli Qərarının

44.4.63-cü bəndinə əsasən, tibbi yardım - xəstəliklərin (fizioloji və patoloji halların), zəhərlənmələrin, travmaların profilaktikası, diaqnostikası, müalicəsi, tibbi bərpa və reabilitasiya müddətində müşahidə edən tədbirlərdir. 45.4.64-cü bəndinə əsasən, tibbi yardım almaq hüququ özündə ilkin tibbi-sanitariya yardımı, təcili və təxirəsalınmaz tibbi yardım, ixtisaslaşdırılmış tibbi yardım, habelə ictimai təhlükəli xəstəliklərə tutulmuş vətəndaşların tibbi-sosial yardım almaq hüququnu ehtiva edir. 46.4.66-cı bəndinə əsasən, tibbi yardımın növləri, həcmi, keyfiyyət standartları və göstərilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilir. Standartlar sübutlu təbabət prinsiplərinə əsaslanan milli və beynəlxalq klinik rəhbərliklərin və protokolların tövsiyələrinə, habelə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş standart əməliyyat prosedurlarına əsaslanır. 47.4.67-ci bəndinə əsasən, istinad edilən Qanunun məzmunu baxımından dövlət və qeyridövlət səhiyyə sistemlərinin subyektləri vətəndaşlara keyfiyyətli tibbi xidmət göstərmək, tibbi müdaxilənin tibbi əsaslara uyğun tərzdə, ixtisaslı və yetərli təcrübəyə malik həkim tərəfindən həyata keçirilməsini təmin etmək vəzifəsi ilə yanaşı, pasiyent hüquqlarının təmin olunmamasına görə də məsuliyyət daşıyırlar. 48.4.68-ci bəndinə əsasən, tibb müəssisəsində müalicə zamanı şəxsin sağlamlığına vurulmuş zərərin kompensasiyasına dair tələblərin maddi hüquqi əsasını tərəflər arasında bağlanmış tibbi xidmət müqaviləsi, Mülki Məcəllənin 1112-ci maddəsi, “Əhalinin sağlamlığının qorunması haqqında” və “xxxx” Azərbaycan Respublikasının qanunları, habelə bu sahəyə aid digər normativ-hüquqi aktlar təşkil edir. 49.4.72-ci bəndinə əsasən, bu qərarın 4.63-ci bəndində göstərilən, habelə növləri “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunla müəyyən edilən (bu qərarın 4.64 bəndi) tibbi yardımdan fərqli olaraq, estetik cərrahiyə, estetik stomatologiya, kosmetoloji xidmətlər və bu kimi digər tibbi fəaliyyət növlərində tərəflər arasında yaranan münasibətlər - nəticəsinə təminat verilən podrat münasibətləri hesab olunur. Bu baxımdan həmin münasibətlərdən doğan zərər tələbinin hüquqi əsası kimi müqavilənin şərtləri, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun, habelə Mülki Məcəllənin 39-cu fəsli və 9-cu bölməsi çıxış edə bilər. Zərər bu fəaliyyətin həyata keçirilməsi zamanı pasiyentlərin “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 24-cü maddəsi ilə əhatə olunan hüquqlarının pozulması ilə bağlı olduqda isə tələbinin maddi hüquqi əsasını həmçinin istinad edilən bu norma da təşkil edəcəkdir. 50.4.73-cü bəndinə əsasən, keyfiyyətsiz tibbi yardıma görə sağlamlığa vurulmuş zərərlə bağlı mənəvi təzminatın ödənilməsi barədə iddia tələbləri araşdırılarkən məhkəmələr aşağıdakı xüsusi bilik tələb edən halları müəyyən etməlidirlər: xəstəyə tibbi yardım göstərilərkən ona düzgün diaqnozun qoyulması, vaxtında və keyfiyyətli bütün zəruri və mümkün olan tədbirlərin görülməsi, müayinə və müalicənin tibbi yardımın göstərilməsi qaydalarına cavab verməsi, tibbi yardımın standartlara və klinik protokollara uyğun olması, tibbi yardımın qüsurlu olub-olmaması, qüsurların xəstəliyin davamiyyətinə təsiri (sağlamlığın pisləşməsinə səbəb olması, ağır nəticələrə səbəb olması) və bunun səbəbi kimi onun tibb sahəsində qorunan hüquqlarının pozulmasına gətirib çıxarması. 51.4.74-cü bəndinə əsasən, tibb müəssisəsi fəaliyyətinin qanuna, göstərdiyi tibbi xidmətlərin klinik protokollara uyğun olmasını sübut etməlidir. Nəzərə alınmalıdır ki, bütün prosedurlar tibb elminin ümumi qəbul olunan sübutlu təbabət prinsiplərinə uyğun xüsusi diqqət və lazımi tədbirlər çərçivəsində həyata keçirildiyi halda, vurulmuş zərərə görə məsuliyyət istisna edilir. Yəni tibbi müdaxilə zamanı əvvəlcədən gözlənilməyən, gözlənilsə də qarşısının alınması mümkün olmayan zərər həkimin və ya tibb müəssisəsinin biliyi, bacarığı və imkanları xaricində olan bir səbəbdən qaynaqlanan nəticədir. Bu mənada həkimin tibbi standartlar çərçivəsində hərəkət edərək lazımi diqqət və qayğı göstərməsinə baxmayaraq, ortaya çıxan arzuolunmayan nəticədən qanuni olaraq məsuliyyət daşımayacağı qəbul edilir. 52.4.75-ci bəndinə əsasən, şəxsin tibb sahəsində qorunan hüquqlarının pozulmasına gətirib çıxaran keyfiyyətsiz tibbi yardımın göstərilməsi ilə əlaqədar onların həyat və sağlamlıqlarına vurulan zərərə görə mənəvi zərərin kompensasiyası tələbini şəxsin özü və ya yaxınları irəli sürə bilərlər. Şəxsin yaxınları o zaman tələb irəli sürə bilərlər ki, xəstəyə edilmiş keyfiyyətsiz müalicə tədbirləri onun özünün şəxsiyyət hüquqlarına hüquqazidd müdaxiləyə səbəb olsun. Bu vəziyyətdə mənəvi zərər keyfiyyətsiz müalicəyə görə yaxının itirilməsi ilə əlaqədar keçirilmiş sarsıntılar nəticəsində yarana, xəstənin ağır vəziyyətinin düzgün qiymətləndirilməməsi ilə əlaqədar həyəcan keçirməsində və digər formada ifadə oluna bilər. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun

53.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorunmaq və tibbi yardım almaq hüququ vardır. Dövlət tibb müəssisələrində tibbi xidmət dövlət büdcəsi vəsaiti, büdcədənkənar vəsaitlər, icbari və könüllü tibbi sığorta sistemindən daxil olan vəsaitlər, şəxslərin öz vəsaiti, hüquqi və fiziki şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. 54.24-cü maddəsinə əsasən, pasiyentin: təxirəsalınmaz tibbi yardım göstərilməsi halları istisna olmaqla həkimin öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini və müalicəprofilaktika müəssisəsini seçmək; sanitariya-gigiyena tələblərinə uyğun olan şəraitdə müayinə və müalicə olunmaq; stasionar müalicə olunduğu tibb müəssisəsinin mütəxəssislərinin iştirakı ilə konsilium və məsləhətləşmələr aparılmasını tələb etmək; tibbi yardım üçün müraciət faktını, müalicə, sağlamlıq vəziyyəti, xəstəliyin diaqnozu barəsində, eləcə də müayinə və müalicə zamanı əldə edilən digər məlumatları ətrafdakılardan gizli saxlamaq; tibbi müdaxiləyə şifahi və ya yazılı könüllü razılıq vermək; tibbi müdaxilədən imtina etmək; hüquq və vəzifələri haqqında, sağlamlığının vəziyyəti barədə məlumat almaq və öz mənafeyi baxımından bu məlumatı vermək mümkün olan şəxsi seçmək; daxili qaydalar pozulmamaq şərtilə xəstəxanada dini mərasimin icra edilməsi üçün ayrıca yerlə təmin olunmaq hüququ vardır. Pasiyentin hüquqları pozulduqda, o, müalicə-profilaktika müəssisəsinin rəhbərliyinə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və ya qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. 55.32-ci maddəsinə əsasən, ilkin tibbi-sanitariya yardımı - əhali arasında geniş yayılmış və ixtisaslaşdırılmış yardım tələb etməyən halların və xəstəliklərin diaqnostikası və müalicəsi, tibbi profilaktik tədbirlərin həyata keçirilməsi, ana və uşaqların sağlamlığının mühafizəsi, tibbisanitar maarifləndirmə işinin aparılmasından ibarət tibbi yardım növüdür. 56.34-cü maddəsinə əsasən, ixtisaslaşdırılmış tibbi yardım vətəndaşın xəstəliyi xüsusi müayinə, müalicə və mürəkkəb tibb texnologiyalarının tətbiqini tələb etdiyi hallarda dövlət və qeyri-dövlət tibb müəssisələrində ixtisaslı həkimlər tərəfindən göstərilir. 57.51-ci maddəsinə əsasən, müalicə həkimi ambulator-poliklinika müəssisəsində, yaxud xəstəxanada müşahidə və müalicə müddətində pasiyentə tibbi yardım göstərən həkimdir. 58.57-ci maddəsinə əsasən, vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar. Vurulan ziyanın ödənilməsi tibb və əczaçılıq işçilərini qanunla nəzərdə tutulmuş intizam, inzibati, yaxud cinayət məsuliyyətindən azad etmir. Vətəndaşların sağlamlığına zərər vurulmasında təqsirkar olan yetkinlik yaşına çatmayanlar, yaxud qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər tərəfindən ziyanın ödənilməsi qanunvericiliyə uyğun olaraq həyata keçirilir. 59.58-ci maddəsinə əsasən, hüquqa zidd hərəkətlər nəticəsində zərər çəkmiş vətəndaşlara göstərilən tibbi yardımın xərcləri təqsirkar idarə, müəssisə və təşkilatlar tərəfindən xərc çəkən dövlət və qeyri-dövlət səhiyyə sistemlərinin müəssisələrinə ödənilir. Vətəndaşların sağlamlığına birlikdə ziyan vuran şəxslər qanunla müəyyən edilmiş qaydada ziyanın ödənilməsi ilə əlaqədar birgə məsuliyyət daşıyırlar.

“xxxx” Azərbaycan Respublikasının Qanununun

60.13-cü maddəsinə əsasən, özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslərin göstərdiyi tibbi yardıma görə ödəniş: bilavasitə xəstələrlə bağlanmış müqavilələr; üçüncü şəxsin (pasiyentin) xeyrinə müəssisə və vətəndaşlarla müqavilələr; icbari və könüllü tibbi sığorta üzrə göstərilən tibbi yardıma görə sığortaçılar ilə bağlanmış müqavilələr; xeyriyyə proqramları üzrə bağlanmış müqavilələr əsasında həyata keçirilir. 61.Özəl tibb fəaliyyəti subyektlərinin vətəndaşlar və təşkilatlarla (o cümlədən könüllü tibbi sığorta üzrə tibbi xidmətlər göstərilməsinə dair sığorta təşkilatları ilə) müqavilələr çərçivəsində göstərdikləri tibbi xidmətlərin tarifləri tərəflər arasında razılaşmaya görə müəyyənləşdirilir. 62.Özəl tibb fəaliyyəti subyektlərinin “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-19-cu maddəsinə əsasən tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlayıb-bağlamamasından asılı olmayaraq ehtiyacı olan şəxslərə göstərilən təcili tibbi yardıma görə ödəniş göstərilən tibbi xidmətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi tariflərə uyğun olaraq icbari tibbi sığorta vəsaitləri hesabına həyata keçirilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

63.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (4.1-ci maddə). 64.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 65.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 66.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

67.Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayətlər təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 68.Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 69.“Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** saylı ##.##.2025-ci il tarixli Qərarının 4.72-ci bəndinə əsasən, bu qərarın 4.63ci bəndində göstərilən, habelə növləri “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunla müəyyən edilən (bu qərarın 4.64-cü bəndi) tibbi yardımdan fərqli olaraq, estetik cərrahiyə, estetik stomatologiya, kosmetoloji xidmətlər və bu kimi digər tibbi fəaliyyət növlərində tərəflər arasında yaranan münasibətlər - nəticəsinə təminat verilən podrat münasibətləri hesab olunur. Bu baxımdan həmin münasibətlərdən doğan zərər tələbinin hüquqi əsası kimi müqavilənin şərtləri, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun, habelə Mülki Məcəllənin 39cu fəsli və 9-cu bölməsi çıxış edə bilər. Zərər bu fəaliyyətin həyata keçirilməsi zamanı pasiyentlərin “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 24-cü maddəsi ilə əhatə olunan hüquqlarının pozulması ilə bağlı olduqda isə tələbinin maddi hüquqi əsasını həmçinin istinad edilən bu norma da təşkil edəcəkdir. 70.İşin faktiki hallarından görünür ki, iddiaçı İddiaçı hər iki süd vəzinin sallanma şikayəti ilə cavabdeh cavabdeh1 müraciət etmiş, ona “süd vəzilərinin ptozu” diaqnozu qoyulmuşdur. İddiaçı üzərində ##.##.2022-ci il tarixində “X1” Hospitalda “santral pediküllü mammoplastika” cərahiyyə əməliyyatı icra edilmiş, onun sağ süd vəzindən 583 qram, sol süd vəzindən 594 qram artıq toxuma çıxarılmış və o, ##.##.2022-ci il tarixində ambulator müalicəyə evə yazılmışdır. 71.Göründüyü kimi mübahisəli hüquq münasibətlərinin mahiyyəti cavabdeh tərəfindən iddiaçıya tibbi yardım göstərilməsi ilə bağlı olmuşdur. Belə ki, iddiaçı süd vəzilərinin sallanması şikayəti ilə tibb müəssisəsinə müraciət etmiş, ona "süd vəzilərinin ptozu" diaqnozu qoyulmuş və həmin diaqnoza uyğun cərrahi müdaxilə (implant yerləşdirilməsi yolu ilə deyil, onun öz toxumalarından istifadə edilməklə) həyata keçirilmişdir. Bu hallar onu göstərir ki, tərəflər arasında yaranmış münasibətlər əvvəlcədən razılaşdırılmış konkret estetik nəticənin əldə edilməsinə təminat verən podrat münasibətləri deyil, tibbi göstərişlər və pasiyentin sağlamlıq vəziyyəti nəzərə alınmaqla göstərilən tibbi xidmət münasibətləridir. Buna görə də mübahisəyə münasibətdə həkimin konkret nəticəyə nail olmaq öhdəliyindən deyil, keyfiyyətli tibbi xidmətin göstərilməsi, tibbi müdaxilənin tibbi əsaslara uyğun tərzdə, ixtisaslı və yetərli təcrübəyə malik həkim tərəfindən həyata keçirilməsinin təmin edilməsi öhdəliyindən irəli gələn meyarlar əsasında həll edilməlidir. 72.Hazırkı halda da, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1, 1112-ci maddələri, “Əhalinin sağlamlığının qorunması haqqında” və “xxxx” Qanunları təşkil edir. 73.Belə ki, tibb müəssisəsində göstərilən tibbi yardım və ya aparılan müalicə zamanı, o cümlədən cərrahi müdaxilə, diaqnostika və digər tibbi tədbirlər nəticəsində fiziki şəxsin sağlamlığına və ya həyatına vurulmuş zərərə görə mülki-hüquqi məsuliyyətin yaranması üçün aşağıdakı hüquqi şərtlərin mövcudluğu müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin hüquqa zidd hərəkət və ya hərəkətsizlik nəticəsində vurulması, zərər ilə hüquqa zidd davranış arasında səbəbli əlaqənin olması, habelə zərər vuran şəxsin təqsirinin mövcudluğu. Bu zaman zərər vuran şəxsin təqsirli olması prezumpsiyası tətbiq edilir. Bu səbəbdən, zərər vuran şəxs yalnız zərərin onun təqsiri nəticəsində baş vermədiyini sübuta yetirdiyi halda, mülki-hüquqi məsuliyyətdən azad edilir. 74.Sübutetmə yükünün bölüşdürülməsi prinsipi baxımından iddiaçı (zərərçəkmiş şəxs) sağlamlığına zərər vurulduğunu, tibbi yardım göstərilərkən müvafiq ixtisas sahəsi üzrə klinik protokollarda və tibbi qaydalarda nəzərdə tutulmuş tələblərin pozulduğunu (zərər vuranın hüquqa zidd davranışını), habelə həmin pozuntularla sağlamlığına vurulmuş zərər arasında səbəbli əlaqənin mövcud olduğunu sübut etməlidir. Cavabdeh isə öz növbəsində tibbi müəssisənin və tibb işçilərinin fəaliyyətinin qanunvericiliyin tələblərinə, habelə göstərilmiş tibbi xidmətin tibbi standartlara və klinik protokollara uyğun olduğunu, eləcə də zərərin vurulmasında onun təqsirinin olmadığını sübut etməlidir. 75.Nəzərə alınmalıdır ki, bütün prosedurlar tibb elminin ümumi qəbul olunmuş, sübutlu təbabət prinsiplərinə uyğun olaraq lazımi diqqət və zəruri tədbirlər çərçivəsində həyata keçirildiyi halda, vurulmuş zərərə görə məsuliyyət istisna edilir. Yəni tibbi müdaxilə zamanı əvvəlcədən proqnozlaşdırılması və qarşısının alınması mümkün olmayan zərər həkimin və ya tibb müəssisəsinin biliyi, bacarığı və imkanlarından kənar səbəblərdən yarandıqda, həkim tibbi standartlar çərçivəsində hərəkət edərək lazımi diqqət və qayğı göstərmişdirsə, onun yaranmış arzuolunmaz nəticəyə görə qanuni olaraq məsuliyyət daşımayacağı qəbul edilir. 76.Beləliklə də, sağlamlığa dəymiş zərərlə tibb müəssisəsinin və tibb işçilərinin hərəkət (hərəkətsizliyi) arasında səbəbli əlaqə müəyyən edilərkən nəzərə alınmalıdır ki, səbəb və nəticə arasındakı əlaqə obyektiv (yəni, ehtimal edilən yox, həqiqətən mövcud olmalıdır), konkret (yəni bu hal üçün nəzərdən keçirilməli); vasitəsiz xarakter daşımalıdır. Zərər vuranın davranışı ilə baş vermiş zərər arasında səbəbli əlaqənin mövcudluğu o halda müəyyən edilmiş hesab edilir ki, göstərilmiş tibbi xidmətin keyfiyyətsizliyinin zərərin yaranmasının real və bilavasitə səbəbi olduğu müəyyən edilsin. 77.Keyfiyyətsiz tibbi yardım nəticəsində sağlamlığa vurulmuş zərərə dair iddia tələbləri araşdırılarkən xüsusi bilik tələb edən hallar müəyyən edilməlidir. Belə hallara, xüsusilə, xəstəyə tibbi yardım göstərilərkən düzgün diaqnozun qoyulması, zəruri və mümkün tibbi tədbirlərin vaxtında və lazımi qaydada həyata keçirilməsi, müayinə və müalicənin tibbi yardımın göstərilməsi qaydalarına, klinik protokollara və tibbi standartlara uyğun aparılması, tibbi yardımın qüsurlu olub-olmaması, aşkar edilmiş qüsurların xəstəliyin gedişinə və ya sağlamlığın pisləşməsinə təsir göstərib-göstərməməsi, habelə həmin qüsurların baş vermiş nəticələrlə səbəbli əlaqədə olub-olmaması aid edilir. 78.Məhkəmə təcrübəsi göstərir ki, şəxsin sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı işlərdə səbəbli əlaqənin mövcud olub-olmamasının müəyyən edilməsi, bir qayda olaraq, ekspertiza rəyləri əsasında müəyyən edilir. 79.İşin birinci instansiya məhkəməsində baxışı zamanı əldə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X3 tərəfindən verilmiş ***/KEŞ saylı “canlı şəxsin məhkəmə-tibbi müayinəsi” rəyindən görünür ki, iddiaçıya ilkin diaqnoz düzgün təyin edilmiş, onun üzərində icra olunmuş mammoplastika əməliyyatı tibbi göstərişlərə, qüvvədə olan klinik protokollara və səhiyyə sistemində qəbul edilmiş standartlara uyğun aparılmışdır. Ekspertlər tərəfindən müəyyən edilmişdir ki, iddiaçıda sonradan yaranmış süd vəzilərinin sallanması və digər deformasiya əlamətləri 2023-cü ildə keçirdiyi bariatrik əməliyyat və bunun nəticəsində baş vermiş əhəmiyyətli çəki itkisi ilə əlaqədardır və beynəlxalq tibbi təcrübədə postbariatrik dəyişikliklər kimi qiymətləndirilir. Bununla yanaşı, 2025-ci ildə aparılmış təkrar cərrahi müdaxilələrin də məhz həmin dəyişikliklərlə şərtləndiyi, ilkin əməliyyatın nəticəsi olmadığı müəyyən edilmişdir. Ekspertiza zamanı iddiaçının sağlamlığına zərər vurulmasını təsdiq edən obyektiv morfoloji əlamətlər aşkar edilməmiş, habelə cavabdeh həkim tərəfindən tibbi taktika və texnikanın pozulması halları müəyyən edilməmişdir. 80.Məhkəmə tərəfindən müvafiq rəyləri (yuxarıda qeyd olunan və iddiaçının sübut olaraq istinad etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X3 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ***/KEŞ saylı rəy) vermiş ekspert və mütəxəssislər, o cümlədən iddiaçı üzərində “laparoskopik bariatrik gastric plikasiya” cərrahiyyə əməliyyatı icra etmiş Ömərov Taryel məhkəmə iclasında dindirilmişdir. Onların dindirilməsi nəticəsində müəyyən edilmişdir ki, hər hər hansı şəxsdə sürətli çəki azalması baş verdikdə nəinki süd vəzilərində, həmçinin bədənin müxtəlif hissələrində sallanma olması normal haldır. Belə ki, çəki azalması nəticəsində piy toxumaları azaldığından süd vəzilərində sallanma olur. 81.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X3 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ***/KEŞ saylı ekspert rəyinin tərtibatında iştirak etmiş məhkəmə-tibb eksperti Cavid Cahangirli verdiyi izahatında bildirmişdir ki, həmin rəy iddiaçı üzərində ##.##.2025-ci il tarixində icra edilmiş təkrar cərrahi əməliyyat nəzərə alınmaqla verilmişdir. Bu səbəbdən qeyd olunan rəy cavabdeh tərəfindən göstərilmiş ilkin tibbi xidmətin qüsurlu olub-olmamasını deyil, iddiaçı üzərində sonradan aparılmış təkrar cərrahi müdaxilənin nəticələrini əks etdirir. 82.Məhkəmə nəzərə alır ki, süd vəzilərinin forma və həcminin dəyişməsi, eləcə də ptozun (sallanmanın) yaranması və ya təkrarlanması müxtəlif amillərin, o cümlədən bədən çəkisinin dəyişməsi, hormonal faktorlar, yaşla bağlı dəyişikliklər, hamiləlik və laktasiya, fərdi toxuma xüsusiyyətləri və digər bioloji və fizioloji proseslərin təsiri altında yarana bilər. Hazırkı iş üzrə müəyyən edilmişdir ki, ilkin əməliyyatdan sonra iddiaçı bariatrik əməliyyat keçirmiş və nəticədə əhəmiyyətli dərəcədə çəki itirmişdir. Bu hal süd vəzilərinin forma və həcminə təsir göstərə bilən tibbi faktor kimi qiymətləndirilməlidir. 83.Belə ki, iddiaçı İddiaçı ##.##.2022-ci il tarixində cavabdeh tərəfindən icra edilmiş santral pediküllü mammoplastika əməliyyatından sonra təxminən bir il ərzində başqa tibbi səbəblərlə əlaqədar bariatrik əməliyyat keçirmiş, həmin əməliyyat nəticəsində qısa müddətdə 15 kq çəki itirmişdir. Sonradan, ##.##.2025-ci il tarixində başqa tibb müəssisəsində aparılmış müayinə zamanı ona “abdominal lipodistrofiya” və “süd vəzi hipertrofiyası” diaqnozları qoyulmuş və təkrar reduksion mammoplastika əməliyyatı icra edilmişdir. 84.Həmçinin işin müəyyən edilmiş digər halı da ondan ibarətdir ki, iddiaçı üzərində cavabdeh cavabdeh1 tərəfindən əməliyyat icra edilməmişdən öncə, ##.##.2022-ci il tarixində iddiaçıya “sinə kiçiltmə əməliyyatı üçün məlumatlandırılmış razılıq forması” təqdim edilmiş, iddiaçı həmin razılıq formasını “oxudum qəbul edirəm” qeyd etməklə imza etmişdir. Həmin razılıq formasında sinə kiçiltmə əməliyyatının müəyyən riskləri (sağalmanın gecikməsi, assimetriya, dəridə qalacaq iz, əlavə cərrahi lazım olması və s.), o cümlədən ikinci əməliyyatın icrasının lazım ola biləcəyi hallar barədə məlumat verilmişdir. 85.Göründüyü kimi, iddiaçı tərəfindən süd vəzilərində yaranmış sallanma, assimetriya, çıxıntılar və süd vəzi giləsinin çökməsinin cavabdeh cavabdeh1 tərəfindən icra edilmiş əməliyyatın nəticəsi olması, habelə həmin halların cavabdehin təqsirli hərəkətləri ilə səbəbli əlaqədə baş verməsi məhkəməyə təqdim olunmuş mötəbər və kifayət qədər sübutlarla təsdiq edilməmişdir. İddiaçı üzərində sonradan başqa tibb müəssisəsində təkrar mammoplastika əməliyyatının aparılması özü-özlüyündə ilkin əməliyyatın qüsurlu icra edilməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. 86.Buna görə də, iddiaçı tərəfindən 2025-ci ildə aparılmış təkrar əməliyyat faktına istinad edilməklə 2022-ci ildə cavabdeh tərəfindən icra olunmuş əməliyyatın tibbi standartlara zidd şəkildə yerinə yetirildiyi və ya yaranmış nəticələrin bilavasitə həmin əməliyyatın qüsurlu icrasından irəli gəldiyi nəticəsinə gəlmək mümkün deyildir. Belə bir səbəbli əlaqənin mövcudluğu xüsusi tibbi biliklər tələb edən məsələ olmaqla, iş üzrə əldə edilmiş ekspertiza rəyi ilə təsdiqini tapmamışdır. 87.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». 88.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülkiprosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». 89.Beləliklə, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq və işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. 90.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 91.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2370/2025 saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar